Həzrəti Əli İbn Əbu Talib (radıyallahu anh) (Aliyyül Mürtəza)
Həzrəti Əli yanına oturan kasıb bədəviyə, “Bir istəyin varmı?” buyurdu. Bədəvi utandığından diliylə bir şey söyləməyib işarə ilə bildirdi. Həzrəti Əli, yanında olan iki geyiminin ikisini də bədəviyə verdi. Bədəvi sevinərək gözəl bir beyt oxudu. Beyt Həzrəti Əlinin çox xoşuna gəldi. Uşaqları üçün ayırdığı üç qızılın hamısını bədəviyə verdi. Bədəvi, “Ey möminlərin əmiri, məni öz ailəmin ən böyük zəngini etdin” dedi. Həzrəti Əli də bu hədisi-şərifi nəql etdi:
Həzrət Əli(ə.s) haqqında qeyri-müsəlmanların nəzəri
Həzrət Əli (ə) barədə xristian mütəfəkkiri Corc Cordaq demişdir: “Bu böyük insanı tanısan da, tanımasan da tarix şəhadət verir ki, o, fəzilətlər dənizi, insanlıq nidası və cavidan bir şəxsiyyət idi.
Ey dünya, nə olardı ki, bütün güclərini toplayardın və hər bir dövrdə Əli (ə) kimi ağla, qəlbə, dilə və qılınca sahib olan bir şəxsiyyəti insanlar üçün nümunə edərdin. Əlinin (ə) İslamı – başqa müsəlmanların İslamı kimi deyildi. Onun İslamı qaynayan bulaq kimi qəlbindən axırdı. Əgər müsəlmanlar əvvəllər Qureyşin bütlərinə pərəstiş edirdilərsə, Əli (ə) Muhəmmədin (s) Allahına pərəstiş edirdi. Bəli, bu İslamın istədiyi şəxsiyyət idi ki, onu Peyğəmbər (s) böyütmüşdü. O, ədalət istəyənlərin rəhbəri idi.
Bəşər tarixi boyunca Adəmlə Həvva övladlarından Əli (ə) ilə Sokrat kimi heç kim haqq yolunda bu cür addımlamamışdır. Onlar yeni bir cəmiyyət qurmaq istəyirdilər. Köhnə qanunları aradan qaldırıb, yeniləri ilə əvəz etmək istəyirdilər. Ancaq insanlar onlarla düşmən oldular. Lakin onlar da haqq yolunda dağ kimi mətanət göstərdilər. Bu iki insandan hər biri pak zata, güclü ağla malik idilər və xeyir və yaxşı işlərə bəslədikləri aydın fikirləri ilə fasid hökumətlərin zülmləri ilə mübarizə aparırdılar”. (Yaddan çıxartmaq lazım deyildır ki, bu sözləri deyən bir xristiandır. Ona görə onun Sokratla Həzrət Əlini (ə) müqayisə etməsinə tənqidlə yanaşmaq laızm deyildir).
Bəli, İslam tarixində Əlinin (ə) adı hər zülm görmüş insan üçün stimuldur. Hər bir məzlumun çıxartdığı fəryaddır. Bu Əli (ə) idi ki, müharibədə başqa bir insan olurdu. Fəsadla mübarizə aparanda qorxulu vulkan kimi olardı. Əgər məntiqli nəticə çıxartmaq lazım olardısa, bəşərin idrak və hisslərini nəzərə alardı. Öz məntiq və bürhanının əzəmətini göstərərdi. Əgər insanı təfəkkür etməyə dəvət edərdisə, insanın hisslərini və ağlını elə səfərbər edərdi ki, insan varlıq aləminə qovuşardı. İnsanlıq gücünü elə vəhdət halına gətirərdi ki, həqiqəti kəşf edərdi. Əgər nəsihət verərdisə, ata nəvazişini, insanlıq vəfasını hiss edərdin. O zaman ki, xilqətin gözəlliyindən və varlığın dəyərindən söhbət edərdi, onları ulduzların nurundan olan qələm ilə qəlbinə yazardı. Bəlağəti Quran bəlağəti idi. Onun indiyə qədər dedikləri Allah sözündən aşağı və xəlq olmuşların sözündən yuxarı olmuşdur. Deməli, Əli (ə) – Quran bəlağətindən sonra ən gözəl bəlağət nümunəsidir. Əlinin (ə) ədəbi bəlağəti həmişə bəşəriyyətin xidmətində olmuş və olacaqdır.
Həqiqətən çox yaxşı olardı ki, bu gün müharibə qızışdıranlar və millətlərin bədbəxtliyinə səbəb olanlar böyük şəxsiyyət olan Əli ibni Əbu Talibin (ə) kəlamlarına qulaq assınlar və onun qarşısında baş əysinlər.
Digər bir xristian mütəfəkkir Pol Selam Həzrət Əli (ə) haqqında demişdir: “Bəli, mən bir xristianam. Ancaq baxışlarım genişdir, dar deyildir. Mən bir xristianam ki, böyük bir şəxsiyyət haqqında danışıram. Müsəlmanlar onun haqqında deyirlər: “Allah ondan razıdır”. Xristianlar da bir yerə toplaşanda onun kəlamlarından söyləyirlər. Təlimlərindən nümunə götürürlər.
O, yetimlərin və yoxsulların vəziyyətindən çox qəmgin olurdu. Ey Əli! Sənin şəxsiyyətin ulduzlardan da ucadır. Bu nurun xasiyyətindəndir ki, pakdır, ucadır və heç bir çirk və ləkə götürmür. O kəs ki, şəxsiyyət baxımından sərvət sahibidir, heç bir zaman yoxsul ola bilməz. Onun nəcabəti və şərafəti başqalarının qəm-qüssəsi ilə ucalmışdır. Şəhid dindarlıq və iman yolunu gülərüzlə, məhəbbətlə qəbul edər.
Ey ədəbiyyat natiqi, sənin kəlamlarının üslubu okean kimidir. Orada ruhlar bir-birinə qovuşarlar.
Mixayil Noimi də xtistiandır və o, Həzrət Əli (ə) haqqında demişdir: “Əlbəttə, Əlinin (ə) qəhrəmanlığı döyüş meydanı ilə bitmir. O, aydın düşüncəsi, natiqlik qabiliyyəti, insanlıq kamalı, imanın gücü, fikirlərinin ucalığı, məzlumları himayəsi ilə də qəhrəman idi.
Tarixçi nə qədər təcrübəli olsa da, Əlini (ə) olduğu kimi təsəvvür edib, bizə çatdıra bilməz. Bu tarixçi ancaq olan döyüşləri və müharibə meydanlarını bizə təsvir edə bilər. Bəs Əlinin (ə) fikirlərini, onun Allahla etdiyi söhbətləri və duaları – bunları heç kim təsvir etmir”.
Qabriyel Dangir adlı digər bir xristian İmam Əlinin (ə) şəxsiyyəti haqda demişdir: “Əlinin (ə) şəxsiyyətində iki üstün xüsusiyyət vardır. Onu heç bir qəhrəmanda tapmaq olmaz. Əli (ə) eyni vaxtda həm qəhrəman, həm də İmam idi.
