Heydər əliyevin fəaliyyətinin moskva dövrü
AzNews.az
Heydər Əliyevin silahdaşları bir arada – FOTO
Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətinin Moskva dövrü ilə bağlı xatirələrini bölüşüblər.
Ulu öndər Heydər Əliyevin Moskvada işlədiyi illərdə onun silahdaşları olmuş, onunla birlikdə çalışmış insanlar Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəliblər.
Onlar Moskvada işlədiyi dövrdə (1982-1987) bilavasitə Heydər Əliyevin ətrafında olmuş, xarici və ölkəyə səfərlərində onu müşayiət etmiş, onun sağlamlıq durumunun qayğısına qalmış, təhlükəsizliyinə cavabdeh olmuş insanlardır.
Onlar deyirlər: “Biz Heydər Əlirza oğlunun etibarlı və sədaqətli köməkçiləri, silahdaşları və komandasıyıq!”.
O illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini vəzifəsində çalışmış Vladimir Uxov, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, telerejissor, “Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova, Heydər Əliyevin şəxsi həkimi Aleksandr Borodkin, onun şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov, sürücü Vladimir Tupitsın qonaqlar arasındadırlar.
Əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət ediblər və onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətinin Moskva dövrü ilə bağlı xatirələrini bölüşüblər.
Ümummilli liderin şəxsi həkimi (1987-1991) Aleksandr Borodkin Heydər Əliyevin həmişə yaxşı fiziki formada olduğunu, yorulmadan işləmək bacarığı ilə fərqləndiyini vurğulayaraq deyib: “Lakin 1987-ci ildə o, iri ocaqlı infarkt keçirdi və təcili surətdə xəstəxanaya yatırıldı. Heydər Əliyev çox güclü, iradəli şəxsiyyət idi. O, işinə qayıtmaq üçün tezliklə ayağa qalxmaq istəyirdi. Onunla hər mövzuda danışmaq olardı. Çox gözəl yumor hissinə malik idi. Onunla ünsiyyət həmişə xoş təəssüratlarla yadda qalardı”.
Ulu Öndərin sürücüsü Vladimir Tupitsın vurğulayıb ki, Heydər Əliyev xalqla, sadə insanlarla həmişə səmimi söhbət edər, onların problemləri ilə dərindən maraqlanardı. O deyib: “Heydər Əlirza oğlunu tam əminliklə mərhəmətli insan adlandırmaq olar”.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini olmuş Vladimir Uxov isə fikirlərini belə ifadə edib: “Heydər Əliyev əqidəli lider idi. Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını sözdə və kağızda deyil, real işlərlə – təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda irimiqyaslı layihələrə imza atmaqla, yeni məktəb binaları, uşaq bağçaları, xəstəxanalar inşa etdirməklə həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti sərhəd tanımır”.
Sonra Heydər Əliyevin çox xarizmatik şəxsiyyət olduğunu, insanların dərhal onun cazibə qüvvəsinin təsiri altına düşdüyünü vurğulayan V.Uxov deyib: “O, hara gedirsə-getsin, dərhal hamının diqqətini özünə cəlb edirdi. Onda böyük liderlik istedadı vardı”. V.Uxovun sözlərinə görə, karyerası dövründə hər gün katibliyə daxil olan bütün məktubları tək-tək oxuyan ikinci dövlət xadimi tanımır. Heydər Əliyev imkan daxilində hamıya kömək edirdi.
V.Uxov onu da bildirib ki, Heydər Əliyevin silahdaşları onun mühafizə rəisi Aleksandr İvanovun məzarını ziyarət edərək, onu rus əsilli azərbaycanlı adlandırıblar.
Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Kaleriya Kislova, Heydər Əliyevin şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov da öz xatirələrini bölüşərək Ulu Öndərin inanılmaz xarizmasından, insanlarla dil tapmaq bacarığından, gözəl insani keyfiyyətlərindən söz açıblar. Onlar fikirlərini belə tamamlayıblar: “Heydər Əliyev dahi şəxsiyyət idi” (qafqazinfo.az)
AzNews.az
Heydər əliyevin fəaliyyətinin moskva dövrü
XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.
Böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərmişdir.
