YENİ AZƏRBAYCAN PARTİYASI
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.
Heydər əliyev və azərbaycan muıtikulturalizmin inkişafı
AZƏRBAYCAN MUSİQİSİNİN İNKİŞAFINDA
HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər” – bu sözlər müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, əbədiyaşar lideri, Ulu öndər Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Azərbaycanın bir dövlət kimi müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etmiş ölkələr sırasında tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, söylədiyi çıxışlarında xalqına, vətəninə olan sevgisini həmişə fəxr hissi ilə vurğulayırdı. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin kamil bilicisi və vurğunu idi. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan incəsənətinin tərəqqisi və inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Çünki o, çox gözəl bilirdi ki, bir dövləti, xalqı digər dövlətlərdən fərqləndirən əsas cəhətlərdən biri də məhz həmin dövlətin, xalqın özünəməxsus incəsənət sahələrinin olmasıdır. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Dahi şəxsiyyət əsas da musiqi sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Çünki xalq musiqimiz Azərbaycan mədəniyyətinin, tarixinin, əsasını təşkil edir. Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqisini həm dövlətimizdə, həm də digər xarici ölkələrdə tanıdan, yaşadan musiqiçilərimiz vardır. Ulu öndərin təbirincə desək “XX əsrdə Azərbaycan musiqi mədəniyyətində böyük nailiyyətlər əldə edilmişdir. Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedatlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir”. Məhz buna görədə ulu öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşmış, onlar ilə tez-tez görüşlər təşkil etmiş və əməklərini daima yüksək qiymətləndirmişdir. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü. Onun sərəncamı Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə Prezident təqaüdü verilmiş, onların bir çoxu isə dövlətin ən yüksək orden və mükafatları ilə təltif olunmuşdular. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, məşhur müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək, onların fəaliyyətinin beynəlxalq arenaya çatdırılması üçün geniş çalışmıışdır. Bundan başqa yaradıcılıq evlərinin tikilməsi, dünyasını dəyişən görkəmli bəstəkarların xatirəsini əbədiləşdirmək üçün ev muzeylərinin yaradılması, yubiley gecələrinin təşkili, tanınmış bəstəkar və ifaçıların xatirələrinə həsr olunmuş müsabiqələr, musiqiçilərin fəxri adlar, orden və mükafatlarla təltif olunmaları da məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Söz yox ki, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir. Musiqiçilər də təbiidir ki, onlara göstərilən bu diqqət və qayğıya biganə qalmırdılar. Dahi şəxsiyyətə həsr olunan neçə-neçə əsərlər ifaçılar tərəfindən hələ də sevilərək ifa olunur. Belə möhtəşəm əsərlərə misal olaraq, Cövdət Hacıyevin 8 saylı – “Onu zaman seçib” simfoniyasını, “Ulu öndər” simfonik poemasını, Arif Məlikovun 8 saylı – “Əbədiyyət” simfoniyasını, Firəngiz Əlizadənin kamera orkestri üçün “İthaf”, Tofiq Bakıxanovun “Xatirə”, “Sən həmişə bizimləsən” simfonik poemasını, Nəriman Məmmədovun «Yeni Azərbaycan Partiyası”, “El atası, Heydər baba”, “Sənsən xilaskarımız”, Vasif Allahverdiyevin səs ilə kamera orkestri üçün «Elegiya», “Ömür yolu” simfonik poeması, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odaları və digər əsərləri misal göstərə bilərik.
Digər önəmli faktlardan biri də odur ki, işinin gərginliyinə baxmayaraq Ulu öndər Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək, tamaşaya qoyulmuş və yaxud ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləmiş, bəstəkarlarımıza böyük dəstək olmuşdur.
Heydər Əliyev bildiyimiz kimi, təhsil sahəsinə xüsusilə önəm verirdi. Musiqi sahəsində də təhsilin önəmini bilən Ulu öndər Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzlərinin yaradılması üçün xüsusi göstərişlər vermişdir. Hal-hazırda oxuduğum ali təhsil müəssisəsi, Azərbaycan Milli Konservatoriyası da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı və şəxsi təşəbbüsü ilətəsis edilmişdir. Bu müdrik qərardan sonra Azərbaycan milli musiqisinin təşkili və təbliği yeni inkşaf mərhələsinə qədəm qoymuşdur.
