Press "Enter" to skip to content

Hikmət babaoğlu siyasi təhlil və proqnozlasdirma

H.Babaoğlunun qənaətincə, buna paralel olaraq göstərilən müddətdə çox qorxulu və ciddi hərbi-siyasi proses də baş verdi: “Əgər ABŞ-ın Suriyanı bombalamasını münaqişənin yeni mərhələsi kimi səciyyələndirsək, prosesdə yaranmış fasilədə terror təşkilatlarına daha ciddi – ağır silah və hərbi texnikalar göndərildi. Bu, daha dəhşətli mərhələnin başlanmasına işarədir. Qərb imperializminin planı regionda müstəqil iradə nümayiş etdirən aktorlara, xüsusən Türkiyəyə qarşı “İŞİD” də daxil olmaqla 60 minlik və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmaqdan ibarətdir. Buna artıq terror təşkilatı kimi yox, terrorçu ordu kimi baxmaq lazımdır. Çünki onların əllərində terrorçuların istifadə etdiyi adi silahlar deyil, ən güclü ölkələrin hərbi arsenalında olan ən ağır silahlar olacaq. Bu, çox qorxuludur. Fikrimcə, bu məsələ Rusiya və Türkiyənin də diqqətindən yayınmır və onlar da qabaqlayıcı tədbirlər görürlər və görməlidirlər. Bundan sonrakı mərhələdə biz hələ bir müddət də hadisələrin daha dramatik formada inkişafının şahidi olacağıq”

Hikmət Babaoğlu: “Yeni dramatik hərbi-siyasi mərhələ başlaya bilər, bu, çox qorxuludur”

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu ABŞ-ın Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə raket zərbələri endirməsinin gizli məqamlarını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bir müddət əvvəl regionda yaranmış sakitliyin niyə yenidən pozulması böyük maraq doğurur: “Suriya hakimiyyətinin İdlib şəhərində kimyəvi silahdan istifadə etməsi tam təsdiqini tapmayıb, amma bəzi ciddi mənbələrdə belə faktların olduğu təsdiqlənir. Son günlərdə Suriyada hadisələrin yüksələn xətlə inkişaf etməsi isə onunla əlaqədardır ki, ABŞ-da prezident seçkilərindən sonra Yaxın Şərq probleminin həlli istiqamətində və Suriyadakı proseslərdə “pauza” əmələ gəldi. Hələ o zaman qeyd etmişdik ki, bu, fırtınaqabağı sakitlikdir”.

Onun fikrincə, Suriyada, Yaxın Şərqdə baş verənlər “İŞİD” məsələsi də deyil, çünki “İŞİD”, sadəcə, bəzi imperialist mərkəzlərin Yaxın Şərqdə öz siyasətini həyata keçirmək üçün bir vasitədir: “Artıq heç kimdə “İŞİD”i kimlərin yaratması ilə bağlı şübhə qalmayıb. Çünki ABŞ prezidenti Donald Tramp “İŞİD”i kimin yaratdığını açıq-aşkar bütün dünyaya elan etdi. Deməli, məsələ Qərb imperializminin Yaxın Şərqdə yenidən “demoqrafik mühəndislik” adlandırdığımız yeni sosial struktur formalaşdırmasından, yeni etno-siyasi coğrafiya yaratmasından ibarətdir. Burada gizli məqamlar var. Planlar Yaxın Şərqdə bir çox ölkələrin demoqrafik, eyni zamanda siyasi-inzibati və etno-siyasi sərhədlərinin yenidən çəkilməsindən ibarətdir. Ona görə də bu prosesdə “İŞİD” və digər terror təşkilatlarından maşa kimi istifadə edilir”.

Politoloq hesab edir ki, əslində, ABŞ-ın Suriyaya yenidən həmləsi gözlənilən idi. Çünki ABŞ başladığı işi istədiyi kimi sona yetirə bilməmişdi: “Prezident seçkilərində yaranan fasilə de-fakto vəziyyətin yenidən təhlil edilməsi və növbəti addımların müəyyənləşdirilməsi mərhələsi idi. Bu planın baş tutmamasının əsas səbəblərindən biri isə regionda yeni tandemin yaranması, yəni 2011-ci ildə Suriyada münaqişə başlayanda aktiv olmayan beynəlxalq aktorların prosesə müdaxiləsi oldu. Bunlardan ən əsası Rusiya-Türkiyə tandemidir.

Əgər 2016-cı ilədək Türkiyə bu proseslərdə, sadəcə, NATO üzvü və müttəfiq ölkə kimi iştirak edirdisə, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən Türkiyə ortaya yeni siyasi iradə qoydu. Eləcə də Rusiya 2014-cü ilədək proseslərdə passiv iştirak edirdisə, ondan sonra həddən artıq aktivləşdiyini gördük. Beləliklə, Yaxın Şərqdə əvvəlcədən planlaşdırılmamış aktorlar meydana çıxdı. Onlar Qərb imperializminin əvvəlcədən müəyyənləşdirdiyi planların bir hissəsini pozdular. Ona görə də ABŞ-da seçkilərlə bağlı yaranan fasilə bir növ yenidənqiymətləndirmə və Qərb imperializminin Rusiya-Türkiyə tandeminə qarşı hərbi strategiyasının müəyyənləşdirilməsi mərhələsi idi”.

