Press "Enter" to skip to content

Başında miqren ağrısı olanlar mütləq oxusun ARAŞDIRMA

Sorğuda iştirak edən miqren xəstələrinə təşəkkür edir, suallarımızı cavablandığı üçün “İstanbul Neyrocərrahiyə və Ağrı Mərkəzi”-nin Direktoru Op. Dr. Kerem Bıkmaza dərin minnətdarlığımızı bildiririk./azxeber.com

Miqren ağrılarından xilas edən təbii üsullar

Miqren ağrısı xəstələrin gündəlik həyatını ləngidəcək qədər şiddətli ola bilər. Həyatı kabusa çevirən şiddətli baş ağrılarının qarşısını almaq üçün ilk növbədə ağrıkəsicilərdən imdad ummamaq və yuxu rejimini normaya salmaq lazımdır.

Təkrar olunan baş ağrısı hücumlarından ibarət olan və hər 100 adamdan 16-sında görülən miqren hücumlarının şiddətlənməsi noyabr-dekabr kimi mövsüm keçidlərində artır. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi isə mövsüm keçidlərindəki təzyiq dəyişikliklərinin yaratdığı halsızlıq və yorğunluğun miqren hücumlarına təkan verməsi və həyat tərzinin dəyişməsidir. Miqren ağrısı iş və sosial həyatı ciddi dərəcədə ləngidəcək qədər şiddətli ola bilər. Xəstə miqren şiddətlənməsi səbəbindən işə getmir, ictimai fəallığı aşağı düşür, planları varsa ləğv etmək məcburiyyətində qalır, ya da gündəlik adi işlərinin hamısını bir kənara qoyaraq səssiz və qaranlıq bir mühitdə ağrının keçməsini gözləyir.

Nevrologiya mütəxəssisi Arif Çakır miqrenə təkan verən amillərə qarşı tədbir alındıqda hücumların şiddətinin böyük miqdarda azaldılmasının mümkün olduğunu söyləyir.

O, bildirir: “Əgər bütün tədbirlərə baxmayaraq, ağrı hələdə çox sıx və şiddətlidirsə, ancaq bu halda ağrının qarşısını alan və nəzərə çarpacaq dərəcədə azaldan dərman müalicəsi tətbiq olunur”.

Həkim Arif Çaxır miqren hücumlarını qarşısını almağın 10 formulunu belə sıralayır:

Ağrıkəsicilərdən imdad ummayın

Başımız ağrıyan kimi dərhal bir ağrıkəsici dərman atırıq. Halbuki baş ağrısı miqren ağrısıdırsa və siz ayda 4-5 ədəddən çox ağrıkəsici dərman qəbul edirsinizsə, bununla miqren ağrılarını daha da gərginləşdirir və hücumun təkrarlanmasını daha da artırırsınız. Çünki ağrıkəsicilər tez-tez istifadə ediləndə beyindəki ağrı mərkəzlərinin həssaslığını artırır. Buna görə də dərmanlardan istifadə etmək sizin düşündüyünüz kimi ağıllı addım hesab olunmur. Təsadüfi bir ağrıkəsici qəbul etmək əvəzinə, nevrologiya mütəxəssisinə müraciət etmək daha düzgün olardı. Miqren diaqnozu qoyularsa, ağrıkəsici dərmanlardan yalnız həkiminizin təklif etdiyi şəkildə qəbul etməyə diqqət göstərin.

Miqren gündəliyi tutun

Özünüzə bir miqren gündəliyi tutun. Gündəliyə hər gün nizamlı olaraq nə yeyib içdiyiniz, qoxu və stress kimi hərəkətverici amillərə məruz qalıb qalmadığınız, neçə saat yatdığınızı və hansı idmanı nə qədər müddətlə etdiyiniz kimi məlumatları qeyd edin. Həmçinin ağrının tezliyi, müddəti, yeri, xarakteri kimi məlumatlarla yanaşı, əgər istifadə edirsinizsə dərmanlarınızı da yazın. Bu mütəmadi qeydlər sayəsində həm ağrınıza təkan verən amilləri daha yaxşı tanıyacaq, həm də müalicənin tez bitməsinə kömək edəcəksiniz.

