Press "Enter" to skip to content

Musiqi tarixi

Şəhla Həsənovanın ilk kitabı da çox uğurlu olmuşdur . � Azərbaycan muğamının tematizmi � mövzusuna həsr edilən həmin tədqiqatda müəllif � � Azərbaycan muğamında mövzu �, � Muğamın forma prosesi �, � Muğam mövzu dramaturgiyasının əsas aparıcısı kimi � problemlərin araşdırılmasını təqdim edib . Müəllifin özü bir sıra muğamları şəxsən nota yazıb .

Azərbaycan musiqisi (film, 2009)

Azərbaycan musiqisi qısametrajlı sənədli filmi rejissor Ziya Şıxlinski [1] tərəfindən 2009-cu ildə çəkilmişdir. “Yaddaş” Sənədli Filmlər Studiyasında [1] istehsal edilmişdir. Filmdə dahi Üzeyir Hacıbəylinin yaradıcılığından tutmuş bizim günlərədək peşəkar milli musiqi sənətinin inkişafı tarixindən və uğurlarından söhbət açılır.

Mündəricat

  • 1 Məzmun
  • 2 Filmin üzərində işləyənlər
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Filmdə dahi Üzeyir Hacıbəylinin yaradıcılığından tutmuş bizim günlərədək peşəkar milli musiqi sənətinin inkişafı tarixindən və uğurlarından söhbət açılır. Tamaşaçılar bu film vasitəsilə bütün qitələrdə ölkəmizə şöhrət qazandırmış parlaq bəstəkarlar və ifaçılar pleyadası, böyük musiqiçilərin yaradıcılığı ilə tanış olmaq imkanı qazanırlar. [1]

Filmin üzərində işləyənlər

İstinadlar

  1. 123 S. Mürvətqızı (8 yanvar 2009). “Mədəniyyətin müxtəlif sahələri haqqında filmlər çəkilir”. 525-ci qəzet (azərb.). ANL . İstifadə tarixi: 2017-11-23 .

Həmçinin bax

September 18, 2021
Ən son məqalələr

Qarabulaq kurqanları

Qarabulaq (Abaran)

Qarabulaq (Ağin)

Qarabulaq (Culfa)

Qarabulaq (Göygöl)

Qarabulaq (Həştrud)

Qarabulaq (Miyanə)

Qarabulaq (Oğuz)

Qarabulaq (Qazaxıstan)

Qarabulaq (Xocalı)

Ən çox oxunan

Konstitusiya

Konstitusiya Günü (Yaponiya)

Konstitusiya Partiyası (ABŞ)

Konstitusiya hüququ

Konstitusiyalı Demokratiya Partiyası

azərbaycan, musiqisi, film, 2009, azərbaycan, musiqisi, qısametrajlı, sənədli, filmi, rejissor, ziya, şıxlinski, tərəfindən, 2009, ildə, çəkilmişdir, yaddaş, sənədli, filmlər, studiyasında, istehsal, edilmişdir, filmdə, dahi, üzeyir, hacıbəylinin, yaradıcılığı. Azerbaycan musiqisi qisametrajli senedli filmi rejissor Ziya Sixlinski 1 terefinden 2009 cu ilde cekilmisdir Yaddas Senedli Filmler Studiyasinda 1 istehsal edilmisdir Filmde dahi Uzeyir Hacibeylinin yaradiciligindan tutmus bizim gunleredek pesekar milli musiqi senetinin inkisafi tarixinden ve ugurlarindan sohbet acilir Azerbaycan musiqisiAzerbaycan musiqisiJanr senedliqisametrajlimusiqiliRejissor Ziya SixlinskiProduser Cavid ImamverdiyevSsenari muellifi Sehla HesenovaOperator Adil AbbasIstehsalci Yaddas Senedli Filmler StudiyasiIlk baxis tarixi 2009Filmin diger adlari Azerbaycan dogma vetenimFilmin novu qisametrajli senedli filmReng rengliMuddet 11 deq Olke AzerbaycanDil metnsizIl 2009 Mundericat 1 Mezmun 2 Filmin uzerinde isleyenler 3 Istinadlar 4 Hemcinin baxMezmun RedakteFilmde dahi Uzeyir Hacibeylinin yaradiciligindan tutmus bizim gunleredek pesekar milli musiqi senetinin inkisafi tarixinden ve ugurlarindan sohbet acilir Tamasacilar bu film vasitesile butun qitelerde olkemize sohret qazandirmis parlaq bestekarlar ve ifacilar pleyadasi boyuk musiqicilerin yaradiciligi ile tanis olmaq imkani qazanirlar 1 Filmin uzerinde isleyenler RedakteSsenarist Sehla Hesenova Rejissor Ziya Sixlinski Operator Adil Abbas Produser Cavid ImamverdiyevIstinadlar Redakte 1 2 3 S Murvetqizi 8 yanvar 2009 Medeniyyetin muxtelif saheleri haqqinda filmler cekilir 525 ci qezet azerb ANL Istifade tarixi 2017 11 23 Hemcinin bax RedakteAzerbaycan filmlerinin siyahisi2009 cu ilin Azerbaycan filmleri2000 ci iller Azerbaycan filmlerinin siyahisiMenbe https az wikipedia org w index php title Azerbaycan musiqisi film 2009 amp oldid 5847495, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Musiqi tarixi

