Press "Enter" to skip to content

Heç kim görmədən necə söhbət edə bilərəm

Səlim müəllim, Əmək Məcəlləsinin istisnasız olaraq bütün müəssislərdə tətbiq olunması ilə bağlı hansı addımlar atılacaq?

Heç kim görmədən necə söhbət edə bilərəm?

Ən çətin keçən məhkəmə işim 7 ildir davam edir, ancaq hələ bu işin bir 3 ili də qalıb. Bunda da qalib olacağıma inanıram

Gülnar xanım, hüquq sahəsi biraz çətin olduğuna görə adətən çoxları bunu kişi işi hesab edir. Bu peşəyə gəlişiniz və sevginiz necə olub?

-Bu suala 2 cür cavab vermək istəyirəm. Bu sahəyə sevgi və istək uşaqlıqdan yaranıb. Bilmirdim vəkillik olacaq, ya nə. Amma bilirdim ki hüquq sahəsiylə bağlı olacaq. Xatirə dəftərlərində yazırdım həmişə “Я буду прокурор”, “Я буду полицейским”. Bütün bu istiqamətlər hüquq sahəsinə aid məsləklərdir. Yer kürəsində haqqın, ədalətin bərqərar olması kimi mənə heç bir şey zövq vermir. Haqq ki yerini tapır, bu mənə böyük zövq verir. O hissi də ancaq bu sahədə ala bilərdim. Ona görə ədaləti, sözünü keçirtməyi sevdiyimdən bu sahəni seçmişəm. Artıq kişilər daha çoxdur, ya qadınlar mənim üçün önəmsizdir.

-Haqqınızda deyirlər ki, indiyədək vəkillik etdiyiniz məhkəmə işlərinin hamısını udmusunuz. Buna necə nail olursunuz?

-Uduzduğumuz iş yoxdur. Maşaallah. Mən bunların hamısını açıb danışsam bu alınmaz. İnanaraq. Ən böyük sirlərimdən biri budur. İnanmadığım işləri götürmürəm. Vətəndaş gəlir və deyir ki filan hüquqlarım pozulub. Həmin insan danışıb mən işləmişəm, sonra başımı qaldırıb demişəm ki, qurtardınız? Deyib ki, qurtardım. Və demişəm ki , bir də danış, amma həqiqəti danış. Çünki sən danışdıqların hamısı yalan idi. İnandığım işləri götürürəm və o hisləri, işi yaşayıram. Mənim başqa hüquqşünaslardan fərqim budur. Çox fərqim var. Amma əsas fərqlərimdən biri də budur. İşə özümünkü kimi yanaşıram. Elə bil öz qardaşımın, bacımın hüququ pozulub. Hər bir işə can qoyuram. Bunun sirri budur. Can qoyulan bir iş mütləq uğurlu olmalıdır.

-Qəbul etdiyiniz işlər daha çox hansı sahə ilə bağlı olur?

-Bütün sahələrdə işlər aparırıq. Statistikaya görə bu gün ən çox apardığımız işlər ailə-məişət məsələləridir. Əmlak bölgüsü, vergi,sığorta məsələləri, ər–arvad, bacı-qardaş münasibətləridir. Daha çox mülki işlərdir.

-İmtina etdiyiniz məhkəmə işi olubmu və səbəb nə olub?

-Yönəltdiyim hüquq şirkətində iki-üç məsələ var ki, onlarla bağlı iş götürmürəm. Bu zorlanmadır və bu kimi bir neçə Cinayət Məcəlləsində maddələr var ki, o maddələrlə bağlı işin şirkətimizə daxil olmasına icazə vermirəm. Hesab edirəm ki, həmin əməlləri törətmiş insanlar cəzalarını çəkməlidirlər.

-Ən çətin keçən və yadda qalan məhkəmə işiniz nəylə bağlı olub?

-O məhkəmə işi hazırda davam edir. Yeddi ildir. (gülür) Deyə bilmərəm. Bu bir sirdir. Üç il də davam edəcəyi gözlənilr. Üç il daha lazımdır.

