Shafiga Shahin Qizi
emosiyalarla bir sıraya
Xvi mövzu: Hisslər və emosional hallar
Hisslərin keçirilmə formaları. Emosiyalar. Əhvallar. Affektlər. Stres.
Emosional hallar və onların xarici ifadəsi.
Hisslər və şəxsiyyət. Ali hisslər.
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B., “Çinar
Ümumi psixologiya. (A.V.Petrovskinin redaktorluğu ilə). B., “Maarif”, 1982.
Общая психология. (Под. ред. В.В. Богословского, А. Г.Королева,
А.А.Степанова) М., «Просвещение, 1981.
Р.С.Немов. Психология. М., «Просвещение», 199
R.İ.Əliyev. Psixologiya. Bakı, Nurlan, 2008. səh 251
İnsan ətraf xarici aləmin cism və hadisələrini qavrayarkən onlara qarşı
passiv seyrçi münasibətində olmur, həm də müəyyən tərzdə onlara öz
baxışlarını, münasibətini bildirir.
Bəzi hadisələr insanda sevinc, fərəh, digərləri
nifrət və qorxu və ya etinasızlıq münasibəti yaradır. Biz qarşılaşdığımız bəzi
mlara hörmət və ehtiram bəsləyir, digərlərinə nifrət bəsləyir, üçüncü qrup
insanlara qarşı etinasız, soyuqqanlı və laqeyid münasibət bəsləyirik. İnsan
özünün bəzi hərəkətlərinə görə qürur və ya iftixar hissi keçirir, başqa
hərəkətlərinə görə utancaqlıq, vicdan əzabı və ya həya hissi keçirir.
Sevinc, kədər, qorxu, həya, günah, məhəbbət, şübhə və s. bütün bunlar
varlıq və hadisələrə insanın münasibətlərinin, onun daxili yaşantılarının
Psixologiyada hissələrə belə bir tərif verilir:
İnsanın ətraf xarici aləmin cism və hadisələrinə, başqa adamlara və
hisslər adlanır.
Gündəlik həyatda və bədii ədəbiyyatlarda biz hiss sözünə tez
gəlirik. Bəzən insanın duyğularını, həvəs və arzularını,
bəzən isə dərketmə
fəaliyyətini hiss adlandırırlar. Əslində isə, “hiss”
sözü bir elmi termin kimi canlı
varlıqların beynində təlabatların ödənilməsinə münasibəti əks etdirən
emosional vəziyyətin inikasıdır. Duyğular hissi idark forması olduğu halda,
slər emosional vəziyyətin, varlığın inikasıdır.
nisbətin bəsit hisslərdir, hisslərin keçirilmə formasıdır. Klakin
emosiyaları heç də insanın bəsit instinktiv
davranış formaları, təbii
təlabatlarının (aclıq, susuzluq, cinsi həvəs və s.) təzahürləri ilə bəsitləşdirmək
olmaz, məsələn, vətənpərvərlik, övlada, anaya məhəbbət, həya, şərəf, namus,
ləyaqət, borc və s. kimi yüksək sosial məzmunlu hissləri
emosiyalarla bir sıraya
qoymaq mümükün olmadığı kimi, əslində bədən insanın ali hisslərinin
keçirilməsi zamanı emosiyaların baş verdiyini də danmaq olmaz. Məsələn, rus
təbiətşünası Timiryazev fotosintez hadisəsini kəşf etdikdən sonra,
labaratoriyada sevincindən uşaq kimi atılıb
düşmüş, rəqs etmişdir.
“Boris Qodunov” poemasını yazıb qurtardıqdan və əlyazmanı oxuduqdan sonra
gözlərinə inanmamış, “Ay səni Puşkin” deyə qürrələnmişdi.
oprqanizmin energetik imkanlarının səfərbərliyə alınmış
təzahürüdür. Onlar oyun, idrak, yaradıcı, təlim, idman, istehsalat
fəaliyyət sahələrində özünü aydın əks etdirir. İdmançının qələbə sevincini buna
konkret nümunə göstərmək olar.