Yuxu rejiminizə əməl edin

Yuxu rejiminizi dəyişdirməyin. Məsələn, bəzi adamlar yuxusuz qaldıqda, bəziləri isə tam əksinə çox yatanda miqren hücumuna məruz qalırlar. Artıq yatanda miqreni olan bir nəfər bütün həftə işə getmək üçün erkən qalxar və ağrısı olmaz. Lakin həftə sonları gözəl yuxunu şiddətli miqren ağrıları yarıda qoya bilər. Bu səbəblə hər gün eyni saatda qalxmağa və yuxusuz qalmamağa diqqət göstərin.

İdman edin, amma çərçivəni aşmayın!

Üzün, yeriyin, velosipedə minin. Ağrılar məşq edən zaman şiddətlənmirsə, bədəninizi rahatlaşdıracaq hər cür idmanı edə bilərsiniz. İdman fəallığı artan serotonin hormonunun ifrazı sayəsində həm stress və narahatlığınızı azalda, həm də miqren ağrılarının qarşısının alınmasında böyük fayda verə bilər. Ancaq idman növünün ağır deyil, mülayim səviyyədə olması və performans göstərmək üçün edilməməsi çox əhəmiyyətlidir. Əks halda tam əksinə, ağrılara təkan verə bilər.

Yemək saatını qaçırmayın

Hər gün nizamlı olaraq yeməyə, yemək vaxtını qaçırmamağa diqqət göstərin. Əgər yemək saatlarında və ya axşam saatlarında aclıq hiss etsəniz, bu vəziyyətdə qan şəkərində azalma müşahidə oluna və ağrıları gücləndirə bilər. Belə hallar yaşayırsınızsa, özünüzə xas az porsiya halında yemək saatları əlavə edə bilərsiniz.

Rəqs edin, meditayasiya ilə məşğul olun

Stress də ağrılara təkan verən ən vacib amillərdən biridir. Stress səviyyəsini azaldan, zehni açan aktiv hərəkətlər edin. Məsələn, rəqs edə, yoqa və ya meditasiya ilə məşğul ola və ya ağrı azaldıcı müxtəlif masajlar edə bilərsiniz.

Qəhvə, çay və spirt istehlakına diqqət edin

Kofein bəzi miqren dərman vasitələrində olan və bu səbəblə miqren müalicəsində istifadə edilən bir maddə olmaqla bərabər, miqren ağrıları üçün hərəkətverici də ola bilər. Əgər ağrılar kofein tərkibli qidalarla güclənmirsə, gündəlik miqdarda (məsələn, maksimum 2 fincan qəhvə və ya 3-4 fincan çay yetərli olur) kofein almaq miqren ağrılarına yaxşı təsir edə bilər. Ancaq hər şeydə olduğu kimi burada da həddindən artığına qaçmamaq çox əhəmiyyətlidir.

Bu qidalara diqqət edin

Hər xəstədə müxtəlif yeməklər hərəkətverici ola bilər. Ancaq ağrıya təkan verən yeməklər arasında ən çox bunlar: pendir, mayalı içkilər, yağlı və ədviyyatlı yeməklər, süni və kimyəvi qatqılar, ətir çoxaldıcı və dad verən maddələr (məsələn, hazır ət və toyuq suyu həbləri kimi) süd, hər növ içalat, sosiska, kolbasa, krevet və ya midiya kimi bəzi dəniz məhsulları yer alır.

“Gündəlik Teleqraf” MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Başında miqren ağrısı olanlar mütləq oxusun ARAŞDIRMA

Miqren beyindəki bir sıra kimyasal dəyişikliklərdən qaynaqlandığı ehtimal edilən, lakin yaranma səbəbi dəqiq məlum olmayan xroniki xəstəlikdir.

Ən böyük özəlliyi əksər hallarda beyinin sağ və ya sol tərəfində birtərəfli olaraq müşahidə olunmasıdır. Lakin istisna hallarda bu ağrılara başın hər iki tərəfində rast gəlməkdə mümkündür.

Göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssasiyət və s. əlamətlərlə müşahidə olunur.

