Şhla hsnova musiqi tarixindn mühazirlr
Şuşanı dünyaya tanıtdıranlar arasında incəsənət xadimləri də vardır. “Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi. Böyük rus musiqi tədqiqatçısı V.Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”. Bu şəhər on doqquzuncu əsrin sonu və iyirminci yüzilliyin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.
Şuşa Azərbaycanın musiqi beşiyidir
Şuşanı dünyaya tanıtdıranlar arasında incəsənət xadimləri də vardır. “Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi. Böyük rus musiqi tədqiqatçısı V.Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”. Bu şəhər on doqquzuncu əsrin sonu və iyirminci yüzilliyin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.
Abbasov Əşrəf Cəlal oğlu (1920 – 1992)
bəstəkar, musiqişünas və pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), professor (1968). 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.
1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qızı”ı yazmışdır. Əşrəf Abbasov fortepiano və orkestr üçün konsertin (1946), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin “Üzeyir Hacıbəyov və onun “Koroğlu”operası”(1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. “Şərəf nişanı”ordeni və medallarla təltif edilmişdir.
Abdullayev İslam Əbdül oğlu (1876 – 1964)
xanəndə, əməkdar artist. İlk təhsilini Şuşada şəhər məktəbində almışdır. Mirmöhsün Nəvvabın “Xanəndəlik məclisi”nin üzvü olmuşdur. Burda əsl xanəndə kimi təkmilləşmiş, tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarına el şənliklərinə dəvət edilmişdir. Çox çəkmədən o, İran məclislərinin də qonağı olmuşdur.
Xanəndə “Segah”, “Mahur”, “Rast”, “ Kürdi- Şahnaz” , “Şüştər”, “Bayatı-kürd” , “ Şikəsteyi-fars” muğamlarının çox yüksək səviyyədə ifa etmiş, orijinal tərzdə oxumuşdur. Onun “ Yetim Segah” ı isə nəinki Zaqafqaziyada, hətta bütün yaxın Şərqdə məşhur idi. Buna görə də xalq onu “Segah İslam” adlandırmışdı. 1901-1905-ci illərdə o, tarzən Qurban Pirimovla Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. 1910-1913-cü illərdə isə “Sport – Rekord”, “Ekstrafon”, “Primer – Rekord” aksioner cəmiyyətləri onun səsini vala yazdırmışdır.
İslam Abdullayev uzun illər Azərbaycan Dövlət Estradasının solisti olmuş, eyni zamanda Şuşa və Ağdam musiqi məktəblərində muğamdan dərs demişdir.
Adıgözəlov Vasif Zülfüqar oğlu (1935 – 2006)
bəstəkar, Azərbaycan SSR xalq artisti (1989), professor, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. İlk musiqi təhsilini ixtisaslaşdırılmış musiqi məktəbinin fortepiano sinfində almış, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmişdir (1958). Yaradıcılığına hələ tələbə ikən başlamışdır.
Vasif Adıgözəlovun ilk əsərləri 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunmuşdur. Vasif Adıgözəlov Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində baş redaktor (1957-1959), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun müəllimi (1959-1960), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru (1960-1961), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin məsul katibi (1962-1968), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri (1968-1978), A.Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1972-1983) vəzifələrində çalışmışdır. O, 1972-ci ildən taleyini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasi ilə bağlamış, burda müəllim, dosent, professor və xor dirijoru kafedrasının müdiri kimi gənc musiqiçilər nəslinin yetişməsində mühüm xidmətlər göstərmişdir. 1990-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin I katibi olmuşdu.
Ağa Mirzə Ələsgər
On doqquzuncu əsr Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olan ilk tarzən. Gəncliyindən “Ağa”, “ Mirzə” təxəllüsü ilə tanınan Ələsgər musiqi aləmində, o cümlədən, kamançada çalmağı bacarmış, eyni zamanda yaxşı səsi olduğundan toylarda, musiqi məclislərində oxumuşdur.