-İlk məhkəmə işinizi necə xatırlayırsınız? Həyəcan var idi mi və bu hissinizə necə qalib gəldiniz?

-Əlbəttə. (gülür) Hər məhkəmə işi həyəcanlıdır. Mən özümü rahat apara bilərəm, çünki gün ərzində 5-6 məhkəməyə daxil olan insanam. Mən orada hər kəsi tanıyıram və işi bilirəm necə olacaq. Əgər həyəcanlanmırsansa bu peşəkarlıqdan kənardır. İllərlə səhnəyə çıxan insan artıq səhnədə həyəcan keçirtmir. Elə şey yoxdur. Mən 9 ilə yaxındır canlı yayımlara çıxıram. Hər canlı yayım mənim üçün həyəcan deməkdir. Öz məsləyimdə məndən çox canlı yayıma çıxan tanımıram. Amma hələ də həyəcanlanıram. Bu işin məsuliyyətindən irəli gəlir. Düşünürsən ki, görəsən planlaşdırmadığım, fikrləşmədiyim hansısa bir məqam çıxmayacaq. Hər bir hüquqşünas plan qurur. Bu işi belə idarə edəcəm deyə. Filan şahidləri çıxaracam, bu sənədləri sübut qismində təqdim edəcəm. Hansısa sənədi qarşıma qoyanda digər sənəd qarşıya qoyaraq o sənədi hüquqi qüvvədən salacam. Belə fikirlər, əlbəttə ki insanı həyəcanlandırır.

-Uğurlu iş qadını olmaq üçün Azərbaycan qadınında hansı keyfiyyətlər olmalıdır?

-Ümumiyyətlə Azərbaycan qadını çox şaxəli qadındır. Uğurlu iş xanımı olmaq üçün tələbkar, məqsədyönlü olmaq və zəhmət çəkmək lazımdır. Zəhmətsiz heç nə başa gəlmir. Qətiyyətli olmaq, nə istədiyini bilmək və niyə istədiyini bilmək lazımdır. Nə istədiyini bilib tələb etməyi bacarmalısan və mübariz olmalısan. Uğurlu bir iş xanımı deməzdim. Uğurlu iş adamı olmaq üçün zəhmətkeş olmaq lazımdır.

-İşlərinizin çox olmasına baxmayaraq geyiminizdə və səliqənizdə də seçilirsiniz. Sizcə qadının baxımlı olması onun uğurunda hansı rolu oynayır?

-Səliqə, hansısa tərzi sevmək zövqdən irəli gəlir. Mən o xanımlardanam ki, hesab edirəm mənim soyuqqanlı məsləyim mənim xanımlılığımı əlimdən almamalıdır. Əgər elə olsa mən özümü sevməyəcəm. Bəlkə təvazökar səslənmir. Amma mən özümü çox sevirəm. Bəlkə də birmənalı qarşılanmayacaq. Mən düşünürəm ki, insan özünü sevməlidir. İnsan özünü sevməsə onu sevməyəcəklər. Stil, geyim tərzi zövqümdən irəli gəlir. Özümə məxsus stilim var. Çox şaxəli və dəyişməyi sevirəm. Hesab edirəm ki, qadın cəmiyyətdə hansı işlə məşğul olmağından asılı olmayaraq xanımlığını itirməməlidir. Çünki xanımı ev xanımı, üç-beş uşaqlı sevimli bir ana kimi görə bilərik, hakim, həkim, vəkil ola bilər. Amma biz məsləklərimizdən qabaq dünyaya xanım olaraq gəlmişik. Mən bu məsləyi seçməmişdən əvvəl xanım idim. Hesab edirəm ki xanım-xatın görünsəm məsləyimi korlamaz, ancaq məni bəzəyər. Özümə xoş gəlir, insanlar tərəfindən bu barədə yüksək fikirlər görəndə ürəyim açılır. O da mənə güc verir. Çalışıram daim bunu qoruyum. Hələ vaxtım olmur çox şey etməyə. Gör indi vaxtım olsa nə olar (gülür)

-Cəmiyyətdə belə bir fikir var ki, kişi kişidir hər şey edə bilər, ancaq qadın hər şey edə bilməz. Sizcə kişi və qadın hüquqları bərabərdirsə belə bir yanaşmanı ədalətli saymaq olarmı?