Hər baş ağrısı miqrendirmi?”

Hər baş ağrısı miqren deyildir. Bir xəstəyə miqren diaqnozunun qoyulabilməsi üçün, MR, Tomoqrafiya cavabları təmiz olmalı, baş ağrılarına səbəb olan hər hansı bir amilin olmaması gərəklidir. Ağrının başlaması, davam edən ağrının müddəti, ağrı sırasında və ağrıdan öncə hansı simptomların baş verməsini araşdırmadan diaqnozun qoyulması yalnış bir addımdır. Miqren bir həkim tərəfindən araşdırılmalı daha sonra diaqnoz qoyulmalıdır.

Miqrenin əlamətləri, tipləri və növləri hansılardır?

Miqrenin iki tipi vardır. Auralı və Aurasız miqren. Klassik miqrendə adlandıra biləcəyimiz auralı miqrendə baş ağrısının gəlməsini xəstə əvvəlcədən hiss edər. Görmə sahəsində qara ya parıltılı nöqtələr, ziqzaqlar, dalğalı görüntülər və yaxudda bəlli sahədə bir bölgəni görəbilməmə, bəzən üz, qol və ayaqlarda bir tərəfli uyuşma, gücsüzlük, baş dönməsi, danışığın pozulması, çox az hallarda isə iki tərəfli uyuşma kimi aura çeşidləridə vardır. Bu simptomlar təxminən yarım saata qədər davam edər. Daha sonra yerini ağrılar əvəz edər. Ağrılar bəzən bir anda, bəzən yavaş – yavaş artaraq başlayar. Ağrılar döyüntülü və şiddətli ola bilər. Aurasız miqrendə isə yuxarıda qeyd olunan simptomlar baş verməz.

Aurasız miqren auralı miqrenə nisbətən daha çoxdur. Ümumilikdə miqren ağrıları 4 növdə olur.

1. Frontal migren – alın miqreni

2. Temporal migren – gicgah miqreni

3. Oksipital migren – boyun miqreni

4. Paranazal migren – burun miqreni

Miqren xəstəliyində çoxluq təşkil edən təbəqə?

Dünya statistikasına əsasən qadınlar bu ağrılardan daha çox əziyyət çəkir. Miqrenin yaş aralığı 17 – 18 yaş və 60 yaş arasıdır. Böyüklərlə müqayisədə baş ağrılarına çox az rastlanılan uşaqlarda miqren xəstəliyidə olmaz. Baş ağrılarının əsas səbəbi stresdir. Bu strese səbəb olan faktorlardan ən böyüyü qısqanclıq və ərköyünlükdür. Lakin uşaqlarda sabahlar meydana çıxan baş ağrıları beyindəki şişlərin xəbərçisi ola bilər. Təmiz havaya sahib olan ərazilərdə yaşayan, roblemləri az, həyatdan çox şey gözləməyən, maddi, mənəvi gözləntisi olmayan insanlarda miqrenə daha az rast gəlinir. Miqren daha çox böyük şəhərlərdə yaşayan, maddi və mənəvi problemləri olan, sevgidən əziyyət çəkən, düzənsiz həyat tərzi sürən insanların xəstəliyidir.

Miqren ağrılarının qarşısını almaq mümkündürmü?

Miqren ağrılarına səbəb olan məlum bir faktor yoxdur. Lakin bir çok faktorlar var ki, bu ağrıları hərəkətə keçirir. Xəstələri bu fakorlardan uzaq tutmağa çalışırıq. Gərginlik və miqren tipli baş ağrılarını hərəkətə keçirən ən önəmli faktor məhz stresdir. Stres həyatın hər anına təsir etdiyi kimi miqren ağrılarının ortaya çıxmasına və artmasınada təsir edir. Stresin qarşısını almaq mümkün deyildir. Lakin idarə etmək mümkündür.

Miqren ağrılarının ortaya çıxmasına səbəb olan faktorlar hansılardır?

– Havanın çirkli olması

– Parlaq günəş işığı və işıq

– Saçların sıx yığılması

– Müxtəlif saç aksesuarları

– Parfüm və digər qoxular

– Alkaqollu içkilər ( xüsusən qırmızı şərəb)

– Şokolad – Kofeinli içkilər

Miqren hansı üsullarla müalicə olunur?

