Press "Enter" to skip to content

Heydər əliyev müstəqilliyimiz əbədidir

Bunlardan əlavə, kitaba ümummilli liderin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bp şirkətinin Bakıdakı ofisində ən müasir texnologiya ilə təchiz edilmiş üçölçülü vizuallaşdırma mühiti zalının və Bakı poladəritmə zavodunun açılışı zamanı etdiyi çıxışlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin istifadəyə verilməsi münasibətilə keçirilmiş tədbirdə və digər görüşlərdəki nitqləri daxil edilmişdir.

Xankəndi

“25 il əvvəl Azərbaycan Ali Soveti “Müstəqillik haqqında” dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.

AzVision.az -ın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu, müstəqillik uğrunda atılan ilk addım olmuşdu: “Sonradan Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan ulu öndər Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini çıxarıb, üçrəngli bayrağımızın qəbul edilməsinə nail olub. Bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırmışdı. Bundan əlavə, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanmasına dair referendum keçiriləndə Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Bütün bunlar göstərir ki, Heydər Əliyev müstəqilliyimizin banisidir”.

“Təəssüf ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Müstəqilliyimizin ilk illəri itirilmiş imkanlar dövrü idi”-deyən dövlət başçısı bildirib ki, məhz həmin dövrdə Ermənistan torpaqlarımızın işğalına başlayıb: “Həmin dövrdə AXCP-Müsavat qruplaşması yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXCP-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi acı olardı”.

Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: “Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb: “Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi.

2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu. Texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı”.

“25 il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyatı uğurla yaşaya bilərik”-deyən İlham Əliyev bildirib ki, gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri bunun əyani sübutudur:

“Gələcəkdə biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.

Ölkə başçısı müstəqilliyin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb: “Yaşasın müstəqil Azərbyacan Respublikası!”.

Heydər əliyev müstəqilliyimiz əbədidir

Mən ilk əvvəl belə bir əsəri hazırlayıb xalqa çatdırdığınıza görə sizə təşəkkürümü bildirirəm. İhsan bəy, sizə müraciət edirəm, buyurun, Azərbaycan mədəniyyəti ilə tanış olun.

İhsan bəy Doğramacı: Bu əsər böyük bir tarixi tablodur və mən inanıram ki, Allah-təala Azərbaycanı əbədi müstəqil və payidar edəcəkdir.

Heydər Əliyev: Mən sizi təbrik edirəm. Azərbaycan Dövlət Dram Teatrı 125-ci mövsümünə başlayıbdır. Allah bunu bizə qismət edibdir. Azərbaycan teatrının 100 illik yubileyini sizinlə birlikdə təntənəli surətdə keçirmişik, bundan sonra 25 il yaşamışıq. Doğrudur, bu 25 il hamar yol olmayıbdır, enişli-yoxuşlu, çətin, əzab-əziyyətli keçibdir. Ancaq bizim çox böyük nailiyyətimiz ondan ibarətdir ki, nəhayət, Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail olubdur. Bu müstəqilliyə, azadlığa görə hər bir əzab-əziyyətə, itkiyə, hər bir qurbana razı olmaq olardı.

Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir və çoxəsrlik tariximizdə bütün xalqımız üçün Allah tərəfindən göndərilmiş bir nemətdir. Ona görə də mən salonda olarkən, sizinlə görüşərkən keçən 25 ili xatırlayıram. 1973-cü ildə biz teatrın 100 illik yubileyini qeyd etdik, sonra da 25 il yaşadıq.

Bu gün siz çox gözəl bir əsər təqdim etdiniz. Mən sizi bu əsər, bu tamaşanız münasibətilə təbrik edirəm. Çox dəyərli və bu gün xalqımız üçün lazımlı əsərdir. Şübhəsiz ki, biz bu gün ilk növbədə əsərin müəllifinin – böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik, onun xatirəsini yad etməliyik.

Belə başa düşürəm ki, bu onun son əsəri idi.

İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir.

Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o buna layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır.

Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç saatdan artıq vaxt çox tez gəlib keçdi. Yəni tamaşa o qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız o dərəcə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri gözəl çatdırdınız, – o cümlədən mənə də, – heç hiss etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, birincisi – əsərin həsr olunduğu mövzu çox aktualdır, çox vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza göstəribdir. Bunlar indi açılıbdır. Tarixçilər, bizim salnaməçilər bunları düzgün yazmağa başlayıblar. Ancaq bilirsiniz, indi hər bir adamın o tarix kitablarını oxumağa nə imkanı var, nə vaxtı. Bir də ki, biri oxuyur, o birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox təsirli bir vasitədir. Tariximizin bu dövrü keçmişdə təhrif olunubdur. Bunu siz bilirsiniz. Biz bu dövrü yaşamışıq.

Bu gün mənim əziz dostum İhsan Doğramacıya danışırdım, – qonaqlardan biri soruşdu ki, keçmiş zamanlarda da belə bir pyesi tamaşaya qoymaq olardımı? Dedim, ola bilməzdi. Çünki o vaxtlar bunun əksinə olan mövzuda tamaşalar göstərilirdi. Təəssüflər olsun. Bu, heç kimin günahı deyil – nə sizin, nə bizim, nə mənim, nə onun. Ümumiyyətlə, yaşadığımız dövrün, o dövlətin və quruluşun yaratdığı vəziyyət idi. Ancaq həqiqət ondan ibarətdir ki, 1964-cü ildə, siz bilərsiniz, Azərbaycanın Rusiyaya könüllü surətdə qatılmasının 150 illik yubileyi təntənəli qeyd olundu. Böyük bayram keçirdik, ona böyük əsərlər həsr edildi. Bu da olub.

Bilirsinizmi, biz gərək indi tariximizi düzgün araşdıraraq, heç kimi günahlandırmayaq, günahkar axtarmaq lazım deyil. Əgər belə olsa, işlərimiz yaxşı gedə bilməz. Keçmişdə nə olubsa, olub-keçib. Yenə də deyirəm, o bayramı edənlər də günahkar deyillər. Çünki onlar həmin quruluşa, həmin sistemə xidmət edirdilər. O quruluş tarixi də başqa cür çatdırmışdı. Əgər bizdə sərbəstlik, azadlıq, demokratiya olsaydı, o vaxt tarixçilərdən biri, ikisi, üçü, dördü götürüb yazsaydılar ki, bu belə deyil, bəlkə də bunların qarşısını almaq olardı.

Amma o dövrdə, o sistemdə, o ideologiyanın təsiri altında bunu etmək mümkün deyildi. Mən bunu bir dəfə demişəm. Bir neçə il ondan sonra, 1968-ci ildə bizim böyük alimimiz, rəhmətlik akademik Ziya Bünyadov bir balaca cəhd göstərdi və demək istədi ki, biz o vaxt Rusiyanın tərkibinə könüllü daxil olmamışıq – bu, könüllü olmayıb, yəni özümüz müraciət etməmişik. Ona nəsə etmək istədilər, o tərəf-bu tərəfə çəkdilər, cəzalandırmaq istədilər. Mən ona kömək etdim. Çox böyük alim olduğuna, özü də ikinci dünya müharibəsinin qəhrəmanı olduğuna görə bəzi xeyirxah adamların, o cümlədən mənim yardımımla, – o vaxt mən burada DTK-ya rəhbərlik edirdim, – imkan vermədim ki, ona nəsə etsinlər. Belə bir hal olmuşdu. Yəni demək istəyirəm ki, hətta bu cür cəsarətli hallar da olurdu.

Ona görə də indi heç kəsi günahlandırmaq lazım deyil. Amma eyni zamanda bütün vasitələrlə, o cümlədən mədəniyyət, ədəbiyyat, teatr vasitəsilə indi həqiqəti xalqa bildirmək lazımdır. Həqiqətin xalqa belə çatdırılması daha təsirlidir, xalq bunu qavraya bilir. Yenə də deyirəm, böyük bir kitabı götürüb oxumaq, ondan nəticə çıxarmaq olar. Amma bu o qədər də asan deyil. Lakin bunu ədəbiyyat dili ilə yazıb çatdırmaq, sizin kimi çox gözəl aktyorların ifasında bu vasitə ilə xalqa çatdırmaq çox əhəmiyyətlidir. Mən əsəri bu baxımdan çox yüksək qiymətləndirirəm – həm əsəri, bu faciəni, həm də sizin əsərə verdiyiniz bu quruluşu. Çox gözəl yaratmısınız – həm aktyorlar, həm rejissorlar, bütün aktyor ansamblı həddindən artıq gözəl ifa etdi. Mən sizi təbrik edirəm.