Tar çalmağı on doqquzuncu əsrin ilk illərində İrandan Şuşaya gəlmiş və İbrahimxəlil xan Cavanşirin saray musiqiçilərindən olmuş tarzən Əli Şirazidən öyrənmişdir. Ağa Mirzə Ələsgərin tamaşaçılar qarşısında ilk çıxışı 1812-ci ildə olmuşdur. Bu çıxışdan sonra müstəqil bir tarzən kimi fəaliyyətə başlayan Ağa Mirzə Ələsgərə Azərbaycanın ilk tarzəni adını qazanmaq şərəfi nəsib olmuşdur. Çox çəkmədən gənc tarzən Qarabağın üçüncü hakimi Mehdiqulu xan Cavanşirin saray musiqiçiləri dəstəsinə daxil olmuşdur.
Bağırov Zakir Cavad oğlu (1916 – 1996)
bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Moskva Dövlət Konservatoriyasını bitirmişdir (1949). Həmin ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1970-ci ildən musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.
“Aygün”(1972) operasının, “Kəndimizin mahnısı”(1958) və “Qaynana” (1964) operettalarının, xalq çalğı alətləri orkestri üçün suitaların (1956, 1969), fortepiano ilə orkestr üçün konsertin (1970), orqan üçün improvizasiya və fuqanın (1973), kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Zakir Bağırov bir çox dram tamaşası və kinofilmə də musiqi yazmışdır. “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Behbudov Məcid Behbudalı oğlu(1873 – 1945)
xanəndə. Əvvəlcə Şuşada arşın malı satmaqla məşğul olmuşdur. Tədricən xüsusi məclislərdə, toy şənliklərində xanəndəlik etməyə başlamış, 1904-cü ildə professional xanəndəlik sənətinə qədəm qoymuşdur. Bir müddət Zaqafqaziyanın kənd və şəhərlərində və Tiflisdə tarzən Məşədi Zeynal Haqverdiyevlə çalıb-çağırmışdır. “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah”ın gözəl ifaçılarından olmuşdur.
1910-cu ildə “Qrammofon” şirkəti onu Riqaya dəvət etmiş, xanəndə Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam və təsnifi, qədim Qarabağ mahnılarını vala yazdırmışdır.
Behbudov Rəşid Məcid oğlu (1915 – 1989)
müğənni (lirik tenor), SSRİ xalq artisti (1959), SSRİ Dövlət mükafatı laureatı (1946). İfaçılıq fəaliyyətinə Tiflisdə başlamışdır (1930). 1938-1944-cü illərdə İrəvan filarmoniyasının solisti olmuş, həmçinin opera və balet teatrında çıxış etmişdir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, eyni zamanda 1953-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən özünün təşkil etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının solisti və bədii rəhbəri olmuşdur. Teatrda musiqi və estrada sənətinin müxtəlif janrlarını (balet, pantomima və sair) üzvi surətdə birləşdirmişdir.
Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu (1907 – 1976)
Bəstəkar, dirijor, musiqişünas, librettoçu. Respublikanın əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq artisti (1960). Dövlət Türk Musiqi texnikumunda violençel ixtisası üzrə təhsil almış, eyni zamanda ADU-nun şərq fakültəsini bitirmişdir (1930).
Cabbar Qaryağdıoğlu (1861 – 1944)
xanəndə, musiqi xadimi. Azərbaycanın xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. AzərbaycanSSR xalqartisri (1935). Xanəndəlik sənətinə həvəsi uşaqlıqdan oyanmış, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Cabbar Qaryağdıoğlu muğam, dəstgah, təsnif və mahnılarını xalq şənliklərində məharətlə oxumuş və tezliklə Qarabağda şöhrət qazanmışdır.
Hacı Hüsü Niftalı oğlu (1839 – 1898)
xanəndə. Qafqazda, yaxın və Orta Şərqdə məşhur xanəndə kimi tanınmışdır. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Burda o, musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdir.
Hacıbəyov Soltan İsmayıl oğlu (1919 – 1974)
bəstəkar, pedaqoq, SSRİ xalq artisti (1973), SSRİ Dövlət mükafatı laureatı (1952), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmiş, burda Ü.Hacıbəyov, B.İ.Zeydman və başqalarından dərs almışdır. O, 1947-ci ildə Mockva konservatoriyasında D.D. Şostakoviçin sinfində təcrübə keçmişdir.
