Press "Enter" to skip to content

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu

3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, “Baytarlıq terminləri lüğəti”nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir.

Haci Haciyev Baytar – Wikipedia

Hacı Hacıyev (tam adı: Hacı Məmmədbağır oğlu Hacıyev) — baytar-alim, tibb elmləri doktoru, professor, Azərbaycan EA müxbir-üzvü, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru.

Hacı Hacıyev
Hacı Məmmədbağır oğlu Hacıyev
Doğum tarixi 21 mart 1919
Doğum yeri Yaycı, Naxçıvan qəzası, ADR
Vəfat yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Məmmədbağır Hacıyev
Elm sahəsi baytarçılıq
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri doktoru
Elmi adları professor, Azərbaycan EA müxbir-üzvü
İş yeri Kənd Təsərrüfatı İnstitutu
Alma-mater Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Təhsili Kənd Təsərrüfatı İnstitutu
Tanınır həkim-baytar
Mükafatları Qırmızı Əmək Bayrağı ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi-pedaqoji fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Hacı Hacıyev 21 mart 1919-cu il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd Təssərrafatı İnstitutunun kənd təsərrüfatı heyvanlarında daxili yoluxmayan xəstəliklər, klinik diaqnostika və cərahiyyə kafedrasının müəllimi olmuşdur. 1962-ci ildən dosent, 1967-ci ildən kənd təsərrüfatı elmləri elmləri doktoru, 1967-ci ildən professor, 1978-ci ildən Azərbaycan Kənd təsərrüfatı İnstitunun elmi işlər üzrə prorektoru olmuşdur. Hacı Hacıyevin təşəbbüsü ilə Naftalan neftinin tərkibinin ardıcıl surətdə öyrənilməsi və baytarlıqda tətbiqi üzrə problem laboratoriuası təşkil edilmişdi.

Elmi-pedaqoji fəaliyyəti

3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, “Baytarlıq terminləri lüğəti”nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir.

  • Kənd Təssərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri, Bakı şəəhəri, 1977
  • Kənd Təsərrüfatı heyvanlarının müayinəsi, Bakı şəhəri, 1984
  • Klinik diaqnostika (yenidən işlənmiş və əlavə edilmiş 3-cü nəşri) Bakı, 1985 [1]

Xarici keçidlər

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə – 2 0 1 0. Plan.

Uploaded on Sep 15, 2014

  • Kert Brandon
  • + Follow

Download Presentation

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:

