Press "Enter" to skip to content

Heydər hüseynovun

Həmin dövrdə Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsəri ilk dəfə rus dilində çap olundu. O, bilirdi ki, rus dili vasitəsiylə bu əsər bütün SSRİ-yə yayılacaq. Həm də rus dilindən digər dillərə tərcümə olunacaq. Əsərin yayılması məqsədiylə kitabı özünə yaxın bildiyi dünya şöhrətli alimlərə, incəsənət, ədəbiyyat xadimlərinə yollayırdı. Çox keçmir ki, kitab ictimaiyyət arasında böyük nüfuz qazanır. Hətta, müəllifin xəbəri olmadan “Stalin” mükafatına təqdim edilir. Bu uğurdan çaşanlar girəvəni əldən verməyib Bağırovun əsəbi vaxtında ona deyirlər ki, bəs Hüseynov sizdən xəbərsiz kitab yazıb. Üstəlik, mükafata da layiq görülüb. Bağırov təbiətli adama bu bəsiydi. Necə hirslənirsə, Partiya Tarixi İnstitutuna zəng vurur. Heydər Hüseynovu tapmır. Müavininə deyir ki, səhər tezdən direktorun kabinetini açıb onun yerində özün oturarsan. Müavini də nəzakətli, sakit adamıydı, İstəyir etiraz eləsin, bacarmır. Heydər Hüseynov səhər işə gələndə görür ki, müavini onun yerində oturub.

Görkəmli alim Heydər Hüseynov un dəhşətli intiharı

1950-ci il avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan EA-nın ilk 15 qurucu üzvündən biri, akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu. Heydər Hüseynov qədim Azərbaycan şəhəri İrəvanda doğulmuşdu. 1931-ci ildə Bakı Universitetini bitirmiş, bütün sonrakı həyatını elmə həsr etmişdi. Azərbaycanda sovet dövrü tarix və fəlsəfə elmlərinin, lüğətçiliyin inkişafında mühüm xidmətlər göstərmişdi. O, 1936-1940-cı illərdə keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etmiş, 1939-1945-ci illərdə isə Filialın sədr müavini olmuşdu. Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin dövrdən ömrünün sonuna kimi həm EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru və Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət göstərmişdi.

Görkəmli alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik “Müxtəsər Azərbaycan tarixi” (1943-1944), 4 cildlik “Rusca-azərbaycanca lüğət”, general Ə.Şıxlinskinin “Xatirələri” kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan dilində fəlsəfi terminlərin yaradılmasında və marksist filosof kadrların yetişdirilməsində də Heydər Hüseynovun mühüm xidmətləri olmuşdu. O, milli ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar, Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundov, H.Zərdabi kimi görkəmli nümayəndələri haqqında tədqiqatların da müəllifidir.
Həyatının əsas əsəri-müridizm və Şeyx Şamil hərəkatından da bəhs edən “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası çapdan çıxanda H.Hüseynovun 41 yaşı vardı.

Cəmiyyətimizdə həmişə dəbdə olan yaş kultu baxımından müəllifi hətta “gənc alim” də adlandırmaq olardı. Lakin bu “gənc alim” həmin dövrdə Azərbaycan humanitar elminin ağsaqqallarından sayılırdı. Onun fikirləri ilə hesablaşırdılar. Milli elmi fikrə böyük töhfələr verə biləcək alim ehtiyatsızlıq və təcrübəsizlikdən doğan adi təsadüfün qurbanı oldu.

“Respublikanın sahibi”nin — Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı.

“Staliniada” kitabının müəllifi, sovet filosofu Y.Borev bu münasibətin əsas səbəbini Stalinin yoluxduğu hər yerdə və həmişə casus axtarmaq xəstəliyində görürdü. O, yazırdı:

“40-cı illərin sonunda Stalinin Şamili türk və ingilis casusu elan etməsi ilə onun çarizmə qarşı apardığı milli-azadlıq mübarizəsinə ləkə yaxma kampaniyası başlandı. Şamilin ifşasının əsası Stalinin Azərbaycandakı satrapı Bağırovun “Kommunist” qəzetindəki çıxışı ilə qoyuldu. Bu məqsədlə bir neçə azərbaycanlı alim arxivlərdən Şamilə qara yaxmağa imkan verən materiallar toplamaq məqsədi ilə Moskvaya və Leninqrada göndərildi. Daha sonra haqqında digər məqalələr meydana çıxdı. Məşhur avar şairi (R.Həmzətov nəzərdə tutulur-V.Q) də xoşqulluq nümunəsi göstərib Şamil əleyhinə poema yazmaqla bu kampaniyaya qoşuldu. Sonralar Xruşşovun “ilıq rejimi” dövründə o, xalqının böyük oğlunu satdığına görə peşmançılığını dilə gətirmişdi. Şamil keçmişə tuşlanan casus axtarışlarının qurbanı olmuşdu”.
Lakin Y.Borevin göstərdiyi yalnız səbəblərdən biridir. Əslində Stalinin və onun erməni-gürcü çevrəsinin Şeyx Şamilə nifrətinin əsasında Qafqazın bütün müsəlman əhalisinə ögey münasibət və etinasızlıq dayanırdı. Bu regionu başdan-başa xristianlaşdırmaq düşüncəsi Stalinə və onun “həmyerlilərinə” əsla yad deyildi. Bir sıra Şimali Qafqaz xalqlarının və Msxet türklərinin tarixi torpaqlarından deportasiyası, azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarından çıxarılması, onların nəzərdə tutulan, lakin baş tutmayan kütləvi köçürülmə planı, Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək imkanından istifadə olunmaması və s. ilk növbədə bu məqsədə xidmət edirdi.
Xüsusilə Şimali Qafqazla bağlı planlarının həyata keçirilməməsində Stalinə bir sıra digər amillərlə birlikdə Şamilin dağlılar arasındakı kultu da müəyyən maneçilik törətmişdi. Stalin yaxşı bilirdi ki, Şimali Qafqaz xalqlarının iradəsini qırmaq üçün ilk növbədə onların tapındıqları bütü sındırmaq lazımdır. Həmin büt isə xalq arasında şöhrət və populyarlığını qoruyub saxlayan Şeyx Şamil idi. Şamili ləkələməklə, onu soydaşlarının gözündən salmaqla Qafqaz tarixinin işıqlı səhifələrindən birini də qapatmaq olardı. Çünki Şamil daim yaşayan canlı əfsanə kimi azad və üsyankar qafqazlı ruhunda öz əbədi yerini tutmuşdu. Köləlik zəncirini bir az da bərkitmək üçün bu əfsanəyə həmişəlik son qoymaq, onu bayağılaşdırmaq, boş, puç və cəfəng bir şey olduğunu sübuta yetirmək lazım idi.
Ötən əsrin 40-cı illərinin sonunda rəsmi sovet ideologiyasının Şeyx Şamil əleyhinə başlatdığı qarayaxma kampaniyasının əsasında gələcəyə hesablanmış bu məkrli Stalin planı dayanırdı.
Bədbəxtçilikdən Heydər Hüseynovun “XIX əsr Azərbaycanda ictimai-siyasi fikir tarixindən” kitabı belə bir şəraitdə işıq üzü görmüşdü.
1940-cı illərin sonu Heydər Hüseynovun triumf dövrü idi. 4 cildlik «Rusca-Azərbaycanca» lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli Stalin mükafatına layiq görülmüşdü. Bir il sonra 733 səhifəlik «XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikri tarixindən” monoqrafiyası çap olunmuşdu.
1947-ci ildə „ədəbiyyat naziri“ — SSRİ Yazıçılar İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən təxirə düşmüş 800 illik yubileyində iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla da tanış olmuşdu. Ciddi və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı. Tanışlıq tədricən dostanə münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan çıxanda H.Hüseynov onun ilk nüsxələrindən birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi. Fadeyev əsəri ictimai elmlər sahəsində 1950-ci il Stalin mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən müəllif “respublikanın xozeyinini» məsələdən xəbərdar eləməyi unutmuşdu. M.C.Bağırov hadisədən yalnız yeni Stalin mükafatları laureatlarının adları “Pravda” qəzetində çap olunanda xəbər tutmuşdu. Başının üstündən iş görüldüyünə, həm də bunu inanıb irəli çəkdiyi birinin etdiyinə görə onun hirsindən necə zəncir çeynədiyini təsəvvür etmək çətin deyil.
Həmin dövrdə H.Hüseynovun referenti olmuş şair və tərcüməçi İmran Seyidov danışırdı ki, “Pravda”da Stalin Mükafatları Komitəsinin qərarı çap olunduğu gün səhər tezdən M.C.Bağırov laureatı Mərkəzi Komitəyə çağırtdırmış və istənilən adamı vahiməyə salan isterik monoloqdan sonra mükafat alan monoqrafiyasını sözün həqiqi mənasında onun başına çırpmışdı. Qalın və parıltılı kağızda çap olunmuş foliant isə yetərincə ağır idi.
İmran Seyidovun dediyinə görə həmin gün «Xozeyinin» yanından qayıdan Heydər Hüseynov böyük sarsıntı keçirmiş, kabinetinə çəkilib hönkür-hönkür ağlamış, ona su gətirən İ.Seyidova hıçqırıqlar içində «Имран, представляешь, он дважды меня ударил книгой по башке» demiş, sonra isə damarını kəsməklə intihara cəhd göstərmişdi. Amma birinci dəfə onu xilas etmək mümkün olmuşdu.
«Həddini aşmış” alimi cəzalandırmaq baxımından bu qeyri-insani davranış da „xozeyinə“ az görünmüşdü. M.C.Bağırov dostluq əlaqələri saxladığı L.Beriya ilə A.Fadeyevin münasibətlərinin pis olduğunu bildiyindən bir güllə ilə iki ov vurmağı — həm Fadeyevi nüfuzdan salmağı, həm də H.Hüseynovu yerində oturtmağı qərara almışdı. Hər yerə əli işləyən Beriyanın müdaxiləsi nəticəsində məsələ böyüyüb Kremlin müzakirəsinə çıxarılmış və Stalin Mükafatları Komitəsinin tarixində — sonralar bir də heç zaman təkrarlanmayan (və təəssüf ki, yeganə presedent də bizimlə bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər Sovetinin qərarı ilə mükafat heç bir cinayət törətməmiş qanuni sahibindən geri alınmışdı.