Miqren xronikləşməyə başladıqdan sonra müalicəsi çətinləşir. Tibdə xəstəliyin səbəbi məlumdursa o xəstəliyi müalicə etmək daha asandır. Lakin miqren hələdə net səbəbi məlum olmayan xroniki bir xəstəlikdir. Miqren və miqren tipli xəstəliklərdə öncəliklə məlum olan risk faktorlarını aradan qaldırmaq önəmlidir. Ağrı tutduğu zaman edəbiləcəyimiz tək şey həkimin təyin etdiyi dərman pereparatını qəbul edib, səssiz – qaranlıq bir yerdə uzanaraq dincəlmək və ağrıların kəsməsini gözləməkdir. Digər yol isə ağrının gəlməsinin yada daha sıx gəlməsinin qarşısını almaqdır. Miqren müalicə olunmadıqda ağrılar 4-72 saat müddətində davam edə bilər. Miqrenin bir çox müalicə üsullari vardir. – ağrıları hərəkətə keçirən faktorlardan uzaq durmaq – özəlliklə stres və yuxarıda qeyd olunan faktorlardan uzaq durmaq – özəl terapiya – psixoloji dəstək yardımı almaq – dərman müalicəsi – həkimin təyin etdiyi pereparatların qəbulu – botoks müalicəsi – botolinium toksini vasitəsi ilə 6 ay ağrıların ertələnməsi – qapalı miqren cərrahiyəsi – 1-3 sm açılmış kəsiklər vasitəsi ilə sinirləri sıxışdıran əzələlərin genişləndirilməsi *

Son 17 ildə artmağa başlayan botoks müalicəsi və miqren əməliyatı haqqında xəstələrə nə kimi məlumat verə bilərsiniz? Bu prasedurların icra olunması nə dərəcədə düzgündür? Görüşdüyümüz bir qisim həkimlərin qəbul etdiyi botoks müalicəsi və qapalı miqren əməliyatını digər qisim mütəxəsislər qəbul etmir. Xüsusən Nevroloji, Baş-Beyin həkimlərinin qəbul etmədiyi bu əməliyatı qəbul edən qisim əsasən lor və plastik cərrahlardır. Suallarımızı cavablayan zaman 20 ildir bu sahədə çalışan mütəxəssiz Neyrocərrah, Operator Doktor Kərəm Bıkmaz bu əməliyatın uzun ömürlü olacağına inanmadığını və inanmadığı bir prosesi icra etmədiyini özəlliklə vurğuladı.

Belə ki, icradan sonra kəsmiş olan ağrıların bir müddət sonra yenidən qayıdacağına inanır. Estetikadada istifadə olunan ”Botolinium” toksini dünyanın ən güclü zəhər növüdür. Bu zəhərin təsiri müddətinin 6 ay olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, 6 ay sonra ağrılar yenidən üzə çıxmağa başlayar Miqren baş nevroloji, baş beyin cərrahlarını maraqlandıran bir xəstəlikdir. Teorik olaraq baxıldığında bu əməliyatı beyin cərrahı icra etməlidir. Lakin ümumi olaraq baxdığımızda bu əməliyatı plastik və lor həkimləri icra edir. Keçərsiz və mənasız bir əməliyat olduğuna inanıram.Təhlükəsi olmayan bu əməliyatın ömürlük fayda sağladığınıda düşünmürəm. Miqren əməliyatını icra edən neyroliji və beyin cərrahı yox səviyyəsindədir deyə bilərik. . Miqren əməlyatı təsadüfən kəşf edilmiş əməlyatlardan biridir.

Amerikalı Plastik Cərrah Bahman Guyuron 2000 illərdə alın gərmə estetik əməliyatı icra etdiyi xəstələrdə miqren ağrılarının azaldığını təsadüfən öyrənir. Dünya əhalisinin təxminən altıda birini əsir altına alan miqren xəstəliyindən qurtulmaq yolunda atılan addımlar həmin müddətdən başlayaraq son illərdə artmağa davam edən bir prosedura çevrilib. Miqren organları yorsa belə onlara zərər verərək sıradan çıxarmayan, həyatı təhlükəsi olmayan bir xəstəlikdir. Lakin, düzənli olaraq nəzarət altında saxlanılmalıdır.

