Press "Enter" to skip to content

HLİ SÜNNƏ VƏl cəmaat

Qurani Kərim haqqında:

Əhli-sünnə “Səhih” kitablarından hədislər

1) “Allah qullarına görünəcək. On dördüncü gecəsində ayı gördükləri kimi onu görəcəklər” (Səhih-I Buxari, c. 8, s. 147: Səhih-I Müslüm, c. 1, s. 167, hədis 183) – Bu əhli sünnətin iftirasıdır. Halbuki Allah Quranda “gözlər onu görməz” (Ənam surəsi 103) və “heç vaxt məni görə bilməzsən” (Əraf surəsi 143) deyə buyurur. Əgər qiyamətdə görünəcəksə nə üçün öz rəsuluna heç vaxt məni görə bilməzsən deyir. Mən anlamıram əhli sünnət özlərini Hz.Musadan (ə) üstünmü bilir? Onların fikrincə Allah qiyamətdə görünəcəkdir. Ancaq anlamırlar kiç görünən şey görünmək üçün ya surət olmalıdır yada cisim. Bizim inancımıza görə isə Allahın cism və ya surət olduğunu demək küfürdür.

2) “Allah hər gecə dünyanın səmasına yenər” (Səhih-i Buxari, c. 2, s. 66; Səhih-i Müslüm, c. 1, s. 521, hədis 758) – Əhli sünnət Allaha məkan və hərəkət nisbət verir. Və yenədə anlamır ki, heç bir məkan məkanı yoxdan yaradanı əhatəlyə bilməz və O, hərəkət etmir və hərəkət etməyə ehtiyacı yoxdur. Çünkü hərəkət edib məkanını dəyişən yeni bir məkanda olduğu üçün əvvəlki məkanada və həmçinin başqa məkanlarda olandan xəbərsiz olacaqdır. Allah isə bundan münəzzəhdir.

3) “Möminlər tanısın deyə (Allah) ayağını onlara göstərəcək. Allah gülər, kırıxar. Allahin iki əli, iki ayağı və beş barmağı vardır; birinci barmağına göyləri, ikinci barmağına yerləri və üçüncü barmağına ağacları, dördüncü barmağına su ilə torpağı və beşinci barmağına isə digər varlıqları qoymuşdur” (Səhih-I Buxari, c. 6, s. 157-158 və c. 9, s. 181) – Allaha əl və ayaq kimi bədən üzvləri nisbət veriri sonra isə Onun əli var amma biz necə olduğunu bilmirik deyirlər. Və yenədə dərk etmirlər Ona əl, ayaq və b. bədən üzvlərinin verilməsi elə Onu yaradılmışlara bənzətməkdir. Halbuki Allah “heç bir şey Ona bənzəməz” (Şura 11) deyə buyurur

4) “Allahin içində yaşadığı bir evi var və Hz.Məhəmməd (s.ə.a) onun evinə girmək üçün üç dəfə icazə alıb” (Səhih-i Buxari, c. 9, s. 161; Səhih-i Müslüm, c. 1, s. 181, hədis 322) – bu elə əsl küfürdü.

İndi isə özlərini əhli sünnət adladıran sizlərə deyirəm siz iddia edirsiniz ki, Allahın əli, ayağı və b. bədən üzvləri var ancaq biz onun necə olduğunu bilmirik. Yaxşı onda bu ayəyə cavab verin görüm nə deyirsiniz? “O gün Allahın üzündən başqa hər şey məhv olacaq” (Qəsəs surəsi, 88). Yəni Allahın bədəni, ayaqlarıda? Desəniz yox bəs bu necə olu axı ayədə açıq şəkildə “Allahın üzündən başqa hər şey” ifadəsi var. Hə desəniz deyirəm; “yəni Allahın bir hissəsi məhv olacaq, O, parçalanacaq?”

Peyğəmbərlər (ə) haqqında:

5) “Rəsulullah (s.ə.a) bir gecə və gündüzdə bir saatda on bir xanımınin yanına gedib onlarla yaxınlıq edirdi. “Ravi deyir ki; Mən Ənəsə “buna gücü çatırdımı?” deyə sual verdikdə, Ənəs dedi ki; “Biz də onun otuz kişinin gücünə sahib olduğunu deyirdirk” (Səhih-i Buxari, c. 1, s. 75-76) – buyrun bu da peyğəmbərə iftira. Məgər peyğəmbər qadən düşkünümüydü. Başqa bir şey daha bu ravi peyğəmbərimi izləyirdi, nə bilirdi ki, peyğəmbər neçə qadınıyla yaxınlıq edib.

6) “Rəsulullah (s.ə.a) peştamal bağladığı halda Kəbəni təmir etmək üçün daş daşıyırdı. Əmisi Abbas ona dedi ki; “Ey qardaşım oğlu əgər peştamalını çıxararaq kürəyinə atsan daşları daşımaq sənin üçün asan olar. Budan sonra Rəsulullah (s.ə.a) peştaraq kürəyinə atdı. Elə o an ürəyi getdi və yıxıldı və ondan sonra Rəsulullah əsla çılpaq görünmədi.” (Səhih-i Buxari, c. 1, s. 12; Səhih-i Müslüm, Heyz kitabı, Övrət yerinin qorunmasına etina etmək babı) – bu da Allahın “Sən böyük bir əxlaq sahibsən” dediyi peyğəmbərə atılan digər isftira.

7) Aişə deyir; ” Bayram günü Sudanlılar kalkan və xəncərlərlə oynayırdılar. Ya mən, Rəsulullah (s.ə.a); “Onlara baxa bilərəmmi?” dedim, ya da Rəsulullahın özü mənə; “baxmaq istəyirsənmi?” dedi. Mən də; “h” dedim. Bundan sonar Rəsulullah məni çiyninə çıxartdı. O anda yanağı yanağıma deydir və “ey Ərfədənin övladları! Biraz yavaş!” deyirdi. Mənim yorulduğumu hiss edəndə; “bəsdi mi?” dedi. Mən də; “hə” dedim. Bundan sonar “get!” dedi.” (Səhih-I Buxari, c. 4, s. 47; Səhih-I Müslüm, Bayram namazı kitabı, oynamağa icazə babı) – bunlar açıq aşkar peyğəmbəri ləkələmək üçün uydurulmuş şeylərdir. Nə var ki, sünnülər bu hədisləri səhih qəbul edirlər.

8) “Rəsulullah bizimlə birlikdə zöhr namazını iki rükət olaraq qıldı. Salamdan sonar məscidin ön hissəsindəki bir ağacın yaxınına gələrək əlini onun üstünə qoydu. Əbu Bəkir ilə Ömər də orada idi lakin, onunla danışmağa cürət etmədilər. Halk məsciddən çıxarkən namazın bundan sonar yarım qılınacağını fikirləşdilər. Zülyədəyn adlı birisi Rəsulullaha (s.ə.a) dedi ki; “yaddanmı çıxardın yoxsa namaz iki rükət oldu?” Rəsulullah dedi ki; “nə yadımdan çıxdı nə də namaz iki rükət olub?” Dedilər ki; “Xeyir ya Rəsulullah! Sən səhv etdin.” Peyğəmbər Zülyədəyn doğru söylədi.” Buyurdu. Sonar qalxaraq iki rükət əlavə qıldı və salam verdi. Daha sonar təkbir gətirərək səcdəyə getti və normal səcdəsində olduğu kimi ya da biraz daha uzun səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirərək təkrar səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da biraz daha artıq səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirdi.” (səhih-i Buxari, c. 7, s. 85; Səhih-i Müslüm, Məscidlər kitabı, namazda karıxma və buna görə səcdə babı) – Bütün bu hədislər alçaq, zalim Əməvi və Abbasi xəlifələrinin günahlarını ört – basdır etmək üçün uydurulmuş hədislər idi. Bu hədislər sayəsində camaat namazında səhv edən “xəlifə” nə olub ki, peyğəmbərdə (s.ə.a) səhv edib deyirdi. Əslində bu sünnü hədiscilər üçün çətin deyil çünkü onlar bu işi çox görüblər necə ki, Osman ibn Əffanın haqqında nazil olan ayələri peyğəmbərin (s.ə.a) adına çıxırlar bud a elə bir şeydi.