Ancaq bu əsərin ikinci tərəfi də var. Bir var ki, bizim tariximizi aydınlaşdırır, amma ikinci tərəfi bundan da əhəmiyyətlidir. Xalqımızda vətənpərvərlik yaradır, müstəqillik, milli azadlıq hissiyyatlarını beyinlərə həkk etdirir, xalqımızı bu istiqamətdə tərbiyələndirir və əsasən gəncləri tərbiyələndirir. Bu baxımdan əsərin aktuallığı çox böyükdür. İndi hər bir adam bilsin ki, müstəqillik nədir və öz xalqının müstəqilliyini qorumayan adamların aqibəti necə olur. Məsələn, Cavad xan və İbrahim xan. Görürsünüzmü, ikisi də bizim xanlarımızdır. Bu nə deməkdir? Əsərin bir mənası da bundan ibarətdir ki, xalqımızı elə o vaxt, keçmiş tarixi dövrlərdə də bədbəxt edən içindəki çəkişmələr olub. Bu həqiqətdir ki, xanlar o vaxtlar bir-biri ilə çəkişməsəydilər, ədavət aparmasaydılar, bəli, iddiada olmasaydılar, biri o birisinə hörmət edib hamısı birləşsəydilər buna nail ola bilərdilər. Düzdür, İbrahim xan bundan çox şikayətlənir ki, mən xanlıqları birləşdirmək istəyirəm, amma birləşmirlər. Əsərin bir yerində o deyir ki, xanlar qorxurlar ki, mən şah olaram. Bu da həqiqətdir. Çünki İbrahim xan da istəyirdi şah olsun, Kəlbalı xan, Cavad xan, Quba xanı Fətəli xan da, Şəki xanı da şah olmaq istəyirdi. Bəli, hər biri istəyirdi şah olsun. Ancaq bunlar bir yerdə olsaydılar, yığışıb hamısı desəydilər ki, gəlin bir nəfəri şah seçək və ona da itaət edək, əlbəttə ki, bu faciələrdən bəlkə də xilas olmaq mümkün olardı. Amma bunlar olub-keçib. Xalqımız qurbanlar veribdir. Görürsünüzmü, İbrahim xanın həyatı nə qədər faciəlidir – oğlu və qızları ondan üz döndərdi, özü də öz səhvinin qurbanı oldu.

Bilirsiniz, bunlar o qədər ibrətamizdir ki! Məsələn, İbrahim xan bizim tariximizdə məlumdur. Bir sıra yazıçılarımız İbrahim xanın surətini yaradıblar, amma düzgün verməyiblər. Onları da günahlandırmaq olmaz, çünki onlar da həmin o ideologiyanın təsiri altına düşmüşdülər. Hətta “Vaqif” pyesində İbrahim xanın guya rus padşahının əleyhinə olduğu göstərilir. Həmin əsərdə o, Vaqifə deyir: “Vaqif, əlindəki o əsa nədir?” Cavabında isə Vaqif deyir ki, “Rusiya padşahı, o zülmkardan – Yekaterinadan bir hədiyyədir”.

Yenə də İbarhim xan deyir: “De, sən hara, Rusiya hara, yoxsa satılmısan o kafirlara?”. Bilirsinizmi, belə də yazılıbdır. Ona görə də bizim xalqımızı, millətimizi birləşdirmək üçün, bu çəkişmələrə son qoymaq üçün də bu əsər çox ibrətamizdir.

Bu çəkişmələr dünən də vardı, bu gün də var. 1988-ci ildən xalqımızın başına gələnlər, ermənilərin Azərbaycana təcavüz etməsi, Dağlıq Qarabağ məsələsini qaldırması nəyin nəticəsində oldu? Azərbaycanın içində gedən çəkişmələrin nəticəsində oldu. Əgər o vaxt Azərbaycan xalqı birləşsəydi, hamı bir olsaydı, ermənilərin qarşısını almaq mümkün olmazdımı?

