Press "Enter" to skip to content

İstifadə etdiyimiz mənbələr

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.

Himalay qasımov azərbaycan dramaturgiyası tarixilik və müasirlik

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.

Антология азербайджанской драматургии (20 век) : в 4 т.
Филологические науки. Художественная литература — Азербайджанская литература — c 1917 г. — Произведения художественной литературы — Драматургия — Драмы — Сборники разных авторов

Marc21

LDR 01203nam#a2200229#i#4500
001 006605248
005 20220928090852.0
008 120403s2007####aj############000#||aze#d
040 ##
$a RuMoRGB
$b rus
$c RuMoRGB
$e rcr
041 0#
$a aze
044 ##
$a aj
084 ##
$a Ш5(2=Аз)7-662я43
$2 rubbk
245 00
$a Azərbaycan dramaturgiyası antologiyası
$h [Текст] :
$b dörd cilddə
$c [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]
260 ##
$a Bakı
$b Şərq-Qərb
$c 2007
300 ##
$a 21 см
336 ##
$a текст
$b txt
$2 rdacontent
337 ##
$a неопосредованный
$b n
$2 rdamedia
338 ##
$a том
$b nc
$2 rdacarrier
520 3#
$a Антология азербайджанской драматургии (20 век) : в 4 т.
650 #7
$a Филологические науки. Художественная литература — Азербайджанская литература — c 1917 г. — Произведения художественной литературы — Драматургия — Драмы — Сборники разных авторов
$2 rubbk
700 1#
$a Məmmədova, Dilarə
$e сост.
$4 com
751 ##
$a Баку
$e место публикации
$4 pup

Описание

Заглавие Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə
Дата поступления в ЭК 03.04.2012
Каталоги Книги (изданные с 1831 г. по настоящее время)
Сведения об ответственности [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]
Выходные данные Bakı : Şərq-Qərb, 2007
Физическое описание 21 см
Примечание Антология азербайджанской драматургии (20 век) : в 4 т.
Тема Филологические науки. Художественная литература — Азербайджанская литература — c 1917 г. — Произведения художественной литературы — Драматургия — Драмы — Сборники разных авторов
BBK-код Ш5(2=Аз)7-662я43
Язык Азербайджанский

Состав

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.
cild 5. – 301 c.; ISBN 978-9952-34-184-3 ещё
Mir Mehdi Seyidzadə
Ayaz
Xalidə Hasilova
Nəğməli könül
İslam Səfərli
Göz həkimi
Adil Babayev
Açıq pəncərə
Söhrab Tahir Azər Azər
Ana hökmdar
Хранение: CVL ЗВ 58-4/235;

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.
cild 3 [Текст]. – 543 c.; ISBN 978-9952-34-118-8 ещё
Антология азербайджанской драматургии (20 век) : т. 3
Хранение: CVL ЗВ 58-4/235;

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.
cild 2. – 511 c.; ISBN 978-9952-34-132-4 ещё
Антология азербайджанской драматургии (20 век) : т.2
Хранение: CVL ЗВ 58-4/235;

Azərbaycan dramaturgiyası antologiyası [Текст] : dörd cilddə / [tərtib edəni və biografiyaların müəllifi Dilarə Məmmədova]. – Bakı : Şərq-Qərb, 2007. – 21 см.
cild 4 [Текст]. – 581 c.; ISBN 978-9952-34-136-2 ещё
Антология азербайджанской драматургии (20 век) : т.4
Хранение: CVL ЗВ 58-4/235;

İstifadə etdiyimiz mənbələr

48. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. / baş red. Y. Mahmudov.- Bakı: “Lider nəşriyyat”, 2004.-440 s.

49. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. / baş red. Y. Mahmudov.- Bakı: “Lider nəşriyyat”, 2005.-472 s

50. Azərbaycan Respublikası: 1991-2001 / F. Abdullazadə [və b.]; red. R. Ə. Mehdiyev. – Bakı : XXI- Yeni Nəşrlər Evi, 2001. – 280 s.

51. Azərbaycan dilinin qrammatik quruluşu məsələləri. Bakı : ADU , 1982. 117 s.
52. Azərbaycan xalq mahnıları I cild. B.: Öndər, 2005.- 168 s.
53. Azərbaycan xalq mahnıları II cild. B.: Öndər, 2005.- 128 s.

54. Azərbaycan incəsənəti. Azərb. Resp. Gənclər və İdman Nazirliyi, “Bizim Nəsil Gənclərin Regional inkişaf Assosiasiyası İctimai Birliyi” I cild.- B.: [Letterpress nəş-t evi ], 2010.- 81 s.

