Press "Enter" to skip to content

Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı – Paşa ƏLİOĞLU yazır

Günlərin birində Tülkü ilə Kirpi söhbət edirdilər. Birdən otların arasından bir İlan çıxdı. Tülkü qorxusundan tir-tir əsdi, Kirpiyə yalvarmağa başladı:
– Amandır, Kirpi qardaş, məni bu əfi İlanın əlindən qurtar.

Əhməd azərbaycan uşaq ədəbiyyatı

Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı, novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir.

Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran, 2008), “Şeyx Məhəmməd Xiyabani” (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir.

Dil Azerice

  • GÜLBƏNİZ BABAYEVA: VÜQAR ƏHMƏDİN YARADICILIĞINDA QARABAĞ MÖVZUSU hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Created by shahriyar.ru on Çər, 22/06/2022 – 18:35

İyunun 18-də Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub.

İclasda BEA-nın prezidenti, professor Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.

Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik Ziyad Səmədzadənin giriş nitqi dinlənilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, professor Elçin Xəlilov qurumun hesabatını təqdim edib.

Daha sonra BEA-nın Azərbaycan Bölməsinin 20 illiyinə həsr olunmuş “Sərhədsiz elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi gerçəkləşib, BEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.

Dil Azerice

  • Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

Created by shahriyar.ru on Cümə.ax, 30/12/2021 – 11:24

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1991-ci ildən bu günə kimi hər il böyük təntənə ilə qeyd olunur. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. YUNESKO-nun məlumatına görə, onlardan 29 milyonu Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2 milyondan artıq Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Yadelli işğalçıların Azərbaycan coğrafiyasına hücumları, müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən içtimai-iqtisadi proseslər nəticəsində Azərbaycan iki yerə parçalanmışdır.

Dil Azerice

  • DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

DÜNYA SƏNDƏN KİMLƏR KÖÇDÜ.

Görkəmli alim, şair, publisist və içtimai xadim mərhum Yaqut Neymətovu bizdən 8 illik bir zaman kəsiyi ayırır. Ürəyi elm, mərifət, vətən sevgisi və yazıb-yaratmaq eşqi ilə döyünən şair təbiətli Yaqut Neymətov 12 iyun 2013-cı ildə ömrünün 60-cı ilinə az qalmış qəfil gələn ölümdən vəfat etdi.

O, həmin ilin yay günlərində iki gəncin xoşbəxtlik anlarının iştirakçısı olmaq üçün Moskvadan Bakıya toya dəvət olunmuşdu. Yaqut toyda iştirak etdikdən sonra oradan doğma yurdu Qardabaniyə getmək və ATA yurdunu ziyarət etmək istəyində idi. Lakin onun həyatına gələn qəfil ölüm, sonsuz arzularla yaşayan alimin bu arzularını yarımçıq qoydu. Deyilənə görə, toy yerində öz həmyerliləri ilə görüş zamanı Yaqut Neymətov Qarayazı elləri barədə soraqlaşmış, məmnunluqla gülümsəyərək başını yanında oturan masa yoldaşının çiyninə qoymuş və gözlərini yummmuşdur. Sən demə, bu Yaqutun əbədiyyət yuxusuymuş. İndi o vaxtdan düz səkkiz illik bir zaman kəsiyi ötüşür.

Dil Azerice

  • DÜNYA SƏNDƏN KİMLƏR KÖÇDÜ. hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

ƏŞRƏF HÜSEYNLİ: K İ T A B

Created by shahriyar.ru on Cümə.ax, 05/03/2020 – 12:51

Mən həyatımı kitabsız təsəvvür edə bilmirəm. Kitab oxumayan cəmiyyət cəhalətdən yaxa qurtara bilməz! Bəşəriyyət tarixdə hansı xoşbəxtliyi əldə edə bilibsə, fəqət ona kitabların sayəsində nail ola bilib. Kitab zəka, ziya və elm mənbəyidir. Bu gün bəşəriyyət internet əsrində yaşayır. Lakin unutmaq olmaz ki, əski qaynaqlarsız, mənbəə və kitablarsız internet də ola bilməzdi. Çünki internetin də mənbəyi məhz qaynaqlar, mənbəələr və günümüzdə olan məlumatlardır. Kitab hər insanın barlı-bəhrəli bağçası, lilpar gözlü bulağı, dərin dəryalara şığıyan çayı, ulduzlu səması, günəşli kainatıdır. Kainatla müqayisədə nöqtədən də kiçik olan kitablar, elə kainatın özü kimi sirlə və sehrlə doludur. Kitablar elə kainatın özüdür. Kainat, onda olan varlıqlar məgər sözə, kitaba çevrilib bizimlə danışan varlıq deyilmi? Məhz sevə-sevə oxuduğumuz kitablar bizi kainatın ahəngi-nizamına düzənləyir, kainatla birgə vəhdəti-vücuda gətirir.

