Heydər əliyev irsində azərbaycan tarixi məsələləri
Dissertasiyanın «Nəticə» hissəsində aparılan elmi araşdırmalara, əldə edilmiş elmi nəticələrə yekun vurulmuşdur.
Heydər Əliyev | Müasir Azərbaycan dövlətinin yaradıcısı
Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.
Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü — XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi.
O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.
Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978–ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.
Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.
Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.
Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.
“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.
Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.
Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.
Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi–sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.
Respublikamızda qeyri–neft sektorunun da inkişafına dövlət diqqəti güclüdür. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğuru buna əməli sübutdur. Belə ki, UDM–in dörddə bir hissəsinin istehsal olduğu, əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətli olduğunu yetərincə qiymətləndirən dahi siyasətçi bu sahə ilə bağlı zəruri addımlar atmışdır. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.
Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamildən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.
Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir — fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 01 oktyabr 1918–ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas götürərək hər il oktyabrın 1–nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998–ci ildə sərəncam imzalamışdır.
Bu gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.
Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır: “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat” axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.
Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaraq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi Heydər Əliyev qayğısının bariz nümunəsidir.
Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsini və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin yaratdığı ictimai–siyasi sabitlik, prokurorluq orqanlarına inanması, güvənməsi prokurorluq işçilərini daha da məsuliyyətlə işləməyə sövq etmişdir. Ölkəni və xalqı məhvə aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasına, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində xüsusi xidmətləri olmuşdur.
Heydər Əliyev dühasından qüdrət alan Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə, qarşılıqlı hüquqi yardımlar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması ulu öndərimizin adı ilə bağlı olmaqla inkişaf tariximizi əks etdirir.
Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000–ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına münasibət bildirərək qeyd etmişdir: “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”. Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndərimiz prokurorluq sistemində də kadrların işə götürülməsində çox demokratik bir üsulun həyata keçirilməsini formalaşdıran “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” 19 iyul 2001–ci ildə fərman imzaladı. Əsasnamənin tələblərinə uyğun olaraq 2002–ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqi, qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində şəffaf keçirilməsi kadrların seçilməsində xüsusi rol oynayır. Bacarıqlı, işgüzar gənclərin seçilməsi kadr potensialını gücləndirməklə yanaşı, işin də səmərəli təşkilinə köməklik etmişdir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik prosedur əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin sosial iqtisadi, ictimai–siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması gənc mütəxəssislərin işlə təminatına zəmin yaradır.
Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Onların peşəkarlığı, qabaqcıl fikir və ideyalarına hörmətlə yanaşılmış, əməkləri dövlət səviyyəsində qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminatı haqqında” 08 oktyabr 2002–ci il tarixli sərəncamı ulu öndərimizin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.
Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı–ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişafa və böyük uğurlara sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görülməsini təmin etməklə ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir. Qarşıdan ulu öndərimizin 90 illik yubileyi gəlir. Hər bir azərbaycanlı kimi Sumqayıt şəhər prokurorluğunun işçiləri də bu böyük bayramı bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş böyük şəxsiyyətin adına layiq keçirmək üçün daha əzmlə çalışır.
Müəllif: Dağlar ZEYNALOV Sumqayıt şəhər prokuroru baş ədliyyə müşaviri
- Teqlər:
- Heydər Əliyev
Heydər əliyev irsində azərbaycan tarixi məsələləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Heydər əliyev irsində azərbaycan tarixi məsələləri
İxtisas: 5503.02 – Vətən tarixi
Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
- DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev XX əsr Azərbaycan tarixində böyük rol oynamış, geniş və hərtərəfli fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaratmışdır. Azərbaycan müstəqillik dövrünə qədəm qoyduğu bir dövrdə cəmiyyətimizin qarşısında duran mühüm vəzifələrdən biri ictimai-siyasimədəni inkişafda ümumbəşəri dəyərlərə istiqamətlənməklə yanaşı millimənəvi dəyərləri qorumaq və daha da inkişaf etdirmək olmuşdur. Bununla əlaqədar olaraq, Heydər Əliyevin irsinin öyrənilməsi, onun elmi-nəzəri təhlilinə əsaslanaraq Azərbaycan tarixinin ayrı-ayrı məsələlərinin araşdırılması böyük elmi və ictimai-siyasi əhəmiyyət kəsb edir. Bu baxımdan tədqiq etdiyimiz mövzu Azərbaycan tarixinin daha dərindən və tarixi həqiqətə uyğun araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyevin siyasi fəaliyyətinin XX əsrin 90-cı illərinin əvvəllərindən başlayan ikinci mərhələsi Azərbaycan tarixində xüsusi yer tutur. Məhz bu dövrdə sovet hakimiyyəti illərindən başlayaraq Azərbaycan tarixinə qarşı olan qərəzli münasibətlərə son qoyulmuş, milli tariximizə obyektiv yanaşma baş vermişdir. Heydər Əliyevin hələ Naxçıvan MR-in Ali Sovetinə rəhbərlik etdiyi dövrdə, hərbi-siyasi vəziyyətin ağır olduğu bir şəraitdə Azərbaycan tarixinin yenidən tədqiqi məsələsini diqqət mərkəzində saxlaması təsadüfi deyildi. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan Respublikası ərazilərinin işğalı, Azərbaycan tarixinin bir çox problemlərinin yenidən tədqiq edilməsini daha da aktuallaşdırdı. Ermənilərin Dağlıq Qarabağla yanaşı həm də Naxçıvan diyarı ərazilərinə iddialar irəli sürməsi və hərbi əməliyyatlara başlaması Naxçıvan tarixinin yenidən tədqiqini də ön plana çəkdi. Dövlət quruculuğu kontekstində keçmişə nəzər salmaq, müasir beynəlxalq münasibətləri müəyyən edərkən Azərbaycanın müxtəlif tarixi dövrlərdə beynəlxalq münasibətlərinə yenidən baxmaq Heydər Əliyevin irsində əsas istiqamətlərdən biri olmuşdur.
Heydər Əliyevin irsi Azərbaycan tarixini təhlil edən dəyərli fikirlərlə, yeni elmi əsərlər üçün zəmin yaradacaq ideyalarla olduqca zəngindir. Əliyevşünaslıqda Azərbaycan tarixi məsələləri ayrıca dissertasiya tədqiqatı səviyyəsində araşdırılmadığından mövzunun tədqiqi son dərəcə vacib məqamlara aydınlıq gətirmişdir. Ulu öndərin Azərbaycan tarixi konsepsiyasının, daha dəqiq desək, 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətinin tədqiq edilməsi tarix elminin inkişafında gələcək istiqamətlərin müəyyən olunması məsələlərinə yol açmışdır. Müstəqil Azərbaycan dövlətinin müxtəlif xarici dövlətlərlə mürəkkəb siyasi əlaqələri şəraitində tədqiq olunan mövzunun diqqət mərkəzində olmasını tələb edir.
Heydər Əliyev tarixçi-dövlət xadimi olduğundan Azərbaycan tarixi haqqında, eləcə də digər sahələr barədə onun hər bir çıxışı, bəyanatı, addımı elmi əsaslara köklənmişdir. Bu baxımdan, Ulu öndərin çıxışları, nitqləri, müsahibələri, məruzələri və s., həm də elmi əsərdir. Heydər Əliyevin irsinə elmi yanaşma başqa elmi nəticələrin əldə olunmasına da zəmin yaradır.
Zəngin və dərin tarixi, fəlsəfi, biliyə malik olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də Azərbaycan tarixi elminin dahi nəzəriyyəçisi idi. Ulu öndər milli tariximizin düzgün araşdırılması və təbliğ olunmasına, onun bütün səhifələrinin təhriflərdən təmizlənməsinə böyük diqqət yetirmişdir. Heydər Əliyev çoxşaxəli elmiintellektual fəaliyyəti ilə milli tarix elmi zənginləşdirmiş, onun başlıca problemləri və qarşıda duran vəzifələri ilə bağlı konseptual fikirlər irəli sürmüşdür.