Hisslər ətraf mühitdə baş verən hadisələrdən hansının insan şəxsiyyəti
əhəmiyyətin olduğunu bildirən siqnallar sistemidir.
Emosiyalar öz mənbəyinə görə hisslərdən əvvəl yaranmışdır. Onların
əsasında insanın üzvi
ibtidai tələbatları durur. Təmin edilmiş təlabatlar insanda
müsbət emosional vəziyyətlər (razılıq, məmnunluq, sevinc), təmin edilməmiş
təlabatlar isə mənfi emosiyalar (narazılıq, kədər, qüssə, nifrət, inciklik və s.)
yaradır. Hisslər sosial məzmuna malikdir. Onların əsasında
zəminində insanlar arasında meydana çıxan münasibətlər ictimai
İnsanın həyatında emosiya və hisslərin rolu və əhəmiyyəti olduqca
böyükdür. Onlar insan ömrünün rəngləridir. Emosiya və hisslər insanı fəaliyyətə
təhrik edir, təlimdə, əməkdə və yaradıcı fəaliyyətdə meydana çıxan çətinliklərin
aradan qaldırılmasının təminatçısı rolunda çıxış edir.
Emosional cəhətdən həyəcan
doğuran hekayə və roman, şer və incəsənət
əsərləri, musiqi insanın əhvali
ruhiyyəsini yüksəldir, qavrayış və təfəkkürün
hüdudlarını genişləndirir. Darıxdırıcı və ya yorucu, cansıxıcı təsirlər insanda
vəziyyət yaradır, mənfi emosional hallar
doğurur. Hisslər həmişə konkret
bir adamın yaşantıları, daxili halətinin təzahürlərindən ibarətdir. Onlar səbəbsiz
olmur və ciddi şəkildə determinləşmiş
Hisslər insanın oyanmış, aktuallaşmış tələbatlarını əks etdirir. Məs, qidaya
olan tələbatın ödənilməsi insanda razılıq, bunun əksi isə narazılıq, inciklik
Emosialar təsir qüvvəsinə görə fərqlənir. İnsanı fəallaşdıran emosialar
fəallığını azaldanlar isə
sslər istiqamətinə görə əx
(cəmiyyətdə mövcud olan əxlaq
normalarına bəslənən subyektiv münasibət),
(idrak fəaliyyəti ilə bağlı olan,
onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən),
(təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq, dərk etmək) olurlar.
İnsanın emosional hallarının əsas keyfiyyətləri bunlardır.
Obyektə ikili münasibəti –
bunlara ambivalent hisslər də deyilir. Məsələn
qısqanclıq zamanı nifrət və məhəbbətin birləşməsi. (Sevirəm və nifrət
edirəm, ayrılıq şirin kədərdir, həzz alıram və utanıram) (Polyar hisslər).
Onuncu sinifdə oxuyan oğlanın bir qıza ünvanladığı məktubdan:
“Mən bilmirəm, seni sevirəm, yoxsa nifrət edirəm. Mənə elə gəlir ki, bu
hisslər məndə qorxulu şəkildə bir
birinə qarışmışdı. Öz
özümə sual verirəm:
“Nəüçün mən səni sevməliyəm?” Cavab tapa bilmirəm.Həm də fikirləşirəm ki,
nifrət etmək üçün də əsasım yoxdur. Bəlkə, sənə qarşı münasibətdə qəribə
vəziyyətə düşməyimin səbəblərini anlamaqda mənə kömək edəsən?
Hisslərin qeyri
müəyyənliyi. İnsan yeni bir obyekt gördükdə
həyacanlanır, təəccüb və nifrətlə ona maraq göstərir. Son nəticədə belə
bələdləşmə reaksiyası müsbət və ya mənfi hissə çevrilir.
