Heydər Əliyev adına Bakı neft emalı zavodunda mülki müdafiə dərsləri keçirilir
Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb – FOTO
Yanvarın 17-də SOCAR-ın baş ofisində, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında NEZ-in yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər.
SOCAR-dan Trend-ə bildirilib ki, tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndiriilir və inşa olunur. Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaqdır. Bununla əlaqədar, “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram.”
“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac cavab nitqində bildirmişdir: “SOCAR ilə əməkdaşlığımızın genişlənməsi bizi məmnun edir. Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaqdır.”
Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi SOCAR-ın Heydər Əliyev adına NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens” şirkətinin texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.
Heydər Əliyev adına Bakı neft emalı zavodunda mülki müdafiə dərsləri keçirilir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunda mülki müdafiə üzrə illik tədbirlər planına əsasən, zavodun mülki müdafiə dəstələri üçün dərslər keçirilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məşğələlər zamanı şəxsi heyətin bilik və bacarıqları yoxlanır, onlara mülki müdafiənin funksiyaları və məqsədi yüksək səviyyədə çatdırılır.
Ötən günlərdə zavodun hərbiləşməmiş mülki müdafiə qüvvələri ilə “Mülki müdafiə fərdi mühafizə vasitələri” mövzusunda növbəti dərs keçirilmişdir.
Məşğələdə şəxsi heyətə fərdi mühafizə vasitələrindən istifadə qaydaları və saxlanma şəraiti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar zamanı profilaktika və tibbi yardım məqsədilə nəzərdə tutulmuşdur. Bu vasitənin köməyi ilə insanların həyatını xilas etmək, bir sıra zəhərləyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür.
Dinləyicilər mövcud olan əleyhqaz, respirator və mühafizə geyimləri ilə tanış olmuş, onlardan istifadə qaydalarını öyrənmişlər.
Sonda mövzu üzrə təcrübi məşq keçirilmişdir.
Məşğələlər zavodun mülki müdafiə üzrə şəxsi heyətinin hazırlıq səviyyəsinin yüksək olduğunu əyani şəkildə təsdiq etmişdir.
Heydər əliyev adına neft emalı zavodu mülki müdafiə
Mayın 3-də Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb. Modern.az xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D’Elia, şirkətin rəhbər nümayəndələri Jörg Ott, Benjamin Bugeat, eləcə də NQENKK və “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər.
Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D’Elia imzalayıb. Mərasimdə NEZ-in yenidən yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 %) təchizatının təmin edilməsi məqsədi ilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.
Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.
Modern.az
Comments are closed, but trackbacks and pingbacks are open.