Press "Enter" to skip to content

Hədəf nəşrləri

Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib

Hədəf nəşrləri

Bundan sonra hər ilin 23 aprelində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə Azərbaycanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Strateq.az xəbər verir ki, bu haqda Təhsil naziri Ceyhun Bayramov martın 4-də müvafiq əmr imzalayıb və əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Xatırladaq ki, gənclər arasında mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitab oxumağa marağın artırılması, bu işin cəmiyyətin bütün üzvləri arasında təbliğini aparmaq məqsədi ilə “Oxu günü” (https://www.facebook.com/oxugunu/ ) adlı sosial layihənin keçirilməsi ideyası ilk dəfə 2015-ci ilin aprel ayında “Hədəf Nəşrləri”nin təsisçisi f.ü.f.d., dosent Şəmil Sadiq tərəfindən irəli sürülüb.

Elə həmin ildən etibarən, hər ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Hədəf Nəşrləri” və ona yaxın digər təşkilatın dəstəyi ilə “Oxu günü” tədbiri keçirilir, hər dəfə də kitabsevərlərin bayramına çevrilir. Artıq bundan sonra “Oxu günü” bütün respublika səviyyəsində keçiriləcək.

Hədəf nəşrləri

2020-10-14 16:51:00

“Hədəf Nəşrləri” gəlirini orduya bağışlayacaq

Ölkənin ən böyük nəşriyyatlarından biri “Hədəf Nəşrləri” qələbə gününədək nəşriyyatdan alınan bütün kitablarının gəlirini Azərbaycan Silahlı Qüvvələrinə bağışlayacağını elan edib. AzEdu.az xəbər verir ki, Bu barədə nəşriyyatın direktoru Səbuhi Şahmursoy öz sosial şəbəkə ünvanında açıqlama yayıb: “”Hədəf Nəşrləri” olaraq indiyədək Azərbaycan Silahlı Qüvvələrinə maddi dəstək olduğumuz bir neçə kampaniyaya qoşulmuşuq. Amma ürəyimiz yenə orudumuzla döyünür. Qərara gəldik ki, müharibə bitənə və qələbə qazananadək nəşriyyatın özündən alınan bütün kitabların gəlirini fədakar orudumuza bağışlayaq. Odur ki, “Hədəf Nəşrləri”nin ofisinə gələrək və ya nəşriyyatın özündən sifariş edərək aldığınız bütün kitabların gəliri bizi hər gün qələbəyə yaxınlaşdıran ordumuza sərf olunacaq. Sadiq oxucularımızı bu kampaniyada aktiv olmağa dəvət edirik. Bu təklif hər hansısa bir mağazadan deyil, yalnız nəşriyyatdan alınan kitablara aiddir. Biz birlikdə güclüyük! Qarabağ da, şübhəsiz, Azərbaycandır!” Qeyd edək ki, “Hədəf Nəşrləri” bundan əvvəl də iş adamlarının yaratdığı Qələbəyə Dəstək Hərəkatının fonduna pul köçürmüş və prosesdə aktiv iştirak etmişdi.

Bu bölməyə aid digər xəbərlər

İmtahanlara qumbara keçirmək istəyənlər belə olub – Məleykə Abbaszadə

2023-03-17 11:19:00

DİM sədri buraxılış imtahanlarındakı şikayətlərdən DANIŞDI

2023-03-17 11:11:21

Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib

2023-03-17 10:43:00

“Bayram günlərində yeməyinizə fikir verin!” – Həkim XƏBƏRDARLIĞI

2023-03-17 10:00:44

Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür – QƏRAR

2023-03-17 09:36:00

Günün havası – Yağış, 21 dərəcə isti.

2023-03-17 07:53:00

“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri bu tarixdə AÇIQLANACAQ

2023-03-16 17:10:00

Sabahın hava proqnozu açıqlanıb

2023-03-16 13:56:00

İşğaldan azad olunmuş Talış kəndinə köç BAŞLADI

2023-03-16 13:29:44

Bayram günlərində Bakı metrosu belə işləyəcək – QRAFİK

Hədəf nəşrləri

Səbətdə məhsul yoxdur.

Səbətdə məhsul yoxdur.

Showing 1–12 of 17 results

+

+

+

+

+

+

+

+

+

+

+

+

  • МАТЕМАТИЧЕСКИЕ УПРАЖНЕНИЯ – 5/6 класс 6.50 AZN
  • МАТЕМАТИЧЕСКИЕ УПРАЖНЕНИЯ – 4 класс 6.50 AZN
  • МАТЕМАТИЧЕСКИЕ УПРАЖНЕНИЯ – 3 класс 6.50 AZN
  • МАТЕМАТИЧЕСКИЕ УПРАЖНЕНИЯ – 2 класс 6.50 AZN

Çox satılanlar

  • Atanız Atatürk, Falih Rıfkı Atay 0.00 AZN
  • Hər kəs üçün yaxşı, Arif Əmrahoğlu 0.00 AZN
  • Amerika faciəsi 1-ci kitab, Teodor Drayzer 0.00 AZN
  • Amerika faciəsi 2-ci kitab, Teodor Drayzer 0.00 AZN

Çox baxılan

  • Hər kəs üçün yaxşı, Arif Əmrahoğlu 0.00 AZN
  • МАТЕМАТИЧЕСКИЕ УПРАЖНЕНИЯ – 3 класс 6.50 AZN
  • Atanız Atatürk, Falih Rıfkı Atay 0.00 AZN

Haqqımızda

SİNKOD yayın & dağıtım kitab və digər çap məhsullarının satışı, ofis ləvazimatlarının satışı ilə məşğul olur.

Comments are closed, but trackbacks and pingbacks are open.