Presentation Transcript
  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “Kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə – 2 0 1 0
  2. Plan 1.Zəhərlənmələr barədə ümumi məlumat 2.Pestisidlər və kübrələrlə zəhərlənmələr 3.Qarabaşaqla zəhərlənmə 4.Tərkibində nitratlar olan yemlərlə zəhərlənmələr 5.Karbohidratla zəhərlənmə 6.Yem mikotoksikozları K/t heyvanlarının zəhərlənmələri
  3. İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-II-hissə, Bakı-Azərnəşr,1961-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Профилактика нарушения обмена веществ у крупного рогатого скота», Москва, «Колос»,1975 5.Шарабрин И.Г. «Внутренние незаразные болезни сельскохозяйственных животных».Москва, «Колос», 1976 K/t heyvanlarının zəhərlənmələri
  4. Kənd təsərrüfatı heyvanlarında zəhərlənmələrə çox tez-tez təsadüf olunur və indi heyvanlar arasında müşahidə olunan yoluxmayan daxili xəstəliklərin böyük bir hissəsini zəhərlənmələr təşkill edir. Zəhərlənmə mərhumu çox böyükdür. Burada kənd təsərrüfatında və tikintidə istifadə olunan zəhərlər, yeyinti və digər sənaye müəssisələrinin tullantıları, sənaye məişəli və zəhərli yemlər, nəhayət mitotoksokozlar daxildir. Hazırda kənd təsərrüfatında 100-dən çox kimyəvi maddə və preparat tətbiq olunur ki, bunların böyük əksəriyyəti kəskin hüceyrə zəhəridir. Zəhərlənmələr öz mənşəyinə görə çox müxtəlifdir. Onları aşağıdakı kimi qrupla.dırmaq olar: 1.Pestisidlər və kübrələr 2.Xörək duzu və karbamid 3.Sənaye yemləri və məhsulları 4.Zəhərli otlar 5.Mikotoksikozlar K/t heyvanlarının zəhərlənmələri
  5. Çəmən və otlarda bitən zəhərli bitkilər də heyvanlar arasında tez-tez zəhərlənmələr verir.Heyvanlar otlayarkən zəhərli bitkiləri seçməyi bacarır, lakin otlaqlarda zəhərli bitkilər çox olduqda heyvanlar onları yem otları ilə birlikdə yeyirlər.Azərbaycanın otlaq və çəmənlərində bitən zəhərli bitkilərdən daha çox diqqəti cəlb edən və heyvanlar arasında zəhərlənməyə səbəb olan kəhra, qara yonca, südlüyən, üskük otu, asırqan, novruzgülü, qarmaq otu və başqalarıdır. Alkaloidlər. Bütün bitkilərin tərkibində 10% alkaloid olur. Bunlar alma, limon, yantar və oksalat turşularının asan həll olan duzları halında bitkilərin tərkibində olur.Alkaloidlərin bir qismi qlikozidlərin tərkibinə aqlükon kimi daxil olub saloninlər (qlikoalkaloidlər) əmələ gətirir. Bəzən bir bitkinin tərkibində bir neçə alkoloid ola bilər. Potamenlər və toksinlər. Təsirlərinə görə alkaloidlərə çox yaxındır. Toksinləri bakteriyalar, göbələklər və bəzi bitkilər törədir. Bakteriyalar və göbələklər xüsusi mühitdə böyük bir qrup maddə yaradırlar ki, bunları potamenlər deyilir. Bunlardan kazaverin, nutressin, neytrin, tiromin, histamin və s. göstərmək olar. Heyvan orqanizminə toksin daxil olduqda ona qarşı xüsusi maddə antitoksin əmələ gəlir.Orqanizmin bu xüsusiyyətindən profilaktik məqsədilə istifadə olunur. K/t heyvanlarının zəhərlənmələri
  6. Qlikozidlər. Efirəbənzər birləşmələr olub, yemlərin dadı və rəngi bunlardan asılıdır. Kimyəvi tərkibi etibarilə qlikozidlər karbohidratlar (qlükoza, qalaktoza, ramnoza) və şəkərsiz birləşmələrdən -aqlükonlardan (xardal yağı, sinil turşusu, alkaloidlər, purin əsasları ) ibarətdir. Bunlara toksik xassə verən şəkərli birləşmələrdir. Üzvü turşular. Bitkilərin tərkibində duz formasında olur, lakin bəzi göbələklərdə isə sərbəst halda da müşahidə edilir. Heyvanlar üçün quzuqulağı, yağ, akanit, xolidon, sinezin, sinil turşuları və ortamükar turşusunun anhidridi olan kujkorin zəhəridir. Turşuların təsiri nəticəsində toxumalarda dərin pozğunluqlar gedərək hətta nekroz belə əmələ gəlir. Efir yağları. Uçucu maddə olub bitkilərə xüsusi iy verir. Kimyəvi tərkiblərinə görə onları oksigensiz, oksigenin və kükürdlü efir yağlarına bölürlər. Belə tərkibin bitkilərin bir hissəsi quruyandan sonra öz zəhərləyici xassəsini itirir, lakin heyvan onları göy halda yedikdə zəhərlənərək mərkəzi sinir sistemində oyanmalar müşahidə olunur. Tərkibində sinil turşusu olan otlar bütün növ heyvanlarda zəhərlənmə verir. K/t heyvanlarının zəhərlənmələri
  7. Məlum olduğu kimi itlərin və donuzların qusma mərkəzinin xüsusiyyəti ilə əlaqədar olaraq bir sıra səbəblər onlarda çox asanlıqla qusma yaradır, lakin buna baxmayaraq onlar qıcıqlandırıcı təsirə malik olan bir çox zəhərli maddələri yedikdə qusmur. Sağmal heyvanların qəbul etdikləri zəhərin xeyli hissəsi südlə ifraz olunur. Bir sıra zəhərlər boğaz heyvanlarda balalığın təqəllüsünü gücləndirərək, vaxtından qabaq balasalmaya səbəb olur. Pestisidlər və kübrələrlə zəhərlənmələr Heyvanlar üçün aşağıdakı pestsidlər zəhərlidir: milçəklər və gənələri məhv edən maddələr – insektisidlər (mərgümüş preparatları, ftor və fosfor preparatları və s.) heyvan və bitkilərdə olan göbələk, bakteriya və virus xəstəlikləri ilə mübarizə vasitələri – fungisidlər (mis-sulfat, mis-xlorid oksidi, AB preparatı, nitrofen, qranozan, merkuran və b.); gəmiricilərə qarşı olan maddələr –rozentisidlər (mərgümüş natr, kalsium-arsenat,sink fosfid və s.); alaq otlarını məhv edən maddələr- herbisidlər (fenol, krezol və sirkə turşusunun preparatları və b.); məhsul yığımı zamanı yarpaqları tökən və bitkiləri qurudan maddələr – defoliant və desikantlar. K/t heyvanlarının zəhərlənmələri
