Press "Enter" to skip to content

Генрих манн

Henrix Mann – görkəmli yazıçı Tomas Mannın böyük qardaşı. Hitlerin şəxsən nifrət etdiyi yazıçılardan olub.

Haynrix Mann Seçilmiş əsərləri

Dünya ədəbiyyatının parlaq simalarından olan Mann qardaşları təkcə ədəbi fəaliyyətləri deyil, həm də taleləri baxımından XX əsrin əvvəllərindən başlayan və bir qəri-nədən artıq davam edən ideoloji və hərbi-siyasi toqquş-maların insanlarda aşıladığı mənəvi-psixoloji sarsıntıları anlamaqda xüsusi rol oynayır. Eyni ailədən çıxmış iki şəxs – Haynrix və Tomas Mann qardaşlarının ictimai ba-xışlarındakı fərq, əslində, alman intellektlərinin ziddiy-yətlərlə dolu mövqelərini müqayisə etməyə imkan tanıyır. Əlbəttə, hər iki yazıçının dünyagörüşü onların əsərlərində əksini tapırdı. Haynrix Mann isə təkcə romanları ilə deyil, həm də esseləri, pamfletləri, publisistikası ilə aktiv ideoloji mövqe nümayiş etdirirdi.

Ümumiyyətlə, Mann ailəsi bütövlükdə dövrünün alman ədəbi-mədəni aləminin kiçik modelini xatırladır. Bu ailə üçün iki xarakterik cəhət göstərilir: qeyri-adi istedad və uğursuz tale. Uğursuz tale yalmz narkotik asılılığı, seksual çatışmazlıq, kəskin psixoloji dəyişikliklə deyil, həm də ailədəki intiharlarla əlaqələndirilir.

Ailənin ilki, 27 mart 1871-ci ildə anadan olan Hayn- rixin qardaşı Tomasdan başqa iki bacısı da vardı: Lula və Karla. Karla dövrünün tanınmış teatr aktrisası idi.

Mannlar yaşadıqları Lübek şəhərində zəngin ailələrdən sayılırdılar. Ata H.Mann varlı sahibkarlarla əhatə olunan senator idi.

Haynrix 1881—91-ci illərdə Lübek gimnaziyasında yüksək təhsil alır və Fridrix Vilhelm adma Berlin univer-sitetinə qəbul olunur. Gələcəyi üçün bir narahatlıq görün-məyən ailənin taleyi də həmin il dəyişir: ata qəflətən ölür. Bu ölümün intihar olması barədə ciddi şübhələr var.

Sonradan Mann ailəsində özünəqəsdlərin sayı artdıqca, ata Mannın da intihar etməsinə inananların sayı çoxalır: Karlada davam edən bu “ailə xəstəlyi” daha sonra Tomas Mannın ədəbi aləmdə tanınan övladlarına da keçir.

Atanın ölümü Haynrixə qəbul olduğu Berlin univer-sitetini bitirməyə mane olur. Bundan əlavə, o, öz həyat yolunu müəyyənləşdirmişdi: hələ gimnaziya illərindən Haynrix siyasi yumor və satira janrında, hətta sarkazmla dolu məqalələr yazmağa başlamışdı və ədəbi-ictimai dairələrdə tanınırdı. 1900-cü ildə çapdan çıxan “Duzlu sahil ölkələri” romanı isə Haynrix Mannın adını bütün ölkəyə yaydı.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

16 книг

Роман “Учитель Гнус” балансирует на грани между психологическим реализмом и памфлетом, между бытовым юмором и социальной сатирой. Сменяются эпохи, но в гимназии маленького провинциального городка по-прежнему тиранит учеников учитель Нусс по прозвищу Гнус – властолюбивый, мстительный мелкий тиран, истинное воплощение германской кайзеровской военщины. Кто он – реальный человек? Или символ времени, которое упорно не хочет отступать перед веяниями будущего? И в ком воплотится будущее, которое принесет конец учителю Гнусу?