Heydər Əliyevin nəzəri fikirləri bu gün və gələcək üçün milli tariximizin yeni təfəkkür baxımından işıqlandırılması üçün tarixçilər qarşısında perspektiv vəzifələr qoyur. Təqdim olunan dissertasiya işi bu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardan biri kimi mühüm aktuallıq kəsb edir.
Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiyanın xronoloji çərçivəsi onun vəzifələri ilə müəyyənləşir və əsasən müstəqillik dövrünü əhatə edir. Müstəqillik dövrü Azərbaycan Respublikasının tarixində mürəkkəb, ağır və ziddiyyətli bir dövr olmuşdur. Məhz bu dövrdə 70 illik sovet hakimiyyətinin ideoloji qalıqlarına, qərəzli prinsiplərinə son qoyulmuş, bu illərdə formalaşmış Heydər Əliyevin Azərbaycan tarixi konsepsiyasının əsas müddəaları, xüsusiyyətləri və istiqamətləri müəyyənləşdirilmiş, Azərbaycan tarixi problemlərinin həllinə yönələn proqram və layihələr həyata keçirilmişdir.
Mövzunun məzmunun tam açılması üçün Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən məsələlərə aydınlıq gətirilmiş, vəziyyət təhlil edilmiş, əvvəlki mərhələlərdə Azərbaycan tarixi məsələlərinə münasibətin siyasi əsasları nəzərdən keçirilmişdir. Bu birinci növbədə Azərbaycan tarixi ilə bağlı əsas problemlərin müəyyənləşdirilməsi baxımından zəruri olmuşdur.
Mövzunun öyrənilmə səviyyəsi. Qeyd etmək lazımdır ki, müstəqillik illərində «Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri» mövzusu tarixşünaslıqda bilavasitə ayrıca tədqiqat obyekti olmasa da, son dövrlərdə nəşr edilmiş ədəbiyyatda mövzu ilə bağlı bir sıra məqamlar diqqəti cəlb edir.
Akademik R.Ə. Mehdiyevin əsərlərində (Mehdiyev R.Ə. Azərbaycan tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı: AMEA Nəşriyyatı, 2001; Yenə onun. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: 2 cilddə, Bakı: XXIYNE, 2008) Heydər Əliyevin siyasi fəaliyyətində, nəzəri irsində mühüm yer tutan müstəqillik fəlsəfəsi, modernləşdirmə xətti cəmiyyətin mənəvi problemləri, milli ideologiyanın əsasını təşkil edən azərbaycançılıq ideyası, tariximizlə bağlı məsələlər özünəməxsus şəkildə şərh edilir. Həmin əsərlər mövzunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Araşdırılan mövzu ilk dəfə professor Yaqub Mahmudovun əsərlərində,(Mahmudov Y.M. Azərbaycan tarixinə Heydər Əliyev baxışı və ya xalqımızın milli dirçəliş konsepsiyası: Bir müraciətin hikməti. // Bakı: Xalq qəz. 2005, 6-7-8 may; yenə onun, Heydər Əliyev: Dünya tarixinin Azərbaycanlı dahisi. // Bakı: Dirçəliş –XXI əsr, 2003, №69, s.23- 52) geniş təhlil edilmişdir. Alimin silsilə məqalələri və «Azərbaycan: qısa dövlətçilik tarixi» kitabı (Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı: Təhsil, 2005) bu istiqamətdə yazılan ilk əsərlərdir. Bu əsərlərdə Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin rolu, tarix məsələləri ön plana çəkilmiş, təhlil edilmişdir.
Professor Yaqub Mahmudovun son illərdə Heydər Əliyevin irsinin tədqiqinə həsr olunmuş əsərləri (Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, Təhsil, 2002; Yenə onun: Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: Turxan, 2011) xüsusi maraq doğurur. Həmin əsərlərdə Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti ilə yanaşı onun Azərbaycan tarix elminin inkişafındakı böyük xidmətləri, tariximizin tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğı, ulu keçmişimizin ayrı-ayrı mərhələlərinə, görkəmli şəxsiyyətlərinin fəaliyyətinə verdiyi qiymət hərtərəfli araşdırılmışdır. Bu əsərlər mövzunun tədqiqində çox mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyevin siyasi-nəzəri irsinin, dövlətçilik fəaliyyətinin tədqiqinə həsr edilmiş fundamental əsərlərdə də Ümummilli liderin Azərbaycan tarixi məsələləri və problemləri ilə bağlı fikir və düşüncələri ümumi şəkildə öz əksini tapmışdır. Bu əsərlər Heydər Əliyevin çoxsaylı, zəngin fəaliyyətinin bir çox istiqamətlərinin işıqlandırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Akademik İqrar Əliyevin 2002-ci ildə çap olunan geniş məqaləsi (Əliyev İ.H. Heydər Əliyev və Azərbaycan Tarix elmi. / Elm qəz. Bakı, 2002, 10 may) dissertasiya işinin tədqiq obyekti olan bəzi məsələlərə aydınlıq gətirmişdir. Akademikin yazdıqlarından məlum olur ki, XX əsrin 70-80-ci illərində tarix məsələlərində prinsipial mövqe tutan Heydər Əliyev ölkənin tarixçi alimlərini də səfərbər etmiş və tarix elmimizə qarşı törədilən hər bir təhlükəni elmi əsaslarla dəf etmişdir.
Professor İ.M.Hüseynovanın müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmləndirilməsində Heydər Əliyevin roluna həsr olunmuş əsərlərində (Hüseynova İ. Müstəqilliyimizin təminatçısı. Məqalələr, çıxışlar, müsahibələr, rəylər. Bakı: Təhsil, 2003; Hüseynova İ. Heydər Əliyev və müstəqil Azərbaycan / «Heydər Əliyev və dilimiz, ədəbiyyatımız, tariximiz» respublika-elmi-nəzəri konfransın materialları. Bakı: Azərbaycan, 2003, 18-19 aprel, s. 3-11) alimin araşdırdığı məsələlər özünün yüksək elmi-nəzəri həlli ilə diqqəti cəlb edir. Onun tədqiqatlarında Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə respublikanın sosial-iqtisadi, mədəni-mənəvi yüksəlişi istiqamətində çoxşaxəli fəaliyyəti zəngin faktoloji materiallar əsasında araşdırılmış, onun Azərbaycan Respublikasının Prezidenti kimi dövlət quruculuğu, iqtisadi islahatların aparılması, milli-mənəvi dirçəliş sahəsində Ulu öndərin fəaliyyəti hərtərəfli təhlil edilmişdir. Bu tədqiqatlar mövzunun araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri)» adlı kitabı (Qasımov Ə. Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı: Təhsil, 2009) dissertasiyanın I fəslində verilmiş məsələlərin tədqiqində mühüm rol oynamışdır. Kitab Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə Naxçıvan MR-nın tarixini əhatə edir, əsərin III fəslinin 2-ci paraqrafında «Muxtar Respublikada mədəni quruculuq» məsələləri ilə bağlı geniş faktlar verilmiş və bu faktlardan yol alaraq bir çox tarixi məsələlərin aydınlaşması mümkün olmuşdur.
Professor Qurban Bayramovun «Heydər Əliyev və Azərbaycan tarix elmi» kitabı (Bayramov Q. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı: Təhsil, 2004) Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə münasibəti və XX əsr tarixini dövrləşdirməsi məsələlərinin öyrənilməsinə həsr edilmişdir. Əsər Heydər Əliyevin elmi-nəzəri irsinin tədqiq edilməsində olduqca faydalıdır.