9) “Rəsulullah (s.ə.a) xəstələndiyi vaxt onun ağzına dərman tökdük. İşarəylə bizdən dərmanı ağzına tökməməyimizi dedi. Biz, hərhalda xəstə olduğu üçün dərmanı sevmir dedik. Rəsulullah özünə gələndə; “Mən sizə dərmanı ağzıma tökməyin demədimmi?” buyurdu. Biz; “xəstə adam dərmanı elədə sevməzş” dedik. Bundan sonar belə dedi; “Elə isə, yalnız hadisəyə şahid olamayan Abbas çıxılmaqla indi evdə olan hərkəsin ağzına dərman tökün buyurdu!” (Sahih-i Buhari, Meğazi Kitabı, Peygamber’in Hastalığı ve Vefatı Babı; Səhih-I Müslüm, Salam kitabı, xəstnin ağzına dərman tökməyin məkruh olması babı) – görəsən peyğəmbər belə uşaq hərəkətlər edərdimi?

10) “Rəsulullah (s.ə.a) bir nəfərin gecə Quranın bir surəsini oxuduğunu eşidərək ; “Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı.” (Səhih-i Buxari, c. 6, s. 239 – 240; Səhih-i Müslüm, Yolçuların namazı kitabı, Quranı yadda tutmağa ehtimam babı) – özlərini əhli sünnət adı altında gizlədən bunlar Peyğəmbərin (s.ə.a) Qurani unuttuğunu deyirlər və utanmadan bunu səhih adlandırırlar.

11) Əbu Hureyrə Rəsulullahdan (s.ə.a) belə nəql edir; “İbrahim (ə) 3 dəfədən artıq yalan danışmadı” (Səhih-i Buxari, hədis 3392 və 3393) – görəsən Rəsulullahın (s.ə.a) sünnəsi Allahın Xəlili yalançı olub deməkdirmi?

12) “Bəniisrail arasında belə bir adət var idi. Hərkəs bir yerdə övrət yerlərini açıb suya girərək yuyunurdular və eyni vaxtda birbirlərinin övrət yerlərinə baxırdılar. Belə hərəkətlər onların arasında ayıb sayılmırdı. Ancaq Hz.Musa (ə), kimsə onun övrət yerini görməsin deyə tək yuyunurdu. Buna görə Bəniisrail deyirdi; Musanın (ə) tək yuyunmasının səbəbi bədənində bir nöqsanlıq və xədim olduğuna görədir. Elə buna görədə bizim onu görməyimizi istəmir. Bir gün Hz.Musa (ə) yuyunmaq üçün bir suyun kənarına getdi, paltarını çıxarıb bir daşın üstünə qoydu və suya girdi. Daş Hz. Musanın (ə) paltalarıyla birlikdə qaçdı. Musa da onun dalınca qaçır və; “ey daş paltarım, ey daş paltarım!” deyirdi. Nəhayət Bəniisrail Hz.Musanın (ə) övrət yerini gördü və Allaha and olsun Musanın (ə) bir nöqsanı yoxdur (yəni xədim deyil) dedilər. Bu əsnada daş yerinde dayandı. Hz. Musa (ə) paltarını götürdü. Daha sonar Hz.Musa (ə) daşı döyməyə başladı o qədər ki daş 6 və ya 7 dəfə inlədi.” (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı; Səhih-i Müslüm, Fəzilətlər kitabı, Hz. Musanın fəziləti kitabı) – bu saxtakarlar necə Rəsulullahın adına yalan nisbət veirlər və necə bunu səhih adlandırırlar?

13) “Ölüm mələyi Hz.Musanin (ə) yanına gələrək; “Rəbbinin dəvətini qəbul et” dedi. Hz.Musa (ə) ölüm mələyinin gözünə bir şillə vurdu və onun gözünü çıxardı. Mələl Rəbbinə qayıdıb dedei; “Məni ölmək istəməyən bir adamın yanına göndərdin, o da vurub gözümü çıxartdı dedi.” Allah mələyin gözünü özünə qaytarıb (yəni sağaldı dedi; “Qulumun yanına get və de; “Dünya həyatınımı istəyirsən? Elədirsə əlinin öküzün belinə qoy, əlinə nə qədər qıl çıxarsa onun sayi qədər yaşayacaqsan” (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı; Səhih-i Müslüm, Fəzilətlər kitabı, Hz. Musanın fəziləti kitabı) – görəsən bunu küfürdən başqa adı var. sünnülərə görə bəli var o da “səhih”

14) “Hz.Musa (ə) zamanında Əzrail (ə) qulların ruhunu almaq üçün açıq şəkildə gəlirdi. Amma Hz.Musa (ə) gözünü şilləylə vurub kor etdiyi andan etibarən məxluqatın ruhunu almaq üçün gizli bir şəkildə gəlir.” (Müsnnədi Əhməd c. 2; Məhəmməd bin Cərir-i Təbəri c. 1) – yəni Əzrail (ə) qorxur ki, o biri gözünü də digər insanlar çıxarar.

15) “Adəm ilə Musa bir birnə dəlil gətirib mübahisə etdilər. Musa, Adəmə: Sən günahının səni cənnətdən çıxamış olduğu Adəmsən dedi. Adəm də Musaya: Sən Allahın risaləti və kəlamı ilə seçib üstün qıldığı Musasan. Sonra sən, mən yaradılmamışdan əvvəl üzərimə təqdir edilmiş bir isdən ötrü məni qınayırsan dedi” Bunun ardınca Rəsulullah (s.ə.a) 2 dəfə: “Beləcə Adəm Musaya dəlil və bürhanla qalib gəldi” dedi. (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı)

16) Əbu Hureyrə Rəsulullahdan (s.ə.a) nəql edir ki; “Süleyman (ə) dedi: Mən hər gecə 100 və ya 99 qadınla yaxınlıq edəcəm və onların hər birindən Allah yolunda cihad edən bir övlad sahibi olacağam. Dostu ona dedi: De ki, inşallah. Ancaq Süleyman inşallah demədiyi üçün onlardan övlad sahibi olmadı. (Səhih-i Buxari, Cihad kitabı, babu mən tələbəl-vələdə lil-cihad, hədis 28-29)

Qurani Kərim haqqında:

17) Zirr Hibaiş deyir: Mən Ubai bin Ka’bdan soruşdum: Ey Əbu əl-Münzir! Sənin qardaşın ibn Məsud deyir ki, Quranın axırıncı iki cüzü Quran surələri deyil. Ubai dedi: Mən rəsuləllahdan bu haqda soruşmuşdum və mən demişdi ki, Allah-təala onları Quranın bir hissəsi kimi mənə nazil etmişdir. Ubai əlavə edərək dedi: Buna görə biz rəsuləllahın dediyini deyirik. (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı,hədis 501)

18) Əlqəmə deyir: Biz (Abdullah bin Məsudun tərəftarları) Şama gəldik. Əbu Darda bizin gəlişimizi eşidib yanımıza gəldi. O soruşdu: Aranızda ən yaxşı kim Quranı bilir? Əlqəmə – dedilər. O məndən əl-Leyl surəsini necə oxuduğumu soruşdu. Mən: And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; And olsun işıqlanmaqda olan gündüzə; kişini və qadını (92:1-3). Əbu Dərda dedi: Siz bunu dostunuz Abdullah bin Məsuddan eşitmisiz? Mən dedim: Hə. O dedi: Məndə həmin şeyi peyğəmbərdən eşitmişdim, amma bu insanlar bunu düzgün saymırlar (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı, hədis 466)

19) İbrahim deyir: Abdullan bin Məsudun tərəftarları Şama, Əbu Dardanın yanına gəldilər. O onlardan soruşdu: Sizlərdən kim Abdullah bin Məsud kimi Quranı əzbərdən oxuya bilir? Onlar dedilər: Biz hamımız. O dedi: Aranızda ən yaxşınız kimdir? Dedilər Əlqəmə. O Əlqəmədən soruşdu: Abdullah bin Məsud əl-Leyl surəsini necə oxuyur? Əlqəmə dedi: “Kişini və qadını”. Əbu əd-Darda dedi: Şahidlik edirəm ki, mən də peyğəmbərdən bunu sizin oxuduğunuz kimi eşitmişəm, amma bu insanlar məni məcbur edirlər ki, mən bunu “And olsun O Allaha ki, kişini və qadını yaradıb” oxuyum. And olsun Allaha ki, mən belə etməyəcəyəm. (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı, hədis 467)