Y.Borev “Staliniada” kitabında yazırdı:
“Bu artıq rəsmən elan olunmuş Stalin mükafatının geri alınması ilə bağlı ilk təsadüf idi və həmin təsadüf bizim ölkədə torpağın adamın ayağının altından necə asanlıqla qaçdığını aydın göstərirdi. Stalin dövrünün meyarları baxımından sovet cəmiyyəti qarşısında böyük xidmətləri olan professor Elsberqin (tanınmış ədəbiyyaşünas alim, uzun illər boyu SSRİ DTK-nin informatoru-V.Q.) 1950-1951-ci illərdə Hüseynovun mükafatı geri alınandan sonra necə həyəcanlandığı indi də gözlərim önündədir”.
Lakin mükafatın geri alınması da M.C. Bağırovun qəzəbini soyutmadı. Heç şübhəsiz onun şəxsi göstərişi ilə Heydər Hüseynova qarşı təqiblər başlandı. Əsas hədəf kimi isə alimin Şeyx Şamilə və dağlılar hərəkatına münasibəti götürülürdü. Təqiblər həm ideoloji, həm də şəxsi planda aparılırdı. Alimin qardaşı həbs edilmişdi. Özünün ətrafındakı halqa isə günü-gündən daralırdı. Tutduğu bütün vəzifələrdən azad edilmişdi. Faktiki ev dustağına çevrilmişdi. H.Hüseynovun simasında yeni xalq düşməninin tapıldığı artıq heç kimə sirr deyildi.
Müharibənin bir qədər səngidib arxa plana keçirdiyi terror dalğası 40-cı illərin sonunda yenidən cəmiyyəti silkələməyə başlamışdı. Həm də bu dəfə əsas hədəf kimi daha çox yaradıcı adamlar, ziyalılar, alimlər seçilmişdi. M.Zoşşenko və A.Axmatova, “Zvezda” və “Leninqrad” jurnalları, V.Muradelinin “Böyük dostluq” operası haqqında məlum partiya qərarları həmin dövrdə çıxmışdı. “Leninqrad işi” deyilən qondarma ssenari quraşdırılmış, məşhur iqtisadçı A.İ.Voznesenski başda olmaqla böyük bir qrup dövlət adamı həbs edilmiş və güllələnmişdi.
Şərti olaraq “Həkimlərin işi” adlanan başqa bir ssenari hazırlanırdı. Bir sözlə, bütün ölkə miqyasında 1937-ci ilin təkrarına hazırlıq görülürdü. Yalnız tiranın ölümü cəza maşınının bütün dəhşəti ilə işə düşməsinin qarşısını aldı. Amma buna baxmayaraq keçmiş SSRİ-nin digər regionlarında olduğu kimi 1950-ci ildə yenidən gündəmə gələn repressiya dalğası Azərbaycandan da qansız-qadasız ötüşmədi.
1950-ci il iyul ayının 14-15-də Bakıda, Filarmoniyanın Yay salonunda Azərbaycan ziyalılarının yığıncağı keçirildi. Rəsmi məlumatlar toplantının işində iki min nəfərə qədər ziyalının iştirak etdiyini, Rəyasət heyətində Azərbaycan KP Mk-nın katibi M.C.Bağırovun, Nazirlər Sovetinin sədri T.Quliyevin, Ali Sovetin sədri N.Heydərovun oturduqlarını, yığıncağı Azərbaycan KP MK-nın katibi T.Yaqubovun açdığını xəbər verir. Yığıncaqda M.C.Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” adlı məruzəsi dinlənilmişdi. Müzakirələrdə professor C.Xəndan, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini V.Səmədov, Azərbaycan EA Ədəbiyyat İnstitutunun direktoru, akademik M.A.Dadaşzadə, akademik M.Topçubaşov, Azərbaycan Yazıçılar İttifaqıının sədri M.İbrahimov, professor M.Şirəliyev, yazıçı M.Hüseyn, xalq şairi S.Vurğun, professor Ə.Dəmirçizadə və b. çıxış etmişdilər.
İclasa qədər respublikanın elmi idarə və təşkilatlarında, yaradıcı ziyalılar arasında güclü “hazırlıq” işi aparılmışdı. EA institutlarındakı və ali məktəblərdəki toplantılarda H.Hüseynov və onun xatalı qəhrəmanı haqqında “ifşaedici rəylər” toplanılmış və dəqiqliklə sənədləşdirilmişdi.