Dil Azerice

  • ƏŞRƏF HÜSEYNLİ: K İ T A B hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!

Created by shahriyar.ru on Çər, 20/03/2019 – 12:23

ƏZIZ SOYDAŞLARIMIZ VƏ HƏMVƏTƏNLƏRIMIZ!

Novruzun 21 martda bayram edilməsi min illərin tarixi hadisəsidir.Başqa şərq xalqlarındq olduğu kimi, Azərbaycanlılar da Novruzun gəlişini böyük həvəslə, tükənməz sevinclə və dərin məhəbbətlə qarşılamışlar. Sözün əsil mənasıda Novruz Bayramı düya xalqlarının ən gözəl bayramlarından biridir.

Çünki bu gün, təbiət öz fəsilləri arasında təhvil- təslim astanasında, daha doğrusu yazın ilk gününə salamla təşrif gətirir. Elə bu münasibətlə “Şəhriyar” ədəbi -mədəni cəmiyyətinin yaradıcı heyyəti Sizi səmimi qəlbdən təbrik edir, Sizə ailə səadəti, işlərinizdə uğurlar, süfrənizə isə daima firavanlıq arzulayırlar.

Arzularımızın ən böyüyü isə Azərbaycan torpaqlarının düşmən tapdağından azad olmasıdır. Bu yolda xalqımıza Allahdan nicat, millətimizə isə mübarizə və qüdrət diləyirik.

Şəhriyar ədəbi -mədəni cəmiyyətinin üzvləri adından cəmiyyətin sədri:
Vasif Məmmədov

Dil Azerice

  • NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN! hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

YENI IL TƏBRİKİ

Created by shahriyar.ru on Baz.er, 31/12/2018 – 12:16

ƏZIZ SOYDAŞLAR VƏ HƏMVƏTƏNLƏR!

Bəşəriyyət 2019 ci ilin astanasına qədəm qoymaqdadır. Əlbəttə, 2018 ci il özünün gərginliyi və sarsıntıları ilə bəşəriyyətin həyatında həyacanlı izlər qoymaqla yanaşı, müxtəlif insanların taleyində şadlıq və sevinc məqamları da vurğulamışdır. Elə dunyamız yaranandan, Günəş göylərdə şəfəq saçandan, yer kürəsinin ən böyük vurğunu olan nazənin Ay səmalarda cilvələnəndən bəri işıq – zülmələ, gündüz- gecə ilə, xeyir- şərlə və yaxşı – pislə mübarizədə olmuş və beləcə də həyat davam etmişdir. Dünya min – min müharibələrdən keçmiş, insan nəslinə fəlakətlər gətirmiş, lakin yüksək zəkalar, ağıl sahibləri, müqərrəm insanlar həmin yaraların böyük Loğmanına dönərək bəşəriyyətin yaralarını müalicə edib, sağaltmışlar. Biz yəqin edirik ki, Qarabağ yarası da gözəl Azərbaycanımızın həyatından beləcə silinib gedəcək, bayrağımız, dövlətimiz hər zaman yüksələcək, himnimiz zaman – zaman yer üzündə səslənəcəkdir.

Məramımızın fövqündə həyatın obyektiv tərənnümü, ədəbiyyatımızın, poeziyamızın Rusiya ellərində tanınması, dilimizin, tariximizin və mədəniyyətimizin yaşadığımız və çalışdığımız ölkədə inkişaf tapması olmuşdur.

Əziz soydaşlar! Biz bütün gücümüzlə çalışacayıq ki, dünyanın siyasi xəritəsində digər ölkələrlə birlikdə adı həmişəyaşar olan Azərbaycanımızı yüksək məhəbbətlə tərənnüm edə bilək. Bu bizim Vətən borcumuz, analarımızın beşik başında bizlərə həzin səslə dediyi “laylay” nəğməsinin iliyimizə, canımıza ötürdüyü əbədi vicdan səsidır.

Biz “Şəhriyar” ədəbi – mədəni cəmiyyətinin bütün üzvləri adından öncə Azərbaycan xalqını, Rusiyada yaşayan xalqları, bütün Azərbaycan diaspor cəmiyyətlərini Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir,onlara möhkəm can sağlığı, firavanlıq və işlərində nailiyyətlər arzu edirik. Arzu edirik ki, 2019 ci il bəşəriyyət üçün böyük sülh və əminamanlıq ili olsun!

Hörmətlə,

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov

Cəmiyyətin ədəbi – bədii şurasının rəhbəri Əşrəf Hüseynli

Dil Azerice

  • YENI IL TƏBRİKİ hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

MOSKVADA ILK “TÜRK XALQLARI KONSERTI”

Moskva ictimai təşkilatı “Türk Cəmiyyəti” və “Türk Tələbələr Birliyi” Moskva hökuməti yanında Millətlər evində “Türk xalqları konserti” keçirdi. Forma və məzmun cəhətdən bu konsert keçmiş sovetlər birliyi məkanında ilk və hələlik yeganə bir tədbir oldu.