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu (1885 – 1948)
bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional musiqisinin və milli operasının banisi, Şərqdə ilk operanın yaradıcısı.
Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (1884 – 1950)
Bəstəkar, əməkdar incəsənət xadimi (1943). Ü.Hacıbəyov, M.Maqomayev, H.Sarabski ilə birlikdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı uğrunda fəal mübarizə aparmışdır. İlk Azərbaycan operalarından olan “Aşıq Qərib” (1915) operasında muğamlara əsaslanmış musiqi folkloru formaları ilə Avropa musiqi janrlarını əlaqələndirməyə çalışmışdır.
Hacıbəyov-Tağızadə Niyazi Zülfüqar oğlu (1912 – 1984)
bəstəkar, dirijor, ictimai xadim, SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952) qalır.
Hüseynov Fərhəng Rəhim oğlu (1949)
skripkaçı, bəstəkar, professor (1993), Azərbaycan Respublikasının Əməkdar artisti (2009), Bülbül adına Bakı Orta İxtisas Musiqi məktəbini bitirmiş (1968), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur.
Keçəçi oğlu Məhəmməd Məşədi Xəlil oğlu (1864 – 1940)
xanəndə. Kiçik yaşlarından atasının keçəçilik peşəsinə yiyələndiyindən xalq arasında “Keçəçi oğlu” adıyla məşhurlaşmışdır. Xarrat Qulunun musiqi məktəbində oxumuş, məşhur xanəndə Məşədi İsidən xalq musiqisinin əsaslarını mükəmməl surətdə öyrənmişdir.
Mirzə Sadıq Əsəd oğlu (1846-1902)
Musiqi mədəniyyəti tarixində müstəsna xidməti olan tarzən. Xarrat Qulu məktəbinin yetirməsidir. On səkkiz yaşında səsi batmışdır, lakin ruhdan düşməmiş, əvvəlcə tütək və ney, sonra isə kamança çalmağı öyrənmişdir.
Bir müddətdən sonra kamançanı buraxmış, tar çalmağa həvəsi artmışdı. Tarzən Ağa Mirzə Ələsgərin şagirdi olmuşdur.
Nəvvab Mir Möhsün Hacı Mirəhməd oğlu (1833 – 1918)
şair, filoloq, rəssam, xəttat və musiqişünas. “Məclisi-fəramuşan” ədəbi məclisinə başçılıq etmiş, qiraətxana, “üsuli-cədid” məktəbi, mətbəə və cildxana açmışdır. Qarabağ şairlərindən bəhs edən “Təzkireyi-nəvvab” əsərinin müəllifidir.
Polad Bülbüloğlu (1945)
bəstəkar, müğənni, Respublika Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1968; Q.Qarayevin sinfini).
Şuşinski Seyid (1889 – 1965)
xanəndə, musiqi xadimi, pedaqoq, Azərbaycanın xalq artisti (1956), respublikanın əməkdar müəllimi (1961). Məlahətli səsə malik olan Seyid Şuşinski
uşaq ikən dini mərasimlərdə və xalq şənliklərində iştirak etmişdi. On beş yaşında oxumağa başlamışdı. 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın məktəbində təhsil almışdır.
Şuşinski Xan (1901 – 1979)
xanəndə, Azərbaycanın xalq artisti (1943). Xanəndəliyə yeniyetmə yaşlarından başlamışdır. O, məşhur sənətkar İslam Abdullayevin şagirdi olmuşdur.
Zabul Qasım (1873-1927)
peşəkar xanəndə. Xalq arasında “Zabul Qasım” adı ilə məşhurlaşmışdır. Yatımlı və duzlu səsi vardı. Əsasən, “Səkili bulaq”da, “ Şırşır”da, “Şəmilin bağı”nda və Şuşanın sair səfalı istirahət yerlerində oxuyurdu.
Əliverdibəyov Kazım Ağalar oğlu (1934)
dirijor, Azərbaycan SSR əməkdar incəsənt xadimi (1978), professor (1991). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbinin xor dirijiorluğu sinfini, eyni zamanda skripka sinfini və konservatoriyanın xor dirijorluğu fakultəsini (1959) bitirmişdir. Hələ tələbə ikən (1958) bəstəkar Süleyman Ələsgərovun dəvəti ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə başlamışdır.
