Press "Enter" to skip to content

Перевод hədəf на русский

Demək olarki 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun dəqiqləşdiririk. Və seçdiyimiz qrup fenleri üzrə hazırlıqlara başlayırıq. Dərslərdə də o fənnlərə daha çox üstünlük veririk. 1 ci qrup fənləri hansılardır və hansı ixtisaslar daxildir? sualınıza bu yazıda ətraflı cavab verəcəyik.

3. Hədəf müəyyənləşdirmək

Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün “Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim”, – deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.
Bu minvalla illər keçir. Bir gün qoca işdən qayıdarkən evinin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına “Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər verərsən”, – deyə səslənir. Elə bu zaman xarabalıqdan bir səs yüksəlir: “Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, səni xəbərdar edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu.”
Həyatımız da eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Çatlaqları sementləmə misalı saçlarımıza rəng vurmamız, nə də xəstəliklərdən qurtulma naminə dərman qəbul etməmiz, bu prosesi durdurmayacaq. Və olan olacaq. Bir kərə yaşanılacaq həyat, nəhayət bir gün bitəcək.
Şairin “Həyat sən nə şirinsən, kim səndən doydu getdi?”, – deyə vəsf etdiyi bu həyat, madəm bizə bir dəfə veriləcək, o zaman onu ən gözəl şəkildə yaşamalıyıq. Hər anını belə qiymətləndirməli və yaşlanarkən onu “kaşki”lərə bürünmüş bir keçmiş olmaqdan qurtarmalıyıq.
Maksim Qorkiyə görə “Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və onu daha gözəl hədəflərə yönləndirmək lazımdır”.
Həyatda konkret yolumuzu və dəqiq hədəfimizi müəyyən etmək çox önəmli məsələ olduğu kimi, düşünülmədən atılmış hər bir hərəkətin də fiaskolarla nəticələnməsi labüddür.
Həyat böyük okean kimidir. Hara gedəcəyimizi bilməsək heç bir ruzigar bizə kömək edə bilməz. Və nəhəng su kütləsinin ortasında tək-tənha qalarıq. O zaman fırtınalara qurban getməmiz, Bermud üçbucağına rast gələrək əbədiyyən bilinməzlik aləminə yelkən açmamız möhtəməl olar. Yollar çox və qarışıq, rotası təyin olunmamış səyahətlərin qorxunc sonu isə qaçınılmazdır. Dolayısıyla, düşüncə platformasında hədəf və məqsəd daima ilk yeri tutmalıdır. Əks təqdirdə, çoxluğa gedilmiş və xaosa düçar olunmuş olar.
Hədəf müvəffəqiyyətə gedəcək yolun ən önəmli addımıdır. Minlərlə yolun arasından biri seçiləcək və əmin addımlarla irəli doğru gediləcək. Çəkinməyin! Düşünün və hədəfinizi müəyyən edin.
Yoxsa universitetə qəbul olmaq istəmirsinizmi? Yaxşı ailə başçısı olmağı düşünmədinizmi? Tərbiyəli övlad böyütmək arzusunda deyilsinizmi? Sahənizdə ən yaxşı mütəxəssis olmağı xəyal etmirsinizmi? Zəngin olmaq yuxularınızı qaçırmadımı?
İllər sonra miskin, aciz və əlibaxımlı olsanız, bu öz səhvinizin zərərli meyvəsi olacaq. Gələcək sıxıntılardan qurtulma naminə hədəfinizi bu gündən müəyyən edin. İtiriləcək günümüz yoxdur. Çünki biz hər insanın bir gündə iki günü olduğuna inanırıq. Biri hər kəsin özünə aid günü, digəri isə gələcək nəsillərə aid günü. İki qat məsuliyyət. Elə isə, vaxt keçirməyə lüzum yoxdur. Düşünün, daşının və hədəfinizi seçin. Siz hara gedəcəyinizi bilsəniz, yol vermək üçün bütün dünya bir yana çəkiləcək.

