Molla Pənah Vaqifin Hayıf ki, yoxdur qoşmasında təbiət gözəllikləri və həyat ziddiyətlərinə münasibət inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
18 510 просмотров
Hayifki yoxdu qoşmasi
Xalq yaradıcılığının vurğunu
Molla Pənah Vaqif
Həyatı haqqında
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır. Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlanğıcıdır.
Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Yazı-pozu işlərini bacardığına, ziyalı bir şəxs olduğuna görə ona xalq arasında “Molla» titulu verilmiş və o, “Molla Pənah» ad-ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, ana dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı bizə məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.
Tarixi qaynaqların verdiyi məlumata görə, XVIII əsrin 50-ci illərinin sonlarında Qazax-Gürcüstan sərhəddində müəyyən qarışıqlıq baş verir. Bununla əlaqədar sərhəd bölgəsindən xeyli azərbaycanlı ailəsi köçüb Qarabağa gəlir və Cavanşir elinin müxtəlif yerlərində məskunlaşır. Vaqifin də ailəsi köçənlər arasında idi. Beləliklə, Molla Pənah 1759-cu ildə ailəsi ilə birlikdə Qarabağ xanlığının Tərtərbasar nayihəsinə köç edib burada yaşamağa başlayır. Tərtərbasarda o, məktəbdarlıqla məşğul olur. Ancaq müəyyən müddətdən sonra oranı tərk edib Şuşaya gəlir və burada məskunlaşır. Şuşada da Vaqif məktəb açaraq məktəbdarlıq fəaliyyətini davam etdirir.
Mötəbər tarixi mənbələr onu bir şəxsiyyət kimi xarakterizə edərkən şairin müsbət fərdi keyfiyyətlərinə xüsusi diqqət yetirir. Onun elmli, yazı-pozu işlərində qabil, ağıllı, uzaqgörən, bacarıqlı, tədbirli, işbilən, nəhayət, şairlikdə mahir olduğu yekdilliklə təsdiq edilir. Bu keyfiyyətləri Molla Pənahı Şuşada da çox tez tanıdır və məşhurlaşdırır. Nəhayət o, Qarabağ xanı İbrahim xanın da diqqətini cəlb edir. İbrahim xan onu saraya dəvət edib eşikağası (xarici işlər vəziri) vəzifəsinə təyin edir. Onun ağıl, fərasət və bacarığını görüb çox keçmədən baş vəzir rütbəsinə yüksəldir. Sarayda o, xanın ən yaxın məsləhətçilərindən olur. H.Qaradaği öz təzkirəsində İbrahim xanın hərəmxanasının, onun özünün və övladlarının hər cür məişət təminatının etibarlı və inanılmış bir şəxs kimi Vaqifə tapşırıldığını söyləyir. Onu da əlavə edir ki, mühəndislik elmini yaxşı bildiyinə görə Şuşa şəhərinin ətrafına çəkilmiş barının tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona etibar edilmişdir.
Qarabağ xanlığının xarici siyasətinin müəyyənləşməsində, başqa xanlıq və dövlətlərlə ictimai-siyasi əlaqələrinin qurulmasında Vaqifin də bir diplomat kimi müəyyən rolu olmuşdur. O, İbrahim xanın gürcü knyazı II İrakli ilə apardığı diplomatik danışıqlarda fəal rol oynamış, bu münasibətlə Tiflisə göndərilmişdir. Şairin Tiflis mövzusunda qələmə aldığı poetik örnəklər bu zaman yazılmışdır. Qarabağ vəzirinin Rusiya ilə diplomatik əlaqə və danışıqlarda iştirak etdiyi barədə də qaynaqlarda soraqlar vardır. Belə ki, rus çarı I Yekaterina Qafqaza general Zubovun komandanlığı ilə işğal məqsədilə böyük bir ordu göndərir. Ordu Salyana gəlib çıxır və buranı zəbt edir. Bu zaman İbrahim xan danışıqlar aparmaqdan ötrü onun yanına oğlu Əbülfət xanın başçılığı ilə bir nümayəndə heyəti göndərir. Həmin nümayəndə heyətinin tərkibində Vaqif də iştirak edir. Hətta rus çariçası Qarabağ xanının vəzirinə hədiyyə olaraq cəvahirata tutulmuş bir əsa göndərir. Ümumiyyətlə, məxəzlərin verdiyi məlumat Molla Pənahın qorxmaz, cəsarətli, hərbi və siyasi işlərdə səriştəli bir şəxsiyyət olduğunu göstərir.
