Daxili siyasət
Ülviyyə Cabbarova ASA-nın Müşahidə Şurasına yeni sədr seçilib
Hikmət Babaoğlu: Türk Dövlətləri Təşkilatının yaradılması milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) İstanbulda keçirilən XIII Zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çevriləcək. Beynəlxalq qurum artıq məsləhətçi və məşvərətçi təşkilat çərçivəsindən çıxaraq tam təsisatlı funksional beynəlxalq təşkilata çevrilərək Türk Dövlətləri Təşkilatı adlandırılacaq. Bu isə o deməkdir ki, bu təşkilat qərarlar qəbul edəcək, üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənləşdirəcək və qəbul edilmiş qərarların icra edilməsilə bağlı öhdəçilik götürmüş olacaqlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, belə olduğu təqdirdə ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq: “Bu da hazırkı tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müqayisəli təhlil etmək istəsək aydın olacaq ki, vaxtilə ATƏT də ATƏM olaraq bənzər yol keçmiş, daha sonra institusional forma alaraq olduqca effektiv beynəlxalq təşkilatlardan birinə çevrilmişdi. Əslində, hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparılmış, şuranın tərkibində TÜRK PA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və s. kimi müxtəlif qurumlar yaradılmışdı. Yeni mərhələdə isə bu qurumlar daha səmərəli struktural vahid olacaqlar. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, bu beynəlxalq təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş və Zirvə görüşündə xüsusi bəyanat qəbul edilmişdi. O zaman ən aktual məsələlərdən biri türk dünyasını fiziki baxımdan birləşdirmək və tarixi quru sərhədləri bərpa etməklə etnocoğrafi bütövlüyə nail olmaq idi”.
H.Babaoğlunun sözlərinə görə, əldə etdiyimiz tarixi Zəfərlə bunu təmin etmişik və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsilə bu proses başa çatacaq. Hazırkı Zirvə görüşü isə İstanbulda, demokratiya və müstəqillik adasında keçirilir ki, bunun da məxsusi mənası var: “Dünyaya mesaj verilir ki, Mərkəzi Asiyadan Qafqaza, oradan isə Avropaya qədər uzanan və mühüm perspektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq bir mühüm platforma var. Bu platforma böyük bir coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda, bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı vardır. Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olmasıyla təqribən 160 milyonluq əhalini və 1.2 trilyon dollarlıq ümumdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir və bu özlüyündə mühüm iqtisadi imkanlar və qarşılıqlı marağa əsaslanan inteqrasiya vəd edir”.
Deputat bildirib ki, hazırda Macarıstan da daxil olmaqla, 15-ə qədər ölkənin də müşahidəçi statusunda bu təşkilata qəbul edilmək istəklərini nəzərə alsaq görərik ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformasından söhbət gedir. Vaxtilə biz bu imkanları, sadəcə, xəyal etdiyimiz halda, hazırda bu, bir reallıqdır.
Daxili siyasət
Hikmət Babaoğlu: Erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunması istiqamətində ilk addım atılıb
© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini
01 mart 2023 22:46 (UTC +04:00)
Xəbər Lenti
Azad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb
17 mart 2023
Şəhid adının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinə dair yeni qanun layihəsi hazırlanıb
17 mart 2023
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat artıb
17 mart 2023
Üçtərəfli Bəyannamədən sonra davam edən erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb
17 mart 2023
Biləsuvarda qadın özünü yandırmağa cəhd edib
17 mart 2023
Heydər Əliyevə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçirilib – FOTO
17 mart 2023
Fevralda Azərbaycanın xam neft hasilatı açıqlanıb
17 mart 2023
Medvedev Qara dənizə düşən ABŞ PUA-sı ilə bağlı insidenti şərh edib
17 mart 2023
DYP qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
17 mart 2023
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” tədqiqatının nəticələri NK-ya təqdim olunacaq
17 mart 2023
Agentlik: Azərbaycanın “yaşıl enerji” potensialı 200 qiqavat həcmində qiymətləndirilir
17 mart 2023
Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə başçəkmə həyata keçirib
17 mart 2023
Ülviyyə Cabbarova ASA-nın Müşahidə Şurasına yeni sədr seçilib
17 mart 2023
FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb – VİDEO
17 mart 2023
Zaqatalada keçmiş arvadını güllələyən kişi könüllü təslim olub – YENİLƏNİB-1 – FOTO
17 mart 2023
“Naxçıvan Sığorta” maliyyə vəziyyətini açıqlayıb
17 mart 2023
ABŞ və Cənubi Koreya genismiqyaslı desant təlimləri keçirəcək
17 mart 2023
Ermənistan MN-ə yeni təyinat olub
17 mart 2023
“Azmikroinvest” nizamnamə kapitalını 6%-ə yaxın azaldıb
17 mart 2023
Sahil Babayev Naxçıvanda boksun inkişafı üçün müzakirələr aparıb
17 mart 2023
Bakıda maskalı şəxs qadını döyərək pulunu alıb
17 mart 2023
Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb
17 mart 2023
Milli Depozit Mərkəzinə yeni rəhbər təyin edilib – EKSKLÜZİV
17 mart 2023
Ötən gün 64 kq-a yaxın narkotik aşkarlanıb
17 mart 2023
Azad olunmuş ərazilərə aprel ayı üçün avtobus biletləri satışa çıxarılır
17 mart 2023
Kahramanmaraşda zəlzələ olub
17 mart 2023
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
17 mart 2023
Nyu-York birjasında təbii qazın qiyməti cüzi artıb
17 mart 2023
FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
17 mart 2023
Azərbaycan nefti bahalaşıb
17 mart 2023
17 mart 2023
Bu günə olan valyuta məzənnələri
17 mart 2023
Neftçilər prospekti və İçərişəhərdə suyun verilməsində məhdudiyyət olacaq
17 mart 2023
Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb
17 mart 2023
“AL Market”dən Şəhid ailələrinə Novruz sovqatı – FOTO
17 mart 2023
Ümumdünya Gömrük Təşkilatının Baş katibi UNEC-də olub
17 mart 2023
Laçında əl qumbaraları tapılıb
17 mart 2023
Laçın-Xankəndi yolundan BQXK-nın avtomobilləri keçid edib
17 mart 2023
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
17 mart 2023
Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
17 mart 2023
Laçın-Xankəndi yolundakı aksiya 96 gündür davam edir
17 mart 2023
Bakıda 13 yaşlı qız itkin düşüb
17 mart 2023
Bakıda kişi özünü hündürmərtəbəli binadan atıb
17 mart 2023
Şamaxıda maşın aşıb, sürücü xəsarət alıb
17 mart 2023
İmişli sakinindən 2 kiloqramdan artıq narkotik götürülüb
17 mart 2023
Qəbələdə 30 yaşlı qadın hoteldə xəsarət alıb
17 mart 2023
Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
17 mart 2023
Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHI
17 mart 2023
Abdullahian Borellə İrana qarşı sanksiyaları müzakirə edib
17 mart 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Hikmet Babaoglu – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Hikmət Baba oğlu Məmmədov ( 1966 , Göllü , Amasiya rayonu ) — Azərbaycan Milli Məclisinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993).