Bu dünyaşöhrətli dahi şəxsiyyət haqqında dünyanın görkəmli elm, mədəniyyət, siyasət, dövlət xadimləri, diplomatları, hökumət başçıları çox yüksək fikirlər söyləmişlər. Həmin fikirlərdə zəmanəmizin bu nadir şəxsiyyətinin dahiliyi, həm də onun 30 ildən artıq bir dövrdə Azərbaycan tarixində oynadığı rol dəqiq göstərilmiş və yüksək qiymətləndirilmişdir. Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin belə bir fikrini xatırlayaq: “Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərpa olunmasıdır. Bu, asan iş deyildi. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükə altına alaraq Azərbaycandakı qardaş qırğınına son qoymuşdur”.
İlk dəfə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 30 ildən artıq müddəti əhatə edən dövrdə Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş uğurlar Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımız öz böyük oğlunun millət naminə gördüyü möhtəşəm işlərə qiymət verərək bu dövrü çox haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.
Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.
Vurğulamaq lazımdır ki, Sovetlər İttifaqı dövründə Azərbaycan postsovet məkanında Heydər Əliyevin rəhbərliyi və təşkilatçılıq bacarığı sayəsində misli görünməmiş nailiyyətlər əldə etmiş, həmişə digər respublikalara nümunə olmuşdur. Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil və səhiyyə sahələrində, sözün əsl mənasında, inqilabi sıçrayışlar baş vermişdir. O illərdə SSRİ-nin birinci şəxsinin söylədiyi “Azərbaycan iri addımlarla irəliləyir” fikri dillər əzbəri idi.
Heydər Əliyevin fəaliyyətinin müəyyən bir dövrü onun Moskva həyatı, Siyasi Bürodakı fəaliyyəti ilə bağlı idi. Moskvada çalışdığı dövrdə o, Azərbaycanı bir an da olsun yaddan çıxarmır, respublikamızın yüksəlişi naminə əlindən gələni əsirgəmirdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətə düşməsi və nə kimi təhlükələrlə üzləşdiyi hamımızın yaxşı yadındadır. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağıdılmlş, ölkədə siyasi böhran ən yüksək həddə çatmış, dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələr yaranmış, vətəndaşların konstitusion hüquqlarının kütləvi şəkildə pozulması adi hala çevrilmişdi.
Məhz Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin “olum, ya ölüm” dilemması qarşısında qaldığı 1993-cü ildə doğma xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə gələrək ölkənin sükanı arxasında dayandı və müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.
Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin inkişafının sosial-iqtisadi istiqamətləri ilə yanaşı, qanunun aliliyini təmin edən dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.
2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının I qurultayı diasporumuzun formalaşması baxımından Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. 36 ölkədən 406 nümayəndə və 63 qonağın qatıldığı bu mötəbər məclisdə Moldovadan diaspor rəhbəri kimi mən də iştirak edirdim. Qurultayda Heydər Əliyevin dediyi bu fikri heç vaxt unutmuram: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birimizin hüquqlarının qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik. Yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın gələcəyi nədir?!” Ulu Öndər Heydər Əliyevin bu fikirləri dünya azərbaycanlılarının təşkilatlanması prosesinin tarixi zərurət olduğunu təsdiqləyirdi.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyasını işləyib hazırladı. Onun mərhələ-mərhələ həyata keçirilməsi yolundakı maneələr aradan qaldırılmaqla “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələrinin imzalanması və Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində Ümumdünya Kommunikasiya Proqramının mühüm tərkib hissəsi olan tarixi İpək Yolunun bərpasına başlanması nəticəsində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar keçirilməklə bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prioritet istiqamətlərə çevrildi
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir.
Azərbaycan Respublikasının müasir inkişaf mərhələsində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi ölkəmizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəssislərin, o cümlədən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifəsidir.
Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək irsi bütövlükdə qədim və müasir tariximizin, milli ideologiyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan sanballı elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunması, çiçəklənməsi və daha da inkişaf etdirilməsi üçün elmi baza rolunu oynayır.
Azərbaycanın gələcək inkişaf perspektivlərinin hazırlanmasında və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu, zamanın diktəsi ilə hazırlanmışdır və xalqımızın müasir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malikdir.
Ulu Öndər Heydər Əliyev bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imicini yüksəltdi. Nəticədə respublikaya külli miqdarda xarici investisiyalar gətirildi və bu, ölkənin inkişafına böyük təkan verdi.
Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi olan doğma Azərbaycanın tərəqqisi və çiçəklənməsi Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində mümkün olmuşdur. Onun yaratdığı idarəetmə mexanizmi xalqımızın hələ bundan sonra uzun dövr üçün yaxşı yaşamasını, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcəkdir.
Ümummilli Lider Heydər Əliyev istər 70-80-ci illərdə,istərsə də müstəqillik illərində ölkənin energetika sahəsinə xüsusi qayğı və diqqət göstərmişdir. Bu gün paytaxtımızda və eləcə də regionlarımızda energetika sektorunda müsbət dəyişikliklər baş verir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib.
Mən bir alim, bir Azərbaycan vətəndaşı kimi qürur hissi keşirirəm ki, işıqlı düha sahibi, bənzərsiz insan, türk dünyasının sevimlisi, iftixarı Heydər Əliyevlə şəxsi görüşüm olub. 1997-ci ilin noyabrında mən Moldovada çalışarkən bu ölkənin Prezidenti Petru Lucinschi ilə birlikdə nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdim. Cənab Petru Lucinschiyə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik. Ulu Öndər qürbətdə yaşayan bir azərbaycanlı kimi məni çox mehribanlıqla qarşıladı, gələcək fəaliyyətimdə, xüsusilə milli diasporumuzun təşəkkül tapması sahəsində mənə öz tövsiyələrini verdi. Bu tarixi görüş mənim ömür yolumu işıqlandırdı, bundan sonra Vətənə, xalqa, doğma Azərbaycana daha sıx tellərlə bağlandım.
Heydər Əliyev qətiyyət və böyük şəxsiyyət deməkdir. O, Azərbaycan xalqını syasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının qarantıdır və onun gələcək yüksəlişinin işıqlı olacağına heç bir şübhə yeri qoymur. Azərbaycan işıqlı ölkəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetişdirməsi olan möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda bərqərar olan siyasi, iqtisadi və sosial inkişaf siyasətini uğurla davam etdirməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da möhtəşəm olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən, Cənubi Qafqazda liderliyini qoruyub saxlayacağından xəbər verir. Azərbaycan Respublikasının vaxtilə qarşısında duran işsizlik probleminin aradan qaldırılması istiqamətində Prezident cənab İlham Əliyevin apardığı titanik işlər əminlik yaradır ki, yaxın bir neçə il ərzində bu problem də tamamilə həllini tapacaq, insanların həyat tərzi daha da yaxşılaşacaqdır.
Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi və demokratik Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.
Böyük iftixar hissi ilə qeyd etməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərimizin dövləti idarəetmə ənənələri uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqının parlaq gələcəyinə inamı daha da artırır.
“Azərişıq” ASC sədrinin müşaviri
“Heydər Əliyev əsəbi halda Xamenei səsləndi: Ay kişi. ” – Vilayət Quliyev yazır
Vilayət Quliyev mərhum prezident Heydər Əliyevin İrana səfəri zamanı bu ölkənin dini lideri Xamenei arasındakı məşhur dialoqdan bəhs edib. V.Quliyev yazır:
“İrana səfərimizin (söhbət Azərbaycan prezidentinin 2002-ci ilin mayında İrana rəsmi səfərindən gedir) sonuncu günü ali dini rəhbər Seyid Əli Xamenei ilə görüş nəzərdə tutulmuşdu. Onun çox sayıqlıqla qorunan kiçik və sadə iqamətgahına gələndə artıq prezident Hatəmi, xarici işlər naziri Xərrazi, Xameneinin xarici siyasət məsələləri müşaviri Vilayəti ayaqqabılarını soyunub qəbul otağında gözləyirdilər.
Ali dini rəhbər prezident Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan türkcəsində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.
Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneidən soruşdu.
– Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneinin doğulduğu kənd-V.Q.) nə var, nə yox?
– Sən Xamnəni də bilürsən? – deyə İranın ali dini rəhbəri təəccübləndi.
– Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundzadənin adını eşitmisiniz?
– Uzaqdan-uzağa eşitmişəm, – deyə Xamenei həvəssiz cavab verdi.