Sorğuda iştirak edən miqren xəstələrinə təşəkkür edir, suallarımızı cavablandığı üçün “İstanbul Neyrocərrahiyə və Ağrı Mərkəzi”-nin Direktoru Op. Dr. Kerem Bıkmaza dərin minnətdarlığımızı bildiririk./azxeber.com

Miqren nədir, onu yaradan səbəblər və miqrenin müalicəsi

Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. Cəmiyyətdə nə qədər insan baş ağrısından şikayət edir? Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərdən biridir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Bütün baş ağrısının yüzdə 90-ı miqren və gərginlik baş ağrısıdır.

Hansı növ baş ağrıları var?

Beynəlxalq Baş Ağrısı Dərnəyi baş ağrılarını 14 əsas qrupa və yüzlərlə alt qrupa ayırıb. Birbaşa baş ağrısı ilə ortaya çıxan və başqa bir xəstəliklə əlaqəli olmayan baş ağrıları birincil baş ağrısıdır. Bunlar miqren, gərginlik tipi və çoxluq baş ağrısıdır.

İkincili baş ağrıları yüzdə 10 nisbətində görülən və müəyyən bir xəstəlikdən asılı olaraq beyin damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, beyin şişləri, göz xəstəlikləri, sinüzit, menengit kimi xəstəliklər zamanı ortaya çıxan baş ağrısıdır.

Miqrenin əlamətləri hansılardır?

  • Ümumiyyətlə ağrı başın bir tərəfində olur
  • Ağrı çırpınır, orta və ya şiddətlidir
  • Ürək bulanması, qusma baş verir
  • Böhranlarda (hücumlarda) gəlir
  • Ağrı 4 ilə 72 saat davam edir
  • Görmə pozğunluqları ağrının başlanğıcında baş verir (aura tipli)
  • Ağrı baş hərəkətləri və fiziki fəaliyyət ilə artır
  • İşıq və səs narahat edir miqren problemi olan şəxsləri.

Miqren xəstəliyi neçə növə bölünür?

Ümumiyyətlə bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.

Miqren aurası nədir?

Aura simptomlara yaxın miqrendə rast gəlinən simptomlardır. Bu simptomların əksəriyyəti görmə ilə əlaqədardır. Xəstə bir ərazidə və ya bölgədə parlaq işıqlar, ziqzaq xətləri və ya bulanıq görmə, görmə itkisi kimi narahatlıqlar gördüyünü bildirir. Bundan əlavə, qol və ayaqlarda uyuşma, başgicəllənmə, nitq pozğunluqları da Miqren aurasında görülür. Bu hal 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.

Bəs miqren hansı səbəblərdən yaranır?

Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.

Onu qeyd etmək lazımdır ki, ətraf mühit faktorları genetik meylli şəxslərdə beyində aktivasiya yaradır. Bu aktivasiya beyin damarlarında genişlənməyə səbəb olur və kimyəvi maddələr sərbəst buraxılır. Bunlar əsəbləri hərəkətə gətirir və ağrıya səbəb olur.

Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, ətraf mühitlə yanaşı Miqrenin əsas yaranma səbəblərin başında genetik faktorlar dayanır. Əgər bir ailədə fərdlərin birində miqren varsa, sizdə bu xəstəliyin görülmə riski 40 faizdir. Ancaq anası və atası miqren olan bir insanda isə bu xəstəliyin görülmə nisbəti 75 faizə qədər qalxır. Belə ağırların digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Bu səbəb daha çox qadınlarda görünür. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin bulantı, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Bu zaman təktərəfli şəkildə güclü ağrılar baş verir. İrsiyyət miqrenə təsir edirmi? Yuxarıda da qeyd etdiyimiz kimi, yaxın qohumlarında yuxarıda göstərilən əlamətləri olan şəxslərin özlərinin də miqren olma ehtimalı yüksəkdir.

