Press "Enter" to skip to content

BURADA REKLAMINIZ OLA BİLƏR

Mənim dünya səviyyəli kəşflərimdən biri də perlitin siqaretdə tətbiqidir. Siqaretin filtr hissəsinə əlavə edilən perlit tozu nikotin və fenolların 70 faizini özünə çəkir. Əlbəttə ki, bu, sağlamlıq və ətraf mühit üçün çox faydalı, iqtisadi cəhətdən isə gəlirlidir.

Eldar Mahmudov kimdir?

Milli Təhlükəsizlik naziri görəvindən ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan Eldar Mahmudov tanınmış alim, akademik Əhməd Mahmudovun oğludur.

Naxçıvanın Şaxtaxtı kəndində anadan olan Əhməd Mahmudov (1923-1989) SSRİ Elmlər Akademiyasında (Moskvada) alimlik dərəcəsi alıb, onun təşəbbüsü ilə İqtisadiyyat İnstitutu təsis edilib, yüzlərlə elmi əsərin müəllifidir.

Eldar Mahmudov 1956-cı ildə Bakıda doğulub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. 1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsini daşıyıb. 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

23 iyul 2004-cü ildə İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri təyin olunub və general-mayor rütbəsi alıb. 16 mart 2005-ci ildə general-leytenant, 27 mart 2014-ci ildə general-polkovnik rütbəsi verilib. O, Prezident İlham Əliyevin 17 oktyabr 2015-ci ildə verdiyi sərəncamla vəzifədən azad edilib.

Hikmət Mahmudov vəfat etdi

AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, institutda 1966-cı ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamət­lərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləş­diril­məsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdı­rılması üzərində işləyib.

Belə ki, ölkədə petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılmış elmi-tədqiqat işlərinə dair 2000-dən çox lazımi elmi materiallar əldə edil­ib, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparıl­ıb. Həmçinin bu və digər işlər üzrə Azərbaycanın müxtəlif geodina­mik mənşəli region­larında aparılmış elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmiş­dir. Eləcə də perlitlərin, habelə kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olun­ması prosesləri sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilərək bir neçə müəlliflik şəhadətnamələri alınıb.