O, məğlubedilməz bir döyüşçü idi. Əlinin (ə) ikinci xüsusiyyəti o idi ki, bütün İslam məktəbləri ona hörmət və ehtiram edirlər. Bütün məzhəb və firqələr onu özlərinə rəhbər hesab edirlər. Əli (ə) gözəl natiq, güclü yazıçı və təcrübəli hakim idi. Onun təsis etdiyi məktəblərin məntiqi güclü və meylləri inkişafa doğrudur. Əlinin (ə) bəlağəti o qədər ucadır ki, sanki sözləri almaz kimi yonur”.
Tomas Karlayl İmam Əli (ə) haqqında demişdir: “İslam Peyğəmbəri (s) uzun illər öz risalətini aləmə elan etmişdir. Qureyş qəbiləsi, hətta qohumları belə onunla müxalifətlik edirlər. Bir gün nəhayət deyir: “Kimsə haqq sözü uğrunda qiyam edərmi?”. Onun dəvətini qəbul edən tək insan – 16 yaşında olan Əli (ə) idi. Bütün Məkkə əhalisi və Qureyş qəbiləsi bu dəvəti qəbul etmir, ancaq onlar bilmirdilər ki, bu inkarları yersizdir.
Əlini (ə) mədh etməyə bilmərəm. O, şərafətli bir insan, lütf və rəhmət mənbəyi, ədalətli bir şəxsiyyət idi. O, deyirdi ki, əgər mənə vurulan zərbəyə görə qisas almaq istəsəniz, ona ancaq bir zərbə vurun. Amma onu bağışlasanız, əməli-salehliyə və xeyrixahlığa daha yaxın olarsınız”.
Rudolf Canger (alman) Həzrət Əli (ə) haqqında deyir: “İslamın əvvəllərində Əli ibni Əbu Talib (ə) İslamın böyük alimlərindən hesab edilirdi. Onu ölkəsindən xaricdə çox yaxşı tanıyırdılar. O zamanlar çox az olurdu ki, cavan olasan və ölkədən xaricdə səni tanıyalar”.
Beyrutun ədəbiyyat müəllimi xristian Fəvad Əfram “Əli ibni Əbutalib” kitabında yazmışdır: “Əli ibni Əbutalibin (ə) cəzbedici şəxsiyyəti vardır. Filosoflar onun şəxsiyyətini dərk etmək üçün çox çalışmışlar. Zahidlər onun hidayət yolu ilə getmişdilər. Bir çox ədiblər onun bayrağı altında bellərini büküblər. Əlinin (ə) böyük ruhu və güclü imanı olmuşdur.
Əli (ə) o zaman üçün yeni olan İslam dininin qurulmasına çalışırdı və Peyğəmbəri (ə) razı salmağa çalışırdı. Peyğəmbər (s) Məkkədən getməyə məcbur olanda isə heç bir qorxu hiss etmədən onun yerində qaldı. Əli (ə) ömrünün yarısını müşriklərlə mübarizəyə sərf edir, qalanını isə etiraz və ehtiyac içərisində yaşayır.
Əli (ə) böyük alim idi. Bütün xütbə və moizələrdən görünür ki, o, böyük filosof idi”.
Livanın böyük xristian şairi və filosofu Cobran Xəlil Həzrət Əli (ə) haqqında deyir: “Əbu Talibin oğlu öz yolunun böyük şəhididir. Namazı dilində deyən zaman dünyasını dəyişir. Qəlbi Allah eşqi ilə dolub daşırdı. Ərəblər onun həqiqi məqamını tanımadılar”.
Materialist bünyagörüşündə olan doktor Şabali Şamil deyir: “Əli – dahi bir insan idi. Keşmişdə və indi nə Qərbdə, nə də Şərqdə dünya onun kimi nümunə görməmişdir”.
Fəvad Cərdaq (xristian) yazır: “O zaman ki, həyatın çətinliyini hiss edirəm, Əliyə (ə) pənah aparıram. Çünki o, hər bir matəmin pənah yeridir”.
Həzrəti Əli İbn Əbu Talib (radıyallahu anh) (Aliyyül Mürtəza)
Həzrəti Əli (radıyallahü təala anh) Rəsulullahın kürəkəni, həzrəti Ömərin (radıyallahü anh) qayınatasıdır. Rəsulullahın əmisi Əbu Talibin oğludur. İslam xəlifələrinin və Cənnətlə müjdələnən on adamın dördüncüsüdür. Əhli beytin birincisidir. Allahü təalanın aslanı idi. Müxtəlif hədisi-şəriflərdə mədh edildi.
Buğda bənizli, uzun boylu, gülər üzlü, iri və qara gözlü, geniş sinəli, iri bədənli idi. Allah qorxusundan davamlı ağlayardı. Namaza durduqda, aləm alt-üst olsaydı xəbəri olmazdı. Saqqalı sıx olub döyüşdə uzadırdı və çiyinlərinə qədər yayılırdı. Son zamanlarda saçı və saqqalı pambıq kimi ağ olmuşdu. Övliyanın böyüyü, vilayət (övliyalıq) yolunun rəisidir. Hər təriqətdə hər kəsə övliyalığın feyzləri və bacarıqları Həzrəti Əlidən gəlməkdədir.
Hicrətdən iyirmi üç il əvvəl Məkkədə doğuldu. On yaşında ikən iman etdi. Bütün qəzalarda (savaşlarda) qəhrəmanlıqlar göstərdi. Yalnız Uhud döyüşündə on alt yerindən yaralanmışdı. Təbuk qəzasında, Mədinədə gözətçi olaraq buraxılmışdı. Hicri otuz beş ilində xəlifə oldu.
Xəlifəliyi dövründə zühur edən fitnəçilərlə mübarizə etdiyindən, sakitlik və dinclik tapa bilməmişdir. Dövlət idarəsində Həzrəti Ömərin yolunu tutmuşdur. Hər işin əmniyyət və istiqamət dairəsində edilməsinə çalışır, xalqa şəfqət göstərərdi. Hər tərəfdə hərbi mərkəz meydana gətirmişdi.
Xəlifəliyindən beş il sonra Ramazanı-şərif ayının 17-ci Cümə günü sübh namazına gedərkən İbni Mülcəm adında bir xarici tərəfindən qılıncla alnına vurularaq şəhid edildi. Kufədə, yəni Nəcəf deyilən yerdə dəfn edilmişdir.
Rəsulullah Əfəndimiz Həzrəti Əlinin İbni Mülcəmin qılıncı ilə şəhid olacağını bildirmişdi. Həzrəti Əli İbni Mülcəmi gördükcə mübarək başını göstərib “Bunu nə vaxt qana bulayacaqsan” buyurardu. İbni Mülcəm də “Ya Əli, bu pis işi Peyğəmbərimiz bildirmişdir. Sən məni öldür, qiyamətə qədər lənətə məruz qalmayım” deyərdi. Həzrəti Əli də “Öldürmədən əvvəl cəza ola bilməz” buyurardı.