Xameneini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu dini fanatizmə qarşı mübarizə aparan, fars rejiminin yarıtmaz idarəçiliyi və xalqa zidd siyasəti ilə bağlı kəskin ittihamlar irəli sürməkdən çəkinməyən bir tarixi şəxsiyyətin həmyerlisi olmaqdan xüsusi qürur duymurdu.
İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar haqda bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu dövlət kimi bu məsələyə münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi. Sonra sağlamlıq durumundan danışıb terror aktı nəticəsində qolunun birinin işləmədiyindən şikayətləndi. İran-İraq müharibəsi zamanı qətiyyətli səhra komandirlərindən biri kimi tanınan bu adamın nurlu ziyalı görkəmi və pianoçu əllərini xatırladan uzun, zərif barmaqlı əlləri diqqətimi çəkdi.
Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamenei İranın rəsmi dövlət dili sayılan farscaya keçdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan nitqin çox güman İran XİN-in əməkdaşı olan səliqəsiz geyimli bir şəxs tərəfindən rus dilinə, həm də naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə “Podojdite!” – deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq:
– Ağayi Xamenei, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma tərcümənin niyə ruscaya edildiyini başa düşmürəm.
– Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! – deyə Xamenei sifətinə sadəlövh görkəm verərək yenidən Azərbaycan türkcəsinə keçdi.
– Ay kişi, – Heydər Əliyev onun özünü bilməməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim əsas qanunumuzda da yazılmışdı ki, dövlət dilimiz ana dilidir. Biz Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra da hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycan dilində aparıram.
Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən fars-Azərbaycan tərcüməçisi gətirmədikləri, yaxud Azərbaycan prezidentinin məsələyə belə sərt reaksiya verəcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.
– Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan elə uzaq yer deyil ki, onun haqda ən adi şeyləri də bilməyəsiniz, – deyə Heydər Əliyev yaranmış gərginliyi aradan qaldırdı.
Çıxanda isə İran tərəfinin protokol baxımından “naqolay” hərəkətinə bir daha işarə vuraraq Xameneiyə:
– Ağayi Xamenei, sizinlə çox mətləblərdən danışdıq. Amma düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, – dedi.
İranın ali dini rəhbəri düz hədəfə dəyən bu sözlərə:
– Əstəğfürullah! Əstəğfürullah! – deməklə cavab verdi.
Həmin səfərdəki başqa bir epizod da diqqətəlayiq idi. İran prezidenti Məhəmməd Hatəmi ilə görüşdə Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələ müzakirə olunurdu. Hatəmi danışıqlar zamanı bəlkə də bilərəkdən “Xəzər dənizinin problemləri” əvəzinə “müşkülati-dəryaçayi-Mazandaran” (“Mazandaran gölünün problemləri”-V.Q.) ifadəsini işlədir, söhbəti tərcümə edən səfirimiz Abbasəli Həsənov isə görünür farsların belə söz oyunbazlıqlarına öyrəşdiyindən ifadəni avtomatik olaraq “Xəzər dənizinin problemləri” şəklində çevirirdi. Amma təbii ki, tez-tez Mazandaran kəlməsinin səslənməsi diqqətdən yayına bilməzdi. Prezident fars dilini bir az bildiyimdən xəbərdar olduğu üçün arada fasilə yarananda mənə tərəf çevrilib:
– Bu nə çox Mazandarandan danışır? Mazandaranın məsələyə nə dəxli var? – deyə soruşdu.
– Cənab prezident, iranlılar guya Xəzəri tarixən İranın daxili su hövzəsi sayır, bəzən öz aralarında ona Mazandaran gölü deyirlər.
Prezident əsəbi şəkildə Abbasəliyə irad tutdu.
– Niyə dəqiq tərcümə eləmirsən? – deyə soruşdu.
Sonra isə əlinin işarəsi ilə sözünə davam etmək istəyən Hatəmini dayandırıb:
– Ağayi Hatəmi, – dedi. – Mənim bildiyimə görə qədim zamanlardan bəri Xəzər dənizinin çoxlu adı olub.
Hətta eşitdiyimə görə qədim türklər ona Quzğun dənizi deyiblər. İndi necə eləyək? Siz Mazandaran gölünün problemləri barədə danışacaqsınız, mən də Quzğun dənizinin delimitasiyası haqda?
Hatəminin üzrxahlıq etməkdən başqa çarəsi qalmamışdı”.
Comments are closed, but trackbacks and pingbacks are open.