Press "Enter" to skip to content

Heydər əliyevin doğum günü illiyi

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

Qlobalinfo

Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür

Bu gün Heydər Əliyevin 93 yaşı qeyd olunur.

APA-nın məlumatına görə, bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında – ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

Heydər əliyevin doğum günü illiyi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Yevlaxda qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və rayonun ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub.

Sonra Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında mövcud karantin tələblərinə uyğun qaydada tədbir davam edib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əlavə həm də tarix yaradan şəxsiyyət olub. Natiq vurğulayıb ki, Sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə edildi, ölkə müasirləşdi və xalqımızın rifahı, yaşam səviyyəsi qat-qat artdı.

Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını qeyd edən Anar Tağıyev vurğuladı ki, Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir: “Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradır. Zəngəzur dəhlizini həyata keçirməklə isə ulu öndərin daha bir vəsiyyətini reallaşdırmış olacaq”.

“ABŞ üçün Corc Vaşinqton, Türkiyə üçün Atatürk, Almaniya üçün Adenaur hansı tarixi missiya sahibirsə, Heydər Əliyev də Azərbaycan üçün daha artıq dəyərə sahibdir” – deyən Anar Tağıyevin fikrincə, ulu öndər həm qurucu lider, həm də Azərbaycanın inkişaf yoluna daim işıq salan mayakdır, Heydər Əliyev elə Azərbaycan deməkdir!”

Sonra Heydər Əliyevin anadan olmasının 98–ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Heydər əliyevin doğum günü illiyi

Qazaxıstanın paytaxtı Astanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Müstəqilliyin 25 illiyi-Müstəqil dövlətlərin formalaşmasında liderlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə Unikal.org-a Azərbaycanın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq Türk Akademiyası və Azərbaycanın Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən öncə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı nəşrlərdən ibarət kitab sərgisi keçirildi. Burada ümummilli liderin həyatı və siyasi fəaliyyətilə bağlı ayrı-ayrı əsərlər iştirakçılarda böyük maraq oyatdı. Sonra Heydər Əliyevin həyatının müxtəlif dövrlərini özündə əks etdirən video-çarx nümayiş olundu. Keçirilən Beynəlxalq konfransda bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, hərbi atteşelər, Qazaxıstanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları və tədqiqatçılar iştirak edirdi. Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Xıdırəli Heydər Əliyevi bütün türk dünyasının siyasi xadimi kimi dəyərləndirib. Bildirib ki, ulu öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə böyük öndəri Azərbaycanın mənafeyi naminə misilsiz işlər gördüyünü diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, qardaş Qazaxıstanla Azərbaycan arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu gün də həmin siyasətə söykənən münasibətlər getdikcə inkişaf edir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışarkən ümummilli liderin bu istiqamətdəki fəaliyyəti barədə də konfrans iştirakçılarına geniş məlumat verib. Bir daha qeyd edilib ki, ulu öndərin yüksək ideyaları, amalları bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın Ağsaqqallar Birliyinin üzvü, keçmiş senator Adil Əhmədov “Türk dünyasının formalaşmasında Heydər Əliyevin siyasi lider kimi rolu” mövzusunda çıxış edib.

Tarix İnstitutunun direktoru Burkit Ayaqan onu nəinki Müasir Azərbaycanın, eləcə də regionun və dünyanın tarixi şəxsiyyəti kimi xarakterizə edib. Tarix belə liderləri heç vaxt unutmur. Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri Vidadi Salahov “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda çıxışında bütün dünyada, o cümlədən Qazaxıstanda azərbaycanlıların vahid ideya ətrafında birləşməsindəki əvəzsiz xidmətlərindən danışıb. “Nur Otan” Partiyasının Təhlil, Proqnozlaşdırma və Sosial Təşəbbüslər Mərkəzinin direktoru, akademik Kazbek Kaskenov və başqaları Heydər Əliyevin siyasi lider kimi bir sıra səciyyəvi xüsusiyyətlərini qeyd ediblər. Vurğulanıb ki, onun cazıbədar, müdrik və uzaqgörən şəxsiyyət kimi liderliyi qeyri-stabil mühitdə yaşayan, xaosun girdabına yuvarlanan xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional dövlətə çevirdi, tarixi ənənələrini qorumaqla inkişaf kursunu seçən dövlət yaratdı. Tədbirdə Azərbaycan televiziyasının istehsalı olan Heydər Əliyevə həsr olunan film nümayiş olundu.

Comments are closed, but trackbacks and pingbacks are open.