Həmin rəylərdən bəzilərini müəlliflərin adını göstərmədən təqdim edirəm:
Dilçilik İnstitutunun elmi katibi, ÜİK(b) üzvü.
“Azərbaycanın ictimai təşkilatlarının Hüseynova Stalin mükafatı laureatı adının verilməsi haqqındakı qərarının ləğvi ilə bağlı tələbləri və bunun ardınca Stalin Mükafatları Komitəsinin, habelə SSRİ Nazirlər Sovetinin müvafiq qərarları tamamilə ədalətli addımdır. Çünki Hüseynov həqiqətən də kitabında müridizmi ideallaşdırmış, Şamil hərəkatının tarixi mənasını təhrif etmiş, özünün burjua-millətçi tərəddüdlərinə meydan açmışdır.
Hüseynov tərəfindən Şamilin xalqın seçdiyi mütərəqqi xadim kimi qiymətləndirilməsi antimarksist mövqedir”.

MELİ (Marks, Engels, Lenin İnstitututu-V.Q.) Azərbaycan Filialının baş elmi işçisi, ÜİK(b)P üzvü..
“Hüseynov axır vaxtlar çox həddini aşmışdı, heç kimlə hesablaşmırdı. Hətta iş o yerə çatmışdı ki, Azərbaycan KP(b) MK-nın başı üzərindən kitabını Moskvaya, Stalin mükafatına təqdim etmişdi. Hələ bu azmış kimi o, Elmlər Akademiyasının binasında intihara cəhd kimi alçaq bir hərəkətə yol verərək bizdə guya alimlərin sıxışdırıldıqlarını, guya onların müdafiə məqsədi ilə müraciət edəcəkləri bir yerin olmadığını sübuta yetirməyə çalışmışdı.
Hüseynov təsadüfən yüksəlmiş adam idi və buna görə də baş verənlər təsadüfi sayılmamalıdır. Bunu tez və ya gec gözləmək lazım idi”.

Azərbaycan Tibb İnstitutu Histologiya kafedrasının müdiri, ÜİK(b)P üzvü .

“Hüseynovun vicdansız adam olduğu aşkara çıxır, çünki o, Türkiyənin və İngiltərənin casusu Şamili ideallaşdırmaq fikrinə düşmüşdü.
Yalnız vicdansız adam belə bir işi Stalin mükafatına təqdim edə bilərdi”.

“Pioner” qəzeti redaksiyasının əməkdaşı, ÜİK(b)P üzvü, şair.
“Bu Stalin Mükafatları Komitəsinin qərarının ləğvi ilə bağlı ilk təsadüfdür. Hüseynov tək özünü deyil, bütün respublikanı biabır etmişdir.
Heydər Hüseynovu ictimai və fəlsəfi elmlər sahəsində bir nömrəli mütəxəssis sayırdılar, daim diqqət və qayğı göstərirdilər. Lakin bütün bu zəhmətlər hədər getdi. Onun hərəkəti bağışlanmaz səhv deyil, cinayətdir”.

“Azərnəşr”in direktoru, ÜİK(b)P üzvü .
“Heydər Hüseynovu həmişə Azərbaycanın bütün qalan alimlərindən bir baş yuxarı tuturdular. O, elmi fikrin digər nümayəndələri üzərində özünəməxsus diktator idi. Gərək ona bu şəkildə əndazəsini aşmağa imkan verilməyəydi. Bu səhv idi və indi həmin səhvin nəticəsi göz qabağındadır. O, əsaslı iradları öz alim ləyaqətinə qarşı yönəldilmiş təhqir kimi qəbul edirdi və nəticədə özünəqəsd kimi yaramaz bir provakasiyaya əl atdı.

Çox güman Hüseynov bu hərəkəti ilə Azərbaycan KP(b) MK-nın rəhbərliyini zərbə altında qoymaq istəmişdi. Ancaq o, zənnində yanılmışdır”.

Belə baltanı kökündən vuran donos-rəylər çoxdur.
Və təbii ki, bu qaragüruhçu çıxışlar qorxudulmuş, küncə sıxışdırılmış kabinet ziyalısını intihara sövq etmək üçün yetərli idi.
C.Bağırovun qəzəb və hiddəti təkcə akademik Heydər Hüseynova deyil, onunla bu və ya digər şəkildə əməkdaşlıq edən digər tanınmış Azərbaycan ziyalılarına qarşı da çevrilmişdi. Onların sırasında kitabın redaktoru və ön sözün müəllifi akademik A.O. Makovelski, akademik Mirzə İbrahimov, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor M.A.Dadaşzadə, yazıçı Mehdi Hüseyn də vardı. “Xozeyin” hətta Mirzə İbrahimovun kitab müəllidinə ünvanlanmış şəxsi xarakterli məktubunu da iki min nəfərlik auditoriya qarşısında oxumağı məqbul saymışdı.
Məktubda qeyri-adi bir şey yox idi. Mirzə İbrahimov həmkarını uğurlu əsər münasibəti ilə təbrik edir, gələcəkdə də axtarışlarını davam etdirməyi məsləhət görürdü. Yeri gəlmişkən, Filarmoniyadakı iclas zamanı da Mirzə İbrahimov fikirlərindən imtina etməmişdi. Doğrudur, vəziyyətdən çıxmaq üçün müxtəlif üsullara əl atmışdı, lakin həmkarına qarşı siyasi ittiham irəli sürməmişdi.
M.C.Bağırovun zəhmi və xofu qarşısında M.A.Dadaşzadə və Mehdi Hüseyni ümumən duruş gətirmişdilər. Akademik Makovelski isə “а Васька слушает, да ест” prinsipi ilə hərəkət edərək, ümumən, heç nə danışmamışdı. Bütün bunlar şəraitin mürəkkəbliyinə baxmayaraq 50-ci illər Azərbaycan ziyalılarının simalarını qorumaq üçün bəzən hətta riskli addımlar atdıqlarının nümunəsi sayıla bilər. Məhz belə münasibətlərinə görə iclasın qətnaməsində bir sıra ziyalıların Heydər Hüseynovun şəxsinə və zərərli əsərinə münasibətdə prinsipsiz mövqe tutduqları qeyd olunmuşdu.
Amma təbii ki, zəif etirazlar əvvəldən hazır olan hökmün qarşısını ala bilməmişdi. Belə şəraitdə tamamən ruhdan düşmüş, təklənmiş, sarsılmış və yəqin ki, həyatından, elmi karyerasından daha çox ailəsinin, xanımı ilə üç kiçik yaşlı qızının aqibətini düşünən Heydər Hüseynov Filarmoniyadakı iclasdan düz bir ay sonra — 1950-ci il avqustun 15-də Mərdəkandakı kasıbyana bağında intihar etdi. Deyilənə görə EA-dakı ilk intihar cəhdindən sonra qoca anası onu qarabaqara izləyir, dəhşətli niyyətinin qarşısını alaq istəyirmiş. Amma mümkün olmamışdı.
C.Bağırovun hökmü ilə mükafatı əlindən alınandan, işdən çıxarılandan sonra Heydər Hüseynovun “kitabının bağlandığı” artıq heç kəsə sirr deyildi. Təəssüf ki, o zaman da, indi də bizdə “kitabı bağlananların» müdafiəsinə qalxanlar günün günorta şağı çıraqla axtarılanlar qədər azdır.