1795-ci ildə İran şahı Ağa Məhəmməd xan Qacar böyük bir ordu ilə hərəkətə başladı. Ordunu iki yerə bölüb bir hissəsini Əliqulu xanın sərkərdəliyi ilə İrəvan üzərinə göndərdi. Digər bir hissəsini isə Qarabağ üzərinə yeritdi. Ordunun bu hissəsinə o, özü başçılıq edirdi. Şuşanı mühasirəyə alan Ağa Məhəmməd şah ciddi müqavimətlə üzləşdi, şəhəri zəbt etmək ona müyəssər olmadı. Qaynaqlar öz səhifələrində belə bir maraqlı epizodu da hifz edir: Şuşanı ala bilməyən qəzəbli hökmdar Seyid Məhəmməd Şirazi adlı şairin bir beytini məktubla İbrahim xana göndərir. Əsli fars dilində olan həmin beytin tərcüməsi belədir:
Fələyin mancanağından fitnə daşı yağır,
Sən axmaqcasına şişə içərisinə sığınmısan.
İbrahim xan məktubu cavab yazmaqdan ötrü Molla Pənaha verir. Baş vəzir məktuba Dərgi adlı şairin aşağıdakı beyti ilə ( orijinalı fars dilindədir) cavab verir:
Əgər məni qoruyan mənim bildiyimdir
(O) şişəni daşın qoltuğunda mühafizə edər.
Cavab Qacarı hədsiz qəzəbləndirir. Vaqifə qarşı kəskin şəxsi nifrət oyadır. O, Şuşanı toplardan atəşə tutmağı əmr edir. Əmr icra edilsə də, bir fayda vermir. Beləliklə, Qarabağ xanlığının paytaxtını 33 gün mühasirədə saxlayan İran hökmdarı bu cəhdin səmərəsiz olduğunu yəqinləşdirdikdən sonra Tiflisə yürüş etmək qərarına gəlir. Məqsədi bu idi ki, Tiflisi təslim etdikdən sonra qayıdıb Muğanda qışlasın və yazda yenidən Şuşaya hücum etsin. Beləliklə, yaxın zaman üçün Gürcüstanı işğal hədəfi seçən Qacar öz hərbi qüvvələrini oraya yönəldir. Çətinlik çəkmədən Tiflisi alır və şəhəri odlara qalayır. Çoxlu qənimət ələ keçirir. Ancaq bu zaman Xorasanda onun hakimiyyətinə qarşı qiyam qalxdığını eşidir. Təcili İrana qayıdır. Çox keçmədən (1796-cı ildə) rus çariçası I Yekaterina da vəfat edir. Hakimiyyət başına gələn çar Pavel rus qoşunlarına Azərbaycanı tərk etmək göstərişi verir. General Zubovun komandanlıq etdiyi rus qoşunları da Azərbaycandan çəkilib gedir. Qısa və zahiri bir sakitlik yaranır.
Ölkəsində nisbi nizam yaradandan sonra Ağa Məhəmməd şah 1797-ci ildə Qarabağ üzərinə ikinci yürüşə başlayır. Bu dəfə İbrahim xan ona qarşı müqavimət göstərə bilmir. Bu, iki səbəblə bağlı idi. Əvvələn, Qacarın hücumu qəfil və gözlənilməz olmuşdu. İkinci və daha mühüm səbəb isə o idi ki, Qarabağda quraqlıq baş verdiyindən məhsul olmamış, qəhətlik və aclıq baş vermişdi. Yoxsulluq, aclıq və qıtlıq o həddə çatmışdı ki, nə camaatın, nə də xanın hərbi qüvvələrinin Qacara qarşı döyüşmək iqtidarı qalmamışdı. Vəziyyətin mürəkkəb və çıxılmaz olduğunu görən İbrahim xan öz əhli-əyalını götürüb Balakənə getmiş, qayını Dağıstan xanı Əmmə xanın qonağı olmuşdu. Molla Pənah isə Qacar tərəfindən ələ keçirilmişdi. Mənbələrdə şairin ələ keçirilmə səbəbi ilə bağlı bir-birindən fərqli fikirlər mövcuddur.