Azərbaycanın musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən – Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III – I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi-Dədə Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi ilə musiqi janrının əsasında durur.
Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin – muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məһarəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları – xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir.
Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır.
Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar dəstəsinin adları bəllidir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttarxan, Hacı Hüsü də şöһrət qazanmış muğam oxuma məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, Tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin adları bizə məlumdur. Muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əһməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da şöһrət qazanmışdır. Muğam sənətinin qanunauyğunluqları, ənənələri ta qədimdən bəri xüsusi məktəblərdə – məclislərdə, dərnəklərdə Xarrat Qulu (Şuşa), Maһmud ağa (Şamaxı), Məşədi Məlik Mənsurov (Bakı) və başqaları kimi məşһur muğam ustaları-müəllimlərinin rəһbərliyi altında öyrənilir və yayılırdı. Onlar Azərbaycan ifaçılıq məktəbinin təşəkkülündə mühüm rol oynamışlar.
Hələ əsrimizin əvvəlində bir çoxları elə düşünürdü ki, xalq çalğı alətlərində bərabər temperasiyanın olmamasına görə Azərbaycan musiqisini nota yazmaq mümkün deyil. Azərbaycan musiqi sənətinin inkişafında bu problem yalnız XX əsrin əvvəlində һəll edildi. Onun һəlli Azərbaycan musiqisinin dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşduğunu göstərirdi. 1908-ci il yanvarın 12 (25)-də Bakıda Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasının premyerası oldu. Tamaşa milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. Bu opera, eləcə də Üzeyir Hacıbəyovun inqilaba qədər yazdığı və muğam operaları adlanan bütün sonrakı operaları – «Şeyx Sənan», «Əsli və Kərəm», «Rüstəm və Söһrab», «Şaһ Abbas və Xurşud Banu», һəmçinin Zülfüqar Hacıbəyovun «Aşıq Qərib», Müslüm Maqomayevin «Şaһ İsmayıl» operaları kimi, Azərbaycan musiqi tarixinə daxil olmuş dərin, özunəməxsus milli yaradıcılıq nümunələridir. Bu operaların bir çox qiymətli cəһətləri sonrakı illərdə yazılmış əsərlərdə inkişaf etdirilmişdir.
Milli musiqi üslubu ilə ümumavropa professional yazı texnikasının sintezi Azərbaycan və onun musiqisinə dünya şöһrəti qazandırmış ilk əsər olan «Arşın mal alan»da xüsusilə fəal surətdə özünü göstərmişdir. 40-a qədər dilə çevrilmiş «Arşın mal alan» artıq 70 ildir ki, müxtəlif ölkələrdə səslənərək yaşından və musiqi һazırlığından asılı olmayaraq bütün dinləyiciləri məftun edir.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920-cı ildə yaranan, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri(ADSO)), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (XÇAO) (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı Evi (1939), Azərbaycan Dövlət Milli Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.
Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatları olmuşlar.
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.
Azərbaycan musiqi tarixində xanənədələrdən X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamança çalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
Müasir dövrdə Qarabağ mövzusu Azərbaycan musiqi tarixinin mühüm hissəsini təşkil edir. Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur. 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti (1990), H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr süitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti” 2000), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo – 2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin (ADKO), Dövlət Mahnı Teatrının (DMT), Dövlət Rəqs Ansamblının (DRA) və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası olmuşdur. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2009-cu ildə Qəbələ şəhərində keçirilən I Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi tarixində özünəməxsus rol oynadı və bir növ ənənəyə çevrildi. 2010-cu ildə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya miqyasında böyük əks-səda doğurmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində beynəlxalq əlaqələr də genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Eyni zamanda dünyamiqyaslı musiqiçilər – Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlmiş, konsertlərlə çıxış etmiş, açıq dərslər vermişlər.
Son tədbirlərdən olan “İpək yolu – Birinci Simfonik və Kamera musiqisi festivalı” (2010) böyük əks-səda doğurmuşdur.

