Həbibə sultanova dünya
Elmi-əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent. 1985-ci ildən baş müəllim. 1988-ci ildən dosent vəzifələrində çalışmışdır. 1996-cı ildən həmin kafedranın müdiridir. Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodiki Şuranın, Coğrafiya fakultəsinin Elmi Şurasının, Tədris-metodik Şurasının üzvüdür. Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü və Coğrafiya Cəmiyyətinin BDU filialının sədridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. «Qızıl Qələm» mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
“Playstation”ə görə dilənən uşaqlar
Bu yaxınlarda metronun “Azadlıq” stansiyasının yaxınlığındakı internet klublarının qarşısında məktəbyaşlı bir uşaq mənə yaxınlaşıb 1 manat pul istədi. Onun yanında olan iki oğlanın isə başqalarına müraciət edərək “xala, nə olar 1 manat ver də” dediyini eşitdim. Onlardan nə üçün belə etdikləri ilə maraqlananda isə pulu oyun oynamaq üçün istədiklərini bildirdilər.
9 yaşlı Pərvizin sözlərinə görə, valideynləri ona internet kluba getmək üçün pul vermirlər: “Anamgil mənə “Playstation”ə getməyə, oyun oynamağa qoymurlar. Deyirlər, kompüter oyunları ziyandır, gözlərin zəifləyər. Amma mənim dostlarım hər gün internet klubdadırlar, mən də onlar kimi oynamaq istəyirəm. Pulsuz isə internet kluba buraxmırlar. Ona görə də başqalarından pul almağa başlamışam”.
İbtidai sinif müəlliməsi Həbibə Sultanova şikayət edir ki, məktəb zamanı şagirdlər dərs oxumaq əvəzinə günlərini “Playstation”də keçirirlər: “Düşünürəm ki, valideynlər uşaqların internet klublarına getməyini məhdudlaşdırmalı, diqqətlərini dərs oxumağa yönəltməlidirlər. Bununla yanaşı internet və “Playstation”ə nəzarət gücləndirilməli və azyaşlı uşaqlar ora buraxılmamalıdır” deyən həmsöhbətimizin sözlərinə görə, uşaqlar üçün oyun oynamaq önəmlidir: “Bu səbəbdən də valideynlər onlar üçün intellektual oyunlar tapmalı, bununla da uşaqları həm maarifləndirməli, həm də əyləndirməlidirlər”.
Psixoloq Aygün Babayeva isə bildirib ki, valideynlər uşaqlara “Playstation” və ya internet kluba getməyi qadağan etməklə, buna marağı daha da artırırlar: “Belə ki, uşaqlar yasaq olan şeylərə maraq göstərir. Valideyn “Playstation”a getmək üçün uşağa pul verməsə belə, o, çıxış yolunu tapacaq. Yaxşı olar ki, valideyn uşağa bunu icazə versin. Özü də uşaqla birgə gedib, ona oynamaq üçün müəyyən vaxt qoysun”.
“Playstation” və internet klubların işçiləri isə belə yerlərə çox vaxt uşaqların və yeniyetmələrin gəldiyini deyirlər. Qeyd edək ki, çox vaxt iri və səviyyəli “Playstation” salonlarının qarşısı maraq doğuran reklamlar, daha çox müştəri cəlb etmək üçün rəngli bayraqlar, şarlar və s. vasitələrlə bəzədilir. Bu da istər-istəməz uşaqları cəlb edir. Bu cür “Playstation” salonlarından birinin sahibi Akif Bağırovun sözlərinə görə, onların qazancı elə uşaqların hesabına çıxır: “Əksər yetkin və yaşlı insanların evində və ya işində internet var. İnternetdən istifadənin isə həm uşaqların sağlamlığına, həm də tərbiyəsinə mənfi təsir göstərdiyi üçün valideynlər uşaqları internetdən istifadə etməyə, oyun oynamağa buraxmırlar. Uşaqlar isə belə yerlərə əsasən də oyun oynamaq üçün gəlirlər. Çox vaxt onlar pul verə bilmir və bizdən pulsuz oynamağı xahiş edirlər. Bəzi hallarda isə valideynlər uşaqların internet kluba gəldiyini bilib bizimlə dalaşırlar. Belə olan halda biz həmin uşaqları daha buraxmırıq”.