Ə.H.Cabbarovun Naxçıvan tarixinə həsr olunmuş tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası (Ə.H.Cabbarov. Heydər Əliyev və Naxçıvan tarixi məsələləri. T.ü.f.d. elmi dərəcəsi almaq üçün tərtib edilmiş dissertasiyanın avtoreferat) mövzusu araşdırılan problemlə bilavasitə bağlı olsa da, orada əsasən 1969-2003-cü illərdə Heydər Əliyev irsində Naxçıvan tarixi məsələləri araşdırılmışdır.
Mövzuya aid ədəbiyyatın əksər hissəsini müxtəlif mətbuat səhifələrində işıq üzü görmüş məqalələr təşkil edir. Publisistik xarakter daşımasına baxmayaraq, onlardan əldə etdiyimiz bəzi faktiki materiallar mövzunun işıqlandırılmasında müəyyən rol oynamışdır.
Bütövlükdə müasir dövrdə Heydər Əliyevin irsində geniş yer alan Azərbaycan tarixi məsələlərinin öyrənilməsi və tədqiqi ictimai elmlər qarşısında duran əsas məsələlərdəndir. Təqdim olunan dissertasiya bu istiqamətdə atılan ilk addımlardan biri hesab oluna bilər.
Tədqiqatın mənbə bazası. Mövzu araşdırılarkən zəngin mənbəşünaslıq bazasından istifadə edilmişdir. Bu mənbələr sırasında Heydər Əliyevin böyük elmi-nəzəri irsini əks etdirən mənbələr xüsusi yer tutur. Heydər Əliyevin müstəqillik dövründəki məruzələri, nitqləri, müsahibələri, xatirələri tariximizin müxtəlif mərhələlərinin tarixi məsələlərinin öyrənilməsi baxımından əvəzsiz mənbədir. Onun əsərlərində xalqımızın tarixi, milli-mənəvi dəyərlərimiz, mübarizə tariximizdə böyük xidmətləri olan şəxsiyyətlər, eləcə də Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında çox dəyərli və qiymətli fikirlər, elmi-nəzəri cəhətdən ümumiləşdirilmiş müddəalar və nəticələr vardır. Onun elmi-nəzəri fikirləri bu gün və gələcək üçün milli tariximizin öyrənilməsində əsas elmi mənbə olmaqla müasir dövr tarixinin təhrif edilməsinə, bitərəfliliyə yol verilməməsi üçün istiqamət verir.
Heydər Əliyevin bilavasitə tariximizə aid bağlı silsilə çıxışları, tarix elminin vəziyyətinin təhlili, problem və perspektiv vəzifələri ilə bağlı məsələləri əks etdirən fikirləri və başqa fəaliyyətini əks etdirən fundamental mənbələr bir sıra qiymətli çoxcildlik əsərlərdə (Əliyev H.Ə. Mədəni irsimizin keşiyində. 2 cilddə. Bakı, 2001; Əliyev H.Ə. Müstəqillik yollarında. 4 cilddə. Bakı, 1997; ) toplanmışdır.
«Müstəqillik yollarında» çox cildlik əsər tədqiqatımızın mənbə bazasının genişlənməsində xüsusi rol oynamışdır. Çoxcildlikdə Ulu öndərin 1997-ci ilə qədərki çıxışları, nitqləri, bəyanatları, müsahibələri toplanmışdır.
Problemin öyrənilməsində istifadə edilən mənbələr sırasında Heydər Əliyevin nəzəri-siyasi irsini, məruzə, çıxış, nitq, bəyanatlar, məktublar, müraciətlər, fərmanlar və müsahibələrini özündə əks etdirən «Müstəqilliyimiz əbədidir» monumental çoxcildlik külliyyatı tədqiqatımız üçün xüsusi əhəmiyyət kəsb edib.
Azərbaycanın siyasi, sosial-iqtisadi və dövlətçilik tarixinin öyrənil məsində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsərləri (Əliyev İ.H. İnkişaf-məqsədimizdir. I kitab, Bakı: Azərnəşr, 2008; Əliyev İ.H. İnkişafməqsədimizdir: II kitab, Bakı: Azərnəşr, 2009; Əliyev İ.H. İnkişaf-məqsədimizdir. III kitab, Bakı: Azərnəşr, 2009; Əliyev İ.H. İnkişaf-məqsədimizdir: IV kitab, Bakı: Azərnəşr, 2009) mühüm əhəmiyyət kəsb edir. Onun çıxışlarında, imzaladığı fərman və sərəncamlarda Heydər Əliyev tərəfindən formalaşdırılmış Azərbaycan tarixi konsepsiyasının mahiyyətini daha dərindən anlamaq baxımından mühüm məqamlar mövcuddur və onlardan da ilk mənbə kimi istifadə edilmişdir.
Mühüm əhəmiyyətli digər qrup mənbələr sırasında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi imzaladığı müxtəlif fərmanlar, sərəncamlar, proqramlar daxildir ki, onlar Azərbaycan tarixində qaranlıq, açılmamış səhifələrin tədqiq edilməsinin əsas prinsiplərini, istiqamətlərini öyrənməyə imkan verir. Ona görə də dissertasiya yazılarkən bu sənədlər dərindən təhlil edilmişdir.
Eyni zamanda, elmi tədqiqatın müəyyən məqamlarına aydınlıq gətirmək üçün arxiv materiallarına müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 1-ci fondunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işləyərkən KP qurultaylarında, KP MK-nın plenumlarında, büro iclaslarında etdiyi məruzə və çıxışlarında Azərbaycan tarixi ilə bağlı fikirlər öz əksini tapmışdır. Həmin sənədlər təqdim olunan dissertasiyada ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşri olan «Heydər Əliyev. Azərbaycan elminin keşiyində» ikicildlik sənədlər toplusu (Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar. 2 cilddə. I cild. Bakı: Turxan NPB, 2013) mövzunun öyrənilməsi baxımından olduqca dəyərli mənbədir. Toplunun birinci cildinə 1969-1982-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında Azərbaycan SSR-də elmin inkişafı, elmi-texniki tərəqqinin sürətləndirilməsi, respublikada elmi potensialın gücləndirilməsi məqsədilə qəbul edilmiş qərarlar, eləcə də Ümummilli liderin tarix elminin inkişafı ilə bağlı fikirlərini əks etdirən sənədlər və materiallar daxil edilmişdir. Elmi araşdırmamızın birinci yarımfəslində Ulu öndərin sovet dövründəki dövlətçilik fəaliyyətində Azərbaycan tarix elminə münasibət məsələləri təhlil olunduğundan sənədlər toplusunda əks olunan arxiv materialları Heydər Əliyevin tarix elminin inkişafını sürətləndirən qərarlarını öyrənməyə imkan yaratmışdır.
«Heydər Əliyev. Azərbaycan elminin keşiyində» sənədlər toplusunun ikinci cildində (Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar. 2 cilddə. II cild. Bakı: Turxan NPB, 2013.) Heydər Əliyevin elm barədə, elmin ictimai inkişafda yeri və rolu, elm xadimləri haqqında sənəd və materiallar toplanmışdır. Topluda Ulu öndərin 1993-cü ildə Azərbaycan Respublikasında siyasi hakimiyyətə qayıdışından sonra elmin, o cümlədən də tarix elminin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlarını, müxtəlif vaxtlarda söylədiyi nitqlərini, alim və ziyalılarla görüşündə çıxışlarını, müsahibə və söhbətlərini xronoloji ardıcıllıqla izləmək mümkündür.
Heydər Əliyevin Naxçıvan MR-na rəhbərlik etdiyi 1990-1993-cü illərdə onun ictimai-siyasi fəaliyyətinin bütün tərəflərini özündə əks etdirən «Qayıdış» (Qayıdış, (1990 – 1993) Sənədlər toplusu. Bakı: Azərbaycan, 2008) sənədlər toplusu tədqiqatımız üçün olduqca mühüm mənbədir.
Problem araşdırılan zaman Azərbaycan tarixinə dair əsərlərə də müraciət edilmişdir.