Miqren uşaqlıqda da görülür?

Bütün miqrenlərin əksəriyyətində xəstəlik uşaqlıqdan başlayır. Uşaqlıqda miqren nisbəti 100/ 3 – 5 arasındadır. Bu rəqəm yetkinlik yaşından sonra 100/10-dan yuxarı qalxır. Yuxu pozğunluğu, yuxu çətinliyi, əsassız qusma, allergiya və hərəkət xəstəliyi olan uşaqlarda gələcəkdə xəstəliyin yaranma ehtimalı daha yüksəkdir.

Miqreni sürətləndirən amillər hansılardır?

  • Havanın çirkliliyi
  • Siqaret tüstüsü
  • Parlaq işıq və ya titrəyən işıq
  • Yüksək və davamlı səs
  • Ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr
  • Hava şəraitindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi)
  • Mövsümi dəyişikliklər (payız və baharın ən pis vaxtları)
  • Aclıq, yeməkdən imtina etmək
  • Çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar
  • Hava səyahəti
  • Doğuşa nəzarət həbləri
  • Qadınlarda hormonal dəyişikliklər (aybaşı dövrü)
  • Bəzi qidalar və içkilər (şokolad, qoz-fındıq, qırmızı şərab və s.)
  • Bir çox qida miqreni sürətləndirən amillər arasında məsuliyyət daşıyır. Bununla birlikdə, miqren ağrısını artıran qida hər bir xəstə üçün fərqli ola bilər. Əhəmiyyətli olan insanın öz ağrısını sürətləndirən maddəni tapmasıdır.

Niyə miqrenə qadınlarda daha çox rast gəlinir?

Bu, qadınların hormonal tənzimlənməsi ilə əlaqədardır. Miqren hücumları menopoz keçirən qadınlarda nadir hala gəlir. Hamiləlik dövründə miqren tutmaları 3 ilə 9 ay arasında azalır.

Gərginlik baş ağrısını miqrendən necə ayırd edə bilərik?

Gərginlikli baş ağrısı daha çox stresdən qaynaqlanır. Bu ağrılar bütün başı əhatə edir, daha çox başın yuxarı hissəsində təsirli olur. Ağrı başın arxasından ön tərəfə yayılır. Çox nadir hallarda bu ağrılar birtərəfli ola bilir. Ağrılar zamanı bulantı da ola bilər, ancaq qusma halına rast gəlinmir. Ağrılar bir həftə – 15 gün arasında keçir (yüngül) Ağrı böhran şəklində deyil Ağrı başlamazdan əvvəl görmə pozğunluğu yoxdur Hərəkət ağrını artırır Miqrendə müalicə necə olmalıdır? Müalicənin məqsədi tetikleyici faktorları azaltmaq, sinir sistemindəki həssaslığı və ağrı zamanı meydana gələn damar və damar ətrafındakı hadisələri yatırmaqdır. Əsas müalicə profilaktik və relaps müalicəsi olaraq ikiyə ayrılır. Xəstənin ağrısı ayda bir və ya iki dəfə görülürsə, müalicə yalnız hücum zamanı tövsiyə olunur.

Hücum (atak) ağrısı müalicəsi necə edilir?

Ağrı müalicəsində sadə ağrı kəsicilər, steroid olmayan antiinflamatuar dərmanlar, erqotamin dərmanları və triptanlardan istifadə olunur. Ağrıkəsicilər və erqotamin dərmanları tez-tez istifadə olunursa, bu özü də davamlı ağrılara səbəb olur və bəzən daha ciddi yan təsirlərə səbəb ola bilir. Hücum zamanı ürək bulanması və qusma üçün qusma əleyhinə dərmanlar verilir. Hücumun əvvəlində ağrıkəsicilər qəbul edilməlidir. Absorbsiyanı sürətləndirmək üçün ürək bulanmasına qarşı dərman ağrıkəsicidən əvvəl qəbul edilməlidir.

Profilaktik müalicə necə edilir?