Böyük hədəflər seçin.
Nədənsə çox vaxt iç aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmaq üzrə qərar qılırıq. Halbuki, böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Bacara bildiyiniz qədər böyük düşünəcəksiniz. Fransız siyasətçi Roques Montqayllard “Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq”, – deyir. Demək ki, hədəfiniz sərhəd tanımayacaq, yerlə çarpışıb, göylə əlləşəcəksiniz. Tam hədəfiniz reallaşarsa belə, çatdığınız məqam hədəfiniz nisbətdə böyük olacaq. Məhz buna görə Konfutsi əsrlər əvvəldən eyni şəkildə səslənir: “Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzları hədəf alın.”
Böyük düşünün! Hədəf Himalay olunca, Elbrus təpə kimi olacaq. Ayaqlarınızın altına alın böyük işlər görməkdən çəkinmə duyğusunu. Yüksəklərə dikin gözünüzü, əminlik və güvənlə. Rajneş Bhaqvanın dediyi kimi “Zirvələrlə oynayın! Enerjinizin nələrə qadir olduğunu dərk edə bilsəniz, müvəffəqiyyət sizi izləməyə başlayacaq”.

Dəqiq və konkret hədəflər seçin.
Hədəfiniz dəqiq və konkret olmalıdır. Bu, planlarınızı reallaşdıracaq yollar müəyyənləşdirməniz üçün ən önəmli faktordur. Nə istədiyinizi dəqiq biləcək və əsla müxtəlif məcralarda, bir-birinə zidd hədəf və arzulara yanaşmayacaqsınız. Məşhur həkim olmağı göz önünə alarkən, mükəmməl mühəndis olmağı düşünməməlisiniz. Həyatınız bir-birindən uzaq hədəfləri reallaşdırmaq üçün mümkün qədər qısa, tələb və ehtiyaclarınız sonsuzdur. Əks təqdirdə, hər şeyi əldə etmək istərkən, heç bir şeylə qarşılaşacaqsınız.
İ.A.Krılovun “Qu quşu, durnabalığı və xərçəng” təmsilini bilirsiniz. Bir zamanlar qu quşu, durnabalığı və xərçəng dostluq edirlər. Bir gün onlar yüklərini araba ilə daşımaq qərarına gəlirlər. Qu quşu dərhal uçaraq arabanı havaya, durnabalığı üzərək suyun dibinə və xərçəng geriyə gedərək özünə doğru çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də, arabanı konkret bir yerə yönləndirə bilmirlər.
Dəqiq düşünün. Nə olmaq istəyirsiniz. İstəkləriniz eyni istiqamətdə, birinin reallaşdırılması digərinə kölgə salmayacaq şəkildə olsun. Və bütün varlığınızı hədəfinizi reallaşdırmağa həsr edin. Nəzərləriniz, əsla başqa yerə yönəlməsin.
Aleksandr Qreham Bell “Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz”, – deyir. Demək, bütün fəaliyyətləriniz hədəflərinizin ətrafında dövr edəcək. Lakin.

Hədəfləriniz müəyyən plan çərçivəsində olmalıdır.
Hal-hazırda üzərində işlədiyiniz obyekt bu fəaliyyətlər üçün bir zərgər dəqiqliyi tələb edən həyatınızdır. Etdiyiniz hər hansı boş vermənin fakturasını ödəyəcək sizsiniz. Bu məramda mütləq planlı və proqramlı olmasınız.
Diqqət etsəniz, iş həyatında insanların çoxu mövcud şəraiti bəyənməz, giley-güzar edərlər. Çünki, başqalarının tətbiqini məcburi qıldığı qərarlar heç də hər kəsə xoş gəlməz. Bəzən ən mükəmməli fikirləşərsiniz, amma nadfilə, kimsə sizi dinləməz. Təşəkkür edilib, təriflənmək yerinə, məzəmmət olunub tənqidçi bilinərsiniz. Üzülməyin, çarə qılın. Gələcək planlarınız haqqında düşünün. Yoxsa həyatın hökmüdür, öz gələcəyi haqqında planları olmayanlar başqalarının planlarına tabe olarlar.