Həzrəti Əli (radıyallahu anh) şəhid ediləcəyi gün sübh namazına gedərkən yolda bu beyti oxuyurdu:
Ölümə hazır ol ki, ölüm əlbət gecikməz.
Ölüm gəlincə artıq fəryad fayda verməz.
Həzrəti Əlinin qızı və eyni zamanda Həzrəti Ömərin xanımı olan Ümmi Gülsüm hadisəni eşidincə “Atam da ərim Ömər kimi sübh namazında sui-qəsdə uğradı” dedi.
Həzrəti Əli ölmək üzrə ikən “and içərək deyirəm ki, umduğuma qovuşdum” buyurdu. Kəlmeyi-şəhadət gətirərək vəfat etdi. Vəfatına yaxın da belə buyurmuşdu:
“Tabutumu Arnəynə aparın, orada işıq saçan bir qaya vardır. Məni oraya dəfn edin”.
Elə də etdilər və buyurduğu kimi gördülər. (Şəvahid)
Haqqında bir neçə ayə nazil olub bir çox hədisi-şəriflə mədh edildi. Əhli-sünnənin göz bəbəyi, övliyanın rəisi, kəramətlər xəzinəsidir. Ədalət, elm, comərdlik, mərhəmət və digər yüksək fəzilətləri özündə cəmləmişdir. Peyğəmbər Əfəndimiz Həzrəti Əliyə comərdlərin sultanı mənasına gələn “Sultan-ül-əshiya” buyurmuşlardır.
Həzrəti Əlinin Həzrəti Fatimədən olan Həsən, Hüseyn və Muhsin adında üç oğlu, Zeynəb və Ümmi Gülsüm adında iki qızı olmuşdur. Həzrəti Fatimədən sonra evləndiyi xanımlarından on beş oğlan, on altı qız uşağı olmuşdur.
Həzrəti Əli fövqəladə bəliğ və fəsih danışırdı. Peyğəmbər Əfəndimizdən sonra onun dərəcəsində bəliğ xütbə oxuyan bir başqası yox idi. Ərəb dilinin ilk qaydalarını qoyan odur. Bu səbəblə Qurani-Kərimin dilinə hər kəsdən çox aşına idi. Davamlı Peyğəmbər Əfəndimizin yanında olması və onun feyzli nurlarına ilk qovuşanlardan olması səbəbiylə Quranın hökmlərini ən yaxşı bilən o idi. Təfsirə dair bir çox rəvayətlər bildirmişdi. Xüsusilə ayələrin eniş səbəbləri mövzusunda bir çox rəvayətləri vardır. Bu mövzuda buyurur ki:
“Soruşun, mənə nə soruşarsanız, sizə cavabını verərəm. Allahın kitabını mənə soruşun. Vallah bir ayə yoxdur ki, mən onu gecədəmi, gündüzdəmi, çöldəmi, dağdamı nazil olduğunu bilməyəm”.
Bu səbəblərdən dolayı haqqında bir çox rəvayət olub başa düşməsi güc məsələlərdə onun rəvayəti seçilmişdir. Həccı-Əkbərin qurban bayramı olduğuna dair olan rəvayəti kimi.
Həzrəti Əli Əhli-beytdən olması səbəbiylə Peyğəmbər Əfəndimizin sünnəsinə hər kəsdən daha çox vaqif idi. Bu barədə hər kəsin müraciət qapısı idi. Şəxsən Rəsulullah Əfəndimizdən eşidərək yazdığı bir hədis səhifəsi vardı. Bu səhifə Sahifətü Əli bin Əbi Talib adıyla 1986-ci ildə nəşr olunmuşdur. Özündən 586 hədisi-şərif bildirilmişdir. Bunlardan 20-si həm Buxaridə, həm də Müslimdə vardır. Bundan başqa 9 hədisi-şərif Buxaridə, 15 hədis Müslimdə, hamısı da Əhməd ibn Hənbəlin Müsnəd adlı kitabında vardır.
Həzrəti Əli, Əshabi-kiramın ən böyük fiqh alimlərindəndir. Hal edilə bilməyən mövzular ona həvalə edilərdi. Hətta Həzrəti Ömər buyurar ki:
“Əgər Həzrəti Əli olmasaydı, Ömər həlak olardı”.
Həzrəti Əli, Mədinəyə hicrətlə şərəflənən, Allahü təalanın təriflədiyi mühacirlərdən və ilk iman edənlərdəndir. Qurani-Kərimdə məalən buyuruldu ki:
“Mühacirlərin və Ənsarın əvvəl imana gələnlərindən və Onların yolunda gedənlərdən Allah razıdır. Onlarda Allahdan razıdır. Allah onlar üçün Cənnətlər hazırladı.” (Tövbə 100)
Həzrəti Əli Peyğəmbər Əfəndimizə kürəkən olmaqla şərəfləndi. Rəsulullah ilə qohum olmak şərəfi çox böyükdür. İmanlı olan hər qohumu şübhəsiz Cənnətlikdir. Çünki hədisi şərifdə buyuruldu ki:
“Allahu təala mənə söz verdi ki, qızlarını aldığım və qızlarımı verdiyim ailələr, Cənnətdə mənimlə birlikdə olacaqdır.” (Deyləmi)
Ağac altında beyət (söz verənlərdən) edənlərdən idi. Allahü təala ağac altında sözləşmə edilən Əshabdan da razı olduğunu bildirmişdir. Ayəti- kərimədə məalən buyuruldu ki:
“Ağaç altında, sənə söz verən möminlərdən, Allah razıdır.” (Fəth 18)
Bədir savaşına qatılanlardandır. Bədir əhlinin şanı üçün hədisi-şərifdə buyuruldu ki:
“Bədir savaşına qatılan Müsəlmanlar Cənnətlikdir.” (Darə Qutni)
Həzrəti Əli və Həzrəti Fatimə və uşaqlarının hər kəs üzərində haqları vardır. İnsanların ən şərəfliləri onlardır. Onlara təzim, hörmət dinimizin əmridir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Əli Cənnətdədir.” ( Tirmiz,İbni Macə, Təbərani, İbni Asakir, Beyhəki, Dara Kutni, Hakim, Əbu Nuaym, İbni Sad)
“Əlini ancaq mömin olan sevər və ona ancaq münafiq olan düşmənlik edər.” (Nəsai)
“Əlini sevmək, atəşin odunu yandırdığı kimi, müsəlmanların günahını yox edər.” (İ. Asakir)
“Əliyə düşmən olanın düşməni Allahdır.” (Ramız)
“Elm on qisimdir. Doqquzu Əlidə, biri digər xalqdadır. O, bu biri də onlardan yaxşı bilər.”(Ə. Nuaym)
“Əlinin üzünə baxmaq ibadətdir.” (Hakim)
“Əlini sevən məni sevmişdir. Ona düşmənlik mənə düşmənlikdir. Onu incidən məni incitmişdir. Məni incidən əlbəttə Allahü təalanı incitmiş olar.” (Tarəbani)
“Mən kimin mövlasıyamsa (əfəndisi), Əlidə onun mövlasıdır!” (Nəsai)
“Ya Əli, sənin sevdiyini sevər, sənin nifrət etdiyindən nifrət edərəm.” (Tabərani)
“İmanın əlamətləri vardır. Birinci əlaməti Əlini sevməkdir.” (M. Ç. Payızın)
“Mən elmin şəhəriyəm, Əli isə qapısıdır.”(Deyləmi)
“Əlini sevmək iman, ona düşmənlik nifaq əlamətidir.” (Kurrət-ül-Aynəyn)
“Ya Əli, mənə Harunun Musaya yaxınlığı kimisən. Yalnız məndən sonra Peyğəmbərlik yoxdur.” (Buxari)
“Ya Əli, Fatimə mənə səndən daha sevimlidir. Sən mənə ondan daha qiymətlisin.”(Ə.Kiram)
Həzrəti Əlinin Mənkibələri (rəvayətləri)
Həzrəti Əlinin mənkibələri çoxdur. Bir neçəsi aşağıdakılardır:
Sevimli Peyğəmbərimiz Allahü təalanın əmri ilə Məkkədən Mədinəyə hicrət edərkən Həzrəti Əliyə öz yatağında yatmasını, buraxdığı əmanətləri sahiblərinə verməsini söyləyərək buyurdu ki:
“Bu gecə yatağımda yat! Bu əbanı də da üstünə ört! Qorxma, sənə heç bir zərər gəlməz!”