-Bayaqkı uğurlu iş xanımı olmaq üçün nələr lazımdır sualında mən bunu çıxartdım. Düzdür, konstitusiyamız buyurur ki, qadın və kişi hüquqları bərabərdir. Ailə Məcəlləmizdə ər və arvad hüquqları bərabərdir. Bəs mentalitet? Bəli qanunumuz bunu buyurur və biz tolerant ölkədə yaşayırıq. Biz hüquq və azadlıqları bərabər olan bir ölkədə yaşayırıq. Bizim dövlətimizdə heç bir dinə üstünlük verilmir. Din azadlığı var. Amma hər birimizin ailəsində və qəlbimizdə yazılmayan qanunlar, yazılmamış adət-ənənələr var. Biz azərbaycanlı olaraq həmin adət-ənənələrə sadiq qalıb, qardaşımız gələndə ayağa qalxırıq, atamız gələndə onu qarşılayırıq. Bizim üçün Azərbaycan xanımı yeriyəndə, məclisə girəndə də yoldaşından bir addım geridə olur. Bu harada yazılıb? Amma bizdə belədir. Ona görə də Azərbaycan xanımları ağıllı xanımlar olduğu üçün bir biclik işlədirlər və hər şeyi kişilərin yanında danışmırlar. Çünki kişilər çox bilsələr tez qocalarlar. (gülür) Ona görə də biz kişiləri türklərin gözəl sözü var “şımartırıq” Güya kişilər deyəndi. Bu bizim adətlərimizdən irəli gəlir, amma ağıllı qadınlar öz dediklərini edirlər. Və bu düzgün seçimdir. Müəyyən xanımlara məsləhət görərdim. Yol göstərmək deyil. Amma ən ağıllısı da budur.

-Hüquqi mübahisələr zehni yorur. İşdən sonra dincəlmək üçün nə etməyi xoşlayırsınız?

-Fikir verdinizsə ofisimdə yaşıllıq çoxdur. Mən sizə desəm ki, filan məkana üz tuturam dincəlmək üçün yalan olar. Mənim buna vaxtım qalmır. Çünki saat 6-da məhkəmələr bitir, sonra şikayətlərlə işləyirik. Müəyyən saatlarda qəbullarımız olur. Və mənim evə gedib çıxmağım ən tez halda saat 9, ən gec halda saat 11 olur. 9-11 arası da hansı məkana üz tuta bilərəm ki. Ancaq yaşıllığıma su verirəm, onlara baxıram. Bununla müəyyən dəqiqələr stres atmağa çalışıram. Bir də bu işdə işləyənlər üçün dekor dəyişikliyi çox vacibdir. Həftədə bir neçə dəfə elə məkanlarda olmalıyıq ki, orada başqa dekor olsun, fərqli olsun. Mən bunu həmkarlarımda da müşahidə etmişəm. Ən azından mən eləyəm. Getmədiyim restoranlar gedirəm, dadmadığım təamları dadıram. Dekor fərqli olmaq şərtilə. Bir də tanımadığım insanlarla ünsiyyətdə olmaqdan xoşum gəlir.

-İdmanla aranız necədir? Xüsusi olaraq sevdiyiniz və rəğbət bəslədiyiniz bir idman növü varmı?

-Mən bu yaşıma qədər heç bir idman növüylə məşğul olmamışam. Heç kim deyə bilməz ki məni hansısa idman zalında görüb. (gülür) Mən bunu qətiyyən sevmirəm. Başa düşürəm sağlam həyat tərzidir, mən buna heçnə deyə bilmərəm. Amma həqiqətən də idmanı sevmirəm. Mənim üçün tünd bir çay, hansısa kitab, hansısa maraqlı dizayn olan, səs-küylü olmayan yer, hansısa mənzərəyə baxmaq idmanla məşğul olmaq kimidir.

