Universitetlərin kafedra müdiri olan məmur və deputatların SİYAHISI
Məlahət İbrahimqızı – 61 yaş
Hicran Hüseynova: “Maarifləndirmə işləri gücləndirilməsə, böyük problemlərlə rastlaşarıq”
“Son hadisələr, o cümlədən bizi çox narahat edən Nardaran hadisələri onu göstərdi ki, Azərbaycanı istəyənlər də var, istəməyənlər də”.
Trend-i buradan izləyin
Bakı. Elçin Mehdiyev – Trend:
“Son hadisələr, o cümlədən bizi çox narahat edən Nardaran hadisələri onu göstərdi ki, Azərbaycanı istəyənlər də var, istəməyənlər də”. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.
H.Hüseynova bildirib ki, qadınların çiyninə çöx böyük zəhmət, məsuliyyət düşür: “Biz ailədə atanın və ananın nüfuzunun bərabər olmasını istəsək də, bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olur. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa iş görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. O problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil atasına, anasına iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər”.
Universitetlərin kafedra müdiri olan məmur və deputatların SİYAHISI
Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.
Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.
Universitetlərdə kafedra müdiri vəzufəsini tutan məmur və deputatların kimlərlərdir?
Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov hazırda BDU-da Ali riaziyyat kafedrasının müdiridir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da BDU-da vəzifə tutan məmurlar sırasına daxildir – o, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində də çalışır.
BDU-da kafedra müdiri olan xeyli deputat var. Belə ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Konstitusiya hüququ , deputat Yaqub Mahmudov Qədim dünya və orta əsrlər tarixi, deputat Nizami Cəfərov Ümumi dilçilik, deputat Bəxtiyar Əliyev isə Psixologiya kafedrasının müdiridir.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov: “Deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur”.
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova: “Eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri” Əvəz Ələkbərov “Maliyyə və maliyyə inistutları” kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır”.
Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman: “Bizim ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva: “Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı: “Kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu: “Deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur”.
Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli: “Bizim universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər”.
(Modern.az)
Milli Məclisin xanım deputatları – YENİ SİYAHI
BAKU.WS xəbər verir ki, onlardan ən gənci Səbinə Xasayeva (26 yaş), ən yaşlısı isə Aqiyə Naxçıvanlıdır (69 yaş).
Məlumat üçün bildirək ki, Milli Məclisin bundan öncəki tərkibində 21 xanım deputat təmsil olunurdu.
Yeni tərkibdəki 22 nəfərdən 12-si yenidən deputat seçilənlərdir:
Ülviyyə Həmzəyeva – 37 yaş
Ülviyyə Ağayeva – 41 yaş
Pərvin Kərimzadə – 44 yaş
Qənirə Paşayeva – 44 yaş
Sevinc Fətəliyeva – 40 yaş
Sevinc Hüseynova – 50 yaş
Kamilə Əliyeva – 52 yaş
Jalə Əliyeva – 53 yaş
Məlahət İbrahimqızı – 61 yaş
Sahibə Qafarova – 64 yaş
Sədaqət Vəliyeva – 65 yaş
Aqiyə Naxçıvanlı – 69 yaş
Yekun nəticədə aşağıdakı şəxslərin deputatlığı təsdiqlənsə, Milli Məclisin yeni tərkibindəki xanım deputatlar sırasına daha 10 xanım deputat qoşulacaq:
Səbinə Xasayeva – 26 yaş
Lökbatan bələdiyyəsinin sədr müavini olan Səbinə Xasayeva 1993-cü ildə anadan olub. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, YAP-ın namizədi 37 məntəqə üzrə 48.5 faiz səs toplayaraq qalib gəlib.
Azərbaycan Xarici dillər Universitetinin bakalavr pilləsini bitirib, Azərbaycan Neft və Sənaye Universitetində isə (MBA üzrə) magistr təhsili alıb. İngilis və norvec dilllərini mükəmməl bilir.
Könül Nurullayeva – 34 yaş
1985-ci il dekabırın 1-də Bakı şəhərində anadan olub.
İctimai xadim, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin “İdmanda Gender Bərabərliyi” Komissiyasının üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Bakı 2020” Təşkilat Komitəsinin icraçı direktoru, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibidir.
6 saylı orta məktəbi bitirib. 2003-2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsil alıb.
2008-2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib.
Nigar Arpadarai – 38 yaş
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiyalar Şöbəsinin rəhbəridir.
O, 29 saylı Səbail Seçki Dairəsindən bitərəf namizəd kimi qatılıb və 42.3 faiz səslə qalib gəlib.
Jalə Əhmədova – 38 yaş
1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşıdır.
Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.
Əminə Ağazadə – 39 yaş
Ağazadə Əminə Həmid qızı 26 mart 1980-ci il tarixində Bakı şəhərində anadan olub.
1997-ci ildə Bakı şəhər 20 nömrəli orta məktəbi bitirib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat və cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistratura dərəcəsini alıb.
2002-ci ildən etibarən prokuroluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviridir.
Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 1 oğlu var.
Sevil Mikayılova – 45 yaş
”Trend analitik informasiya agentliyi”nin baş direktorunun müavinidir. Öz təşəbbüsü ilə 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürüb və 43.8 faiz səslə qalib gəlib.
Fatma Yıldırım – 47 yaş
Fatma Yıldırım 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktorudur.
2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir.
Yeni Azərbaycan Partiyası (YAP) onun namizədliyini 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürüb. O, 65.7 faiz səslə lider namizəddir.
Ailəlidir, iki övladı var.
Afət Həsənova – 59 yaş
Seçkilərə qədər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini olaraq çalışıb.
YAP 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənovanı namizəd kimi qeydə alıb.
Səsvermədə 64.9 faiz səs toplayıb.
Tamam Cəfərova – 60 yaş
Tarix elmləri namizədi, dosent Tamam Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib.
1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.
Tamam Cəfərova 2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzv olub.
2005-ci ildə keçirilən parlament seçkilərində 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə namizəd olaraq iştirak edib və səsvermədə 48.9 faiz səs toplayıb.
Hicran Hüseynova – 64 yaş
Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə 6 nömrəli orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.
2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri vəzifəsində çalışır.
Siyasi elmlər doktoru, professor. Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.
Ailəlidir, 2 övladı, 3 nəvəsi var.
Comments are closed, but trackbacks and pingbacks are open.