Press "Enter" to skip to content

Heydər əliyevin anadan olması iə əlaqəda r tədbir

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Siyasi Sənədlər Arxivində tədbir keçirilib VİDEO

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir və “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və Siyasi Sənədlər Arxivinin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən sənədlərdən ibarət sərgiyə baxıblar. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Heydər Əliyev fenomeni” adlı stendlər haqqında məlumat verib, Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, habelə o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.

Qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, Ulu Öndərin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib. Ümummilli Liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu, uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir. Tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin xalqımızın tarixində böyük rolu var.

Elmira Ələkbərova vurğulayıb ki, 1969-1982-ci illər Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olub. 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanılıb. Dahi rəhbərin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, habelə istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb. Bütün bunların nəticəsi olaraq, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında ölkəmizin sənayesi SSRİ-də qabaqcıl yerlərdə qərarlaşıb.

Ulu Öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbiidir ki, onu əldə etməkdən də çətindir” müdrik kəlamını xatırladan E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı idarəçilik məktəbinin ən layiqli nümayəndəsi olan Prezident İlham Əliyev dayanır. Dövlətimizin başçısı müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu Öndər kimi dövlətimizin başçısının da milli məfkurəyə və reallığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad ediləcək, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri siyahısında ən ön cərgələrdə yer alacaq”.

Sonra Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin aparıcı məsləhətçisi Səbinə Zeynalovanın “Xalqın xilaskarı, əfsanəvi lider” mövzusunda məruzəsi dinlənilib. S.Zeynalova məruzəsində çağdaş Azərbaycan tarixində iki mühüm dönüş nöqtəsindən – Azərbaycanın siyasi həyatında Heydər Əliyevin adı ilə bağlı olan 1969-cu il 14 iyul və 1993-cü il 15 iyun tarixlərindən bəhs edərək ölkəyə rəhbərliyinin hər iki mərhələsində Ümummilli Liderin əsas məqsədinin müstəqil, azad və firavan Azərbaycan dövləti qurmaq olduğunu vurğulayıb.

1997-ci ildə yaradılmış Prezident Katibliyinin ilk işçilərindən olan S.Zeynalova daha sonra Ümummilli Liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Mən çox xoşbəxtəm ki, bu cür əzmkar dövlət başçısı ilə işləmiş və ondan çox şey öyrənmişəm. Hər zaman dürüst olmağı, səhvsiz yaşamağı, nümunəvi olmağı ulu öndər Heydər Əliyevdən öyrənmişəm”. O, Heydər Əliyevin hər kəsin yaddaşına həkk olunmuş “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını bir daha xatırladaraq, Ümummilli Liderin daim xalqının qəlbində ölməz və parlaq şəxsiyyət kimi qalacağını qeyd edib.

Tədbirin ikinci hissəsində Siyasi Sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969–noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı olub. Kitabın redaksiya heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək uzaqgörən siyasətçinin hələ sovet dönəmində gələcək müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün yüksəkixtisaslı, milli kadrların hazırlanmasındakı rolundan, bu dahi şəxsiyyətin elm və təhsil məsələlərinə olan xüsusi diqqətindən danışıb. Hazırkı sənədlər toplusunda Siyasi Sənədlər Arxivində mühafizə edilən 280 sənədin yer aldığını qeyd edən natiq Ümummilli Liderin tükənməz irsinin öyrənilməsində kitabın qiymətli bir mənbə olduğunu söyləyib. Bildirib ki, bu kitabda Azərbaycan tarixini öyrənən tarixçilər, siyasətçilər üçün çox dəyərli materiallar toplanılıb. O cümlədən göstərilən xronoloji çərçivəyə aid sənədləri tədqiq etmək imkanı olmayan və ölkə xaricində yaşayan tədqiqatçılar üçün də hazırkı nəşr geniş imkanlar yaradacaq.

Milli Məclisin deputatları Fəzail İbrahimli və Pərvin Kərimzadə Ulu Öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu bildirib, onun respublikamızın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən söhbət açıblar.

Sonda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Heydər əliyevin anadan olması iə əlaqəda r tədbir

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.

“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.
“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.

“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləridir. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.

Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.

Heydər əliyevin anadan olması iə əlaqəda r tədbir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür.

“Unikal” xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında – ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H. Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Comments are closed, but trackbacks and pingbacks are open.