Şəhla həsənova musiqi tarixindən mühazirələr

Sehirli səslər aləmində

MUSİQİŞÜNAS ŞƏHLA HƏSƏNOVANIN YUBİLEYİNƏ

Azərbaycan Televiziyasında 1974- cü � ildən � Sehirli səslər evciyi � adlı uşaq musiqi verilişi nümayiş olunurdu .

Bu verilişin 20 il ərzində uğurla yayımlanması onun maraqlı və lazımlı olmasından irəli gəlirdi .

Həmin verilişin ssenari müəllifi və aparıcısı o vaxtlar hələ Mahmudova soyadı ilə fəaliyyət göstərən musiqişünas Şəhla Həsənova idi . Artıq o vaxtlar Şəhla xanım özünü istedadlı , bilikli , peşəkar , gözəl nitq mədəniyyətinə malik musiqişünas kimi təqdim etmişdir . Onu da deyim ki , uşaqlara ünvanlanmış bu verilişə böyüklərdə maraqla baxırdılar . Şəhla xanım haqqında ilk məlumatı mənə , bizim ümumi müəlliməmiz hörmətli professor, Azərbaycanın Əməkdar İncəsənət xadimi L.V.Karagiceva vermişdi . O, Şəhla xanımı tərifləyərək deyirdi ki , Şəhla hər iki dili ( Azərbaycan və rus ) eyni səviyyədə gözəl bilən peşəkar musiqişünasdır . Sonralar tale bizi Şəhla xanımla dəfələrlə görüşdürdü . Mən Azərbaycanın Ali Attestasiya Komissiyasının Humanitar elmlər üzrə ekspert şurasının sədri vəzifəsində işləyərkən Şəhla xanım mənim müavinim kimi çalışıb və bu vəzifədə də öz səriştəsini , biliyini , prinsipiallığını göstərib . Daha sonralar isə Milli Elmlər Akademiyasında mənim layihəm və elmi redaktorluğum ilə çıxan � Azərbaycan musiqi tarixi� nin çoxcildliyi üçün bir neçə bəstəkarın portretini yazıb təhvil verib . Bu, görkəmli bəstəkarlarımız , Səid Rüstəmov ( ikinci cild üçün ) və üçüncü cild üçün Süleyman Ələsgərovun portretləridir , onların həyat və yaradıcılıqlarının təhlili və tədqiqidir . Bunlar da peşəkar musiqişünas qələmindən çıxmış yazılardır . Şəhla Həsənova həm də bir sıra dəyərli monoqrafiya , kitab və çox sayda məqalələrin müəllifidir .

Şəhla Həsənovanın ilk kitabı da çox uğurlu olmuşdur . � Azərbaycan muğamının tematizmi � mövzusuna həsr edilən həmin tədqiqatda müəllif � � Azərbaycan muğamında mövzu �, � Muğamın forma prosesi �, � Muğam mövzu dramaturgiyasının əsas aparıcısı kimi � problemlərin araşdırılmasını təqdim edib . Müəllifin özü bir sıra muğamları şəxsən nota yazıb .

Şəhla Həsənovanın bu əsəri onun xalq şifahi ənənələrini , xüsusilə muğamı gözəl bilməsinə bir sübutdur . Böyük zəhmət bahasına əldə olunmuş bu biliklər Şəhla Həsənovanın sonrakı işinin əsasını təşkil edib .

