Press "Enter" to skip to content

Hegelin din fəlsəfəsi

30-dan çox kitab və oçerklər onun qələm məxsusdur. onun müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir olan kitab yeni fəlsəfi ideyalar irəli sürüb Hegel, onlar emal ardıcılları olmuşdur.

Hegelin fəlsəfi quotes

Georg Wilhelm Friedrich Hegel – alman filosofu, onun klassik təzahürü Alman fəlsəfəsinin banilərindən biri.

Hegel həyat olan Ümumi məlumat

böyük mütəfəkkir FINAS hersoqu məhkəmə nəzarətini həyata keçirən ailə rəsmi 18-ci əsrdə anadan olmuşdur. Hegel çox yaxşı təhsil alıb. elmi və fəlsəfi kitab oxumaq sevən erkən uşaqlıq, From. xüsusilə, qədim ədəbiyyat xüsusilə maraqlı gələcək filosof vaxt Sophocles bir çox həsr etmişdir.

Hegel Fəlsəfə Master adı almaq mümkün 20 il edən ağır oxudu. 1818 ildən Berlin Universitetində fəlsəfə professoru vəzifəsində edib və o zaman o öz əsərlərini nəşr etməyə başladı.

filosof Books

Hegel və onun fəlsəfi qərarlarının əsərləri çox məşhur oldu, və zaman uzun klassiklərinin kateqoriyasına keçib.

Hegel quotes belə ruh təyin, onun formalaşması, mövcudluğu perfektsionnogo anlayışı, təbiət fəlsəfə, hüquq və tarix kimi mövzular təsir edir.

mütəfəkkir əsas əsərləri:

  • Mind “fenomenologiyası” ‘;
  • “Məntiq Elm”
  • “Hüquq fəlsəfəsi”
  • “Din fəlsəfəsi”.

30-dan çox kitab və oçerklər onun qələm məxsusdur. onun müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir olan kitab yeni fəlsəfi ideyalar irəli sürüb Hegel, onlar emal ardıcılları olmuşdur.

Georg Wilhelm Fridriha Gegelya Quotes

Filosof hesabatları Rusiya, o cümlədən digər dillərdə tərcümə edilmişdir. Xüsusilə təsirli Hegel azadlığı haqqında danışdı: ” Bir adam azadlıq gətirdi. ” Bugünkü siyasətçilərin çoxu Alman filosof kitabları ilə tanış olmaq yaxşı olardı.

xüsusilə onun əsərlərinin ən mühüm biri üçün, anlamaq olduqca çətin alim, “Ruhun Fenomenologiya” ümumi fəlsəfi konsepsiyası, Hegel sizə quotes varsa özünüz qədər mücərrəd həyata insanlar hətta, çox canlı və aydındır.

Burada başqa bir fikir layiqli layiq insandır: “Təhsilin əsas məqsədi – azad iradəsi ilə yaradılması, yəni müstəqil insan yaradılması etmək.” kimi Hegelin məşhur quotes oxumaq: “nigah duyğularının təntənəsi zamanı olduğundan, mütləq deyil, lakin qeyri-sabit və xitam imkanı keçirir,” biz müəllif də psixologiya bilikli demək olar ki.

Əlbəttə ki, Georg Vilgelma Gegelya ideyası lakin çox tədqiqatçılar onun fəlsəfəsi şərh üsulları hələ tam aydın deyil ki, iman və gələcək üçün heç bir perspektivi yoxdur, onun vaxt məhduddur.

tədqiqatçı sözlə Gegelya V. S. Nersesyants çalışır: ” Görkəmli İnsanlar izah təmin etmək üçün insanları pisləyir. ”

Bu gün valideynlər də filosof əsərlərində özləri üçün bir şey tapa bilərsiniz. “İlk növbədə qul kimi uşaqlara tətbiq əxlaqsız münasibətlərin bütün növ.”