ISBN: 978-5-389-19085-6
Год издания: 2021
Издательство: Азбука-Аттикус, Иностранка
Язык: Русский

Дилогия немецкого писателя Генриха Манна о французском короле Генрихе IV заслуженно считается шедевром исторической прозы, сравнимым с лучшими романами Александра Дюма и Генрика Сенкевича. Время и место действия: Европа, шестнадцатый век, один из самых кровавых и мрачных: гражданские войны, религиозный фанатизм, Варфоломеевская ночь, смертельная борьба за власть… Европе требовался правитель, способный не только загасить пламя войны, установив долгожданный мир, но и поменять весь ход истории, толкающий народы в бездонную пропасть смерти. Таким правителем оказался король Генрих IV из династии Бурбонов. Многие писатели обращались к жизни этого…

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

Almaniya aprelin sonlarından mayadək kitablara xüsusi yanaşır.

Ümumiyyətlə, bu ölkədə ədəbiyyata böyük hörmət var, amma almanların budəfəki “hörməti” başqadır. Çünki almanlar bu dövr ərzində vaxtilə çoxsaylı kitabları yandırıblar. Tarix göstərir ki, 1933-cü ildə xeyli alman toplaşaraq bəyənmədikləri kitabın “oduna qızınıblar”.

Həmin illərdə Nasist Almaniyası öz ideyalarına uyğun gəlməyən bütün kitabları Berlinin ortasına töküb yandırıb. Məsul kitabyandıranlar təkcə yəhudi və qeyri-alman müəlliflərin kitablarını deyil, elə tonqal daha yaxşı alovlansın deyə, nasistləri dəstəkləməyən, eləcə də siyasətdən uzaq müxtəlif ədəbi mövzulu kitabları da yandırıblar.

1933-cü ilin aprelindən oktyabrına qədər Almaniyanın 70 şəhərində kitabyandırma prosesi həyata keçirilib. Təkcə Berlin və Bonn şəhərlərində 25 mindən artıq kitab yandırılıb. Yandırma prosesinin təşkilatçıları isə Təbliğat Nazirliyi və Alman Tələbə İttifaqı olub. Daha doğrusu, səhnədə onlar çıxış edirdilər, pərdəarxasında əlbəttə nasist ideologiyasının baniləri dayanırdı. Hər tələbəyə göstəriş verilmişdi ki, öz ailə kitabxanalarında, qohum evlərində də təmizlik işləri aparılıb “ziyanlı” kitabları yandırsınlar. Etiraz edən valideynlər və digər yaxın qohumlar barədə aidiyyəti orqanlara məlumat verilsin.

İndi gəlin əsərləri yandırılan müəlliflərə baxaq:

Albert Eynşteyn – təqdimata ehtiyacı olmayan nadir şəxsiyyətlərdəndir.

Ziqmund Freyd – eyni hisslərlə bu dahini də tərənnüm edə bilərik.

Karl Marks – almanların çoxluq halında nifrət etdiyi yəhudi dahisi.

Erix Remark – bu tanınmış yazıçı əsərləri yandırıldıqdan sonra ABŞ-a qaçımışdı. Amma nasistlər onun acığını bacısından çıxdılar. Böyük bacısı Elfrida Şoltsu həbs edərək gilyotinlə edam etdilər.

Henrix Mann – görkəmli yazıçı Tomas Mannın böyük qardaşı. Hitlerin şəxsən nifrət etdiyi yazıçılardan olub.

Emil Lüdviq – tanınmış bioqraf. Bismark, Napoleon, İsa Peyğəmbər, Höte, haqqında əsərləri ilə məşhurdur. I Dünya Müharibəsində Vyana və İstanbulda müxbir olaraq çalışıb. Jurnalist kimi Benito Mussolini və Stalindən müsahibə götürüb. 1931-ci ildə Stalin ilk dəfə əcnəbi qəzetə müsahibə vermək üçün məhz Emil Lüdviqi seçmişdi.

Erix Kestner – yazıçı, ssenarist və kitab “qətliamı”nın canlı şahidi. Həmin məşum günü o, belə təsvir edirdi: “Mən hər tərəfdən tələbələrlə əhatələnmiş universitetin qabağında dayanmışdım. Böyük tonqalın alov dillərinin kitablarımızı necə yaladığını seyr edirdim. Haqqımızda səslənən təhqiramiz şüarların sədası altında kitablarımız qətl olunurdu, dəfn küllərini isə külək şəhərin üstü ilə səmaya – cənnətə qovuşdururdu. ”

Bu müəlliflər hələ kitabları yandırılanlardan çox cüzi hissəsidir. Amma həmin müəlliflər bugünkü Almaniyanın qürurudur.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.