Hisslərin fizioloji əsasını baş beyin yarımkürələrininqabığı, qabıqaltı
düyünlər və lambiq sistem təşkil edir. Hisslərin
yaranmasında sinis hüceyrələrinin tərkibindəki ağ maddəyə daxil olan boz
maddə yığınlarının xüsusi rolu vardır. ABŞ tədqiqatçısı Oldz siqnallar üzərində
apardığı təcrübələrlə beyində həzz və ağrı mərkəzlərinin olduğunu sübut
Hisslərin siqnal və tənzimedici funksiyaları vardır. Onların xarici təzahürü
hisslərin ekspressiyası adlanır. İnsanın xarici görkəmi, baxışları, səsi, mimikası
onun daxili yaşantıları, emosional aləmi haqqında məlumat əldə
verir. Psixoloji müvazinətin pozulmasını insanın xarici xarici görünüşündən
duymaq mümükündür. Bununla belə, bir çox insanlar psixoloji maska geyini, öz
hisslərini bəzən gizlətməyə çalışırlar. (Dodağı dişini örtmür).
İnsanın emosional vəziyyətləri və onların növləri.
Emosional vəziyyətlər nisbətən davamlı, psixi təzahürlərdir. Bir çox
hallarda onlar insanın psixi və praktik fəaliyyətində ümumi fon yaradır.
Emosional vəziyyətlərə aşağıdakılar aid edilir:
Hissi ton, əhvallar, affekt, str
ess, ehtiraslar, furusturasiya.
psixi fəaliyyəti müşayət edən emosional çalardır. Hissi ton o
qədər də aydın və kəskin xaraci təzahürə malik olmur. Müxtəlif musiqilər,
marşlar insanda hissi ton taradır. Əmək təlimi, idman və ta istirahət, bayr
zamanı hissi ton dəyişir.
nisbətən zəif cərəyan edən emosional vəziyyətdir. Əhvallar bir
gündə bir neçə dəfə fəyişə bilər. Bəzən isə günlərlə, həflələrlə və aylarla eyni
qala bilər. Dərsin canlı və emosional baxımdan təsirli olması, əməklə istirahəsin
düzgün növbələşdirilməməsi, yarışda uğur insana müsbət, yorucu dərs,
yorğunluq, müvəffəqiyyətsizlik, yuxusuzluq isə mənfi əhvallar yaradır. Xəstə
adamın əhvalı pozulur. Müəllimin dərsdəki əhvalı çox vaxt şagirdlərə də təsir
edir. Adam əsəbi olduqda ən adi bir qıcıq (birinin bərkdən gülməsi) ona mənfi
təsir göstərir. Həyat şəraiti, cibxərcliyinin olub
olmaması, mənzil şəraitin,
nəqliyyat, qaz, işığın olub
olmaması insanın əhvalına ciddi təsir göstərir.
latınca “ruhi təlatüm, həyəcanlanma deməkdir) coşğun
surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddət, lakin qüvvətli,
partlayış şəklində davam edən emosional vəziyyətdir. Qeyz, dəhşət, hədsiz
şadlıq, qəzəb və s. buna misal ola bilər. Belə hallarda insan ümumi, qəbul
iş davranış qaydalarını pozur, qeyri
adi hərəkət edir, özünü ələ ala bilmir.
Onun şüuru daralır. Belə vəziyyət keçdikdən sonra o, təəssüf və peşmançılıq
hissi keçirir. A.S.Makarenkonun kaloniyada Zadorovu dəmir parçası ilə
döyməsini, IV İvan Qroznunun öz oğlunun başının yarmasını, Nadir şahın öz
oğlunun gözlərinin çıxarmasını və s. buna misal göstərmək olar. (Hamletdə
Otellonun Dezdomonanı boğması).
ingiliscə “gərginlik” deməkdir). İnsanın gözlənilməz gərgin
şəraitlə rastlaşdığı zamanı keçirdiyi
psixoloji halətdir. O, nisbətən zəif cərəyan
edir, lakin uzun müddət davam edir. Zəlzələ, kasıblıq, daşqın, epidemiyalar, ailə
münaqişələri, ailə üvzünün əziz bir adamının qəfil ölümü belə emosional
Stress terminini 1936-
fizioloqu N.Selye təklif etmişdir. O,
stress (mənfi), sustress (müsbət) və disstress kimi formalarını göstərmişdir. (Əri
tərəfindən görülərək küçəyə qovulan qadını həyətdə də it qapır) Bu disstress
adlanır. Stressin fizioloji və psixoloji olmaqla 2 növü fərqləndirilir. Belə halda
insanın nitqində, hərəkətlərində dəyişmələr ola bilər.