, Müəllif müdafiə əsas fikir mütləq idealizm və dialektikası idi. Hegelin fəlsəfəsi adlanır alman məktəb inkişaf ən yüksək nöqtəsi hesab olunur “spekulyativ idealizm”.

aşağıdakı kimi onun “hüququ Fəlsəfə” üçün ön söz müəllifi onun dünya prinsipi sformuliruvat bilmişdir: “. Wise real, indiki – ağlabatan”

Quotes Hegel, bütövlükdə onun kitab kimi, filosoflar arasında, eləcə də adi savadlı insanlar arasında geniş rasprotranenie olmuşdur.

hegelin din fəlsəfəsi

    1. fəlsəfi fikir tarixində din fəlsəfəsinin ən mükəmməl təqdimatını verən filosoflardan biri, bəlkə də birincisi olan hegelin adı ilə bağlı olan təlim. hegel din fəlsəfəsinə dair baxışlarını 1821-1824 cü illər arasında berlin universitetində oxuduğu mühazirələrdə görüntüə gətirir. bu mühazirələrdə hegel dini fəlsəfi biliyin ayrıca sahəsi kimi nəzərdən keçirir, onun məqsəd və vəzifələrini müəyyənləşdirməyə çalışır. hegelin konkret olaraq teoloji əsərlərinə də rastlayırıq. “isanın həyatı,” “xristianlığın ruhu və taleyi” kimi əsərləri məhz bu qəbildəndir.

filosofun din fəlsəfəsi onun idealist fəlsəfəsinin mühim bir hissəsi kimi meydana çıxır. məlumdur ki, hegel fəlsəfəsi 3 hissdən ibarətdir : 1. saf ideyanı öyrənən məntiq fəlsəfəsi 2. başqalaşmış, öz əksinə çevrilmiş ideyanı öyrənən təbiət fəlsəfəsi 3. başqalaşmaqdan öz-özünə qayıdan ideyanı öyrənən ruh fəlsəfəsi. hegel məhz bu üçüncü bölmədə din fəlsəfəsini işləyir. hegelin fikrincə, ruh fəlsəfəsi də 3 hissəyə ayrılır: subyektiv ruh, obyektiv ruh və mütləq ruh. o deyirdiki ki, obyektiv və subyektiv ruh özünü dövlət idarəetməsində, sosyal sferada, incəsənət və s. kimi sahələrdə təzahür etdirir. mütləq ruh isə sonsuz və azaddır. din və fəlsəfəni barışdırmağa çalışan mütəffəkkir. orta əsrlərdən mövcud olan uçurumu aradan qaldırmağa çalışırdı. o, yazırdı ki, din və fəlsəfə ayrı-ayrılıqda götürülüb, araşdırıla bilməz. əks halda, həqiqət axtarışında azarıq. o iddia edirdi ki, fəlsəfənin obyekti məhz dindir. dinin tədqiq etdiyi isə tanrıdır. bu baxımdan din və fəlsəfənin obyektləri ortaqdır. bundan əlavə, qeyd edirdi ki, din və fəlsəfə arasında fərqlər də mövcuddur. fəlsəfə həqiqət axtarışında irəli sürülən müddəları bir-bir təfəkkür süzgəcindən keçirib, saf-çürük etsə də, dində belə bir şey yoxdur. burada vəhylər var və qeyri-şərtsiz bunlar qəbul olunmalıdır. həmçinin din və dövlət münasibətlərinə toxunan filosof dini dövlətin ayrılmaz hissəsi kimi göstərirdi. o deyirdi ki, dinsiz cəmiyyət mövcud ola bilməz, din dövlətin onurğa sütunu olmalıdır. dövlət dindən insanları idarə etmək, onları özündən asılı hala salmaq və s. məqsədlər üçün istifadə etməməlidir. din azadlığın göstəricisidir. və ən ali məqsədi də məhz bundan ibarətdir. o, azadlıq carçısı kimi mütləq din hesab etdiyi xristianlığı göstərirdi.

hegel din anlayışını həqiqi, “mütləq din” adlandırdığı xristianlıq modeli üzrə nəzərdən keçirir. o deyirdi ki, tanrı mütləq ideyadır. o, hər şeyə qadir, ən ali və əlçatmaq qüvvədir. o təkdir və başqa tanrılarla müqayisə oluna bilməz. hegelə görə, din sonlu ruhun, subyektiv insan şüurunun meydana gəlməsindən başlayır. onda artıq tanrı ruh kimi ruh üçün mövcud olur, şüurun predmeti olur və “ruhun ruha bu münasibəti dinin əsasını təşkil edir”. beləliklə, din ruhun ruha münasibəti, ruh haqqında ruhun biliyidir.