  8. Mineral kübrələrdən heyvanlar üçün zəhərli olanları : azot kübrəsi- ammonium və kalium sitratları, ammonium sulfat və karbamid, fosfor kübrələri – adi və ikiqat superfosfat; kalium kübrələri – kalium-xlorid və kalium-sulfat; mürəkkəb kübrələr – ammonyak, introfos, bunlar tərkibində fosfor turşusu, azot, kalium oksidi saxlayan kübrələrdir; mikrokübrələr – tərkibində bor, mis, molibden, sink, selen, manqan və s. mikroelementlər olan kübrələrdir. Pestisid və kübrələrlə zəhərlənmələrin klinik əlamətləri, diaqnostikası, müalicə və profilaktikası onların tərkibindəki təsiredici maddə ilə əlaqədar olduğundan heyvanlarda yaratdıqları zəhərlənmələri də bir neçə qrupa bölmək olar. Qarabaşaqla zəhərlənmə Qarabaşaq otundan zəhərlənmə – faqoprizm və ya qarabaşaq xəstəliyi adlanır. Qarabaşaq bitkisinin bütün hissələri, xüsusən onun çiçəkləri zəhərlidir. Bu bitki qurudulduqdan sonra da öz zəhərlilik xassəsini saxlayır. Yalnız bişirildikdən sonra o zəhərsizləşir. Bu zaman onun tərkibində rəngverici maddə filloeritrin (xlorofillinin törəməsidir) öz zəhərlilik xassəsini itirir. K/t heyvanlarının zəhərlənmələri
  9. Qarabaşaq K/t heyvanlarının zəhərlənmələri
  10. Faqoprizm adətən heyvanlar günün altında qarabaşaq olan sahədə otarıldıqda, habelə onun küləşi və ya otu ilə heyvanları yemlədikdə əmələ gəlir.Bu zəhərin daha bir sıra xüsusiyyətləri vardır. Dərisi piqmentli heyvanlar və eləcə də heyvanı kölgədə saxlayıb qarabaşaqla yemlədikdə zəhərlənmir. Patogenezi.Qarabaşaq mədə-bağırsaq sisteminə düşdükdən sonra onun zəhəri qana sorulur və qaraciyərə aparılır.Qaraciyər bunun öhtəsindən gəlib zərərsizləşdirə bilmədikdə böyük qan dövranına keçərək dəriyə çatır, filloerit- rinin zəhəri günəş şuaları təsirindən aktivləşərək dəridəki reseptorları qıcıqlandırır.Dəri əvvəlcə qıcıqlanır, şişir, suluqlayır və belə sahələr yanmanı xatırladır. Patanatomiyası.Mədə-bağırsaq sistemində kataral iltihab əmələ gəlir. Qaraciyər və böyrəklər hiperemiyalaşır, parenximası yumşalır, rəngi dəyişir. Əlamətləri. Zəhərlənmənin yüngül formasında heyvanın başında, qulaqlarında, boynunda və bədənində eritematoz, dermatit əmələ gəlir.Dəridə əmələ gəlmiş iltihab ağrılara, şişlərə qaşınmaya səbəb olur, buna görə də heyvan bədənini müxtəlif cisimlərə (divara, ağaca və s.)sürtür. Bu isə prosesi bir qədər də dərinləşdirir. Kəllə nahiyyəsində dermatit olduqda heyvanın gözündən, burnundan və ağzından axıntı gəlir. K/t heyvanlarının zəhərlənmələri
  11. Heyvanın temperaturu yüksəlir, keratit və sarılıq əmələ gəlir,6-8-ci günlər sulu şişlər (ödem) azalaraq dəridəki zədəli sahələr bərkiməyə başlayır. Faqoprizm keçirmiş qoyunların yunu tökülür, baş böyüyür, göz qapaqları şişir. Gedişi. Əksər hallarda kəskin gedişli olur. Heyvan tez sağala bilir. Ağır formada ölüm də baş verir. Diaqnozu. Klinik əlamətlərinə və anamnez məlumatlarına əsasən qoyulur. Çiçəkdən təfriq etmək lazımdır. Müalicəsi. Yemi dərhal dəyuşmək, qarabaşağı yem payından çıxartmaq, xəstəni qaranlq binaya keçirmək və işlətmələr vermək lazımdır. Burada duz işlətmələrindən istifadə etmək olmaz. Ürək dərmanları təyin edilir, dərini yuyub 10%-li ixtiol və ya karbol mazı, Lessarın salisil pastasıistifadə edilir. Profilaktikası. Dərisi piqmentsiz və ya az piqmentli heyvanları qarabaşaq otu və ya unu ilə yemləmək olmaz. Qarabaşaq küləşini qaynatdıqdan sonra başqa yemlərlə qarışdırıb heyvanlara verməli. Qarabaşaq sahələrində heyvanları gündüz otarmaq olmaz. Belə sahələrdə heyvanları axşam, səhər gün çıxmamış və ya gecə otarılması təşkil edilməlidir. K/t heyvanlarının zəhərlənmələri
  12. Tərkibində nitratlar olan yemlərlə zəhərlənmələr Bir sıra bitkilər vardır ki, onlar, xüsusən quraqlıq keçən illərdə torpağa çoxlu azot kübrəsi verildikdə onların kütləsində çoxlu miqdarda nitratlar toplanır. Xüsusən buğda, vələmir, yonca, üç yarpaq, kamış, qarğıdalı, günəbaxan və s. kimi bitkilərin yaşıl kütləsi azot kübrələrindəki nitratları özünə toplayır, gicitkən, çuğundur yarpağı kimi bitkilər nitratlarla çox zəngindir. Yem çuğunduru ilə zəhərlənmə – yem çuğundurunun heyvanlara verilməsi qaydalarına düzgün riayət edilmədikdə zəhərlənmə əmələ gətirir. Donuzlara verilən çuğunduru bişirib isti binada tədricən soyutduqda onun tərkibindəki denitrifikasiya edici bakteriyalarının fəaliyyəti nəticəsində nitratlardan zəhərli nitritlər əmələ gəlir. Belə hallarda nitritlər 500 dəfədən artıb çoxalır. Patogenezi. Nitritlər sinir sistemi və qana təsir edən zəhərlər qrupuna aiddir. Bunlar damarların tonusunu və qan təzyiqini aşağı salır. Bu zəhərlər qanda oksihemoqlobini methemoqlobinə çevirir. Nəticədə orqanizmin oksigenlə təchizatı pozulur. Patanatomiyası. Mədə möhtəviyyatından azot turşusi iyi gəlir və nitritlərə müsbət reaksiya verir. Mədənin selikli qişası asan soyulur və nişasta həlməşiyinə oxşayır. Bağırsaqlarda hemorroji iltihab əmələ gəlir. Parenximatoz K/t heyvanlarının zəhərlənmələri
  13. orqanlarda hemorragiyalar tapılır,qaraciyər palçıq rəngində olub qan sızmaları ilə əhatə olunur. Əlamətləri. Xəstə donuzlar narahat olur, qusur, ağzından tüpürcək axır, dəri solğunlaşır və soyuyur. Kəskin təngənəfəslik və qıcolma başlayır, temperatur aşağı düşür, cəmi 1-2 saat ərzində heyvan ölür. Diaqnozu. Anamnez məlumatlarına, klinik əlamətlərinə, patanatomik dəyişikliklərinə, yem qalığı və mədə möhtəviyyatının kimyəvi müayinəsindən alınan nəticələrə əsasən diaqnoz qoyulur. Müalicəsi.Methemoqlobinemiyanın aradan qaldırılmasına yönəldilən tədbirlər görülməlidir.Bu məqsədlə donuzun qulağının dibindən dəri altına və ya qulaq venasına hər kq kütləyə 0,02 q metil abısı götürüb 20%-li məhlul halında vurmaq lazımdır. Bununla heyvanın vəziyyəti dərhal yaxşılaşmağa başlayır, 1,5 saatdan sonra methemoqlobinemiya tamamilə itir. Profilaktikası. Çuğunduru əvvəl torpaqdan təmizləyib, yuyub, sonra yaxşı bişirib soyutmaq və suyunu süzən kimi heyvana yedirtmək lazımdır. K/t heyvanlarının zəhərlənmələri