-Sizcə Azərbaycan qadınını ictimai-sosial həyatdan ayıran, çərçivəyə salan hansı problemlərdir və bu problemlərdən qadınlarımız necə xilas ola bilər?

-Bu suala hər kəsi ümumiləşdirib cavab vermək böyük yalnışlıq olar. Müəyyən insanlar var ki, onlar düz edirlər imkan vermirlər. Çünki o xanımlarla o cür çərçivəli rəftar olunsa daha məqsədə uyğundur. Həmin xanımlar çərçivəyə salınmasa o ailədə çox problem yaranır. Haqq, ədalət naminə bunu deməliyəm. Amma müəyyən xanımlar var ki, onlar həqiqətən də özlərini cəmiyyətdə lazımlı bilirlərsə, hansısa işi həqiqətən yaxşı görürlərsə niyədə olmasın. Onlar işləyə bilər, ailələrinə, özlərinə maddi təminatında köməklik göstərə bilərlər. Nə qədər ki , ailələr var, o qədər müxtəlif problemlər və o qədər də müxtəlif xarakterlər var. Bu suala ümumi cavab vermək istəyərdim. Mən nə deyim, yoldaşı, qardaşı deyiləm. Mən onlara nə deyə bilərəm ki.

-Hazırda Azərbacanda daha çox hüquqları pozulan kimlərdir?

-Desəm kişilər qadınlar öldürəcək məni (gülür) Hazırda bizim sahəmizdə kişilərin hüquqları daha çox pozulur.

-Sizin üçün ailə, yoxsa karyeramı daha önəmlidir? Seçim etsəniz hansını seçərdiniz?

– İki-üç əvvələ qədər bu sualı mənə versəydiniz düşünmədən karyera deyərdim. İndi çalışıram ki, sağlam ailə həyatı qurum, göstəriş üçün yox və karyeramla paralel addımlasın. Amma mən gözəl ailə sahibi olsam, seçim qoysalar ki ailə ya karyera. Birmənalı olaraq ailə. Mən bu məsləyi çox sevirəm, bilirsiz də mən ailəli deyiləm. Deyilənə görə ailə həyatında elə hislər var ki, onları heçnə ilə əvəz etmək olmur. Mən istəməzdim qarşımda belə bir seçim olsun. Bilirsiniz niyə? Çox insanın mənə ehtiyacı var. Mənə bu hər gün deyilir. Bayaq bir sual verdiniz. Onu tamamlamaq istəyirəm.Və sizdən rica edirəm ki, necə söhbət ediriksə sözlər olduğu kimi qalsın. Siz mənə sual verdiniz ki, ailə, işlə bağlıydı. Unutdum. Gələcəm ona. Qayıdacam o suala.

Bayaq dediniz ki necə dincəlirəm. Üç-beş ay , bir il də davam edən işlərim olub. İş qurtaranda, yenidən qalib olmağım məhkəmə zalında səslənir, siz təsəvvür edə bilməzsiniz ki, insan hansı hisləri yaşayır. Mən sizə tam səmimi etiraf edirəm. Bugün sizinlə o qədər səmimi oldum ki, bilmirəm bu nədən irəli gəlir. Deyilənə görə mən səmimi insanam. Amma hər kəslə yox. Bütün suallara səmimi cavab verdim. Hər məhkəmə işim bitəndə mən onun zövqünü yaşayıram, stres atıram. Rusların belə bir sözü var “ На войне все средства хороши”. Tərcüməsi belədir. “ Müharibədə bütün vasitələr qəbul olunur.” Mən hansısa işə başlayanda elə bir vasitə qalmır ki, nəticə üçün ona əl atmayım. Bunu bilən bilir. Və buna da nail oluram. Qalib olduğum səslənəndə bütün yorğunluğum, stresim, əsəbim, illərin, ayların, saatların ağırlığı çiynimdən qalxır. Yoxsa mən çökərəm. Çox ağırdır bizim sahə. Satıcı marketi bağlayıb evə gedir, kitabxanaçı kitabxananı bağlayıb evə gedir. Kitablar qalır orada və səhər yenidən gəlib işini davam edir. Elə bir günüm olmur ki, səhər saat 6-da gözümü açıb bugünki işimi, sübutu fikirləşməyim. Sən işini işdə qoymursan, işin sənlədi. Dostlarınla istirahətdə də fikirləşirsən bugün filankəs gəlmişdi hüququ pozulub. Ailəndə ailə üzvlərin danışdırır səni sən onları eşitmirsən, hələ məhkəmədəsən. Filan yerdə filan maddə deyildi. Sabah bu maddənin qabağına başqa maddə deyilməlidir. Tez bir şəkildə başlayırsan araşdırmağa. Hüquqşünasın apardığı işlər onun beynini tərk etmir. Bu da yorur.