Bu əsərlər sırasında Azərbaycan tarixi üzrə ümumiləşdirilmiş əsərlər, sənədlər, qaynaqlar, ensiklopediyalar mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, VII cildlik «Azərbaycan tarixi»nin VII cildində araşdırdığımız mövzuya aid olan bir sıra ümumiləşdirmələr, Heydər Əliyevin tarixi məsələlərinə münasibətini araşdırmağa imkan yaradan materiallar da öz əksini tapmışdır. İki cildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası» (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, I c., Bakı: Lider, 2004; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, II c., Bakı: Lider, 2005.) dissertasiyanın üçüncü fəslində qoyulmuş məsələlərin öyrənilməsində çox mühüm mənbə olmuşdur. Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bu tarixi hadisənin baş verdiyi dövrün faktoloji elmi-nəzəri təhlili, cümhuriyyətin dövlət xadimləri haqqında, dövlətin strukturu, rəmzləri və digər məsələlərlə bağlı geniş məlumatlar öz əksini tapmışdır.
Tədqiqat üçün «Azərbaycan tarixi üzrə qaynaqlar» (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq, 2007) və «Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə» (Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı: Azərbaycan, 1990) adlı sənədlər və materiallar topluları mühüm mənbə hesab olunur.
Dissertasiya işində İKT resursları olaraq dövlət orqanlarının rəsmi portalları da istinad olaraq seçilmişdir. Prezident kitabxanasının, (Prezident kitabxanasının portalı – www.preslib.az) Milli Məclisin, (Milli Məclisin portalı – www.meclis.gov.az) Heydər Əliyev irsinin araşdırma mərkəzinin, (Heydər Əliyev irsini araşdırma mərkəzi / Beynəlxalq elektron kitabxana www.aliyevheritage.org) Naxçıvan MR-in (Naxçıvan Muxtar Respublikasının rəsmi portalı – www.nakhchivan.az) və digər qurumların rəsmi portalları etibarlı resurslar hesab edilir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi müstəqillik dövründə tam formalaşıb başa çatmış Heydər Əliyevin Azərbaycan tarixi konsepsiyasının əsas müddəalarını, xüsusiyyətlərini öyrənməkdən və tarixi məsələlərin həyata keçirilməsi mexanizmini müəyyənləşdirməkdən, müxtəlif mənbələrdən toplanmış geniş faktiki materialların təhlili əsasında Heydər Əliyevin irsində Azərbaycan tarixi məsələlərini kompleks şəkildə tədqiq etməkdən ibarətdir. Bu məqsədə uyğun olaraq dissertasiyada aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur.
- Müstəqillik illərində Heydər Əliyevin ictimai-siyasi həyatda Azərbaycan tarixi məsələlərinin ön plana çəkilməsinin zəruriliyini əsaslandırmaq;
- Heydər Əliyev irsində Azərbaycan tarix elminin metodoloji əsaslarını müəyyənləşdirmək, irəli sürülmüş dəyərli ümumiləşdirmələri açıb göstərmək;
- Heydər Əliyev irsində tarix elmini zənginləşdirən, onun başlıca istiqamətlərini və qarşıda duran vəzifələrlə bağlı konseptual fikirləri şərh etmək;
- Azərbaycan tarixi konsepsiyasının formalaşması prosesində Heydər Əliyev elmi-nəzəri irsinin rolunu müəyyənləşdirmək;
- Heydər Əliyev irsində tariximizin ayrı-ayrı dövlətlərinə dair irəli sürülmüş elmi-nəzəri müddəaları təhlil etmək;
- Heydər Əliyevin və onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan ali hakimiyyət orqanlarının tariximizlə bağlı imzaladığı fərman və sərəncamları şərh etmək və bu sənədlərin «Vətən tarixi» elminin inkişafında rolunu müəyyənləşdirmək;
- Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin fəaliyyətinin dövlətçilik tariximizdə rolunun dəyərləndirilməsini elmi-təhlil süzgəcindən keçirmək;
- Heydər Əliyev irsində erməni daşnakları tərəfindən xalqımıza qarşı mütəmadi olaraq törədilən təcavüzləri, deportasiyalar və soyqırımı aktlarına münasibət sisteminin mahiyyətini açıb göstərmək;
- Heydər Əliyev irsində dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını araşdırmaq.
Dissertasiya işinin metodoloji əsası. Dissertasiya işinin nəzəri və metodoloji əsasına müasir elmi-nəzəri fikrin nailiyyətləri, xüsusən Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə Vətən tarixi ilə bağlı çıxışları, məruzələri qəbul etdiyi fərman və sərəncamlar problemə dair qiymətli mənbə olmaqla yanaşı, Heydər Əliyev irsində Azərbaycan tarixi məsələlərinin mahiyyətini və məzmununu öyrənmək üçün mühüm metodoloji və nəzəri əhəmiyyət kəsb edir.
Tədqiqatın əsas metodoloji prinsipləri tarixilik və obyektivlik, tarixi şəraitin nəzərə alınması, mənbələrə tənqidi yanaşmaq təşkil etmişdir. Tədqiqat prosesində isə ümumelmi metodlar – analiz-sintez, ümumiləşdirmə, müqayisəli təhlil metodlarından istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Təqdim olunan dissertasiya işinin elmi yeniliyi bir sıra amillərlə şərtlənir. Hər şeydən əvvəl, ilk dəfə olaraq Ulu öndərin elmi nəzəri irsində Azərbaycan tarixi məsələləri kompleks şəkildə dissertasiya araşdırması olaraq tədqiq edilmişdir. Mənbələrə və tarixşünaslıq materiallarına yeni metodlarla yanaşılmış, faktoloji materiallar təhlil edilmişdir. Dissertasiyada müstəqillik illərində Heydər Əliyevin ictimai-siyasi həyatda Azərbaycan tarixi məsələlərini ön plana çəkməsinin zəruriliyi, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana və onun tarixinə cəlb etməsi, tarixi şəxsiyyətlərə münasibətin müəyyənləşdirilməsi, Ulu öndərin elmi-nəzəri irsində Azərbaycan tarix elminin metodoloji əsaslarının aydınlaşdırılması, tarix elmini zənginləşdirən, onun başlıca istiqamətləri və qarşıda duran vəzifələri ilə əlaqədar konseptual fikirlərin şərhi və digər bu kimi məsələlər Azərbaycan tarixi konsepsiyasının elmi əsasları kimi müfəssəl şəkildə ilk dəfə olaraq tədqiq edilmişdir. Bütün bu məsələlər zəngin materiallar əsasında tədqiq edilmişdir. Həmin materiallar Heydər Əliyevin zəngin irsindən seçilərək ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmiş, məsələlərin kompleks halda öyrənilməsi Ulu öndərin elmi-nəzəri irsinin məlum olmayan tərəfləri haqqında təsəvvür yaratmışdır. Dissertasiyanın elmi yeniliyi haqqında fikir söyləyərkən qeyd olunmalıdır ki, tədqiqat işində ilk dəfə olaraq, Heydər Əliyevin Azərbaycan tarixinin ayrıayrı inkişaf mərhələlərinin problemlərinə dövlət xadimi olaraq münasibəti öyrənilmiş, Azərbaycan tarixi konsepsiyasının formalaşması prosesində Heydər Əliyevin olduqca mühüm tarixi xidmətləri müəyyənləşdirilmişdir.