Hətta M.C.Bağırovun yanında onun Heydər Hüseynova qara yaxmaqla bağlı istəyinin ziddinə gedənlər olmuşdu.
Cəmiyyətdə isə təkcə donosbazlar deyil, vicdanlı adamlar da izləndiklərini anladıqları halda məsələyə münasibət bildirməkdən çəkinməmişdilər.
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi naziri A.Yemelyanovun M.C.Bağırova 24 may 1950-ci il tarixli “tam məxfi” məktubunda belə cəsarətli adamların fikirlərindən nümunələr gətirilmişdi.
Yuxarıda istinad etdiyimiz donos müəlliflərindən fərqli olaraq onların adları mütləq çəkmək lazımdır:
Memarlıq namizədi. Azərbaycan EA İncəsənət İnstitutunun Memarlıq şöbəsinin müdiri, elmlər namizədi, bitərəf Qəzənfər Əlizadə:
“Komitənin (Stalin Mükafatları Komitəsi-V.Q.) məlumatında Şamil hərəkatına verilən qiymət məni xeyli təəccübləndirdi. Şeyx Şamil Nikolay Rusiyası kimi irticaçı bir qüvvənin qarşısında təbii ki, kiməsə arxalanmalı idi. Mən milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdırmağa çox çətinlik çəkirəm.
Hüseynov özündən heç nə yazmayıb. O, sadəcə, indiyə qədər Şamil hərəkatına münasibətdə mövcud olan nöqteyi-nəzəri təsdiq edib”.

Elmlər Akademiyası Coğrafiya İnstitutunun baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Hüseyn Mamayev (görkəmli ədib Əbdürrəhimbəy Haqverdiyevin bacısı oğlu -V.Q.) mövqeyini daha sərt ifadə etmişdi:

“Hüseynovu göyə qaldırdılar. Oradan da yerə çırpdılar. Zavallı Şamil 30 il çara qarşı mübarizə aparmışdı. İndi də deyirlər ki, Türkiyə ilə İngiltərənin casusu olub. Əlbəttə, bütün bunlar çox gülməlidir. İndi Suvorov haqqında sərgilər təşkil olunur. Qəzetlər Azərbaycan zəhmətkeşlərinin onun vəfatının 150 illiyini qeyd etməyə hazırlaşdıqlarını yazır. Bütün bunlar ancaq ona görədir ki, Suvorov türklərin kökünü kəsməklə məşğul olub. Hər şey tərsinə çevrilib.Mirzə Kazımbəy Azərbaycanda yeganə layiqli professor olub. Hazırda ona qarşı çevrilmiş çıxışlar məndə yalnız hiddət oyadır”.

ÜİK(b)P üzvü, Azərbaycan Pedaqoji İnstitutunun SSRİ tarixi kafedrasının assisienti Əsəd Dilbazi də akademik H.Hüseynova qarşı kampaniyaya kəskin etirazını bildirmiş, ziyalılara münasibətdə “terrora” qayıdış təhlükəsinin baş qaldırdığından danışmışdı:

“Bizdə indi nə isə ağlasığmaz işlər baş verir. 1937-ci ilin qaydalarını bərpa ediblər və yenidən ziyalılara qarşı terrora əl atıblar. Heydər Hüseynov Ümumittifaq miqyaslı böyük alimdir. Amma onu elə vəziyyətə gətiriblər ki, intihara cəhd edib”.

Heydər hüseynovun

Heydər Hüseynovun faciəsi

Onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı

Faciəvi həyat yaşamış Heydər Hüseynovun anadan olmasından 104 il ötür. 1908-ci ildə İrəvanda anadan olub. Ailədəki 6 uşağın kiçiyi idi. Az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən öldürüldükdən sonra ailəsi əvvəl Batuma, sonra Stavrorola, axırda Bakıya köçür. H.Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüyüb, 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub. O, 1927-1931 illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib. 1931-ci ildə Pedaqoji İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun asrirantı olub. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olub. 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini , 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti , eyni zamanda ictimai elmlər bölməsinin sədri olub . 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl � Marksizm � leninizmin əsasları�, sonra isə �Fəlsəfə� kafedrasının müdiri olub . 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru işləyib.

Fəlsəfəyə aid bir çox dərsliklərin müəllifi, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub . Bəhmənyar, Nizami Gəncəvi, Füzuli , Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov , Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi ararıb. Həmin dövrdən Heydər Hüseynov �XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında� fundamental əsər yazır, 1950-ci ilin mart ayında növbəti Stalin mükafatı alır. Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla rusca çar edilib . Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çardan çıxıb. 1950-ci ilin mayında Kommunist Partiyası MK-nın büro iclasında ciddi tənqid edilib , XIX yüzildə Qafqaz fəlsəfi fikrini tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilib . Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadət qaldırır və təmin edilir .

H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir . Dövlət orqanları, bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən H.Hüseynov 1950-ci ilin avqustunda damarlarını kəsir.

Heydər Hüseynov marksist fəlsəfəçisi idi : özünün xüsusi nəzəriyyəsi olmasa da , marksizm xəttində fərdi yaradıcılıq keyfiyyətlərini aşkarlamağa , milli mücadilə problemlərini müəyyən səviyyədə rəmzi də olsa , qabartmağa çalışırdı. Sosializm bir ideologiya olaraq f ərdin müstəqilliyini tanımırdı; ona ümuminin təsiri və tələbi ilə böyüyən, imperiya tələblərinə tabe olanlar lazım idi . Ancaq Heydər Hüseynov ömrünün yetkin çağında, lap son anda gedişatın boyunduruğuna baş əymədi. Fitrəti ona deyirdi ki , ləyaqəti məhz zamandan , gedişatdan uca olmaqla qorumaq mümkündür .