Ulu öndər Heydər Əliyev həm də Üzeyir Hacıbəyli musiqisinin böyük vurğunu idi. Bildiyimiz kimi, Heydər Əliyevin təklifi ilə Üzeyir Hacıbəylinin doğum günü yəni, sentyabr ayının 18-i Azərbaycanda musiqi günü kimi qeyd olunur. Hal-hazırki dövrdə də məhz bu gün respublikamızın hər bir yerində təntənəli şəkildə böyük əhvali-ruhiyyə ilə qeyd olunur. Musiqi bayramının qeyd olunmasının əbədiyaşar liderin, ömrünü musiqiyə həsr etmiş insanlara bəxş etdiyi qiymətli bir hədiyyə kimi də qeyd edə bilərik. Ulu öndərin sevərək dinlədiyi musiqilər içərisində Tofiq Quliyevin mahnılarını da xüsusilə qeyd etmək istərdik. Heydər Əliyevin bəstəkarın 80 illik yubiley gecəsində etdiyi çıxışı onun Tofiq Quliyev musiqisinə olan sevgisini əks etdirir. Heydər Əliyev bəstəkarın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək belə demişdir: “Tofiq, sən fəxr edə bilərsənki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”
Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti hal-hazırda onun davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənabları müvəffəqiyyətlə dəvam etdirir. Prezident İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkşaf etmiş, digər ölkələr tərəfindən musiqimizə maraq xüsusilə artmışdır. Sevindirici haldır ki, Azərbaycanın ən qədim janrlarından biri olan muğam sənəti müasir dövrdə nəinki yaşlı nəsil, hətta gənclər tərəfindən də xüsusilə sevilərək dinlənilir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə muğamlarımızın qorunması və təbliği yeni vüsət tapmışdır. Muğam müsabiqə və festivallarının təşkili, müxtəlif televiziya və radio kanallarında muğam konsertlərinin keçirilməsi çoxlu sayda gənc və istedatlı şəxslərin üzə çıxarılmasına səbəb oldu. Xalqımızın canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi olan muğam sənəti 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Ölkəmizdə Muğam evi, Muğam mərkəzi kimi mədəni ocaqların fəaliyyətə başlaması, 2009-cu ilin mart ayında Heydər Əliyev fondunun təşəbbüsü ilə bütün dünyada əks-sədaya səbəb olmuş “Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi Azərbaycan musiqi mədəniyyətinin, ümumən dünya səviyyəsində tanıdılması, təbliği və sevilməsi istiqamətində təşkil olunan mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məhşur muğam ustalarının valehedici ifalarının toplandığı “Qarabağ xanəndələri” albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Müasir dövrdə də Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılır. Hal-hazırda Azərbaycan dövləti siyasi arenada olduğu kimi, mədəni arenada da prezident İlham Əliyevin göstərdiyi əvəzsiz xidmətlər sayəsində inkşafının yeni mərhələlərinə qədəm qoyub. Əminik ki, İlham Əliyevin uğurlu siyasəti nəticəsində bizim düşmən tapdağında olan torpaqlarımız da tezliklə geri alınacaq və milli musiqimizin sədası işğal olunmuş torpaqlarımızdan eşidiləcək. Bu hər bir azərbaycanlının ən böyük arzusu və əsas amalıdır.
ƏDƏBİYYAT:
- Abduləliyev A.Ə. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti // “Musiqi dünyası”jurnalı, №1-2, 2008. S. 4-17.
- Əliyeva N. Müstəqilliyin banisi // “Azərbaycan” qəz., Bakı, 2017, 9 may.
- Həbibbəyli İ. Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq // “Azərbaycan” qəz., Bakı, 2016, 6 may.
- Quliyev A. Heydər Əliyev Azərbaycan musiqi sənətinin böyük hamisidir // “Musiqi dünyası” jurnalı. № 3-4, 2008. S. 18-19.
- Məmmədova G. Azərbaycan təhsilinin memarı // “Xalq” qəz., Bakı, 2017, 12 dekabr.