dini münasibətləri şərh edən filosof biriinci münasibət olaraq, dini hissi göstərir. o yazır ki, dini hiss tanrı etiqadının əsasını təşkil edir. dini hissə subeyktivlik xasdır. buradakı bütün təsəvvürlər subyektiv baxışlar üzərində təşəkkül tapır. ikinci məhrələdə hegel. dini seyretməni göstərir. seyretmədə dini hssən fərqli olaraq, obyektivlik ön plana çıxır və burada prediment obyektiv surətdə şərh olunur. dini münasibətlərin (şüurun) daha yüksək pilləsi – təsəvvürdür. təsəvvür formasına yüksəldilmiş dində məzmun obrazlar şəklində artıq bilavasitə hissi seyretmədə deyil, abstraksiya yolu ilə, bilvasitə dərk olunur: hissi və obrazlılıq ümumiyədək qaldırılır. hegelə görə, dini münasibətlərin ən sonuncu mərhələsi, həqiqətin əql və zakayla dərk olunmasıdır. göründüyü kimi, filosof dini təsəvvürlərin təşəkkülünü 4 əsas mərhələdə göstərir. hegel “din fəlsəfəsinə dair mühazirələr”ində dinləri özünəmıxsus şəkildə şərh edir. bu təsnifatda yanlışlıqlar çoxdur. əvvəla, biz bilmirik ki, hegel bu təsnifatı nəyin əsasında verir və nəyə istinad edərək əsaslandırmağa çalışır. ilk təsnifat təbii din adlanır. burada hegel dinin ilk forması kimi, magiyanı göstərir. təbii dinin ən mürəkkəb səviyyəsi isə panteist, substansiya dinidir. substansiya dini də neçə yerə bölünür. 1. ilk olaraq substansiya dinlərində çinlilərin dini göstərir və bunu ölçü dini adlandırır. bura yalnız daosizm təlimi aid edilir. o iddia edir ki, çinlilərin dinində müəyyən bir ölçü, nizam vardı . 2. ikinci olaraq isə, hegelin fantaziya dini adlandırdığı brəhmənizm yer alır. 3. substansiya dinin digər forması buddizm hesab edilir. təbii dinin üçüncü səviyyəsi fövqəltəbii qüvvələrin neqativ və pozitiv qüvvələrə bölünməsidir. ilk olaraq bura, xeyir və şər qüvvələrin mübarizəsi fonunda meydana çıxan zərdüştlüyü, iran dini qeyd edir. maraqlıdır ki, filosof bu dini sadəcə iran dini adlandırır. ikincisi finikyalıların dini təsəvvürləridir ki, filosof bunu əzab dini adlandırır. burada tanrının əksi özündən kənarda deyil, özündədir. tanrı adonis ölür və yenidən dirilməklə öz ölümünün qabağını alır. amma burada hələ ölməzlik ideyası yoxdur. təbii dinin bu səviyyəsində ən sonuncu olaraq, misirlilərin inancları öz əksini tapır ki, filosof bunu sirr dini adlandırır. ikinci təsnifat mənəvi fədiyyət dini adlanır. burada filosof qədim yunanların, romalıların dini, habelə iudaizmi göstərir. dini təsnifatın son səviyyəsi isə, mütləq din adlanır. o, burada yalnız xristianlıq dini göstərir. onun fikrincə xristianlıq azadıq dinidir. çox maraqlıdır ki, o bu təsnifatda islamın adını çəkmir. heç bir bölgüdə qeyd etmir. o demək deyil ki, filosofun islamdan xəbəri yox idi. əksinə, hegel islam mütəffəkkirlərini çox yaxşı tanıyırdı. islamın özünü də yaxşı bilirdi. sadəcə islamı bir neçə yerdə tənqid edərək, onu şovinist din adlandırır. o deyirdi ki, dinin əsas məqsədi azadlığı tərənnüm etməkdir ki, islam da bundan çox uzaqdır.