Tarix: 24 Dekabr 2020, 15:17
Xəbər lenti

  • Qubadlı Rayon İcra Hakimiyyətinin binasının qarşısında bıçaqlanma hadisəsi olub 17 Mart 10:56
  • Bakıda maskalı şəxs qadını döyərək pulunu alıb 17 Mart 10:23
  • Azərbaycanda qadın tüfənglə qətlə yetirildi 17 Mart 10:06
  • Azad olunmuş ərazilərə getmək istəyənlərin nəzərinə: Martın 24-də. 17 Mart 10:03
  • Bayramda neçə gün iş olmayacaq? 17 Mart 09:35
  • Ramiz Zeynalovun qardaşına yeni vəzifə verildi – FOTO 17 Mart 09:32
  • Putin İlham Əliyevə zəng etdi 17 Mart 09:06
  • Şeyxin qudası: “Dedim “ayə, sən arvadı lap az almısan ki. ” 17 Mart 09:03
  • Qəzada ölən müəllim imiş. 17 Mart 08:48
  • “Kontakt Home” şəhid qardaşı ilə bağlı məlumat yaydı: İşləmədiyi təqdirdə əmək haqqı almağı özünə ayıb bilməyən Sənan Əhmədov. 17 Mart 08:46
  • “Azərbaycan Sənaye Korporasiyası”nın iddiası ilə bağlı QƏRAR 17 Mart 08:37
  • Bakıda 2 qadının ölümünə səbəb olan sürücü ilə bağlı QƏRAR 17 Mart 08:29
  • Qardaşının sözlüsünü qaçıran şəxsi öldürənlə bağlı qərar verildi 17 Mart 08:21
  • Deputatlara “TikTok”dan istifadə qadağan edildi 17 Mart 08:16
  • Qəssabı öldürən şəxsdən xəbər var 17 Mart 08:14
  • “Kupça”sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR – Bu tarixə qədər. – VİDEO 17 Mart 08:14
  • 37 dərəcə qızdırmanı heçə sayıb işləyənlərin diqqətinə 17 Mart 08:12
  • Məhkəmə Əməkdar rəssama qarşı dələduzluq edən şəxslə bağlı qərar çıxardı 17 Mart 08:05
  • “Vətən müharibəsinə film çəkilməli idi, pullar yeyildi” 17 Mart 08:04
  • Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə: Bu gündən 17 Mart 07:55
  • Sevgilisini öldürüb, qadınla hotelə getdi – VİDEO 17 Mart 01:29
  • “WhatsApp”da statusa səsli mesaj yerləşdirmək mümkün olub 17 Mart 01:08
  • İlham Əliyevin TDT liderləri ilə səmimi söhbəti – FOTOLAR 17 Mart 00:14
  • Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub 16 Mart 22:00
  • Mayın 1-də Gürcüstanla quru sərhədləri açılacaq? – AÇIQLAMA 16 Mart 21:28
  • “İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı 16 Mart 20:55
  • TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb – YENİLƏNDİ 16 Mart 20:30
  • Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı 16 Mart 20:08
  • “Qadınlar “qarpızdır”” 16 Mart 19:48
  • Hacı Şahini əvəz edən Elbrus Kərimov niyə uzaqlaşdırıldı? 16 Mart 19:12
  • Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birgə naharı olub 16 Mart 19:10
  • Bu şəxslər yeni mənzillərlə təmin olundu 16 Mart 19:08
  • Nazilə nəvəsi üçün dəvə kəsdi – VİDEO 16 Mart 19:04
  • 38 nəfər YAP sıralarından xaric olundu 16 Mart 18:45
  • Ramil Orucov vəzifəsindən azad edildi 16 Mart 18:42
  • TDT dövlət başçıları Ankara bəyannaməsini imzaladılar 16 Mart 18:37
  • Nazim: “Kişi müğənnilər qeybət etməkdə xanımları keçiblər” 16 Mart 18:12
  • Toyda qanlı cinayət törədən şəxsə hökm oxundu 16 Mart 18:02
  • Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə 16 Mart 17:59
  • “Min il də keçsə, Həcc ziyarətinə getmərəm, pul versələr də getmərəm” 16 Mart 17:47
  • İlham Əliyev sərəncam imzaladı 16 Mart 17:24
  • Dövlət başçısı bu şəxslərə ali xüsusi rütbələr verdi 16 Mart 17:24
  • İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edib – YENİLƏNDİ 2 16 Mart 17:05
  • Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək 16 Mart 17:02
  • “Azlənd-Plaza” şirkəti “Xalq Sığorta”nı məhkəməyə verdi 16 Mart 16:53
  • Talış kəndinə 20 ailə köçürülüb 16 Mart 16:47
  • “Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi mövcud reallıqların təhrifindən ibarətdir və çox ciddi yanlışlıqlar var” – Naqif Həmzəyev 16 Mart 16:29
  • Sahibkarlara xəbərdarlıq 16 Mart 16:16
  • Zəlzələ Naxçıvanda dağıntıya səbəb olub? – RƏSMİ AÇIQLAMA 16 Mart 16:13
  • Beynəlxalq Bank bu şirkəti məhkəməyə verdi 16 Mart 16:10
  • Nənəsinin ölümündə günahlandırılan nəvəyə necə bəraət verilib? 16 Mart 16:10
  • Deputat “Kristal Abşeron”un Qobuda tikdiyi binanın əyilməsindən danışdı: “Şirkət cavab verməli olacaq. ” 16 Mart 16:08
  • Ermənistan qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir 16 Mart 16:03
