Hli-sünnə etiqadı
19- Qəbir ziyarəti caizdir. Ənbiya və övliyanın qəbirlərinə gedib onların hörmətinə dua etmək və onlardan kömək istəmək caizdir. (Vəhhabilər isə buna şirk deyirlər. Bu səbəbdən sünni və şiələrə müşrik və ya kafir deyirlər.)
Əhli sünnə namaz öyrənmək
SUALLAR VƏ CAVABLAR
- Mövzuların dəstələrə ayrılması
- |
- Açar sözlərlə axtarış
- |
- Sualları məfhum baxımdan ələ gətirmək
- |
- Ən çox baxılan
- |
- ابر کلمات Bismillahir-Rəhmanir-Rəhim Salamun aleykum Əhli-beyt əleyhimussəlamdan çatan hədislərə əsasən əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə cayizdir, lakin vacib deyil. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər. Əhli-sünnə məzhəbləri alimləri əli bağlı namaz qılmağın necəliyi və keyfiyyətində də nəzərləri ixtilaflıdır. Əhli-beytin (əleyhimussəlam) dini mənbələrində namazda əli bağlı namaz qılmağı təsdiq edən mötəbər dəlillər yoxdur. Əksinə bəzi rəvayətlərdə bu məsələnin ziddi istifadə olunur. Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Sə`ddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəz`ul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki, (الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (sallallahu əleyhi və alih) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir. Əhli-beyt əleyhimussəlamdan yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq cayiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər. Zürarənin həzrət İmam Baqir əleyhissəlamdan nəql etdiyi “həsən” sənədli hədisdə belə deyilir: “ لا تُكَفِّر فإنما يصنع ذلك المجوس ” Həzrət İmam Baqir əleyhissəlam buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9) Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir əleyhissəlamdan belə nəql etmişdir: “ قلت له : الرجل يضع يده في الصلاة وحكى اليمنى على اليسرى فقال : ذلك التكفير لا تفعله ” Həzrət İmam Baqir əleyhissəlama dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310) Əhli-beyt əleyhimussəlamın məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (sallallahu əleyhi və alih) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) əlləri açıq surətdə namaz qılmışdır. Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) əlləri açıq surətdə namaz qılmasının dəlili, Şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (sallallahu əleyhi və alih) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik: روى محمد بن عمر وابن عطاء قال : سمعت أبا حميد الساعدي في عشرة من أصحاب رسول الله صلى الله عليه وسلم منهم أبو قتادة فقال أبو حميد : أنا أعلمكم بصلاة رسول الله صلى الله عليه وسلم قالوا : فأعرض قال : كان رسول الله صلى الله عليه وسلم إذا قام إلى الصلاة يرفع يديه حتى يحاذي بهما منكبيه ثم يكبر حتى يقر كل عظم في موضعه معتدلا ثم يقرأ ثم يكبر فيرفع يديه حتى يحاذي بهما منكبيه ثم يركع ويضع راحتيه على ركبتيه ثم يعتدل فلا يصوب رأسه ولا يقنعه ثم يرفع رأسه ويقول سمع الله لمن حمده ثم يرفع يديه حتى يحاذي منكبيه معتدلا ثم يقول : الله أكبر ثم يهوي إلى الأرض فيجافي يديه عن جنبيه ثم يرفع رأسه ويثني رجله اليسرى فيقعد عليها ويفتح أصابع رجليه إذا سجد ويسجد ثم يقول الله أكبر ويرفع ويثني رجله اليسرى فيقعد عليها حتى يرجع كل عظم إلى موضعه ثم يصنع في الأخرى مثل ذلك . قالوا : صدقت هكذا كان يصلي صلى الله عليه وسلم. Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra “Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: “Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi. (Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı. Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün “Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi belə qiymətləndirmişdi: “ حديث حسن صحيح ” yəni, hədis “həsən” və “səhih”dir. Eləcə də Sunən ibn Macə, 1-ci cild, səh. 280; Sunən Əbi Davud, 1-ci cild, səh. 170, “ كتاب الصلاه باب استفتاح الصلاه ” (kitabus-səlat, bab istiftahus-səlat); Sunən Termizi, 1-ci cild, səh. 188, “ باب ما جا في وصف الصلاه ” (bab ma caə fi vəsfis-səlat); Musnəd Əhməd, 5-ci cild, səh. 424, Sunən Daremi, 1-ci cild, səh. 314, “ كتاب الصلاة باب صفة صلاة رسول الله ” (kitabus-səlat, bab sifəti səlatu Rəsulillah (sallallahu əleyhi və alih); Sunən Kubra Beyhəqi, 2-ci cild, səh. 72; Umdətul-qari, 6-cı cild, səh. 104; Səhih İbn Həbban, 5-ci cild, səh. 196-da bu hədisi nəql etmişlər. ( سنن ابن ماجة ، ج 1، ص 280 ، سنن أبي داود، ج 1، ص 170 كتاب الصلاه باب استفتاح الصلاه ، سنن الترمذي، ج 1، ص 188 باب ما جا في وصف الصلاه ، مسند أحمد ج 5، ص 424، سنن الدارمي ، ج 1، ص 314 كتاب الصلاة باب صفة صلاة رسول الله ، السنن الكبرى للبيهقي، ج 2، ص 72 ، عمدة القاري، ج 6، ص 104 ‘ صحيح ابن حبان ج 5 ص 196 ) Həmçinin, Buxari özünün Səhih Buxari kitabında, 1-ci cild, səh. 201-də (kitabus-səlat, bab sunnətil culusi fit-təşəhhud) bu hədisi müxtəsər şəkildə nəqi etmişdir. ( صحیح البخاری، ج 1، ص 201، كتاب الصلاة ، باب سنّة الجلوس في التشهد ) Əhli-sünnənin böyük alimlərindən olan Şovkani deyib: Bu hədisi “Sihah sittə” (altı mötəbər və səhih kitablar) sahibləri-Nəsaidin başqa hamısı səhih kitablarda nəql etmişdilər və Termizi bu hədisi “səhih” qiymətləndirmişdi. Qeyd edilən bu rəvayətdə göründüyü kimi ravinin qəsdi Rəsulullahın (sallallahu əleyhi və alih) namazını bütün cüziyyatı ilə kamil şəkildə bəyan etmək olmağına baxmayaraq, Rəsulullahın (sallallahu əleyhi və alih) əlləri bağlı namaz qılmasından heç bir kəlmə də nəql edilməmişdi. Əgər Peyğəmbər əkrəm (sallallahu əleyhi və alih) əlləri bağlı namaz qılsaydı bu hədisdə gərək nəql ediləydi. Ona görə ki, hədisdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) namaz halında bütün hərəkətinin cüziyyatı və əllərinin vəziyyəti bəyan edilmişdi. Deməli, məlum olur ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) əlləri açıq şəkildə namaz qılmışdı. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilən bu səhih hədis sübuta yetişdikdən sonra əlavə edək ki, şiənin və əhli-sünnədən malikilərin əlləri açıq namaz qılmaları həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qıldığı namazla tam uyğundur. Doğrudur, əhli-sünnədən bəziləri belə iddia edirlər ki, əlləri bağlı namaz qılarkən Allah taalaya daha artıq ehtiramı və Onun müqabilində xüşunu göstərir (İddia sahiblərinin tutarlı dəlilləri olmadığından bu iddiaya sığınmışlar.) Bu söz də əsassız və kökdən batildir. Daha doğrusu bir növ bid`ətdir. Çünki bu iddianın mənası həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) daha böyük və çox xüşu ilə namaz qılmaq tərzindən xəbərsiz olmasıdır. Bu isə əziz Peyğəmbərimizə (sallallahu əleyhi və alih) iftira bağlamaqdır. Ona görə ki, əgər daha yaxşı və artıq dərəcədə xüşu ilə namaz qılmaq tərzi mövcud olsaydı, öz bəndələrinin məsləhətini hər bir kəsdən yaxşı bilən, Rəhim və Rəhman olan Allah taala onu Rəsulullaha (sallallahu əleyhi və alih) əmr edərdi.