20) “Quranda 2 surə daha var idi. Onlardan biri belə idi:

“Bismilləhirrahmənirrahim.
Həqiqətən biz səndən kömək istəyitik.
Sənən istiğfar edirik
. Bütün xeyirlərdə sənə həmd edirik.
Səni inkar etmirik. Sənə üsyan edənlərdən ayrılırıq”

İkinci surə isə belə idi:
Bismilləhirrahmənirrahim
Ey Allahımız, sadəcə sənə ibadət edirik.
Sənə namaz qılırıq
. Sənə səcdə edirik
Sənə çatmaq üçün çalışır, sənə itaət edir, Sənin rəhmətinə ümid edir, Səniniin həqiqi əzabından qorxuruq.
Həqiqətən sənin əzabın kafirlərə çatacaqdır” (Suyutinin “Əl İtqan” və “Əd-durrul mənsur”)

18) Həşim bin Ürvə deyir: Mən Həzrəti Aişədən Quranda olan səhvlər haqda soruşdum, misal üçün Allah-təala Quranda deyir əl Muqamin, amma oxunmalıdır ə’al Muqimin, digərləri deyirlər: əl Manan, amma oxunmalıdır əl Munin, üçüncüsü də ki, biz oxuyuruq əl Sabun, amma oxunmalıdır əl Sabin. Həzrəti Aişə dedi: Bu o Quranın üzünü köçürənlərin səhvidir. (Süyuti “əl-İtqan” cild 1 səh 183-184)

21) “Übeyy ibni Kab, “Siz Əhzab surəsini nə qədər oxuyursunuz?” deyə soruşdu. Həmin şəxs yetmiş ayə qədər dedi. Übeyy ibni Kab dedi ki: “Mən onu Rəsulullahla (s.ə.a) Bəqərə surəsi qədər və ya daha çox oxuyurdum.” Rəcm ayəsi də onda var idi.” (Müsnədi Əhməd ibni Hənbəl, c. 5, s. 132)

22) “Əbu Dərda Şam xalqından ibarət bir qurupla birlikdə Mədinəyə gedərək Ömərin hüzurunda bu ayəni oxudular: “Kafirlər qəlblərindən cahiliyyət təəssübünü yerləşdirdiklərində siz də əgər onlar kimi təəssübkeş olsanız Məscidül Həram fesada düçar olar.” Ömər; “sizə kim bu ayəni belə oxudu?” dedi. Onlar “Übey ibni Kab” dedilər. Ömər Übey ibni Kabı çağırtdı və onlar o ayəni oxuyun dedi. Onlar da yenə “siz də əgər onlar kimi təəssübkeş olsanız Məscidül Həram fesada düçar olar.” Şəklində oxudular. Bu vaxt Übeyy ibni Kab Ömərər; “bəli mən belə oxumuşam” dedi. Bundan sonar Ömər Zeyd ibni Sabitə sən oxu dedi. Zeyd eyniylə xalqın oxuduğu kimi (yəni Şamlıların oxuduqlarının Quranda olmadığını açıqladı) oxudu. Bu vaxt Ömər ; “Allahım mən bu qiraətdən (yəni Zeydin qiraətindən) qeyrisini tanımıram dedi” Übeyy ibni Kab isə belə cavab Verdi;” And olsun Allaha ki, ey Ömər sən bilirsən ki, mən Rəsulullahın (s.ə.a) hüzurunda olurdum ancaq, onlar olmurdular. Mən Rəsulullahı görərkən onlar görmürdülər. Andolsun erdi. And olsun Allaha əgəgr sən istəsn mən öz evimə gizlənərəm və ölənədək bunu heç kimi deməz və oxutmaram.” Bundan sonar Ömər; “Allahım bizi bağışla” Daha sonar Übeyy ibni Kaba dedi; “Allah sənə elm verib. O halda bildiyini xalqa öyrət” dedi. (İbni Aşakir “Tarix”)

23) Aişə recm ayesi ve riza kebir haqda deyir: Rəcm və Riza Kəbir ayələri nazil olduqda biz onları bir kağıza yazdıq və o kağız mənim yastığımın altında saxlayırdım. Peyğəmbərin vəfatından sonra, biz yas saxlayanda keçi gəlib o kağızı yedi. (Sünnən ibni Macə cild 2, səh 39; Əhmədin Müsnədi cild 6, səh 269; Təvil Müxtəlif əl Hədis səh 310)ı

24) “Allah haqq olaraq Məhəmmədi (s.ə.a) peyğəmbər olaraq göndərmiş və Ona kitap nazil edibş Nazil olan ayələr içərisində rəcm ayəsi də var idi. Biz onu oxuduq dərk edib hifzettik və bu ayəni əsas tutaraq Rəsulullah da rəcmi tətbiq etdi. Biz də ondan sonar rəcm ettik. Ancaq mən uzun bir vaxt keçdikdən sonar xalqın; “Biz rəcm ayəsini Allahın kitabında görmürük” deyərək Allahın nazil etdiyi bir əməli tərk edib dəlalətə düşəcəklərindən qorxuruq. Hansı ki, rəcm Allahın kitabında bəyyinə və ya etirf ilə zina etdiyi sübut olan evil qadın və ya kişi üçün fərz qıldığı bir hökmdür. Bir də bir Allahın kitabında bu ayəni oxuyurduq; “Atalarınızı, analarınızı atmayın, zira atanızı atmağınız sizing üçün küfür sayılır.” (Səhih-i Müslüm, Hədlər (Hüdud) kitabı, evil qadının zina etdiyi təqdirdə rəcmedilməsinin gərəkliliyi babı; Səhih-i Buxari, hədis, 6327, 6328 və 6778; Sünəni Tirmizi, hədis 1352; Sünəni Əbu Davud, hədis 3835; Sünəni ibni Macə hədis 2543; Müsnədi Əhməd hədis 368; Müvəttə Malik hədis 1295)

25) “Əbu Musa Əşəri Bəsrə qarilərini dəvət etdi. Onun yanında 100 Quran qarisi toplandı. Əbu Musa onlara xitab edərək dedi; “Siz Bəsrə xalqının öndə gələnləri və qarilərisiniz. Quranı tilavət edin ancaq, dünya həyatı sizə çox gəlməsin ki, sizdən əvvəlkilərin qəlni kimi sizing də qəlbləriniz qatılaşar. Biz əvvəllər uzunluq və şiddət baxımından Bəraət surəsini bənzətdiyimiz bir surə oxuyurduq anacq, mən ondan bir miqdarını xatırlayıram ki, o belə idi; “Əgər insane oğlunun iki ova dolu malı olsada üçüncüsünü istəyər. İnasan oğlunun qarnını torpaqdan başqa bir şey doyurmaz.” Və yenə Müsəbbihət surə əlimizdəki oxatdığımız bir surə də oxuyurduq ki, indi unutmuşam. Amma ondan bu qədərini xatırlayıram; “Ey iman edənlər, nə üçün etmədiyiniz şeyləri deyirsiniz ki, əleyhinizə şəhadət edər və qiyamət günü ondan ötürü sorğuya çəkilərsiniz.” (Səhih-i Müslüm, Zəkat kitabı, insanın iki ova dolusu malı olsa üçünsünü istəyəy babı)

26) Aişə: “bilinən on dəf əmizirmə ayəsi nazil olan Quran mushafında vardı. Sonra bu adət beş dəfə əmmə ilə nəsx edildi. Hətta Rəsulullah (s.ə.a) bu on dəf əmizdirmə Quarn mushafında oxuyarkən vəfat etmişdi.” (Səhih-i Müslüm, Süd əmmə kitabı, təhrimin beş dəfə əmməklə sübuta yetməsi babı) – bu hədisə gətirilən bəhanə hədisdə nəx sözünün olmasıdır. Yəni ayə nəsx edilib. Ancaq hədisdə deyilir ki, hətta Rəsulullah bu ayəni oxuyarkən vəfat edib. Yəni ayə mushafda nəsx edilsədə var idi yaxşı bəs indi hanı?

