M. Ə. Rəsulzadə – Şəhriyarın “Heydər Babaya salam” və Dədə Qorqud haqqında yazısı
“İqbal” qəzeti, 10 oktyabr 1913-cü il, N476. Ana dilini bilmək “Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (danışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq (birləşmə) edəmiyorlar”.
Heydərbabaya salam
Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı “Heydərbabaya salam” poeması bu dağa aiddir. Şəhriyar Heydərbaba dağının ətrafındakı ərazilərdən birində anadan olub. O, Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmiş, bu dağ onun Vətəninin simvollarından birinə çevrilmişdir. Onun yazdığı “Heydərbabaya salam” poeması o taylı-bu taylı həyat sürməyə məhkum edilmiş Azərbaycan xalqının bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynamışdır.
Əsərdə bu dağın hündürlüyündən, sıralanmasından söhbət açılmasa da оxucular Şəhriyar təqdimatında bu dağı ən əzəmətli, sıra dağlar şəklində qəbul edir. Əslində isə Heydərbaba dağı о qədər də hündür dağ deyil və Şəhriyar “Dərya eylədim” şerində buna işarə də vurur
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
M. Ə. Rəsulzadə – Şəhriyarın “Heydər Babaya salam” və “Dədə Qorqud” haqqında yazısı
“Heydər Babaya salam” əsərində şair bir dağ çevrəsində keçən uşaqlıq xatirələrini canlandırır. “Dağ yanından saf və aydın” bir su duruluğuyla axan və Azərbaycan ləhcəsindəki təbirlərin “bütün lətafətini” ustaca lətif edən bir üsulla Şəhriyar illərdən bəri könlündə bəslədiyi həsrəti, məşuquna ermiş (çatmış) bir aşıq hərarətiylə tərənnüm edir. Məşhur saz şairlərinin qullandıqları cana sinən bir ahənglə yazılan “Heydər Baba” 76 bənddən ibarətdir. Bu bəndlər təbiətin kənd həyatının uşaqlıqda oynanan oyunların, xalq əyləncələrinin bayram və matəm günlərinin, adət və ənənələrinin, yaz-qış həyatdakı bütün hadisələrin birər canlı tablosunu verirlər. Bu tabloları təsvirdə qullanılan insanın xalq ağzında söylənən sadə, fəqət canlı kəlmələrlə təşəkkül etməsi, ona ayrı bir gözəllik və ifadə qüdrəti bəhs edir. Şair xalqın danışdığı dili elə axıcı bir şeir dili halına gətirir ki, bunu oxuma-yazması olmayan bir kəndli anladığı kimi, ədəbi zövqü incəlmiş hər hansı bir aydın da böyük bir həzz ilə oxuyur və gerçək bir sənət əsərindən duyacağı həyəcanı duyar. . Təbriz poçtunun yetirdiyi bu xariqə əsərin Azərbaycan ədəbiyyatında bir hadisə təşkil etdiyi bizcə şübhəsizdir. Zəngin Azərbaycan ədəbiyyatı ənənələrində hadisə və mərhələ təşkil edən əsərlər az deyildir, fəqət bunlardan xüsusilə, son illərdəki ədəbi həyatda görünənlər arasında heç biri “Heydər Baba” qədər canlı, qanlı və bir baxıma, hətta deyə bilərsiz ki, milli deyildir. “Heydər Baba”da xalq yaradıcılığının gerçək qaynaqlarından feyz alan, folklorumuzun bütün gözəllik və zənginliklərini özündə əks etdirən səmimi, təbii bir şeir çeşidi var. Çağdaş ədəbiyyat anlamına mütabiq (ardınca gələn) olan bu parlaq əsər, milli yaradıcılıq qüdrətini təmsil edən bir əzəmət və ehtişamdadır! Farscanın fəsahət və bəlağətinə məcbur olub illərcə ana dilini yadırğamış ikən azərbaycanlı sənətkarın, derkən, bu qədər milli bir şeir yazması yaşadığımız günlərin ən böyük hadisəsidir!”
“Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 4-5 (40-41), iyulavqust 1955-ci il. “Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 6-7 (42-43), sentyabr oktyabr 1955-ci il.