Hədəfinizi yazın.
“Qələm ağlın dilidir”, – deyirlər. Çəkilin hər kəsdən uzaq bir məkana. Gözlərinizi yumun. Xəyal mexanizminizi hərəkətə gətirin. Düşünün və yazın. Hansı sahədə, nəyi, nə vaxt və necə reallaşdırmaq istəyirsiniz. Hədəflərinizin yazılı olması çox önəmlidir, çünki bu, özünüzlə bağladığınız müqavilə mahiyyəti daşıyır.
Qeydiyyat kitabçanızda beş başlıq qeyd edin. “Maddi durumum”, “Xüsusi qabiliyyətlərim”, “Vəzifələrim”, “İnsanlarla münasibətlərim” və “Əsərlərim”. Hər başlığı ayrı-ayrılıqda ələ alın.
Maddi vəziyyətim. Bir neçə evim olacaq, aylıq gəlirim_______olacaq. Dostlarıma böyük hədiyyələr verəcək imkana sahib olma.
Vəzifələrim. Müdir, şirkət sahibi, millət vəkili, nazir, elmlər namizədi, professor.
Qabiliyyətlərim. Bir neçə dildə danışmaq, musiqi alətlərinin ən az birində ifa edə bilmək, sürətli kitab oxumaq qabiliyyəti.
İnsanlarla münasibətlərim. Hər zaman gülərüz olmaq, güclü dostluqlar qurmaq, hər kəsə önəm vermək.
Əsərlərim. Şeir, roman, hekayə, məqalə, kitab yazmaq. Məktəb, xəstəxana açmaq.
Seçdiyiniz hədəfləri zaman planlamasına görə sıralayın. Öhdəsindən gəldiyiniz işlərin üzərindən xətt çəkin. Hədəflərinizin reallaşacağı günə kimi qeyd kitabçanızı itirməyin.

Hədəfinizə bağlanın.
Hədəflərinizə qovuşmada ən əsas kriterilərdən biri bu hədəflərə bütün varlığınızla bağlanmanızdır. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə bağlanması mövzusunda tövsiyələri çox mənalıdır:
“Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır.
Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək.
Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını “Delenda est Carthago!” (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.