27) Əbu Yunusun qızı Həmidə nəql edir ki; “Atamın səksən yaşı var idi və O, bu ayəni aişənin Quranından belə oxudu: “innəllahə və məlaikətəhu yusəllunə ələn nəbiyy, ya eyyuhəlləzinə amənu səllu ələyhi və səllimu təslimən və əlləzinə yusəllunə sufugəl əvvəl.” Həmidə deyir; “Bu hadisə o vaxt baş verdi ki, Osman hələ Quranları dəyişməmişdi. (Cəlaləddin Suyuti “Əl itiqan fi ulumil Quran, c. 2, s. 53)

28) Aişə nəql edir ki; “Rəsulullahın (s.ə.a) dövründə Əhzab surəsi iki yüz ayə oxunardı. Lakin Osman Quranı yazanda ondan yalnız indi mövcud olan miqdarı əldə edə bildik. (Cəlaləddin Suyuti “Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – görəsən qalan ayələrə nə oldu?

29) İbni Ömər dedi: sizlərdən bəziləri mütləq “mən Quranın hamısını öyrənmişəm” deyəcək. Lakin o axı haradan bilir ki, Quranının hamısı nədir? Çünkü Quranın böyük bir hissəsi aradan gedib. Buna görədə O; “mən Quranın zahirdə olanını öyrənmişəm” deməlidir. (Cəlaləddin Suyuti “Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – baş üsdə bu gündən sonar belə deyərik.

30) Ömər ibni Xəttab nəql edir; “Quarn hərflərinin sayı bir milyon iyirmi yeddi min hərf idi.” (Cəlaləddin Suyuti “Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – görəsən bu adam milyonla mini qarısdırmayıb?

Bu hədislərə bəhanə olaraq deyəcəksiniz ki, Şiədə də belə hədislər var? biz sizin cavabınızı elə indidən verək ola bilər ki, Şiədə belə hədislər olsun amma, unutmayın nə şiə o hədisləri səhih qəbul etmir, nə də hansısa bir kitaba sizin kimi səhih demir.

Əbu Bəkir, Ömər və Osman haqqında:

31) Əbu Hüreyrə nəql edir; “Rəsulullah (s.ə.a) dünyadan köçüb Əbu Bəkir “xəlifə seçildikdən” sonar və ərəb tayfaları üsyan ettikləri zaman Ömər ibni Xəttab Əbu Bəkirə dedi; “Rəsulullah (s.ə.a); “İnsanlar Allahdan başqa ilah yoxdur deyənədək onlarla vuruşun. Her kim Allahdan başqa ilah yoxdur deyərsə malını və canını qorumuş olar. Ancaq dildə deyib ürəkdə inanmasa (Əbu süfyan, Müaviyə və b. kimi) onun işi Allaha qalıb.” Buyurduğu halda sən necə insanlarla hərb edirsən?” Əbu Bəkir dedi; “Vallahi namazla zəkatın arasını ayıranlarala mütləq hərb edəcəyəm. Çünkü zəkat malın haqqıdır. Vallahi Rəsulullaha (s.ə.a) verdikləri zəkatı mənə verməsələr bundan ötrü onlarla hərb edəcəyəm.” Bundan sonar Ömər ibni Xəttab dedi; “Vallahi yaxşı anladım ki Allah Əbu Bəkirin qəlbinə döyüş istəyi verib və O, haqlıdı” (Səhih-i Müslüm, iman kitabı, Allahdan başqa ilah yoxdur, Məhəmməd (s.ə.a) Allahın rəsuludur deyənədək insanlarla vuruşmağın əmri babı) – göründüyü kimi “Sıddıq” ərəb tayfalarını zəkat vermədiklərinə görə qətl edirdi. Müsəlmanı öldürmək isə haramdır. Bu haqda Miqdad ibni Əsvəd nəql edir ki;Mən Rəsulullaha (s.ə.a) dedim; “Ya Rəsulullah (s.ə.a) nə buyurursan? Mən küfr edən bir adama rast gəlsəm və həmin şəxs mənimlə vuruşsa və əllərimdən birini qılıncla vuraraq kəssə sonar qaçıb bir ağaca sığınsa və; “mən Allaha təslim oldum” desə bu sözdən sonar onu öldürə bilərəm? Rəsulullah (s.ə.a); “Onu öldürmə” dedi. Mən; ” Axı o mənim əlimi kəsdi ondan sonar bu sözü dedi.” dedim. Rəsulullah (s.ə.a); “Onu öldürmə çünkü öldürsən o sənin onu öldürməzdən əvvəlki vəziyyətinə keçər. Sən də onu dediyi sözdən əvvəlki vəziyətdə (yəni kafir) olarsan” dedi. (Səhih-i Müslüm, İman kitabı, Allahdan bbaşqa ilah yoxdur dedikdən sonar kafiri öldürməyin haram olması babı)

32) Aişə nəql edir ki; “Fatimə binti Rəsulullah (s.ə.a) Əbu Bəkirə xəbər göndərərək Rəsulullahdan (s.ə.a) özünə Allahın Mədinəylə Fədəkdə təhsisi etdiyi malları və Xeybərin beşdə birindən qalan malları istədi. Əbu Bəkir də belə cavab verdi; “Şüpəsiz ki, Rəsulullah (s.ə.a); “Bizə mirascı olunmaz! Qoyduğumuz sədəqədir. Ancaq Məhəmmədin (s.ə.a) ailəsi bu maldan yeyər” buyurmuşdur. Vallahi mən, Rəsulullahın (s.ə.a) sədəqəsindən heç bir şeyi Rəsulullahın (s.ə.a) dövründəki halından dəyisdirmərəm. Onun haqqında mütləq Rəsulullah (s.ə.a) nə etdisə onunla əməl edərəm. Qısası Əbu Bəkir Fatiməyə (ə) bir şey verməkdən çəkindi. Fatimə (ə) bu xüsusda Əbu Bəkirdən incidi və onu tərk etdi. Ölənədək onunla danışmadı. Fatimə (ə) Rəsulullahdan (s.ə.a) sonar altı ay yaşadı. Vəfat etdiyi vaxt onu əri Əli ibni Əbu talib (ə) gecə dəfn etdi. Onun vəfatını Əbu Bəkirə xəbər vermədi. Namazıni Əli (ə) qıldı. Fatimənin həyatı müddətində Əli insanlardan etibar görürdü. O vəfat etdiyində Əli xalqın etibarını itidi və Əbu Bəkirlə barışaraq beyət etmək istədi. O aylarda hələ beyət etməmişdi. Və əbu Bəkirə; “Bizə gəl amma səninlə birlikdə heç kim gəlməsin” deyə xəbər göndərdi. (bunu Ömər ibni Xəttab gəlməsin deyə edirdi) Buna görə Ömər Əbu Bəkirə; “Vallahi onların yanına yalnız getmı” dedi. əbu Bəkir isə; “mənə nə edəbilər ki? Vallahi mən onlara gedəcəm” dedi. Bundan sonar Əbu Bəkir onlara getdi. Əli ibni Əbu talib şəhadət gətirdi sonar bunları dedi; “Ya Əbu Bəkir biz sənin fəzilətini və allahın sənə olan ehsanını bilirik! Lakin sən bu işdə (xilafətdə) bizə qarşı istibdad (zülm) göstərdin. Bizözümüz üçün bu işdə bir haqq görürdük.” Əli (ə), Əbu Bəkirlə danışmağa davam etdi. Nəhayət Əbu Bəkirin gözləri doldu. Əbu Bəkir sözə başlayıb bunları dedi; “Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, Rəsulullahın (s.ə.a) yaxınları mənim üçün öz yaxınlarımdan daha önəmlidir. Mənimlə sizing aranızda olan ixtilafa gəlincə; “Heç şüpə yoxdur ki, mən bunlar haqqında haqda qüsur etmədim! Rəulullahın (s.ə.a) etdiyini gördüyüm bir işi etdim!” Bundan sora Əli ibni Əbu Talib (ə); “beyət üçün vaxtım zöhrdən sonradır” dedi. Əbu Bəkir zöhr namazı qildiqda Əli (ə) minbərə çıxaraq şəhadət gətirdi və öz halını, beyəti nə üçün gecikdirdiyini, Əbu Bəkirə etiraz etdiyini anlatdı. Sonra dedi; “biz bu işdə özümüz üçün bir nəsib görürdük. Ancaq bizə qarşı istibdad göstərildi, biz də incidik!” dedi. Müslümanlar buna sevindi və; “düz dedin” dedilər. Əmr-i marufaqayıtdığı vaxt müsəlmanlar əliyə (ə) yaxın oldular. (Səhih-i Müslüm, Cihad kitabı, Rəsulullahın (s.ə.a); “Bizə mirascı olmaz, ne qalsa o sədəqədir” hədisi babı) – Əbu Bəkirin burada sübut gətirdiyi hədis həm uydurmadır, həm də mövzuya sübut ola bilməz. Hədisin uydurma olduğu onu Quranla tutuşdurduqda açıq-aşkar bilinir. Zira allahu Teala buyurur ki; “Süleyman Davuda mirascı oldu” (Nəml surəsi, ayə 16). Sünnülər isə iddia edirlər ki, ayədəki mirasdan məqsəd mal deyil, peyğəmbərlik, elm və hikmətdir. Bu iddiaya 2 tənqidimiz var. birincisi; peyğəmbərlik Allahın seçimiylə olur və peyğəmbər özündən sonrakı peyəbərin vəsfini verir onu seçmir. Ikincisi; Süleyman (ə) mülkdə və hökümətdə də davuda (ə) varies olmuşdu. Hədisin mövzuya sübut ola bilməyəcəyinə gəldikdə isə; hədisin mətnindədə olduğu kimi xanım Fatimə (ə) mirası yox “Rəsulullahdan (s.ə.a) özünə Allahın Mədinəylə Fədəkdə təhsisi etdiyi malları və Xeybərin beşdə birindən qalan malları istədi”.

