Heydər əliyevin 96 illiyi
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, onların ailə üzvləri və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər.
Heydər əliyevin 96 illiyi
11:59 – 10 May 2019
10 may, Fineko/abc.az. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, onların ailə üzvləri və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində doğulub.
1969-cu ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabr ayında Heydər Əliyev Siyasi Büronun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
1990-cı ilin iyul ayında Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu, ABŞ-ın Klivlend klinikasında, vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.
Heydər əliyevin 96 illiyi
FHN-də Heydər Əliyevin anadan olmasının 96, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə tədbir keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı və Heydər Əliyev Fondunun yaradılmasının 15-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
ONA-nın məlumatına görə, əvvəlcə, nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri qoyulub.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb.
Tədbirdə Heydər Əliyevin ömür yolundan danışan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib ki, Naxçıvanın ağır dövründə Heydər Əliyev gəlməsəydi, Naxçıvan Ermənistan tərəfindən işğal təhlükəsi ilə üz-üzə qalacaqdı.
K.Heydərov müstəqilliyin ilk illərində Azərbaycanın ağır durumda olduğunu xatırladıb: “1993-cü ildə xalqın çağırışı ilə Bakıya qayıdan Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı, Ermənistanın işğalı dayandırıldı, sabitlik və inkişafın əsası qoyuldu. Bu gün məhz o möhkəm təməlin üzərində Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirir”.
Nazir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin ilk illəri yeni yaranan bir çox dövlətlərlə müqayisədə faciəvi olub: “Bir tərəfdən səbatsız, bir-biri ilə çəkişən rəhbərlər, digər tərəfdən, Ermənistanın işğalı reallığı vardı. Heydər Əliyev dahi bir insan kimi Azərbaycanı bəlalardan xilas etdi, gələcək yol xəritəsini müəyyənləşdirdi. Biz həmişə Heydər Əliyevə minnətdar olmalıyıq. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq”.
K.Heydərov Heydər Əliyev Fondunun yaranmasının 15-ci ildönümü olduğunu da xatırladaraq, Fondun əməkdaşlarının, Fonda çalışanların fəaliyyətini yüksək qiymətləndirib: “Heydər Əliyev Fondunu Mehriban xanım Əliyeva qurub. Mən elə bir Fond tanımıram ki, əhaliyə bu qədər xidmət göstərsin. Azərbaycanın inkişafında Heydər Əliyev Fondunun dəstəyi inanılmazdır. Mən fürsətdən istifadə edərək, həm Prezident İlham Əliyev, həm də Mehriban Əliyevaya bizə göstərdikləri dəstək və qayğıya görə təşəkkür edirəm. Şamaxı, İsmayıllı, Ağsu zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun könüllüləri gəldi, bizim işlərə kömək etdi. Fond bir çox ev və sosial obyektin tikilməsini öz üzərinə götürdü. Bu, çox böyük diqqət, dəstəkdir”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, tarixi yaradalar, tarixi quranlar və tarixi öyrənənlər var: “Buradakı insanların çoxu həmin tarixi görüb. Biz Ümummilli Liderin fəaliyyəti dövründə yaşamışıq, çalışmışıq, xalqımızın, dövlətimizin möhkəmlənməsinə töhfə verməklə yanaşı, təcrübə toplamışıq. Dünyada bu gün baş verən proseslərə baxanda görürük ki, Azərbaycanın bəxti onda gətirdi ki, Heydər Əliyev ölkəyə qayıtdı. Əvvəl Naxçıvanı, sonra isə Azərbaycanı xilas etdi”.
S.Novruzov nəzərə çatdırıb ki, Azərbaycan SSRİ-dəki 15 respublika arasında müstəqilliyini 14-cü elan edib: “Azərbaycanın müstəqillik tarixi, ənənəsi vardı və ən azı ikinci, üçüncü olaraq SSRİ respublikaları arasında müstəqil dövlət kimi elan olunmalı idi. Səriştəsiz insanların gözləmə mövqeyi nəinki müstəqilliyimizin gec elan olunmasına, ölkənin acınacaqlı duruma düşməsinə, torpaqlarımızın itirilməsinə səbəb oldu. Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, bugünkü nailiyyətlərimiz indikindən 20 dəfə artıq olardı. Heydər Əliyevi zamana qalib gələn şəxsiyyət idi. Zamana qalib gəlmək üçün qabağı görməli və cəsarətli addımlar atmalısan. Heydər Əliyev zamanı qabaqladı, Azərbaycanın inkişaf strategiyasını müəyyən etdi. Heydər Əliyev olmasaydı, əsrin əvvəlində olduğu kimi, Azərbaycan parçalanmalı, ayrı-ayrı dövlətlərin tərkibində fəaliyyət göstərməli idi. Azərbaycan SSRİ respublikaları arasında 14-cü müstəqilliyini elan etməsinə baxmayaraq, onlar arasında ən yaxşı vəziyyətdə olan respublikadır. Azərbaycanın müstəqilliyi və dövlət quruculuğunda Heydər Əliyevin misilsiz rolu var”.