Həzrəti Əli Peyğəmbər Əfəndimizin əmr etdiyi şəkildə yatdı. Rəsulullahın yerinə heç qorxmadan öz nəfsini fəda etməyə hazır idi.
Hicrət gecəsi müşriklər Rəsulullahın evinin ətrafına yığışmışdılar. Peyğəmbər Əfəndimiz evdən çıxdı. Yasini-şərif surəsinin başından on ayəti-kəriməni oxudu və bir ovuc torpaq alıb kafirlərin başına səpdi. Sağ və salamatlıqla aralarında keçib həzrəti Əbu Bəkrin evinə çatdı. Müşriklərdən heç biri onu görə bilməmişdi.
Bir müddət sonra müşriklərin yanına biri gəlib soruşdu:
-Burada nə gözləyirsiniz?
-Evdən çıxmasını gözləyirik.
-And içirəm ki, Muhamməd aranızdan keçib getdi, başınıza da torpaq səpdi.
Müşriklər əllərini başlarına apardılar. Həqiqətən başlarında torpaq var idi. Dərhal qapıya hücum edib içəri girdilər. Həzrəti Əlini Rəsul əleyhissəlamın yatağında görüncə, Rəsuli Əkrəmin harada olduğunu soruşdular. Həzrəti Əli cavab verdi:
-Bilmirəm! Məni Onun mühafizəsinə məmur etdiniz ki?
Bunun üzərinə Həzrəti Əlini yüngül döydülər. Kəbənin yanında bir müddət həbs etdikdən sonra buraxdılar. Həzrəti Əli Rəsulullahın Kəbəi-şərifdə davamlı olduqları mövqeyə oturdu. Rəsuli-əkrəm də kimin nəyi varsa, gəlsin alsın deyə səs etdirdi. Hər kəs gəlib nişanını söyləyərək əmanətini aldı.
Allahın aslanı Həzrəti Əli Qureyş kafirlərinin topladıqları yerə gedərək dedi ki:
-İnşallah sabah Mədinəyə gedirəm. Bir deyəcəyiniz varmı? Mən burada ikən söyləyin!
Hamısı başlarını əyib, heç bir şey demədilər. Səhər olunca Həzrəti Əli Rəsuli-əkrəm Əfəndimizin əşyalarını yığıb yola düşdü. Rəsulullaha, şişmiş olan ayaqlarından qanlar axar vəziyyətdə Kubada çatdı.
Bu səfərin sonunda Peyğəmbər Əfəndimizin hüzuruna gedə bilməyəcək bir vəziyyətə gəldi. Rəsuli-əkrəm əfəndimiz bunu xəbər alınca şəxsən özü təşrif etdi. Həzrəti Əlini görüncə halına kədərləndi, onu qucaqladı, mübarək əlləriylə narın, nazik ayaqlarını oxşadı, onun üçün dua etdi. Bunun üzərinə Bəqərə surəsinin “İnsanlardan eləsi vardır ki, Allah rizası üçün nəfsini fəda edər” məalindəki 207-ci ayəti-kəriməsi nazil oldu.
Həzrəti Əli Xəndək döyüşündə müşriklərin ən azğınları ilə döyüşdü. Döyüşün lap şiddətləndiyi 22-ci günü Amr bin Abdud adlı müşriklərindən ən azğınlarından biri Xəndək kənarlarına gəlib meydana ər istədi.
Amr çox qüvvətli olub ömründə heç bir döyüşdən məğlub dönməmişdi. Yalnız Bədir döyüşündə yaralanıb düşmüşdü. Yarası yaxşı olmuş, təkrar döyüşə gəlməsiylə müşriklər qüvvət tapmışdı.
Müsəlmanlardan heç kim Amrın dəvətinə cavab vermədi. Çünki Rəsulullahdan əmr gözləyirdilər. Amrın meydan oxuması yeddi dəfə davam etdi. Yeddincidə Rəsulullah Əfəndimiz Həzrəti Əlini çağırıb hüzurunda oturtdu və “Ya Əli, mənim atıma min, qılıncımı al, Amr bin Abdudun önünə igidcə, cəsarətlə çıx! Onun heybətindən, uzun boyundan narahat olma! Mən, Haqq təaladan sənə kömək etməsi üçün sənin əlinlə Müsəlmanların, bunun şərindən xilas olmaları üçün dua edərəm” buyurdu.
Həzrəti Əli qılıncını alıb atına mindi. Ovunu müşahidə edən bir aslan kimi Amrın önünə çıxıb dedi ki:
-Ya Amr! Eşitdim ki, sən Kəbənin qarşısında əhd etmisən ki, Qureyşdən biri kişi səndən iki şey istəsə, birini edərmişsən.
-Bəli, elə söz verdim.
-Bilirsən ki, mən Qureyşdənəm. Səndən iki şey istəyəcəyəm. Heç olmazsa birini qəbul et! Birinci istəyim, Allahın birliyini və Muhamməh əleyhissəlamın Onun Rəsulu olduğunu qəbul və təsdiq etməyindir.
-Bunu qəbul etmirəm, başqa nə istəyirsən?
-İkinci istəyim, bu iki qüvvəti hallarına buraxıb, Məkkəi mükərrəməyə getməyindir.
-Bunu qəbul etdim, yalnız Əbu Bəkir, Ömər və Osmanın başlarını kəsəcəm.
-Ey axmaq, mənim başımı kəsmədən onların başını necə kəsə bilərsən?
-Ya Əli, sən hələ gəncsən, dünyanın dadını almamısan, mən sənin başını kəsmək istəmirəm.
-Mən Allahü təalanın köməyi və Rəsulunun duası ilə sənin başını kəsmək istəyirəm.