16069 Görüş İntişar
- قم، میدان معلم، مركز فقهى ائمه اطهار (عليهم السلام)
- 0098-25-37749494
- قم، سه راه بازار، جنب پاساژ موسی بن جعفر(ع)، دفتر حضرت آیت الله فاضل لنکرانی
- 0098-25-37755550
Həzrət Ayətullah Fazil Lənkəraninin ofisi üçün bütün hüquqlar qorunur. Mövzuların zikrinə ancaq mənbənin linki ilə icazə verilir.
Əhli-sünnə etiqadı
Sual: Əhli-sünnə etiqadında olmağın şərtləri nədir?
CAVAB
Əhli-sünnə etiqadından önəmli olanlardan bəzisi bunlardır:
1- Əməntudakı şərtlərin hamısına inanmaq (Xeyrin, şərin və hər şeyin Allahdan olduğuna inanmaq. İnsanda cüzi iradə var. İşlədiyi günahlardan məsuldur).
2- Əməl imandan parça deyil. Yəni ibadət etməyən və ya günah işləyən möminə kafir deyilməz. (Vəhhabilər “Əməl imanın bir parçasıdır, namaz qılmayan və haram işləyən kafirdir” deyir.)
3- İman ya vardır, ya da yoxdur. Artıb azalmaz. (Parlaqlığı artıb azalar.)
4- Qurani-kərim məxluq deyil.
5- Allah məkandan münəzzəhdir. (Vəhhabilər “Allah göydə və ya ərşdədir” deyirlər.)
6- Əhli-qiblə təkfir edilməz. (Vəhhabilər özlərindən başqa hamıya kafir deyirlər.)
7- Qəbir sualı və qəbir əzabı haqdır.
8- Qeybi yalnız Allah bilir. İstəyərsə ənbiya və övliyasına da bildirər.
9- Övliyanın kəraməti haqdır.
10- Əshabi-kiramın hamısı Cənnətlikdir. (Rafizilər “Beşi xaric səhabələrin hamısı kafirdir” deyirlər. Halbuki Quranda hamısının Cənnətlik olduğu bildirilmişdir. “Hədid,10”)
11- Əbu Bəkr Siddiq əshabi-kiramın ən üstünüdür.
12- Merac ruh və bədənlə birlikdə olmuşdur.
13- Öldürülən və intihar edən əcəli ilə ölmüşdür.
14- Peyğəmbərlər günah işləməz.
15- Bu gün üçün dörd haqq məzhəbdən birində olmaq.
16- Peyğəmbərlərin ilki Adəm əleyhissəlam və sonuncusu Muhammed əleyhissəlamdır. (Vəhhabilər həzrəti Adəmin, həzrəti Şitin və həzrəti İdrisin Peyğəmbər olduğunu inkar edirlər. İlk Peyğəmbərin həzrəti Nuh olduğunu deyirlər. Liderlərinə Rəsul (Peyğəmbər) deyən bəzi qruplar da “Nəbi gəlməz, amma Rəsul gələr” deyirlər. Buna görə də Rəsul olduğunu deyən zındıqlar törəmişdir.)
17- Şəfaət, sirat, hesab və tərəziyə inanmaq.
18- Ruh ölməz. Kafir və müsəlman ölülərinin ruhları eşidir.
19- Qəbir ziyarəti caizdir. Ənbiya və övliyanın qəbirlərinə gedib onların hörmətinə dua etmək və onlardan kömək istəmək caizdir. (Vəhhabilər isə buna şirk deyirlər. Bu səbəbdən sünni və şiələrə müşrik və ya kafir deyirlər.)
20- Qiyamətin əlamətlərindən olan Dəccal, Dəbbətül-ərz və həzrəti Mehdinin gələcəyinə, həzrəti İsanın göydən enəcəyinə, günəşin qərbdən doğacağına və bildirilən digər qiyamət əlamətlərinə inanmaq.