Hədəfinizi sizə xatırladacaq yollar seçin.
Hədəfinizi daim xatırladacaq yollar seçməniz hər gün sizə böyük enerji verəcək, fəaliyyətlərinizi hədəfiniz istiqamətində yönəldilməyə təşviq edəcəkdir. İstər hədəfinizi danışaraq lentə qeyd etməniz və hər gün bunu dəfələrlə dinləməniz və ya hədəflərinizi kiçik kağızlara yazaraq müxtəlif yerlərə asmanız, ya da fikirləşəcəyiniz başqa bir yol. Mahiyyəti nə olursa, olsun, mütləq sizə hədəflərinizi xatırladacaq bir yol seçin.
1997-ci ildə “Hewlett-Packard” şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun birgə həyata keçirdiyi layihənin nəticələrinə əsasən, görərək məlumatların yadda qalmasının eşitməyə nisbətən daha effektiv olduğu ortaya qoyulmuşdur. Beləki, əldə edilmiş nəticələr hər hansı bir məlumatın eşitmə yolu ilə keçici hafizəyə qeyd olunma surətinin 640.000 b/san, qalıcı hafizəyə qeyd olunma surətinin 2 b/san ikən, bunun görmə yolu il müvafiq olaraq 1.300.000 b/san və 40 b/san təşkil etdiyini göstərirdi.
Elə isə hədəflərinizi sizə xatırladacaq yollar seçərkən gözlə görünən vasitələrə baş vurmağınız daha məqsədə uyğun olardı. Aşağıdakı əhvalat bu fikrin təsdiqləyir.
4 iyul 1952-ci il. 34 yaşlı qadın Sakit okeanına dalaraq Katalina adasının 21 mil qərbindəki Kaliforniyaya doğru üzməyə başladı. Əgər müvəffəq olsa, bu uğura ilk imza atan qadın olacaqdı. Adı Florens Çadvik olan bu üzgüçü İngiltərə və Fransa arasındakı La-Manş boğazını hər iki yöndə üzüb keçən ilk qadındı.
O səhər su bədəni donduracaq qədər soyuq idi və elə duman vardı ki, Florens onunla bərabər hərəkət edən qayıqları çətinliklə görə bilirdi. Milyonlarla insan televiziya ilə onu izləyirdi. Dondurucu soyuğa və köpək balığı təhlükəsinə baxmayaraq tam 15 saat üzdü. Artıq Kaliforniyaya sahillərinə çatmağa yarım mil qalmışdı. Birdən Florens anası və məşqçisinin olduğu qayığa yaxınlaşaraq, onu sudan çıxarmalarını istədi. Öz növbəsində həm anası, həm də məşqçisi Kaliforniyaya yarım mil qaldığını xatırladıb çıxmamağı üçün israr etsələr də, heç bir şəkildə onu razı sala bilmədilər.
Hər kəs üçün maraqlı idi, bu əzmli üzgüçünün vaz keçmə səbəbi. Və Florens onu sual yağmuruna tutan media nümayəndələrinə bunları deyirdi: “Vaz keçməyimin səbəbi nə soyuq, nə də yorğunluq idi. Duman səbəbindən sahili görə bilmirdim. Sahili görə bilsəydim, müvəffəq ola bilərdim”.
Görmə vasitəsilə ilə hədəflərini xatırladacaq yollar seçən insanlar arasında Qrey Uolterin yolu daha maraqlıdır. Uolter hədəflərini unutmamaq üçün onların baş hərflərini kiçik kağızlara yazıb, evinin müxtəlif yerlərinə asırdı. Yemək yeyərkən, üzünü yuyarkən gördüyü bu yazılar hədəflərini unutmamaqda ona kömək edirdi. Hədəflərin daim xatırlanması isə müvəffəqiyyəti özü ilə bərabər gətirmişdi.
Siz də hədəflərinizin baş hərflərini kiçik kağızlara yazın:
M Maşın almaq
Y Yazar olma
İ İngilis dili bilmə
Ş Şirkət sahibi olmaq
Bu kağızları hər yerə – evinizə, iş yerinizə asın. Gündə dəfələrlə təkrarlayın. Beləcə, şüuraltınıza yerləşən bu görüntülər fəaliyyətlə hədəflərinizə istiqamələndirmədə böyük rol oynayacaq.