55. Azərbaycanın əhalisi. Bakı , 2005. – 560 səh.
56. Azərbaycan qadınları: ensiklopedik toplu. B.: Мир Женщины, 2003.- 196 s.

57. Azərbaycan tarixi: 7 cilddə. I cild: ən qədimdən bizim eranın III əsri / məsul red. İ. Əliyev. – Bakı : Elm, 2007. – 520 s.

58. Azərbaycan tarixi: 7 cilddə. II cild: III-XIII əsrin I rübü / məsul red. N. Vəlixanlı. – Bakı : Elm, 2007. – 608 s.

59. Azərbaycan tarixi: 7 cilddə. III cild: XIII-XVIII əsrlər / məsul red. O. Əfəndiyev. – Bakı : Elm, 2007. – 592 s.

60. Azərbaycan tarixi: 7 cilddə. IV cild: XIX əsr / məsul red. M. İsmayılov. – Bakı : Elm, 2007. – 504 s.

61. Azərbaycan tarixi: 7 cilddə. V cild: 1900-1920-ci illər / məsul red.: M. İsmayılov, N. Maksveli. – Bakı : Elm, 2008. – 696 s.

62. Azərbaycan tarixi: 7 cilddə. VI cild: aprel 1920 – iyun 1941 / məsul red. C. Quliyev. – Bakı : Elm, 2008. – 568 s.

63. Azərbaycan tarixi: 7 cilddə. VII cild: 1941-2002-ci illər / məsul red. T. Qaffarov. – Bakı : Elm, 2008. – 608 s.

64. Azərbaycan tarixi. B.: Çıraq, 2007. 719 s.
65. Azərbaycan tarixi üzrə qaynaqlar. B.: Azərbaycan Universiteti, 1989.- 321 s.
66. Azərbaycan mətbuatı tarixi: dərslik /tərt.-red. A. Şahverdiyev.- Bakı: Təhsil EİM, 2006.- 252 s.

67. Azərbaycan Milli Enisklopediyası:” Azərbaycan”. Bakı : Azərbaycan Ensiklopediyası Elmi Mərkəzi, 2007.

68. Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı, 1976.
69. Azərbaycan Sovet Ensiklopediyası. II cild. Bakı, 1978.
70. Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı, 1979.
71. Azərbaycan Sovet Ensiklopediyası. IV cild. Bakı, 1980.
72. Azərbaycan Sovet Ensiklopediyası. V cild. Bakı, 1981.
73. Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982.
74. Azərbaycan Sovet Ensiklopediyası. VII cild. Bakı, 1983.
75. Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı, 1984.
76. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986.
77. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987.
78. Azərbaycan kulinariyası ensiklopediyası. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2007, 168 səh.
79. Azərbaycan xalçaları. B: 2010. – 20 səh.
80. Aydın Mirzəzadə. Azərbaycan, zaman, inkişaf. Bakı, “Azərbaycan” nəşriyyatı, 2008- 608 səh.
81. Abdulla Bəhlul. Azerbaycan mərasim folkloru. “Qismət” nəşriyyatı, 2005, 208 səh.
82. Allahverdiyev Səttar. Azərbaycan tarixinin xronologiyası. B.: 2009.-128 səh.
83. Aşurbəyli Sara. Bakı şəhərinin tarixi. B.: “Avrasiya”, 2006, 416 səh.
84. Bədən tərbiyəsi və idman. B.: “TQDK-“Abituriyent””, 2011.-110 səh.
85. Cəfərov Nizami. Azərbaycanşünaslığın əsasları B.: Pedaqogika, 2005.- 256 s.

86. Cəfərova Vəsxanım. Bazar iqtisadiyyatına keçid: ziddiyyətlər və onların həlli yolları. B.: Azərbaycan, 1996.-198 s.

87. Dadaşov İdris. Elmi-texniki tərəqqinin istiqamətləri və onların səmərəliliyi. B.: 1992.- 104 s.
88. Eyvazlı Ələddin. Naxçıvan qədim türk torpağıdır. Bakı: Elm, 2006.- 154 s.
89. Elsevər Kərimov, Bəşir Osmanov. İqtisadi nəzəriyyə. “Adiloğlu”nəşriyyatı, 2004, 230 səh.

90. Əfəndiyev Rasim. Azərbaycanın maddi mədəniyyət nümunələri: geyimlər Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1960. – 22 s.

91. Əhmədov Səbuhi. Azərbaycan tarixindən yüz şəxsiyyət. Bakı: Ayna Mətbu Evi, 2006. – 268 s.
92. Əhmədov Bədirxan. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. B.: 2010.-436 səh.

93. Əzizov Türyan. Azərbaycan XX əsrin əvvəllərində : ümumi tarixi icmal. Bakı : Zaman, 1997. – 255 s.