Heydər Hüseynov kimi talantlı bir şəxs imperiyaya hava-su kimi gərəkli idi . Başı qovğalardan ayrılmayan, ayılmayan Sovet imperiyasına elmin , xüsusən də fəlsəfənin marksizm ideologiyası yönündə inkişaf etdirilməsi olduqca gərəkli idi . Heydər Hüseynov isə fitrətən azadlığa meylli idi : lakin onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı. Əgər o , fitrətən zamanının balası olsaydı, gedişatın yiyələri ilə dil tapa bilərdi. Lakin o , həmin dövrdə Azərbaycanın yiyəsi olan Mir Cəfər Bağırovun qarşısında əyilmədi, bu səbəbdən də onun hər mənada məhvinə fərman verildi . Əvvəlcə sürətlə vəzifədən uzaqlaşdırıldı, sonra isə cəmiyyətdə onun gözd ən salınma kampaniyasına başlandı. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da düyünlənməsinə səbəb oldu . Nəticədə cəmiyyətin gözündən salınan, vəzifəsindən uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə olan Heydər Hüseynov 42 yaşında intihar etdi �

Təbiidir ki , intihar faktoru ilə cəmiyyət heç zaman barışmayıb. Bütün hallarda intihar gedişata təslim olmaq kimi dəyərləndirilib. Lakin Heydər Hüseynovun intiharı ləyaqət qoruyuculuğu idi . O, ləyaqətini qorumaq üçün intiharı seçmişdi . İstər-istəməz yaradıcı şəxslə zaman arasında tarixin əksər çağlarında konfliktlər olub . Çünki zamanın əhvalı çox hallarda çərçivəsindən kənara çıxmaq istəyən, onun qayda-qanunları, əhvalı ilə uyğunlaşmaq istəməyən şəxsiyyətin ölçüs ünə uyğun gəlmir. Əgər şəxsin əhvalı, iradi vəziyyəti güclüdürsə, o , əsərlərində arzuladığı, yaratdığı müsbət qəhrəmanlar kimi olur . Yox , əgər yaradıcı şəxs zamanın axarına düşüb gedirsə, o zaman şübhəsiz, onun mənəvi iflası başlanır. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulmasının, onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib . Yaradıcı insanın düşüncəsini buxovlamaq olmaz . Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi , azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Araşdırmaçı Adıgözəl Məmmədov deyir : �Hər kəs kimi yazıçı da insandır. Bir insanın hər hansı formada sarsıntılara cavab vermək reaksiyası necə mövcuddursa , bədii yaradıcılığa meylli insanlarda da bu , var . Fiziologiya elmində siqnallar sistemi var. Mənfi emosiya da bir siqnaldır . Bir də görürsən , insan xaricdən ona ardıcıl şəkildə təsir edən siqnallara vaxtında cavab verə bilmir , nəticədə nevrozluq yaranır . Yaradıcı şəxs o hala çata bilər ki , onda suisid ( intihar ) baş versin . Bu mənada Heydər Hüseynovun ölümü buna bariz nümunədir . Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi . Ancaq o, bu girovluqdan çıxmaq üçün cəhd edirdi . Geneoloji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi �.

Heydər Hüseynov imperiyanın yaratdığı � fikir zindanının hücrəsində � müqavimət göstərmək imkanında deyildi . O, bu zindandan çıxmağa cəhd etdi . Çünki bu cür yaşamağı qəbul etmirdi . Sonda isə yeganə çıxış yolunu özünə qəsddə gördü . Təsadüfi deyil ki , özünə qəsdə meylə yaradıcı insanlar arasında da az rast gəlinmir .

M.Bağırov 1950-ci ildə � Müridizm və Şamil hərəkatının xüsusiyətləri barədə � kitabında yazırdı : � Heydər Hüseynov Şamil hərəkatını azadlıq və proqressiv addım kimi dəyərləndirir . Bu qiymət antimarksist , nəzəri və siyasi baxımdan səhv , tarixi həqiqət və tarixi materializmə ziddir . Müridizm islamda daha savaşqan və reaksion istiqamət olmuşdur , xalq kütlələrinə zülm aləti kimi istifadə olunmuşdur və işğalçı türk ordusu , ingilis müstəmləkəçiliyinin maraqlarına qulluq etmişdir . Şamil Qafqazı Rusiyadan ayırmağa çalışmış və Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır . Ona görə də Şamil hərəkatı sırf reaksion xüsusiyyəti daşımış , inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmişdir , Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngedici təsir göstərmişdir �.

A.Məmmədov daha sonra deyir : � Sözsüz ki , M.Bağırov bu sözləri yazarkən əsassız olduğunu bilirdi , lakin o, məcbur idi . Dünyada siyasi proseslər yeni mərhələdə qaynayırdı . Bu dövrdə Bağırov Moskvaya hər səfərində İran Azərbaycanı məsələsini qaldırırdı . O, 1945-ci ildə başa çatdıra bilmədiyi Güney Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi . Erməni-daşnak siyasi klanı M.Bağırovu hər vasitə ilə Stalinin gözündən salmağa çalışırdı . Heydər Hüseynovun müridizmi təbliğ edən əsərinin mükafata layiq görülməsi Bağırov əleyhinə hazırlanan planın gizli tərəfi idi . Tükü tükdən gözəl seçən Bağırov küləyin hardan gəldiyini gözəl duymuşdu . Bağırov ona qarşı yönəldilən maneəni məharətlə dəf edə bildi . Təəssüf ki , bu oyunun qurbanı Heydər Hüseynov oldu �.

Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi . Nəticədə bir dəfə vena damarını kəsdi , akademik Topçubaşov onu ölümdən xilas etdi . Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapdılar . Dəfnini tez-tələsik həyata keçirdilər , dəfnində cəmi bir neçə nəfər iştirak etdi . Professor Fuad Məmmədov Heydər Hüseynovun şəxsiyyətini yüksək dəyərləndirir : � Heydər Hüseynov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biridir . Heydər Hüseynov qəlbən , ruhən Azərbaycana bağlı ziyalı idi . Onun Şeyx Şamil haqqında yazdıqları az sonra əleyhinə çevrildi . Sonradan dövriyyəyə belə xəbər buraxıldı ki , guya Şamil İngiltərənin və Türkiyənin agenti olub . Heydər Hüseynovu bu məsələdə sıxışdırıb ciddi ittiham etdilər �.

Xalq Cəbhəsi .- 2012.- 6 aprel .- S.14.

Heydər hüseynovun

“. 1950-ci iliydi. Avqustun 15-i, səhər saat altının yarısı. Gedib gördük ki, özünü asıb. ”.

Ardını gətirə bilmir, gözləri dolur. Əlini alnına dayayıb üzünü məndən gizləmək istəyir. Mənəsə dərdlərini təzələdiyimçün çəkdiklərim də bəs eləyir.

Hannan-hana Sara xanımla söhbətin yönünü dəyişməyə nail oluram.

İrəvandan Batuma, Batumdan Bakıya.

– Əslimiz İrəvan mahalındandı, atam orda dünyaya gəlib. Bizimkilərin əvvəldən bəxti gətirməyib. Atam bir yaşında olanda babamı itirib. 1918-ci ildə qaçqın düşüblər. Əvvəlcə Batumda yaşayıblar, iki ildən sonra Bakıya köçüblər. Böyük əmim Yusifi ermənilər hələ İrəvandan çıxmamış öldürüblər. Mənzər, Qələmzər adlı iki qızı, Hidayət adlı bir oğlu qalıb. Atam evdə hamıdan kiçik olsa da, əmimin yetim uşaqlarına baxıb. Yusifdən başqa, Əkbər, Yaqub, Muxtar adlı üç əmim, Ruqiyyə adında bir bibim olub. Yazıq bibim 20 yaşında rəhmətə gedib. Atam həmişə deyərdi ki, bizim nəslimiz çox varlı-hallıydı. İrəvanın mərkəzində, Təpəbaşı adlanan yerdə üçmərtəbəli evimiz varmış. Babam Hacı Nəcəf Hüseynzadə dindar adammış. Məşhədi, Kərbəlanı ziyarət edibmiş. Həm də, ticarətlə məşğul olurmuş. Nənəm Gülsüm də oruc tutub, namaz qılırmış.