Həzrəti Əlinin bu sözü üzərinə Amr atından enib Həzrəti Əliyə doğru getdi. Həzrəti Əli də atından endi. Bir-birlərinə hücum etdilər. Həzrəti Əli bir fürsət tapıb Amrın qıçını bir qılınc zərbəsiylə qopartdı. Artıq iş bitdi, deyib qayıdarkən, Amr öz qopmuş qıçını Həzrəti Əliyə elə bir atdı ki, əgər dəysəydi o nəhəngin ayaq parçası ilə məhv ola bilərdi. Həzrəti Əli də dərhal qayıdıb Amrı öldürdü.
Rəsulullah təkbir gətirib buyurdu ki:
“Əlinin Amr bin Abdud ilə bir dəfə qarşılaşması, ümmətimin qiyamətə qədər olan ibadətindən xeyirlidir.” (M. Ç. Güzin)
Peyğəmbər Əfəndimiz Mühacirlərlə Ənsarı bir-birləriylə qardaş etmişdi. Həzrəti Əli gözləri yaşlı, “Ey Rəsulallah, Əshabi-kiramı bir-birləriylə qardaş etdin. Məni kimsəylə qardaş etmədin”dedi. Rəsulullah Əfəndimiz buyurdu ki:
“Ya Əli, sən mənim dünya və axirətdə qardaşımsan.” (Tirmizi)
Peyğəmbər Əfəndimiz Həzrəti Əlini ailə-əfradına vəkil buraxaraq Təbuk səfərinə çıxdı. Münafiqlər “Rəsulullah Əlidən xoşlanmadığı üçün səfərə aparmadı” dedilər. Həzrəti Əli dərhal silahlanıb yola çıxdı. Rəsulullaha gedib olub deyilənləri anlatdı. Peyğəmbər Əfəndimiz onların yalan danışdıqlarını, onu Mədinədə buraxdıqlarına xəlifə etdiyini bildirib buyurdu ki: “Ya Əli, sən mənə, Harunun Musaya yaxınlığı kimisən. Ancaq məndən sonra peyğəmbərlik yoxdur.” (Buhari)
Həzrəti Əli, Xeybər qalasının fəthində, qalanın qapısını qoparıb qalxan olaraq istifadə etmişdir. Bu döyüşdə Həzrəti Əlinin gözləri ağrıyırdı. Rəsulullah Əfəndimiz onu çağıraraq gözlərinə üfürdü və şəfa tapması üçün Allahü təalaya dua etdi. Həzrəti Əlinin gözlərində bir ağrı qalmadı.
Bu döyüşdə yəhudilərin məşhur pəhləvanı Mərhab, “Xeybər xalqı yaxşı bilir ki, mən gəlib çatan hərblərin alovlandığı, qızışdığı zamanlarda təpədən dırnağa qədər silahlanmış, cəsarət və qəhrəmanlığı sınanmış Mərhabam. Mən nərə çəkib gəldikləri zaman aslanları belə, gah mizraqla gah qılıncla vurub yerə sərmişəm” deyərək Müsəlmanlardan ər istədi.
Bunun üzərinə Həzrəti Əli, “Mən ki, anam mənə Heydər (Aslan) adını vermişdir! Mən meşələrin heybətli görünüşlü aslanı kimiyəm. Sizi böyük ölçüdə və tez öldürən bir ər kişiyəm” deyə şer söyləyərək Mərhabın qarşısına dayandı.
Bu şer Mərhaba o gecə gördüyü yuxunu xatırlatdı. Yuxusunda onu bir aslanın parçaladığını görmüşdü. Həzrəti Əli Mərhabla qarşı-qarşıya gəldiyi zaman Mərhabın təpəsinə elə bir qılınc endirdi ki, qılınc Mərhabın sipərləndiyi qalxanını və dəmirdən dəbilqəsini kəsdi. Başını ikiyə ayırdı. Mərhabın başına enən qılıncın çıxardığı səs o qədər güclü idi ki, Xeybər qərargahında olan Ümmi Sələmə “Mərhabın dişlərinə qədər enən qılıncın səsini mən də eşitdim” dedi.
Həzrəti Əli o gün yəhudilərin ən adlı-sanlı adamlarından səkkizini öldürmüşdü.
Xeybər savaşından qayıdan Həzrəti Əliyə Peyğəmbər Əfəndimiz: “Ya Əli, əgər xalq İsaya söylədiklərini söyləməsələr idi, sənin haqqında çox sözlər deyərdim. O zaman hər kəs, bərəkətlənmək üçün ayağının tozunu alar, dəstəmaz suyunu şəfa üçün xəstələrinə verərlərdi. Səni şəhid edərlər. Axirətdə hovuzumun üzərində xəlifəmsən. Cənnətə ən əvvəl sən girərsən. Səni sevənlər nurdan minbərlər üzərində olarlar” buyurunca, Həzrəti Əli şükür səcdəsi etdi.
Peyğəmbər Əfəndimiz, “Yoxsulluqla öyünürəm” buyurunca, Həzrəti Əli, dünya malına heç qiymət vermədi. Əlinə min qızıl keçsə, ertəsi günə saxlamazdı. Hamısını kasıblara paylayardı. Rəsuli Əkrəm bu səbəblə Həzrəti Əliyə “Sultan-ül-Əshiya”, yəni comərdlər sultanı buyururdu. Həzrəti Əli,Heydər (aslan), Kərrar (düşmənə dəfələrcə hücum edən), Əbüttürab (torpağın atası),Əsədullah (Allahın aslanı) kimi müxtəlif adlarla çağırmışdı.
Həzrəti Əli yanına oturan kasıb bədəviyə, “Bir istəyin varmı?” buyurdu. Bədəvi utandığından diliylə bir şey söyləməyib işarə ilə bildirdi. Həzrəti Əli, yanında olan iki geyiminin ikisini də bədəviyə verdi. Bədəvi sevinərək gözəl bir beyt oxudu. Beyt Həzrəti Əlinin çox xoşuna gəldi. Uşaqları üçün ayırdığı üç qızılın hamısını bədəviyə verdi. Bədəvi, “Ey möminlərin əmiri, məni öz ailəmin ən böyük zəngini etdin” dedi. Həzrəti Əli də bu hədisi-şərifi nəql etdi:
“Hər kəsin dəyəri, söylədiyi gözəl sözlərə, etdiyi yaxşı işlərə görə ölçülür.” (M. Cami)
Həzrəti Əli bir bədəvi ilə aralarındakı razılaşmaya görə onun heyvanları üçün quyudan su çıxartmalı idi. Quyudan çəkəcəyi hər vedrə su üçün bədəvidən bir ovuc xurma alacaqdı. Həzrəti Əli su çəkməyə başladı. Son vedrəni çəkərkən, vedrənin ipi qırıldı və vedrə dərin quyunun içinə düşdü. Bədəvi, qəzəblə Həzrəti Əlinin mübarək üzünə bir yumruq vurub ödənişi olan xurmanı da verdi. Həzrəti Əli mübarək əlini uzadıb vedrəni quyudan çıxartdı. Bədəviyə verib oradan uzaqlaşdı. Bədəvi Həzrəti Əlinin dərin quyudan vedrəni çıxartmasına heyrət edib öz-özünə, əgər onun dini haqq olmasaydı, bu dərin quyudan vedrəni çıxara bilməzdi. Ədəbsizlik edən əl mənə lazım deyil, deyərək əlini kəsib Həzrəti Əlinin evinə getdi.