Hədəfinizi parçalara ayırın.
Heç bir şey çətin deyil, əsas məsələ onu kiçik parçalara ayıra bilməkdir.
Henri Ford hər səhər Nyu-Yorkun cənub məhəlləsindən şimalda yerləşən məhəlləsinə piyada gedərmiş. Getdiyi yolda xeyli uzaq məsafədə idi. Bu idealist adam hər gün təkrarladığı gəzintini belə izah edir:
“Səhər evdən çıxanda yolun uzunluğunu əsla ağlıma gətirməzdim. Qabaqda gül mağazası var idi. Ora çatıb, yeni açılan gülləri qoxulamağı fikirləşirdim. Gül mağazasına çatanda qarşıda olan qəzet köşkünə çatmağı hədəfləyirdim. Görəsən aşağıdakı qəzetlərin manjetlərində nələr yazılıb. Köşkə çatdıqdan sonra qarşıda olan paltar mağazasına çatmağı hədəfləyirdim.”
Henri Ford hər yüz metrdən bir özünə hədəf seçdiyi üçün davamlı qət etdiyi kilometrlərlə yolu gözündə böyütmədən bitirirdi. Beləliklə o, Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir sözünü özünə düstur edir və bu yolla böyük uğur qazanır. “Yolu qət etməyi asanlaşdırdığım kimi maşın istehsalını da asanlaşdıra bilərəmmi?” sualını özünə verir və cavab tapır – hərəkət edən konveyer üzərində maşın istehsalı.
Motor konveyer üzərində hərəkət edir. Bir işçi onun bir hissəsini, digər işçisi isə başqa bir hissəsini motora taxır. Hər işçi bir parça əlavə edəndə avtomobil sürətlə istehsal edilir. Amma heç bir işçi böyük bir maşını istehsal etdiyini düşünmür. İşçi sadəcə olaraq işinin şurup taxmaq olduğunu biləcək və ona əməl edəcəkdir.
“Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir”. Elə isə siz də hədəflərinizi parçalara ayırın. Bütövlükdə sizə böyük görünən işlər addım-addım irəlilədikcə kiçiləcək. Hər gün edəcəyiniz işləri müəyyənləşdirin. Və bir günü də olsa, boş buraxmayın. Günlük görüləcək işlər sizə az gəlsə də, böyük xəyallarınızı reallaşmasına hamilədir. Unutmayın, dəryalar damlalardan meydana gəlir, amma damlaların dəryalaşacağı zamanı önləməyə kimsənin gücü yetməz.

Hədəflərinizi reallaşdırmağa bu gündən başlayın.
Artıq planlarınızı qurdunuzmu, hərəkətə bu gündən başlayın. Özünüzü havanızda hiss edincəyə qədər gözləməyin. O ruh halı, əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin. Əgər verildiyi vaxt ala bilməzsəniz, heç ala bilməyəcəksiniz. Unutmayın, günəş sadəcə sizin üçün dönmür.

  • Teqlər:
  • hədəfləmə
  • , uğur psixologiyası
  • , uğur qazanmaq
  • , müvəffəqiyyət
  • , motivasiya
  • , hədəf

Перевод “hədəf” на русский

цель, целевое значение, целевой объект — самые популярные переводы слова «hədəf» на русский. Пример переведенного предложения: Məqsədimiz odur ki, məxəz dilin oxucusunun keçirdiyi hissləri hədəf dilin oxucusu da keçirsin». ↔ Наша цель — вызвать у читателя именно ту реакцию, на которую рассчитывал автор».

“hədəf” в словаре азербайджанский – русский

цель

noun feminine

Məqsədimiz odur ki, məxəz dilin oxucusunun keçirdiyi hissləri hədəf dilin oxucusu da keçirsin». Наша цель — вызвать у читателя именно ту реакцию, на которую рассчитывал автор».

MicrosoftLanguagePortal

целевое значение

MicrosoftLanguagePortal

целевой объект

MicrosoftLanguagePortal
Показать алгоритмически созданные переводы

Автоматический перевод ” hədəf ” в русский

Glosbe Translate
Google Translate

Переводы «hədəf» на русский в контексте, память переводов

Həmin il prodüsserliyini “End Productions”un etdiyi yarışma proqramı Hədəf 4 (“Connect Four”-un Türkiyə versiyası), TRT 1də yayınlanmağa başlamışdır.

Телевизионное шоу Hedef 4 (турецкий вариант Connect Four) вышедшее в эфир на ТРТ 1 в 1996 году, было произведено End Productions.

WikiMatrix

Məsh edilmişlərlə çox yaxın olduqlarına görə, “başqa qoyunlar” da Şeytanın şiddətli hücumlarına hədəf olurlar (Yəhya 10:16).

А так как «другие овцы» очень близки с помазанниками, они тоже становятся мишенью для яростных нападок Сатаны (Иоанна 10:16).

Təbii olaraq bu hərəkatlardan çəkinən hökümətlər də təşkilatçıları və onların smartfonlarını hədəf altına alacaqlar.