Ağa Məhəmməd şah tərəfindən ələ keçirilən sənətkar gecə zindanda qalır. Bu məqsədlə ki, səhər edam edilsin. Lakin elə həmin gecə İran şahı öz gözətçiləri Səfərəli bəy və Abbas bəy tərəfindən qətlə yetirilir. Səhərisi Vaqif zindandan azad olunur. Bu mühüm və gözlənilməz, həm də ibrətli hadisə münasibətilə MollaVəli Vidadiyə müraciətlə məşhur “Bax” rədifli qəzəlini yazır.
Molla Pənah Qacarın əlindən xilas olsa da, Məhəmməd bəy Cavanşirin əlindən qurtula bilmir. İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əmisinin yoxluğundan istifadə edərək Qarabağ xanlığını ələ keçirir. O, əvvəllər Vaqifə səmimi münasibət göstərsə də, hadisələrin sonrakı gedişi bu münasibətin zahiri xarakter daşıdığını, həqiqi olmadığını göstərir. Qacarın ölümündən cəmi bir neçə gün sonra sənətkar öz oğlu Əliağa (bəzən onun adı Qasımağa şəklində xatırlanır) birlikdə öldürülür. Xanlığı əlində saxlamaq istəyən Məhəmməd bəy İbrahim xanın ən yaxın və nüfuzlu tərəfdarı kimi Vaqifi aradan götürməyi lazım bilmişdir. Sənətkarın ölüm tarixi 1797-ci ilə təsadüf edir. Bu zaman onun səksən yaşı var idi. Qəbri Şuşadadır.
Yaradıcılığı haqqında
Vaqifin bədii irsi bütöv şəkildə bizə çatmamışdır. Lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə ətraflı fikir söyləməyə material verir.
Sənətkarın bəhrələndiyi janrlar o qədər də çox deyildir. Bunlar konkret olaraq aşağıdakılardır: qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər. Göstərilən janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir.
İş burasındadır ki, müəllif öz novatorluğunu, əsasən, qoşmalarında – xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən xeyli fərqlənsə də, orijinallıq keyfiyyətini tam şəkildə bərqərar edə bilmir. Bu yolda şair bir ənənəçi olaraq qalır. Ədəbiyyatımız tarixində Vaqifin söz xəzinəsinə ayrıca mərhələ hüququ qazandıran, onu ədəbi məktəbə çevirən, ilk növbədə, qoşmalarıdır.
Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik, realizm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindəndir. Həm də onu sələflərindən fərqləndirən, ona ədəbi məktəb yaratmaq imkanı verən əsas keyfiyyət göstəriciləridir. Maraqlıdır ki, Vaqif poeziyasının mövzu dairəsi o qədər də əlvan deyil, nisbətən yeknəsəq səciyyəyə malikdir. Həm də onun üzərində dayandığı, isnad etdiyi, seçdiyi aparıcı mövzuların özü ənənəvi yolun davamı kimi görünür: məhəbbətin, gözəlin və insan gözəlliyinin tərənnümü. Vaqifin bədii təfəkkürünün və qələminin qüdrəti ənənəvi mövzunun istər forma-şəkil əlamətlərini, istərsə də mahiyyət-məzmun tərəfini köklü şəkildə dəyişə bilməsindədir. Yəni şair həm klassik poeziyanın ənənəvi janrlarını yeni janrla əvəz etdi (qoşma ilə), həm deyim tərzini və ifadə üsulunu təzələdi, həm bədii metodu dəyişdi, həm də mahiyyəti mücərrədlikdən xilas etdi, ona yeni, real məzmun verdi. Bununla da estetik idealın köhnə, ənənəvi məzmununa da yeni təravət gətirmiş oldu. Əlbəttə, bunlar deyildiyi kimi, millilik, xəlqilik, realizm və sadəlik elementlərinin vəhdəti və təzahürü hesabına baş verdi. Deyilən fikirlərin konkret nümunələrlə təsdiqinə diqqət yetirək.