Nevroloq Jalə Qarayeva bildiri ki, “Əgər bir ay ərzində xəstədə hücum(atak) sayı üç-dörddən çox olarsa, yalnız hücum zamanı deyil, həm də miqren hücumlarının qarşısını almaq üçün dərmandan istifadə etmək lazımdır. Əgər xəstədə ayda bir dəfə və ya 6 ayda bir miqren tutması baş verirsə bu zaman həkimin təyin etdiyi daha yüngül müalicə, bəzən isə dərman müalicəsi belə tətbiq edilmir. Profilaktik müalicədə miqrendən əziyyət çəkən şəxs hər gün dərmanlardan istifadə edir. Bu məqsədlə həkimin təyin etdiyi müalicəni etmək və onun təyin etdiyi dərmanlardan başqasını qəbul etmək məsləhət görülmür. Hər gün ağrıkəsici qəbul etmək isə həm əlverişsiz həm də sağlamlığımıza ziyandır”.

Botoks müalicəsi miqrendə faydalıdır?

Son illərdə baş ağrısının müalicəsində istifadə edilən bu dərman, tez-tez və xroniki ağrı üçün bir müalicə alternatividir, lakin praktikada çox bahalı olduğu üçün tətbiq olunan prioritet bir müalicə deyil.

Daimi baş ağrısına səbəb olan nədir?

Davamlı baş ağrısında əvvəlcə bu ağrıya səbəb olanacaq ikincil bir səbəbin olub-olmaması araşdırılmalıdır. Periodik ağrılı xəstələrdə ağrı davam edərsə, xəstənin bir çox ağrı dərmanı istifadə etməsi və ya bunun altında yatan psixoloji səbəblərin olması ehtimalı nəzərə alınmalıdır.

Ağrı kəsiciləri davamlı istifadə edildikdə asılılıq yaradırmı?

Morfin olmayan ağrıkəsicilər davamlı istifadə edildikdə əsasən asılılıq yaratmır, lakin xəstələr bu şəkildə hiss edə bilərlər, çünki narkotikdən sui-istifadə baş ağrısı deyilən yeni bir ağrı növü əlavə olunur. Bu vəziyyətdə xəstə mütləq bir həkimə müraciət etməli və ağrıkəsicilər xaricində bir müalicə üçün kömək almalıdır.

Yaşlı şəxslərdə baş ağrısının səbəbləri nədir?

Yaşlı insanlarda başlayan baş ağrılarının bir səbəbinin olub-olmadığı mütləq araşdırılmalıdır. Onu demək olar ki, Miqren yaşla birlikdə azalan bir xəstəlikdir. Yaşlı insanlarda bu xəstəlik 2% nisbətində başlaya bilər. Yaşlı insnalarda başlayan və baş ağrısına səbəb olan iki xəstəlik temporal arterit (spesifik bir damar iltihabı səbəbindən baş ağrısı) və hipnik (gecələr gələn) baş ağrısıdır. Buna görə də əgər 50 yaşdan yuxarı bir xəstədə yeni baş ağrıları varsa, həkimə müraciət edilməlidir.

Baş ağrısı xəstəsi nə vaxt həkimə müraciət etməlidir?

  • Ağrı davamlı və artan intensivdirsə
  • Ağrı ilə ilk dəfə qarşılaşan insanın yaşı 10-dan az və ya 50-dən yuxarıdırsa,
  • Əvvəllər mövcud olan ağrının şiddəti və forması dəyişibsə, müalicəyə cavab vermirsə,
  • Baş ağrısı həyatında qarşılaşdığı ən şiddətli ağrıdırsa və ağrı fiziki bir hərəkət zamanı (ağır bir yük qaldırmaq, cinsi əlaqə) ortaya çıxsa və intensivliyini artırarsa mütləq həkimə müraciət etməlisiniz.

Gündəlik həyatınızda bunlara diqqət etməlisiniz:

  • Mütəmadi idman etmək;
  • Stresdən maksimum dərəcədə uzaq durmaq;
  • Spirtli içkilərdən imtina etmək;
  • Az və ya çox yatmamaq;
  • Baş ağrılarının nə zaman olduğunu dəqiqləşdirmək;
  • Uyğun çəkidə qalmaq;
  • Müalicə zamanı dərmanlar mütləq şəkildə həkimin tövsiyəsi ilə qəbul edilməlidir.