33) “Rəsulullah (s.ə.a) Əbu Bəkiri Xeybərin bir qalasını almağa göndərdi, amma o, qələbəsiz qayıtdı. Bunu görən Rəsulullah (s.ə.a) dedi; “Sabah mən bayrağı elə bir kəsə verəcəyəm ki, O, Allahı və rəsulunu (s.ə.a) sevir, Allah və rəsuluda (s.ə.a) onu sevir. Allah Ona qələbə bəxş edəcək və O, qaçmayacaq” (İbni Hişam “Sirə”, 7-ci hicri ilində Xeybərəyürüş bölməsi) – deməli “Sıddıq” döyüşdəndə qaçırmış.

34) Əbu Nədr nəql edir; “Rəsulullah (s.ə.a) Uhud Səhidləri üçün; “Bunların imanla əməl etdiklərinə mən şahidəm” dedikdə Əbu Bəkir; “biz onların dostları deyilmiyik ya Rəsulullah(s.ə.a)?” dedi. Onlar kimi biz də müsəlman olduq, onların cihad etdiyi kimi biz də etdik” dedi. Bundan sonra Rəsulullah; “Bəli etdiniz amma, məndən sonra nə edəcəyinizi bilmirəm” dedi. Bu sözü eşidəndə Əbu Bəkir ağladı. Sonra dedi; “Səndən sonra biz beləmi olacağıq?” dedi. (Malik bin Ənəs “Müvəttə, cihad kitabı, Allah yolunda şəhid olmağın fəziləti babı)

35) Səid ibni Əbdürrəhman ibni Əbza atasından nəql edir; “Bir adam Ömərin yanına gələrək; “Mən cünub oldum və su tapa bilmədim necə namaz qılım” dedi. Ömər; “Namaz qılma, cavabını verdi. Bundan sonra Əmmar; “xatırlayırsanmı ya Ömər mən səninlə bir səfərdə idim. İkimizdə cünub olduq ancaq, su tapa bilmədik. Sən namaz qılmadın amma, mən torpaqda sürtünərək namaz qılmışdımş Rəsulullaha (s.ə.a) dedikdə dedi ki; “sənə sadəcə əllərini yerə vurmaq, sonra üfürərək onlarla üzünə və qollarına məsh etməyin bəs edərdiş” Bundan sonra Ömər; “Allahdan qox ey Əmmar” dedi. Əmmar isə “istəyirsən bunu heç kimə deməyim” cavabını vermişdi.” (Səhih-i Müslüm, Heyz kitabı, Təyəmüm babı) – göründüyü kimi “raşidi xəlifə” Allahın kitabının əksinə hökm verir. Görəsən O, “Allahın ayələri ilə hökm etməyənlər kafirlərdir” ayəsini eşitməyib. Sünnülər deyəcəklər; “Ömər ictihad edib”. Biz isə deyirik; “allahın hökmü qarşısında?”

36) İbni Abbas ® nəql edir ki; “Rəsulullah (s.ə.a) və Əbu Bəkir və Ömərin xilafətinin iki ilində 3 təlaq bir sayılırdı (yəni kişi əsəbiləşib bir dəfəyə 3 dəfə təlaq desədə bir sayılırdı). Ancaq Ömər ibni Xəttab; “İnsanlar özlərinə möhlət verilmiş olan bir işdə tələsirlər. Kaşki bunu onlara infaz etsəydik dedi” və onu infaz etti (yəni kim bir dəfəyə 3 dəf təlaq desə qadın ona haram olar)” (Səhih-i Müslüm, Təlaq kitabı, 3 təlaq babı) – yenədə eyni şey Allahın kitabıyla müxalifət və “raşidi xəlifə”

37) Ənəs ibn ən Nədr nəql edir; “Ənəs ibn Malikin əmisi Ömər ibn Xəttabı və Təlhə ibn Übeydullahı bir neçə ənsar və muhacirlə birgə bir yerdə bir qayanın altında oturduqlarını (yəni gizlədiklərini) gördü və burda niyə oturmusunuz soruşdu? Onlar dedilər; “Rəsulullah (s.ə.a) öldürülüb!” Ənəs dedi; “Rəsulullah (s.ə.a) ölübsə bəs siz niyə burada oturmusunuz? Siz də onun vuruşub öldüyü şeyə (İslama) görə vuruşub ölməli idiniz” sonra müşriklərin üstünə hücum etdi və şəhid oldu. (İbni Hişam “Sirə”, Uhud döyüşü bölməsi)

38) Rəsulullah (s.ə.a) Ömər ibni Xəttabı çağırıb onu Məkkəyə Qureyşlilərə onu səfərinin məqsədini açıqlaması üçün göndərmək istəyəndə Ömər; “Ya Rəsulullah (s.ə.a) məni göndərmə. Mən qorxuram ki, onlar məni öldürərlər, axı orada məni qoruyan heç kəs yoxdur. Mən sənə məsləhət görərdim Məkkəyə mənim yerimə Qureyşlilərin məndən daha çox hörmət etdiyi Osmanı göndərəsən. (İbni Hişam “Sirə”, Hüdeybiyyəyə yürüş bölməsi)

39) Salim ibni Abdullah atasından nəql edir ki; “Rəsulullah (s.ə.a) Minada ve daha başqa yerlərdə yolçu olanda namazı iki rükət olaraq qılıb. Əbu Bəkir, Ömər və xilafətinin ilk dövürlərində Osmanda her zaman iki rükət qılıblar. Sonralar Osman Minada dörd rükət qılıb” (Səhih-i Müslüm, Yolçuların namzı kitabı, Minada namaz babı) – sünnülər deyir; “Osman ictihad edib”, biz deyirik; “xeyir Osman sünnətin xilafına hərəkət edib. Məgər O, Rəsulullahdan (s.ə.a) daha imanlı idi ki, dörd rükət qılırdı?”

40) Səid ibni Müseyyib nəql edir ki; “Əli (ə) ilə Osman bir yerə gəldilər, Osman mütəni və ümrəni nəhy edirdi. Əli (ə) dedi; “Rəsulullahın (s.ə.a) etdiyi bir işə qarşı nə demək istəyirsən, onu niyə qadağan edirsən?” Osman dedi; “bizdən bunu soruşmaqdan əl çək”. Əli (ə) isə cavabında; “mən səni qoymaram” dedi. Bunadan sonra Əli (ə) caiz bildiyi üçün mütə ilə ümrənin ikisinə birdən niyət edtdi.” (Səhih-i Müslüm, Həcc kitabı, Təməttu babı) – görünür Ömər və Osman özlərini Rəsulullah (s.ə.a) və Elm şəhərinin qapısı olan Əli ibni Əbu Talibdən elmli bilirmişlər.