94. Əlibəyzadə Elməddin. Azərbaycanşünaslığa giriş. B.: “Ozan”, 2010.-856 səh.

95. Əliyev Heydər. Müstəqillik yolu: seçilmiş fikirlər. B.: Azərbaycan Universiteti nəşriyyatı, 1997.- 136 s.

96. Əliyev İqrar. Azərbaycan Respublikasının dövlət rəmzləri Bakı: Nurlan, 2008.- 56 s.
97. Əliyev Elçin. Müasir Azərbaycan Memarları . 2010.- 527 səh.
98. Əliyev Zaur. Türkdilli xalqların diasporları. B.: “Adiloğlu”, 2009.-296 səh.

99. Ənvəroğlu Himalay. Azərbaycan dramaturgiyası: tarixilik və müasirlik [Mətn].- B.: Nurlan, 2008.- 248 s.

100. Ənvəroğlu Himalay. Azərbaycan romanının inkişaf problemləri [Mətn].- B.: Nurlan, 2008.- 336 s.
101. Ənvəroğlu Himalay. Azərbaycan şeirinin poetikası [Mətn].- B.: Nurlan, 2008.- 388 s.
102. Əsgərli Füzuli. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. B.: [ADPU], 2009.- 435 s.
103. Əsgərov Aydın. Azərbaycan florasının konspekti. B.: “Elm”, 2011.-204 səh.
104. Hacıbəyli Üzeyir. Azərbaycan xalq musiqisinin əsasları. B.: “Çap evi”, 2010.-176 səh.

105. Hüseynov Aydın. Müstəqil Azərbaycan – 20: iqtisadi inkişaf yolu . Bakı: “Azərbaycan” nəşriyyatı, 2011.- 328 s.

106. Hüseynov İlqar. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Bakı: Mars-Print, 2002.- 305 s.

107. Hüseynov İlqar. Turizmin əsasları. Bakı: Mars-Print NPF, 2007.- 442 s
108. Hüseynova İradə. Müstəqil Azərbaycan dövlətinin qurucusu. B.: Təhsil, 2004.- 472 s.
109. Həmidov Habil. Azərbaycan və İpək yolu. B.: “Təknur”, 2009.-160 səh.
110. Xəlilov Buludxan. Türkologiyaya giriş. Bakı, “Nurlan”, 2006, 384 səh.

111. Xəlilov Yunis. Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəalarının şərhi. Bakı : Qanun, 2007. – 248 s.

112. Xəlilov Səlahəddin Sədrəddin oğlu. Elmi-texniki tərəqqi: Bu gün və sabah. B.: Azərnəşr, 1988.- 134 s.

113. İqtisadi nəzəriyyə . B.: Çaşıoğlu, 2001.- 692 s.
114. İzahlı iqtisadi terminlər lüğəti. 1-ci cild. “Nurlan” nəşriyyatı, Bakı, 536 səh., 2005.
115. İzahlı iqtisadi terminlər lüğəti. 2-ci cild. “Nurlan” nəşriyyatı, Bakı, 546 səh., 2005.
116. İbrahimov İrşad. Vətəndaş və tarix : tarixin olaylarında. Bakı : Qanun , 2009. – 720 s.
117. Qaraqızı Ulduzə. Azərbaycan filmlərinin yaranma tarixindən. II kitab. B.: “E.L”, 2010.-664 səh

118. Qasımov, Ədalət. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası: XX əsrin 70-80-ci illəri. Bakı: Təhsil, 2009. – 320 s.

119. Qocayev Əkbər. Bayramlar və tarixi günlər / Ə. Qocayev; red. R. İsmayılov.- B.: Altun kitab, 2006.- 152 s.

120. G. Gənciyev, İ. Mehrəliyev. Ölkəşünaslığın əsasları. “Nurlan” nəşriyyatı, 2001, 347 səh.

121. Məmmədov Hikmət Baba oğlu. Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu. Bakı, 2009.- 329 s.

122. Məmmədov Nüsrəddin, Məhərrəmov Amil və b. Azərbaycan iqtisadiyyatı, Bakı: Azərnəşr, 2011, 522 səh.

123. Mahmudov Yaqub. Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış, Azerbaijanis: a view on ethno-political history, Азербайджанцы : взгляд на этнополитическую историю. AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. – Bakı : Aspoliqraf, 2008. – 60 s.

124. Mahmudov Yaqub. Azərbaycan: qısa dövlətçilik tarixi .Bakı.: Təhsil, 2005.- 140 s.
125. Mədəniyyət tarixi və nəzəriyyəsi . Bakı : Sabah, 2010. – 876 s.

