Mummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
Heydər əliyev mədəniyyət
Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Bəstəkarlar İttifaqının kollektivi ilə görüşüb
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub
UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
Xəbərlər
A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında..
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan..
Mədəniyyət Nazirliyinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi..
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə..
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət..
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Bəstəkarlar İttifaqının..
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb. Adil..
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub
10 mart ölkəmizdə Milli Teatr Günüdür. Bu gün eyni zamanda Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150 illiyi tamam olur. Bu münasibətlə mədəniyyət..
UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında..
UNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter”, “Instagram” və “Facebook” hesablarında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının..
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon..
10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur. 1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli..
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət..
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq..
Ümummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında
Hər il 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.
Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrlə – xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi olaylarla qalıb. Milli Məclisin qərarı ilə bu gün 1997-ci ildən ölkənin rəsmi bayramı elan edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Tərcümə Mərkəzinin 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi “Ümummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında” sərlövhəli təqdimatında əksini tapıb.
Həmin illər Ümummilli Liderin müxtəlif tədbirlərdə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdə səsləndirdiyi fikirlər də zamanın sınağıyla öz dəyərini, aktuallığını qoruyub saxlayıb.
İllərdən bəri yaddaşlara həkk olunmuş və artıq aforizmə çevrilmiş həmin fikirlərdən bəzilərini təqdim edirik.
“Vətənpərvərlik insanın daxili duyğusudur. Əgər bu duyğu yoxdursa, o insan mənəviyyatsızdır”.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən – onun dilidir!”
“Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir!”
“Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur!”
“Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan mənəviyyatsız adamlar cəmiyyətdə heç bir şeydirlər”.
“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır”.
“Kim ki biliyindən, bacarığından artıq iddialıdır, o, həmişə məğlub olur”.
“Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”.
“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.
“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”
“Ağıl olan yerdə zora ehtiyac yoxdur”.
“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, “həyat” deməkdir!”
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən alisi mədəniyyətdir!”
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.
“Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.
“Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür”.
“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.
“Xalq gərək daim öz kökünü xatırlasın”.
“Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək ədalətsizlikdən də betərdir”.
“Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”.
“İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”.
“Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz”.
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.
“Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
Mədəniyyət
Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb. Açılış mərasimində çıxış edən.
29 sentyabr 2022
Sentyabrın 29-da Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ edən yeni layihə ictimaiyyətə təqdim edilib. Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin Heydər Əliyev Mərkəzində premyerası olub. Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva.
1 sentyabr 2022
Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkdi. Sonra Prezident İlham Əliyev səfirliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Avqustun 5-də Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.
5238 5236 5229 5226 5224
Müəllif hüquqları qorunur © 2023
Comments are closed, but trackbacks and pingbacks are open.