41) Döyüşdən sonra Rəsulullah (s.ə.a) Osmanı görən olmayıbmı deyə soruşdu. Onu ölülərin arasında axtarmağa başladılar amma, sonra məlum oldu ki, o bütün döyüş boyu dağların arasında gizlənib. O döyüşdən bir müddət sonra qayıdıb gəldi. (Təbəri “Tarix ər-rəsul vəl müluk”, c. 3, s. 185)

Sünnülər bu üç nəfəri Əmirəlmöminin Əli ibni Əbu Talibdən (ə) üstün bilirlər. Biz isə sual edirik nə üçün, əsas nədir? Əli (ə) Əbu Bəkir kimi zəkat verməyən müsəlmanları qətl etməyib deyəmi? Rəsulullahın (s.ə.a) qızının haqqını qəsb etmiyib deyəmi? Yoxsa Əbu Bəkir kimi qaçmayıb deyəmi? Nə üçün Ömər Əlidən (ə) üstündür? Allahın kitabının əksinə hökm verdiyi üçünmü? Rəsulullahın (s.ə.a) sünnəsinin xilafına hərəkət etdiyi üçünmü? Yoxsa qorxduğu üçünmü? Niyə Osman Əlidən (ə) üstündür? Sünnənin ziddinə olduğu üçün? Yoxsa qaçdığı üçün? Şiənin inancı budur ki; “Əli (ə) elmin qapısı, Allahın qılıncı və şiri, Mərdlərin şahıdır, nə səhabə, nə də ümmət içərisində onun tayı bərabəri yoxdur, ola bilməz”

Xurafələr:

42) Əmr ibni Meymun rəvayət edir ki; “Cahiliyyət dövründə zina etmiş bir meymunun başına çoxlu meymunların toplaşdığını gördüm. Meymunlar onu (zina etmiş meymunu) daşlayırdılar. Mən də meymunlara qoşulub onu daşladım. (Səhih-i Buxari, Ənsarın fəzilətləri kitabı, Cahiliyyə günləri babı) – elə bu hadisədən sonar ya meymunlar zinanı yığışdırıb, ya da ki zina meymunlara halal edilib ki, daha heç bir meymun rəcm edilmir.

43) Ənəs nəql edir ki; “Bir nəfər Rəsulullahdan (s.ə.a) qiyamət günün vaxtını soruşdu. Onun yanında Ənsardan olan bir cavan oğlan var idi. Rəsulullah (s.ə.a) buyurdu; “Əgər bu cavan oğlan yaşayıb qocalmasa qiyaməti görəcəkdir.” (Səhih-i Müslüm, Fitnə kitabı, Qiyamətin yaxınlaşması babı) – deməli bu oğlan ya hələdə yaşayır, ya da qiyamət olu bizim xəbərimiz yoxdur.

44) Aişə nəql edir ki; “Səhlə binti Süheyl Rəsulullahın (s.ə.a) yanına gələrək; “Ya Rəsulullah (s.ə.a)! Mən Əbu Hüzeyfənin köləsi Salimin yanıma gəlməsindən Əbu Hüzeyfənin üzündə nigarançılıq hiss edirəm” dedi. Rəsulullah (s.ə.a); “Onu əmizdir” dedi. Səhlə; “böyük adam olduğu halda onu necə əmizdirim?” dedi. Bundan sonra Rəsulullah (s.ə.a) gülümsədi və; “onun böyük bir adam olduğunu bilirəm” dedi. (Səhih-i Müslüm, süd əmmə kitabı, böyük insanın süd əmməsi abı) – yəni böyük insan qadının döşünü əmə bilər başa düşdüm elə isə hərəmiz bir qadın tapıb döşünü əmməyə başlayaq.

ƏHLİ SÜNNƏ VƏl cəmaat

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) 1 .

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – sallallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır 2 .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir» 3 .

Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın insanları haqq-hesab və cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi Qiyamət günüdür. Ona bu adın verilməsinin səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6). «O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).

İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, Qiyamət qopmadan öncə bəzi əlamətlər göndərmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir Peyğəmbərdir. Şübhəsiz ki, Qiyamət əlamətlərindən bir çoxu artıq görsənmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – nə xəbər vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların təsdiqi və imanı daha da artmaqdadır. Həqiqət olan bu əlamətlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.

İmanın altı şərtindən biri də Axirət gününə imandır və bu İslamın təməllərindən biridir. Çünki Allahın birliyinə iman, Axirətdə təkrar dirilməyə imanı vacib edir. Axirət gününə və onun başlanğıcı olan əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə imanı Quranda çoxluqla Allaha imanla birlikdə zikr edilmiş olaraq görürük. “. Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (ət-Taləq 2). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).

Yenə Quranın hər bir səhifəsinə baxdıqda ya Axirət günündən bəhs edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast gəlirik.

İslam düşüncəsindəki həyat sadəcə bu qısa dünyadakı həyat və ya insanın oradakı qısa ömrü deyildir. Əksinə İslam düşüncəsindəki həyat zaman olaraq əbədiyyata qədər uzanan bir həyatdır. Məkan olaraq da genişliyi göylər və yer qədər olan bir Cənnət, ya da yer üzündə min illərdən bəri yaşayan nəsilləri qucağına alan bir atəşdir. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. ». (əl-Hədid 21). “O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir”. (Qaf 30).

Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan yaxşılıq və əzaba iman etməsi vacibdir. Yoxsa heç bir bəşər qanunu Allaha və Axirət gününə olan iman kimi insanı doğru yola yönəltməz. Allaha və Axirət gününə inanan insanın yaşayışı ilə bunlara inanmayan insanın yaşayışı arasında böyük fərq vardır. Bu üzdən Allaha və Axirət gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh əməllərin və azuqənin olduğunu bilir. Axirətə inanan göydəki tərəziyə görə əməl edər, yerdəki tərəziyə görə deyil. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).

Bu şüur Allaha və Axirət gününə imanın əsəridir, işin sonunu düşünmək, göylərin, yerin və dağların yüklənməkdən çəkindiyi, lakin insanın üzərinə aldığı o, böyük əmanətdir. Əmanət isə istər kiçik, istər böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”. (Ali İmran 30). (Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).

İnsanın xeyiri sadəcə özünə qarşı deyildir. Əksinə etdiyi yaxşılıq heyvanlara qədər uzanır. Ömər – radıyallahu anhu – dan rəvayət edilən məşhur sözündə o, deyir: “Əgər İraqda bir qatırın ayağı axsayaraq qırılarsa düşünürəm ki, Allah: “Ey Ömər! Nə üçün onun yolunu düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən soruşar 4 .

Allaha və Axirət gününə inanmayan bir kişi isə bu dünyadakı məqsədinə çatmaq üçün bütün gücüylə çalışır, işinin ardıyca o, qədər düşür ki, yorğunluqdan dili çölə çıxır. Mal toplamağa qarşı hədsiz hərisdir. Özü kimi qazanmaq istəyən insanlara mane olur. Onun məqsədi dünyadır, dünyanı ən böyük qayə və məşğuliyyət etmişdir. Hər şeyi öz şəxsi mənfəətinə görü ölçər, başqaları onu heç maraqlandırmaz, dönüb baxmaz da belə. Əgər ona bir faydası olarsa yalnız o, zaman onunla maraqlanar. Elə bir dünya ki, bir az güldürsə çox zaman ağladır. Bir gün sevindirsə aylarla üzər. Ağrıları sevincdən çoxdur. Qorxularla başlayar, sonda tələf olmaqla bitər. Bu həyatda yaşayar və ömrünü sona sürdürər. Çünki o, öldükdən sonra dirilmənin imkansız olduğunu düşünürdü. “Lakin insan (bundan sonra da) önündəkini (Qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar”. (əl-Qiyamət 5-6). (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”. (əl-Ənam 29). Belə bir kimsə bu dünyada çox uzun yaşamağı sevdiyindən öldükdən sonra dirilməyi istəməz. Yenə də onlar Axirətdəki əzaba dözəbilməyəcəklərini bildikləri üçün bu dünyadan ayrılmağa cəsarət etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).

Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq Qiyamətin böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). «….Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.