Atam nənəmi çox istəyirdi. Yazıq arvad tez-tez xəstələnirdi, atamsa bütün günü qulluğunda dururdu. Onun xətrinə hər şeydən keçməyə hazırıydı. Yadımdadı, atam deyərdi ki, komsomol katibi işləyəndə gizlində oruc tuta-tuta ateizmi təbliğ edirdim. Təkcə anamın xətrinə.

. Heydər Hüseynov musiqini çox sevərmiş, uşaqlığında hərdən tar çalmağı da varmış. Özünün səsi olmasa da, gözəl mahnıların vurğunuymuş. “Ay bəri bax” mahnısından daha çox ləzzət alarmış. Velosiped sürməyi, üzməyi xoşlayarmış. Xəttinəsə söz ola bilməzmiş. Mikayıl Müşfiqin şeirlərini gözəl xətlə dəftərə köçürüb müəllimlərə hədiyyə verərmiş. Ara-sıra özü də şeir yazarmış. 1928-ci ildə “Gənc işçi” qəzetində “Atəşgah” adlı şeiri çap olunub. “Zəngi” adlı şeirindəsə İrəvandakı Zəngi çayını təsvir edib. Bakıdakı 18 nömrəli məktəbdə Mikayıl Müşfiq, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Hüseyn Bakıxanovla bir oxuyub. Ən yaxın dostları Mütəllib Babayev, Rəşid Nurullayev, Abdulla Qarayev, Həsənbala Mehdiyev olub.

“Qızım, elə geoloq olsan, yaxşıdı”

Heydər Hüseynov üç qız övladından ata qayğısını əsirgəməyib. Başı işə-gücə nə qədər bərk qarışsa da, gözünü onların üstündən çəkməyib.

– Atam məni daha çox istəyirdi, gözündən kənara qoymurdu. Həmişə anama deyirdi ki, Sara mənə oxşayır. Ağıllı, ciddi qızdı. Çox arzulayırdı ki, mən də alim olum. Bir dəfə dedim ki, ata, geoloq olmaq istəyirəm. Sonralar özü də bu arzuma şərik çıxdı. Dedi ki, qızım, elə geoloq olsan, yaxşıdı. İllər sonra başa düşdüm ki, mənim tarix, humanitar elmlərlə məşğul olmağımı istəməyib. Qorxurmuş ki, nə vaxtsa dövran dönər, başım bəla çəkər.

. Pul sarıdan korluğumuz yoxuydu. Amma həmişə deyərdi, mənim vicdanım yol verməz ki, camaat çörəyi “kartıçka” ilə alsın, kasıb dolansın, mənsə kef çəkim. Maaşını alanda xidmətçilərə, aspirantlarına pul verərdi. Həmişə də bundan ləzzət alardı. Dörd cildlik lüğətə görə ona “Stalin” mükafatı vermişdilər. Həmin pulu uşaq evinə, bir də müharibə əlillərinin hesabına köçürtdü. “Azərbaycanda XIX əsr fəlsəfi və ictimai fikir tarixindən” kitabının qonorarını isə bütövlükdə kimsəsiz uşaqlara xərclədi. Amma məni yandıran odu ki, belə bir insanı tanıyan azdır. Təkcə sadə camaat yox, hətta, ziyalılar da ondan xəbərsizdilər. Küçəylə gedirəm, arxamca deyirlər ki, bu, Əliheydər Qarayevin qızıdı. Mənə çox pis təsir edir. Hələ bu camaat atamla Əliheydər Qarayevi seçə bilmir.

Səbəbsə.

Yasaq edilməsidi. Təqiblər 1949-cu ildə çap olunan “Azərbaycanda XIX əsr fəlsəfəsi və ictimai fikir tarixindən” sonra başlayır. Onun tarixi faktlara əsaslanıb Şeyx Şamili milli qəhrəman kimi təqdim etməyi, “Qafqaz evi” ideyasının təbliği Mir Cəfər Bağırovun qəzəbinə səbəb olur.

“O, iradəli, nikbin adamıydı. Amma ölümündən bir qədər əvvəl çox narahat görünürdü. Qaradinməz olmuşdu. Hər şeyi içində çəkirdi. Heç kəsə bir kəlmə də demirdi. Sən demə. ”

. 16 avqust 1950-ci il. Dəfnində yaxın dostları belə gözə dəymədi. Tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan elədilər. Yoxluğun, itkinin bütün ağrılarını Talə xanım öz balalarıyla tək çəkməli oldu.

– Həmin gün qapımıza möhür vurdular. Gedəsi yerimiz yoxuydu. Heç kəs bizi evinə buraxmırdı. Axırda qonşuluqda yaşayan rus qadın bizi evinə gətirdi. Saat üçdə beş hərbçi gəlib evimizi alt-üst elədi. Atamın sənədlərini, məktublarını, kitablarını yığıb apardılar.

Gizli neft yataqlarının xəritəsini “xalq düşməni”nin qızına etibar eləməyiblər

– Bu hadisədən sonra başımız çox bəlalar çəkdi. Müəllimlərimin mənə münasibəti dəyişdi. Bütün uşaqlara təbliğ eləyirdilər ki, Heydər Hüseynov Sovet hökumətinə qarşı zərərli kitablar yazıb. Rəfiqələrim də məndən qaçırdılar. Bircə Solmaz adlı rəfiqəm mənə dönük çıxmadı. Birdən-birə bütün qiymətlərim beşdən üçə endirildi. 17 yaşımda Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) sənəd verdim. İmtahanda məni qəsdən çölə çıxardılar ki, köçürürsən. İmtahanın qurtarmasına 15 dəqiqə qalmış içəri çağırdılar. Tələm-tələsik bir şey yaza bildim, “3” verdilər. Amma üç ay get-gələ saldılar. İnstitutun rektoru Saleh Qocayev atamla 10 il bir yerdə işləmişdi. Hər dəfə məni get-gələ saldıqca ləzzət alırdı. Nəhayət, mənə dedilər ki, bizdə gizli neft yataqlarının xəritələri var, onları xalq düşməninin qızına etibar eləyə bilmərik. Kor-peşman evə qayıtdım. Üz tutmalı bir kimsəm qalmamışdı. Hara gedirdimsə, “xalq düşməninin qızıdı”-deyib işə götürmürdülər.

Bəraət!

1956-cı ildə filosofun yaxın dostları Əlövsət Quliyev, İrşad Əiyev, Mütəllib Babayev “bəraət almış cəsəd”i Fəxri Xiyabana köçürdülər. 1958-ci ildə yaşadığı binaya xatirə lövhəsi vuruldu. 1965-cı ildəsə biblioqrafiyası çapdan çıxdı. Vəssalam! Bununla da günahlar “yuyuldu”.