  14. Karbohidratla zəhərlənmə Heyvandarlıqda geniş istifadə olunan qarğıdalı və şəkər çuğunduru karbohidratlarla çox zəngin olan yemlərdir. Bunları mavafiq qaydalarda heyvanlara vermədikdə zəhərlənmə əmələ gəlir. Qarğıdalı ilə zəhərlənmə. Qarğıdalı kənd təsərrüfatında geniş yayılmış bitkidir. Heyvandarlıqda bundan şirəli yem kimi müxtəlif formalarda istifadə olunur. Qarğıdalının sütül dövründə heyvana yedirtdikdə zəhərlənmə əmələ gətirir, lakin qarğıdalı sütül dövründən qabaq və sonra heyvana yedizdirildikdə zəhərlənmə vermir. Heyvanların qarğıdalıdan zəhərlənməsinin etioloji mahiyyəti hələ lazımınca öyrənilməmişdir. Lakin, belə mülahizə edirlər ki, qarğıdalının miqdarı yem payında həddindən artıq olduqda orqanizm külli miqdarda həzmə gedən şəkər alır ki, müvafiq orqanlar bunun öhdəsindən gələ bilmir. Digər tərəfdən qarğıdalı başcığında olan nitrat və nitritlər burada mühüm rol oynayır. Patogenezi. Gövşəyənlərin işkənbəsində mikrofloranın təsirindən karbohidratlar qıcqıraraq çoxlu miqdarda süd turşusu əmələ gəlir. Bu isə asidoz yaradıb, mərkəzi sinir sisteminin və digər orqanların funksiyasını pozur.Boğaz heyvanlar hətta bala sala bilirlər. K/t heyvanlarının zəhərlənmələri
  15. Patanatomiyası. Ağızın selikli qişası qızarır, dil şişib kənara çıxır, işkənbə qarğıdalı qarışıq möhtəviyyatla dolmuş və böyümüş olur. Onun selikli qişası qopur, şirdanda hemorroji iltihab tapılır, nazik bağırsağın selikli qişasında hiperemiya əmələ gəlir, lakin yoğun bağırsaq şöbəsində elə bir dəyişiklik olmur. Plevra, perikard və periton boşluqlarında az miqdarda qırmızıya çalan maye toplanır. Böyrəklərin qabıq altında və böyrək ləyənində, epikardda qan sızmaları əmələ gəlir. Əlamətləri. Zəhərlənmnənin yüngül formasında heyvan sürüdən geri qalır, yeriyəndə arxa ətrafları büdrəyir, oynaqları şaqqıldayır. Xəstə çox yatır, çətinliklə ayağa qalxır. Yem və sudan imtina edir. Ağzından çoxlu tüpürcək axır, selikli qişası bir az göyərir. Gövşəmə dayanır, mədə önlüklərində hipotoniya əmələ gəlir, bağırsaqların peristaltikası dayanır. İşkənbə bərkimiş möhtəviyyatla dolur. İnəyin südü azalır, ürək vurğusu, nəbz və tənəffüs tezləşir. Boğaz heyvan bala salır. Zəhərlənmənin ağır formasında mərkəzi sinir sistemində pozğunluq gedərək əvvəlcə oyanmalar, sonra isə ifliclər müşahidə olunur. Qıcolmlar zamanı heyvan ətraflarını aralı qoyur, qulaqlarını və quyruğunu oynadır. K/t heyvanlarının zəhərlənmələri
  16. Gedişi. Heyvan qarğıdalı sahəsində otarıldıqdan bir neçə saat sonra xəstələnir. Xəstəlik əksər hallarda ildırımvari və ya kəskin gedir, 2-5 gün ərzində heyvan ölür. Diaqnozu. Anamnez məlumatlarına, xəstəliyin kliniki əlamətlərinə və patanatomik dəyişikliklərinə əsasən diaqnoz qoyulur. Müalicəsi. Heyvana qarğıdalı verilməsini dərhal dayandırmalı, işkənbəni su ilə yuyub boşaltmalı, daxilə 10-15 q veratirin xülasəsi, 100-150 ml naftalan nefti verilməli. Bitki zəhərlənmələrinə qarşı kalium-permanqanat məhlulunun verilməsi adətən yaxşı nəticə verir. Bu məqsədlə kalium-permanqanat məhlulu ilə (1:3000) yumağı və bunun 1:1000 məhlulundan (5 l-ə qədər) zondla daxilə vermək məsləhət görülür. Daxilə qlauber duzu və ya gənəgərcək yağını ixtiolla qarışdırıb verməkdə yaxşıdır. Gündə 2 dəfə hər dəfədə 3 litr su içirtmək, ürək fəaliyyətini nizamlamaq üçün venaya 20 %-li kofeindən 20 ml götürüb 130-200 ml 30 %-li qlükoza ilə qarışıq vurmaq lazımdır. Profilaktikası. Qarğıdalını müm yetişmə dövründə heyvanları sahələrdə otarmaq qadağan edilməlidir. Belə qarğıdalının yalnız biçib qurutduqdan sonra heyvana vermək olar. K/t heyvanlarının zəhərlənmələri
  17. Yem mikotoksikozları Bir sıra göbələklərlə yoluxmuş bitkilər kənd təsərrüfatı heyvanlarında zəhərlənmələrə və bəzən kütləvi tələfata səbəb ola bilər. Belə zəhərlənmələr ən çox yemlərin kif, pas, sürmə və klaviseps göbələkləri ilə yoluxmaları nəticəsində baş verir. Erqotizm ( Erqotismus) Erqotizm – covdar mahmızı (Secale cornutum) ilə zəhərlənməyə deyilir. Covdar mahmızı göbələyi dənli bitkilərə yoluxur. Bu göbələklər taxılın sünbüllərində inkişaf edərək taxıla, onun kəpəyinə və ununa qarışaraq zəhərləyici xassə almasına səbəb olur. Covdar mahmızının tərkibində olan kornutin, sfaselin, erqotin turşusu, erqotoksin alkaloidi və bir sıra aminlər zəhərləyici xassə verir. Əlamətləri. Zəhərlənmə kəskin və xronik gedişli ola bilir. Zəhərlənmənin kəskin formasında əsasən sinir sistemi pozğunluqlarına təsadüf olunur. Bu zaman heyvanda əvvəlcə oyanma və narahatlıq əlamətləri, sonralar isə ölgünlük, hissiyatın zəifləməsi və itirilməsi, epilepsiya formalı titrəmələr və toksik qastroenterit simptomları baş verir. K/t heyvanlarının zəhərlənmələri
  18. Bundan başqa salivasiya, yaralı stomatit, qusma aktı, sancı əlamətləri, ishal və boğaz heyvanlarda balasalma bu zəhərlənməyə xas olan simptomlardandır. Xronik formalı zəhərlənmə balasalmaya və qısırlığa səbəb olur. Eyni zamanda xronik erqotizm zamanı bədənin periferik hissələrində ( qulaqlar, quyruq və məmələrdə) quru qanqrena inkişaf edir. Diaqnozu. Diaqnoz anamnez məlumatlarına, zəhərlənmələrin klinik əlamətləri- nə və yemlərin müayinəsinə əsaslanır. Müalicəsi. Zəhərli yemlər dərhal yem payından çıxarılmalı, mədə-bağırsaq sistemini yumaq, dərin imalələr və zəif təsirə malik olan işlətmələr ( yağlar və duzlar) vasitəsi ilə təmizlənməlidir. Heyvana çoxlu su verilməli və suya tannin və ya həlimlər əlavə edilməlidir. Zəhərlənmə zamanı oyanma və coşqunluq əlamətlərini aradan qaldırmaq üçün xloralhidratdan və ya brom preparatlarından istifadə olunur. Komatoz vəziyyətdə kofein preparatları məsləhət ğörülür. K/t heyvanlarının zəhərlənmələri
  19. Covdar mahmızı və onunla yoluxmuş sünbül K/t heyvanlarının zəhərlənmələri