BİTİRDİM MİLADİ: 4 NOYABR 2009-CU İL

HİCRİ: 16 ZUL QADƏ 1430-Cİ İL

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)

PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN XƏBƏR VERMƏSI

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Qiyamətə qədər olacaq, olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona verdiyi xəbərlərdəndir. Xuzeyfə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə bir xütbə verdi. Bu xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər verdi. Bu xəbərləri yadında saxlayan saxladı, saxlamayan isə unuttdu. Necə ki, bir nəfər birini tanıdıqdan sonra unudar, təkrar gördükdə isə xatırladığı kimi mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in söylədiyi şeylərdən unutduqlarım baş verincə xatırlayırdım (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə Qiyamətə qədər olacaqları xəbər verdi. Mən ondan olacaq hər şeydən soruşdum, yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım” 5 . Əbu Zeyd Amr b. Ahtab əl-Ənsari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı və bizə Zöhr namazına qədər xütbə verdi və endi. Namaz qıldı, sonra minbərə çıxdı. Günəş batana qədər xütbə verdi. Bizə olmuş və olacaq şeyləri xəbər verdi. Onların ən yaxşı bilənimiz ən çox əzbərləyənimiz-dir” 6 . Xuzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki: “Vallahi mən Qiyamətə qədər olacaq fitnələri insanlar içində ən yaxşı bilənəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu şeyləri başqa heç kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – fitnələri mənim də içində olduğum bir məclisdə xəbər verdi. Xuzeyfə: “Məndən başqa o, məclisdə olanların hamısı getdi”. Bu səhih dəlillər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətini Qiyamətə qədər olacaq və onları maraqlandıran şeylərdən xəbərdar etdiyini göstərir. Heç şübhə yox ki, qeyb xəbərləri içində ən böyük payı Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.

QİYAMƏT VAXTININ YAXINLAŞMASI

Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını xəbər verməkdədir. Qiyamətin bir əlamətinin görülməsi onun yaxınlaşdığını göstərir. “İnsanların haqq-hesab vaxtı (Qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya 1). “Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona inanırıq)”. (əl-Məaric 6-7). “O saat (Qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı”. (Qəmər 1). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Qiyamətin başlanğıcında göndərildim” 7 . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin” 8 .

QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ

Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:

1. Kiçik Əlamətlər – Bu əlamətlər çox uzun zaman davam edən və təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki içilməsi, binaların ucaldılması və s.

2. Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s 9 .

Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də alimlərin oldu və bitti dedikləri əlamətlərdən başladım. Diqqət çəkiləsi məsələlərdən biri də bəzi insanların Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamət əlamətlərinin çəkinəlisi və qadağan olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamətin əlamətlərinin hamısı çəkinəlisi və ya pis əlamət deyildir. Onların içərisində xeyirli olan əlamətlər də vardır.

PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD – Sallallahu Aleyhi Və Səlləm – İN GÖNDƏRİLMƏSİ

Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər» 10 . İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm» 11 .

ONUNLA PEYĞƏMBƏRLİYİN, RİSALƏTİN SONA YETMƏSİ VƏ PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – İN VƏFAT ETMƏSİ

Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü» 12 . Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu 13 . Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər – radıyallahu anhum – onun süd anasını ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər – radıyallahu anhum – da ağlamağa məcbur etdi 14 .

BEYTUL-MƏQDİSİN FƏTH EDİLMƏSİ

Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi» 15 . Ömər – radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur və orada bir məscid də inşa edilir 16 .

TAUN XƏSTƏLİYİ

Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır” 17 . İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Bu əlamət Ömər – radıyallahu anhu – nun zamanında Qütsün fəthindən sonra Amvasta baş vermişdir” 18 . Taun hicrətin 18-ci ilində Amvasta baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Əbu Ubeydə b. Cərrah – radıyallahu anhu – da bu xəstəlikdən ölmüşdür 19 .

MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN VERİLƏCƏK KİMSƏNİN OLMAMASI

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Aranızda mal çoxalmadıqca Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım yoxdur” deyəcəkdir 20 . Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlara elə bir zaman gələcək ki, əldə qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin zəkat veriləcək kimsə tapılmayacaqdır” 21 . Adiy b. Hatim – radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında ikən bir nəfər gəlib yoxsulluqdan şikayət etdi. Sonra digər bir nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy! Hirə şəhərini gördünmü?” deyə buyurdu. Adiy: “Xeyr, yalnız eşitdim” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa dəvə üzərində bir qadının Allahdan başqa kimsədən qorxmadan Kəbəyə gəlib təvaf edəcəyini görəcəksən” deyə buyurdu. Öz-özümə: “Bizim Tai qəbiləsinin yol kəsənləri varaaa! (Onların əlindən hara gələ bilər)” dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa Kisranın xəzinələrinin fəth ediləcəyini görəcəksən” deyə buyurdu. Mən: “Kisra b. Hurmuzmu?” dedim. Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz və əgər ömrün uzun sürərsə qızıl və gümüş dolu kisəsini çıxarıb zəkat vermək istəyən adamı görürsən. Lakin zəkat alacaq kimsə olmayacaqdır (tapmayacaqdır). Hər biriniz mütləq bir gün gələcək aranızda heç bir pərdə, tərcüməçi olmadan Allahla qarşılaşacaqsınız. O, zaman Allah: “Səni təbliğ edən bir Peyğəmbər göndərmədimmi?” deyə buyuracaq. O: “Bəli, göndərdin” deyəcəkdir. Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq. Qul: “Bəli, Ey Rəbbim, verdin” deyib sağına baxacaq Cəhənnəmdən başqa bir şey görməyəcəkdir, soluna baxacaq Cəhənnəmdən başqa bir görməyəcəkdir”. Adiy – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın yarısı da olsa onu sədəqə verib özünüzü Cəhənnəmdən qoruyun. Kim yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın gördüm. Kisra b. Hurmuzun xəzinələrini ələ keçirənlər arasında mən də var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi kisəsini çıxaran o, adamı görəcəksiniz” dedi 22 . Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xəbər verdiyi bu əlamətlər həqiqət olmuşdur. Səhabələrin zamanında İran və Bizansda edilən fəthlərdən sonra mal çoxalmışdır. Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi – nin dövründə isə sel kimi axmışdır. Belə ki, sədəqə və zəkat veriləcək bir nəfər də belə tapılmamışdır. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Böyük ehtimalla İsa və Mehdi – əleyhimussəllam – ın dövründə, yəni axır zamanlarda da mal çoxalacaqdır”. Doğrusunu Allah bilir!.

Əhli sünnə kitabları

Əhli-sünnə kitablarında Ömər ibn Xəəttabın əsl-nəsəbi.