-Özünüzə ideal seçdiyiniz bir qadın varmı? Hansı xüsusiyyətinə görə həmin şəxsi seçmisiniz?

-Mənim idealım, mənim anamdır. Həyatda mübarizliyinə görə.

Ukrayna

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son günlər haqqında yayılan xəbərlərə aydınlııq gətirib.

Səlim müəllim, işdən çıxardığınız Tibbi Sosial Ekspert Komissiyalarının (daha çox VTEK adı ilə tanınır) sədrlərinin onların himayədarlarının təzyiqi altında yenidən işə bərpa etməyinizlə bağlı iddialar var. Bu iddialara münasibətiniz?

– Bu gün nazirliyimizin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı press-reliz yaydı. Biz də gördük ki, ağızlarına gələni yazırlar. Kimə nə təzyiq oluna bilər? Nə qəribə şeydir bu? Heç kim bununla bağlı məndən nəsə xahiş də etməyib.

Onda bu söz-söhbətlərin sizin bədxahlarınız tərəfindən yayıldığını söyləmək olarmı?

– Ola bilər, hər şey mümkündür. Kim nə yayır yaysın. Cənab prezidentin tapşırığı var ki, bu sahədə şəffaf və təmiz mühit olmalıdır. Mənə ciddi və təcili tapşırıq verib. Yəni nə edirsən et, kimi istəyirsən dəyiş, amma orda təcili şəffaflığı təmin elə. Məni bu vəzifəyə təyin edəndə dövlət başçısının verdiyi tövsiyələrin içərisində əsas bu olub ki, nazirlik şəffaf və təmiz olmalıdır. Birinci növbədə də mənə əsasən bu sahələrlə bağlı şikayətlər gəlir. Mənə də heç kim təzyiq-filan eləmir və eləyə də bilməz. Çünki dövlətin başçısının tapşırığı, iradəsi olan yerdə kim nə təzyiq edə bilər?!

Ünvanlı sosial yardım alanların siyahısı açıqlandı. Siyahının açıqlanması şəffaflıq istiqamətində mühüm addım olsa da, tamamilə şəffaf mühitin yaradılmasını iddia etmək hələ tezdir. Prosesin tam şəffaflaşması üçün hansı növbəti addımlar atılacaq?

– Bax, inanın, bu dəqiqə iclasdan çıxıram, heç nahar da etməmişəm. İki saat yarımdan çoxdur ki, burda Dünya Bankının, digər təşkilatların, bizim və kənardakı mütəxəssislərin iştirakı ilə ünvanlı sosial yardımın necə dəyişdirilməsi ilə bağlı müzakirə oldu. Bunu necə dəyişək ki, məmurlardan, çinovniklərdən asılı heç nə olmasın.

Yəni şəffaflığın təmin olunması üçün əlavə yollar axtarırsınız.