Dissertasiyada ilk dəfə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan ali hakimiyyət orqanlarının tariximizlə bağlı imzalanmış fərman və sərəncamları hərtərəfli şərh edilmiş, bu sənədlərin «Vətən tarixi» elminin inkişafında rolu müəyyənləşdirilmiş, onun irsində Azərbaycan Xalq Cümhuriyyətinin və dövlət xadimlərinin fəaliyyətinin dövlətçilik tariximizdə rolu təhlil edilmiş, erməni daşnaklarının xalqımıza qarşı törətdikləri təcavüzlər, deportasiyalar və soyqırımı aktlarına baxışlar sistemi geniş təhlil edilmişdir. Bununla yanaşı, Heydər Əliyevin zəngin irsini əks etdirən mənbələrdən məhz Azərbaycan tarixi məsələləri ilə bağlı söylənilən dəyərli fikirlər seçilərək elmi işə cəlb edilmişdir. Tədqiqat zamanı Ulu öndərin Azərbaycan tarixi məsələlərinə münasibətinə həsr edilmiş bəzi kitablarda təhriflərin olduğu da aşkar edilmişdir [III fəsil, §1].
Xalqımızın milli-mənəvi dəyərlərinin yüksək qiymətləndirilməsi və bu dəyərlərin respublikanın Avropaya inteqrasiya prosesi zamanı qorunub saxlanılması ilə beynəlxalq müstəvidə milli mənliyimizi qoruyaraq müasirləşməyin prinsipləri Heydər Əliyevin fəaliyyətinin əsas prinsiplərindən biri olmuşdur. Bu baxımdan Azərbaycan tarixinin ən qədim dövrlərindən bu günə kimi hər bir səhifəsindən ibrət almağın vacibliyi də Heydər Əliyevin irsində başlıca prinsipdir. Dissertasiyada bu məqamları sübut edən bütün materiallar öz əksini tapmışdır.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Dissertasiyanın əsas müddəaları, elmi nəticələri və ümumiləşdirmələri Heydər Əliyevin görkəmli dövlət və siyasi xadim kimi elmi-nəzəri irsinin öyrənilməsində mühüm rol oynaya bilər. Tədqiqatın materialları və nəticələrindən Azərbaycan tarixi konsepsiyasının təkmilləşdirilməsində, tariximizin ayrı-ayrı dövrlərinin və problemlərinin öyrənilməsində, həmçinin Azərbaycanın müasir siyasi tarixinin tədqiqində, dərslik və dərs vəsaitlərinin hazırlanmasında, eləcə də xüsusi fənlərin tədrisi zamanı geniş istifadə edilə bilər.
Tədqiqatın aprobasiyası. Dissertasiya işi Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Əliyevşünaslıq» şöbəsində iki dəfə müzakirə edilmişdir. Dissertasiyanın əsas müddəaları ilə bağlı beynəlxalq və respublika miqyaslı konfranslarda çıxışlar edilmiş, «Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri» adlı monoqrafiya və məqalələr nəşr olunmuşdur. «Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri» adlı monoqrafiya 2012-ci ildə Nazirlər Kabinetinin hesabatında ən mühüm elmi nəticə əldə etmiş kitablar sırasına daxil edilmişdir.
Dissertasiyanın quruluşu. Dissertasiya işi giriş, 10 yarımfəsli əhatə edən üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
II.DİSSERTASİYANIN ƏSAS MƏZMUNU
Dissertasiyanın «Giriş» hissəsində mövzunun aktuallığı, xronoloji çərçivəsi əsaslandırılmış, mövzunun öyrənilmə səviyyəsi araşdırılmış, mənbə bazası təhlil olunmuş, tədqiqatın məqsəd və vəzifələri müəyyənləşdirilmiş, metodoloji əsası aydınlaşdırılmış, elmi yenilikləri, nəzəri və praktik əhəmiyyəti göstərilmişdir.
Dissertasiya işinin birinci fəsli «Heydər Əliyevin milli-mənəvi dirçəliş sahəsindəki fəaliyyətində tarix elminin yeri» adlanır. Bu fəsildə XX əsrin 70-80-ci illərində Ulu öndərin dövlətçilik fəaliyyətində incə motivlərlə azərbaycançılıq ideologiyasının həyata keçirilməsi və onun bu istiqamətdə fəaliyyətinin əsasında Azərbaycan tarixi məsələlərinin durduğu əsaslandırılmışdır.
Birinci yarımfəsil XX əsrdə tarix elminin inkişafı və Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründəki dövlətçilik fəaliyyətində tarix elminin və milli-mənəvi dəyərlərin dirçəldilməsi məsələlərinə həsr edilmişdir. XX əsrdə istər kommunist rejimi dövründə, istərsə də müstəqillik dövrlərində Azərbaycanda digər elm sahələri kimi tarix elmi də inkişaf etmişdir. Əgər iqtisadiyyatın inkişafı dəqiq elmlərə diqqəti artırırdısa, ictimai proseslərin dəyişkənliyi ictimai-siyasi elm hesab olunan tarix elmini aktuallaşdırırdı.
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi elm və təhsil sahələrində də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə motivləri hədəf alaraq gələcəyə köklənmiş strateji sahələri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf seçərək bu sahədə mühüm irəliləyişlərə nail oldu. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəlməsi, xaricdə təhsil alan tələbələrin sayının artması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm ocaqlarının açılması, ilk hərbi məktəbin təşkili və digər bu kimi milli-strateji əhəmiyyətə malik addımlarla xarakterizə olunur.
Heydər Əliyevin sovet rejimi dövründə tarix-arxeologiya sahələrinin dirçəldilməsi və inkişafına xüsusi diqqət yetirmişdir. Dərin fəlsəfi düşüncə tərzinə və möhkəm tarixi yaddaşa malik olan, öz doğma torpağının qızğın təəssübkeşi olan bu tarixi şəxsiyyət vaxtilə dövlət təhlükəsizlik orqanlarında işləməsinə baxmayaraq ikinci ixtisas kimi tarixi seçmiş, Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Belə bir seçim Heydər Əliyevin xalqımızın zəngin və qəhrəmanlıqlarla dolu tarixinə böyük sevgi bəsləməsindən, onun həyatda baş verən hadisələrin təfərrüatı ilə öyrənilməsinə hədsiz dərəcədə səy göstərməsindən irəli gəlirdi.
Heydər Əliyev Azərbaycan tarix elminin metodoloji əsaslarının müəyyənləşdirilməsi, çox böyük dəyərli ümumiləşdirmələri, istiqamətverici müddəaları ilə tarix elminin inkişafında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev vətən tariximizin düzgün araşdırılması, öyrənilməsi və təbliğ olunmasına daim diqqət və qayğı göstərmiş, tariximizin ayrı-ayrı dövrləri, prosesləri və hadisələrinə, eləcə də görkəmli şəxsiyyətlərə obyektiv qiymət verilməsinə böyük diqqət yetirmişdir.
Ulu öndər hakimiyyətə gəldiyi ilk illərdə Azərbaycan xalqının taleyində mühüm rol oynamış görkəmli yazıçı, dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 100 illiyini geniş qeyd edilməsi barədə sərəncam imzaladı. Bununla əlaqədar «Pravda» qəzetində çap etdirdiyi məqaləsində totalitar sovet rejimi şəraitində Nərimanovun haqsız hücumlara məruz qalması, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı, mərkəzin antiazərbaycan siyasətinə qarşı cəsarətlə mübarizə apardığını nəzərə çatdırdı.(Xalq qəzeti,21 aprel 2013-cü il.)
1970-ci ildə N.Nərimanovun ev muzeyinin açılması və ona əzəmətli abidələrin ucaldılması, əsərlərinin çap edilməsi və onun barəsində çoxsaylı monoqrafiyaların nəşri sahəsində görülən işlər Heydər Əliyevin təkcə Nərimanova deyil, həm də Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinə bəslədiyi ehtiramın nəticəsi idi.
Azərbaycan tarixçi alimləri ilə sıx əlaqə saxlayan və görüşlər keçirən Heydər Əliyev fundamental əsərlərin, eləcə də Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandıran monoqrafiyaların nəşr edilməsini qarşıya qoymuşdur. Qeyd etməliyik ki, onun bu tövsiyələri uğurla həyata keçirilmişdir.