Sələflərdə gözəl obrazının cinsi mənsubiyyətində şərtilik vardır. Yəni, ümumiyyətlə, insan gözəlliyindən söhbət gedir. Təriqət meylli poeziyada bu çalar özünü daha üstün şəkildə göstərir. Vaqifdə isə məhz qadın gözəlliyindən danışıldığı dərhal anlaşılır:
Bulut zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək,
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.
Əndamı ağ gərək, sinəsi mərmər,
Siyah zülfü qamətinə bərabər,
Qoynu içi guya müşk ilə ənbər,
Basdığı torpağı yalanmaq gərək.
Ümumiyyətlə, Vaqif gözəli sələflərindən fərqli olaraq mücərrədlikdən qurtarır, “ülvilik səltənətindən endirir” (A.Dadaşzadə). Eyni zamanda abstrakt məkanı Yer üzündəki konkret məkanla əvəz edir. Beləliklə, məkani mənsubiyyətdə də milliləşmə baş verir. Artıq Qazağın, Qarabağın, Kür qırağının, Açıqbaşın, Tiflisin gözəlləri təsvir obyektinə çevrilir:
Bir bölük yaşılbaş sonalar kimi,
Yığılıb gəlibdir Qazağa qızlar…
Sələflərdə gözəl dəqiq ad-ünvanı yoxdur. O, ünvansızdır. Əgər sənətkar onu hər hansı bir adla təqdim edirsə də, bu ad dəqiq ünvan kəsb etmədən mücərrət yozumun içərisində əriyib itir. Ümumi anlamda dərk olunan məşuq, gözəl təsiri bağışlayır. Vaqifdə isə gözəllər real ad-ünvan daşıyır. Şairin “Şamama”, “Zeynəb”, Fatimə, “Pəri”, “Yetər” və s. rədifli qoşmaları bu mənada xüsusi maraq doğurur. Rədifindən konkret və real həyat adamlarına həsr edildiyi aydın görünən bu qoşmalarda, o cümlədən “Ey üzü gül, qəddi tuba, Safiyə» misrası ilə başlayan “Dönmüş” rədifli şeirdə (şeir Safiyə adlı qıza həsr olunmuşdur) milli müəyyənlik, xəlqi çalar bədii mətnin məzmununda aşkar sezilir.
Sələflərdə gözəlin libası, pal-paltarı, geyim elementləri diqqət mərkəzində deyil. Əgər hansısa paltarın, zahiri qiyafə əşyasının adı çəkilirsə də, bu, epizodik səciyyə daşıyır, bədii mətnin ideya-estetik sistemində və semantikasında ötəri görünür. Təfərrüatın təqdimində yardımçı rol oynayır, stimullaşdırıcı faktora çevrilə bilmir. Vaqifdə isə gözəl başdan-ayağa libası, geyim əşyaları ilə təsvir olunur. Bir sözlə, sənətkar poetik obrazı milli ornamentlərlə bəzəyir. Onun gözəlinin geyimindən nümunələr: carğat, güləbətin köynək, kətan (Vaqifdə bu, parça yox, paltar anlamındadır), qaracarğat, kəlağay, qəsabə, tirmə şal, diba, nimtənə, cıqqa, tomağa, yaylıq və s. Göründüyü kimi, bunlar sırf milli (və ya milliləşmiş) geyim-əşya elementləridir. Deməli, XVIII əsr şairi poetik obrazı milli qiyafədə təqdim edir. Onun libasından milli mənsubiyyəti bəlli olur. Mücərrəd qiyafə real milli libasla əvəz edilir:
Ucu əşrəfili, bulut kimi sac,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki yoxdur.
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağı, hayıf ki, yoxdur.
Maraqlıdır ki, sənətkar obrazı nəinki kəlağayısı, qəsabəsi, cunası, tomağası, hətta yaşmağı ilə göz önünə gətirir. Onu bütünlüklə həyatiləşdirir, milliləşdirir. XVIII əsr (və orta əsrlər) Azərbaycan mühitində hamının hər gün rast gəldiyi qadını təsvir edir.
Vaqifin demokratikliyi başqa bir məsələdə də özünü büruzə verir. O, gözəli orta əsrlərin islami tələblərindən fərqli olaraq pərdəsiz, niqabsız, yəni təbii görkəmi ilə görmək istəyir:
Mən sənə olmuşam didar aşiqi,
Sən üzünü bürüməyin nədəndir?