Əliverdibəyov Nazim Ağalar oğlu (1926 – 1986)
bəstəkar. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1951-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində (1964-1986-cı illərdə bu məktəbin direktoru olmuşdur) və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.
Əliyev Əbülfət Əsəd oğlu (1926 – 1990)
müğənni, Azərbaycan SSR xalq artisti (1964). Yaradıcılığa 1943-cü ildən başlamışdır. 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Məlahətli, xoş tembrli səsi olan müğənninin ifa tərzinə incə lirizm, emosionallıq xasdır. O, xüsusilə, muğam (“Segah”, “Humayun” və.sair) və təsniflərin ifasında milli vokal sənətinə xas müxtəlif vasitələrdən (guşə, zəngulə və sair) bacarıqla istifadə edirdi. 1956-1962-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Ü.Hacıbəyov) və Şah İsmayıl (“Şah İsmayıl”, M.Maqomayev) partiyalarını oxumuşdur. Keçmiş SSRİ-nin bir çox şəhərlərində, Qvineya, Qana, İran, Suriya, Livan, MƏR, ADR, PXR və sair ölkələrdə konsertlər vermişdi. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Ələsgərov Süleyman Əyyub oğlu (1924 – 2000)
bəstəkar, dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1974), Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1948). A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Azərbaycan SSR Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Radio və Televiziyası xalq çalğı alətləri orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, baş direktoru və sair vəzifələrdə işləmişdir (1949-1965).
Əmirov Məşədi Cəmil Əmiraslan oğlu (1875-1928)
tarzən, müğənni, bəstəkar, dirijor. İlk təhsilini mədrəsədə almış, sonralar tar çalmağı öyrənmişdir. Onun bir musiqiçi kimi yetişməsində Mirmöhsün Nəvvabın musiqi məclisinin böyük təsiri olmuşdur.
Əmirov Fikrət Məşədi Cəmil oğlu (1922 – 1984)
bəstəkar, SSRİ xalq artisti (1965), SSRİ Dövlət mükafatı laureatı (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1974-cü ildən isə SSRİ Bəstəkarlar İttifaqının katibi idi. Gəncə musiqi məktəbinin tar sinfini bitirmiş, 1938-1939-cu illərdə Bakı Musiqi məktəbində oxumuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filormoniyasının bədii rəhbəri (1947), Azərbaycan Opera və Balet teatrının direktoru (1956-1959) olmuşdur.
Mədəniyyət
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur.
İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdülqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı “Kitab əl-Ədvar” və “Şərəfiyyə” risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə “Sistemçilik” məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da, müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin “Nəqavətil Ədvar” risaləsini və onun oğlu Mahmud Çələbinin “Məqasid əl-Ədvar” əsərini göstərmək olar.
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin “Musiqi haqda” risaləsidir.
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı “Musiqiçilər məclisi”ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar”.
Şuşa Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin “Leyli və Məcnun” poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
Hacıbəyovun digər məşhur operettası “O olmasın, bu olsun” 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında (“Ər və arvad”, 1910; “O olmasın, bu olsun”, 1911; “Arşın mal alan”, 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun “Arşın mal alan” musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov adına), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan “Koroğlu”nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov “Koroğlu” operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O bu rolu 400 dəfədən artıq ifa etmişdir.
20-40-cı illərdə yeni bəstəkarlar nəsli — S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, C.Hacıyev və b. yaradıcılıq yoluna qədəm qoyur.
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad qadının rəqsi”, “Azərbaycan radio marşı RV-8”), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.
1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin “Vətən” (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin “Xosrov və Şirin” (1942) operası, Ü.Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeiriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin “Yeddi gözəl” baleti (1952, Nizaminin eyniadlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. “Yeddi gözəl” ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.
1958-ci ildə Q.Qarayevin “İldırımlı yollarla” (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən “Gülşən” (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun “Gözün aydın” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları bu janrın örnəkləridir.
50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf oldu. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpkili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz əksini tapır.