Şeyx Yusif Bəhrani “Şaxeye Tuba” kitabının 1-ci səhifəsində və Muhəmməd ibni Əs Saib Kəlbi və Əbi Muxnəf Lut ibni Yəhya Əzdi özünün “Salət” kitabında “Səhabələrin tanınması” xüsusunda və “Tənqih” kitabında əsl-nəsəblərin tanınması xüsusunda Əbdullah ibni Səyabədən nəql etmişlər ki, o belə deyir: ”Nikahi şübhə”ərəblər arasında halal sayılırdı, hətta kəbindən əmələ gələn uşaqdan da təmiz və nəcib sayılırdı. Ərəblər biri-birinin yanında, heyvanlarının və özlərinin bu cür nikahdan dünyaya gəlmələrindən fəxr edirdilər. Sonra deyir: Nufeyl Həbəşistandan olan qul idi və Kəlb ibni Luy ibni Ğalib Qureyşinin qulu idi. Kəlb dünyadan köçəndən sonra Əbdül Müttəlib ona sahib oldu. Onun Səhhak adlı bir kənizi var idi ki, o cənaba Həbəşistandan göndərilmişdi. O cənab, yəni Əbdül Müttəlib gündüzlər Nufeyli dəvələri otarmağa, Səhhakı isə qoyunları otarmağa göndərirdi və həmişə onları bir-birindən ayrı salardı ki, zina etməsinlər. Nüfeyl Səhhaka aşiq idi. Əbdül Müttəlib zina etməməsi üçün Səhhak üçün dəridən alt paltarı hazırladır və ona qıfıl da vurdurur və açarını da həmişə özündə saxlayırdı. Nufeyl Səhhakla zina etmək istəyəndə Səhhak ona dedi ki, bu iş ola bilməz, çünki altda qıfıllı paltarlım var. Nufeyl belə dedi: Mən bu saat ona qarşı hiylə işlədərəm. Bir az qoyun piyi götürüb dəridən olan alt paltarını və onun ətrafını yağladı. Səhhkın alt paltarını aşağı çəkib onunla zina etdi. Səhhak Xəttaba hamilə oldu. Elə ki Səhhak həmlini yerə qoydu, Əbdül Müttəlib (ə)-ın qorxusundan körpəsini zibilliyə atdı. Bir çörək pişirən yəhudi qadını onu götürüb tərbiyə etdi. Xəttab böyüyüyb boya-başa çatdı , özünə odunçuluq peşəsini seçdi. Bu peşəsinə gorə ona Həttab deyirdilər. Bu söz sonralar deyilişdə təhrif olunaraq Xəttab oldu. Anası Səhhak hərdən bir gizlində ona baş çəkirdi. Bir gün anası Səhhak onun yanında qabağa əyilən zaman arxa ombasından lüt gorsənir və bu hal oğlu Xəttabın şəhvət və ehtiras hisslərini cuşa gətirir və Xəttab anasına arxadan yaxınlaşıb onunla zina edir. Bu zinadan Səhhak Həntəmə adlı qız uşağına hamilə olur. Səhhak bu qız uşağını da doğandan sonra onu zibilliyə atır. Hişam ibn Muğeyrə ibni Vəlid onu zibillikdən götürür və tərbiyə edir və buna görə də Həntəməni səhvən Hişama nisbət verirlər. Xəttab Hişamın evinə get-gəl edirdi. Bir gün Xəttab Həntəməni Hişamın evində görəndə ona vurulur və elçi düşür. Hişam Həntəməni Xəttaba verir və bu evlilikdən Ömər dünyaya gəlir. Beləliklə Xəttab Ömərin həm atası olur, həm ana babası olur,çünki Ömərin anası Həntəmə Xəttabın qızıdır, həm də dayısı olur,çünki Səhhak Həntəmə və Xəttabın anasıdır, Həntəmə və Xəttab bacı-qardaşdırlar. Həntəmə həm Ömrəin anası, həm bacısı olur,çünki Ömər və Həntəmə bir atadandırlar, yəni Xəttabdandırlar və həm də bibisi olur,çünki Həntəmə və Xəttab bir anadandırlar, yəni anaları Səhhakdır.
Muhəmməd ibnis-Sailin “Məsalib” adlı kitabında belə qeyd olunur: Səhhak Nufeyl ilə zina etdikdən sonra Əbdül Əziz ibni Riyah ilə də zina edir və buna görədə Ömərin atası Xəttab bu ikisinə aid edilir. İbni Həccac Bağdadi adlı şair demişdir: o kəs ki, babası həm dayısı, həm də atasıdır. Anası da həm bacısı, həmdə ki, bibisidir, belə əsl-nəsəbi olan bir şəxsin ləyaqətidir ki, Peyğəmbərin (s) vəsisini düşmən tuta və “Qədir Xum” zamanı etdiyi beyəti inkar edə.
Xoyi “Nəhcul Bəlağənin” şərhini 50-ci səhvəsində belə qeyd edir: Əllamə Hilli “Kəşful- Həqq” kitabında yazır: Kəlbi Əhli-sünnədəndir ki, öz “Məsalib” adlı kitabında belə demişdir: Səhhak həbəşi bir kəniz idi və Haşim ibni Əbdül Manafa aid idi. Nüfeyl ibni Haşim onunla zina etdi və ondan sonra Əbdül Üzza ibni Riyah onunla zina etdi. Sonra Səhhak Nüfeyl adlı bir uşaq dünyaya gətirdi ki, o uşaq Ömər ibni Xəttabdır .
Xəlili adlı Əhli sünnə aliminin “Nihayətud Taləb” kitabında belə qeyd edilir: Xəttab eşşək satan idi. Xəttab onun əsl adı deyil, onun ləqəbidir bu ad ona görə qoyulub ki,anası zinakar idi və anasına zina edənlər çox xitab etdiklərinə görə Xəttab adlanırdı.Xəttab, yəni zina üçün çox çox xitab olunan.
Hişam ibnis-Sayib Kəlbi Əhli sünnənin alimlərindəndir. O özünün “Məsalibus–Səhabə” kitabında və həmçinin Kəlbi Şafei adlı alim belə demişlər: Səhhak Həbəşi bir kəniz idi və Haşim ibni Əbdül Manafın kənizi idi. Nufeyl ibni Hişam adlı birisi onunla zina etdi və Əbdül Üzza adlı körpə dünyaya gəldi. Sonra Əbdül Üzza anası Səhhakla zina etdi və bundan Nüfeyl adlı körpə dünyaya gəldi ki, Ömərin babası idi və deyirlər ki, Ömərin 7 arxa ata-babalarının hamısı haramzadə olmuşlar.
Eyni zamanda Ömər xəlifə olan dövrdə Əmr ibni As Misirin valisi idi. Ömər onu Mədinəyə çağırdı. Bu çağırışdan sonra Əmr ibni As Ömərin yanına gəldi. Ömər ondan soruşdu: Neçə günə yol gəlmisən? Əmr As dedi: 20 günə. Ömər onu məsğərəyə qoyub kinayə ilə belə dedi:Lap aşiqlər kimi gəlmisən ki. Əmr As cavabında belə dedi: Ey Ömər, Mən sənin kimi zinakar qadının boynuna heyz halında düşməmişəm və məni fahişə qadınlar doğulandan sonra öz heyz qanına bulaşmış əskilərinə qundaqlamamışdılar .
Ömər ibni Xəttab fahişələrin bədnam məhəlləsində, fahişələr arasında dünyaya gəldi və elə ki, körpəni bükməyə paltar tapmadılar , onu fahişələrdən birinin heyz qanı bulaşmış əskisinə bükdülər. Bütün bu mətləblər aşağıdakı Əhli-sünnə mənbələrindən götürülmüşdür:
1) İbni Əsr “Ən-Nihayə fi ğəribil hədis”: c.1, səh.15
2) İbni Əbil –Hədid Şafei “Şərhi Nəhcul -bəlağə”: c.12, səh.39
Həmçinin Ömər ibn Xəttab belə demişdir: Ey camaat! Öz əsl-kökünüzü öyrənin və heç kəs Xəttabdan o tərəfə mənim öz əsl-kökümü soruşmasın (“Tarixul- Mədinətul -münəvvərə”: c.3, səh.797)
Şərqin böyük şairi Əbul Qasim Firdovsi də Ömərin əsl-kökünü göstərən və tənqid edən bir şer yazmışdır. Şair Firdovsi belə demişdir:
Kəsi ra ku pedər xalu bud və şər Peyğəmbər
Mosalmanəş məxan ku həst yekrəh kafir və tərsa
Hər an kəs ra ke başəd madərəş xahər
Rəva nəbud ke u bər paye mənbər nəhəd əz bihəyaye pa

O kəsin ki, atası həm də dayısıdır.
Peyğəmbərin şəriəti ilə onu müsəlman çağırma ki, o kafir və xristiandır.
Və o kəsin ki, anası bacısı ola layiq deyili ki, Peyğəmbər minbərinin pillələrinə həyasızcasına qədəm qoya.
Böyük şiə alimlərindən sayılan Müqəddəs Ərdəbili öz “Həqiqətuş-şiə” adlı kitabında belə yazır: Elə ki, Əbdül-Müttəlib Xəttabın anası ilə zina etməsindən xəbərdar oldu, Xəttabın qulaqlarının kənarına və alnına dağ basdırdı və Səhhakı isə Məkkədən qovdu. Səhhak isə ömrünün axırına qədər Taifdə yaşadı. Ömər bunun hayıfını Əbdül-Müttəlib övladlarından çıxdı. Fədək bağını Fatimeyi-Zəhra(ə)-dan qəsb etdi, xüms payından Əhli-beyt(ə)-ın payını vermədi və dövlət çevrilişi edərək İmam Əli(ə)ın haqqını neçə dəfə qəsb etdi. Peyğəmbər (s)-in evini yandırdı və sairə zülmləri Əhli-beyt (ə)-a etdi və Əbdül-Müttəlib övladlarının qəlblərinə dağ basdı.
“Hədiqətuş-şiə”: səh.371-372
Bəzi mənbələrdə Səhhakın 10 qul ilə zina edəndən sonra Xəttabı dünyaya gətirdiyi qeyd olunur.

“İbrət alın ey ağıl sahibləri “(Həşr surrəsi:2).

Comments are closed, but trackbacks and pingbacks are open.