  • Prezident İlham Əliyev: Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb 16 Mart 16:01
  • XİN beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna göz yummamağa çağırıb 16 Mart 15:53
  • Rafael ilə Coşqun Fərdanın cavabını verdi – VİDEO 16 Mart 15:40
  • Çağırışçılara rüşvətlə yararsız hərbi bilet verən sabiq idarə rəisinin cəzası azaldıldı 16 Mart 15:31
  • Emin Hüseynov: Talış kəndinə daha 158 ailə köçürüləcək 16 Mart 15:31
  • Azərbaycan Prezidenti: Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir 16 Mart 15:22
  • Prezident: Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır 16 Mart 15:19
  • Azərbaycan Prezidenti: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə yenidənqurma prosesində fəal iştirak edirlər 16 Mart 15:18
  • Dövlət başçısı: Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb 16 Mart 15:16
  • İlham Əliyev: Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq 16 Mart 15:14
  • Prezident: Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub 16 Mart 15:12
  • QMİ sədri: Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır 16 Mart 14:58
  • İki nəfərin minaya düşməsi ilə bağlı daha bir açıqlama 16 Mart 14:50
  • Məlahət İbrahimqızı: “Casusun qadını, kişisi olmur, həmin qadın nəzarətdə saxlanılmalıdır. ” 16 Mart 14:23
  • Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb 16 Mart 14:15
  • Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib 16 Mart 13:53
  • Paşinyanın partiyası parlamentdə müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyib 16 Mart 13:31
  • “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri əvvəlki kimi olmayacaq” 16 Mart 13:27
  • Deputat: “Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır” 16 Mart 13:26
  • Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur 16 Mart 13:18
  • Ağdamda iki nəfər minaya düşərək həlak oldu 16 Mart 13:05
  • Həftənin son iş gününün hava proqnozu açıqlandı 16 Mart 12:49
  • Tahir Kərimli: “Bəxtiyar Hacıyevi də tərifləyib, göyə qaldırmışdınız, siz busunuz, ay müxalifət!” 16 Mart 12:39
  • “Keçmiş rəisi maşınımı gülləbaran etdi, cəmi 1 il həbs verdilər” 16 Mart 12:32
  • Səhiyyə nazirinin müavini: “Son on ildə Azərbaycanda uzunömürlülük artıb” 16 Mart 12:31
  • Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” – VİDEO 16 Mart 12:27
  • Kürdəxanı-Məmmədli yolunda dəhşətli qəza – ANBAAN VİDEO 16 Mart 12:24
  • “Allahın bizdən istədiyi fırlanmaqdır?” – Elşad Miridən Həcc ziyarətinə gedənlərlə bağlı AÇIQLAMA 16 Mart 12:18
  • Paşinyan: “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb” 16 Mart 12:15
  • Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü oldu 16 Mart 11:56
  • Nazirlik tədbir keçirdi, musiqiçi oğurluq etdi 16 Mart 11:50
  • DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirildi 16 Mart 11:50
  • Pensiya alanların nəzərinə 16 Mart 11:48
  • İsa Həbibbəyli: Gürcüstan, hətta Moldova Avropa Elmlər Akademiyaları Birliyinə üzvdür, amma biz yoxuq 16 Mart 11:46
  • TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqladı 16 Mart 11:46
  • Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırıldı – VİDEO 16 Mart 11:25
  • DSX qətlə yetirilən əməkdaşı barədə məlumat yaydı 16 Mart 11:23
  • Fatimə qəza keçirən köməkçisindən danışdı: “Vəziyyəti yaxşı deyil” 16 Mart 11:12
  • Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq” 16 Mart 10:54
  • Deputat: “Ümid edirəm ki, Almaniya biznes mühiti Azərbaycanda axtardıqları investisiya mühitini tapacaq” 16 Mart 10:50
  • Ən çox yalan danışan BÜRCLƏR 16 Mart 10:42
  • Yeni təyin olunan 36 yaşlı nazir kimdir? – DOSYE 16 Mart 10:36
  • Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq 16 Mart 10:14
  • Azərbaycanda nazir vəzifəsindən azad edildi 16 Mart 10:11
  • Bakıda musiqi üstündə öldürülən və bıçaqlanan şəxslər DSX əməkdaşlarıdır 16 Mart 10:10
  • Turan İbrahimov: “Sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdır” 16 Mart 09:59
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz server yaradıb 16 Mart 09:48
  • Bayram günlərində Bakı metropoliteninin iş qrafiki açıqlandı 16 Mart 09:45
