Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
Qərbi Azərbaycan İcması yeni bəyanat yayıb: “Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur”
Heydər əliyevin yubileyi
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
“Bank Respublika”nın rəhbərliyi və əməkdaşlarının da iştirak etdiyi aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Qeyd edək ki, aksiya Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.
9 Fevral , 2023 17:06
https://static.report.az/photo/be3d04d5-8a20-3279-949f-b35cc122a35a.jpg
Heydər Əliyev
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək. “Report” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir. Müsabiqənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək. İlk mərhələ fevral-mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək. Bakı şəhərindən 12, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan 2, digər şəhər və rayonların hər birindən 1, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfərin iştirakı planlaşdırılır. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Heydər əliyevin yubileyi
XİN başçıları Ankarada bir araya gəldi – “ Biz bunları əsla unutmayacağıq. “
Naxçıvanda daha bir nazir təyinatı oldu – Keçmiş naziriə yeni vəzifə verildi
Qərbi Azərbaycan İcması yeni bəyanat yayıb: “Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur”
Selin apardığı yaşlı kişi çəkiliş edənə əlini uzatdı, ancaq. – FOTO
Türk dövlətlərinin prezidentləri bu gün görüşür – Ankarada
Bakıda restoranda mahnı sifarişinə görə bir nəfər öldürüldü, biri isə. – Açıqlamalar
Emre Belözoğluya “Ey Fətullahçı övladı” deyən aparıcı məhkəməyə verildi – QALMAQAL
600 alman azarkeşi Napolini cəhənəmə çevirdi: maşınlar, restoranlar və digər obyektlərə od vuruldu – FOTOLAR
Alimləri fikir ayrılığına salan naməlum canlı. – Bu, nədir? – VİDEO
Həcc ziyarəti üçün qiymət açıqlanıb – 5750 dollar
Akşener Ərdoğana səsləndi: “Bu sui-qəsdin arxasında duran kimdir, açıqla, qorxma. “
Məşhur aktrisa “biz niyə ölürük” deyərək, üsyan etdi: “Yığılan pullar hardadır?” – FOTO
Heydər Əliyevin yubileyi ilə bağlı poçt markaları və xatirə nişanları buraxılacaq
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.
Prezident Administrasiyası, Azərbaycan Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icraçı qurum olaraq müəyyənləşib.
Comments are closed, but trackbacks and pingbacks are open.