HEÇ BİR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ” MİLLİ KAMPANİYASI DAVAM EDİR
2007-ci ildən başlayaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birgdə hər il uşaq hüquqları sahəsində əməli iş görən, amma fəaliyyəti geniş ictimaiyyətə bəlli olmayan şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Alyans hesab edir ki, bəzən belə xeyirxah əməllərlə məşğul olan qurum və insanların fəaliyyəti lazımınca qiymətləndirilmir, bu səbəbdən də həmin şəxslər ya bu istiqamətdə işləri zəiflədir, ya da onlardan birdəfəlik əl çəkirlər. Odur ki, hər il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Alyans tərəfindən təsis edilən “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatı təqdim olunur. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir.
151 №-li tam orta məktəb
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 151 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, sinif təşkilat saatlarında “Uşaq hüquqları” mövzusunda söhbətlər aparılmış, tarix dərslərində “Uşaq hüquqları konvensiyasından irəli gələn müddəlar” uşaqlara izah edilmişdir. “Müəllim–şagird–valideyn münasibətlərinin qorunmasında uşaq hüquqlarının nəzərə alınması” adlı dəyirmi masa və “Mənim hüquqlarım və vəzifələrim” adlı inşa yazı müsabiqəsi keçirilmişdir. 03.11.2016–cı il tarixdə “Heç bir uşağı nəzərdən qaçırmayaq!” adlı tədbir keçirilmişdir. Tədbiri məktəbin direktor müavini Mahirə Qafarova açaraq vurğulamışdır ki, hələ də dünyanın çox yerlərində uşaqlar öz hüquqlarından məhrum olur və onlardan istifadə edə bilmirlər. Məktəbin tarix müəllimi Murad İsmaylov Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat vermiş, sonra şagirdlər hazırladıqları şeirləri söyləmiş, mahnıları ifa etmiş və səhnəcikləri nümayiş etdirmişlər. Sonra “Mənim qanunum məni müdafiə edir” adlı rəsm sərgisi və “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı videoçarx nümayiş etdirilmişdir.
XƏBƏR LENTİ
Sağlam həyat tərzi və sağlam qidalanma
İdman yarışı keçirildi
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiril.
Yol hərəkəti qaydalarına riayət edək
Rəsm müsabiqəsinin qalibi
Heydər Əliyev ilinə həsr olunmuş dəyirmi masa keçirilmişdir
“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı semina.
“HEÇ BİR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ” MİLLİ KAMPANİYASI DAVAM EDİR
Təhsil Nazirliyində “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli kampaniyası çərçivəsində milli rəsm-plakat müsabiqəsi qaliblərinin işlərindən tərtib edilmiş kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimdə təhsil naziri Misir Mərdanov respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verərək demişdir ki, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Prezidenti Heydər Əliyev bir neçə sərəncam imzalamış, fəaliyyət planı müəyyənləşdirilmişdir. Böyük Britaniyanın Azərbaycandakı səfiri Endryu Taker, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı Akif Saatçıoğlu, ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək, milli kampaniyanın əhəmiyyətini vurğulamış rəsmi-plakat müsabiqəsinin qaliblərini təbrik etmişlər. Mərasimdə milli kampaniya çərçivəsində çəkilmiş filmlər göstərilmişdir. Xatırladaq ki, Böyük Britaniya səfirliyi tərəfindən maliyyələşdirilən, “Ümidli gələcək” Gənclər Təşkilatının təşəbbüsü, Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə həyata keçirilən “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli kampaniyası 2004-cü il avqustun 15-də başa çatacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
“Azercell Telekom” üç ildir “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatına layiq görülür
2009-cu il Azərbaycanda Uşaq İli kimi qeyd olunub. Müxtəlif dövlət qurumları, özəl şirkət və qeyri-hökumət təşkilatları bir daha uşaqların problemlərini önə çəkib onların həlli uğrunda birgə fəaliyyət göstəriblər. Ötən il həm də Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə dair alternativ hesabatı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib. Bu sənəd ölkəmizdə hələ də bu sahədə görüləcək işlərin çox olduğunu göstərir.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir H.Vəliyev/
“Azercell Telekom” artıq üç ildir “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatına layiq görülür.
2009-cu il Azərbaycanda Uşaq İli kimi qeyd olunub. Müxtəlif dövlət qurumları, özəl şirkət və qeyri-hökumət təşkilatları bir daha uşaqların problemlərini önə çəkib onların həlli uğrunda birgə fəaliyyət göstəriblər. Ötən il həm də Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə dair alternativ hesabatı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib. Bu sənəd ölkəmizdə hələ də bu sahədə görüləcək işlərin çox olduğunu göstərir.
Bununla yanaşı, Uşaq Hüquqları üzrə QHT Alyansı hesab edir ki, Azərbaycanda uşaqların hüquqlarının bərpası uğrunda kifayət qədər iş görülür. İstər dövlət, istər özəl sektor, istərsə qeyri-hökumət təşkilatları, həmçinin həmin qurumlarda fəaliyyət göstərən şəxslər arasında uşaqlarla, onların problemlərinin araşdırılması və aradan qaldırılması ilə məşğul olan bir çoxunun adını çəkmək olar. Uşaq Hüquqları üzrə QHT Alyansı məhz bu missiyanı üzərinə götürüb.
2007-ci ildən başlayaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birgdə hər il uşaq hüquqları sahəsində əməli iş görən, amma fəaliyyəti geniş ictimaiyyətə bəlli olmayan şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Alyans hesab edir ki, bəzən belə xeyirxah əməllərlə məşğul olan qurum və insanların fəaliyyəti lazımınca qiymətləndirilmir, bu səbəbdən də həmin şəxslər ya bu istiqamətdə işləri zəiflədir, ya da onlardan birdəfəlik əl çəkirlər. Odur ki, hər il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Alyans tərəfindən təsis edilən “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatı təqdim olunur. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir.
Üç ildir təqdim olunan mükafatın qaibləri sırasında hər dəfə ilk yerdə “Azercell Telekom” MMC-nin adı çəkilir. 2006-cı və 2007-ci illərdə “Azercel”in adı ilin xeyriyyəçi özəl şirkəti kimi qeyd olunub.
Ötən il isə “Azercell Telekom” uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində “İlin Korporativ Sosial Məsuliyyətli şirkəti” adını alıb. Bu mükafata “Azercell Telekom” il ərzində həyata keçirdiyi bir sair Sosial Məsuliyyət layihələri ilə yanaşı, həmçinin Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu və UNICEF-lə birgə təşkil etdiyi “Hər Uşağın Ailəyə Ehtiyacı Var” kampaniyasına və xüsusi qayğıya ehtiyacı olan uşaqların dental müalicəsi üçün yaradılan Mobil Diş Klinikası layihəsinə görə layiq görülüb.
Qeyd edək ki, “Azercell Telekom” MMC yarandığı gündən uşaq hüquqlarının müdafiəsi sahəsini daim diqqətində saxlayır.
Comments are closed, but trackbacks and pingbacks are open.