İmami-əzəm həzrətləri “Qiyamət əlamətlərinə təvilsiz inanmaq lazımdır” buyurur. (Fiqhi-əkbər)
Bir hədisi-şərif tərcüməsi:
“Günəş qərbdən çıxmadıqca qiyamət qopmaz. O vaxt hamı iman edər, amma iman artıq fayda verməz”. [Buxari, Müslim]
Günəşin qərbdən çıxmasını “Avropa müsəlman olacaq” deyə şərh etmək imami-əzəmin sözünə ziddir. Heç bir islam alimi şərh etməmişdir. Haşa Rəsulullah tapmaca söz söyləyir? Belə şərh etmək “Alma desəm çıx, armud desəm çıxma” sözünə bənzəyir. Necə ki, “Salat duadır, namaz adında bir şey yoxdur” deyənlər olmuşdur.Onda ortada din adında bir şey qalmaz. Bir də ki, Avropa müsəlman olanda iman niyə fayda verməsin? Günəşin qərbdən çıxması elmən də mümkündür. Dinsizlər etiraz edər deyə məcburi şərhə getmək lazım deyil. Allahu təala dünyanı indiki orbitindən çıxarıb başqa orbitə qoyar. Dönüş istiqaməti dəyişəndə günəş qərbdən çıxmış olar.
21- Axirətdə Allahu-təala görüləcək.
22- Kafirlər Cəhənnəmdə sonsuz qalar. Əzabları azalmaz, hətta getdikcə artar.
23- Məst üzərinə məsh caizdir.
24- Sultana üsyan caiz deyil.
(Bu məlumatlar “Fiqhi-əkbər”, “Nuhbətul-ləali”, “R.Nasihin”, “Məktubati-Rəbbani” və “F.Fəvaid” əsərlərindən götürülmüşdür)
Cəhənnəmdən xilas olan tək firqə
Sual: Mən din biliklərindən məhrum yetişdim. Dinimi doğru şəkildə öyrənmək istəyirəm. Müxtəlif kitablar aldım. Kitablar bir-birilərindən olduqca fərqlidir. Quran tərcümələri də fərqlidir. Öz başıma doğrunu tapmağım mümkün deyil. Eyni mövzuları müəllimlərdən soruşdum. Onlar da fərqli şeylər dedilər. Dinimi doğru olaraq öyrənmədən ölsəm üzrlü sayılaram? Yoxsa səhv bildiyimə görə məsul olaram?
CAVAB
Eyni və bənzər sualları çox adam soruşur. Hər firqə, hər qrup “Mənim yolum doğrudur” deyir. İmam Rəbbani həzrətləri buyurur:
Hədisi-şərifdə müsəlmanların 73 firqəyə ayrılacağı bildirilmişdir. Bu 73 firqədən hər biri islama tabe olub Cəhənnəmdən xilas olacağı bildirilən bu firqənin öz firqəsi olduğunu söyləyir. Qurani-kərimdə tərcümə olaraq buyurulur:
«Hər firqə doğru yolda olduğunu zənn edib sevinir». [Muminun 53 və Rum 32]
Bu müxtəlif firqələr arasında qurtuluş firqəsinin əlamətini Peyğəmbər əfəndimiz bildirmişdir:
«Bu firqədə olanlar mənim və əshabımın getdiyi yolda olanlardır». [Tirmizi]
Peyğəmbər əfəndimiz özünü dedikdən sonra əshabi-kiramı da deməyə gərək olmadığı halda onları da söyləməsi «Mənim yolum əshabımın getdiyi yoldur. Qurtuluş yolu tək əshabımın getdiyi yoldur» deməkdir.Əshabi-kiramın yolunda gedən əlbəttə əhli-sünnə vəl-camaat firqəsidir. Cəhənnəmdən xilas olan firqə tək onlardır. «1/80»
Bu gün bir çoxları da özlərinin əhli-sünnə olduğunu söyləyir. Bu baxımdan əhli-sünnə etiqadının nə olduğunu bilmək şərtdir. Bu bilindikdən sonra doğrunu, haqqı bilmək çətin olmaz.