Həzrəti Əli qapını açıb digər əlində kəsik əlini tutan bədəvini görüncə, içəridə olan Rəsulullaha xəbər verdi. Peyğəmbər Əfəndimiz bədəviyə, nə üçün belə səhv etdiyini soruşdu. Bədəvi ağlayaraq etdiyi ədəbsizlikdən üzr istəyib imana gəldi. Rəsulullah kəsik əli yerinə qoyub dua buyurdu. Haqq təalanın izni ilə əli yerində oldu.
Bir gün Həzrəti Əli Həzrəti Fatiməyə, “Ya Fatimə, yeməyə bir şey varmı, çox acmışam”, dedi. Həzrəti Fatimə, “indi bir şey yoxdur. Lakin dəsmala bükülü altı axça var. Onları götür, bazardan bir şeylər al. Həm Həsən və Hüseyn də meyvə istəmişdilər, onlar üçün də bir miqdar meyvə alarsan”, dedi.
Həzrəti Əli, o altı axçanı götürüb bazara getdi. Yolda gedərkən bir Müsəlmanın ətəyindən tutan birini gördü, “artıq səni buraxmaram, ya haqqımı ver, ya da gəl məhkəməyə gedək” deyirdi. O dərdli adam isə “bir neçə gün daha mənə möhlət ver”, deyə yalvarırdı. O da, “xeyir, mənim də sıxıntım var” deyirdi.
Həzrəti Əli bunların mübahisələri görüncə, yanlarına çatıb, “davanız neçə axçadır”, dedi. “Altı axçadır” dedilər.
Həzrəti Əli, bu müsəlmanı sıxıntıdan qurtarım, Fatiməyə də bir yol ilə cavab verərəm deyə düşündü və altı axçanı borc verənə verib o müsəlmanı iztirabdan xilas etdi.
Həzrəti Əli bir müddət Fatiməyə nə cavab verəcəyəm deyə fikir etdi. Bir müddət kədərləndi. Sonra, Fatimə Rəsulullahın qızıdır, buna bir şey deməz, o da məmnun olar, dedi. Əliboş evə gəlib qapını döydü. Həsən və Hüseyn atalarının meyvə gətirdiyini zənn edib qaçaraq gəldilər. Bir şey gətirmədiyini görüncə ağlamağa başladılar. Həzrəti Əli Həzrəti Fatiməyə o altı axça ilə bir müsəlmanı həbsdən qurtarmasını anlatdı. Həzrəti Fatimə, nə yaxşı etmisən ya Əli, əlhamdulillah bir müsəlmanı sıxıntıdan qurtarmısan, Allahü təala bizə kafidir, dedi.
Həzrəti Əli, iki şahzadələrin ağladıqlarını görüncə, mübarək könüllərinə kədər gəlib, bu əzab ilə çölə çıxdı. Rəsulullahın hüzuruna gedib camalı-şərifini müşahidə edərək, bu kədərdən xilas olmaq niyyəti ilə getdi. Çünki bir kimsənin yüz min qəmi olsa Rəsulullahın mübarək camalına nəzər eyləsə, bütün qəmi və qüssəsi getdikdən başqa, qəlbinə bir çox sürurlar və səfalar hasil olardı.
Bir az getdikdən sonra, yolda əlində bir kök dəvə tutmuş bir adama rast gəldi. Həzrəti Əliyə dedi ki, ey igid, bu dəvəni satıram, alarsanmı? Həzrəti Əli, nağd axçam yoxdur, dedi. O şəxs, sənə borca verərəm, dedi. Həzrəti Əli, nə qədərə verərsən deyə soruşdu. Yüz axçaya verərəm, dedi. Həzrəti Əli, qəbul, alıram deyincə o şəxs də razı olub, elə olsun dedi. Dəvəni Həzrəti Əliyə təslim etdi.
Həzrəti Əli, dəvənin ipindən tutub, bir az getdikdən sonra bir başqa şəxsə daha rast gəldi. O şəxs, Ya Əli nə gözəl dəvədir, bunu mənə satarsanmı, dedi. Həzrəti Əli, bəli sataram, dedi. O şəxs, daha çox edər amma üç yüz axçaya mənə verərsənmi, deyə soruşdu. Verərəm dedi. O şəxs çıxardıb üç yüz axçanı verdi. Həzrəti Əli də dəvəni təslim etdi.
Həzrəti Əli doğru bazara getdi. Yeməklər və meyvələr alıb evə gəldi. Qapını açıb içəri girdiyində şahzadələr sevinib meyvələri alıb yeməyə başladılar. Həzrəti Fatimə, ya Əli bu axçanı haradan aldın, deyə soruşdu. Həzrəti Əli başına gələn hadisəni anlatdı. Ondan sonra yeməyi yeyib Allahü təalaya həmd etdilər. Həzrəti Əli, indi mən Rəsulullahın məclisinə gedim dedi və qalxıb çölə çıxdı. Az getmişdi ki, qarşıdan Rəsulullah Əfəndimiz göründü. Həzrəti Əliyə təbəssüm edərək buyurdu ki: “Ya Əli, dəvəni kimdən aldın, kimə satdın bilərsənmi?) Həzrəti Əli, Allah və Rəsulu bilər dedi. Rəsulullah, “Ya Əli, sənə dəvəni satan Cəbrayıl əleyhissəlam, satın alanda İsrafil əleyhissəlam idi. O dəvə Cənnət dəvələrindən idi. Ya Əli, sən o müsəlmanın çətinliyini aradan qaldırdığın üçün, Allahü təala razı oldu və sənin çətinliyini aradan qaldırmaq üçün bunu lütf etdi. Axirətdə verəcəyinin, ehsan edəcəyinin hesabını isə Ondan qeyri kimsə bilməz” buyurdu.
Ammar bin Yasir həzrətləri dedi ki, Rəsulullah buyurdu ki:
“Ya Əli, Allahü təala səni bir zinət ilə zinətlədi. Dünyanı tərk etmək olan və özünə sevimli olan zühd ilə zinətlədi. Elə təqdir et ki, dünyadan bir şeyə nail olmayasan!)
Həzrəti Əli namaza duranda dünya dağılsa xəbəri olmazdı. Bir hərbdə Həzrəti Əlinin mübarək ayağına bir ox batmışdı. Oxu çıxarda bilmədilər. Həkim gəldi. “Huşu aparan dərman verməliyik ki, ancaq o vaxt ox çıxar. Yoxsa, bunun ağrısına dözə bilməz dedi. Həzrəti Əli, “Huşu aparan dərman lazım deyil, mən namaza duranda çıxardın” buyurdu. Həzrəti Əli namaza başladı. Həkim də Həzrəti Əlinin mübarək ayağını yarıb oxu çıxardı. Yaranı sarıdı. Həzrəti Əli, namazını bitirincə Oxu çıxardınız mı? Buyurdu. Həkim, Bəli çıxardım dedi. Həzrəti Əli, “Heç hiss etmədim” buyurdu.