Şirin sözlərinin çox müştaqiyəm,
Danışmayıb kiriməyin nədəndir?
Əlin dalda tutub, başın yanında,
Hərgiz tel görünməz qaşın yanında.
Mənim kimi bir sirdaşın yanında
Qayım-qayım sarınmağın nədəndir
Sənətkarın əsərlərində novatorluğun, daha doğrusu, milliliyin və xəlqiliyin bir təsdiqi də etnoqrafik elementlərin çoxluğudur. Bu mənada Kür qırağı, yəni məhəlli gözəllərlə əlaqəli “Hayıf ki, yoxdur! ” və “Bu yerdə” rədifli qoşmaları diqqəti cəlb edir. Şair bu qız-qadınları məhəlli xüsusiyyətləri ilə təqdim etməkdə xüsusi məharət nümayiş etdirir:
Bu diyarda kəlağay yox, katan yox,
Sinəm buta, müjgan oxun atan yox,
Sərxoş durub bir nəzakət satan yox
Heç sövdagar fayda bulmaz bu yerdə.
Bəzək bilməz bu diyarın göyçəyi,
Tanımaz al carqat, zərrin ləçəyi,
Ağ buxaq altından həlqə birçəyi
Tər məmə üstündə salmaz bu yerdə.
Təsvirdəki sadəlik, təbiilik, dilin aydınlığı, duruluğu göz önündədir. Bu, xəlqiliyin ilk göstəricisidir. Bundan sonra kəlağay, katan, carqat, ləçək kimi geyimlər sırf milli-etnoqrafik ovqatdan xəbər verir. Aşiqə buta verilməsi də folklor yaddaşından gələn əlamətdur. “Zərrin ləçək”, “həlqə birçək” ifadələri şeirdə təbiiliyin xəlqi görünən elementləri kimi diqqəti cəlb edir.
“Hayıf ki, yoxdur! ” qoşması əvvəldən sona qədər bədii təzad üzərində qurulmuşdur. Bu şeirin yazılmasının səbəbi ilə bağlı belə bir rəvayət də var: Deyilənlərə görə, İbrahim xan öz atlıları və vəziri ilə birlikdə Kür qırağındakı obalardan birinə düşür. Xanın getməsi uzanır. Yerli əhali onlara qulluq etmək əziyyətindən xilas olmaq üçün xanın saraya qayıtmasını tezləşdirməyi Vaqifdən xahiş edir. Ağsaqqalları dinləyən Vaqif xanda Şuşaya dönmək həvəsi oyatmaq məqsədi ilə bu qoşmanı yazır və onun məclisində müğınniyə oxudur.
Hər iki şeirdə təsvir olunanlar kənd, elat qızlarıdır. Onlar sadə, bər-bəzəksiz, iş-güc adamlarıdır. Vaqifin başqa şeirlərində tərənnüm etdikləri isə, əsasən, elitar qadınlardır.
Sənətkar Qazaxdan, yəni qohum-əqrəbasından, doğmalarından uzaqda yaşasa da, dostu M.V.Vidadi kimi qəriblikdən, qürbətçilikdən gileylənməmişdir. Onun bizə gəlib çatan şeirləri içərisində bu motivlə səsləşən “Durnalar” qoşmasıdır. Əlbəttə, bu, bədii ədəbiyyatda geniş yayılmış mövzulardandır. Vaqifin qoşması bu mövzuda yazılmış şeirlər içərisində öz mükəmməlliyi və gözəlliyi ilə seçilir.
Sənətkarın məşhur şeirlərindən biri M.V.Vidadi ilə deyişməsidir. “Ağlarsan” rədifli bu deyişmə hər iki müəllifin nisbətən irihəcmli əsərlərindədir. Deyişmə hər iki şəxsiyyətin dünyaya baxışının bəzi cəhətlərini, həyata, yaşayış tərzinə, dünya və axirət məsələlərinə və s. münasibətlərini müəyyənləşdirmək üçün gərəkli material verir.