2011-ci ildə Şəhla Həsənovanın �XX əsr Azərbaycan musiqisi : ənənə və müasirlik � adlı monoqrafiyası işıq üzü gördü . Mən bu monoqrafiyada qaldırılan bəzi problemləri tezis şəklində olsa da vurğulamaq istərdim , çünki bunlar Azərbaycan musiqişünaslığının aktual problemləridir və onlardan çoxları müəllifin sonrakı monoqrafiyasının əsasını təşkil edir . Ənənə � tarixin müasirlikdə mövcudluğudur �, Şərq və Qərbin musiqi ənənələrini qovuşdurmuş bəstəkar Üzeyir Hacıbəylidir . Bəstəkar yaradıcılığını bəhrələndirən həmişəyaşar ənənə Azərbaycan muğamıdır . Romantizm ənənələri əsasında Fikrət Əmirovun simfonik muğamlarına baxış qanunauyğundur . Qara Qarayev məktəbinin nümayəndələrinin yaradıcılığında ənənələr sintezinin xüsusiyyətləri özəldir . Bu kontekstdə Ş.Həsənovanın , görkəmli bəstəkar Xalq artisti Musa Mirzəyev yaradıcılığına həsr etdiyi monoqrafiyası və dissertasiyasını göstərmək istərdim .

Əsərdə qaldırılan problemlər son vaxtlara qədər heç bir tədqiqat işinin obyekti olmamışdır . Görkəmli bəstəkar Musa Mirzəyevin yaradıcılığı isə elmimizin və musiqişünaslığımızın tədqiqinə cəlb olunmayıb . Bu mövzunun aktuallığı da elə buradan irəli gəlir . Ona görə Ş.Həsənovanın 2008-ci ildə işıq üzü gördüyü �Musa Mirzəyev � monoqrafiyası və həmin ildə dərc etdirdiyi � Azərbaycanın elm və mədəniyyət xadimləri � silsiləsindən �Musa Mirzəyevin biblioqrafiyası � bu sahədə atılmış ilk addımdır . Qeyd edək ki , hər iki nəşr yüksək dəyərləndirilərək � Humay � mükafatına layiq görülmüşdür . Bizcə hər bir bəstəkar öz yaradıcılığının Ş.Həsənova kimi peşəkar musiqişünasın tədqiqat mövzusuna çevrilməsini arzulayardı , xüsusilə də bu , az işlənmiş yaradıcılıqdırsa . Ş.Həsənovanı həmin mövzuya sövq edən cəhətlərdən biri də elə bu idi . Söz yox ki , Musa Mirzəyevin sənətinin yüksək dəyəri əsas amillərdən olmuşdu . Qeyd edək ki , bir sıra , hətta çox məşhur bəstəkarların indiyə kimi biblioqrafiyaları tərtib olunmamışdır . Yeri gəlmişkən qeyd edək ki , bu texniki işi də Ş.Həsənova özünə xas olan bacarıqla , xüsusi səriştə ilə yerinə yetirmişdir . Bu bacarıq dissertasiyaya verilən çoxsaylı (626 sayda ) istifadə edilmiş ədəbiyyatda da özünü göstərmişdir . Ş.Həsənova M.Mirzəyevin yazdığı həm musiqi əsərlərinin , həm də tənqidi-publisistik məqalələrinin siyahısını vermişdir .