Başqa bir “Playstation” salonunu işlədən Əliqulu Həsənovun sözlərinə görə, “Playstation” maraqlı və canlı oyun olduğu üçün uşaqlar buna maraq göstərir: “Çox vaxt uşaqların pulu olmadıqda belə gəlib oynamaq istəyirlər. Elə olur ki, yarım saat oturub oyunu maraqla oynayır, lakin pulu qurtardığı üçün oyunu davam edə bilmir. Belə olan halda bizdən bir qədər də pulsuz oynamağı xahiş edirlər. Biz çox vaxt icazə veririk. Ümumiyyətlə, belə oyunları oynamaq üçün yaş məhdudiyyəti yoxdur. Azyaşlı uşaqlar, tələbələr, yetkin insanlar da bura gəlirlər”.
Ə.Həsənov bildirib ki, bu oyunların dəb alması onların çempionatlarının da keçirilməsinə ehtiyac yaradıb: “Bu gün şəhərdə bir çox səviyyəli “Playstation” salonlarında çempionatlar keçirilir. Qaliblər isə mükafatlandırılır. Bu cür çempionatlar bizdə də keçirilir. Çempionatlar hər il aprel və sentyabr aylarında baş tutur. Birinci yerə çıxana kubok, 100 manat, diplom, medal, 20 saat pulsuz oynamaq imkanı, 2-ci yerə 50 manat, diplom, medal, 10 saat pulsuz oynamaq imkanı, 3-cü yerə çıxana isə diplom, medal və 10 saat pulsuz oynamaq imkanı verilir”.
Müsahibimin dediyinə görə, bu oyunlar son vaxtlar çox dəbdə olsa da, hələ ki, qız oyunçulara rast gəlməyib: “”Playstation” oyununu yalnız kişilər oynayır. Bu cür çempionatların keçirilməsinin məqsədi isə “Playstation” salonlarının tanınmasıdır. Otaqlara gəlincə, VİP və adi otaqlar olur. VİP otaqlarda qəlyan, siqaret çəkməyə və içki içməyə imkan verilir. Adi otaqlarda isə buna icazə verilmir”.
Həbibə sultanova dünya
Bakı Dövlət Universitetinin bir qrup ziyalısı Azərbaycan ziyalılarına müraciət edib. Modern.az-ın məlumatına görə, “Azərbaycan” qəzetində dərc olunan müraciətdə deyilir:
Hörmətli həmkarlar!
Bakı Dövlət Universitetinin ağsaqqal ziyalıları adından bütün Azərbaycan ziyalılarına müraciət edirik. Biz şübhə etmirik ki, siz də bizim kimi ölkəmizin bugünkü sabitliyini ən böyük dəyərimiz hesab edirsiniz. Yaxşı xatırlayırıq ki, cəmiyyət həyatının bütün sahələrində ön mövqedə olan Azərbaycanın inkişaf prosesinə öz töhfələrini verən ziyalılar ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə etiraz olaraq, xalqı öz ətrafında birləşdirməyə nail oldular. Lakin sonralar hərəkatın rəhbərliyindən ziyalıların sıxışdırılması, idarəçiliyin, tədricən, qaragüruhun əlinə keçməsi milli mücadiləmizin uğursuzluğuna gətirib çıxardı. Nəticədə müstəqillik uğrunda mübarizənin mahiyyəti dəyişdi, hakimiyyət uğrunda savaşlar, vətəndaş qarşıdurmaları, 20 Yanvar faciəsi kimi olaylar baş verdi, üstəlik Qarabağ hadisələrində ardıcıl məğlubiyyətlərlə üzləşdik. Əlbəttə, bu gün artıq həmin dövr deyil. Təəssüf ki, bu gün adını ziyalı qoyan 20-30 nəfərin toplumundan əmələ gələn və “Ziyalılar forumu” adlanan qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından bəyanatlar verərək minlərlə ziyalının gördüyü həqiqətləri başqa rəngdə çatdırmaq, şəxsi mənafeləri naminə təkcə Azərbaycan xalqını deyil, bütün dünya ictimaiyyətini çaşdırmaq istəyirlər.