Bunda təəccünlu bir şey yoxdur. Necə ki, Həzrəti Yusifin gözəlliyi qarşısında da Misir qadınları heyran olub, özlərini elə unutmuşlar ki, əllərini kəsdiklərindən xəbərləri olmamışdı. Möminlər də vəfat anında Rəsulullah əfəndimizin gözəl üzünü görüb ölüm acısını duymazlar.
Qays bin Haris anladır:
Biri gəlib Müaviyə min Əbi Süfyandan bir məsələ soruşdu. Müaviyə dedi ki, bunu get Əliyə sor ki, o məndən yaxşı bilər. O kişi, mən bu məsələdə sənin cavabını istəyirəm. Sənin verəcəyin cavabı Əlinin cavabından çox sevərəm dedi. Müaviyə qəzəblənib, sən nə bədbəxt insansanmış. Şübhəsiz sən, Allah Rəsulunun elmdə muazzəz və mükərrəm tutduğu kimsəni bəyənmirsən. Rəsulullah buyurdu ki:
“Ya Əli, mənə, Harunun Musaya yaxınlığı kimisən. Yalnız məndən sonra peyğəmbərlik yoxdur.”
Çox gördüm ki, Ömər onun ilə məşvərət edərdi. Əgər bir məsələdə müşkülləri olsa idi, Əli buradadırmı, deyərdi. Sən indi qalx, uzaqlaş yanımdan, Allahü təala ayaqlarına qüvvət verməsin.
Amr bin əl Cumi rəvayət edər:
Mən, Rəsulullahın hüzurunda oturmuşdum. “Ya Amr!” buyurdu. “Ləbbeyk ya Rəsulullah!” dedim.“İstəyirsənmi ki, Cənnətin dirəyini sənə göstərim!” buyurdu. İstəyirəm ya Rəsulallah dedi. O sırada Əli ibn Əbi Talib oradan keçdi. Buyurdu ki:
“Bu insan və bunun əhli Cənnətin dirəyidir.”
Səid ibn Cübəyr, Abdullah ibn Abbas həzrətlərinin əlini tutub gedirdi. Zəmzəm quyusuna gəldilər. Orada bəziləri oturmuş, Həzrəti Əlini pisləyirdilər. Bunu eşidincə İbni Abbas həzrətləri buyurdu ki, qayıdın, məni onların yanına aparın. Onların yanlarına gəldilər. İnbi Abbas həzrətləri, Allah və Rəsulunə yaramaz sözlər söyləyən kimdir, deyə soruşdu. Bizim aramızda heç kimsə Allah və Rəsulunə yaramaz sözlər söyləməz, dedilər. Əli ibn Əbi Talibə yaramaz söz söyləyən, onu pisləyən varmı, deyə soruşdu. Bəli var, dedilər. Bunun üzərinə İnbi Abbas həzrətləri dedi ki: Yaxşı dinləyin, Allaha and içirəm ki, Rəsulullahdan şəxsən eşitdim, buyurdu ki:
“Hər kim Əlini pisləyər, şübhəsiz məni pisləmiş olar. Hər kim məni pisləyər, şübhəsiz ki, Allahı pisləmiş olar. Hər kim Allahı pisləyər, Allah onu üzü qoylu Cəhənnəmə atar.”
Məkkə fəth edildiyi zaman bütöv bütlər parçalandılar. Ancaq, Beyti şərifin ( Kəbə) içində böyük bir büt var idi ki, daşdan edilmişdi, o qaldı. O bütü zəncirlər və mismarlar ilə tavana və divara bağlamışlardı. Rəsulullah Kəbəi şərifə gəldi. Həzrəti Əlini çağırıb buyurdu ki, “Ya Əli, Mənim çiynimin üstünə çıx. Bu bütün bağlarını yerindən qopart.” Həzrəti Əli, Ya Rəsulallah, mən kiməm ki, ayağımı mübarək çiyinizin üzərinə qoyam. Buyurun siz mənim çiynimin üzərinə basın dedi. Rəsulullah,“Ya Əli, sən mənim səy və hamiyyət, nübüvvət (Peyğəmbərlik) və risalət vəzifəsini çəkəcək qüvvət və taqəti tapa bilməzsən” buyurdu. Sonra, əmri şərifləri ilə Rəsulullahın mübarək çiyinlərinə basıb, o bütü bütöv zəncirləri, mismarları və bəndləri ilə o yerdən ayırıb, atdı. “Həzrəti Əbu Bəkri Siddiqin Hicrət gecəsində Rəsulullahı bir miqdar öz çiyində apardığı hədisi şəriflər ilə sabitdir.)
Bir gün sübh namazı vaxtında Həzrəti Əli məscidə gedərkən yolda bir qocaya rast gəldi. Qocanın ağ saqqalına hörmət edib, önünə keçmədi. Yavaş-yavaş ardınca getdi. Məscidin qapısına çatdığı zaman qoca içəri girmədi. Yoluna davam edib getdi. Ancaq o zaman, Həzrəti Əli onun müsəlman olmadığını anladı.
Məsciddə Rəsulullahı rükuda gördü. Günəşin doğma vaxtı yaxınlaşmışdı. Camaata qoşulub, namaz qıldı. Namazdan sonra əshabı-güzin, Ya Rəsulallah, birinci rükuda adəti şərifinizdən çox durdunuz. O qədər ki, günəşin doğması yaxınlaşdı. Səbəbi nədir, deyə soruşdular. Rəsulullah, “Səmi Allahü limən hamidəh” dedikdən sonra, qıyama qalxmaq istədiyimdə, Cəbrayıl başımı tutub, qalxmama mane oldu. Hikmətinin nə olduğunu bilmirəm” buyurdu.
Allahü təala Cəbrayıl əleyhissəlama, “Həbibimə (sevimli) səbəbini bildir, əshabına bildirsin” buyurdu. Bunun üzərinə Cəbrayıl əleyhissalam dedi ki: Ya Rəsulallah, mübarək başınız rükudan qaldırmaq istədiyiniz zaman, Allahü təala mənə, “Həbibimin arxasını tut; rükudan qalxmasın ki, Əli yolda bir ağ saqqallı qocaya hörmət edib, yavaş gedir, camaat savabından məhrum qalır. Qalmasın, Həbibimə çatsın” deyə əmr etdi. Mən də gəlib əmr ediləni etdim, Əli də çatmış oldu. Hikməti budur.
Həzrəti Əlinin hikmətli sözləri çoxdur. Bunlardan bəziləri bunlardır:
-Müsəlmanlar, axirətə inanır. Kitabsız kafirlər, inkar edir. Təkrar dirilmək olmasaydı, inanmayanlar bir şey qazanmaz, müsəlmanlar da, zərər etməzdi. Lakin, hər kəs dirilincə kafirlər sonsuz əzab çəkəcəklər.
-İnsan bilmədiyinin düşmənidir.
-Allaha and içirəm ki, məni yalnız mömin sevər və məndən yalnız münafiq nifrət edər.
