Press "Enter" to skip to content

Şəhidlər ölməzdir

Группой крупнейших российских правообладателей авторских и смежных прав, а именно: ООО «НЦА», ООО «ЛенГрад», ООО «Креатив Медиа», ООО «Новый мир», ООО «Медиалайн», ООО «Диджитал Прожект» и другими, в рамках заключенных с ООО «АдвМьюзик» лицензионных соглашений, вэб-сайту https://lightaudio.ru предоставлены разрешения на использование музыкального контента, принадлежащего данным Правообладателям, способом доведения до всеобщего сведения в цифровой форме через Интернет.
Вместе с тем, ООО «АдвМьюзик» не является владельцем, администратором или хостинг-провайдером сайта, не размещает, и не влияет на размещение на сайте любых авторских произведений и фонограмм.
По вопросам, связанным с использованием контента заявленных выше Правообладателей, просьба обращаться на support@advmusic.com.
По вопросам, связанным с использованием контента Правообладателей, не имеющих Лицензионных Договоров с ООО «АдвМьюзик», а также по всем остальным вопросам, просьба обращаться в службу технической поддержки сайта на mail@lightaudio.ru

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

İltimas İSMAYIL.”Şəhidlər ölməzdir, vətən bölünməz”

Şəhidlər ölməzdir, vətən bölünməz
Qarabağ bizimdir, əsla verilməz
Əsgərlər sipərdir sədler geçilmez
Şəhidlər ölməzdir, vətən bölünməz.

Bütün dünya duysun haqq səsimizi
Vətənə verdik son nəfəsimizi
Söndürməz ölüm də həvəsimizi
Şəhidlər ölməzdir, vətən bölünməz.

Haydı igidlərim siraya durun
Düşmənın bağrına yaralar vurun
Göylerdə ucalıq taxtını qurun
Şəhidlər ölməzdir, vətən bölünməz.

Qəhrəman ordumuz dastanlar yazır
Kafirin hiyləsin yamanca pozur
Dığa ermenin məzarın qazır
Şəhidlər ölməzdir, vətən bölünməz.

Xain duşmən bizim gücü anlayır
Her tərəfdə yalan, yalnış banlayır
Yaltaqdır, onu, bunu yanlayır
Şəhidlər ölməzdir, vətən bölünməz..

Bir igid can versə beşi gələcək
Yuvada ılanın başın əzəcək
Son nəfəsdə murdar qonşu biləcək
Şəhidlər ölməzdir, vətən bölünməz.

Halallık istəyib evdən getdilər
Torpaq muqəddəsdir, and da içdilər
Qarabağ dardadır, haya yetdilər
Şəhidlər ölməzdir, vətən bölünməz.

Son Yazılar

  • Cəfərova Filizə dəstək!
  • Körpə Həsən və Hüseynə dəstək olaq
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Cəfərova Filizə dəstək! 22 Mart 2023
  • Körpə Həsən və Hüseynə dəstək olaq 22 Mart 2023
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar 22 Mart 2023
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023

Sehidler

Группой крупнейших российских правообладателей авторских и смежных прав, а именно: ООО «НЦА», ООО «ЛенГрад», ООО «Креатив Медиа», ООО «Новый мир», ООО «Медиалайн», ООО «Диджитал Прожект» и другими, в рамках заключенных с ООО «АдвМьюзик» лицензионных соглашений, вэб-сайту https://lightaudio.ru предоставлены разрешения на использование музыкального контента, принадлежащего данным Правообладателям, способом доведения до всеобщего сведения в цифровой форме через Интернет.
Вместе с тем, ООО «АдвМьюзик» не является владельцем, администратором или хостинг-провайдером сайта, не размещает, и не влияет на размещение на сайте любых авторских произведений и фонограмм.
По вопросам, связанным с использованием контента заявленных выше Правообладателей, просьба обращаться на support@advmusic.com.
По вопросам, связанным с использованием контента Правообладателей, не имеющих Лицензионных Договоров с ООО «АдвМьюзик», а также по всем остальным вопросам, просьба обращаться в службу технической поддержки сайта на mail@lightaudio.ru

© 2023 lightaudio.ru
Правовая информация
Описание услуг

Şəhidlər ölmürlər inşası haqqında ətraflı aşağıdan oxuya bilərsiniz

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

. Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərce igid övladı uca şəhidlik zirvəsinə yüksəlmişdir. Gültəkin Əsgərova, Ülvi Bünyadzadə, Koroğlu Rəhimov, Çingiz Mustafayev, Salatın Əsgərova. Bu siyahı çox uzundur. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi: «Biz gəldi-gedərik, təki Vətən yaşasın!». Bu amalla yaşayan insanlar 1990-cı ilin qanlı 20 Yanvar gecəsində təpədən dırnağadək silahlanmış düşmən qoşunlarının qarşısından geri çəkilmədilər, misli görünməmiş iradə, yenilməzlik nümayiş etdirdilər.
Vətən, xalq sevgisi idi onlara cəsarət verən, sıralarını möhkəm edən. İmperiya ordusunun əsgərləri, zabitləri belə heyrətə düşmüşdülər. ölümlə üz-üzə qalan gənclər, qocalar, oğlanlar, qızlar onlardan əsla aman diləmir, əksinə öz nifrətlərini, qəzəblərini dilə gətirirdilər. Küçələrə, meydanlara çıxan insanlar özlərini rəmzi qala sanırdılar, hər kəs istəyirdi ki, Vətənə atılan güllə onun sinəsinə dəysin. Cəbhədə, zorla sürükləndiyimiz Dağlıq Qarabağ müharibəsində də Vətən oğulları eyni şücaətlə vuruşmuş, qeyribərabər döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmişlər.
İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Şəhidlərin arzularının bir çoxu həyata keçmişdir. Azərbaycan suverenliyini təmin edib, onların arzuladıqları müstəqil dövlətimiz qurulub. Ölkəmizin iqtisadi, hərbi gücü getdikcə artır. Gənc respublikamız beynəlxalq birliyin layiqli üzvünə çevrilmişdir. Bu bizə gələcəyə nikbin nəzərlərlə baxmağa əsas verir. Əminik ki, şəhidlərin digər arzuları da çin olacaq. Getdikcə güclənən Azərbaycanın vaxtilə imperiya ordusunun köməyi sayəsində ermənilərin əlinə keçən torpaqlarımızı geri qaytaracağı, respublikamızın ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.
Burada biz də öz məsuliyyətimizi aydın dərk edirik. Şəhidlərin uğrunda canlarını fəda etdikləri müqəddəs amallar qəlbimizdə möhkəm yer tutmuşdur. Gözəl Vətənimizin şəhid bacı və qardaşlanmızın qanı ilə qazanılan müstəqilliyini, azadlığını göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi həyatda əsas məqsədimiz sanırıq.
Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdınlıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib. Burada yaradılan möhtəşəm kompleksdə şəhidlərin xatirəsinə əbədi məşəl alovlanır. Bundan başqa, respublikanın digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər xiyabanı vardır.
Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə şəhidlərin adı verilib, onlarca küçə, park şəhid bacı və qardaşlarımızın adını daşıyır, yolların kənarlannda, məhəllələrdə, gediş-gəliş gur olan yerlərdə onların xatirəsinə ehsan bulaqları tikilib, gənc ailələrdə yurdumuzun neçəneçə Çingizi, Əlifi, Koroğlusu, Azəri böyüyür.
Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.

Comments are closed, but trackbacks and pingbacks are open.