Lakin Azərbaycan dünyada nüfuzu olan, iqtisadi inkişaf dinamikasına görə fərqlənən, BMT Təhlükəsizlik Şurasına üzv seçilən, Avropanın mədəniyyət mərkəzi kimi “Eurovision” yarışmalarına ev sahibliyi edən, bölgənin enerji tranzit mərkəzinə çevrilən. və bir çox başqa uğurları olan ölkədir. Biz belə hesab edirik ki, bu uğurlar hər bir Azərbaycan ziyalısının fəxr və qürur mənbəyi olmaqla bərabər, həm də onların dövlətə, dövlətçiliyə sədaqətli xidmətinin nəticəsidir. Bu gün kimsənin bu uğurları əlimizdən almağa, düşmən xarici ölkənin mətbuatında tez-tez səsləndiyi kimi, “ərəb təcrübəsinin tətbiq olunmasına” şərait yaratmağa ixtiyarı yoxdur! Həqiqi ziyalılar antiazərbaycan şəbəkənin ölkəmizdə axtardığı istinad nöqtələri ola bilməz. Xaricdən düşmən qüvvələrin ayırdığı qrantları şəxsi maraqları naminə dövlətimizin əleyhinə çevirməyə çalışanlar siyasi münasibətlərin fövqündə dayanan ziyalılardan istifadəyə cəhd göstərməməlidirlər. Tarixin bütün kəşməkəşlərini görən biz ağsaqqallar başa düşürük ki, yaşı 20 il olan gənc dövlətimizin tərəqqisi ilə yanaşı, hələ həll edə bilmədiyi problemlər də mövcuddur. Bu problemləri dövlət başçısı da, hər bir ziyalı da görür və onların həlli yolunda aparılan işlər bir an da səngimir. Əminik ki, ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyidir. Həmin mövqe bütün haqsızlıqlara, ədalətsizliklərə qarşı olub və olmalıdır da.
Biz “Ziyalılar forumu”nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir. Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib.
Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar da bütün bunları nəzərə alaraq, yanlış mövqe tutanlara bu yoldan çəkinməyi tövsiyə edirik.
Akademik Abel Məhərrəmov
Akademik Vasim Məmmədəliyev
Akademik Bəhram Əsgərov
Akademik Cəlal Allahverdiyev
Akademik Fikrət Əliyev
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev
AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev
AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə
AMEA-nın müxbir üzvü, professor Rəfiqə Əliyeva
AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev
AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov
AMEA-nın müxbir üzvü, professor Məsumə Məlikova
AMEA-nın müxbir üzvü, professor Volodya Tahirov
Professor Abuzər Xələfov
Professor Qulu Məhərrəmli
Professor Karlen Xudaverdiyev
Professor Məmməd Yaqubov
Professor Musa Bayramov
Professor Oqtay Əkbərov
Professor Akif Quliyev
Professor Neymət Qasımov
Professor Əli Əliyev
Professor Qara Mustafayev
Professor Şövqi Göyçaylı
Professor Həbibə Sultanova
Professor Qara Namazov
Professor Yusif Seyidov
Professor Lalə Quliyeva
Professor Tofiq Vəliyev
Professor Əsmət Muxtarova
Professor Ağalar Abbasbəyli
Professor Xəlil İsmayılov
Professor Əli Əliyev
Professor Elşad Qurbanov
Professor Əli Əhmədov
Professor Çingiz Həsənov
Professor İzzət Rüstəmov
Professor Sənubər Abdullayeva
Professor Məmməd Çıraqov
Professor Pərvin Darabadi
Professor Cəfər Quluzadə
Professor Əyyub Əzizov
Professor Ağavəli İbrahimov
Professor Rahib Abışov
Professor Tapdıq Həsənov
Professor Mikayıl Cəfərov
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
Həbibə Sultanova. “Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.
Kreativ Turizm Mərkəzi
Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana
“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təqdimatında
“ İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək ” kreativ-innovativ layihə.
Elektron kitab N 59 (07 – 2018)
Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə I-ci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən, – http://www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın dəstəklədiyi “ İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək ” kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
“Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyi:
“ İnternet və sosial şəbəkələrdə Azərbaycan kreativ turizmin inkişafına dəstək ”
Kreativ-innovativ layihəsi çərçivəsində rəsmi Feysbuk səhifəsi burada:
https://www.facebook.com/virtualturizmmerkezi
E-nəşrlər burada:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=178
Həbibə Sultanova
“Azərbaycan Respublikasında turizm və onun inkişafı”
Monoqrafiya
Kitab SİMİB tərəfindən e-nəşrə hazırlanıb
Kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
A Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.
Həbibə Sultanova. Azərbaycan Respublikasında turizm və onun inkişafı. Monoqrafiya. Az TU-nun mətbəəsi. 2015, 475 s.
Həbibə Sultanova. ” Azərbaycan Respublikasında turizm və onun inkişafı”. Monoqrafiya. Elmi araşdırmada milli turizmin müxtəlif istiqamətləri tədqiqata cəlb edilir, ümumi intellektual-kreativ nəticələrə gəlinir.
“Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar
Öz fəaliyyətini ölkəmizin sürətli iqtisadi-sosial, ictimai-siyasi inkişafı, genişlənməkdə olan vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində daha da gücləndirən, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə təqdim etdiyi məqsədilə internet və sosial şəbəkələrdə məlumatlandırma tədbirlərinin təşkili” adlı layihəsi həyata keçirilməyə başlanılıb.
4 ay müddətində, may-avqust 2018-ci il tarixlərində həyata keçiriləcək kreativ layihə ilə əlaqədar İctimai Nəzarət Koalisiyası İH-nin rəhbəri, eyni zamanda “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, layihənin baş əlaqələniricisi, tanınmış ictimai lider Rasim Məmmədov geniş məlumat vermişdir.
Bütün dünyada baş verən iqtisadi dəyişikliklər, İKT-nin və robot texnikasının, süni intellektin sürətlə inkişafı, klassik iş yerlərinin yeni kreativ fəaliyyət növləriylə əvəzlənməsi, qlobal iqtisadi böhran, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidentinin qəbul etdiyi proqramlar, eləcə də milli turizmin inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı siyasəti dəstəkləmək layihənin əsas məqsədlərindəndir. Milli turizim sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-kreativ resursların hazırlanması, İnternetdə – sosial şəbəklələrdə dəstəklənməsini, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq əcnəbi turistlərin öıkəmizə axınına təkan verməyi qarşısına məqsəd qoyan innovativ layihə yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasını təbliğinə yönəlib. Təşkil olunacaq pilot tədbirlər vasitəsilə turizmin az inkişaf etmiş kənd, ekoloji, mədəni, dağ, etnik, hətta daha yeni forması olan multikultural növlərinə daha innovativ-kreativ yanaşmanın vacibliyini bu sahənin müxtəlif peşə sahiblərinə öyrətməklə mədəni turizm sahəsində intellektual-kreativ materialların yeni – fərqli virtual məhsullardan ibarət resursların yaradılması nəzərdə tutulur, bölgələrdə onların tanıdılması, İnternet və sosial şəbəkələrdə məxsüsi olaraq PR-ı aparılması nəzərə alınıb. Layihə çərçivəsində turizmin elmi-kreativ tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.
Post-neft erasının daxil olduğumuz zaman İKT sürətlə həyatımızın, iqtisadiyyatımızın müxtəlif sahələrinə nüfuz etməyə başladı. Yeni geoiqtisadi tələblərdən çıxış edərək respublikamızda qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət ayrılıb. Elə istiqamətlərdən biri də gəlirli sahələrdən sayılan turizmin və onun müxtəlif qollardır. Ölkəmizdə turizm sənayesi inkişafı son illərdə sürətlənsə də, onun ayrı-ayrı sahələri hələ də yetərincə inkişaf etməyib. Respublikamızda turizmin çox və nisbətən az inkişaf etdiyi istiqamətləri və bölgələrinin təcrübə mübadiləsini təşkil etmək lazımdır ki, ölkəmizin hər yerində turizm iqtisadiyyatımızın əsas gəlir mənbəyinə çevrilsin. Ancaq bizdə turizmin iqtisadi, maliyyə, sosial, bazar, marketinq, qida və ərzaq təminatı, mədəni yanaşma, hüquqi tərəflərlə bağlı çoxsaylı problemlər var ki, onlar həll olunmasa, qonşu ölkələrə rəğmən bizdə bu gəlirli sahə ləng inkişaf edəcək. Bizdə hələ də turizmə əyləngə sahəsinin bir forması – ekskursiya və səyahət hadisəsi kimi fərdi-maliyyə hadisəsi kimi yanaşma, düşüncə mövcuddur.
Kreativ biznesin ən çox inkişaf etmiş sahəsi olan beynəlxalq turizmin mədəni və etnoqrafiq istiqaməti hələ də yetərincə tədqiq olunmayıb, turizmlə bağlı lazımi vəsaitlərin hazırlanmaması, milli turizmin İnternetdə, xüsusən də virtual aləmdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyytların elektron variantların olmaması müəyyən mənada iqtisadiyyatın bu yüksək gəlili növünün inkişafında problemlər yaradır.
Turizm ölkənin bir saylı vizit sahəsi sayılır, xaricilər milli mədəniyyəti, xalqın həyatını məhz fərdi və qrup halında səyahət etməklə tanıyırlar. Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Turizm və mədəni turizmə həsr olunmuş praktik çap və vizual vəsaitlərin sosial şəbəkələr, İnternet resurslarında yerləşdirməklə bu sahədəki nisbi boşluğu qismən doldurmaq lazımdır. Eyniliklə, Azərbaycan haqqında müxtəlif dillərdə yaradılan audio-vizual, reklam xarakterli video materialları, tanıtım məhsularını sosial şəbəkələr, videopaylaşım platformaları, kompyüter və smartfonlar üçün ayrıca proqram əlavələri, tətbiqlər yaratmaqla bu istiqamətdəki boşluqları doldurmaq mümkündür.