Realist, rasionalist filosof- Hegel

O, fəlsəfədə ilk dəfə olaraq dialektikanı sistemləşdirən, Marks və Engels kimi mütəfəkkirlərin özlərinə müəllim hesab etdikləri bir filosof idi. Lakin bütün bunlar kifayət deyil, sovetlər dönəmində Hegel idealist, mühafizəkar, mövcud mürtəce rejmin müdafiəçisi kimi təqdim olunur və tənqid edilirdi. Həmin dönəmin çap olunan bütün fəlsəfi-elmi kitablarına nəzər yetirsək, görə bilərik ki, Hegelin tənqidi eyni ssenari ilə davam edir.

Sovetler dönəmində nəşr olunan bir çox fəlsəfi əsərlərə müraciət etsək, görə bilərik ki, Hegel Şərqə, islam dininə neqativ münasibət bəsləyən, azadlıq məsələsinə idealistcəsinə yanaşan filosofdur. Yenə sual yaranır, görəsən, həqiqətənmi Hegel onu tənqid edənlərin düşündükləri kimi bir mütəfəkkir idi? Bütün bu sulalara cavab tapmaq üçün Hegelin öz əsərlərinə əsasən də onun ” Ruh fəlsəfəsi” əsərinə müraciət etsək, həmin məsələlər ətrafında Hegelin mövqeyini görə bilərik.

Əsas məsələlər sırasında Hegelin ” azadlıq” probleminə münasibəti məsələsidir. Hegelin azadlıq məsələsinə münasibətdə bir çox tədqiqatçı onun idealist mövqedən durduğunu iddia edir. Doğrudur, Hegel azadlığın əsasında xristianlıq dininin, Mütləq Ruhun, Ali Zəkanın durduğunu bildirir, lakin Hegel həmin sözləri də söyləyir: «Kölə olaraq qalanlara münasibətdə heç bir mütləq ədalətsizlik baş vermir, çünki hər kəs ki, öz azadlığını əldə etmək üçün həyatında risk etmək cəsarətinə malik deyil, o kölə olmağa layiqdir və əksinə, həqiqətən azadlığa çıxmaq üçün enerjili iradəyə malikdirsə, onda heç bir insani zorakılıq onu xalis passiv idarə olunma durumu kimi köləlikdə saxlaya bilməz.

Göründüyü kimi Hegel burada azadlıq məsələsində tam idealist olaraq yox, daha çox mübariz realist kimi çıxış edir və azadlıq probleminə tam rasional mövqedən yanaşır. Hegel haqlı olaraq » mübarizə aparmayıb ” passiv olan insanların daim zalımların, zülmün qurbanı olmağa layiq hesab edir, çünki heç kəsə azadlıq boş yerə verilmir. Azadlıq mübarizə aparıb, bu yolda qurbanlar verməklə qazanılır ki, Hegel də bu mübariz iradəli insanları heç bir zalım sistemin insanları süstləşdirən, onların düşüncələrini mövcud problemlərdən ayıran hər hansı rejimin heç cür köləlikdə saxlamaq iqtidarında ola bilməyəcəyini bildirir.

Daha bir məsələ isə Hegelin Şərqə, islam dininə neqativ münasibəti məsələsidir. Hegel haqlı olaraq azadlığın olduğu yerdə, onun dərk edilmədiyi yerdə fəlsəfənin mövcudluğunu qəbul etmir. Tarixə nəzər salsaq Şərq xalqlarının hər hansi ictimai bir quruluşu, iqtisadi formasiyanı heç də inqilabi yolla öz iradələrinin güçü ilə yox, daha çox ya xarici qüvvələrin müdaxilələri nəticəsində, ya da hakimiyyətə keçmiş hər hansi bir despotun, diktatorun apardığı uzun müddətli islahatları nəticəsində tədrici inkişaf yolu ilə dəyişikliklər yaratdıqlarını görə bilərik. XVIII –XIX əsrlərindəki Qərb müstəmləkəçilərinin Şərq xalqları üzərində hakimiyyəti ələ alıb, buralarda apardıqları islahatları misal göstərə bilərik. Məhz Hegel də haqlı olaraq Şərqdəki mövcud süstlüyü azadlıq uğrunda mübarizəyə biganə yanaşmalarını tənqid edir. Azadlığın olmadığı yerdə hər hansı düşünən insanın rahat yaşaması, özünü lazımınca ifadə edə bilməyi qeyri mümkündür. Göründüyü kimi Hegel rasionalistcəsinə yanaşaraq Şərqin nöqsanlarını düzgün qiymətləndirmiş, lakin bununla kifayətlənməyərək Şərqin üstün cəhətlərini də görə bilmiş xüsusəndə Şərq poeziyasını, monoteist din kimi İslam dinində ” Tövhid” təliminin mükəmməlliyini yüksək qiymətləndirmişdir.

