Press "Enter" to skip to content

Professor Ziyafət Həbibova: Şuşa tarixi abidələr məkanı, Azərbaycanın müqəddəs torpağıdır

Daha sonra söz alan müəllif Aydın Tağıyev tədbir iştirakçılarını salamalayıb və oxucularla ilk görüşü olan kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, “Fədakarlar bir amalın uğrunda” kitabı yaxın illərdə media orqanlarında çap olunan məqalələr toplusudur. Məqalələr müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidmətləri olan şəxsiyyətlər haqqındadır.

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı olub (FOTO)

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu “Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki, əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan jurnalist Afaq Rza müəllifin jurnalistika fəaliyyəti, media orqanlarında dərc olunan məqalələri haqqında məlumat verib.

“Fədakarlar bir amalın uğrunda” kitab haqqında məlumat verən Aydın Tağıyev qeyd edib ki, topluya onun son illərdə KİV-lərdə çap olunan məqalələri toplanıb: “Bu günə kimi zaman-zaman üzləşdiyimiz faciələr, fəlakətlər, mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən insanlığa sığmayan, inanılmaz və saysız dərəcədə çox fəlakətlər məni sanki məcbur etdi ki, ölkə və dünya mətbuatında yayımlanan məqalələrimdən ibarət “Fədakarlar bir amalın uğrunda” kıtabını hazırlayım. Kitabın adının “Fədakarlar bir amalın uğrunda” olmasının da bir zərurəti var. Müəllif olaraq çox şanslıyam ki, müxtəlif səpkili məqalələrimdən ibarət yazılarım kitab halında toplanaraq müstəqil Azərbaycanın qələbə qalasının bir daşı oldu. Bu kitabda sizə çatdıracaqlarım əsrlər boyu mənfur, işğalçı, terrorçu niyyəti olan bədnam qonşularımız tərəfindən ata-babalarımızın başına gətirilmiş reallıqlardır”.

Kitabda yerli və dünya mətbuatında dərc edilmiş məqalələrinin yer aldığını söyləyən A.Tağıyev deyib ki, bu yazılar müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidməti olan şəxsiyyətlərə həs edilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları Aydın Mirzəzadə, Aqil Abbas, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Ziyafət Həbibova, Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Qəmər Mürşüdlü, yazıçı – publisist İlqar Rəsul və başqaları kitabın məziyyətlərindən danışıblar. Bildirib ki, kitabda bütün zamanlarda aktual olacaq, ürəyimizin mərkəzində bizə işiq, istilik verəcək mövzular əks olunur.

Nəfis şəkildə “Adiloğlu” mətbəəsində çap olunan 148 səhifəlik kitabın rəyçiləri arasında Azərbaycan Yazıçılar Birliyinin katibi , Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Ziyafət Həbibova, Qulu Məhərrəmli və başqaları yer alır.

Sonda müəllif oxuculara kitablarını öz imzası ilə təqdim edib.

Professor Ziyafət Həbibova: Şuşa tarixi abidələr məkanı, Azərbaycanın müqəddəs torpağıdır

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində geniş tədbirlər həyata keçirilir. Şuşanın Baş planının hazırlanması, şəhərdə tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

1752-ci ildə əsası qoyulan Şuşa şəhərinin Azərbaycan tarixində mühüm yeri və rolu var. Əslən şuşalı olan alimlərimiz, şairlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, mədəniyyətinə əvəzsiz töhfələr veriblər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri professor Ziyafət Həbibova söyləyib. O qeyd edib ki, işğaldan azad olunmuş Şuşada aparılan quruculuq işləri şəhərin parlaq, xoşbəxt, firavan gələcəyinə böyük inam yaradır.

Şuşa Azərbaycan və azərbaycanlılar üçün Qarabağın ürəyi və rəmzidir. Vətən müharibəsi zamanı Şuşa əməliyyatı və Qələbəsi ilə mədəniyyət paytaxtını Azərbaycana qaytaran Prezident, Ali Baş Komandan İlham Əliyev xalqın Şuşa arzusunu reallaşdırmaqla yanaşı, həm də şəhərə öz tarixi simasını, möhtəşəmliyini qaytarmağı hədəfləyir. Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin təşkili, Bülbülün ev-muzeyinin, tarixi abidələrin bərpası şəhərin dirçəlişinin əyani təzahürləridir.

Şuşa Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül və digər məşhur şəxsiyyətlərin doğma yurdudur.

“Biz Şuşanın tarixini, elmi, mədəni irsini daha dərindən araşdırmalı, bu gözəl şəhərimizi bütün dünyaya daha yaxşı tanıtmalıyıq. Şuşa tarixi abidələr məkanı, Azərbaycanın müqəddəs torpağıdır”, – deyə professor Ziyafət Həbibova bildirib.

Həbibova ziyafət kitab

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu “Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib.

AzerForum.Com xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış incəsənət və ədəbiyyat xadimləri, müəllifin qələm dostları, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqiylə açan jurnalist Afaq Rza tədbirdə iştirak edən qonaqlara Aydın Tağıyevin jurnalistika fəaliyyəti, media orqanlarında yayımlanan məqalələri haqqında məlumat verib.

Daha sonra söz alan müəllif Aydın Tağıyev tədbir iştirakçılarını salamalayıb və oxucularla ilk görüşü olan kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, “Fədakarlar bir amalın uğrunda” kitabı yaxın illərdə media orqanlarında çap olunan məqalələr toplusudur. Məqalələr müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidmətləri olan şəxsiyyətlər haqqındadır.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə gənc müəllifin fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan gənclərinin ölkəmizin təbliğatındakı rolunun əhəmiyyətindən danışıb. Milli Məclisin deputatı Müşfiq Məmmədli isə kitabın adının uğurlu seçimini qeyd edib və Vətən müharibəsi dövrünü xatırladaraq Azərbaycan xalqının, həqiqətən də bütün cəbhələrdə fədakarcasına birləşməsini yada salıb.

Kitabın rəyçilərindən olan siyasi elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor müşaviri Ziyafət Həbibova müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təbrik edib.O qeyd edib ki, cənab Prezeident İlham Əliyevin gənclər siyasətinin nəticəsində bu gün Azərbaycan gəncliyi onlara göstərilən etimadı yüksək qiymətləndirir.

BDU-nun professoru, fəlsəfə doktoru, Qəmər Mürşüdlü kitabın rəyçilərindən biri kimi onun əhəmiyyətindən söz açıb. Eyni zamanda müəllifə yazar kimi fəaliyyətində uğurlar arzu edib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov kitabda yer alan və xarici media orqanlarında dərc edilən məqalələrin ölkəmizin təbliğatında yüksək rolundan və vacibliyindən danışıb.

Millət vəkili Aqil Abbas gənclərin kitaba olan marağı və kitab ənənələrini yaşatmasını yüksək qiymətləndirib. O, üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirən bütün gənclərə təşəkkürünü bildirib.

Daha sonra tədbirdə iştirak edən digər qonaqlar söz alaraq müəllifi təbrik edib və yeni kitabının əhəmiyyəti haqqında vurğulayıblar. Sonda müəllif oxucuları üçün kitabları imzalayıb və xatirə şəkilləri çəkilib.

Comments are closed, but trackbacks and pingbacks are open.