-Cahil, bilmədiyini soruşmaqdan utanmasın. Alim, içindən çıxa bilmədiyi bir məsələdə ən yaxşısını Allahü təala bilər deməkdən çəkinməsin.
-Dostların pisi, sənin üçün zəhmətə girən, səni üzr istəməyə məcbur buraxandır.
-Cəhənnəmlik görmək istəyən, özü oturduğu halda başqasını ayaqda saxlayan kimsəyə baxsın!
-Bədəndə baş nə isə, imanda da səbir eynidir. Başsız bədən, səbirsiz iman da olmaz.
-Dost eldə edin! Onlar sizin üçün dünya və axirət sərmayənizdir.
-Axmaq ilə yoldaşlıq etmə! Ondan özünü qoru! Nə qədər axmaqlar var ki, yoldaş olduqları ağıllı kimsələri məhv edərlər. Adam yoldaşı ilə ölçülər. Qəlblər görüşdüyü vaxt birinin digərinə təsiri vardır.
-Özlərindən həya edən kəslərlə yoldaşlıq etmək surətiylə əməllərinizi gözəlləşdirin!
-Mürüvvət, iffətli olmaq, nəfsə hakim olmaq, darlıqda və genişlikdə bol-bol ehsan etməkdir.
-Xalqın bir qismi məni çox sevib Əshabi kiramdan nifrət edər. Mən bunları sevmirəm. Bir qisimdə məndən nifrət edib, Səhabənin bir qismini sevər. Bunlar da Cəhənnəmlikdirlər.
-Əməllərin ən çətini üçdür; nəfsin haqqını verə bilmək, hər halda Allahü təalanı xatırlaya bilmək, din qardaşına bol-bol ikram edə bilməkdir.
-Təqva, səhvə davamı buraxmaq, aldanmamaqdır.
-Qəlblər qablara bənzər. Xeyirli olanı xeyirlə dolu olanıdır.
-Mənə bir hərf öyrədənin köləsi olaram.
-Bağışlamaq fəzilətdir. Qərarlı olmaq mətadır, sahib olunan maldır. Qərarsız olmaq isə məhv olmaqdır. Yalançılıq xəyanətdir. İnsaf rahatlıq, şər həyasızlıqdır. Gülərüzlülük ehsandandır. Doğruluq qurtarar, yalan fəlakətə sürükləyər. Qənaət insanı zəngin edər, yerində istifadə edilməyən zənginlik azdırar. Dünya aldadar, şəhvət aldadar. Həsəd köhnəldər, nifrət çökdürər.
-Əməllərin ən fəzilətlisi, yaxşılığı əmr edib pislikdən çəkindirmək və günah işləyəni sevməməkdir. Kim ki, yaxşılığı əmr edərsə, möminin kürəyini möhkəmləşdirmiş, sağlamlaşdırmış olar. Kim də pisliyi qadağan edər və ondan vaz keçərsə, münafiqin burnunu yerlə sürümüş olar.
-Ağıllı şəxs günahlarını tövbə ilə örtəndir. Comərd, pislik edənə yaxşılıqla cavab verəndir.
-Alim, sözü, işinə uyğun olandır. Alim elmə doymaz.
Həzrəti Əli bir dəstə göndərdiyi vaxt başçı olaraq təyin etdiyi şəxsə belə deyərdi:
“Sənə Allahdan qorxmağı tövsiyə edirəm. O, həm dünyaya, həm də axirətə malikdir. Vəzifənə sarıl. Səni Allaha yaxınlaşdıracaq olana yapış. Çünki dünyada edib qoyduqlarını, sabah qarşında hazır görəcəksən.
İdarəçilərə Nəsihətləri
1-Xalqa qarşı daim içinizdə sevgi və nəzakət hissləri bəsləyin. Müvəffəqiyyətinizin onları danlayıb sərt davranmaqla olduğu fikrinə düşməyin.
2-Hər kəsə ədalətli davranın.
3-Tərəf tutmayın. Bu cür davranışlar sizi zülmə və despotluğa aparar.
4-Məmurlarınızı seçərkən zalım idarəçilərə xidmət etməmiş, dövlətə qarşı cinayətlərdən, məzlumlara qarşı zülmlərdən məsul olmamış olmalarına diqqət edin.
5-Doğru, dürüst və nəzakətli şəxsləri seçin və mənfəət ummayan şəxsləri seçin.
6-Haqsız qazanc və əxlaqsızlıqlara düşməmələri üçün məmurlarınıza kifayət qədər maaş ödəyin.
7-Məmurlara davamlı nəzarət edin, bunun üçün etibar etdiyiniz səmimi insanların məsləhətlərinə açıq olun.
8-Xalqın etibarını qazanın və onların yaxşılığını istədiyinizə onları inandırın, etdiyinizlə adamı minnət altında buraxmayın.
9-Heç bir zaman vədinizdən dönməyin. Etməyə gücü çata bilməyəcəyiniz işləri də vəd etməyin.
10-Hirsinizi məğlub edin. Hirsli ikən cəza verməkdən çəkinin. Qəzəbiniz keçsin ki, müsbət qərarlar verə biləsiniz.
Hezret əli
6 окт 2013
В группе 124 участника
Hezreti Eli (e) hedisler. 1. Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən. 2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək. 3. Qeybəti dinləyən elə qeybət edən kimidir. 4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol. 5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər. 6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən. 7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar. 8. Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir. 9. Pis xəbəri heç kimə çatdırma. 10. Xeyir işini təxirə salma. 11. Öz qədrini bilən adama ölüm qorxulu deyil. 12. Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa. 13. Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə. 14. O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub. 15. Az danışanın xətası da az olar. 16. Pislik edənə yaxşılıq etməklə əziyyət ver. 17. Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər. 18. Haqdan uzaqlaşanın ömrü qısalar. 19. Bir suala bir neçə cavab vermək həqiqəti itirər. 20. Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır. 21. Hər kəs “Bilmirəm”sözünü tərk etsə rüsvay və həlak olar. 22. Haqqında yaxşı gümanda olanın zənnini doğrult. 23. İnsanlar övladın öldürülməsinə səbr edirlər, malın-dövlətin əldən çıxmasına dözmürlər. 24. Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar. 25. Aramlıqla ruzi tapmayan , əsəbliklə heç tapmaz. 26. İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 27 октября 2013 в 14:43
Bismillehir-rehmanir-rehim Serafetli merac hedisi Hezreti Eli (e) revayet edir ki, bir gun men ve Fatime (s.e) Peygemberin (s) huzuruna getdik. Eve daxil olanda gorduk Hezret (s) aglayir. Dedim: Atam,anam sene qurban ne ucun aglayirsan? Hezret (s) buyurdu: “Ya Eli! Bir gece asimana (meraca) aparanda, orada bir nece qadini siddetli ezab icinde gordum. Onlarin hali yadima dusub. Onlara verilen ezabin siddetinden aglayiram. 1) Bir deste qadini saclarindan asili gordum, beyinleri qaynayirdi. Onlar o qadinlar idi ki, namehrem kisilerin huzurunda saclarini ortmurdu. 2) Basqa deste
Comments are closed, but trackbacks and pingbacks are open.