Frustrasiya –
(latınca aldanma, nahaq gözləmə deməkdir). Bu insanın öz
məqsədinə çatmasına maneçilik törədən real və ya xayali maneələrlə rastlaşdığı
zaman düşdüyü psixi vəziyyətdir. Bu insanda qəzəb, küskünlük, özünüitirmə
kimi hallar doğurur. Məsələn, bir neçə dəfə cəhd göstərsə də ali məktəbə qəbul
oluna bilməyən abuturiyentdə dərsə gecikən tələbədə, əməyinə qiymət
verilməyən alim və ya yazıçıda belə hallar yaranır.
qüvvətli, uzun müddətli və dərin hissdir. Bu zaman insanın
iradəsi və hissləri birləşir, insanı çətinlikdən xilas olmaqda kömək edir. Ancaq
ehtiraslar insanı həmişə fəallaşdıra bilmir. Bəzən nir obyektə olan ehtiraslı
münasibət onu passiv şəkildə əzab çəkməyə düçar edə bilir.
narkomaniya, moda düşkünlüyü və s.). Hacı Qaranın pul ehtirasını buna misal
göstərmək olar. Bunlar mənfi ehtiraslardır. Elmə, musiqiyə, incəsənətə, qurub
yaratmağa və s. olan ehtirasları isə müsbət ehtiraslara misal göstərmək olar.
M.Qorkinin “Oxumaq həvəsi” adlı hekayəsində bunun bədii ifadəsi verilmişdir.
Ali hisslər.
İnsanın hisslər aləmi zəngin və çoxcəhətlidir. Onların içərisində şəxsiyyətin
mənəvi simasını əks etdirən ali hisslər mühüm yer tutur. İnsanın ictimai,
mədəni və mənəvi təlabatlarının təmin edilməsi zamanı meydana gələn davamlı
hisslər ali hisslər
adlanır. Onlar bəşəriyyətin ictimai
məhsuludur. Ali hisslərin 4 növü vardır: əxlaqi, intellektual, estetik və praksis
Əxlaqi hisslər –
başqa adamların, hərəkət və davranışını və özünün
əməllərinin qiymətləndirilməsi gedişində yaranır: borc, məsuliyyət,
vətənpərvərlik, şərəf, ləyaqət, dostluq və s.
İntellektual
əqli fəaliyyət prosesində yaranır. İnam, şübhə,
təəccüb, istehza, yumor və s.
Estetik hisslər –
gerçəkliyin esretik qavranılmasının inikasıdır. Zöv,
estetik heyrət, həyəcan, vəhdə gəlmək və s.
Praksis hissslər –
insanın çoxcəhətli nəzəri və praktik fəaliyyətində
(əmək, təlim, idman, oyun) təzahür edir.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Emosiyalarımız və hisslərimiz
İnsan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hansı hisslər keçirməsi qan dövranında daha aydın təzahür edir. Bələ ki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır. Bundan başqa insanın nə kimi hisslər keçirməsini onun mimikasından və intonasiyasından, bədənin ifadəli hərəkətlərindən- pantomimikasından da başa düşmək olur.
Nəhayət insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edir.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimətmə və kommunikativ funksiya.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik.
İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzimetmə funksiyası ilə bağlıdır.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspressiyası qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.
Emosiya insanın üzvü tələbatının təmin olunub- olunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır.
Emosiyalar- insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir.
«Emosiya nədir?» sualı elmdə müxtəlif şəkildə cavablandırılmışdır. V.Ceyms emosiyanı hiss etməyə «cəhd» kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə «emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.
Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək bələ bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.
Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya, vokalizasiyadır.
Şlosberqin təqdim etdiyi mimik ifadələr şkalası 6 əsas kateqoriyadan ibarətdir:
1.məhəbbət, sevinc, xoşbəxtlik
2. təəccüb
3. iztirab, qorxu
4. qətiyyət, qəzəb
5. ikrah
Emosiya daha sadə hiss olub, əsasən üzvi tələbatların, məsələn, yeməyə, təmiz havaya, suya və s. olan ehtiyacların ödənilməsi ilə əlaqədardır. Bu cəhətdən emosiya heyvanlarda da vardır.
Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və ikinci emosiyalara ayırırlar. P.Ekman 6 ilkin emosiyanın adını çəkir: qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc. R.Plutçikin təsnifatında dörd cüt emosiyanın hər cütü müəyyən hərəkətlə əlaqədardır:
- Qəzəb ( hücum, dağıdıcılıq)- qorxu ( müdafiə)
- Bəyənmə ( təqdir, qəbuletmə)- ikrah ( rədd etmə)
- Sevinc ( canlandırma, ərsətmə)- məyusluq ( hüzn, məhrum olma)
- Gözləmə ( tədqiq etmə)- təəccüb ( istiqamətlənmə)
K.İzardın müəyyən etdiyi təməl emosiyaların sayı 10-dur: qəzəb, ikrah, nifrət, dərd-iztirab, qorxu, günah, maraq, sevinc, utanma, təəccüb.
4. Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.
Emosiyaların funksiyaları məsələləri bir çox müəlliflər tərəfindən əsas tədqiqat obyekti kimi ayrılmışdır. V.K.Vilyunas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyaları sadalayır.
- Qiymətləndirmə
- Təhriketmə (motivləşdirmə)
- Tənzimətmə (təşkilətmə) və dizorqanizasiya( pozma)
- Möhkəmləndirmə (tormozlama)
- Sezmə ( qabaqlama, evristik) funksiyalar.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün günü gümrah, şən əhval-ruhiyyə ilə keçirməyimiz səbəb ola bilər.
Affektlər. Affektlər sürətlə yaranan, qüvvətli, nisbətən təz keçib gədən emosional hallardır. Affektlər insanı təz bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır.
Ehtiras-qüvvətli, uzun müddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.
Təəccüb- qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Tomkinsin dediyi kimi: ” təəccüb kanalları təmizləyən emosiyadır.”
Stress- insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir.
Frustrasiya -insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır. Frustrasiya vəziyyəti bəzən insanın xarakterinə təsir edir, onda bir sıra dəyişikliklər törədir: onun davranış tərzinə meylətmə və s. nəzərə çarpır.
E.P.İlyin frustrasion emosiyalar kateqoriyasını ayırır və onlara incikliyi, məyusluğu, qəzəbi, təcavüzü, kədəri, sıxıntını, dərdi və depressiyanı aid edir. Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər. Bəziləri insanı məqsədə çatmağa təhrik edir, motivin qüvvəsini artırırlar, başqaları isə əksinə onu demobilizə edir, konflikt situasiyadan uzaqlaşmağa və fəaliyyətdən bütünlüklə imtinaya sövq edirlər.
Ali hisslər bütünlükdə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gərçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb hissləri ilə təzahür edir. Deməli insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gərçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər- şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam dostluq və s.
Sadə hisslər isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hissləri mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insanın özü və keçirdiyi hissləri ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gərçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
İntellektual (zehni) hisslər- insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün, eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir.
Estetik hisslər. İnsanın estetik hisslərinin obyekti ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Estetik hisslər insan psixikasına stenik təsir göstərməklə orqanizmin funksiyasının aktivləşdirir, bədəni gümrah ədir.Praksis hisslər- insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksisi hisslər adlanır.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır.
