Press "Enter" to skip to content

Heyger sayğacının iş prinsipi

çox sağol usta mariflandirdiyiva gora

Əl əyləcinin iş prinsipi.

Если вам понравилось бесплатно смотреть видео əl əyləcinin iş prinsipi. онлайн которое загрузил MURAD USTA 16 мая 2022 длительностью 00 ч 03 мин 08 сек в хорошем качестве, то расскажите об этом видео своим друзьям, ведь его посмотрели 792 раза.

Tube BakU

5 месяцев назад

Usta senin videolarindan mariflendirici olarag tik tokda paylawacam

Aqsin Agayev

9 месяцев назад

Salam zəhəmt olmasa ferodo haqqinda

Yunis Bedelov

10 месяцев назад

Çox Əla izah edirsiniz mən hər zaman ingilis dilinildə baxırdım belə tipli videolara amma axırki azərbaycan dilində tapdım və sizin izah etməyiniz çoox gözəldi anlaşıqlıdı çox Sağolun Allah razı olsun İnşAllah kanalınız tez bir zamanda 1k+ olar��

Yunis Bedelov

10 месяцев назад

Natiq Məmmədov

10 месяцев назад

Nissan Maxima

10 месяцев назад

çox sağol usta mariflandirdiyiva gora

birgünherşeyçokguzelolucak

10 месяцев назад

Çox mukemmel izah terziniz var. İşinizi böyüdüb daha derin mövzulara toxuna bilersiz.
Muherrik hisseleri.
Marka modeller.
Testler.
Karopkalar haqqında.
Esp Abs ve diger sensorlar.
Ustunlukler menfi cehetler.
Ve s.
Uğurlar!

Nurlan Azimov

10 месяцев назад

Butun videolar gozeldir və sevilir mènim fikrime gore bir sonraki video

Məişət soyuducusunun quruluşu və iş prinsipi

Məişət soyuducuları tez xarab olan qidaməhsulları, yarımfabrikatlar və hazır xörəklərin soyudulmaqla qısamüddətli saxlanması üçün nəzərdə tutulub.
Soyuducu istilik keçirməyən kamerada aşağı temperaturu qoruyub saxlaya bilən qurğudur.
Soyuducular iki növə ayrılır: qida məhsullarını saxlamaq üçün orta temperaturlu kameralar və aşağı temperaturlu dondurucular.
Sənaye ən müxtəlif quruluşlu məişət soyuducuları istehsal edir. işləmə prinsipinə görə soyuducular kompressiyalı, absorbsiyalı termoelektrik olur. Ən çox yayılan kompressiyalı dondurucularıdır. Kompressiyalı soyuducunun quruluşu necədir?
İkiqapılı soyuducunun daxilində mənfi temperaturu qoruyub saxlayan dondurma kamerası, qida məhsulları üçün saxlama hissələri (soyuducunun aşağı hissəsi) və məhsulların yerləşdirilməsi üçün rəfləri olan soyuducu kamera yerləşir. Soyuducunun maşın bölməsində soyuducu aqreqat (arxa divarında yerləşdirilib) var. Kameralar soyuducunun bayır divarlarından istilik keçirməyən materialdan xüsusi qatla ayrılır. Kameranın qarşısı qapılarla bağlanıb.
Qapının ikiqatlı divarlarında da istilik keçirməyən material var. Hər tərəfdən soyuducunu əhatə edən istilikkeçirməyən qat xaricdəki istiliyi daxilə keçməyə qoymur.
Qapı arasında hava keçə bilən məsafə olmasın deyə qapıların daxili divarına kipləşdiricisi qoyulub. Qapı bağlanarkən kipləşdirici soyuducunun qabaq səthinə kip yapışır. Soyuducunun qapıları örtülü halda sürgü ilə saxlanılır.
Soyuducunun əsas hissəsi dondurucu aqreqatdır. O soyuducunun əsas hissəsini, işlək kamerasını soyudur. Dondurucu aqreqat öz növbəsində üç əsas hissədən — kondensator, buxarlandırıcı və kompressordan* ibarətdir. Dondurucu aqreqat sistemi qapalıdır və xüsusi soyuducu qaz olan freonla doldurulmuşdur.
Freon nədir?
Freon rəngsiz, iysiz qaz və yaxud mayedir. Hər bir duru maye kimi o qaynama vəziyyətində (daha doğrusu, buxar əmələ gələndə) ətrafdakı istiliyi özünə çəkir (soyudur) və əksəriyyət qazlar kimi müəyyən təzyiq və temperaturda kondensasiya edir (mayeyə çevrilir), ətraf mühitə istilik ötürür.Dondurucu aqreqat necə işləyir?
Dondurucu aqreqatın iş prinsipi belədir: mühərrik-kompressor freonun buxarını buxarlandırıcıdan çəkir və onları kondensatora ötürür. Kondensatorda freonun buxarı soyudulur və mayeyə çevrilir. Sonra duru maye halında freon qurutma kanallı filtr (süzgəc) və kapilyar (çox dar) boru kəməri vasitəsilə buxarlandırıcıya daxil olur. Freon buxarlandırıcıya daxil olarkən onun təzyiqi kondensasiya (maye) təzyiqindən qaynama təzyiqinə qədər düşür. Bu proses drosselləşdirmə* adlanır.
Bu zaman buxarlandırıcının kanallarına daxil olan freon qaynayır. Qaynama üçün lazım gələn istilik enerjisi buxarlandırıcının səthindən alınır və soyuducudakı hava soyuyur.
Buxarlandırıcıdan keçən duru freon buxara çevrilir və kompressorla sorulur. Bu zaman freon buxarlandırıcının daxili səthindən istilik götürür, elə bu səbəbdən də soyuducunun daxili soyuyur.
Beləliklə, kondensatorda freon yüksək təzyiq altında maye halına keçir və istilik ayırır, buxarlandırıcıda isə aşağı təzyiq hesabına qaynayır, qaz halına düşərək istiliyi udur.
Soyuducunun istismarı zamanı elektrik təhlükəsizliyi qaydaları
1. Soyuducunu elektrik şəbəkəsinə qoşmazdan əvvəl onun çəngəl və şnurda izolyasiya pozulmasını yoxlayın.
2. Soyuducunun gövdəsində qısa qapanma olduqda, onu şəbəkədən ayırın və nasazlığı aradan qaldırmaq üçün usta çağırın.
3. Soyuducuya və yerlə təbii birləşməsi olan qurğulara (qaz pilətəsi, qızdırıcı radiator, su kəməri kranı və s.) eyni zamanda toxunmayın.
4. Soyuducunun daxilini və xaricini qaydaya salmaq, onun altındakı döşəməni yumaq, nasazlıqları aradan qaldırmaq üçün elektrik çəngəlini mütləq şəbəkədən ayırın.
5. Rütubət və cərəyan keçirən döşəməli (metal, torpaq, dəmir-beton) otaqlarda soyuducuların istismarı qadağandır. Yanğından mühafizə məqsədilə soyuducuda gücü 15 vt-dan çox olan lampa quraşdırmaq qadağandır.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya-8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Texnologiya fənni üzrə DƏRSLİK

  • Teqlər:
  • soyuducu
  • , soyuducunun təmizlənməsi
  • , soyuducunun quruluşu
  • , məişət texnikası

Comments are closed, but trackbacks and pingbacks are open.