Bulantınız varsa, bulantı və miqren üçün dərmanları eyni anda istifadə etməyiniz mümkündür. Ancaq digər şəxslərin tövsiyəsi ilə dərmandan istifadə yolverilməzdir. Dərmanlar nə qədər tez qəbul edilərsə, bir o qədər faydalı olar. Dərmanlar ağrıları hiss etdiyiniz anda içilməlidir. Əgər miqren dərmanları effekt vermirsə, krizlər artırsa, bu zaman qoruyucu müalicə üsulunu sınamalısınız. Bunlar ağrıkəsici dərmanlardan fərqlidirlər.

Miqrenin müalicəsi hər xəstəyə fərdi şəkildə aparılmaqdadır.

Bu cür şikayətləri olan pasiyentlərin keçmiş hekayəsi araşdırılmalı, baş və boyun hissələrinin müayinələri aparılmalı və hər bir xəstəyə uyğun fərdi müalicə başlanılmalıdır. Bu zaman əzələlərin də yoxlanılmasında fayda var. Xəstənin sudan istifadəsi, necə qidalandığı, stress dərəcəsi, ətraf faktorlar dəqiqləşdirilməlidir. Bununla yanaşı, miqren ağrıları digər xəstəliklərə bənzəyə bilir. Aparılan araşdırmalara görə, xəstələrin 53%-i psixogenik və ya xəstəlikdən sonra psixoloji problemlər səbəbilə baş ağrısından əziyyət çəkirlər. Bu səbəbdən bütün xəstələrə eyni yanaşmaq doğru deyildir.

Pasiyentləri maraqlandıran bir neçə ümumi sualları nəzərdən keçirək.

1) Pasiyentlər hansı idman hərəkətlərini yerinə yetirməlidirlər?

Aparılan araşdırmalara görə, miqrenə bəzi yüngül hərəkətlər müsbət təsir göstərə bilər. Yüngül hərəkətlər miqren krizlərinin müddətini və şiddətini azalda bilər və miqrenin qoruyucu müalicəsində faydalı ola bilər. Yoqa, üzgüçülük, rəqs, gəzinti bu hərəkətlərdən sayılır.

2) Bu xəstəlik depressiyaya səbəb ola bilərmi?

Xronik miqren ağrıları olan insanlarda depressiya hallarına rastlanılır. Xronik miqrenin diaqnozu ilk 3 ay ərzində qoyula bilər. Həmçinin iki gündə bir və ya daha tez krizlər baş verirsə, buna xroniki ağrılar da demək olar. Miqrenin müalicəsi zamanı depressiya hallarının da ortadan qaldırılması əsas rol oynayır.

3) Hansı qidalar miqren krizlərinə səbəb olur?

Yuxarıda qeyd etdiyimiz kimi pendir, spirtli içkilər, şokolad və s. qidalar ağrıları şiddətləndirir. Rokfor, kifli, ağ pendir, mozzarella daha çox miqreni olan insanlara mənfi təsir göstərir. Qırmızı şərab, viski, sampan miqrenin “dostudur”. Tez təsir edə bilir. Çox soyuqda qalmaq da miqreni artıra bilən faktorlardandır.

Bununla yanaşı:
– Meyvə quruları
– Mayalı qidalar
– Banan, portağal, kivi , ananas və s. meyvələr
– Xurma, əncir, üzüm
– Ət bulyonları
– Dadlandırıcılar da miqren şiddətini artıran qidalardan hesab olunur.

4) Kofein miqrenə müsbət təsir göstərir?

Kofein miqrenə müsbət təsir göstərir. Miqren dərmanınıza kafein əlavə etsəniz bu, baş ağrılarına 40 faiz daha çox müsbət təsir göstərər. Ancaq kofein tərkibli qidaların da digər baş ağrısı dərmanları kimi çox istifadəsi rebound baş ağrısına səbəb ola bilər. Həmçinin, kofein tərkibli dərmanlar faydalı olsa da, kofeinli qidalar tövsiyə edilmir. Unutmaq olmaz ki, bütün dərmanlar həkim nəzarətində verilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.