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Heyvanların tənəffüs orqanı xəstəlikləri

Kənd təsərrüfatı heyvanlarında tənəffüs fəaliyyətinin pozulması ilə əlaqədar xəstəliklərə daha çox təsadüf edilir. Bunlar heyvandarlığa çox böyük iqtisadi ziyan vurur. Heyvanlar hava cərəyanı pis düzəldilmiş binalarda saxlandıqda, artıq qoyun, quzu sürülərini pəyə və tövlələrə sıx doldurub səhər tezdən bayıra çıxardıqda, bu xəstəlik daha çox müşahidə edilir və bəzən də kütləvi hal alır.

Yuxarı tənəffüs orqanları və bronxlarda termik, mexaniki və kimyəvi təsir nəticəsində xəstəliklər əmələ gəlir. Yaz və payızda havalar soyuq, nəmli keçdikdə soyuqlamadan xəstəlik baş verir. Tövlə şəraitində heyvanlar havası dəyişdirilməyən binalarda (ammonyak qazı mühitində) uzun müddət saxlandıqda da xəstəlik müşahidə edilir. Burun boşluqları, qırtlaq və bronxların selikli qişalarının iltihabları, buzov və davarlar isti vaxtlarda tozlu yol ilə uzun müddət getdikdə və qoyunların qırxılmasından sonra nəzərə çarpır. Yaz və yayı çox quraq keçən illərdə qoyunlarda bu xəstəliklər daha kütləvi şəkil alır. Bunlardan başqa udlağın üst çənə əlavə boşluqlarının, qulaqdibi vəzinin və bir çox yoluxucu (qarayara, yaman kataral isitmə, qoyunlarda çiçək, və s.) xəstəliklərin ardınca da yuxarı tənəffüs orqanlarının xəstəliyi ikinci xəstəlik kimi üzə çıxır. Bu cür xəstələnmiş heyvanların burun dəliklərindən əvvəlcə duru, şəffaf sonra isə bulanıqtəhər və qatı selik axır, heyvan burnunu xarici əşyalara sürtür, öskürür, burun boşluğu selikli pərdəsi ağımtıltəhər rəngli, göyüm-sov, boz-qırmızı, boz və ləkəli görünür. Xüsusən ağır keçən qırtlaq iltihabı zamanı ümumi bədən hərarəti də artır, heyvan başını irəli və aşağıya doğru uzadaraq məcburi duruş vəziyyəti alır. Öskürək ən çox mal-qara tövlədən səhər çıxarılanda baş verir. Qırtlaq nahiyəsini əlləyən zaman çox ağrı hiss edilir, nəfəs alıb verdikdə fitləyici və başqa səslər eşidilir. Bronx yollarının iltihabları zamanı yuxarıdakı əlamətlərlə yanaşı, bədənin hərarəti 1-2 0C qalxır, tənəffüs qarıntipli olur. Udlaqda və bronxlarda xəstəliklər daha ağır olur və aylarla davam edir, müalicəsiz qaldıqda isə ağciyər xəstəliklərinə keçərək ölümlə nəticələnir.