“Şirki bağışlamaz” nə deməkdir?
Sual: Allahın bütün günahları bağışlaya biləcəyi deyilir. Halbuki ən böyük günah olan şirki bağışlamayacağı Quranda yazılmışdır. Bu xüsusu açıqlayarsınızmı?
CAVAB
Etiqad ediləcək şeylərdə bir sarsıntı olsa qiyamətdə Cəhənnəmdən heç cür xilas olmaq olmaz. Bir insanın etiqadı doğru olub işlərində [ibadətləri etməkdə, haramlardan çəkinməkdə] zəiflik olsa tövbə ilə və bəlkə tövbəsiz də əfv ola bilər. Əgər əfv olunmazsa Cəhənnəmə girsə belə sonunda yenə xilas olar. İşin əsli, təməli etiqadı düzəltməkdir. «1/193»
Yenə imam Rəbbani həzrətləri buyurur:
Hər müsəlman əhli-sünnə etiqadını öyrənməli, imanını buna görə düzəltməlidir. Əhli-sünnə alimlərinin kitablarında bildirilən etiqada uyğun gəlməyən pis, səhv etiqad və imanlar, yəni bunlara könül bağlamaq könlü öldürən bir zəhərdir. İnsanı sonsuz əzaba aparır. Əməldə, ibadətlərdə tənbəllik, zəiflik olsa bağışlana bilər. Amma etiqadda zəif davranmaq bağışlanmaz. Allahu təala buyurur:
«Allah [axirətdə] şirki [küfrü, səhv imanı] əsla bağışlamaz. Digər bütün günahları isə istədiyi kəslərdən bağışlayar». [Nisa, 48]
O halda ölməmişdən qabaq etiqadı düzəltmək lazımdır. «2/67»
Göründüyü kimi şirk, yəni küfrlə ölən əbədi olaraq Cəhənnəmdə qalar. Dünyada ikən, yəni ölmədən əvvəl şirkə [küfrə] düşən tövbə etsə bağışlanar.
Bir kafir kafirliyinə tövbə etsə tərtəmiz, günahsız müsəlman olar. Bir müsəlman da şirkə [küfrə] düşərək kafir olsa və sonra peşman olub tövbə etsə yenə müsəlman olar. Tövbə etmək üçün təkcə kəlmeyi-şəhadət söyləmək kafi deyil. Küfrə səbəb olan şeyə də tövbə etmək lazımdır. «Allah şirki bağışlamaz» sözü səhv başa düşülür. Şirklə ölən bağışlanmaz; lakin həyatda ikən dəfələrlə şirkə düşüb sonra tövbə edən bağışlanar.
☼İSLAMİADA☼
Bayram namazı iki rükətdir. Şiə məzhəbində bu namaz doqquz qunutla belə qılınır:
birinci rəkətdə həmd və surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.
İkinci rükətdə isə həmd və surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.
Bayram namazının qunutunda hər hansı dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
“Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun” .
Qeyd;duanı əzbər bilməyənlər onu kağızdan da oxuya bilərlər.
Əhli-sünnə məzhəbində bayram namazının qılınma qaydası belədir:
Bütün namazlarda olduğu kimi namaz iftitah (açılış) təkbiri ilə başlayır. (Əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra birinci rükətdə 3 təkbir gətirilir. (Hər dəfə əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra adi qayda ilə Fatihə və Qurandan bir hissə oxunur. Daha sonra rüku sonra da səcdə edilir. İkinci rükətə qalxdıqdan sonra 3 təkbir edilir. Yenə də Fatihə və Qurandan bir hissə oxunur. Bundan sonra rüku, səcdə, təhiyyat, salamlar edilir. Bundan sonra imam iki xütbə oxuyar. Və nəhayət bununla da bayram namazı bitmiş olur.
Comments are closed, but trackbacks and pingbacks are open.