70-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyev erməni saxtakarlığını ifşa edən azərbaycanlı tarixçi alimləri müdafiə edərək onların əsərlərinin nəşr edilməsi üçün çox böyük işlər gördü. Bilavasitə onun dəstəyi sayəsində ermənilərin Azərbaycana gəlmə olduğunu sübut edən əsərlər nəşr edildi.
XX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanmasına elmi əsaslarla zəmin yarandı. Azərbaycan gənclərinin milli ruhda formalaşması, vətənpərvərlik tərbiyəsi öz səmərəli nəticəsini verdi. 70 il sovet hakimiyyətinin ağır ideoloji təsirləri altında vətəndə və SSRİ-nin müxtəlif şəhərlərində təhsil alıb formalaşan gənclər məhz 80-ci illərin sonunda başlamış milli hərəkatda hərəkətverici qüvvə oldular. Milli özünüdərk, milli şüur öz bəhrəsini verdi.
1991-ci ildə oktyabrın 18-də “Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin qonşu Ermənistanın və Dağlıq Qarabağın ermənilərinin separatçı, terrorçu əməlləri respublikanın müstəqilliyini və ərazi bütövlüyünü təhlükə altında saxlayırdı. Eyni zamanda respublika daxilində gedən hakimiyyət uğrunda mübarizə də müstəqil dövlət quruculuğunu ləngidir, mövcud olan ağır siyasi-ictimai vəziyyəti cilovlamağa mane olurdu. Belə bir dövrdə yeni ideologiyanın formalaşması prosesi gedirdi. İctimaiyyət arasında dövlətçilik tarixinə, milli tarixə maraq artmışdı. Türkçülük, demokratiya, millimənəvi dəyərlər, suverenlik və bu kimi məfkurələrin müstəqillik prinsipləri milli ideologiyanın əsasına çevrilirdi. İctimai-siyasi elmlər, eləcə də tarix elmi yenidən aktuallaşmışdı.
Dövlət quruculuğunun ağır illərində ölkənin qabaqcıl elm xadimləri və alimləri ilə görüşmək, onları ictimai-elmi tədbirlərə cəlb etmək təxirəsalınmaz iş olaraq həyata keçirildi. Elmlər Akademiyasında ziyalılarla (21 sentyabr 1993), Elmlər Akademiyası rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə (31 yanvar 1997) keçirilən görüşlər məhz bu qəbildən olan tədbirlərdəndir. Həmin tədbirlərdə Ümummilli liderimiz Heydər Əliyev tarixçi alimlərimiz qarşısında fundamental, Azərbaycan tarixinin yazılması, Vətən tarixinin çox mühüm bir dövrünü təşkil edən XIX-XX yüzilliklərin tarixinin əhatəli tədqiqi kimi məsul vəzifə qoymuşdur. Respublikanın görkəmli tarixçi alimləri onun bu tapşırıqlarını layiqincə yerinə yetirdilər.
1997-ci il aprelin 20-də «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin qeyd olunması haqqında fərman (1 «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı. Bakı şəhəri, 20 aprel 1997-ci il / «Kitabi-Dədə Qorqud» ensiklopediyası, I cild, Bakı: Öndər, 2004) imzalanması atılmış mütərəqqi addımlardan oldu. Belə ki, yubiley tədbirlərinə hazırlıq və yubileyin beynəlxalq miqyasda qeyd olunması Azərbaycan xalqının qədim tarixinin, milli mədəniyyətinin təbliğinə xidmət etdi.
Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərmanı sovet totalitar rejimi şəraitində xalqımıza qarşı törədilən, lakin uzun illər boyu gizli saxlanılan çox böyük cinayət aksiyasının üzərindən qara pərdəni götürmüş oldu.
Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi müstəqillik illərində erməni canilərinin mütəmadi surətdə xalqımıza qarşı tətbiq etdikləri təcavüzləri, deportasiyaları, soyqırımlarını ifşa edərək dünya ictimaiyyətinə çatdırmışdır. Bu cəhətdən Ulu öndərin imzaladığı fərmanlar misilsiz əhəmiyyət kəsb edir. Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il fərmanı xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq və ermənilərin soydaşlarımıza qarşı törətdikləri cinayətləri ifşa etmək cəhətdən müstəsna əhəmiyyət kəsb edir.
1998-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayan Ümummilli lider tarixin haqsızlığına son qoydu.
Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin, cümhuriyyətin dövlət xadimlərinin fəaliyyətini yüksək dəyərləndirmiş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdır.
Ulu öndər Heydər Əliyevin «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında» adlı xalqa müraciəti tarix elminə böyük və qiymətli töhfədir. Ülu öndər həmin müraciətində Azərbaycanın qədim sivilizasiyasının mərkəzlərindən biri olduğunu, xalqımızın beş min ildən artıq dövlətçilik tarixinə malik olmasını diqqətə çatdırır. Həm də ulu keçmişlə müasir tarix arasında sıx və qırılmaz vəhdət olduğunu əsaslandırır. Keçmişdə baş vermiş hadisələr heç də tamamilə keçmişdə qalmayıb, müasir həyatın strukturuna daxil olaraq onu istiqamətləndirir. Heydər Əliyev xalqa müraciətində XX yüzillikdəki ən mühüm tarixi nailiyyətimiz olan Azərbaycan dövlətinin yaradılmasını yüksək qiymətləndirir və Azərbaycanın müasir durumuna xüsusi diqqət yetirir. Müraciətdə qeyd olunduğu kimi, tarixən qısa müddət ərzində ən müasir demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlləri qoyulmuş, dünyanın ən mütərəqqi təməl qurumlarından biri olan Konstitusiyamız qəbul olunmuş, hakimiyyətin ayrı-ayrı qollarının formalaşmasına başlanmış, həyatın bütün sahələrində əsaslı islahatlar həyata keçirilmişdir. Ölkəsinin gələcəyi üçün xüsusi narahatlıq keçirən Heydər Əliyev qeyd edirdi ki, xalqımız dünyada öz yerini tutmaq üçün bir çox sahələrdə sıçrayışa nail olmalı, qabaqcıl texnologiyalara yiyələnməli, ən müasir proqramlar həyata keçirməlidir.(Mahmudov Yaqub. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002, s. 119)
Heydər Əliyevin fəaliyyətində xarici ölkələrdəki Azərbaycan diasporunun formalaşdırmaq və birləşdirmək ideyası xüsusi yer tuturdu. Ulu öndər 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının prezidenti kimi xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla maraqlı görüşlər keçirmiş, onları daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər və lobbiçilik yaratmağa sövq etmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda təntənəli surətdə Dünya azərbaycanlılarının qurultayı keçirildi. Qurultayda Heydər Əliyev böyük nitq söyləyərək dünya azərbaycanlıları qarşısında duran vəzifələri ətraflı əsaslandırdı, nəzərə çatdırdı ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın.
Görkəmli nəzəriyyəçi və strateq Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqillik dövründə azərbaycançılıq konsepsiyasının əsaslandırılması və bu ideya ətrafında respublikada yaşayan bütün xalqları və etnik qrupları birləşdirmək onların qarşılıqlı əlaqələrini möhkəmləndirmək üçün məqsədyönlü iş aparmasıdır. Azərbaycanın möhkəmlənməsinə və inkişafına xidmət edən azərbaycançılıq ideologiyasının əsasını ölkəmizin siyasi suverenliyi və iqtisadi müstəqilliyinin təmin edilməsi, beynəlxalq nüfuzunu yüksəltmək təşkil etdi.
Ulu öndərin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.(Diasporla İş üzrə Dövlət Komitəsinin portalı – www.diaspora.gov.az)
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, azərbaycançılıq konsepsiyasının inkişafı sahəsində Ulu öndərin başladığı nəhəng işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya azərbaycanlılarının II və III qurultaylarında Prezident proqram xarakterli konsepsiyalar irəli sürmüşdür.
