Press "Enter" to skip to content

Heydər əliyev yubileyi ssenari

“Müstəqillik hər xalqa nəsib olmur, onun yolunda qan tökülür, qurbanlar verilir”.

Heydər əliyev yubileyi ssenari

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Gündəm İstiqlal Bəyannaməsinin SÖNÜK YUBİLEYİ: “Axı Heydər Əliyev də istiqlalçı deputatların sırasındadır” – Keçmiş nazir

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Avqust 30, 2021 – 13:48

!Reklam – Yazi

“Müstəqillik hər xalqa nəsib olmur, onun yolunda qan tökülür, qurbanlar verilir”.

Bu fikirləri 1991-ci il avqustun 30-da o vaxtkı Ali Sovetdə qəbul olunan İstiqlal Bəyannaməsinin 30 illiyinin təntənəli şəkildə qeyd olunmamasına münasibət bildirən istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, yolunda qurbanlar verilən müstəqillik hər xalqa nəsib olmur: “Əslində, o sual mənə yox, bu işi təşkil etməli olanlara verilməlidir. Çünki burada bir az qısqanclıq hissi də var. Amma məsələ burasındadır ki, mərhum Heydər Əliyev də istiqlalçı deputatların sırasındadır. Yəni 1991-ci ildə Azərbaycanın SSRİ-nin tərkibində qalmasının əleyhinə səs verdik. Ümumiyyətlə, Heydər Əliyev Naxçıvanda SSRİ-nin saxlanması üçün təşkil olunan referendumun keçirilməsinə imkan vermədi. Fikrimcə, jurnalistlər bu məsələni geniş araşdırıb gözəl yazı ortaya qoya bilərlər. Bütün bunlara baxmayaraq, mən İstiqlal Bəyannaməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını, millətimizi təbrik edirəm. Müstəqillik hər xalqa nəsib olmur, onun yolunda qan tökülür, qurbanlar verilir. Allaha şükür, gəlib bu günlərə çıxmışıq”. A.Zeynalov

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Heydər əliyev yubileyi ssenari

2023-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi, Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətlərindən bəhs edən filmin, məqalələrin, xüsusi bülletenin hazırlanması nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, yubileylə əlaqədar media nümayəndələrinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunacaq. Eyni zamanda “Azərsu” ASC-də idman spartakiadası, qanvermə və ağacəkmə aksiyaları keçiriləcək.

Tədbirlər Planının icrası ilə əlaqədar Komissiya üzvlərinə, aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycanda su təsərrüfatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Kür Su Təchizatı Kompleksi və Kür-Bakı su kəmərləri sisteminin yaradılması, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin 3-cü növbəsinin inşası, Bakının “Böyük kanalizasiya” layihəsinin hazırlanması və həyata keçirilməsi, respublikanın rayon mərkəzləri və iri yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə içməli və tullantı su sektorunda yeni mərhələ başlayıb, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana ayırdığı güzəştli kreditlər hesabına 1998-2002-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” həyata keçirilib.

Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında müstəsna əhəmiyyəti olan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da ümummilli lider Heydər Əliyev olub. 2002-ci ilin dekabrında Bakı şəhərinin su təchizatı ilə bağlı geniş müşavirədə ümummilli lider Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlarını verib. 2007-ci ilin martında təməli qoyulan Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Xankəndi

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində sənətkarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotosərgi ilə tanış olublar.

Yubiley tədbirindən əvvəl mədəniyyət və incəsənət xadimləri böyük sənətkarın musiqi sənətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Eldar Quliyev bu yubileyin həm də Azərbaycan xalqı üçün böyük bir bayram olduğunu vurğulayıblar. Çünki Müslüm Maqomayev Azərbaycanda doğulub, burada boya-başa çatıb.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri yubiley gecəsi Müslüm Maqomayevin ifasının yer aldığı videokadrların nümayişi ilə başlayıb.

Tədbirdə qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bu möhtəşəm yubiley tədbiri də həmin Sərəncama əsasən təşkil edilib.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1962-ci ildə maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, “La Skala” Milan teatrında təcrübə keçib.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konserti anşlaqla keçmişdi. 1960-70-ci illərdə isə Müslüm Maqomayevin şöhrəti bütün dünyaya yayılmışdı. Onun konsertləri hətta stadionlarda təşkil olunurdu. Daim qastrol səfərlərində olan müğənninin mahnıları yazılmış vallar böyük tirajla buraxılırdı. Müslüm Maqomayevi sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülmüşdü. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir.

Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin “Taleyin gücü” operasından uvertüranın səsləndirilməsi ilə başlanıb. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.

Tədbirdə Müslüm Maqomayev adına beynəlxalq müsabiqələr laureatları, tanınmış müğənnilər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Tanınmış bəstəkar və müğənni Emin Ağalarovun (EMİN) çıxışı gecəyə xüsusi rəng qatıb. Müslüm Maqomayevi hələ 3 yaşından tanıdığını bildirən EMİN deyib ki, onu heç zaman unutmayacaq. İfaçılıq estafetini məhz bu dahi müğənnidən aldığı üçün xoşbəxtdir. Onu musiqiçi olmağa Müslüm Maqomayev ruhlandırıb.

Müslüm Maqomayevin 75 illik yubileyinin Moskvada da qeyd olunduğunu diqqətə çatdıran EMİN bildirib ki, əbədilik qazanmaq hər müğənniyə nəsib olmur. Müslüm Maqomayev məhz əbədiyaşar sənətkarlardandır.

Mərasim Müslüm Maqomayevin ifasında mahnıların yer aldığı kadrlarla müşayiət olunub. Habelə ulu öndər Heydər Əliyevin Müslüm Maqomayevin yaradıcılığı haqqında dediyi fikirləri əks etdirən kadrlar göstərilib.

Gecədə sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya da iştirak edib.

Comments are closed, but trackbacks and pingbacks are open.