Müalicədə başlıca cəhət xəstəlikləri əmələ gətirən səbəbləri aradan qaldırmaqdır. Bu yolla göstərilən xəstəliklərin başlanğıc və mürəkkəbləşmiş formaları əksərən öz-özünə müalicə olunur. Ağır və uzun çəkən formalarda isə burun boşluğu və qırtlaq 0,5 %-li novokain-adrenalin məhlulu , 3 %-li bor turşusu, 1-2 %-li sink sulfat, 1:100 kalium-permanqanat məhlulları ilə yaxalanmalıdır. Ağır iltihablar zamanı (fibrinli, krupozlu) heyvan təcrid olunur. Müvafiq doza və üsullarla albusid-natrium, norsulfazol, penisillin işlədilir. Selik pərdələri üzərində əmələ gələn selikli maddəni yumşaldıb asan kənarlaşdırmaq və bəlğəm gətirmək üçün çay sodası, ammonium-xlorid duzu işlədilir. Kreolin, skipidar, qətran, karbol turşusunun buxarları ilə inqalyasiya yaxşı nəticə verir.

Ağciyərdə qan axıntısı. Ağciyərin krupozlu pnevmoniyasına fibrinozlu pnevmoniya da deyilir. Bu xəstəlik iti gedişli olub, yüksək qızdırma ilə getməklə, geniş bir sahədə alveollarda fibrinozlu eksudat və kəskin əlamətlərlə özünü biruzə verir. Xəstəliyin etiologiyasına dair vahid bir fikir yoxdur. Bir qrup alimlər belə hesab edirlər ki, bu xəstəlik yolxucu olmayan amillərdən əmələ gəlir. Digər qrup tədqiqatçılar isə infeksion xarakterli olmasını söləyirlər. Əksər alimlər krupozlu pnevmoniyanın allergiya nəticəsində əmələ gələn xəstəlik kimi baxırlar. Bu zaman ağciyərlər sensibilizasiya prosesinə uğrayır. Bu ağciyərlərin xəstəliklərində, bronxlarda, ağciyərlərdə dərin proses gedərkən müşahidə olunur. Bu hal bütün heyvanlarda görünür. Səbəbi tənəffüs yollarının travmatik zədələnməsi, qan-damar sistemini zədələyən yoluxucu (qarayara, qançır, vərəm), paratif (qan parazitlər, ağciyər qurdları) xəstəliklər, zəhərlənmələr və s. ola bilər. Qan axıntısı az olduqda daxildə ikən sorulur, çox olduqda isə ağciyərin kiçik boşluqları və nəfəs yolları qanla dolur, ona görə də tənəffüs çətinləşir. Öskürək artdıqca burun deşiklərindən, bəzən də ağzından hava kürəcikləri ilə qarışıq al-qırmızı rəngli, müəyyən vaxtlarda isə laxtalanmış şəkildə qan çıxır. Axıntı adətən, ikitərəfli və uzunmüddətli olur ki, bu da orqanizmin qansızlaşması və ölümlə nəticələnir.

Müalicə məqsədi ilə əvvəlcə qanaxma və öskürəyi əmələ gətirən səbəblər aradan qaldırmalı (morfin, xlorlu-hidrat, kadein və s. verməklə), heyvana tam sakitlik verməli, köks qəfəsi nahiyələrinə soyuq sarğı qoyaraq, qanın laxtalanmasını artıran dərmanlar (jelatin, kalsium-xlorid) işlədilməlidir.

Ağciyərin krupozlu iltihabı. Bu çox ağır və iti keçən xəstəlikdir. Ən çox atlarda və gövşəyən heyvanlarda olur. Xəstəlik bəzi xarici amillərə müqavimət qabiliyyəti zəifləmiş orqanizmdə müxtəlif mikrobların təsiri nəticəsində baş verir. Orqanizmin mübarizə qabiliyyətini aşağı salan səbəblər soyuqdəymə (havada hərarətin kəskin dəyişilməsi zamanı, rütubətli soyuğun təsiri), mexaniki zədələnmələr, qıcıqlandırıcı pəyə və yataq qazlarının (ammonyak, kükürd və karbon) təsiri, yaylağa və yaylaqdan arana köç zamanı heyvanın bir neçə gün düşərgəsiz yol gedərkən yorulması, dəmiryolu ilə daşıma və sairədir.