  • Kütləvi davada qətl törətməkdə şübhəli bilinən şəxs saxlanıldı – SON DƏQİQƏ 16 Mart 09:34
  • “Planet”, “Xarı Bülbül”, “Ay işığı”, “Su səsi” və “Manisa Palace”ın rəhbəri cərimələndi 16 Mart 09:28
  • Mənzillərin qapısında yığılıb qalan qəbzlər oğrulara işarədir – “Son qoymaq lazımdır” 16 Mart 09:22
  • Rüfət Səfərova küçədə zorakılıq olub, saxlanılan var 16 Mart 09:08
  • Ceyhun Məmmədov: “Fransada insan hüquqları ciddi şəkildə pozulur, müsəlmanlar davamlı olaraq ayrı-seçkiliyə məruz qalırlar” 16 Mart 09:04
  • Bakıda 2 yaşlı uşağı oğurlayan qadınla bağlı QƏRAR 16 Mart 08:52
  • Məhkəmə sabiq prorektorun oğlu ilə bağlı qərarı açıqladı 16 Mart 08:50
  • Şirvanda kanalizasiya suları Kür çayına axıdılır 16 Mart 08:47
  • Tanınmış aparıcı “Space”dən getdi 16 Mart 08:34
  • Qardaşına 4 bıçaq zərbəsi vuran şəxslə bağlı qərar verildi 16 Mart 08:32
  • Bakıda rəqqasə Fatimənin köməkçisini avtomobil vurdu 16 Mart 08:31
  • Nazirliyin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsi ilə bağlı QƏRAR 16 Mart 08:28
  • İrandan Azərbaycana qanunsuz keçən əcnəbiyə ağır cəza verildi 16 Mart 08:26
  • Tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı 16 Mart 08:24
  • Bakıda qəza törədən polis məhkəmə qarşısında 16 Mart 08:22
  • Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR 16 Mart 08:20
  • Anna Akopyanın 28 yaşlı qohumu Gümrünün rəhbəri oldu 16 Mart 08:18
  • Bakıda kütləvi dava düşüb, ölən və yaralanan var 16 Mart 08:08
  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürüldü – YENİLƏNDİ 16 Mart 01:01
  • Azərbaycanda türkiyəli tələbələr arasında dava: xəsarət alanlar var 16 Mart 00:07
  • Özəlləşdirmə çekləri dövriyyəyə qayıdır? – VİDEO 15 Mart 23:57
  • Evdən qaçan gəlini Xoşqədəm görün hardan tapdı – VİDEO 15 Mart 23:49
  • Ərdoğan TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyib 15 Mart 23:18
  • Türkiyə Prezidenti zəlzələdən dərhal sonra Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb 15 Mart 23:16
  • Azərbaycan və Türkiyə prezidentləri müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib 15 Mart 23:15
  • Prezident İlham Əliyev Türkiyə dövlət başçısı ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesini müzakirə edib 15 Mart 23:13
  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb – YENİLƏNDİ – 2 15 Mart 23:13
  • “TikTok”un fenomen filosofu: “Yemək yeməyib, Allaha yaxınlaşıram” – VİDEO 15 Mart 22:52
  • Aygün Bəylərin uzun müddətdən sonra FOTOSU YAYILDI 15 Mart 21:50
  • Yumurta bahalaşdı 15 Mart 21:29
  • Şok: Ruslar Qarabağda SSRİ bayrağı qaldırdı – VİDEO 15 Mart 21:10
  • Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi – FOTO 15 Mart 21:05
  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gedib 15 Mart 20:20
  • Azərbaycandan Həcc ziyarətinə səfərin qiyməti açıqlandı 15 Mart 20:11
  • “İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel Ələkbərova 15 Mart 20:07
  • Bakıda bahalı nömrəli maşında evli xanımlara sataşan şəxs saxlanıldı – VİDEO 15 Mart 19:37
  • Türkiyədə sel nəticəsində ölənlərin sayı 14-ə çatdı 15 Mart 19:23
  • Ramiz Zeynalovun qardaşı işdən çıxarıldı 15 Mart 19:12
  • Bakıda ilk dəfə uzunömürlülük konqresi keçirilib – VİDEO 15 Mart 18:52
  • Təhsil eksperti Ali Attestasiya Komissiyasındakı korrupsiyadan danışdı 15 Mart 18:32
  • Pensiya islahatına qarşı kütləvi etiraz aksiyası keçirilir 15 Mart 18:13
  • “Azərittifaq”da vəzifə davası: “Məzuniyyətdə olanda Eldar Quliyev məni işdən çıxardı. ” 15 Mart 18:10
  • Qubad İbadoğlunun hərəkatı parçalandı, Səxavət Əlisoy və Rüfət Əliyevdən sonra Adil Qeybulla da istefa verdi – “O, heç vaxt Azərbaycana qayıtmayacaq” 15 Mart 17:58
  • Xanım İsmayılqızına AĞIR İTKİ 15 Mart 17:53
  • AccessBank ağacəkmə aksiyasında iştirak etdi 15 Mart 17:34
  • Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib 15 Mart 17:24
  • “Kristal Abşeron”un inşa etdiyi tikililərə doğru nəzarət edilmir – Sabiq deputat 15 Mart 16:54
  • Zirəddin Rzayevə vəzifə verildi 15 Mart 16:45
  • “Papaq atmaq namussuzluqdur” – Elçin Şıxlı 15 Mart 16:41