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir (“Arazın o tayında” 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; “Füzuli” kantatası). “Arazın o tayında” vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti (A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı) yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun “Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurdular.
Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın — R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b-nın əməyi danılmazdır.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanəndələrdən xalq artistləri X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b-nın xidməti xüsusi qeyd olunmalıdır.
Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf etmişdir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət Caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa ifaçılar da Caz sənətinin inkişafına öz töhfələrini vermişlər.
Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur.
2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti , H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr suitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti”), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov UNESCO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə UNESCO -nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo-2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada “Vela festival” “Klassik Ariano” festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının premyerası böyük müvəffəqiyyətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə UNESCO-nun “Dünyanın artisti” adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 29 ildən sonra 12-13 may 2021-ci ildə “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olundu.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.
Musiqi alətləri adları və şəkilləri ilə adlar
Woodwind bölməsi 1.bass klarnet 2.clarinets 3.contrabassoons 4. bassoons 5. flütlər
6. 7.piccolo 8.English buynuzu oboes
Zərb aləti bölməsi 9. 10.xylophone 11 köklü çanları. üçbucaq
12.castanets 13.cymbals 14.snare tamburu 15.gong 16.bass drum 17.rimpani
Xətt bölməsi 18.trumpets 19.comet 20.trombones 21.tuba 22.French homs
Sina bölməsi 23.first keman 24.second keman 25.violas 26.cellos 27.double baslar
28.harps 29.piano 30.conductor pyurumu
arfa, dirijor, ikiqat bas, skripka, podium, viyola, violonçel
truba, tuba, tambur, saksafon, səsyazma, skripka
harmonika, ksilofon, gitara, kastanets, zərbələr, akkordeon
pikano, fleyta, üçbucaq, nağara
mahnı oxuyur, skripka oynayır, saksafonu oynayır, gitara oynayır
Musiqi və musiqiçilər
gitaraçı, akustik gitara, baraban, davul, gücləndirici
Rock Band
mikrofon, müğənni, bas gitarist, bas gitara, elektrik gitara,
klaviatura, klaviaturaçı
Caz Bandı
ikiqat bas, klarnet, saksafon, vibrafon, trombon
Ənənəvi musiqi alətləri
Akkordeon: kəlmə kəməri, zəncir qeydi, tizli klaviatura, açar, qayçı, kəlmə, düymə, bas klaviatura, bass reyestri
Bagpipes: drope boru, zərbə boru, fond, windbag, chanter
Balalaika: triagular bədən.
Banjo – dairəvi bədən
Djembe – meyilli dəri, səs qutusu, gərginlikli ip; harmonika
Sinif və Terapiya İstifadə Musiqi Şəkillər
Banjo, Boombox, Bugle, Kastanets, Circle Time, Klarnet, Kompakt Disk, Siqnallar, Dance, Disco Ball, Drum, Drummer
Drummers, Flute, Flutist, Golden Harp, Guitar, Harmonica, Harp, Kulaklıklar, Jig, Ladies Dancing, Maracas, MP3 Player
Musiqi, Musiqi Qeyd, Musiqi Zamanı, Qeyd, Parad, Pat
Piano, Pipers Boru, Radio, Record, Sax, Sharp, Singing, heyət, çubuqlar, Sway, Tambourine, Teatr, Trombon, Trumpet
Trompet, Tuba, Ukelele, Skripka, Qığılcım, Xilofon
Musiqiçilər
Fərdi alətləri oynayan musiqiçilər üçün sözlər:
violonçel
cazibədar
klarnet
klarnetçi
zərb alətləri
barabançalan
gitara
gitaraçı
klaviatura
klaviaturaçı
fortepiano
pianoçu
saksafon
saksofonçu
trombon
trombonist
truba
trubaçalan
skripka
skripkaçalan
Musiqi ilə məşğul olan insanlar üçün daha çox söz:
alt səslə bir qadın müğənni
aşağı səsi olan bir kişi müğənnidir
koro və ya xor müdiri bir qrup müğənniyə rəhbərlik edən kimsə
bir qrupu və ya orkestrini yönlendiren bir dirijor
müğənninin səsi ilə musiqi edən bir insan
Soprano yüksək səsli bir qadın müğənnidir
tenor yüksək səsli bir kişi müğənnisi
Musiqi
dilxorçuluq: yavaş caz bir stil Afrika-Amerika mahnılarından inkişaf etmişdir
- Mən yalnız yaşadığım zaman blues dinləmək sevirəm.
klassikXVIII əsrin ikinci yarısının Avropa miskində; tanınmış mükəmməllik və ciddi stil musiqi
- Klassik musiqi tez-tez şəhərin simfonik orkestrası tərəfindən ifa olunur.