Bunun bir qismi mənim həyatımla da bağlıdır. Məlumdur ki, mən Moskvada oturmuşdum və Azərbaycanı da müdafiə edirdim. Ancaq ermənilər bir tərəfdən, bizim Azərbaycandakı bədbəxtlər də bir tərəfdən Heydər Əliyevi Kremldən kənarlaşdırdılar. Məni kənarlaşdırandan 20 gün sonra bu hərəkat başlandı, üç aydan sonra Qarabağ faciəsi baş verdi. Məlumdur, mən demirəm ki, çox şey edə bilərdim. Çox şey də etmişdim. Bu Qarabağ hadisələri dəfələrlə qalxmışdı. Vaxtilə mən və məndən qabaqkı insanlar da bunun qarşısını almışdıq. Almağa da imkanımız var idi.

Bəs nə üçün belə oldu? Çəkişmələr nəticəsində. İndi təsəvvür edin, 1988-ci ildə faciə başlayıbdır, ermənilər iddia qaldırıblar, qərar çıxarıblar ki, Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər, Dağlıq Qarabağ Azərbaycana tabe deyil. Azərbaycana Moskvadan Vəzirovu yeni rəhbər göndəriblər. O bu işlərə məşğul olmaq əvəzinə, başladı hər yerdən material toplamağa ki, Heydər Əliyev Azərbaycanda işləyəndə nə kimi “günahkar” edibdir. O vaxt Heydər Əliyev artıq istefaya getmiş bir adam idi, Moskvada adi vətəndaş kimi yaşayırdı. Nə istəyirdin sən bu Heydər Əliyevdən? Sən gərək o ermənilərlə mübarizə aparaydın. Amma tək bir o dövr deyil. Elə sonrakı illəri – 1990, 1991, 1992-ci illəri, 1993-cü ilin iyun ayını xatırlayın. Dörd il bundan öncə Azərbaycanda vətəndaş müharibəsi qalxdı. Nə üçün? Çünki hakimiyyət uğrunda mübarizə gedirdi. Necə ki, o vaxtlar xanlar birləşə bilmirdilər ki, kim şah olacaqdır, burada da o dedi ki, Azərbaycanda mən hakim olmalıyam, o birisi dedi ki, mən olmalıyam, bir başqası dedi ki, yox, mən olmalıyam. Hərənin əlində bir silahlı dəstə, biri Gəncədən, biri Lənkərandan, biri ordan, biri burdan qalxdı, Azərbaycanı vurdular, dağıtdılar. Vətəndaş müharibəsi getdi.

İndi dörd ildir ki, addım-addım, necə deyərlər, qarış-qarış yol gedirik ki, xalqımızı həmin vəziyyətdən çıxaraq. Bax, bunlara görə də mən hesab edirəm ki, bu əsər çox aktualdır. Hesab etmirəm ki, Azərbaycanda bu çəkişmələrə son qoyulub, insanlar daha bunları unudublar və yenidən belə şeylər cücərməyəcək. Yox, Azərbaycanda təhlükə həmişə var. Ona görə də xalqımızı bundan sonra da bu təhlükədən qorumaq, birləşdirmək və həmrəy etmək üçün, Azərbaycanın bu ağır dövründə hamının müstəqilliyimizi qoruyub saxlaması üçün bu əsərin çox böyük əhəmiyyəti var – həm pyesin, həm də sisin bu sənəddə yaratdığınız bu tamaşanın. Ona görə də çox həyəcanlıyam. Doğrusu, əsər haqqında eşitmişdim, məzmununu bilirdim, lakin bu dərəcədə təsəvvür etmirdim.