“Dədə Qorqud dastanları” “Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar, son illərin siyasi günlük bir mövzusunu təşkil edir. Azğınlaşan Bolşevik Ruslaşdırma siyasəti gərəyincə, bunlar, azərbaycanlı aydınları yenidən ələyib qızıl xəlbirdən keçirməyə vəsilə oldular. “Kitabi-Dədə Qorqud ela lisani taifey-i Oğuran” adını daşıyan XVI yüzildə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya krallıq kitablığının fihristini (içindəkiləri) tənzim edən Fleischer rastladı. Daha sonra Bartold, Diz, Moldke və s. kimi bilgin müsteşriklər (şərqşünaslar) tərəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dillərinə çevrildi. 12 dastanı əhatə edən bu kitab haqqında mütaliələr yazıldı və mübahisələr aparıldı. Nəticədə Dədə Qorqud və ya Qorqud Atanın, tarixi deyil, Xızır kimi əfsanəvi bir şəxsiyyət olduğu üzərində duruldu: Dastanların Azərbaycan sahəsində və Azərbaycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə varıldı. X-XI yüzillərdə Orta Asiyadan Azərbaycana külliyyətli Türkmən tayfaları gəldi. Bunlar özləri ilə bərabər Oğuz qəhrəmanlıq xatirələrini də gətirmişlərdi. Yerli Azərbaycan şərtlərinə uyan bu xatirələr bədii ədəbiyyat və dastanlar şəklini aldılar. Dədə Qorqud dastanları bax bu dastanlardandır”. “Azərbaycan” jurnalı, Ankara, il:1, sayı: 6, 1 sentyabr 1952-ci il. Ədəbiyyat haqqında “Ədəbiyyat rəhbərdir. Rəhbərin nöqsanı həqiqət yolunu tutanların nöqsanına mövcib (lazımınca) olur. Buna görə də mütəməddin (mədəniləşmiş) millətlərdə ədəbiyyat həyatın bütün vəqəələrini(əhvalat, hadisə) tənqid etdiyi kimi özünü də tənqid edir. Çünki, özü də həyatın bir vəqəəsidir. İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat özünü tənqid etməsə idi alimi-biəməl məqamında qalan idi”.
“İqbal” qəzeti, 10 oktyabr 1913-cü il, N476. Ana dilini bilmək “Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (danışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq (birləşmə) edəmiyorlar”.
“ İqbal” qəzeti, 4 iyul 1913-cü il, N402.
SON DƏQİQƏ
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsini keçirib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq irsindən, ustad şairin ölməz əsərlərinin Azərbaycan və Yaxın Şərq ədəbiyyatındakı yeri və mövqeyindən bəhs edib. Qeyd edib ki, əsərlərini həm fars, həm ana dilində, həm də klassik üslubda qələmə alan Şəhriyar hələ sağlığında klassiklər səviyyəsinə ucalıb. Şairin müxtəlif mövzulu əsərlərinin bir çoxunda vətənin şanlı tarixi, millilik, milli dəyərlər üstünlük təşkil edir.
Diqqətə çatdırılıb ki, ustad şairin diqqət çəkən əsərlərindən Azərbaycan ədəbiyyatının ən poetika nümunəsi olan “Heydərbabaya salam” poemasıdır. Əsərdə xalqın tarixi taleyi, milli-mənəvi dəyərlər, adət-ənənələr, ayin və mərasimlər, təbiət hadisələri böyük ustalıqla poetik dillə tərənnüm edib.
Vurğulanıb ki, “Heydərbabaya salam” poeması əhəmiyyətinə və aktuallığına görə bu gün də Azərbaycan ədəbiyyatının dəyərli nümunəsi hesab edilir. Elə bu səbəbdəndir ki, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda xüsusi yer tutur.
Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva və Əlyazmalar Fondunun kiçik elmi işçisi Kubra Vəliyeva mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, Məhəmmədhüseyn Şəhriyar dərin məzmunlu əsərlərində bəşəri-humanist qənaətlərini, ictimai varlıq, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemləri təhlil edib, bədii sözün imkanları çərçivəsində məharətlə oxucuya çatdırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.