– Mütləq şəkildə. Dünyanın ayrı-ayrı ölkələrində nə formadadırsa o cür. Şəffaflıq necə yaradıla bilər? Elə bir sistem olmalıdır ki, məmurdan heç nə asılı olmasın. Yəni, insanların müraciətləri avtomatik qeydiyyatdan keçməlidir. Ondan sonra onların müraciəti əsasında yoxlamaları elə adamlar aparmalıdırlar ki, tamam regional mərkəzlər və şəxslərin yardımı olmasın. Belə fikirlər səsləndi. Yəni onlar heç o adamları tanımasın, adicə o formaları aparıb doldutdursunlar, sonra da o mərkəz həmin formalara baxsın, ayrı-ayrı orqanların məlumatları əsasında bunu ümumiləşdirsin, ya razılıq, ya da rədd cavabı versin. Bu zaman da məmurlarla insanların kontaktının heç bir əhəmiyyəti olmaz. Ya da heç bir kontakt olmaz. Bayaqdan tədbirdə 2 saat yarımdır ki, beyin fırtınası yolu ilə müzakirələr aparırdıq. Nəticədə ortaya belə bir mənzərə çıxdı. İndi onun ilk konturlarını da mən sizə dedim. Yəqin ki, belə bir şey tətbiq olunacaq. Hələlik belə bir şey formalaşdı. İndi bizim mütəxəssislər onu işləyib, hazırlayıb verəcəklər.

Saxta əllilik dərəcəsi alanlara qarşı mübarizə apardığınızı bildiribsiniz. Bu məsələdə obyektivlik və şəffaflıq necə təmin ediləcək? Çünki bu sahədə də kifayət qədər neqativ hallar var.

– İndi biz əmr vermişik, işçi qruplar yaratmışıq. Ölkənin bütün rayonlarında olan işçi qruplar hazırda bizdə olan 20 minə yaxın müraciətin üzərində işləyir. Onun 2300-ü birinci qrup, dializ xəstələri və onkoloji xəstələr idi. Hansılar ki, yoxlanmağa ehtiyacı yox idi və dərhal qrupları verilməlidir, bunlar gedib pensiya və müavinətlərini almalıdılar. Biz bunları bir gün ərzində həll etdik. Yerdə qalan 17700 nəfərin – iki və üçüncü qrup əlil olanların hamısını həmin işçi qrupları yerlərdə əyani müayinədən keçirirlər. Bunun üçün iki həftə vaxt verilib. Hətta bazar günlərində də işləyirlər. Onun hamısını müəyyənləşdirəndən sonra biz yeni ildə əvvəllər qrup almış şəxsləri – söhbət ikinci və üçüncü qruplardan gedir, çünki inanmıram birinci qruplarda nəsə belə söhbət olsun, çünki birinci qrupda adətən iş qabiliyyəti olmur – əyani müayinə yolu ilə bu qruplar yoxlayacaq. Bilirsiz, burda nə etsək də, ortada insan faktoru var. Amma burdan gedən işçi qrupu təbii ki, orda heç kimi tanımır. Məsələn, tutaq ki, Gədəbəyə gedənlər Saatlı və Bakıdan olan həkimlərdir. Onların cəmi 10 gün vaxtları olur, həmin vaxta da hamını müayinədən keçirməlidilər. Sonra başqa mexanizmlər fikirləşəcəyik. Sabah (bu gün-red.) günün ikinci yarısında yenə Dünya Bankının mütəxəssisləri və digər şəxslərlə birlikdə biz həmin sahə üzrə hansı mexanizmi qoymaq olar ki, şəffaf sistem qurulsun, onu müzakirə edəcəyik.

Səlim müəllim, Əmək Məcəlləsinin istisnasız olaraq bütün müəssislərdə tətbiq olunması ilə bağlı hansı addımlar atılacaq?

– Gəlin burda söhbətə nöqtə qoyaq. Vallah mən çatdırmıram. Saat 3-də mən yenidən başqa tədbirə girməliyəm.

Cəmiyyətin ən yaralı yerlərindən olan bir suala da cavab vermənizi də istərdik. Saxta əlilliyə rəy vermiş məmurlara qarşı bir cəza olacaqmı?