Следовательно, правительство, которое боится таких движений, будет нацеливаться на организаторов и их смартфоны.

Tərcüməçilər məxəz (mətnin tərtib olunduğu dil) və hədəf (tərcümə etdikləri dil) dili yaxşı bilməlidir.

Они должны хорошо понимать как язык, с которого они переводят, так и язык, на который переводят.
Dillər fərqli olsalar da hədəf eynidir.
Языки отличаются, но объекты те же.

Xuliqanlar, adətən, özü haqda mənfi fikirdə olan və buna görə də özünü müdafiə etməyən insanları hədəf seçirlər.

Часто обидчики легко определяют, у кого заниженная самооценка и кто не даст отпора.
Məqsədimiz odur ki, məxəz dilin oxucusunun keçirdiyi hissləri hədəf dilin oxucusu da keçirsin».
Наша цель — вызвать у читателя именно ту реакцию, на которую рассчитывал автор».
Növbəti hədəf isə onun özü olacaq.
Затем дойдет очередь до самого Сатаны.

Hədəf güdən dərmanlar, genetik modifikasiya, süni zəka, hətta bəlkə də beynə qoyulan implantlar insan şəxsiyyətini dəyişdirəcəklər.

Целенаправленные препараты, генетические модификации, искусственный интеллект, возможно, даже имплантаты в нашем мозгу, сам человек может измениться.

1 ci qrup fənnləri və ən yaxşı ixtisasları ✅

Demək olarki 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun dəqiqləşdiririk. Və seçdiyimiz qrup fenleri üzrə hazırlıqlara başlayırıq. Dərslərdə də o fənnlərə daha çox üstünlük veririk. 1 ci qrup fənləri hansılardır və hansı ixtisaslar daxildir? sualınıza bu yazıda ətraflı cavab verəcəyik.

Qruplar üzrə fənnlər və ixtisaslar qruplaşmış olur.

5 qrup var. Bunlar aşağıdakılardır :

1 ci qrup fenleri hansılardır?

1-ci qrup fənnləri aşağıdakılardır:

Bu qrupda üstünlük Fizika və Riyaziyyat fənnlərindədir. Yəni bi suala görə ən çox bal bu fənnlərdədir.

Deqiq fənnlərə marağınız varsa və yaxud dəqiq fənnlər də daha yaxşı öyrənə bilirsinizsə 1 ci qrupu seçə bilərsiniz.

1 ci qrup üzrə ən prestijli ixtisaslar

1 ci qrup ixtisaslari tamamilə texniki yönümlüdür demək olar. 1ci qrup üzrə ən yaxşı ixtisasları aşağıdakılardır:

İnformasiya texnologiyaları
Həm dövrümüzün həm də gələcəyin ən təlabatlı, müraciət olunan ixtisasıdır. İxtisası bitirdikdən sonra həm proqramlaşdırma üzrə, həm də ” Data analtikası”, “Süni intellekt ( Al-Aritifical Intelligence)”, oyun yaratmaq və s.bu tipli sahələrə də yönələ bilərsiniz. Bəzi universitetlərdə bu ixtisas üzrə İngilis dilində təhsil ala bilərsiniz.

Bu ixtisas üzrə təhsil alacağınız universitetlər aşağıdakılardır:

  • ADA Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ( ADNSU)
  • Azərbaycan Texniki Universiteti (AzTU)
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti ( AZMİU)
  • Azərbaycan Dövlət İqtisad Universiteti ( UNEC)
  • Milli Aviasiya Akademiyası ( MAA)
  • Naxçıvan Dövlət Universiteti (NDU)
  • Azərbaycan Dövlət Aqrar Universiteti ( AAU) Gəncə şəhəri
  • Azərbaycan Texnologiya Universiteti ( ATU) Gəncə şəhəri
  • Sumqayıt Dövlət Universiteti (SDU)
  • Qərbi Kaspi Universiteti ( Əvvəlki Qərb Universiteti)
  • Bakı Avrasiya Universiteti

