Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan, “iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə oxucuya çatdırılmasında “Missiya” kitabının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Müəllif bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca tutmasında görür. Rektor filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllifin Ulu Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıdılmasında xidmətlərinə zəngin erudisiya ilə yanaşmasını xüsusi qeyd edib.

Təranə RƏHİMLİ

5
Məlum olduğu kimi, «Qorki və Azərbaycan» mo-
noqrafiyası milli ədəbiyyatşünaslıqda ədəbi əlaqələrin
tarixinin, inkişaf yollarının, nəticələrinin öyrənilməsi
istiqamətində mühüm və əhəmiyyətli tədqiqatlardan biri kimi
diqqət mərkəzində olmuşdur. M.Qorkinin Azərbaycan
ədəbiyyatına, bədii fikrinə təsirinin deyil, bütövlükdə Qorkinin
milli ədəbiyyatımızla əlaqələrinin öyrənildiyi bu tədqiqat
əsərinin
təhlili xüsusi maraq doğurur. T.Rəhimli
K.Talıbzadənin ədəbi təsiri birtərəfli izah etməməklə
ədəbiyyatımızın mənafeyini qoruduğunu isbat etməyə çalışır.
Tədqiqatın «Ədəbi tənqidin tarixinin və nəzəriyyəsiinin
tədqiqi» adlı fəsli məzmun mündəricəsi, elmi tutumu ilə daha
dolğun təsir bağışlayır. Fəslin «Azərbaycan ədəbi tənqidinin
tarixi konsepsiyası; onun inkişaf istiqamətləri», «Yeni dövr
Azərbaycan ədəbiyyatı» yarımbaşlıqlarında K.Talıbzadənin
tənqid və tənqid tarixinə dair əsərləri milli tənqidşünaslığın
inkişafı çevrəsində araşdırılır.
T.Rəhimli burada sovet ideoloji düşüncə müstəvisində yer
alan fikir və mülahizələrə çağdaş təfəkkür işığında yanaşır,
təhlil etdiyi məsələlərə fəal tənqidi münasibət bildirir. Burada
K.Talıbzadəyə
tənqidşünaslığımızın banisi səlahiyyəti
qazandıran, tədqiqat məktəbi yaratmaq imkanı verən «Azər-
baycan ədəbi tənqidinin tarixi» monoqrafiyasının tədqi-
qatçının sonrakı kitablarında toplanan məqalələri üçün də
zəmin rolu oynadığı vurğulanır.
K.Talıbzadənin çağdaş ədəbi proses haqqında konk-ret,
aydın təsəvvür yaradan məqalələri də bu fəsildə geniş

6
araşdırmaya cəlb edilir. Tədqiqatçının yeni dövr Azər- baycan
ədəbiyyatı, onun görkəmli nümayəndələri S.Vurğun,
M.Hüseyn, M.Ibrahimov, I.Əfəndiyev, V.Cəbrayılzadə və
başqaları haqqında məqalələrinə, icmallarına, mülahizələ-
rinə yeni gözlə münasibət bildirir. Müəllif alimin bütöv-
lükdə yeni dövr Azərbaycan ədəbiyyatı, onun görkəmli
nümayəndələri haqqında təhlil və qənaətlərinin, dərin nəzəri
ümumiləşdirmələrinin milli ədəbiyyatımızın ən aktual prob-
lemlərinin həllinə kömək etdiyi, onun düzgün inkişaf isti-
qamətlərini müəyyənləşdirdiyi qənaətinə gəlir.
Gənc ədəbiyyatşünas T.Rəhimlinin bu əsəri əhatə etdiyi
məsələlərin genişliyinə, elmi-metodoloji dəyərinə, dərin nəzəri
ümumiləşdirmə və düzgün nəticələrinə, bitkin məzmun
mündəricəsinə görə mükəmməl tədqiqat əsəri təsiri bağışlayır.

