Press "Enter" to skip to content

Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq – RƏY

Heydər Əliyevin “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır” kəlamı fərqli sahələrdə uğurla təmsil olunan, özünü hər keçən gün yeni çağırışlara uyğun şəkildə inkişaf etdirən, yerli və xarici platformalarda iştirak edən Azərbaycan gəncliyinin öz fəaliyyətinə və ətrafındakı şəxslərə yanaşması üçün dəyərli və gözəl bir tövsiyədir.

Ümummilli lider Heydər Əliyevin hər bir çıxışı Azərbaycan gəncliyi üçün əsl natiqlik nümunəsidir ŞƏRH

Bu gün müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 99-cu ildönümüdür. “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” ifadələrini tez-tez xatırladığımız Ulu öndər bütün ömrünü Azərbaycan xalqına həsr etdi və hər sahədə öz nümunəsini yaratdı. O, hər bir çıxışında ən böyük nailiyyət, mühüm hadisə kimi Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət etdiyi vəzifənin isə müstəqilliyimizin əbədiliyinin təmin edilməsi olduğuna diqqət çəkirdi. Ümumilli lider hər bir sahədə paralel inkişafı şərtləndirən siyasət həyata keçirməklə müstəqilliyimizin dönməzliyinin təminatçısına çevrildi.

Ulu öndərin dövlətçilik fəaliyyətinin onun natiqlik qabiliyyəti ilə vəhdətdə olduğu isə heç birimiz üçün sirr deyil. Şübhəsiz ki, yüksək vəzifə tutan, xalqın lideri olan hər bir insan üçün onun natiqlik qabiliyyəti və danışıq mədəniyyəti həmin şəxs üçün ən vacib göstəricilərdən biridir. Lakin burada qeyri-adi natiqlik istedadı və fikrin, ideyaların sözlə ifadəsinin ali dərəcəsindən söhbət açdıqda bəzi cəhətlərin üzərində xüsusilə vacibdir. Hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri söz ifadəsində dinləyiciyə çatdırmaq və onu inandırmaqdır. Nitq məzmun olaraq natiqin idrakı, düşüncə tərzi və genetik xüsusiyyətləri ilə sıx bağlı olub şəxsiyyətin görünməyən tərəfini, forma olaraq isə dil, ədəbiyyat, mədəniyyət və s. sosial-ictimai biliklər sahəsindəki qabiliyyət və bacarığının məcmusu ilə bağlı olub, onun görünən tərəfini nümayiş etdirir. Buna görə də hər bir natiq nitqi ilə özünü dinləyici qarşısında müəyyən dərəcədə aşkar edir. O natiqlər ki, bu qarşılıqlı əlaqəni düzgün qura və məharətlə istifadə edirlər, onlar hər zaman uğur, inam qazanır və rəğbət görürülər. Ümummili lider məhz belə bir istedada malik olaraq yüksək danışıq qabiliyyəti, fenomenal natiqlik bacarıqları ilə əsl natiqlik nümunəsini əyani şəkildə sübut edirdi.

Ulu öndərin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirrlərindən necə məharət və ustalıqla istifadə etdiyinin şahidi oluruq. Onların ən əsaslarını sadalayaraq bir daha diqqətə çatdırmaq gələcək nəsillər üçün dəyərli örnək rolunu oynayır. Heydər Əliyevin şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi, nitqin qrammatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların yalnız öz yerində və xüsusi vurğu ilə ifadəsi, dinləyicilərin səviyyəsinə, qarşısındakının şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhəmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyası, jest və mimika kimi elementləri düzgün seçməklə yüksək təsir gücünə malik olması onun dahi bir lider və yüksək bacarıqlara malik natiq olduğunun göstəricisidir.

Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlər onun şəxsi məziyyətlərinin yalnız bir hissəsi olsa da siyasi fəaliyyəti, idarəetməsi ilə birlikdə təhlil edildikdə onun hər bir addımının mənbəyini yenidən kəşf etməyimizə imkan verir. Nitqinin hər detalına diqqət edən və qarşısındakı insanların xarakterinə, yanaşmalarına uyğun çıxış etmək özəlliyinə malik olan Ulu öndər hər bir məsələdə nəticənin necə alınması ehtimalının əvvəlcədən proqnozlaşdırmaq, etibarlılığı qorumaq, proses və nəticəyönümlü idarəetmənin balansının tənzimlənməklə özünəməxsus idarəetmə modelini tətbiq edərək uğur və müvəffəqiyyətlərin sayını artırırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən güclü silahlarından olan sözləri ilə böyük xalq kütlələrini öz arxasınca aparmağı, ölkə üçün xüsusi əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinin zəruriliyinə inandırmağı, yalnış addımlar atan birilərini doğru yola yönəltməyi ustalıqla bacarırdı. Onunla birlikdə çalışmaq, yanında olmaq şərəfinə nail olanları dinlədiyimiz zaman onun haqqında qeyd edirlər ki, ulu öndər bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi.