“Bax” qəzəli və “Görmədim” müxəmməsi sənətkarın bizə məlum son şeirləridir. Hər iki poetik nümunədə şair bir növ özünün sürəkli yaradıcılıq ənənəsindən kənara çıxır. Yəni o, şən, şux, həyatdan zövq-səfa duymağa çağıran, gözəlləri mədh edən yaradıcı şəxsiyyətə bənzəmir. Birinci şeirdə müəllif dünya hadisələrinin ağılagəlməz, gözlənilməz gedişatından ibrət almağa, zalımın zülmünün yerdə qalmayacağına inam bəsləyən, nəsihətçiyə, ikinci şeirdə isə bütövlükdə cəmiyyətə, bəşəri xilqətə, onun başdan-başa şərə bürünmüş xislətinə və əməlinə qarşı üsyan edən ittihamçıya bənzəyir. Özünü bəşərin cinayət səhrasında tənha hiss edən sənətkar hər iki lirik əsərdə son olaraq Allaha, onun rəsulu Məhəmmədə (ə.s.) və “ali-əbaya” üz tutmağı, onlara sığınmağı yeganə çıxış yolu hesab edir.
“Bax” qəzəli deyildiyi kimi, Qacar öldürüldükdən və Vaqif həbsdən azad edildikdən dərhal sonra M.V.Vidadiyə müraciət tərzində qələmə alınmışdır.
“Görmədim” yalnız Molla Pənahın yaradıcılığında deyil, ümumiyyətlə, ədəbi fikir tarixində bəşərin şərinə, insani cinayətlərə, ictimai varlığın eybəcərliklərinə, naqis insan ehtiraslarına, nəfsi istək və əməllərə qarşı yazılmış ən kəskin ittiham şeirlərindəndir, ictimai lirikanın dəyərli örnəklərindəndir. Müxəmməs əruz vəzninin rəməl bəhrindədir. Burada sanki müəllif yalnız bütün sosial gerçəklikdən deyil, öz yaradıcılığından, ömrü boyu yazdıqlarından, orada təbliğ və təlqin etdiyi fikirlərdən də imtina edir. Həyatı boyu vəsf etdiyi insan gözəlliyindən yox, insan şərindən və eybəcərliyindən söhbət açır.
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Şair bəşəri bir küll halında seyr edir, onun istək və əməllərini sadalayır və göstərir ki, sultandan gədaya, əqidə yolçusu sayılan dərvişə qədər hər kəs dünya malının əsiridir. Danışılan sözlərin hamısı yalan və böhtandan ibarətdir. Deyilənlər bütünlüklə hiylə, fitnə fənnidir. Onlarda gözəllik varsa da, bu, zahiridir. Niyyətlər, sözlər və əməllər ancaq pul, sərvət, mal-dövlət qazanmağa yönəlmişdir. Nə başçılar layiqli əməl sahibi, nə də itaətkarlar dürüst itaət əhlidir. İxtiyar sahiblərinin insafı və səxavəti, insaf və səxavət sahiblərinin isə sərvəti, pulu yoxdur. Yəni xeyirlə şərin yeri tərsinə düşmüşdür. Cəmiyyət üzvlərinin bədxahlığa, pisliyə yön alması şairi sarsıdır. O, görür ki, nə yaxşılıq etməyin faydası, nə kiminləsə səmimi dostluğun aqibəti yoxdur.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.
Müəllif cəmiyyətin bütün təbəqələrini, zümrələrini, mənsəbli-mənsəbsiz üzvlərini nəzərdən keçirir. Elm, din, iman və etiqad sahibi, yəni guya əqidə, bilik, saf mənəviyyat və əməl sahibi hesab olunanları da
təhlil süzgəcindən keçirir. Təəssüf ki, onların da “nəfsi-əmmarə” əlində “sərbəsər” əsir olduqlarını, həqqi batil edib böyük günahlar işlətdiklərini, şeyxlərin hiyləgər, kələkbaz, abidlərin isə onlardan da betər olduqlarını görür. Heç kəsdə həqqə layiq ibadət görməyən şair belə hesab edir ki, yer üzündə ədalətdən, insafdan, xeyirxahlıqdan, sədaqətdən danışmaq mümkün olmadığı kimi, saf iman və pak etiqaddan da söhbət açmaq mümkün deyil…
“Görmədim” müxəmməsində sənətkar cəmiyyətə qarşı müxalif və inkarçı mövqedədir. Sanki sosial bəlalara, insan fitrətindəki pisliyə qarşı uzun illər içərisində yığılan mənfi enerji ömrünün sonunda bir vulkan kimi püskürür.