«Heydər Əliyevin irsində Azərbaycanın qədim dövr və orta əsrlər tarixi məsələləri» adlanan ikinci fəsildə Ulu öndərin irsinin elminəzəri təhlili yer almışdır. Belə ki, Heydər Əliyevin əsərləri – çıxışları, bəyanatları, müsahibələri Azərbaycan tarixinin hər bir mərhələsini əhatə etmiş, tarixi məsələlərə yeni baxış, yeni yanaşma gətirmişdir. Bu baxımdan ikinci fəsildə Ulu öndərin irsində yer alan qədim və orta əsrlərin tarixi məsələləri elmi-nəzəri cəhətdən təhlil edilmişdir.
Azərbaycan tarixinin qədim dövrünün dəyərləndirilməsi Heydər Əliyev irsində də xüsusi yer tutur. Ümummilli lider Azərbaycan tarixinin hər bir dövrünü, o cümlədən qədim dövr tarixini həmişə yüksək qiymətləndirmişdir.
Ulu öndərin minilliklərin qovşağındakı məlum müraciətində vurğuladığı kimi, Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı arxeoloji mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta Miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur.(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. 29 dekabr 2000-ci il / Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 31-ci kitab Bakı: Azərnəşr, 2010, s.290)
Heydər Əliyevin gördüyü işlər içərisində zəngin mədəni irsimizi dünyaya tanıtmaq, təbliğ etmək məsələsi xüsusi yer tutmuşdur. Heydər Əliyev hətta Naxçıvanın ən ağır günlərində muxtar respublikanın Ali Məclisinin sədri olduğu dövrdə də Azərbaycanın qədim tarixinin öyrənilməsi məsələsini təxirə salmamış, konkret işlərin görülməsinə istiqamət vermişdir. Naxçıvanın Kültəpə və Gəmiqaya abidələrinə yeni ekspedisiyaların təşkili, vaxtaşırı tədqiqat işlərinin aparılması Heydər Əliyevin diqqət mərkəzində olan mühüm məsələlərdən olmuşdur.
Heydər Əliyevin Əlyazmalar fondunu qoruyub saxlamaq səyi orta əsrlər dövrünün öyrənilməsi üçün zəmin yaradırdı. Çünki tarix mənbələrə istinad etməlidir. Heydər Əliyev Azərbaycan tarixinin orta əsrlər dövrünün tədqiqini aktual hesab edirdi. Bu istiqamətdə görüləcək işlərin nəticəsi olaraq Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdılması məsələsini vacib sayan Heydər Əliyev məlum çıxışında fikirlərini ifadə edərək demişdir ki, əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq.(Yenə orada, s.154.)
Heydər Əliyev «Kitabi-Dədə Qorqud» dastanının bütün motivləri ilə, dastan haqqında olan elmi araşdırmalarla, əsərlərlə yaxından tanış olduğu üçün elmi-nəzəri dəyərləndirməyə geniş yer vermişdir. Ulu öndərin təntənəli yubiley mərasimindəki çıxışında dediyi kimi, «Kitabi-Dədə Qorqud» özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir.(«Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi. 9 aprel 2000-ci il / Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 26-cı kitab. Bakı: Azərnəşr, 2009, s.177)
Heydər Əliyev yeri gəldikcə, orta əsrlərin tarixi şəxsiyyətlərinin rolunu vurğulayırdı. Azərbaycanın orta əsrlər dövrünün görkəmli şəxsiyyətləri – Babək, Cavanşir, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai və digərləri Ulu öndərin irsində örnək kimi xatırlanır. Gənclərlə yuxarıda adı çəkilən görüşdə Heydər Əliyevin Ağqoyunlu hökmdarı Uzun Həsəni nümunə göstərməsi, Azərbaycan diplomatiyasının qədim tarixi köklərinin olmasını vurğulaması orta əsrlər dövrü ilə müasir dövr arasındakı əlaqələrin qanunauyğunluqlarını bir daha gənc nəslə çatdırmaq, vətənpərvərlik hissləri təbliğ etmək məqsədi daşıyırdı.(Bayramov Q. Göstərilən əsəri. s. 148.)
Ulu öndər kommunist rejimi illərində və müstəqillik illərində memarlıq sahəsində əldə edilmiş nailiyyətləri bir tərəfdən, ölkə iqtisadiyyatında baş verən müsbət dəyişikliklərlə bağlı hesab edirdisə, digər tərəfdən, Azərbaycan memarlarının güclü potensiala malik olduğuna dəlalət etdiyini qeyd edirdi.
Beləliklə, Heydər Əliyevin irsində Azərbaycanın orta əsr tarixi məsələlərinin aşağıdakı prinsipial məqamları öz əksini tapmışdır:
- Azərbaycanın orta əsrlər tarixinin ayrı-ayrı məsələləri qiymətləndirilmişdir;
- orta əsrlər dövrünə aid tarixi abidələrin bərpası və qorunub saxlanılması məsələləri həyata keçirilmişdir;
- ”Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi qeyd olunmuş və tariximizin qədimliyi dünyaya bəyan edilmişdir;
- tarixi şəxsiyyətlərin və tarixçi alimlərin rolu yüksək qiymətləndirilmişdir;
- orta əsrlərdən bəri formalaşmış milli mənəvi dəyərlər dirçəldilmiş və qorunmuşdur;
- orta əsr tarixi məsələləri sovet ideologiyasından təmizlənmişdir.
Göründüyü kimi, Heydər Əliyev irsində Azərbaycanın orta əsr tarixi məsələləri, başlıca olaraq, yuxarıda sadalanan prinsiplərə əsaslanmış və bu prinsiplərə dövlət quruculuğu məsələləri ilə yanaşı eyni tələbkarlıqla yanaşılmışdır.
Üçüncü fəsil «Heydər Əliyevin irsində Azərbaycanın yeni və müasir tarixi məsələləri» adlanır. Bu fəsildə Ulu öndərin irsində və ictimai-siyasi fəaliyyətində geniş yer alan Azərbaycan tarixinin yeni dövrü araşdırılmışdır. Heydər Əliyevin irsində Azərbaycanın bölüşdürülməsi və ümumiyyətlə, XIX əsr tarixi məsələləri xüsusi yer tutmuşdur. Heydər Əliyev Azərbaycanın XIX-XX əsrlər tarixinə yeni baxışını 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla görüşündə açıqlamışdır. Lakin Heydər Əliyevin irsinə həsr olunmuş bəzi əsərlərdə düzgün olmayaraq, bunu akademiyada 1997-ci ildə keçirilmiş görüşlə bağlayırlar. Bu haqda tarixçialim Qurban Bayramovun yazılmışdır: «Azərbaycan Prezidenti Heydər Əliyev tarix elminin inkişafına xüsusi diqqət verərək, 1997-ci il yanvarın 31-də respublika Elmlər Akademiyası işçiləri ilə görüşündə XIX – XX əsrlər Azərbaycan tarixinin yenidən yazılması zərurətini irəli sürdü və bu işə böyük qayğı göstərəcəyini bildirdi.» (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. 29 dekabr 2000-ci il / Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 31-ci kitab. Bakı: Azərnəşr, 2010, s.65)
1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi və 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi Azərbaycanın tarixinin ən ağrı-acılı səhifələri idi. Tarixi Azərbaycan torpaqlarının iki işğalçı arasında bölüşdürülməsini təsdiq edən bu iki müqavilə ən ədalətsiz müqavilələrdəndir. Ulu öndər bilirdi ki, bu müqavilələrə siyasi münasibəti bildirməyin yolu elmi-nəzəri qiymətləndirmədən sonra olmalıdır. XX əsrin 90-cı illərinin sonunda onun tövsiyələri ilə XIX əsr tarixi yenidən tədqiq edildi və yeni əsərlər yazıldı. Lakin Ulu öndər bir dövlət xadimi olaraq yeri gəldikcə bu tarixi məqamı öz görüşlərində, çıxışlarında xatırlayır, öz münasibətini açıq şəkildə bildirmişdir.