ölkə: Cənubi Amerikanın cənub və cənub-qərb sahillərində populyar musiqi tərzi
- Nashville, Tennessee şəhərində bir çox ölkə musiqiçisi yaşayır və işləyir.
xalq / etnik: Bir bölgənin ortaq insanları arasında başlayan musiqi
- Xalq musiqisi ABŞ-da 1960s-də çox məşhur idi.
caz: ABŞ-ın cənubundakı Afrika-Amerika bantlarından çıxarılan bir növ, improvizasiya və güclü, çevik ritmlə xarakterizə olunur
- Caz dünyanın bir çox yerlərində məşhurdur.
yaşlılar: bir əvvəlki on ildən məşhur musiqi
- Onun sevimli oldies 1950s və 1960s edir.
populyar: cari dövrdə çox sayda insan tərəfindən qiymətləndirilən musiqi
- Bu radio stansiyası yalnız populyar musiqi ifa edir.
rap: Afrikanın amerikalı ifaçıları arasında baş verən, ürək və ritmdə oxuma əvəzinə söhbət etməklə xarakterizə olan məşhur musiqi tərzi
- Rap rəqs etmək deyil, dinləməkdir.
ritm və blues: Afrikanın amerikalı qrupları arasında mərhum 1940s və erkən 1950s-dən çıxmış güclü, sadə ritm və lyrics ilə musiqi tərzi
- Ritm və blues, rəqs dövrü üçün böyükdür.
qaya: bir qrup və ya bir müğənni tərəfindən duyğulu mahnı ilə tez-tez elektrik gitaralar, klaviatura və baraban olan bands tərəfindən ifa musiqi populyar stil
- Rok konsertləri gənclər arasında çox məşhurdur.
rock və roll: 1950-larda başlayan musiqi ritm və blues və ölkə elementlərini birləşdirdi
- Rock-and-roll rəqqasları ilə bir çox televiziya şousu var idi.
Musiqi
balet:
zərif hərəkətlər və qabaqcıl texnika ilə formal, bədii rəqsdir
- O, uşaq olduğundan bala rəqs edib.
- Dünən axşam baletə getdik.
balet salonufoxtrot, vals, swing və latın, başqaları arasında stil və texnika əhəmiyyətli olduğu populyar rəqsin rəsmi versiyası
- Ballroom rəqslərini öyrədirən qonşumdan vals öyrənirəm.
rəqs:
musiqi ilə vaxtında hərəkət
- Rəqs eyni vaxtda məşq etmək və istirahət etmək üçün yaxşı bir yoldur.
insanlar rəqs etməyə gedəcək bir hadisə
- Şənbə gecəsində rəqs edirsiniz?
cazcaz musiqisi üçün bir növ balet
- O, üst balet ifaçısıdır və cazda da həyata keçirilir.
latınLatın Amerikasından populyar musiqiyə, merengue, salsa, kumbiya, bachata, mambo, samba, cha-cha və tango, digərləri arasında səslənən hər hansı rəqslər
- O yaxşı bir sürətlə rəqqasə, amma həqiqətən sevdiyi şey Latın rəqsidir.
xəttrəqslər ölkə musiqisinə səslənir, rəqqasələr fərdi olaraq rəqs edirlər, amma hamısı eyni addımları yerinə yetirir
- Çətin rəqslə bağlı yaxşı bir şey tərəfdaşa ehtiyacınız yoxdur.
taqqıltı: ayaqqabı və ayaqqabının ayağına bir metal plaka ilə bir rəqs verildi
- O, həm baletdə, həm də tapda yaxşıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.