– Dağıstandasa mərkəzi küçələrdən birinə onun adı verilib. Respublikanın rəhbəri Həmzət Həmzətov atamı Şeyx Şamilin birinci naibi hesab edib. Dünya alimləri –Komarov, Bakradze, Bertels, Vavilov, Makovelski, Şmidt, M. Bennenqsen, Tillet, Henze, Besson və başqaları onun fəlsəfi dünyagörüşünü bəyəniblər.

Heydər Hüseynovun sirli, qaranlıq ölümü, onun səbəbləri. Bir filosofu sevdiyi işindən, ailəsindən, uşaqlarından əl götürməyə vadar eləyən əsl səbəb nəydi, görən? Bütün bunlar Sara xanımla söhbətdən sonra ağlımın bir küncündə oturub beynimi gəmirirdi elə bil. Bu sirri qurcalamaq, illər öncə baş verən hadisəni yaddaşlarda tərpətmək, təzələmək, bəlkə, dolaşıq düşən həqiqətlərin ip ucunu tapmaq istəyi ilə onu tanıyan filosofların qapısını döydüm. Məncə, deyilənlər gizliləri aşkarlamaqda yardımçımız ola bilər.

“Biz onun ilk tələbələriydik”

İrşad Əliyev (Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini):

– Heydər Hüseynovla 1945-ci ilin martında tanış oldum. Ağdama- ziyalılarla görüşə gəlmişdi. Ordakı çıxışı mənə çox təsir elədi. Elə o vaxtdan Ziyəddin Göyüşovla qərara gəldik ki, mütləq onun rəhbərliyilə açılan fəlsəfə fakültəsinə oxumağa gedək. Sözümüzün üstündə durduq. Onun ilk tələbələriydik, bizimlə akademik Firudin Köçərli, akademiyanın müxbir üzvi Məqsəd Səttarov, akademik Aslan Aslanov da oxuyurdu. O vaxt Heydər Hüseynova görə universitetdə tələbələrə “gözün üstə qaşın var” deyən yoxuydu. O, bizdən ötrü canını verirdi, doğma balaları kimi qayğımıza qalırdı. Bizə dərs deyən müəllimləri də özü seçirdi, dərs proqramlarını təkbaşına hazırlayırdı.

. Axırıncı kursdaydıq. O vaxt Heydər müəllim universitetdə fəlsəfə kafedrasının müdiri, partiya tarixi institutunun direktoruydu. Həm də bir çox elmi şuraların, redaksiyaların üzvüydi. Mərkəzi Komitənin elm, təhsil, mədəniyyət sahəsinin bütün ağırlıqları onun üstünə düşürdü. Mərkəzi Komitədə bu sahədə rəhbərlik eləyən katiblər, şöbə müdirləri qorxurdular ki, nə vaxtsa yerlərini ona verməli olacaqlar. Onu Mircəfər Bağırovun gözündən salmağa məqam axtarırdılar. Heydər müəllim Bağırovun da hörmətini qazanmışdı.

Həmin dövrdə Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsəri ilk dəfə rus dilində çap olundu. O, bilirdi ki, rus dili vasitəsiylə bu əsər bütün SSRİ-yə yayılacaq. Həm də rus dilindən digər dillərə tərcümə olunacaq. Əsərin yayılması məqsədiylə kitabı özünə yaxın bildiyi dünya şöhrətli alimlərə, incəsənət, ədəbiyyat xadimlərinə yollayırdı. Çox keçmir ki, kitab ictimaiyyət arasında böyük nüfuz qazanır. Hətta, müəllifin xəbəri olmadan “Stalin” mükafatına təqdim edilir. Bu uğurdan çaşanlar girəvəni əldən verməyib Bağırovun əsəbi vaxtında ona deyirlər ki, bəs Hüseynov sizdən xəbərsiz kitab yazıb. Üstəlik, mükafata da layiq görülüb. Bağırov təbiətli adama bu bəsiydi. Necə hirslənirsə, Partiya Tarixi İnstitutuna zəng vurur. Heydər Hüseynovu tapmır. Müavininə deyir ki, səhər tezdən direktorun kabinetini açıb onun yerində özün oturarsan. Müavini də nəzakətli, sakit adamıydı, İstəyir etiraz eləsin, bacarmır. Heydər Hüseynov səhər işə gələndə görür ki, müavini onun yerində oturub.

Bundan sonra Heydər Hüseynov ikinci iş yeri olan Elmlər Akademiyasına gəlir. İşin tərsliyindən akademiyada da əvvəlki ab-hava qalmamışdı: Yusif Məmmədəliyev getmişdi, köhnə tanışların yerinə təzələri gəlmişdi. Onlar da dar gündə Heydər Hüseynova arxa durmadılar.

Filosof çox götür-qoy eləyir, axırda kabinetə girib damarını kəsir. Təsadüfən köməkçi qapının yanından keçirmiş. Görür ki, otaqdan çölə qan axır. İçəri girir, görür yazıq kişi yerə yıxılıb. Hay salır, camaat tökülüb gəlir. Amma təcili yardım əvəzinə Mərkəzi Komitəyə xəbər verirlər. Sonra onu xəstəxanaya aparırlar.

. Xəstəxanada müalicə olunurdu. Heç kəs yanına getmirdi. İnstitutla əlaqəsi ancaq mənimləydi. Yay tətiliydi. Onu xəstəxanadan çıxarıb evə gətirmişdilər. Getdim ki, sağollaşıb rayona qayıdım. İçəri girəndə dəhşətə gəldim. O boyda kişi əriyib yumağa dönmüşdü. Onu dilə tutdum, dedim, mənimlə Şuşaya-dincəlməyə gedək. Talə xanım da razılaşdı. Amma özü hələ də tərəddüd edirdi. Çünki səhhətindən çox, camaatın ona münasibətini düşünürdü. Axşam onların evinin yaxınlığında – bizimlə rayona getmək istəyən bir tələbənin evində qaldım. Orda hamıya dedim ki, Heydər müəllimi də özümlə Şuşaya aparmaq istəyirəm. Heç kəs dillənmədi. Amma bir az keçmiş həmin tələbənin uzun illər təhlükəsizlik orqanında işləmiş atası məni qırağa çəkdi. Dedi, sənin ağlın çaşıb, nədi? Bilirsən neynirsən, nə iş tutursan? Bir yerdə gedərsiz, özünü də bədbəxt eləyərsən, onu da. Sizi güdərlər, onu öldürüb sənin üstünə yıxarlar. Çətin vəziyyətdə qalmışdım. Bilmirdim, qərarımın dəyişdiyini Heydər müəllimə necə deyim.

Elə həmin vaxt eşitdim ki, universitetin rektoru Qarayev məni axtarır. Getdim, sevinə-sevinə bir sənəd verdi ki, qaç, bunu Heydərə çatdır. De ki, sentyabrın 1-dən Azərbaycan Pedaqoji Universitetinə fəlsəfə müəllimi təyin olunur. Bu, o demək idi ki, Heydər Hüseynov artıq bəraət alıb. Çünki o vaxt MK-nın razılığı olmadan belə qərar vermək mümkün deyildi. Tələsik onlara getdim. İçəri girdim ki, hamı kefsiz, əlləri qoynunda oturub. Kağızı verdim, sevindilər. Özü isə başqa otağa keçib mənə bir kağız gətirdi. Kağıza on bir kitabın adını yazmışdı. Dedi ki, bu kitabları mənə gətirərsən, dərs başlayana kimi bir az məşğul olaram. O boyda alim uşaqların qarşısında məsuliyyət duyurdu. Bu, bizim axırıncı söhbətimiz oldu. Mən rayona gedib tez də qayıtdım. Eşitdim ki, özünü öldürüb. Evlərinə getdim, gördüm meyit ortadadı.