Bu gün çox böyük təəssüratlar altındayam. Hesab edirəm ki, bu, bizim mədəni həyatımızda çox əlamətdar bir hadisədir. Bu əsəri geniş təbliğ etmək lazımdır. Bizim gəncləri bu tamaşaya mütləq göndərmək lazımdır – universitetlərdən, məktəblərdən gəlsinlər, baxsınlar. Tamaşanı tez-tez qoymaq lazımdır və çalışmaq lazımdır bəstəkarı, aktyorları da ictimaiyyətimizə geniş tanıdaq. Çox gözəl oynadınız. Çox sağ olun, təşəkkür edirəm. Mən sizin hamınıza yeni-yeni uğurlar arzulayıram və çox məmnunam ki, mənim dostlarım da burada oldular, tamaşanı gördülər.

İhsan bəy Doğramacı: Mən də çox həyəcanlandım. Əlbəttə ki, bu əsəri tez-tez təkrarlamaq lazımdır. Təklifim budur ki, tamaşanı videolentə çəkmək, heç olmasa ayda bir dəfə televiziya vasitəsilə xalqa göstərmək lazımdır. Əsər çox mühüm mövzuya həsr olunub, Azərbaycanın müstəqilliyi baxımından çox ibrətamiz əsərdir.

Polad Bülbüloğlu: Təklif edirəm ki, tamaşa Türkiyəyə aparılsın, orada da göstərilsin.

Heydər Əliyev: İhsan bəyin dediyi ilə Polad Bülbüloğlunun təklifi arasında ziddiyyət yoxdur. Azərbaycan üçün bu tamaşanın videolentə çəkilməsi lazımdır. Ancaq mən salonda oturarkən fikirləşdim ki, bu mövzuda tarixi bir kinofilm yaratmaq lazımdır. Doğrudur, vaxtilə biz tariximizi əks etdirən “Nəsimi”, “Babək” kimi çox gözəl kinofilmlər yaratmışıq. O vaxt vəsaitimiz çox idi, indi yoxdur. Amma mən bu barədə düşünürəm. Eyni zamanda bir videofilm çəkmək olar ki, bunu vaxtaşırı versinlər. Ancaq mən hesab edirəm ki, İhsan bəy də Türkiyədə bizim bu böyük tamaşamızı təbliğ edər, Ankarada, İstanbulda göstərər. Qoy görsünlər.

Sağ olun, gecəniz xeyrə qalsın.

“Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) – 12 cild Azərnəşr, Bakı – 2004, səh.156.

Heydər əliyev müstəqilliyimiz əbədidir

“Hər xalqın öz adət-ənənəsi var, öz milli- mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

AzərTAc xəbər verir ki, bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 35-ci cildindən – Prezident Heydər Əliyevin 2001-ci il avqustun 14-də verdiyi bəyanatından götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci il iyunun 21-dən 2001-ci il avqustun 30-dək olan dövrü əhatə edir.

Ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildlik əsərlərinin bu nəşrində müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlət quruculuğunun sürətlə inkişafı, bir sıra yeni istehsal müəssisələrinin açılışı, ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə dair zəngin materiallar yer almışdır.

Kitabda, eyni zamanda, Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların rəhbərləri, bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, Rusiya Federasiyası, Latviya, Ukrayna və digər ölkələrin kütləvi informasiya vasitələrinə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin verdiyi müsahibələr toplanmışdır.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Yenicə çap olunmuş cilddə də ulu öndərin ATƏT-in baş katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində keçirdiyi görüşlərin, apardığı müzakirələrin, həmçinin bu sahədə imzalanmış sənədlərin materialları və mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri də vardır. ATƏT-in baş katibi Yan Kubiş ilə görüşü zamanı dedikləri münaqişəyə yanaşmada ulu öndərin böyük həssaslıq göstərdiyini nümayiş etdirir: “ATƏT-lə əməkdaşlığımız bizə ən çox Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bir milyon insanın öz yaşayış yerlərinə qayıtması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün gərəkdir”.

Bunlardan əlavə, kitaba ümummilli liderin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bp şirkətinin Bakıdakı ofisində ən müasir texnologiya ilə təchiz edilmiş üçölçülü vizuallaşdırma mühiti zalının və Bakı poladəritmə zavodunun açılışı zamanı etdiyi çıxışlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillərin istifadəyə verilməsi münasibətilə keçirilmiş tədbirdə və digər görüşlərdəki nitqləri daxil edilmişdir.

“Azərnəşr” nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.