Professor Hikmət Mahmudov: Ölkəmizdə miosen yaşlı perlit yatağını ilk dəfə mən kəşf etmişəm.

Professor, pedaqoq, şair. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda geoloji-geofiziki elmlərin tarixi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov bunların üçünü də özündə birləşdirir. AZƏRTAC-ın müxbiri onunla həmsöhbət olarkən “Məndən böyük qardaşım professor Ədhəm Mahmudov geoloq olub, elmə bir sıra yeniliklər gətirib, “alloklazit” mineralının kəşf edilməsi onun adı ilə bağlıdır. Qardaşımla yanaşı, təbiətin də mənim geoloq olmağımda rolu böyükdür. Ancaq qardaşım mineraloq idi, mən isə geokimyaçı oldum”, – deyə Hikmət müəllim söhbət açır:

-Geologiya çoxşaxəli elmdir. Geologiya elmi də digər elmlər kimi ölkəmizdə 1945-ci ilə qədər zəif öyrənilmişdir. O vaxtlar bu sahə üzrə əcnəbi mütəxəssislər, daha çox rus alimləri məşğul olurdular. AMEA yarananda üç geoloq akademiklik zirvəsinə yüksəlib – Mirəli Qaşqay mineralogiya, Şamil Əzizbəyov petrologiya, Ələşrəf Əlizadə isə neft məktəbinin əsasını qoyublar. Onların yetirmələri elmdə yeni istiqamətlər yaradıblar. Heydər Əfəndiyev geokimya, Xudu Məmmədov kristallokimya məktəblərini təsis ediblər. Azərbaycan geoloqları elmin həmin sahələri üzrə dünya miqyasında uğurlar qazanıblar.

-Geoloji-geofiziki elmlərin tarixi şöbəsi nəyi öyrənir və hazırda hansı tədqiqat işləri aparılır?

-Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun geoloji-geofiziki elmlərin tarixi şöbəsi əsasən geologiya elminin tarixini öyrənir. Şöbədə əsasən petrologiya və metallogeniya üzrə tədqiqatlar aparılır. Azərbaycanın bütün bölgələrinin geoloji quruluşu, maqmatizmi, tektonikası, faydalı qazıntıları haqqında yazılan əsərləri sistemləşdiririk və onlar barədə elmi şərhlər veririk. Əsas məqsədimiz respublikamızın geoloji keçmişini gələcək nəsillərə çatdırmaq və yeni kadrların hazırlanmasıdır.

Hazırda filiz tullantılarının ətraf mühitə təsiri öyrənilir. Bu, Azərbaycan elmi üçün yenilikdir və ilk dəfədir həmin mövzu üzərində tədqiqat işi aparılır. Bundan əlavə, petrologiya və metallogeniyaya dair hesabat işi müdafiə olunub. Bu iş Azərbaycanda petrologiya və metallogeniya elmləri sahəsində ilk və yeganə hesabat işidir. Şöbədə bununla əlaqədar kitab hazırlanması nəzərdə tutulur.

-Geologiya sahəsində hansı kəşflər sizin adınızla bağlıdır?

-Qazaxıstanın Muqodjar bölgəsində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişəm. Xüsusən də Cənubi Muqodjar sahəsində qızıl yatağının mövcudluğunu ilk dəfə mən müəyyən etmişəm. Onda cəmi iyirmi dörd yaşım var idi.

Azərbaycandakı elmi nailiyyətlərimin nəticələrindən biri də miosen yaşlı perlit yatağının aşkar edilməsidir. Məndən əvvəl müəllimim M.Qaşqay pliosen yaşlı perlit yatağını kəşf etmişdi. Mən isə miosen yaşlı perlit yatağını aşkar etməklə riolit maqmasının miosendə də püskürdüyünü sübut etdim. Riolit maqması təkcə pliosendə yox, miosendə də püskürüb və bu, elmdə yenilik hesab olunur. Dünya perlit yataqları içərisində Kəlbəcər rayonundakı “Dəvəgözü” yatağında zonallıq xüsusiyyətini müəyyən etmişəm. Vakuum sistemli cihaz yaradaraq dünya elm təcrübəsində ilk dəfə perlitdən suları və qazları alaraq, riolit maqmasının fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmişəm.

Süxurlarda ilk dəfə olaraq hidrogenin ağır izotopunu (deyterini) və oksoni (H3O) növ suyu aşkar etmişəm və bunların da geokimya elmində böyük əhəmiyyəti var. Həmin tədqiqatlar dərinlik maqmasının fiziki-kimyəvi, geokimyəvi və filizləşmə xüsusiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Həmçinin şüşəvi süxurların şişməsinin səbəblərini yeni faktlarla açıqlamışam. Perlitin tətbiq olunması ilə əlaqədar geniş elmi-təcrübi işlər aparmış və bu süxurun sənayedə, xalq təsərrüfatının müxtəlif sahələrində, habelə ekologiyada hərtərəfli tətbiqini, onun iqtisadiyyat və bioloji sağlamlıqdakı rolunu müəyyənləşdirmişəm. Mənim tədqiqat işlərim keçmiş SSRİ İxtiralar və Kəşflər Komitəsi tərəfindən bir neçə müəlliflik şəhadətnamələri ilə təsdiqlənib. İlk dəfə ölkəmizdə perlit yataqlarının geokimyəvi xüsusiyyətlərini öyrənərək onları hərtərəfli tədqiq və tətbiq etmişəm.

-Hikmət müəllim, perlit hansı sahələrdə tətbiq edilir?