“Yuxarı”dan tez-tez zəng vururdular. Deyirdilər, tez olun, camaat işdən çıxmamış meyiti basdırın. Hardansa bir yük maşını da göndərdilər. İndiki Xalq Təsərrüfatı İnstitutunun tinindən burulanda 10-15 tələbə bizə qoşuldu. Qəbiristanlıqda tələbələrdən biri mənə yaxınlaşdı ki, bizə göz qoyurlar. Doğrudan da, həndəvərimizdə yad adamlar vardı. Ancaq onsuz da iş-işdən keçmişdi. Onun dəfnində iştirak elədiyimə görə ertəsi gün məni aspiranturadan qovdular.

. Amma onun özünə qəsd eləməyini ağlıma sığışdıra bilmirdim. Çünki o, övladlarının taleyinə laqeyd qala bilməzdi. Həm də, APİ-yə müəllim təyin olunması onda nikbin ruh yaratmışdı. Bütün bunları fikirləşəndə ürəyimə damırdı ki, onun ölümündə kiminsə əli var. Mənə elə gəlir ki, onun şəxsi sənədləri araşdırılsa, bu həqiqəti üzə çıxaracaq nəsə tapıla bilər.

Zümrüd Quluzadə (Fəlsəfə elmləri doktoru, EA-nın fəlsəfə tarixi şöbəsinin müdiri):

– Azərbaycanda ilk dəfə fəlsəfə şöbəsini Heydər Hüseynov açıb. 1941-ci ildən başlayaraq Azərbaycan mədəniyyəti və fəlsəfə tarixi üzərində həm tarixçi, həm də filosof kimi işləyib. Xaqani, Nizami, Nəsimi, Xətai, Füzulinin fəlsəfəsini tədqiq edib. XIX əsri daha dərindən öyrənib. “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsərini o vaxtkı və indiki ənənələrə zidd olaraq yeni tədqiqat üsuluyla işləyib. Giriş hissəsində müstəqil tədqiqat aparıb, arxivlərə müraciət eləyib. Dili də çox sadədi. Əsər bir neçə hissədən ibarətdi. Hər hissə özlüyündə bütöv bir mövzunu əhatələyir.

Heydər Hüseynov marksizm-leninizm fəlsəfəsindən çıxış etmişdi, bu fəlsəfəyə inanmışdı. Müasir oxucu onun fəlsəfi dünyagörüşünü bəyənməsə də, Heydər Hüseynovun fəlsəfəsi özünəməxsusdu. Əsəri oxuyanlar hər bölmədə filosofun mövqeyini görəcəklər. Bu isə o dövr üçün xarakterik deyildi. Onun əsərlərində türkçülük ab-havası duyulur. Şeyx Şamili milli qəhrəman kimi qiymətləndirmək o vaxt böyük cəsarət istəyirdi.

İmran Seyidov (EA-nın Milli Münasibətlər İnstitutunda baş elmi işçi, əməkdar mədəniyyət xadimi):

“Heydər Hüseynova qədər XIX əsr dərindən öyrənilməmişdi. O, “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsərində Bakıxanovun, Vazehin, Axundovun, Mirzə Kazım bəyin fəlsəfi görüşlərini təhlil edir. Yazır ki, Axundova qədər Azərbaycanın mütəfəkkirləri, filosofları ideolizm nöqteyi-nəzərində dayanıb. Axundovsa ilk materialist filosofuydu. Ona fransız materialistləri – Holbax, Volter, Russo, rus proqressiv materialistləri-Çernışevski, Belinski, Gertsen təsir göstərib.

. O vaxt Bağırov bir dəstə adam ayırmışdı ki, həmin kitabı oxuyub şübhəli nə varsa, ona bildirsinlər. Onlar da demişdilər ki, kitabda Mirzə Kazım bəyin Şeyx Şamil haqqında bir məqaləsi var. Heydər Hüseynov o məqaləyə də, Şeyx Şamilə də yüksək qiymət verir. Bağırov da buna cavab olaraq bir məqalə çap etdirir. Yazır ki, Şeyx Şamil Türkiyənin casusudu, Heydər Hüseynov da onu müdafiə edir. Belə bir kitab Stalin mükafatına layiq görülə bilməz. Məqalə böyük səs-küyə səbəb oldu.

1950-ci ilin yayıydı. Bağırov Filarmoniyada ziyalıların yığıncağını keçirirdi. Mövzu Heydər Hüseynov idi. Hamıya bir-bir söz verilirdi ki, durub onun haqqında tənqidi fikirlərini söyləsin. Həmin gün Heydər Hüseynovun dostları da düşmən olmuşdular. Yadımdadı, o vaxt Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Məmməd Arif Dadaşzadəyə söz verildi. O, institutunun problemlərindən, planlardan danışdı. İstəyirdi ki, mətləbdən astaca yayınsın. Bağırov onun üstünə çığırdı: “Dastan danışma! Mənə Hüseynovdan danış”. Sonra dedi ki, “sən Türkiyə casusuna tərəfdar çıxırsan?! Onda özün də xalq düşmənisən!”.
Dadaşzadə kağız-kuğuzunu yığışdırıb pərt halda kürsüdən düşdü. Yerinə qayıdanda yan-yörəsində oturanlardan biri də qalmamışdı.

Yadımdadı, həmin əsərə görə Heydər Hüseynovu bütün vəzifələrindən azad eləmişdilər. Xəstəxanadan təzəcə çıxmışdı. Bir gün mənə dedi ki, İmran, mənim dilimdən Bağırova bir ərizə yaz. Mən yaza bilmirəm, əsəblərim tab gətirmir. Yaz ki, deyirsən, Şamil Türkiyə casusudu, bəlkə də, mən səhv eləmişəm. Amma bu səhv mənim səhvim deyil. Şamil haqqında olan bütün materiallarda o, milli qəhrəman kimi təsvir olunub. Mən təzə heç nə icad eləməmişəm ”. İki-üç dəfə onun dilindən Bağırova ərizə yazıb göndərdim. Çalışırdım, ərizəni elə yazım ki, Heydər Hüseynovu Bağırovun qarşısında aciz kimi göstərməyim. Yazıb sonra özünə oxuyurdum. O da qulaq asıb deyirdi ki, yaxşı eləyib belə yazmısan.

Dəfnindəsə iştirak edə bilmədim. Demişdilər, saat beşdə dəfn eləyəcəklər. Amma saat üçdə basdırdılar. Sonra bildim ki, qəsdən vaxtı dəyişiblər, iştirak eləyən olmasın deyə.

Səfurə Çərkəzqızı
“Sevdalılar” kitabından

Comments are closed, but trackbacks and pingbacks are open.