Azərbaycan gənclər siyasətinin banisi olan Heydər Əliyev hər zaman gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, vətənə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mükəmməl bilməyi də ön plana çəkirdi. O, öz ana dilinə çox qayğı ilə yanaşır və hər bir ifadəsinə xüsusi əhəmiyyət verirdi. Azərbaycan dilini çox mükəmməl bilən Ümummilli lider onu xalqımızın ən böyük sərvəti hesab edirdi.

Heydər Əliyevin “Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır” kəlamı fərqli sahələrdə uğurla təmsil olunan, özünü hər keçən gün yeni çağırışlara uyğun şəkildə inkişaf etdirən, yerli və xarici platformalarda iştirak edən Azərbaycan gəncliyinin öz fəaliyyətinə və ətrafındakı şəxslərə yanaşması üçün dəyərli və gözəl bir tövsiyədir.

Heydər Əliyevin müsahibələrini izlədiyimiz zaman onun müşahidə edirik ki, o müsahibələrindəki ən kiçik məqamları belə dərhal sezirdi. Fenomenal natiqlik bacarığına, uzaqgörənlik qabiliyyətinə malik olan Heydər Əliyev opponentinin fikrindən keçənləri həmin an duymağı bacarır, onun ağlındakı dolaşıq fikirləri aydınlaşdırırdı. Bununla yanaşı, o xüsusi yaddaşı vasitəsilə istənilən anda keçmişdə olan hadisələri, faktları və rəqəmləri misal gətirərək sözlərini təsdiqləməyi bacarır, hər bir sahədə yanaşması, miqyası ilə qarşısındakını heyrətə gətirir, dərin biliklər nümayiş etdirirdi. Heydər Əliyevin bu keyfiyyətləri Azərbaycan xalqı üçün ən həyati, doğrudan da taleyüklü tarixi məqamlarda heyrətamiz dərəcədə dəqiq çıxış yolları tapmasına dəfələrlə kömək etmişdir.

Ulu öndərin natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, düzgün sözləri seçmək bacarığı, dərin məntiqli nitqi onu dinləyənlərə zövq verirdi. O, dərin və konkret nitqi ilə müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək və təhlil etmək bacarığına malik idi. Beləliklə, O, məsələnin mahiyyətini açaraq mövzunu milli mənafe, maraqlar və dövlətçilik mövqeyindən təhlil etməyi bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxarmaq nə qədər əhəmiyyətlidirsə, səlis nitqə, təhlil etmək bacarığına, yüksək intellektə yiyələnmək də bir o qədər vacibdir. Ümummilli lider Heydər Əliyev başqalarından fərqli olaraq qeyri-adi zəkaya, yüksək enerjiyə, xalq sevgisinə və möhkəm iradəyə malik siyasətçi idi.

Heydər Əliyevin bütün yüksək idarəetmə, təhlil, natiqlik bacarıqlarından istifadə edərək formalaşdırdığı siyasət düşünülmüş, gələcəyə ünvanlanmış siyasət idi. Bu gün bu siyasəti Ulu öndərin layiqli siyasi varisi, Qarabağ zəfəri ilə ata vəziyyətini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmağı düşünülmüş siyasətin nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın Azərbaycanın parlaq gələcəyinə olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Həyata keçirilən balanslaşdırılmış xarici və daxili siyasətin nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki rolu və nüfuzunu isə günü-gündən artmaqdadır.

YAP Gənclər Birliyinin üzvü

“Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq” – RƏY

“Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq” – RƏY “Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın. Məhz bu səbəbdən də A

7 May , 2022 13:26
https://static.report.az/photo/cb2ee558-a5e8-3f66-8f3f-d8dde3222606.jpg

“Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın. Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. Onun sözlərinə görə, Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib: “O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olub. Eyni zamanda xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması da ulu öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan dili ilə bağlı tarixi təşəbbüsü milli dilimizin qorunub saxlanılmsı üçün atılmış çox böyük və qətiyyətli addım olub. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”- təklifi 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub”.

YAP funksioneri xatırladıb ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının qəbul olunmasıdır: “Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Bir sözlə, ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu”. Deputat deyib ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib: “Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, uğurlar əldə olundu. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayıb, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından ulu öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olub. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib”.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

Bakı, 27 aprel (AZƏRTAC). Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.

Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan, referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir.

Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

Müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.

Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.