Press "Enter" to skip to content

Heydər əliyevin anım günü ssenarisi

Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür.

İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı – Paylaşım

Dövlət başçısı paylaşımda Heydər Əliyevdən “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” sitatını gətirib.

Xatırladaq ki, bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür.

DİGƏR XƏBƏRLƏR

SON ANDA

Nazir: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

  • 15 Mart 22:03

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb

  • 15 Mart 21:07

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

  • 15 Mart 20:25

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib – FOTO

  • 15 Mart 20:20

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin qiyməti açıqlanıb

  • 15 Mart 19:22

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

  • 15 Mart 19:16

Heydər əliyevin anım günü ssenarisi

Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 15 ili tamam olur.

Modern.az saytı Heydər Əliyevin keçdiyi həyat yoluna qısa nəzər salır:

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan ümummilli lider 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

Rektor ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb.

“Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir” fikrini hər dəfə səsləndirdiyini xatırladan rektor bu baxımdan Azərbaycan xalqının həqiqətən də xoşbəxt olduğunu qeyd edib: “Ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır”.

Sonra universitetin kafedra müdirləri, professorlar – Ziyafət Əsgərov, Məzahir Pənahov və Cahangir Məmmədli çıxış ediblər.

Tədbirin sonunda universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin ssenarisi əsasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.