Press "Enter" to skip to content

Hikmət Babaoğlu: “İctimai-siyasi həyatla bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır

Hikmət Babaoğlu: “İctimai-siyasi həyatla bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır” “Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır.

Bu, strateji və əhəmiyyətli qərardır – Hikmət Babaoğlu

“Türkiyə-Azərbaycan Media Platformasının yaradılması oduqca strateji və əhəmiyyətli qərardır. Bu, hər iki dövlətin əslində, bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir: “Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək, daha güclü olmaq deməkdir. İki qardaş ölkənin vahid media platforması həm də hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu paltformalarda da onları güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransızdilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Yəni, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq”.

Deputat qeyd edib ki, Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni tərəfdaşlar cəlb edəcək: “Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər – Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Eləcə də Türkiyədə Azərbaycan filmlərinin yayımlanmasına nail olmaq lazımdır və bu, tərcüməsiz, lazım gələrsə altyazı uyğunlaşdırılması ilə verilsin.

Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə-Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar”.

Akqabay Mıradov

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Hikmət Babaoğlu: “İctimai-siyasi həyatla bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır”

Hikmət Babaoğlu: “İctimai-siyasi həyatla bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır” “Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır.

24 Oktyabr , 2022 14:05

https://static.report.az/photo/1aea3ade-4839-34a5-893c-dd8642231b51.jpg

Hikmət Babaoğlu

“Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı tək iqtidar deyil, müxalifət də məsuliyyət daşıyır. Əgər hüquq və qanundan kənara çıxılsa, deməli, məsuliyyətdən qaçmaq deməkdir. Ona görə də siyasi məsələlərdə yeni reallıq və çağırışlar kontekstindən çıxış etmək lazımdır”. “Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması zamanı 247-dən çox təklifdən yararlanılıb: “Siyasi partiyaların irəli sürdüyü bir çox təkliflər də nəzərə alınıb. Səsləndirilən fikirlərə dövlətçilik gözü ilə baxmaq lazımdır. Tənqid edilən məsələlərin yerinə isə beynəlxalq təcrübəyə əsaslanan təkliflər səsləndirilməlidir. Siyasi partiyaların üzv sayı ilə bağlı səsləndirilən fikirlərə gəlincə, adi bir feyk səhifənin 5000 izləyicisi var. Yəni üzvlərlə bağlı tələblərdə iki belə səhifənin görəcəyi işi edə bilməyəcəksiniz?! Bizə şan-şöhrət, namus-qeyrət partiyası lazım deyil. Bizə güclü partiya lazımdır ki, bu sahədə lazımi təkmilləşdirməni edə biləcəyimiz qanun layihəsini qəbul edək”.

Hikmət Babaoğlu: “Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir”

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə daşımış oldu. Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya aparıcı ölkələrdən biridir. Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir

Milli.Az bildirir ki, bunu Trend-ə deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühim iqtisadi tərəfdaşlarından biridir: “Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafi ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühim perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son görüşündə də hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə də İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də digər Avropa İttiqfaqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.

H.Babaoğlu qeyd edib ki, İtaliya bir sıra sənaye istiqamətləri üzrə Avropada lider ölkədir: “Sumqayıt Sənaye Parkı və İtaliya sirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil. Bütün bunlar da kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var”.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropada tanınması üçün İtaliya mühim bir ölkədir və Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı 2020-ci il İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan olunması təsadüfi deyil: “Nəzərə almaq lazımdır ki, İtaliya həm də böyük turizm ölkəsidir. Milan şəhəri Avropanın bir sıra avanqrd trendlər üzrə aparıcı şəhərlərindən biridir və 2020-ci il bütövlükdə Azərbaycanın yenidən öz mədəniyyətinin, tarixinin, adət-ənənəsinin Avropaya tanıdılması hadisəsi olacaq. Azərbaycanın həyata keçirdiyi meqa layihələrlə İtaliya arasında körpülər yaranıb. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti, yəni TAP hissəsi İtaliya ərazisində yekunlaşır və bu iki ölkə arasında yeni münasibətlər yaratmış olur. Çünki Azərbaycandan Avropaya istiqamətlənən qaz kəməri İtaliyada sona çatır və daha sonra bütün Avropaya şaxələnməsi planlaşdırılır. Bu da özlüyündə yeni iqtisadi-siyasi iqlimin formalaşmasına səbəb olacaq və həmçinin kəmər üzərində olan bütün ölkələrlə Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcəkdir. Bütün bu məsələləri ümumiləşdirsək və bu səfər çərçivəsində imzalanan 20-yə qədər müqaviləyə nəzər salsaq görərik ki, imzalanan müqavilələrdə iqtisadi, siyasi, humanitar, hərbi sahələr üzrə mümkün əməkdaşlıqlar nəzərdə tutulur. 2020-ci ildə Azərbaycan Prezidentinin İtaliya səfəri dövlətlər arasında yeni səhifə açmaqla hər iki ölkənin maraqlarını təmin edəcək”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.