Himalay Qasımov,
professor

7

MÜƏLLIFDƏN
Böyük insan, ali şəxsiyyət haqqında söz demək böyük
məsuliyyət və böyük fəxarətdir. Əlimə qələm alıb onun
barəsində düşündüklərimi ağ kağıza köçürdüyüm anda
gözlərim önündə «Böyük» sözünün böyüklüyünə yaraşdığı
akademik Kamal Talıbzadənin əzəmətli siması canlanır:
Müəllimlər müəllimi, neçə-neçə ziyalı nəslin ustadı, əməkdar
elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, «Şöhrət»
ordenli, ədəbiyyatşünaslıq elminin nüfuzlu nümayəndəsi,
yaradıcı gəncliyin himayədarı və nəhayət, BÖYÜK INSAN
akademik Kamal Talıbzadə.
Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə böyük bir
nəslin, təfəkkürünün ziyası ilə həmişə millətin öndəri olmuş
şəxsiyyətlərin layiqli yadigarı idi. Onun ulu babası Süleyman
Talıbzadə dövrünün tanınmış ziyalılarından, din alimlərindən
olub. Babası Axund Mustafa Talıbzadə (Süleyman
Talıbzadənin oğlu – T.R.) Zaqafqaziya Şeyxülislamının
müavini, Qafqaz vilayətinin baş qazisi vəzifələrində çalışmış,
çox mükəmməl şəriət dərsliyi yazmış, dini və maarifçilik
fəaliyyəti ilə dövrünün qabaqcıl simalarından biri kimi
tanınmışdır. K.Talıbzadənin əmisi Axund Yusif Ziya Talıbzadə
dövrünün görkəmli ziyalılarından olmuş, Hacı Zeynalabdin
Tagıyevlə, Nəriman Nərimanovla dostluq əlaqələri saxlamışdır.
O, yüksək dini təhsil almış, eyni zamanda dünyəvi biliklərə də
yiyələnmiş, türkçü, islamçı bir millətpərvər vətəndaş, publisist,
tərcüməçi, maarifçi, şair, dramaturq, hərbçi və siyasi xadim

8
kimi XX əsrin əvvəllərində məşhur bir şəxsiyyət olmuşdur.
K.Talıbzadənin atası – adı hər bir azərbaycanlıya doğma olan
Abdulla Şaiq XX əsr Azərbaycan ədəbiyyatının mühüm ədəbi
şəxsiyyətlərindən biri, böyük bir ziyalılar ordusunun müəllimi,
milli romantizmin görkəmli nümayəndəsi, ana dilimizdə
məktəbin banilərindən biri, maarifçi ziyalı, şair, dramaturq,
nasir, publisist və ictimai xadim idi.
Akademik Kamal Talıbzadə belə şərəfli tarixə malik bir
nəslin övladıdır. Bu nəslin nümayəndələri müxtəlif dövrlərdə,
illərdə yaşayıb yaratsalar da eyni əqidənin, amal və məsləkin
yolçusu olublar. Təfəkkürlərinin ziyasını, könüllərinin
məhəbbətini, mənəvi güc və qüdrətini səfərbər edib ömürlərini
bütünlükdə xalqın, millətin tərəqqisi, azadlığı, maariflənməsi
işinə həsr ediblər və öz səadətlərini bunda görüblər.
«Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə özünü
deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar
cəmiyyət üçün yaşayanlardır…» Bu sətirləri ötən yüzilliyin
əvvəllərində Abdulla Şaiq yazmışdı. Lakin Talıbzadələrin
həyat və fəaliyyət yönümünü özündə ehtiva edən bu kəlmələr
sanki A.Şaiqin mənsub olduğu nəslin həm keçmişinə, həm də
gələcəyinə ünvanlanıb. Akademik Kamal Talıbzadə babadan
nəvəyə gəlib çatan və hər yeni nəslin bir qədər də artırdığı bu
müqəddəs «varidat»ın – xalq üçün yaşamaq eşqinin, fikir,
əqidə varisliyinin şərəfli daşıyıcısı idi.
Görkəmli milli-romantik ədib Abdulla Şaiqin ailəsində
dünyaya göz açan K.Talıbzadə sözün müqəddəs tutulduğu,
sənət məbədgahı olan bir ocaqda böyüyüb. Həyat, sənət
haqqında təsəvvürləri də, ədəbi-tənqidi görüşləri də atasının

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir

2016-cı il dekabr ayının 6-da ADPU-nun Filologiya fakültəsində fakültə dekanlığının və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda professor-müəllim heyətinin, tələbələrin və mütəxəssislərin iştirakı ilə tədbir keçirildi.
Tədbiri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov açdı.

Giriş sözündə professor H.Qasımov müstəqillik dövründə ictimai-siyasi, mənəvi-əxlaqi və pedaqoji sahələrdə ölkəmizin qazandığı böyük uğurlardan danışdı. Müstəqillik dövründə dövlətçiliyimizin təməlində duran vətəndaşlıq düşüncəsinin formalaşmasında ədəbiyyatın müstəsna rolunu vurğuladı, “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda keçirilən tədbirin bu mənada son dərəcə aktual və müasir olduğunu qeyd etdi.