Heydər Əliyev irsində tarixi hadisələrin təhlili çərçivəsində dövlət quruculuğu məsələləri xüsusi yer tutmuşdur. Ulu öndər XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş, ictimai-siyasi, mədəni proseslərə bir tarixçi alim kimi qiymət vermişdir: «XX əsrdə bizim qazandığımız uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır.» (Bayramov Q. Göstərilən əsəri. s.132)
Xalqımızın XX əsrin əvvəlində başladığı milli azadlıq hərəkatının kökündə məhz XIX əsrdə vüsət almış milli oyanış proseslərinin dayandığını hesab edən Heydər Əliyev deyirdi ki, XX əsrə qədəm qoyan Azərbaycan artıq bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdi. Ən başlıcası isə, Azərbaycanda müasir burjuaziya təbəqəsi formalaşıb ölkənin ictimai həyatında mühüm rol oynamağa başlamışdı. Bu dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdə göstərdiyi fəaliyyət milli dirçəliş, milli oyanış, milli ruhun aşılanması proseslərinə xidmət edirdi.
Heydər Əliyev Azərbaycanın bütövlükdə XX əsr tarixini dörd mərhələyə bölmüşdür:
Birinci mərhələ – Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün tarixi zəminin yetişməsi dövrüdür. Bu dövr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başa çatır.
İkinci mərhələ – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdür (1918-1920).
Üçüncü mərhələ – 1920-ci il aprel işğalından başlanan sovet dövrüdür. Bu dövr 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında Konstitusiya Aktı»nın qəbul olunması ilə başa çatır.
Dördüncü mərhələ – 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası ilə başlanan dövrdür.
Çox təəssüflə qeyd etmək lazımdır ki, bəzən Heydər Əliyevin təhlil etdiyi dövrləşdirmə təhrif edilmiş və onun adından birinci mərhələ 1917-ci ilin fevral inqilabına qədərki dövr kimi verilmişdir.
2004-cü ildə Qurban Bayramovun “Heydər Əliyev və Azərbaycan tarix elmi” adlı kitabda mövzu ilə əlaqədar müəllifin məqalələri, rəyləri çap olunmuşdur. Kitabda Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətinin müəyyən məqamları şərh olunub. Lakin Ulu öndərin XX əsrin Azərbaycan tarixi məsələlərini dövrləşdirməsinin birinci mərhələsi bu cür təhlil edilib: «Müraciətdə tamamilə düzgün olaraq istiqlal fikrinin hazırlanması və həyata keçirilməsi uğrunda mübarizədə XX əsrin 1917-ci il fevralına qədərki dövr Azərbaycan tarixinin birinci mərhələsi kimi qeyd edilir». (Bayramov Q. Göstərilən əsəri, s. 132)
Müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edən Heydər Əliyev bu ictimai-siyasi hadisəyə münasibətini bildirərək demişdir: «Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərdə – həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir». (Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Heydər Əliyevin çıxışı. 21 sentyabr 1993-cü il / Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 1-ci kitab. Bakı: Azərnəşr, 1997, s.148)
Tarixşünaslıqda cümhuriyyətin dövlət xadimlərinin dəyərləndirilməsi heç də birmənalı olmamışdır. Uzun illər sovet tarixşünaslığında AXC-nin dövlət xadimləri dövrün mövcud tələblərinə uyğun şəkildə qiymətləndirilmiş, ümumiyyətlə, Azərbaycanın burjuaziyası, ziyalıları, ictimai xadimləri sovet tarixində «xalqın düşməni», «əksinqilabçı», «pantürkist», «panislamist» kimi xarakterizə olunmuşdur. Bu yanaşma Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqinə laqeyd münasibətdə də özünü göstərirdi.
Ona görə bir daha əminliklə deyə bilərik ki, Heydər Əliyev Azərbaycanın XX əsrin tarixinə tamamilə yeni baxış gətirmişdir.
Beləliklə, Heydər Əliyev irsində Azərbaycanın XX əsr tarixi şəxsiyyətlərinin qiymətləndirilməsi məsələlərini təqribən aşağıdakı kimi qruplaşdırmaq olar:
- Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti yüksək qiymətləndirilmişdir;
- Fətəli xan Xosykinin tarixi rolu araşdırılmış və onun dövlət quruculuğu istiqamətində fəaliyyəti yüksək qiymətləndirilmişdir;
- Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin fəaliyyəti milli ideologiya baxımından dəyərləndirilmişdir;
- Nəriman Nərimanov haqqında subyektiv fikirlərə son qoyulmuş və onun fəaliyyəti düzgün dəyərləndirilməsi üçün səy göstərilmişdir;
- Azərbaycanın XX əsr tarixi şəxsiyyətlərinin Azərbaycan tarixi konsepsiyasında elmi-nəzəri yeri müəyyən edilmişdir.
Heydər Əliyev nəinki yaxın tarixi dövrdə, eləcə də əsrin əvvəllərində baş vermiş faciələrin də hüquqi-siyasi qiymətini alması, keçmişdə hüquqları pozulmuş insanlara bəraət verilməsi barədə də tədbirlər görmüşdür. Bu baxımdan onun 1996-cı il 15 mart tarixli fərmanı ilə qüvvəyə minmiş «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» qanunda (Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. 15 mart 1996 / Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1999, №4, maddə 228, s.19.) göstərilir ki, 1920-ci il aprelin 28-dən başlayaraq, Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində törədilmiş repressiyaların qurbanlarına bəraət verilməsi, onların siyasi, sosial və vətəndaş hüquqlarının bərpa edilməsi, həmçinin özbaşınalığın və başqa nəticələrin aradan qaldırılması üçün hüquqi əsasların müəyyən olunmasıdır.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və möhkəm iradəsi nəticəsində ermənilərin azərbaycanlılara qarşı apardıqları siyasət ifşa edildi. Lissabon sammitində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək müqəddəratını müəyyən edən vacib sənəd qəbul edildi. Tarixi əhəmiyyət kəsb edən həmin sənədin prinsiplərinə görə, Lissabon sammitinin iştirakçısı olan dövlətlər Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağı Azərbaycandan zor gücünə ayırmaq niyyətinin üstündən xətt çəkdilər və bəyan etdilər ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək idarəetmə statusunun verilməsi ilə həll olunmalıdır. Bundan sonra beynəlxalq təşkilatların və nüfuzlu dünya dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində fəallığı daha da artdı.
Dissertasiyanın «Nəticə» hissəsində aparılan elmi araşdırmalara, əldə edilmiş elmi nəticələrə yekun vurulmuşdur.
Dissertasiyanın əsas məzmunu müəllifin nəşr olunmuş aşağıdakı məqalələrində və monoqrafiyasında öz əksini tapmışdır:
- Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyəti tarixinə münasibət məsələləri / AMEA Tarix İnstitutu, Elmi Əsərlər, 2010, №34, s.100-110
- Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və deportasiyası məsələlərinə dair / AMEA Tarix İnstitutu, Elmi Əsərlər, 2010, №35, s. 130-137
- Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri. Bakı, «Təhsil», 2011, 216 s.
- Отношение в наследии Гейдара Алиева к вопросу геноцида и депортации азербайджанцев из родных земель / Национальный Педагогический Университет iменi М.П.Драгоманова Украiнська Академiя Наук. Гiлея науковий вiсник. Збiрник наукових праць. Випуск 68 (№1), Kиiв, 2013, с.182-187
- Heydər Əliyevin irsində Azərbaycanın XX əsr tarixinin dövrləşdirilməsi məsələsi / Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2013, №1, s.147-153
- Heydər Əliyev irsində Naxçıvan tarixi məsələləri / Naxçıvan: ilkin şəhər və duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları) /Naxçıvan, 2013, s.67-74
Comments are closed, but trackbacks and pingbacks are open.