Xarici və daxili turizm industuriyasında çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması, müxtəlif dillərdə İnternet resursları və e-nəşrlərin azlığıyla rastlaşırlar. İnternetdə, elektron kitabxana və sosial şəbəkələrdə kreativ turizm və milli-mənəvi mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən, tanınmış imza sahibləri – yazıçı və alimlərin, publisist, araşdırmaçı və bloqerlərinişıq üzü görmüş kitablarının elektron variantları məhdud saydadır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron – rəqəmsal halda azsaylı bu qəbil intellektual-kulturoloji, kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kultruroloji-kreativ texnologiya – insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.
Respublikamızda keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyasların mövcud olduğu qlobal turistik məərkəz kimi tanıdılması ilə bağlı ciddi resurslara, eləcə də dəyərli e-kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Turizm sahəsinə aid dəyərli elektron nəşrlərin şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə ictimaiyyətə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış peşəkarların, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.
Layihə turizm sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı, kreativ biznes və mədəniyyət sahələrdə yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.
Həbibə Sultanova
Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir.
Elmi-əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent. 1985-ci ildən baş müəllim. 1988-ci ildən dosent vəzifələrində çalışmışdır. 1996-cı ildən həmin kafedranın müdiridir. Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodiki Şuranın, Coğrafiya fakultəsinin Elmi Şurasının, Tədris-metodik Şurasının üzvüdür. Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü və Coğrafiya Cəmiyyətinin BDU filialının sədridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. «Qızıl Qələm» mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
Elmi əsərləri:
1. Курортно-туристические ресур-сы Азербайджанской Республики и перспективы развития курортной системы География и туризм. Сб.науч.
Трудов. Выпуск 1.Пермь, 2005
2.Müasir ekoturizmin inkişaf potensialı. BDU, Xəbərlər, №1, 2003
3.Пroblems of rekreational development and forminq resort-tourist somplexon the coast of the Caspian sea. Caspian Жournal of natural resources.№1, Сeason year, 2003.
4.Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Azərbaycanda müasir coğrafi tədqiqatlar. Bakı, 2007
5.Azərbaycan respublikasının turizm sahəsində beynəlxalq əməkdaşlığının müasir vəziyyəti, Bakı Universitetinin Xəbərləri. Bakı, 2008 №1.
6.Turizm-rekreasiya sistemləri və ətraf mühit.Azərb.Coğr.Cəm. AMEA akad. H.Ə.Əliyev ad.Coğr.İnstitutu Təbii-təsərrüf.sistem. ekoloji təhlük. Təmin.coğr.prob. Azərb.Coğr. Cəm. əsərləri XIV cild. Bakı.2009.
7.Su ehtiyatlarından istifadədə İİR-ın təcrübəsi. 2-ci Xəzər Beynəlxalq su texnologiyaları konfransının materialları. Azərbaycan, Bakı, 11 aprel 2014.
Kitabları:
- İran və Əfqanıstanın coğrafiyası. Dərslik.Bakı. Azərbaycan Universiteti nəşriyyatı,1989,204 s.
- Ərəb ölkələrinin coğrafiyası. Dərslik. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1992,348.s
- Beynəlxalq turizmin coğrafiyası, Dərs vəsaiti. Bakı: R.N.Novruz-94, 2002, 547 s.
- Mehmanxana təsərrüfatı. Dərs vəsaiti, Baki: “Parni iz Baku”, 2005, 216 s.
- Turizmin əsasları. Dərs vəsaiti, “Mütırcim”, 2007, 316 s.
- Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası. Dərslik,
- Экономическая и социальная география славянских стран Учебное пособие
- Bakı Slavyan Universiteti «Kitab Aləmi» Nəşriyyat Poliqrafiya Mərkəzi, 2010
- Dünyanın iqtisadi və sosial coğrafiyası. Dərslik. Bakı “Sabah”, 2011, 584 s.
- Otelçilik fəaliyyətinin əsasları. Monoqrafiya. Bakı: Az-TU-nun mətbəəsi, 2013, 410 s
- Azərbaycan Respublikasında turizm və onun inkişafı. Monoqrafiya. Az TU-nun mətbəəsi. 2015, 475 s.
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
Comments are closed, but trackbacks and pingbacks are open.