H.Babaoğlunun qənaətincə, buna paralel olaraq göstərilən müddətdə çox qorxulu və ciddi hərbi-siyasi proses də baş verdi: “Əgər ABŞ-ın Suriyanı bombalamasını münaqişənin yeni mərhələsi kimi səciyyələndirsək, prosesdə yaranmış fasilədə terror təşkilatlarına daha ciddi – ağır silah və hərbi texnikalar göndərildi. Bu, daha dəhşətli mərhələnin başlanmasına işarədir. Qərb imperializminin planı regionda müstəqil iradə nümayiş etdirən aktorlara, xüsusən Türkiyəyə qarşı “İŞİD” də daxil olmaqla 60 minlik və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmaqdan ibarətdir. Buna artıq terror təşkilatı kimi yox, terrorçu ordu kimi baxmaq lazımdır. Çünki onların əllərində terrorçuların istifadə etdiyi adi silahlar deyil, ən güclü ölkələrin hərbi arsenalında olan ən ağır silahlar olacaq. Bu, çox qorxuludur. Fikrimcə, bu məsələ Rusiya və Türkiyənin də diqqətindən yayınmır və onlar da qabaqlayıcı tədbirlər görürlər və görməlidirlər. Bundan sonrakı mərhələdə biz hələ bir müddət də hadisələrin daha dramatik formada inkişafının şahidi olacağıq”.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Xankəndi

Bu fikirləri Azvision.az -a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat deyib ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb və əgər Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqin ifadəsilə desək, dünya liderlərinin bir növ illik görüş yeri platformasına çevrilib:

“Mart ayının 14 –də 7-ci Qlobal Bakı Forumu baş tutdu və hər şeydən öncə iştirakçılığın miqyası və iştirakçıların nüfuzu ilə yadda qaldı. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak etdi ki, bu faktın özü-özlüyündə bir qiymətləndirmə göstəricisidir. Nəzərə almaq lazımdır ki, onların içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var. Bunlar beynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlar olub. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir” .

H.Babaoğlu qeyd edib ki, Qlobal Bakı Forumunun bu ilki gündəliyi olduqca aktual bir mövzuya – “Dünyanın yeni xarici siyasəti” mövsuzuna həsr olunmuşdu: “Bununla yanaşı plenar iclasadan sonra 10 paneldə bu mövzudan doğan daha bir neçə aktual məsələ müzakirəyə təqdim olundu ki , bunlar da Ortaq Şərqdə təhlükəsizlik məsələlərindən başlamış multikulturalizmə qədər, dayanıqlı inkişaf problemindən başlamış gənc nəslin xarici siyasət perspektivlərinə qədər olduqca geniş beynəlxalq spektri əhatə edir. Göründüyü kimi Qlobal Bakı Forumu bir növ beyin fırtınası metodu ilə siyasi intellektual müstəvidə dünyanın ən yeni çağırışlarının azad şəkildə müzakirə edildiyi bir platforma rolunu oyanyır. Dəyişən qlobal şərtlər içərisində Azərbaycanın xarici siyasət kursunu şərh edən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti dünyada baş verən proseslərlə üzvi şəkildə bağlı olan ancaq bununla belə həm də müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kimi xarakterizə edərək bildirdi ki, biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu fikirlər Azərbaycanın sülhpərvər siyasətinin bütün dünyaya bir daha bəyan edilməsi idi”.

H.Babaoğlu vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə toxunan Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli və əzmkar mövqeyini dilə gətirərək Ermənistanın işğalçılıq siyasətini forum iştirakçılarının diqqətinə təqdim etdi: “Dövlət başçısı bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Bu fikirlər dünyada sülh və dialoq istəyən beynəlxalq mərkəzlər bir çağırış idi. Əgər doğurdan da dünya sülh içində sabitlik isərisində yaşamaq istəyirsə, o zaman ikili standartlar siyasətinə son qoyulmalı, beynəlxalq hüququn tələbləri yerinə gətirilməlidir. Məhz bu istiqamətdə Azərbaycan tərəfindən həyata keçirlən çoxsaylı qlobal iqtisadi və təhlükəsizlik layihələri, enerji və kommunikasiya layihələri regonda sabitliyi və əməkdaşlığı təmin etməyə hesablanıb ki, bu da həm Avropanın enerji təhlükəsizliyi həm də bütövlükdə subregionun ümümi təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Çoxsaylı faydalı tərəfləri olan Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından mühüm bir dialoq platforması kimi olmaqla bundan sonra da cəlbedici dialoq platforması kimi aktual olaraq qalacaq”.