Tədqiqatda bəstəkarın yaradıcılığı ilk dəfə dərin təhlil edilmiş və hərtərəfli səciyyələndirilmişdir . � Bu, özlüyündə müəllifin gördüyü işin miqyasını və mürəkkəbliyini təsəvvür etməyə imkan verir . Müəllif , milli musiqi mədəniyyətində çoxcəhətli fəaliyyəti ilə tanınan bəstəkarın yaradıcılığını tədqiq etmək üçün ilk növbədə onun sənət yolunu izləmiş , yaradıcılığının mərhələlərini ardıcıl surətdə öyrənmiş , onun yaradıcılıq bioqrafiyasını tərtib etmişdir . Bu məsuliyyətli işi yerinə yetirərkən Şəhla xanım ilk dəfə olaraq bəstəkarın arxivini araşdırmış və buradakı sənədləri zərrə-zərrə toplamışdır . Musa Mirzəyev yaradıcılığını səciyyələndirmək üçün müəllif bəstəkarın müxtəlif musiqi janrlarına aid əsərlərinin böyük əksəriyyətini ilk dəfə təhlil etmiş , onun dəst-xəttinin mühüm cəhətlərini aşkara çıxarmış , yaradıcılığının başlıca təmayülünü müəyyən etmiş və ümumi səciyyəsini vermişdir . Ş.Həsənova , Musa Mirzəyevin dəst-xəttinə xas olan ən mühüm cəhətləri – onun musiqi ifadə vasitələrindən , musiqi dilini təşkil edən bütün ünsürlərdən son dərəcədə qənaətlə və zövqlə istifadə etməsini , romantik obrazlı məzmununu təcəssüm etdirmək üçün qeyri-adi vasitələrə əl atmadan , bunları ənənəvi , klassik strukturlar çərçivəsində aşkar etməsini , bəstəkarın yaradıcılığında romantizmə aid miniatürçü sənətkarlığını qeyd etmişdir .

Biz M.Mirzəyevi görkəmli bəstəkarlarımızın əsərləri üzərində redaktə və tamamlanma işləri aparmaqla məşğul olan və bunları yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən bir musiqiçi kimi tanıyırıq. Ş .Həsənova ilk dəfə olaraq onun bu sahədəki fəaliyyətini geniş təhlil etmiş , Ə.Bədəlbəylinin �Qız qalası� baletinin yeni redaktədə təqdim edilməsində, F.Əmirovun � Nizami � baletinin tamamlanmasında rolunu göstərmiş, bunları onun böyük xidməti kimi qeyd etmişdir . M.Mirzəyevin bir sənətkar kimi dolğun portretini yaratmaq üçün tədqiqatçı, onun musiqi əsərləri ilə yanaşı, ilk dəfə olaraq tənqidi-publisistik fəaliyyətini də təhlil etmişdir . Bəstəkarm müxtəlif illərdə işıq üzü görmüş məqalələrini, görkəmli musiqiçilərə, ifaçı kollektivlərinə, musiqi həyatının mühüm hadisələrinə, sənət problemlərinə həsr etdiyi dəyərli yazıları sistemləşdirərək, onun bu sahədə işini üzə çıxarmışdır. Müəllif, M.Mirzəyevin yaradıcılıq fəaliyyətinin bütün sahələrinin təhlilini verməklə, bunlar arasında qırılmaz bağlılığı göstərmiş və ilk dəfə olaraq bəstəkarın dolğun portretini yarada bilmişdir .

Yuxarıda deyilənlər əsərin monoqrafik cəhətini səciyyələndirən xüsusiyyətlərdir. Onun ən dəyərli cəhətlərindən biri budur ki , monoqrafık mövzunun araşdırılması müəllif tərəfindən birtərəfli aparılmamış, o , öz tədqiqatını maraqlı bir rakursda qarşıya qoyaraq M.Mirzəyevin yaradıcılığını milli bəstəkarlıq məktəbimizin ənən ələri əsasında təhlil etmişdir . Bu , müasir dövr üçün olduqca aktual bir aspektdir , belə ki , ənənə anlayışının son illərdə elmi araşdırmalarda müxtəlif yozumlarda verilməsi yaradıcılıqda da buna münasibətin birmənalı olmadığını göstərir. Bu baxımdan M.Mirzəyevin yaradıcılığının müəllif tərəfindən ənənələr kontekstinə çıxarılaraq təhlil edilməsi həm işin elmi dəyərini artırır, həm də musiqi yaradıcılığı ilə bağlı bir çox məsələləri qarşılıqlı əlaq ədə araşdırmağın zəruriliyini sübut edir . Ayrıca götürülmüş sənətkarın yaradıcılığının məhz bu rakursda tədqiq edilməsi Azərbaycan bəstəkarlarının müxtəlif nəsillərini birləşdirən qırılmaz varislik əlaqələrini üzə çıxarmış olur . Əsərin ilk fəslində iddiaçının ənənə anlay ışı ə trafında aparılan geniş elmi diskussiyanı təqdim etməsi və bu barədə öz mövqeyini müəyyən etməsi də tamamilə məntiqi və məqsədəuyğundur, belə ki , ənənə probleminin geniş şərhini verməklə tədqiqatın müəllifi öz əsərinin möhkəm nəzəri bazasını hazırlay ır və araşdırmalarını bunun üzərində qurur .