Mündəricat
- 1 Həyatı
- 2 Siyasi fəaliyyət
- 3 Elmi fəaliyyət
- 4 Şəxsi həyatı
- 5 Kitabları
- 6 Mükafatlar
- 7 İstinadlar
- 8 Həmçinin bax
Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Siyasi fəaliyyət
1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib.
1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
2008–2021-ci illərdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olmuşdur. [1]
1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. [2]
Elmi fəaliyyət
2005-ci ildə “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
2013-cü ildə “Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzində DİA-nın rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri olub.
2018-ci ildən hal-hazıradək Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.
2018-ci il martın 10-da keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir. Hazırda 20-ə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir.
Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.
Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.
6 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib). 20-yə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan Respublikasını təmsil edib. Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.
Şəxsi həyatı
Ailəlidir, üç övladı var.
- İnsan hüquqları və azadlıqları; tarixi təkamülü, beynəlxalq və politoloji aspektlər, Azərbaycan təcrübəsi.(“Elm” nəşriyyatı. 241 səh. Bakı 2006.)
- Azərbaycan Beynəlxalq münasibətlərin aktoru kimi (siyasi, ideoloji və diplomatik məsələlər).(“Elm” nəşriyyatı. 515 səh. Bakı 2007.)
- Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu. (“Aypara-3” nəşriyyatı. 328 səh. Bakı-2009.)
- Dünya siyasəti və beynəlxalq münasibətlər.(“Çinar-çap” nəşriyyatı. 564 səh. Bakı-2010.)
- Akdamardan Sarı Gəlinədək erməni yalanı.(“Yazıçı” nəşriyyatı. 230 səh. Bakı 2011.)
- Siyasi təhlil və proqnozlaşdırma.(“MSA” nəşriyyatı. 300 sah. Bakı 2012.)
- İnfoimperializm və media.(“MSA” nəşriyyatı. 191 səh. Bakı 2013.)
- Heydər Əliyev siyasi irsinin politoloji aspektləri(“MSA” nəşriyyatı. 456 səh. Bakı 2013.)
- Dünya siyasəti və beynəlxalq münasibətlər. (2-ci nəşr) (“MSA” nəşriyyatı. 690 səh. Bakı-2014.)
- Xarici siyasət(“Elm” nəşriyyatı. 324 səh. Bakı-2019.)
- Qara Duman (“Savad” nəşriyyatı. 444 səh. Bakı-2020.)
- Türk tarixi və mifoloji dünyagörüşündə atlar (“Savad” nəşriyyatı. 444 səh. Bakı-2020.)
Mükafatlar
- 2001-ci ildə ANS televiziyası tərəfindən ilin “Mətbuat Xidmətinin rəhbəri” seçilib.
- 2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media mükafatına layiq görülüb.
- 2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
- 2012-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən H.Zərdabi adına “Ali Media” mükafatına layiq görülüb.
- 12 noyabr 2018-ci il tarixdə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, 07 mart 2019-cu il tarixdə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı, 27 may 2019-cu il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı təltif edilib.
- Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətində buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş gümüş pul sikkəsilə mükafatlandırılıb.
- Qazaxıstan Respublikası “Ekonomika və Konsaltinq” Universitetinin humanitar fənlər üzrə fəxri professoru. (2006
- Qırğızıstan Respublikası “Ç.Aytmatov” Akademiyasının fəxri üzvü. (2010)
- TÜRKSOY-un 2016-cı il Xüsusi Media mükafatı ilə təltif edilib.
- Mahmud Kaşqari adına Beynəlxalq Fondu tərəfindən ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “MAHMUD KAŞQARİ” medalı ilə təltif olunub. . (25 noyabr, 2016)
- Beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” ilə təltif edilib. (18 iyul, 2018)
- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni
İstinadlar
- ↑”Alqış Həsənoğlu yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub”. apa.az (az.) . Azəri Press Agentliyi. 10 sentyabr 2021. 2021-11-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 10 sentyabr 2021 .
- ↑”YENİ AZƏRBAYCAN PARTİYASININ İDARƏ HEYƏTİ”. yap.org.az (az.) . Yeni Azərbaycan Partiyası. 2021-02-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 10 sentyabr 2021 .
Comments are closed, but trackbacks and pingbacks are open.