Saytoqrafiya:
- http://mehribanaliyeva.preslib.az/media-c11ffd08f8.html
- http://www.anl.az/down/meqale/medeniyyet/2010/may/118566.htm
Mövzuya uyğun
- 04.12.2020 — Kamança tədrisində metodoloji problemlər
- 13.12.2018 — Elnarə Dadaşovanın “Sayalı” baletinin müxtəlif redaksiyalarının müqayisəli təhlili
- 25.06.2018 — Heydər Əliyev — daim xatırlanan və heç vaxt unudulmayan şəxsiyyət
- 17.09.2014 — Məmmədova Səbinə
YENİ AZƏRBAYCAN PARTİYASI
– Abdin müəllim, bu gün dünyada müşahidə edilən çoxsaylı problemlər sırasında sivilizasiyaların toqquşması, dini, etnik zəmində ziddiyyətlər xüsusi yer tutur. Bir çox ölkələrin bu kontekstdə müxtəlif problemlərlə qarşılaşmasına baxmayaraq, Azərbaycan həm sabitlik adası və tolerantlıq nümunəsi kimi xarakterizə olunur, həm də sivilizasiyalararası dialoq prosesinə mühüm töhfələr verir. Bu barədə nə deyə bilərsiniz? – Bu gün bütün dünyada geniş miqyas alan qlobal maliyyə-iqtisadi problemlərlə yanaşı, beynəlxalq terrorizm, siyasi təbəddülatlar, ictimai kataklizmlər əksər ölkələri ağır məhrumiyyətlərə düçar edib. Xüsusən dövlətlərarası ziddiyyətlərin güclənməsi, ksenofobiyanın və ekstremizmin baş alıb getməsi, milli zəmində yeni münaqişə ocaqlarının yaranması kimi məsələlər bəşəriyyətin qarşısında ən aktual qayğılar kimi durur. Təqdirəlayiq haldır ki, Azərbaycan özünü bütün bu mənfi tendensiyalardan sığortala bilib və belə çətin şəraitdə özünəməxsus inkişaf modelini icra etməyə müvəffəq olur. Bu nailiyyətlər alternativsizliyi tam təsbit olunmuş Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin müdrik, düşünlmüş siyasətinin məntiqi nəticələridir. Əslində, bu gün qonşu dövlətlərimizdən Yaxın Şərqə və Avropaya qədər uzanan siyasi xaos, iqtisadi səfalət, miqrant axını, dövlətin parçalanması kimi ağrılı prosesləri Azərbaycan da yaşayıb. Ötən əsrin 1988-1993-cü illəri ərzində ölkəmizdə tüğyan edən böhran və separatizm dalğası məhz dünyanın ən böyük azərbaycanlısı hesab edilən Heydər Əliyev şəxsiyyətinin fədakarlığı və mübarizliyi sayəsində aradan qaldırıldı, Azərbaycan sabitliyə, tərəqqiyə qədəm qoydu. Bu gün dünyanın onlarla dövlətinin yaşadığı təlatümləri televiziya ekranlarında, qəzet səhifələrində ürək ağrısı ilə izləyərkən, onların sırasında olmadığımıza görə ulu öndərimizin əbədiyaşar ruhu qarşısında bir daha minnətdarlığımızı bildirir, bu dahi şəxsiyyətin ən böyük əsəri olan müstəqil Azərbaycan idyeası ətrafında daha sıx birləşirik. Heydər Əliyev xalqı vahid məram ətrafında səfərbər etdi, onu Azərbaycan bayrağı altında birləşdirdi Ümummilli Liderimizin ən böyük uğurlarından biri də o idi ki, xalqımızın ən dəyərli keyfiyyətlərindən olan digər millətlərin hüquq və mədəniyyətlərinə hörmətlə yanaşma xüsusiyyətini milli ideologiya – azərbaycançılıq səviyyəsinə qədər yüksəltdi və rəsmiləşdirdi. Bu böyük şəxsiyyət Azərbaycanı separatizm və parçalanma bəlasından xilas edərkən tarixən bu torpaqlarda yaşayan xalqların təmsilçilərini də vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirdi. Bu baxımdan tam əminliklə demək olar ki, bu gün dünyanın böyük maraqla öyrəndiyi Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisi də məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər hökm sürmüşdür. Ona görə bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı multikultural, tolerant məkandır. Çox ölkə və xalqlardan fərqli olaraq Azərbaycan onları özününkülərə və yadlara ayırmamış, hamıya eyni qayğı, məhəbbətlə yanaşmışdır. – Azərbaycan, eyni zamanda, dünyaya özünəməxsus multikulturalizm təcrübəsi və çoxmədəniyyətlilik ənənələri təqdim edə bilib. – Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Ona görə ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Heydər Əliyevin dövlətçilik dühası nəticəsində Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri qəbul edilmişdir Ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olmuşdur. Müstəqillik illərində isə bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycanda əsrlər boyu bu ənənə mövcud olsa da, cəmiyyətin multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik dühası nəticəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir. Azərbaycan xalqının yüksək milli şüurunun və təfəkkürünün göstəricisi olan bu dəyər ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində mühüm rol oynamışdır. Ümummilli Liderin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli idi. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirirdi. Tariximizin yuxarıda xatırlatdığımız çətin dövrlərində – 1993-cü ildə Heydər Əliyev bu ərazidə yaşayan digər millətlərin nümayəndələri ilə intensiv görüşlər keçirir, onların yaşayış məntəqələrini ziyarət edir, onların tamhüquqlu Azərbaycan vətəndaşı olduqlarını anladırdı. Ölkəmizdə yaşayan bütün xalqların birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırdıqlarını ümummilli məram kimi müəyyənləşdirən dahi şəxsiyyət bu insanların yeni müstəqil dövlətin möhkəmlənməsinə töhfə vermələrinə də hər cür şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur Bu prosesin ideoloji əsaslarını təmin edən isə məhz barəsində bəhs etdiyimiz azərbaycançılıq ideologiyası idi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiya unitar, hüquqi, demokratik və müxtəlif xalqların dinc, mehriban və dostluq şəraitində yaşadığı dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına uğurla xidmət etdi. Çünki azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur və onların müstəqil Azərbaycan qayəsi ətrafında vəhdətini təmin edir. Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçirmişdir. Ümummilli lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm elementlərindən biri hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün etnosların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların eyni hüquqlara malik olmalarını təmin etməli idi. Məhz ulu öndərin təşəbbüsləri və siyasi uzaqgörənliyi ilə azərbaycançılıq ideologiyasının başlıca prinsiplərinin – ana dili, milli mədəniyyət, milli-mənəvi dəyərlərin inkişafı və cəmiyyət tərəfindən mənimsənilməsi sahəsində ardıcıl və məqsədyönlü addımların atılması öz növbəsində multikultural dəyərlərin möhkəmlənməsinə yol açdı. Ən əsası multikulturalizm müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosiomədəni və etno-siyasi cəhətlərini özündə birləşdirdi. Təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün xalqların mədəni kimliyinə təminat verildi. Onların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ümummilli liderin bu siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanırdı. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Uğurlarımızın təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. – Yeri gəlmişkən, Azərbaycanda multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi səciyyələndirilir. – Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır. Xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformasının təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycanda 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum göstərir ki, mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə inkişafı yönündə Prezident İlham Əliyevin təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Məsələn, “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı şəxsən Prezident İlham Əliyevdir. “Bakı prosesi” artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu, dünyada keçirilən yeganə tədbirdir ki, burada adətən bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə də böyük maraq oyadır. 2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”. – Abdin müəllim, Sivilizasiyalararası dialoq məkanı kimi çıxış edən Azərbaycanda qlobal əhəmiyyətli tədbirlər keçirilir, ölkə reallıqları bütün dünyaya nümayiş etdirilir. Bu istiqamətdə Heydər Əliyev Fondu öz fəaliyyəti ilə xüsusi rol oynayır. – Bakı həm də qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Bu qəbildən artıq bir neçə ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu cür tədbirlər multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu təsdiq edir. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Fond fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində indiyədək ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. – Abdin müəllim, multikultural dəyərlər və ənənələr dövlətlər və xalqlararası münasibətlərə də ciddi təsir göstərir. Bu məsələni necə xarakterizə etmək olar? – Bəli, multikultural dəyərlər dövlətlərarası münasibətlərə də sirayət edərək onun inkişafına öz töhfəsini verir. Buna Azərbaycan-Rusiya əməkdaşlığını nümunə göstərmək olar. Yaxın qonşular olaraq Azərbaycan və Rusiya xalqlarının mədəniyyətləri, milli dəyərləri hər iki ölkədə hörmətlə qarşılanır. Bunun əsas əsas səbəblərindən biri Rusiya və Azərbaycan münasibətlərinin zəngin tarixi-mənəvi köklərinin olmasıdır. Bu iki dövlət uzun onilliklər ərzində tarixin əhəmiyyətli bir dövrünü birgə yaradıb. Sivilizasiyanın inkişafına, dünyada sülhün, əmin-amanlığın qorunmasına müştərək xidmət göstərib. Dünya mədəniyyətinə, bu ortaq tarixin məhsulu olan bir-birindən qiymətli incilər bəxş edib. Bu mənada Azərbaycan və rus xalqlarının əlaqələri həm də özündə mültikultural mahiyyət daşıyır. Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasındakı dostluq və qardaşlıq əlaqələri də Azərbaycan-Rusiya münasibətlərinin yüksək mültikultural etimada əsaslanmasının ən gözəl nümunələrdən biridir. İki ölkə arasındakı sıx münasibətlərə, ortaq mədəni dəyərlərə əsaslanaraq bu əlaqələri daha da inkişaf etdirmək son illər diqqət yetirdiyimiz əsas işlərimizdən biridir. Bu əlaqələrin istiqamətvericisi isə Heydər Əliyev Fondudur. Azərbaycanda mərhəmətin, xeyirxahlığın və humanizmin rəmzi sayılan Fondun təşəbbüsü ilə Həştərxan vilayətində də iri layihələr uğurla icra olunub. Rus xalqının, o cümlədən Həştərxan sakinlərinin Azərbacyanın ümummilli lideri, Azərbacan-Rusiya əlaqələrinin yeni mərhələdə inkişafının banisi olan və multikultural dəyərlərə böyük önəm verən Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiram sonsuzdur. Bu ehtirama əsaslanaraq Həştərxan şəhərinin mərkəzində, Volqa çayının sahilindəki mənzərəli bağda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Abidənin asılışında Prezident İlham Əliyev də iştirak edib. Bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzidir. Həm rusiyalıların, həm də azərbaycanlıların dostluğunun, qarşılıqlı ehtiramının, bir-birlərinin dəyərlərinə hörmətin simvoludur. Bundan başqa Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılıb, mebel və texniki avadanlıqlarla təchiz olunub. Prezident İlham Əliyevin təşəbbüsü və Fondun dəstəyi ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsi qoyulub və onun yerləşdiyi ərazidə yeni park salınıb. Həştərxanın Nərimanov şəhərində Nəriman Nərimanovun abidəsinin yerləşdiyi parkın ərazisinin bərpa edilərək abadlaşdırılması, vilayətin mərkəzində “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı, Voljskiy küçəsində ən müasir səviyyədə uşaq bağçasının tikintisinin aparılması, həmçinin digər layihələr Heydər Əliyev Fondunun Həştərxan sakinlərinə töhfəsidir. Bir məqamı da qeyd edim ki, Həştərxanda «Azərbaycan-Rusiya Dostluq körpüsünün» açılması, Nərimanov rayonunda isə “Bakı və Həştərxan dostluğu” abidəsinin ucaldılması iki qardaş xalqın səmimi münasibətlərinin uğurlu simvolikasıdır. Bu səmərəli əməkdaşlıq və müsbət nəticələri olan işgüzarlıq qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, hər iki tərəfdə rəsmi diqqət və təltiflərlə qarşılanıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhər dumasının qərarı ilə «Həştərxan şəhərinin fəxri vətəndaşı» adına, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Həştərxan vilayəti qarşısında xidmətlərinə görə» ordeninə layiq görülüblər. Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Leyla xanım Əliyevanın “III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa Ordeni” ilə təltif olunmasının ən əlamətdar məqamı odur ki, Leyla xanım bu mükafatı alan ilk müsəlman xanımı olmuşdur. Həmçinin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də Azərbaycanın yüksək dövlət mükafatı – “Dostluq” Ordeni ilə təltif olunan Rusiyanın ilk federasiya subyektinin rəhbəri olmuşdur. Rusiyada azərbaycanlıların yaşamadığı federasiya subyekti, yaxud bir şəhər tapmaq çətindir, eləcə də Azərbaycanda da ruslar geniş məskunlaşıblar. Hər iki xalqın nümayəndələri paytaxtlardan kəndlərə qədər inteqrasiya ediblər. Bunun da əsas səbəblərindən və eyni zamanda münasibətlərin pozitiv məqamlarından biri hər iki xalqın bir-birlərinə, mədəniyyətlərinə, dəyərlərinə tolerant və hörmətlə yanaşmasıdır. Bu mənəvi irsə əsaslanaraq Həştərxanla regional əməkdaşlıqda qarşımızda duran əsas vəzifələrdən biri də tarixi kökləri