O nəzərə çatdırıb ki, sərvətləri olan dövlətlər arasında həm yaxşı yaşayan, həm pis durumda olanlar var: “Bu gün İraqa, Suriyaya Liviyaya baxsaq, görərik ki, ayrı-ayrı dövlətlərin marağı ucbatından həmin sərvətlər xalqın mənafeyinə xidmət etmir. Bu gün Azərbaycanın hər bir vətəndaşı ayıq-sayıq olmalıdır. Ayrı-ayrı dövlətləri qızışdırıb Azərbaycana qarşı qoymaq istəyirlər, belə halların qarşısı alınmalıdır. Bu gün Prezidentin ətrafında birləşməyə ehtiyac var və burada həmin qvardiyanın üzvləri əyləşib. Prezident tərəfindən atılan addımlar, Heydər Əliyev siyasətinin davam etdirilməsi ayrı-ayrı dövlətlər tərəfindən qəbul olunmur. Azərbaycanın müstəqil siyasət yeritməsi o dövlətlərdə qıcış yaradır. Azərbaycan 200 dövlət içərisində az dövlətlərdən biridir ki, müstəqil siyasət yürüdür. Həmin dövlətlərin bir qismi alyanslarda toplaşıb, özlərinə böyük qardaş tapıb, onun dediyi ilə oturub durur. Azərbaycan isə müstəqil siyasət yeridir və bu siyasət xalqın maraqlarına uyğun həyata keçirilir”.
YAP icra katibinin müavini deyib ki, Prezident İlham Əliyev həmişə vətəndaşların yanında olduğunu göstərib: “Biz yanvar ayından başlayaraq dövlət başçısının verdiyi sərəncamlara baxsaq, müxtəlif qəbildən olan insanların əməkhaqqı, pensiyası artırılıb. Bu insanların həyat şəraitinin yaxşılaşması üçün böyük həcmdə vəsait ayrılıb”.
S.Novruzov FHN əməkdaşlarının da daim dövlətə sədaqətlə xidmət etdiklərini vurğulayıb: “Kür və Araz çaylarının törətdiyi daşqınların, zəlzələlərin nəticələrinin aradan qaldırılması, yanğınların qarşısının alması, Bakıda ticarət mərkəzində baş verən son yanğında bir insanın belə xəsarət almaması FHN-in uğurlu xidmətinin nəticəsidir. Eyni zamanda onu mütləq vurğulamalıyam ki, nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi sahədə dövlətə, Prezidentə sədaqət, xidmət var. İnsanın fəaliyyəti tutduğu vəzifədən deyil, onun şəxsiyyətindən asılıdır. FHN Prezidentin fərman və sərəncamlarını yüksək səviyyədə həyata keçirir. Mən mütləq FHN əməkdaşlarının başqa ölkələrdə təbii fəlakətlərin qarşısının alınmasında iştiraklarını da qeyd etməliyəm. FHN-nin Prezidentə, dövlətə sədaqətli xidməti Şamaxı-İsmayılı bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması, vətəndaşlarda dövlətə inam yaradılmasında da özünü döstərir. Əminəm ki, bu kollektiv hər zaman Prezidentin ətrafında səfərbər olacaq və dövlətə, Prezidentə ləyaqətlə xidmət edəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
10 May , 2019 00:00
https://static.report.az/photo/b37a4fdf-89f9-4769-bb31-38aad0e17160.jpg
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. “Report” xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub. Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. 27 mart 1997-ci il – Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib. 13 aprel 1999-cu il – Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı – “Atatürk Sülh Mükafatına” layiq görülüb. 20 yanvar 2001-ci il – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib. 3 aprel 2003-cü il – Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. 10 may 2003-cü il – Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.