Hissin mənası
Hiss kimi müəyyən edilir bir insana, heyvana, obyektə və ya vəziyyətə qarşı bir duyğu ilə ortaya çıxan təsirli ruhi vəziyyət. Eynilə, hissi də aiddir hissdən və hissdən hazırlanmışdır.
Hisslər, fərdin yaşadığı və müəyyən xarici stimullara cavab verdiyi üzvi və ya instinktiv reaksiyalar olan duyğulardan qaynaqlanır. Buna görə də hisslər duyğuların konsepsiya və rasional qiymətləndirilməsindən qaynaqlanır və bunların səbəbləri.
Gördüyünüz kimi, hiss və duyğu terminləri sinonim deyil, ancaq bir-birlərindən asılıdır. Yəni bir duyğunun meydana gəlməsi üçün başqaları arasında bir insandan, vəziyyətdən, obyektdən əvvəl bir duyğu yaşanmalıdır.
Duyğular gərgin və qısa müddətlidir, əksinə hisslər daha qalıcıdır, sözlə ifadə edilə bilər və fərdin xoşbəxt, kədərli, ruhdan düşmüş, ehtiraslı və s.
Müxtəlif psixoloji tədqiqatlar, duyğuların bir duyğu təcrübəsindən sonra insanın bir həqiqətə, fərdi, heyvana və ya bir obyektə reaksiya göstərməsinə və şüurlu şəkildə cavab verməsinə imkan verən bir sıra nörotransmitterləri necə aktivləşdirdiyini müəyyənləşdirdi.
Buna görə hisslər bəzi psixoloqlar üçün şəxsiyyəti təyin edən bir sıra zehni proseslər yaradır, lakin bu, yaşanan hisslərin dinamik meylləri səbəbindən dəyişə bilər.
Yəni hisslər a kimi işləyir qarşılıqlı əlaqə, qərar vermə, əhval-ruhiyyə imkan verən emosional vasitədir və hətta hər bir insanın sağlamlıq vəziyyəti və jestləri.
Bir duyğu nümunəsi olaraq, bir uşağın yıxılaraq dizlərini ağrıtdığı zaman nələrin baş verdiyini qeyd edə bilərik, yaşadığı ilk şey qorxu və ya qorxu duyğusudur. Sonra nə baş verdiyini anlayaraq, zədə üçün ağrı və kədər hissi yaranır.
Həmçinin baxın Duyğu.
Duyğu növləri
Duyğular duyğuların şüurlu əks olunmasından qaynaqlanır, buna görə də fərdin bir həqiqətə dair tutduğu mövqelərlə əlaqədardır. Bu mənada duyğuları təşviq etdikləri və təşviq etdikləri hərəkətlərə görə müsbət və ya mənfi olaraq təsnif edilə bilər.
Müsbət hisslər rifah yaradan və müxtəlif əxlaqi, ailə, etik və ya sosial dəyərlərlə əlaqələndirilə bilən hisslərdir. Bəzi müsbət hisslər başqaları arasında sevinc, sevgi, heyranlıq, xoşbəxtlik, sevgi, minnətdarlıq, məmnuniyyət, minnətdarlıq, nikbinlik, sülh, ahəngdir.
Digər tərəfdən mənfi hisslər narahatlıq, inciklik, kədər, nifrət, həsəd, intiqam, ağrı və ya qısqanclıq yaradan hisslərdir. Bu hisslər insanın əhval-ruhiyyəsini təsir edə bilər, sağlamlığına da təsir göstərir.
Günahkar hiss
Günahkarlıq hissi, bir insana zərər verdiyi bir səhv və ya səhv etməsi səbəbiylə ağrı və kədər yaradan mənfi bir duyğudur. Günahkarlıq hissi davamlı olaraq edilən səhvi və səbəb olan şəri vurğulayır.
Bununla birlikdə əks olunması sayəsində bir çox dəfə zərərin düzəldilməsinə və düzəltmə hərəkəti sayəsində bu hissin itməsinə icazə verir.
Comments are closed, but trackbacks and pingbacks are open.