Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar
Əgər 1992-1995-ci illərdə təkcə hərbi aviasiyamızın 70-80%-i qeyri-Azərbaycan vətəndaşı idisə, hazırda 100% bütün təyyarəçilərimiz, texnik, mexanik, şturman və digər mütəxəssislər Azərbaycan Respublikasının vətəndaşıdırlar.
Ukrayna
Azvision.az xəbər verir ki, 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.
Azərbaycanın ilk hərbi pilotu Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edən və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olan Fərrux Qayıbov olub.
Müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi “Su-25” təyyarəsi olub. Belə ki, 1992-ci ilin aprelin 8-də baş leytenant V.Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirib. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.
1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-nin aviaparkı müasirləşdirilib.
Əgər 1992-1995-ci illərdə təkcə hərbi aviasiyamızın 70-80%-i qeyri-Azərbaycan vətəndaşı idisə, hazırda 100% bütün təyyarəçilərimiz, texnik, mexanik, şturman və digər mütəxəssislər Azərbaycan Respublikasının vətəndaşıdırlar.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları, əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
Qeyd edək ki, pilotlarımız Aprel döyüşlərində də böyük şücaət göstəriblər. M-24 helikopterinin pilotları-mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov bu döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar?
Bakı. 16 avqust. REPORT.AZ/ Havanın çirkli olması insan sağlamlığına mənfi təsir göstərən amillərdən biridir. Həkimlər çirkli hava şəraitinin bir çox xəstəliklərin yaranmasında xüsusi rol oynadığını bildirirlər. Onların arasında insan həyatı üçün təhlükə yaradan ürək-damar xəstəlikəri xüsusi yer tutur. Bakı şəhərində, eləcə də Azərbaycanın digər bölgələrində atmosfer havasının vəziyyəti necədir? Yay fəslində toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynallı “Report”a bildirib ki, Bakıda havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir: “Problemin qarşısını almaq üçün maşınların sayını azaltmaq vacibdir. Azərbaycanı xammal bazarına çevirməkdənsə, zavodlar tikilməli, insanlar işlə təmin olunmalıdır. “Azəri” yanacağı hazırlanmalı və dünyaya tanıtdırılmalıdır. Bu tədbirlər görülərsə, Azərbaycan ən təmiz regionlardan birinə çevirilə bilər. Meqapolis böyüyür, tikinti işləri aparılır və temperatur kifayət qədər yüksəkdir. Hava tozanaq olur, insanlar nəfəs ala bilmir. Yay fəslində hava isti və küləkli olanda istiliyi və toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır. Sovet hakimiyyəti illərində asfalt örtüyü də yuyulurdu. İndi isə bu işlərin heç biri həyata keçirilmir”. Şəhər və bölgələrdə vəziyyət necədir? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Report”a deyib ki, ölkə ərazisində 200 mindən yuxarı əhalisi olan iri şəhərlərdə, eləcə də sənaye profilli inkişaf edən rayon mərkəzlərində atmosfer havasının keyfiyyətinə mütəmadi nəzarət olunur və bunun üçün monitorinqlər keçirilir: “Müəyyən vaxtlarda (əsasən də əlverişsiz meteoroloji şəraitdə ) atmosfer havasında çirkləndiriçi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır”. Onun sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur: “Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var. Amma ümumi metodologiyaya uyğun olaraq hesablama aparanda qeyd etdiyim şəhərlər də daxil olmaqla havasına görə keyfiyyət pisliyi kriteriyasına düşən şəhərimiz yoxdur”. Bakının tozlu havası Direktor müavini qeyd edib ki, 2000-ci ildə Bakı şəhərində 100 min maşın var idisə, 2017-ci ildə bur rəqəm bir milyona çatıb: “Atmosferə atılan tullantıların 1990-cı ilərdə 70-80 faizi sənaye müəsissələrinin, 30 faizi isə nəqliyyat vasitələrinin payına düşürdüsə, bu rəqəm indiki zamanda yerini dəyişib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa standartlarına uyğun texnologiyaların ölkəyə gətirilməsinə üstünlük verilib. Son 15 ildə ETSN-in Ekspertiza Departamenti tərəfindən müəssisələrin tullantılarının ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılarkən minimum tullantı verən texnologiyalardan istifadə olunan müəssisələrin fəaliyyətinə icazələr verilir. Apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, ölkədə fəaliyyətə başlayan yeni müəssisələr müasir texnologiyalı, yəni az tullantılı müəssisələrdir”. M.Avazova deyib ki, Bakıda küləkli günlərdə tozun miqdarı lokal ərazilərdə daha çox qeydə alınır: “Zamanla Türkmənistan, Ərəbistan yarımadasından toz burulğanlarının atmosfer axınları ilə ölkə ərazisinə daxil olması müşahidə olunur. 1990-ci illərdə bu cür hallar 3-5 ildə bir dəfə qeydə alınırdısa, son dövrlərdə il ərzində 3-4 dəfə müşahidə olunur. Bunun qarşısını almaq mümkün deyil. Ona görə də səhhətində problem olanlar bu cür havalarda qapalı şəraitdə qalsalar daha yaxşıdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.