Xəstəlik ilk gündən yük-sək bədən hərarəti, zəiflik, tənəffüs tezləşməsi və təngnəfəsliklə özünü göstərir, görünən selik pərdələr qızarır və sarıtəhər olur. Tezliklə quru və ağrılı öskürək başlayır. Ağciyərə qulaq asdıqda başlanğıcda ona xas olan səslər, 5-7 gündən sonra isə əksinə qüvvətli xırıltı eşidilir. İlk gündən heyvan yem və suya yaxın düşmür.

Sensibilizasiya nəticəsində allergik iltihab çox sürətlə inkişaf edir. Demək olar ki, iltihabı proses ağci-yərin böyük bir hissəsini tutur. İltihabı prosesin inkişafında mərkəzi sinir sisteminin çox böyük rolu vardır.

Xəstəliyin əvvəlində nəbz sürətlənir, hərarət yüksəlir. Sonralar nəbz tezləşir, aritmiya başlayır, miokardit əlamətləri nəzərə çarpır. Qan təzyiqi əvvəl yük-səlir, sonra aşağı düşür, sağalma başlandıqda təzyiq yüksələrək normaya düşür. Sidikdə də əsaslı dəyişikliklər gedir. Sidik azalır, xüsusi çəkisi artır, xloridlər azalır. Sağalma mərhələsində isə göstərilən proseslər get-gedə bərpa olunurlar.

Qanda trombositlərin və eritrositlərin miqdarı azalır. Leykositoz prosesi baş verir.

Qeyd etmək lazımdır ki, krupozlu pnevmoniyanın atipik formasında düzgün müalicə tədbirləri apardıqda, iltihabi prosesin ilk mərhələsində sorulma başlayaraq, ağciyər öz əvvəlki vəziyyətinə qayıdır. Bəzən ağırlaşma da olur. Bu zaman damarlar kəskin zədələnir, ağciyərdə ödəm başlayır, ayrı-ayrı sahələrdə irin ocaqları əmələ gəlir, bəzən elə hallar olur ki, iltihabi proses plevraya və limfa düyünlərinə keçir.

Krupozlu pnevmoniyanın kəskin forması 5-7 gün davam edir və ən yüksək inkişaf dərəcəsinə çatır. Lakin 8-ci gündən başlayaraq həllolma mərhələsinə başlayır, hərarət düşür və iki həftə müddətində heyvan sağalır. Krupozlu pnevmoniya residiv də verir. Bu zaman bütün kritik əlamətlər yenidən başlayır plevrit, ağciyərin qanqrenası, ürək və böyrəklərin degenerasiyası ilə ağırlaşma olur və heyvan ölür.

Xəstələri müalicə etmək üçün onları ayırıb, yaxşı keyfiyyətli yemlərlə yemləmək, ilıq su vermək və iştahı artırmaq üçün ağızı su ilə yaxalamaq lazımdır.

Müalicə məqsədilə sulfanilamid preparatından və antibiotiklərdən istifadə olunmalıdır. Təcrübələr göstərir ki, krupozlu pnevmoniya zamanı antibiotiklərlə sulfanilamid preparatlarının qarışıq işlədilməsi yüksək səmərə verir.

Xəstə heyvanın ilin isti vaxtlarında tövlədən təmiz havaya çıxardıqda sağalma sürətlənir. Digər vaxtlarda isə belə xəstə təmiz, havası yaxşı dəyişən binalarda ayrı saxlanır və müalicə olunur. Bu məqsədlə sulfanilamidlər və antibiotikləri müvafiq doza və qaydalarda işlədikdə yaxşı nəticə verir. Ürək fəaliyyətini saxlamaq üçün kamfora, kofein, spirt və üskük otundan istifadə olunur. Xəstəlik zamanı ağciyərə toplanan maye hissələri tezliklə qana sorulur. Sidiyə keçməsi üçün sidikartıran dərmanlar (sirkə turşusunu natrium duzu, kalium yod ), bəlğəm gətirmək üçün isə ammonium-xlorid duzu verilir.

Xəstə heyvanın yem payına təzə göy ot, yaxşı keyfiyyətli azca islanmış quru ot, kəpək və ya yarma horrası, yem çuğunduru, yem kökü əlavə edilir. Heyvan yemdən çəkinirsə, süni yemləndirilməlidir.

Ağciyərin kataral iltihabı. Bu xəstəlik ən çox gövşəyən heyvanlarda və donuzlarda, xüsusən onların cavanlarında təsadüf edilir. Əksərən kütləvi halda keçir. Respublikamızda bu xəstəlikdən tələf olan davarların miqdarı digər yoluxucu və yoluxmayan xəstəliklərdən tələf olanlara nisbətən xeyli artıq olur. Xəstəlik ümumi qayda olaraq yay aylarında çox geniş yayılır və yüksək tələfatla nəticələnir. Xəstəlik heyvanları, xüsusən boğazlıq döründə tərkibi qida maddələri ilə zəngin olmayan yemlərlə yemləndikdə, yemdə vitaminlər çatışmadıqda, heyvandarlıq binalarında nəmliyin, ammonyak və kükürd qazlarının miqdarı həddən çox olduqda, soyuq dəydikdə, istilik çox olduqda və s. nəticəsində əmələ gəlir. Bundan başqa qoyunlarda döl gec başlayanda (fevral ayında) alınan quzular bu xəstəliyə daha çox tutulurlar. Xəstəlik körpələrdə iti və ağır, 3-4 aylıqdan yuxarı heyvanlarda isə yüngül, lakin çox uzun keçməklə həftələr və aylarla davam edir. İltihabın başlıca əlamətləri bədəndə ümumi hərarətin yüksəkliyi, burun axıntısı və öskürəkdir. Burun axıntısı başlanğıcda sadəcə selik, sonra isə selikli-irinli və ya tamam irinli formada olur. Eyni zamanda tənəffüs tezləşir və çətinləşir. Xəstəlik qeyri-münasib metroloji iqlim şəraitinin üstəlik təsiri nəticəsində ağırlaşaraq iltihab prosesinə ağciyəri əhatə edən pərdə-plevra da tutulur. Nəticədə, ağciyər plevra iltihabı baş verir ki, bu da əksər hallarda ölümlə nəticələnir.