olan bu ənənəni daha da möhkəmləndirməkdir. Qeyd edim ki, paytaxtımızın mərkəzi yaşayış məntəqələrindən olan Nərimanov rayonunu multikultural səviyyədə Azərbaycanın kiçildilmiş nümunəsi də hesab etmək olar. Belə ki, ölkəmizin çoxmillətli xarakterik xüsusiyyəti rayonumuza da tam şamil olunub. Burada fərqli xalqların nümayəndələri yaşayır, təhsil alır, işləyir. Onların bütün hüquqları qorunur, milli və dini mərasimlərinin icra etmələri üçün hər cür şərait yaradılır. Nərimanov rayonunu inkişafı və abadlaşması prosesində digər xalqların təmsilçiləri də fəallıq göstərir, bir sözlə, əsl Azərbaycan vətəndaşları olaraq, dövlətə layiqli xidmət edirlər. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Bu səhifəni göndər
Adınız
E-poçt
Mesajınız
Heydər Əliyevin mirası – müstəqil, çiçəklənən Azərbaycan
Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.
Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində etiraz etmək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq bu cəsarəti göstərdi, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi, bu yolda hətta canını əsirgəmədiyini ortaya qoydu.
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə ayırmaq olar: 1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi; 2. Müstəqil Azərbaycanın inkişaf dövrü.
Müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsi
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir mərhələ idi. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə çox böyük çətinliklərlə, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki hakimiyyətin siyasi səriştəsizliyi bizi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuş, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, “kürsü davası” ölkəmizi hər gün uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq əvəzinə, bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda bir-birilərinə qarşı mübarizə aparırdılar. Ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yaranmışdı. Siyasi böhranla yanaşı, ölkədə hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi. Ölkə dərin xaos, anarxiya, çaşqınlıq içində idi, artıq xalqın bu gündən sabaha ümidi, inamı qalmamışdı, nə edəcəyini bilmirdi.
Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.
Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü
Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”. Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) 91,9 faiz səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.
Xarici siyasət proritetlərinin müəyyən edilməsi və beynəlxalq münasibətlərin qurulması
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.
Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.
Ümummilli liderin ardıcıl səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratma cəhdinin təsdiqlənməsi, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən, bu ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və işğal nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini vurğulayan qətnamə qəbul etməsi, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq məskunlaşdırılmasını etiraf etməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyətlər idi.
Beləliklə, ulu öndər Heydər Əliyevin düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin qurulması, həm mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dünyada qəbul edilməsi istiqamətində böyük uğurlara imza atıldı. Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş və balanslaşdırılmış xarici siyasət sayəsində müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildi, dünyanın ən mötəbər təşkilatlarına üzv qəbul edildi, beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.
Müstəqil Azərbaycanın iqtisadi inkişaf dövrü
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.
Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.
Yeni neft strategiyası
Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ümummilli lider neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.
Daha sonra Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmağa başladı.
Neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.
Beləliklə, ulu öndər Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.
Comments are closed, but trackbacks and pingbacks are open.