Bu mövzuda çoxlu sayda şeirlər yazılmışdır.Vaqifin müxəmməsi onlardan fərqlənir, ümumiyyətlə, ictimai lirikanın ən kamil və ən təsirli nümunələrdən biri hesab edilir.
Molla Pənah Vaqifin “Hayıf ki, yoxdur” qoşmasında təbiət gözəllikləri və həyat ziddiyətlərinə münasibət inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz
Molla Pənah Vaqif XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümuyəndəsidir. O həm mahir bir söz ustası, həm də görkəmli dövlət xadimi kimi böyük şöhrət qazanmışdır. Molla Pənah Vaqifin Azərbaycan poeziyası tarixində, onun yeni istiqamətdə inkişafında böyük xidmətləri olmuşdur. özündən əwəlki zəngin klassik və şifahi şeir ənənələrinə dərindən yiyələnən şair realist şeirin ilk nümunələrini yaratmaqla ədəbiyyatımızda yeni ədəbi məktəbin əsasını qoymuş, onun yaradıcılığı ilə poeziyalarımızda şifahi xalq şeiri üslubu üstün mövqe qazanmışdır. Vaqif şeirini səciyyələndirən əsas xüsusiyyətlər nikbinlik, xəlqilik və realizmdir.
Vaqif lirik şairdir. Onun yaradıcılığında məhəbbət mövzusu və gözəlliyin tərənnümü xüsusi yer tutur. Lakin özündən əvvəlki şairlərdən fərqli olaraq, Vaqif şeirində gözəlin və gözəlliyin təsviri daha real, onun həyatdan aldığı zövq daha yüksək, hisslər daha həssas, daha təbiidir. Bu lirikada nikbinlik aparıcı bir xətt kimi diqqəti cəlb edir. Vaqif ömrünün son çağlarında bir sıra haqsızlıqlar və çətinliklərlə üz-üzə gəlmiş, bütün bunlar ona böyük təsir göstərmiş və şairin yaradıcılığında ictimai motivlərin güclənməsinə səbəb olmuşdur. Lakin şairin ilk yaradıcılıq dövründə qələmə aldığı nikbin əhvali-ruhiyyəli şeirlərdə də ictimai motivlərə rast gəlmək mümkündür. Bu baxımdan «Hayıf ki, yoxdur» qoşması Vaqif yaradıcılığında xüsusi yer tutur. Bu şerin yazılma tarixi haqqında xalq arasında belə bir rəvayət vardır ki, İbrahim xan bir dəfə öz rəiyyəti ilə Kür qırağında köç salıb dincəlirmiş. Xanın burada çox qalacağını hiss edən el ağsaqqalları kömək üçün Vaqifə müraciət edirlər. Vaqif də bu şeiri yazaraq xanın məclisində oxutdurur və beləliklə, xanı saraya qayıtmağa həvəsləndirir.
«Hayıf ki, yoxdur» qoşmasında Vaqif əsrarəngiz təbii gözəlliklərə malik olan Kür qırağında abad bir kənd görmədiyinə təəssüflənir, belə gözəl yerdə yaşayan insanların kasıb və fərəhsiz həyat keçirməsi şairi kədərləndirir. Vaqif buradakı qız-gəlinlərin misilsiz təbii gözəlliyə malik olduğunu, lakin bu el gözəllərinin yoxsul geyindiyini təəssüf hissi ilə qeyd edir:.
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə.
Bəzəyi, libası, hayıf ki, yoxdur!
Yüksək zövqə və zərif duygulara malik Vaqif gözəlliyi tamamlayan cəhətlərdən birinin geyim olduğunu göstərir və burada yaşayan gözəllərdə səliqə-sahmanın, bəzək-düzəyin yerli-yerində olmamasını təəssüf hissi ilə qeyd edir
Çünkı yorgunuyam mən bu yolların,
Bilirəm qaydasın hər üsulların.
Gümüş biləklərin, bəyaz qolların
Sarı kəhrəbası hayıf ki, yoxdur!