– Vallah, mən o addımı bilmirəm. Amma ləğv etməyinə biz edəcəyik. Ləğv eləmək o demək deyil ki, bu, son nəticədir. Çünki məhkəmələr var. İnsanlar məhkəmələrə müraciət edə bilərlər. Həqiqətən də özlərinin bu dərəcəni almalı olduqlarını sübut edə bilərlər. Bu, sadə bir proses deyil. Ona görə də biz dərhal hansısa müraciətə görə addımlar atıb adamlara nəsə cəza tədbiri görməyi doğru saymırıq. Bu, sonrakı prosesdir. İlk öncə öz işimizi görməliyik, hüququ olmayan adamlara, əlillik qrupunun verilməsi nəticəsində dövlətin büdcəsindən pulların getməsinin qarşını almalıyıq. Artıq sonrakı prosesdir ki, onlar məhkəməyə müraciət edəcəklərmi, məhkəmə kimə necə baxacaq, necə qərar qəbul edəcək. Ona görə də əsas mərhələni həll edəndən sonra biz digər məsələlər barədə hansısa qərar qəbul edə bilərik.

Keçmiş həmkarınız Füzili Ələkbərovla hər hansı əlaqəniz varmı? Vəzifəni təhvil alandan sonra heç onunla görüşmüsüzmü? El dili ilə desək, ondan “halallıq” aldınızmı?

– Yox, əlbəttə burda heç bir problem görmürəm. Neçə dəfələrlə telefonla danışmışıq. İşdi, insandı, neçə ildi işləyir, işi bacardığı nöqtəyə qoyur. Nə qədər bacarırsa, o qədər reallaşdırır. Hansısa səhvlər də ola bilər, müvəffəqiyyətlər də. Bizim Füzuli müəllimlə hər hansı incikliyimiz olmayıb. Bir yerdə işləmişik, bir yerdə oturub durmuşuq. Telefonla da danışmışam, müəyyən məsələləri də müzakirə eləmişik. Heç bir problemimiz olmayıb. Mətbuatda oxuyuram, boş-boş şeylər yazırlar ki, guya kompromat toplayır. Belə şeylərə ehtiyac yoxdu, onları yığışdırmaq lazımdır.

Açığı, “Yeni Müsavat”da mən bu cür yazılara rast gəlməmişəm. Bizim ictimaiyyətlə əlaqələr şöbəsi mediada bu mövzuda çıxan yazıların xülasəsini mənə verir, oxuyuram. Özüm də axşamlar çox yorğun olmayanda mətbuatı izləyirəm, saytlara, qəzetlərə baxıram. Bir neçə gün öncə görürəm yazıblar ki, Səlim Müslümova təzyiq olur. Amma bunlar yanlışdır, kim yayır, bilmirəm. (Yeni Müsavat)

“Bu ölkədə mənə heç kim heç nə edə bilməz”

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev məruz qaldığı dələduzluq (onun 30 min manat pulunu etibardan sui-istifadə edib alıblar və geri qaytarmırlar) faktı ilə bağlı polis bölməsində olarkən başına gələnləri yazaraq, sosial şəbəkədə paylaşıb. Onun qeydlərini kiçik ixtisarlarla (bidədəb ifadələri çıxarmaqla) oxuculara təqdim edirik:

“Bu gün səhər telefonuma zəng gəldi və məni Sabunçu RPİ, 13-cü polis bölməsinə izahat vermək üçün dəvət etdilər. Günorta saat 3 radələrində ora getdim, izahat yazmağa başlayanda dedilər ki, qalxın ayağa, rəis gəlir. Polis mayoru İltimas Yusifli otağa girdi, girən kimi üstümə gəlib dedi: “Ə, gi. ə sən kimsən ki, kimisə narahat edirsən?”i. Mən ondan soruşdum ki, bu nə danışıqdır? O isə eyni tərzdə, təhqir, səviyyəsizlik, əxlaqsız ifadələrlə danışmağa davam elədi, sinəmdən, qolumdan tutub itələməyə başladı. Mən də “eybi yox, siz nə deyirsiniz, deyin, nə edirsiniz, edin, mən də müraciət edərəm” dedim. O isə “kimə müraciət edəcəksən, kimə güvənirsən ə?” dedi. Mən ona bildirdim ki, onun davranışından prezidentə şikayət edəcəm. O isə cavabında “get kimə istəyirsən, şikayət elə, nə p.. yeyirsən, ye, bu ölkədə mənə heç kim bata bilməz, kimə arxalanırsansa, kimə güvənirsənsə, hamısı mənim . dedi.