“Əgər biz panteizmi, onun poetik, ən uca və ya belə demək mümkünsə ən kəskin formasında götürsək, onda bunun üçün, bəlli olduğu kimi Şərq şairlərinə üz tutulmalıdır və onun ən geniş açıqlanmasını hinduizmin dini kitablarında tapmaq olar. Burada qarşımıza açılan zənginliklərdən bəzi daha parlaq şeyləri bizim əsli saydığımız Bhaqavat-Qitanın hamısında geniş inkişaf etdirilmiş və təkrarlanan təzadlarında görürük”.

İslama münasibətdə də Hegel heç də bir çox tədqiqatçının düşündüyü kimi aqressiv münasibətdə olmayıb əksinə müsəlman xüsusəndə ” Təsəvvüf” fəlsəfəsinin nümayəndələrinin yaradıcılığını yüksək qiymətləndirib, Mövlanə Cəlaləddin Rumini nümünə kimi göstərib.

” Əgər Təkin dərkini onun hinduizmdə bir tərəfdə abstrakt təfəkkürün hər cür müəyyənliyə yad vəhdətinə, o biri tərəfdən isə varlığın təfərrüatında onun usandırıcı, hətta darıxdırıcı baxışına ayırmaq baxımından deyil, ona xas olan paklığında və uzalığında gözdən keçirmək istəyirlərsə onda İslam dünyasına müraciət edilməlidir. Əgər, məsələn kamil Cəlaləddin Rumidə ilk planda özəl olaraq ruhun Tək ilə vəhdəti önə çəkilirsə və bu vəhdət sevgi kimi səciyyələndirilirsə, onda bu ruhi vəhdət sonlu və adi olan üzərində yüksəlişdən, bilavasitə təbii varliğın məhz xarici, keçici empirik tərəfi kimi həyati anlamda ayrılıq və udulduğu ruhun aydınlaşmasından ibarətdir.”

Göründüyü kimi, keçmiş Sovetlər dövründə təkcə Marks və Engelsin fəlsəfəsi yox, bu iki böyük filosofun özlərinə müəllim saydıqları Hegelin fəlsəfi təlimi də təhrifə məruz qalmışdır. Hegeldən gətirilən əvvəlki iqtibaslardan da gördük ki, Hegel cəmiyyətin sosial — siyasi həyatinda idealist yox, realist kimi çıxış edirdi o utopik, xam — xəyallarla yaşamayan rasionalist bir filosof idi. Bunu onun aşağıdaki fikrlərindən də görmək olar.

«Düşüncəsiz insanlar boş subyektiv, təsəvvürlərə, gələcəkdə reallaşacağına ümid etdikləri ancaq gercəkləşməyən arzulara malik olurlar. Onlar tamamilə dağınıq məqsəd və maraqlarla məhdudlaşırlar”

Həqiqətən də, Hegel haqlı olaraq insanin yüksəlməsi üçün ağılı, zəkanı əsas şərt kimi görür və düşünməyi də lazımı məsələlər, problemlər ətrafinda cəmləməyin vacibliyini də vurgulayırdı.

Bütün bunlar onu bir daha göstərir ki, Hegel heç də mühafizəkar, idealist mürtəce qüvvələrin maraqlarını müdafiə edən filosof yox, realist, rasionalist bir filosofdur.

Tural Metesoy Kultura.az

Comments are closed, but trackbacks and pingbacks are open.