Hikmət Babaoğlu: “Yeni dramatik hərbi-siyasi mərhələ başlaya bilər, bu, çox qorxuludur”

Bundan sonra Yaxın Şərqdə baş verən hadisələr daha dramatik və dəhşətli forma ala bilər.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu ABŞ-ın Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə raket zərbələri endirməsinin gizli məqamlarını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bir müddət əvvəl regionda yaranmış sakitliyin niyə yenidən pozulması böyük maraq doğurur: “Suriya hakimiyyətinin İdlib şəhərində kimyəvi silahdan istifadə etməsi tam təsdiqini tapmayıb, amma bəzi ciddi mənbələrdə belə faktların olduğu təsdiqlənir. Son günlərdə Suriyada hadisələrin yüksələn xətlə inkişaf etməsi isə onunla əlaqədardır ki, ABŞ-da prezident seçkilərindən sonra Yaxın Şərq probleminin həlli istiqamətində və Suriyadakı proseslərdə “pauza” əmələ gəldi. Hələ o zaman qeyd etmişdik ki, bu, fırtınaqabağı sakitlikdir”.

Onun fikrincə, Suriyada, Yaxın Şərqdə baş verənlər “İŞİD” məsələsi də deyil, çünki “İŞİD”, sadəcə, bəzi imperialist mərkəzlərin Yaxın Şərqdə öz siyasətini həyata keçirmək üçün bir vasitədir: “Artıq heç kimdə “İŞİD”i kimlərin yaratması ilə bağlı şübhə qalmayıb. Çünki ABŞ prezidenti Donald Tramp “İŞİD”i kimin yaratdığını açıq-aşkar bütün dünyaya elan etdi. Deməli, məsələ Qərb imperializminin Yaxın Şərqdə yenidən “demoqrafik mühəndislik” adlandırdığımız yeni sosial struktur formalaşdırmasından, yeni etno-siyasi coğrafiya yaratmasından ibarətdir. Burada gizli məqamlar var. Planlar Yaxın Şərqdə bir çox ölkələrin demoqrafik, eyni zamanda siyasi-inzibati və etno-siyasi sərhədlərinin yenidən çəkilməsindən ibarətdir. Ona görə də bu prosesdə “İŞİD” və digər terror təşkilatlarından maşa kimi istifadə edilir”.

Politoloq hesab edir ki, əslində, ABŞ-ın Suriyaya yenidən həmləsi gözlənilən idi. Çünki ABŞ başladığı işi istədiyi kimi sona yetirə bilməmişdi: “Prezident seçkilərində yaranan fasilə de-fakto vəziyyətin yenidən təhlil edilməsi və növbəti addımların müəyyənləşdirilməsi mərhələsi idi. Bu planın baş tutmamasının əsas səbəblərindən biri isə regionda yeni tandemin yaranması, yəni 2011-ci ildə Suriyada münaqişə başlayanda aktiv olmayan beynəlxalq aktorların prosesə müdaxiləsi oldu. Bunlardan ən əsası Rusiya-Türkiyə tandemidir.

Əgər 2016-cı ilədək Türkiyə bu proseslərdə, sadəcə, NATO üzvü və müttəfiq ölkə kimi iştirak edirdisə, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən Türkiyə ortaya yeni siyasi iradə qoydu. Eləcə də Rusiya 2014-cü ilədək proseslərdə passiv iştirak edirdisə, ondan sonra həddən artıq aktivləşdiyini gördük. Beləliklə, Yaxın Şərqdə əvvəlcədən planlaşdırılmamış aktorlar meydana çıxdı. Onlar Qərb imperializminin əvvəlcədən müəyyənləşdirdiyi planların bir hissəsini pozdular. Ona görə də ABŞ-da seçkilərlə bağlı yaranan fasilə bir növ yenidənqiymətləndirmə və Qərb imperializminin Rusiya-Türkiyə tandeminə qarşı hərbi strategiyasının müəyyənləşdirilməsi mərhələsi idi”.

H.Babaoğlunun qənaətincə, buna paralel olaraq göstərilən müddətdə çox qorxulu və ciddi hərbi-siyasi proses də baş verdi: “Əgər ABŞ-ın Suriyanı bombalamasını münaqişənin yeni mərhələsi kimi səciyyələndirsək, prosesdə yaranmış fasilədə terror təşkilatlarına daha ciddi – ağır silah və hərbi texnikalar göndərildi. Bu, daha dəhşətli mərhələnin başlanmasına işarədir. Qərb imperializminin planı regionda müstəqil iradə nümayiş etdirən aktorlara, xüsusən Türkiyəyə qarşı “İŞİD” də daxil olmaqla 60 minlik və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmaqdan ibarətdir. Buna artıq terror təşkilatı kimi yox, terrorçu ordu kimi baxmaq lazımdır. Çünki onların əllərində terrorçuların istifadə etdiyi adi silahlar deyil, ən güclü ölkələrin hərbi arsenalında olan ən ağır silahlar olacaq. Bu, çox qorxuludur. Fikrimcə, bu məsələ Rusiya və Türkiyənin də diqqətindən yayınmır və onlar da qabaqlayıcı tədbirlər görürlər və görməlidirlər. Bundan sonrakı mərhələdə biz hələ bir müddət də hadisələrin daha dramatik formada inkişafının şahidi olacağıq”

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.