Mən bu sözlərdən dəhşətə gəldim. Onunla danışmağın mənasız olduğunu görüb, bu gün əlaqə saxlamalı olduğum bir rəsmi şəxslə danışmaq istədim. O isə telefonu əlimdən dartıb alıb, atdı bir kənara. Başladı yanındakı polis işçilərinə tapşırmağa ki, aparın bunu narkoloji dispanserə, oradan bir rəy alın ki, bu narkomandır, gəldi bizi təhqir etdi, şöbəni dağıtdı, həm də cibinə də bir şey atın, tutun basın içəri. Özü də telefonumu götürüb getdi. Mən bir xeyli gözlədim, həmin müddətdə polis əməkdaşları məni həbs etdirmək üçün raport tərtib edirdilər. Bir neçə dəfə telefonla danışmaq, vəkilimlə əlaqə saxlamaq istəsəm də, nə telefonla danışmağa, nə də çıxıb getməyə icazə vermədilər, binadan uzaqlaşmaq istəyəndə qolumdan tutub dartır, içəridə qalmağı əmr edirdilər.

Bir müddət sonra rəis yenidən ora gəldi. Başladı ki, sən nurçusan, “Nida”çısan, sənə istədiyim şeyi “yapışdıra” bilərəm və səni tutduraram.

Sonra aktrisa Mətanət Əhmədovanı çağırtdırdı, gətirdi və onun, mənim və polis əməkdaşlarının yanında Mətanətə tapşırdı ki, Mətanət “Bəxtiyar Hacıyev məni özünü öldürmə həddinə çatdırıb” məzmunlu ərizə yazsın. Rəis dedi ki, narkotika ilə olmasa da, bununla səni tutduracam, sən müxalif düşüncəli adamsan, nurçusan, nə istəsəm edəcəm, heç kim də mənə heç nə edə bilməz, heç kim də səni müdafiə etməyəcək.

Mən isə ona təkrar “eybi yox, əvvəl-axır mən vəkilimlə və ya kiminləsə əlaqə saxlayacam, bu addımlarınıza görə cavab verməli olacaqsınız, prezidentə də şikayət edəcəm” dedim. İltimas Yusifli yenə eyni ədəbazlıqla, yekəxana tərzdə kresloda qışqıraraq “dedim axı, nə istəyirsən elə, bu ölkədə mənə heç kim heç nə edə bilməz, kimsə nə etmək istəsə. (biədəb ifadələr)” dedi.

Sonra axşam saat 8 radələrində məni iki polis əməkdaşı Sabunçu Rayon Məhkəməsinə apardılar. Orada hakim Mehriban Qarayevaya raport təqdim etdilər ki, mən guya polis şöbəsinə gəlib, onları təhqir etmişəm. Hakimə bildirdim ki, mən öz vəkilimlə iştirak etmək istəyirəm. Hakim əvvəl prosesi sabaha təxirə saldı. Sonra isə bildirdi ki, raport düzgün təqdim edilməyib, ona görə də məhkəmə filan yoxdur, polis işçilərinə tapşırdı ki, mənim telefonumun şöbədə saxlanması qanunsuzluqdur və dərhal qaytarılmalıdır.

Maraqlıdır, dələduzları qoruyan, onlara görə məni təhqir edən, qanunsuz olaraq telefonumu əlimdən alan və ən nəhayət, dəfələrlə Prezidentə müraciət edəcəyimi deyəndə hər dəfə “kimə arxalanırsansa . ” ilə başlayan təhqirləri edəcək qədər özünə güvənən bu mayor kimə arxalanır?

Bu ölkədə lazım gələndə general da həbs edirlər, generalın bacısı oğlunu da, nazir də, deputat da. İndi görək, bu məsələyə rəsmi orqanlar necə münasibət bildirəcəklər? “Prezidentə müraciət edəcəm” deyəndə o ifadələri işlədən şəxsi polis orqanlarına layiq biləcəklərmi?” /Musavat/

Comments are closed, but trackbacks and pingbacks are open.