126. Mərdanov Misir Cumayıl oğlu. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Bakı: Çaşıoğlu, 2001.- 272 s.

127. Məmmədov Zahid. Pul. Kredit. Banklar. B.: Qanun, 2009.- 220 s.

128. Məmmədov Zakir. Azərbaycan fəlsəfi tarixi. Bakı, “Şərq-Qərb”, 2006, 328 səh. (Saytın “Fəlsəfə” bölməsinin hazırlanmasında əsasən bu mənbədən istifadə olunmuşdur).

129. Məmmədov Q.Azərbaycanda aqrar islahatlar.B. :2011.-352 səh
130. Meybullayev Məmməd. Mikroiqtisadiyyata giriş. B.: 2010.-398 səh.
131. Müasir Azərbaycan dili. B.: “Çıraq”, 2010.-352 səh
132. Namazov Qara. Azərbaycan aşıq sənəti. B.: Yazıçı, 1984.- 190 s.
133. Nəbibəyli Ziyadxan. Beynəlxalq hüquq, idarəçilik və iqtisadiyyat. B.-2010.- 295 s.
134. Nəzirli Şəmistan. Güllələnmiş Azərbaycan generalları. B.: Kooperasiya, 2006.- 624 s.
135. Nəbiyev Azad. Azərbaycan folklorunun janrları. Bakı: BDU nəşri, 1983, 92 səh.

136. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. (Azərb. dilində) I kitab. ali məktəblər üçün dərslik. Bakı, 2001, 678.

137. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Ali məktəblər üçün dərslik. Bakı, «Nurlan», 2006, 685 s.

Heydər Əliyev | Müasir Azərbaycan dövlətinin yaradıcısı

Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.

Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.

Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü — XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi.

O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.

Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978–ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.

Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.

Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.

Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.

Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi–sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.

Respublikamızda qeyri–neft sektorunun da inkişafına dövlət diqqəti güclüdür. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğuru buna əməli sübutdur. Belə ki, UDM–in dörddə bir hissəsinin istehsal olduğu, əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətli olduğunu yetərincə qiymətləndirən dahi siyasətçi bu sahə ilə bağlı zəruri addımlar atmışdır. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.

Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamildən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.

Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.

Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.

Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir — fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 01 oktyabr 1918–ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas götürərək hər il oktyabrın 1–nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998–ci ildə sərəncam imzalamışdır.

Bu gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır: “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat” axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.

Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaraq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi Heydər Əliyev qayğısının bariz nümunəsidir.

Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsini və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin yaratdığı ictimai–siyasi sabitlik, prokurorluq orqanlarına inanması, güvənməsi prokurorluq işçilərini daha da məsuliyyətlə işləməyə sövq etmişdir. Ölkəni və xalqı məhvə aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasına, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində xüsusi xidmətləri olmuşdur.

Heydər Əliyev dühasından qüdrət alan Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə, qarşılıqlı hüquqi yardımlar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının beynəlxalq əlaqələri genişlənmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması ulu öndərimizin adı ilə bağlı olmaqla inkişaf tariximizi əks etdirir.

Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000–ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına münasibət bildirərək qeyd etmişdir: “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”. Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndərimiz prokurorluq sistemində də kadrların işə götürülməsində çox demokratik bir üsulun həyata keçirilməsini formalaşdıran “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” 19 iyul 2001–ci ildə fərman imzaladı. Əsasnamənin tələblərinə uyğun olaraq 2002–ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqi, qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində şəffaf keçirilməsi kadrların seçilməsində xüsusi rol oynayır. Bacarıqlı, işgüzar gənclərin seçilməsi kadr potensialını gücləndirməklə yanaşı, işin də səmərəli təşkilinə köməklik etmişdir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik prosedur əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin sosial iqtisadi, ictimai–siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması gənc mütəxəssislərin işlə təminatına zəmin yaradır.

Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Onların peşəkarlığı, qabaqcıl fikir və ideyalarına hörmətlə yanaşılmış, əməkləri dövlət səviyyəsində qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminatı haqqında” 08 oktyabr 2002–ci il tarixli sərəncamı ulu öndərimizin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.

Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı–ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişafa və böyük uğurlara sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görülməsini təmin etməklə ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir. Qarşıdan ulu öndərimizin 90 illik yubileyi gəlir. Hər bir azərbaycanlı kimi Sumqayıt şəhər prokurorluğunun işçiləri də bu böyük bayramı bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş böyük şəxsiyyətin adına layiq keçirmək üçün daha əzmlə çalışır.

Müəllif: Dağlar ZEYNALOV Sumqayıt şəhər prokuroru baş ədliyyə müşaviri

  • Teqlər:
  • Heydər Əliyev

Comments are closed, but trackbacks and pingbacks are open.