-Dünya alimləri perlitin ancaq inşaat-tikinti sektorunda tətbiqini göstərmişdilər. Mən ondan heyvandarlıq, quşçuluq, pambıqçılıq, neft və kimya sənayesində istifadə olunmasının mümkünlüyünü sübut etmişəm. Məsələn, perlitin yem kimi istifadə olunması heyvandarlıq və quşçuluq sənayelərində nəinki həftəlik, hətta gündəlik ət-süd artımına səbəb olur, heyvanların sağlamlığına müsbət təsir edir. İnşaat sahəsində də onun tətbiqi ilə əlaqədar yeni tədqiqatlarım var. Təəssüf ki, erməni işğalçılarının torpaqlarımızı zəbt etməsi tədqiqatlarımızı yarımçıq qoydu. Bundan başqa perlitin gülçülük və bağçılıqda da geniş istifadə olunması nəticəsində bol məhsul yetişir. Perlitdə məsaməlilik var və həmin məsamələr su ilə zəngindir. Onun tərkibində çoxluq təşkil edən mikroelementlər də var. Bu xüsusiyyətlərinə görə perlit torpağı həm nəmləndirir, həm də münbitləşdirir.

Mənim dünya səviyyəli kəşflərimdən biri də perlitin siqaretdə tətbiqidir. Siqaretin filtr hissəsinə əlavə edilən perlit tozu nikotin və fenolların 70 faizini özünə çəkir. Əlbəttə ki, bu, sağlamlıq və ətraf mühit üçün çox faydalı, iqtisadi cəhətdən isə gəlirlidir.

Perlitdən çirkab suların təmizlənməsində də filtr kimi istifadə olunur. Onu zavod və avtomobillərdən atmosferə atılan zəhərli qazların, otaq havasının və çirkab dəniz sularının təmizlənməsində, habelə tullantı sularının utilizasiyasında da tətbiq etmək olar. Quraq ərazilərdə torpağın nəmləndirilməsində də perlitdən istifadə etmək mümkündür.

Elmin həm nəzəri, həm də təcrübi sahələrində bir sıra yeniliklər etmişəm. Azərbaycanda geologiya elmi tarixinə dair ilk və yeganə kitabı – “Geoloji tariximizə nəzər” kitabını yazmışam. Ekoloji geokimyaya dair ilk dərslik kitabının – “Təbii ehtiyatların istifadəsi və mühafizəsi” kitabının da müəllifi mənəm . Perlit haqqında monoqrafiyamdan isə dünyanın bir çox ölkələrinin alimləri geniş istifadə edirlər.

-Professor, bu qədər qayğının içində həm də pedaqoji və bədii yaradıcılığa vaxt tapmaq heç də asan deyil.

-Əlbəttə ki, mən onları planlı şəkildə edirəm. Gündüzlər elmlə, gecələr saat 2-dən 6-dək bədii yaradıcılıqla, şənbə və bazar günləri isə dərsliklərin və mühazirələrin yazılması ilə məşğul oluram. Bədii yaradıcılığa 15 yaşımdan etibarən başlamışam. İlk şeirim “İnsanam” adlanır. Çiçəklərin intizarı” adlı ilk şeirlər kitabım 1971-ci ildə 10 min tirajla nəşr olunub. Analara həsr etdiyim “Qurbanam, ana” şeirimin isə yaradıcılığımda xüsusi yeri var. Bədii yaradıcılıqda Hikmət Mahmud imzası ilə tanınıram.

-Bəs pedaqoji, elmi və bədii yaradıcılığın hansına daha çox üstünlük verirsiniz?

-Elm mənim həyatımda birinci yerdə durur, sonra poeziya, ardınca isə pedaqoji fəaliyyət gəlir. Yarım əsrdən çoxdur gələcəyin dəyərli geoloqlarının yetişməsi üçün çalışır, tələbələrimə həm nəzəriyyə, həm də təcrübəni öyrədirəm. Çünki “nəzəriyyəsiz təcrübə ölüdür, təcrübəsiz nəzəriyyə isə kordur”.

Comments are closed, but trackbacks and pingbacks are open.