Memarlıq
Bu ixtisas həm daxili, həm də xarici dizayn sahəsində peşəkar olmaq şansı yaradır. Əgər əl qabiliyyətiniz və ya marağınız varsa ixtisas tam sizə görədir. Memarlıq ixtisasının tədris olunduğu ən yaxşı universitetlər bunlardır:

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ( ADRA)
  • Bakı Mühəndislik Universiteti (BMU)
  • Naxçıvan Dövlət Universiteti

Komputer elmləri
” İnformasiya texnologiyaları” və “Komputer mühəndisliyi” ilə oxşarlığı olan bu ixtisas öz spesifikliyi ilə də fərqlənir. İş imkanları geniş olan bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU
  • ADA Universiteti
  • Xəzər Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ( DİA)
  • Azərbaycan Texniki Universiteti ( ATU )
  • Bakı Dövlət Universiteti ( BDU)
  • UFAZ ( Fransız Azərbaycan Universiteti) – bu universitetin qəbul şərtləri biraz fərqlidir. Əgər siz DİM-in keçirdiyi qəbul imtahanından 500-dən yüksək bal toplamısınızsa, artıq UFAZ-ın daxili imtahanında iştirak edə bilərsiniz.

Neft – qaz mühəndisliyi
Sizin əgər neft-qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları maraqlıdırsa, bu ixtisas tam sizə görədir. Bu prestijli ixtisasda öz daxilində müxtəlif qollara ayrılır.

  • Bakı Ali Neft Məktəbi
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Sistem mühəndisliyi
IT və bu tipli ixtisaslarda oxşarlıq təşkil edən Sistem Mühəndisliyində müasir kompüter – informasiya sistemlərinin proqramlaşdırılması, layihələndirilməsi, robot texnikası və komplekslərinin proqramlaşdırılması və s.ilə bağlı bacarıqlara yiyələnə bilərsiniz. Sistem mühəndisliyi ixtisasl aşağıdakı universitetlərdə tədris olunur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU
  • Azərbaycan Texniki Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Milli Aviasiya Akademiyası

Uçuş mühəndisliyi
Pilot olmaq istəyirsinizsə bu ixtisas sizin üçündür. Bu ixtisasa qəbul olmaq üçün six “Fiziki hazırlıq”, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət imtahanı verməlisiziniz. Bə yaşınız 23-dən çox olmamalıdır. Gələcəyinə heç bir şübhə olmayan, tələbləri də çox olan bu ixtisasa bu universitetlər də yiyələnə bilərsiniz :

1.Milli Aviasiya Akademiyası

Kimya mühəndisliyi
Kimya mühəndisliyi ixtisasına yiyələnərək siz, həyatın bütün sahələrinə xitab edən bir peşə sahibi olacaqsınız. Qida məhsullarının tərkibi, gündəlik istifadə etdiyimiz enerji, geyim mallarının tərkibi və s. bir çox sahələr kimya mühəndisliyindən aslıdır. Kifayət qədər geniş yayılmış bir ixtisasdır. Siz bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Dövlət Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Azərbaycan Texnologiya Universiteti ( Gəncə şəhəri)
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti

Sənaye Universiteti
İnsan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissəsələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndisliyin bir sahəsidir. Həmçinin sizin üçün prototiplərin yaradılması, satılması və eyni zamanda Fizika, Riyaziyyat və s. fənləri maraqlıdırsa, bu ixtisas tam sizə uyğundur. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Sumqayıt Dövlət Universiteti.

Qeyd edimki bu universitetlərin demək olar ki əksəriyyətində tədris İngilis dilindədir.

1ci qrup fenleri və 1 ci qrup ixtisasları haqqında əsas məlumatlar bunlardır. İxtisaslar üzrə universtetləri araşdırmaq üçün aşağıdakı yazını oxuya bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.