Vaqif sənətinə xas olan real təsvir, təbii və canlı dil bu qoşmada daha çox diqqəti cəlb edir. Şair bu əsərdə Kür qırağının bənzərsız təbiətinə, onun qız-gəlinlərinin təbii gözəlliyinə olan vurğunluğunu və heyranlığını da, belə əsrarəngiz bir diyarda yoxsul həyat tərzi keçirən insanların acınacaqlı yaşayışından doğan kədər və təəssüfünü də eyni dərəcədə şirin və səmimi bir dillə ifadə etmiş, gözəl sənət nümunəsi yaratmışdır. Məhz bu məziyyətlərinə görədir ki, «Hayıf ki, yoxdur» qoşması bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Hayifki yoxdu qoşmasi
Сервисы VK
Поиск видео Найти
Топ недели
Мы больше не будем рекомендовать вам подобный контент.
702 899 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
330 799 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
810 595 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
880 011 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
698 747 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
451 226 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
390 922 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
34 199 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
168 684 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
155 502 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
157 143 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
288 530 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
135 474 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
215 713 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
160 136 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
138 099 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
74 069 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
335 294 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
228 408 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
136 688 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
143 445 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
740 206 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
132 982 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
175 241 просмотр
Левая колонка
Следующее видео
р.н.п. “Ой, вы девки-молодки”, частушки из реп. М. Мордасово.
123 315 просмотров
образцовый вокальный ансамбль “Шутейница”
Похожие видео
14.05.2017. m. Ivano-Frankiwsk. Ukraine. HD. P.0.
13 482 просмотра
๑۩۩๑ НАШЕ – ПРИКАРПАТТЯ ๑۩۩๑ ✔
22.01.2017. m. Ivano-Frankiwsk. Ukraine. HD.P.3.
5 492 просмотра
๑۩۩๑ НАШЕ – ПРИКАРПАТТЯ ๑۩۩๑ ✔
М.Ю.Лермонтов.Стих.Мой дом.Читает Аноприенко П.
11 416 просмотров
Никаноровская модельная библиотека
“P.Y.T”-Michael Jackson ВСЕ мои кавер-версии рояль вокал M.J.
22 415 просмотров
Дженни Джоннова
20.02.2017. m. Ivano-Frankiwsk. Ukraine. HD. P.4.
6 198 просмотров
๑۩۩๑ НАШЕ – ПРИКАРПАТТЯ ๑۩۩๑ ✔
ДК им. М.П. Чиха Флешмоб ” Селфи- Я и моя семья”
41 893 просмотра
B.P.M. – Everywhere
58 895 просмотров
Музыка 90х ( Techno,Eurodance )
17 633 просмотра
Виктор Рыжков
Полный контакт | Соловьёв LIVE | 15 марта 2023 года
451 226 просмотров
СОЛОВЬЁВ LIVE
Президент отвечает на вопросы рабочих вертолётного завода
1 123 996 просмотров
Вывели на прогулку опасную банду!)
288 530 просмотров
Музыка Клипы и Хорошее Настроение
Топ 5 артистов
335 294 просмотра
Знаете ли Вы?
Электротранспорт в России стал доступным
330 799 просмотров
Наша страна Россия
Спасибо вам, учителя!
740 206 просмотров
Национальные проекты России
Стрим Народного фронта // 15 марта 2023
228 408 просмотров
Народный Фронт
Эта ворона определённо в курсе законов физики!
18 510 просмотров
Музыка Клипы и Хорошее Настроение
День рождения поэта и патриота
356 821 просмотр
Рождённые в СССР
По крышам Петербурга
1 388 980 просмотров
Национальные проекты России
Гоблин — о новом поколении
390 922 просмотра
Память о геноциде в СССР
174 962 просмотра
Рождённые в СССР
Подписчики в восторге от нового видео Оксаны Самойловой с до.
175 241 просмотр
Обскакал девчонку
215 713 просмотров
Всё интересное и смешное
Протестировал LADA VESTA SW CROSS на бездорожье
168 684 просмотра
Менеджер Антон
Ədəbiyyat – M P Vaqif “Hayıf ki, yoxdur” qoşması
17 фев 2018 4 просмотра
Добавить в закладки
Пожаловаться
Ədəbiyyat. 8-ci sinif. Reyhan Baxşıyeva. Sumqayıt şəhəri Təbiət Elmləri Təayüllü Gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat müəllimi.
Comments are closed, but trackbacks and pingbacks are open.