Tədqiqatda M.Mirzəyev yaradıcılığına aid olan hissə ilə onun tarixi-nəzəri bazasını təqdim edən hissə arasında möhkəm məntiqi əlaqənin olması həm də işin düzgün qurulması strukturu ilə şərtləndirilmişdir. Yəni I fəsildə ənənə məfhumunun şərhi (1.1.), daha sonra Üzeyir Hacıbəyli yaradıcılığının ənənələr qovuşuğunda səciyyələndirilməsi (1.2.) və sonrakı mərhələlərdə bəstəkarlar tərəfindən ənənələrə münasibətin geniş işıqlandır ı lması (II fəsil), irəlidəki üç fəsildə M.Mirzəyev yaradıcılığının müxtəlif sahələrində ənənələrin təzahürünün izlənilməsi nəticəsində milli bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında ənənə amilinin nə dərəc ədə mühüm rol oynaması aşkar olur . Müəllif, bəstəkarlıq məktəbimizin görkəmli nümayəndələrinin milli ənənənin təfsirinin müxtəlifliyini geniş şərh edir və Qara Qarayev məktəbini təmsil edən sənətkarların yaradıcılığı üzərində dayanır. Bu mülahizələrin məntiqi davamı kimi müfəssəl araşdırılıb təqdim olunan M.Mirzəyev yaradıcılığı iddiaçının verdiyi rakursda müxtəlif ənənələri sintezləşdirən maraqlı bir sənət nümunəsi kimi öz yerini tapır. Bütün bunlar tədqiqatın Nəticə bölməsində iddiaçı tərəfındən yüksək elmi səviyyədə ümumiləşdirilir.

Əsərdə bəstəkar yaradıcılığını inkişaf etdirən ənənələrə aid müddəaların məntiqi və düzgün olması müəllifin yalnız bəstəkar yaradıcılığına deyil , əvvəldə dediyimiz kimi milli musiqimizin şifahi qatlarına da dərindən bələd olması ilə ba ğ lıdır. Şübhəsiz ki , milli musiqi yaradıcılığının şifahi janrlarının əsaslarını, milli musiqi təfəkkürünün qanunlarını, lad-məqam sisteminin qaydalarını kökündən öyrənib mənimsəməsi müəllifə bəstəkar yaradıcılığında milli musiqi ənənəsini araşd ırmaqda kömək etmiş və bu istiqamətdə mühüm nəticələr əldə etməsinə imkan yaratmışdır. Belə ki , tədqiqat özündə həm ümumi sənətşünaslıq aspektini , musiqi nəzəriyyəsini, musiqi tarixi və musiqi folkloristikasını üzvi surətdə birləşdirərək fundamental tədqiqat olub , Ş.Həsənovanın hərtərəfli bilik və səriştəyə, zəngin elmi potensiala malik alim kimi səciyy ələndirmişdir.

İrəli sürdüyü problemlərin mürəkkəbliyinə baxmayaraq , əsərin çox rəvan və oxunaqlı dildə yazılması diqqəti cəlb edir .

Şəhla Həsən qızı Həsənova uzun illərdir ki , Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında çalışaraq çoxlu istedadlı musiqişünas kadrları yetirşdirmişdir .

Musiqişünaslığımızda özəl yeri olan , pedaqoq , sənətşünaslıq doktoru , professor , Azərbaycanın Əməkdar İncəsənət xadimi , � Humay � mükafatı laureatı, hörmətli Şəhla xanıma bu yubiley ilində cansağlığı və çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

AMEA-nın müxbir üzvü , professor , Əməkdar elm xadimi

525-ci qəzet.- 2016.- 2 iyul.- S.18.

Comments are closed, but trackbacks and pingbacks are open.