Ağciyərin kataral iltihabının müalicəsində ümumi tədbirlər əsas yer tutur. Bunlardan xəstə heyvan bağlandığı yerin hava cərəyanına yol verilməməsi, mal-qaraya tam keyfiyyətli yemlər verilməsi (zülallı, vitaminli və mineral duzlar qarışdırılmış), zoogigiyenik şəraitin qaydaya salınmasıdır.

Xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün ağciyərin krupozlu iltihabında olduğu kimi bəlğəmgətirici və sidik qovucu dərmanlar da işlədilməlidir.

Digər müalicə preparatlarından antibiotik və sulfanilamidlər nisbətən yüksək nəticə verir. Antibiotiklərdən ekmonomisillin (əzələ içərisinə) penisillin, (məhlulunu traxeya daxilinə), tozunu isə yuxarı burun yollarına, biomisin (dəri altına), streptomisin (əzələ daxilinə), biovetin (daxilə), sulfanilamid preparatlarından norsulfazol (məhlulu traxeya daxilinə) müvafiq doza və müalicə kurslarında işlədildikdə sağalma sürətlənir, xəstə heyvanın yemə tələbatı artır.

Xəstəliyin baş verməməsi üçün təsər-rüfatda aşağıdakı tədbirlər görülməlidir. Qoyunçuluqda erkən döl keçirməli, qış saxlama dövrünə binalar nümunəvi hazırlanmalı, zoogigiyenik tələbatı ödəməlidir. Mal-qaranın yemi tam keyfiyyətli müxtəlif tərkibə malik olmalı, xüsusən onların xörək duzu ilə təmini unudulmamalıdır. Quzu və buzovlar nəm binalarda yatırılmamalı, ya-yın qızmar günlərində orqanizmin istilənməməsi üçün heyvanlar lazım gəldikdə kölgəliklərdə və ya bu məqsəd üçün tikilmiş talvarların altında saxlanmalıdırlar.

Qeyd etmək lazımdır ki, təbiətdə heyvan orqanizmi ilə xarici mühit arasında arasıkəsilməyən, daimi qarışılıqlı əlaqədar vardır.

Orqanizm, mütamadi olaraq gedən maddələr mübadiləsi nəticəsində öz həyat fəaliyyətini davam etdirir. O xaricdən qida maddələrini qəbul edərək özünə lazım olan maddələrə və beləliklə də mənimsəmə-asimilasiya prosesi baş verir. Orqanizm mənimsədiyi maddələri öz ehtiyatına görə parçalayaraq istilik, mexaniki, kimyəvi və digər enerji növlərinə çevrilib isifadə edir, mənimsəyə bilmədiyi lazımsız məhsulları isə ifrazat orqanları ilə xaricə atır ki, bununla da dissimilasiya başa çatır. Beləliklə, orqanizmin həyat fəaliyyətinin əsasını təşkil edən bu iki proses daima davam edərək, sintez və parçalanma ilə təmin olunur. Bu isə bütün hüceyrə və toxumalarda orqanizm üçün zəruri olan maddələrin normal fizoloji balansının və müvazinətini əmələ gətirir.

Orqanizmdə gedən çox mürəkkəb prosseslərin hər birində müəy-yən pozuntu olduqda, maddələr mübadiləsində kəskin dəyişliklər baş verir. Belə ki, orqan və toxumaların fizoloji fəaliyyəti pozulur, qanda və hüceyrə şirəsində birləşmələrin müvazinəti itir. Bütün bunlara səbəb yemlərin tərkibi, yemləmənin texnologiyası, heyvanların saxlanması, bəslənməsi və onlaradan istifadə edilməsi qaydalarının pozulmasıdır.

Qeyd edilməlidir ki, yüksək məhsuldar inək və camışların arasında maddələr mübadiləsi pozğunluğu xəstəliklərinə çox tez-tez təsadüf olunur. Bunlar arasında yoluxmayan xəstəliklər daha geniş yayılmışdır və məhsuldarlığın keyfiyyət və kəmiyyətcə aşağı düşməsinə, qısırlığa, zəif bala doğuşuna səbəb olur.

Gövşəyən heyvanlarda maddələr mübadiləsi pozğunluğu xəstəlikləri mürəkkəb patogenezə (gedişata) malik olmaqla, zəncirvari inkişaf edir. Belə ki, əvvəlcə qaraciyərin neytrallaşdırıcı və depo əmələ gətirmə funksiyası pozulur sonra isə qaraciyərin, böyrəklərin və ürəyin strukturunda (quruluşunda) distrofik-degenerativ dəyişikliklər gedir, qalxanabənzər, böyrəküstü vəzilər və hipofizin ön payı hipofunksiyaya (zəifləmə) uğrayır.

Nəticədə asidoz, ketonemiya, vetonuriya, quyruq fəqərələrindən sonuncu fəqərə və digər sümüklərdə minerallar azalır, karbohidratlar, zülallar, vitaminlər mübadiləsinin səviyyəsi aşağı düşür.

Comments are closed, but trackbacks and pingbacks are open.