Himalay müəllim müəyyənləşdirilmiş mövzu ilə bağlı kafedranın professoru Təyyar Salamoğlunun məruzə edəcəyini bildirdi. O, professor T.Salamoğlunun respublikamızda nüfuzlu ədəbiyyatşünas və tənqidçi kimi tanındığını, mövzu ilə bağlı tədbir iştirakçılarına əhatəli məlumat verəcəyinə əminliyini ifadə etdi.

Professor T.Salamoğlu mövzu ilə bağlı məruzəsində Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi ilə bağlı ədəbiyyatşünaslığın qarşısında duran vəzifələrdən söhbət açdı. Professor T.Salamoğlu məruzəsində XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi ilə bağlı problemlərə aydınlıq gətirdi. Məqsədini elmi şəkildə gerçəkləşdirmək üçün o, XX əsrin əvvəlləri və Sovet dövrü ədəbiyyatına elmi-nəzəri və metodoloji münasibətin əsas konturlarını ümumiləşdirdi və qarşıda duran vəzifələrdən danışdı. Professor T.Salamoğlu həm XX əsrin əvvəlləri, həm də Sovet dövrü ədəbiyyatına yeni ədəbiyyatşünaslıq düşüncəsi ilə yanaşmağı zəruri hesab edərək, bu düşüncəni gerçəkləşdirən konsepsiyasının mahiyyətini açıqladı. Məruzəçi hər bir bədii mətnə “yenidən oxu və dərk et” prinsipi ilə yanaşmağı və həmin mətnləri, postmodernist estetikada deyildiyi kimi, “bitib-tükənməz məna potensialı” prizmasından dərk və izah etməyi əsas elmi yol kimi təqdim etdi. M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Mir Cəlalın, M.Hüseynin, İ.Şıxlının və digər sənətkarların yaradıcılığından nümunələr əsasında “yenidən oxu və dərk et” konsepsiyasının sözügedən dövrün ədəbiyyatında mətnlərin alt qatlarında, gizli laylarında əks olunan milli düşüncə sisteminin və bəşəri dəyərlərin ifadəsini aşkarlamağın mümkünlüyünü sübut etdi.

Məruzədən sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli, professor Seyfəddin Rzasoy, professor Əzizxan Tanrıverdi, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, folklorşünas alim Qalib Sayılov məruzə ətrafında çıxış etdilər və bu tipli tədbirlərin gələcəkdə də davam etdirilməsini arzuladılar.

Himalay qasımov

Yanvarın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Missiya” kitabının təqdimatı keçirilib.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya üzrə elmlər doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan, “iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə oxucuya çatdırılmasında “Missiya” kitabının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Müəllif bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca tutmasında görür. Rektor filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllifin Ulu Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıdılmasında xidmətlərinə zəngin erudisiya ilə yanaşmasını xüsusi qeyd edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında böyük xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə müəllifin dərindən bələd olduğunu qeyd edib. O, “Missiya” kitabında Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə edilməsini, milli ruhun yüksəlişinin, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin olması qənaətini müəllifin yüksək elmi potensialı və erudisiyası kimi qiymətləndirib.

ADPU-nun Yeni Azərbaycan Partiyası təşkilatının sədri, professor Himalay Qasımov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fəaliyyətinə Mahirə Hüseynovanın elmi-metodoloji yanaşmasına münasibət bildirib. Himalay Qasımov qeyd edib ki, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onların arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görüb. Bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də ana dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verməsi əsərin yüksək məziyyətlərindən sayılır.

Tədbirdə professorlar Zahid Xəlil, Yaqub Babayev, Elman Quliyev, dosentlər Nazilə Abdullazadə, Bilal Həsənli çıxış edərək Ulu Öndərsiz yaşadığımız bir dövrdə Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılmasına, hərtərəfli öyrənilməsinə, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına ehtiyac olduğunu bildiriblər. Vurğulanıb ki, Mahirə Hüseynovanın “Missiya” kitabı Ümummilli Liderin şəxsiyyəti və ruhu qarşısında fədakar xidmətin bariz nümunəsidir.

Mahirə Hüseynova tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Ulu Öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olan bu kitabın faydalı olacağına inandığını vurğulayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.