Konsertdə Moskvada yaşayan on yeddi türk xalqlarının nümayəndələrinin artist və sənətçiləri, özfəaliyyət qrupları öz dillərində milli musiqilərini ifa etdilər.

Konsert Türkiyə və Azərbaycan musiqiləri ilə başladı və tatar, özbək, türkmən, başqırd, altay, qazax, noqay, tuva, yaqut, kumık, çuvaş, qaqauz, qaraqalpaq, qaraçay-balkar, qrım-tatar və digər türk xalqlarınin musiqi nömrələri ilə davam etdi. Sonda rus artistlərinin ifasında insanları dostluğa çağıran mahnı səsləndi.

Konserti araya gətirən bütün sənətçilərə təşəkkür vəsiqələri təqdim olundu. Tədbirin təşkilatçıları gələn il Moskvada Türk xalqları festivalı planlaşdırdıqlarını açıqladılar.

Dil Azerice

  • MOSKVADA ILK “TÜRK XALQLARI KONSERTI” hakkında devamını oku
  • Yorum yapmak için giriş yapın

Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı – Paşa ƏLİOĞLU yazır

Bütün türk dünyasında adı sayğıyla çəkilən Xoca Əhməd Yəsəvi (?-1167) böyük təsəvvüf alimi, əsərlərini türkcə yazan, bu dildə yazıb-yaradanlara misilsiz örnək olan şairdir. Onun qurduğu yəsəviyyə təriqətinin müridləri arasında azərbaycanlılar da olmuşdur. Tədqiqatçıların “tipik bir türk təriqəti” adlandırdıqları yəsəvilik qısa müddətdə Ceyhun, Volqa, Xarəzm, Şərqi Türküstan, Anadolu ilə bərabər Azərbaycana da gəlib çıxmışdı. XIII əsrdə türk dünyasında yayılan yəsəviliyi Azərbaycana ilk dəfə Əfşar Babanın gətirdiyi göstərilir. Övliya Çələbi onun Niyazabad şəhərində türbəsi və təkyəsi olduğunu, buraya ziyarətçilərin gəldiyini söyləyir. Əhməd Yəsəvinin xəlifələrindən Bursa şəhərində yaşayan Geyikli Baba da azərbaycanlı olmuşdur. Orasını da unutmaq olmaz ki, bir sıra türk mütəsəvviflərinin, o cümlədən Əhməd Yəsəvinin mürşidi azərbaycanlı Yusif Həmədani olmuşdur. Tədqiqatçı M.Rıhtım yazır: “Türküstan diyarına İslamın səsini, təsəvvüfün nəfəsini çatdıran Yusif Həmədanidir. Onun işığı yolunun davamçıları tərəfindən bu günə çatdırılmışdır. Abdullah Bərki, Həsən Əndaki, Əhməd Yəsəvi və Əbdülxaliq Gücdüvani onun müridləridir. Əhməd Yəsəvi yəsəviliyin, Əbdülxaliq Gücdüvani isə “Hacegan” yolunun, yəni nəqşbəndiliyin qurucusu oldular”.

Azərbaycan ədəbiyyatşünaslığında Türküstan piri Xoca Əhməd Yəsəvinin ümumtürk ədəbiyyatı qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Görkəmli ədəbiyyatşünas Salman Mümtaz 1926-cı ilin 26 martında “Kommunist” qəzetində dərc etdirdiyi “Ədəbiyyatımızda Nəvai təsiri” adlı məqaləsində yazırdı: “Ümumtürk ədəbiyyatında dörd böyük sima vardır ki, onların haqqında kiçik-kiçik məqalələr deyil, böyük-böyük kitablar yazmaq lazımdır. Çünki onlar bir məhəllənin, bir şəhərin və yaxud bir qəzanın şairi deyil, qocaman bir türk aləminin, ucsuz-bucaqsız türk ellərinin şairi-məşhuri olmuşlar. Bunlar qazanan adı-sanı başqa şairlər qazanmamışlar. Təbiri caiz isə, bunları nüfuz və qüdrətlərindən dolayı iqlimgir, cahangir deyil, ürəklərin, könüllərin fatehləri adlandırmalıyıq. Çünki bu təbir daha münasib və daha uyğundur. Füsunkar ilhamları sayəsində hələ bizimlə yaşayan bu ulu və böyük insanlar bundan sonra da bir neçə əsrlər yaşayacaqlar. Tarix və ölkə etibarilə onları böylə yan-yana qeyd etməliyik: Xoca Əhməd Yəsəvi, Seyid İmadəddin Nəsimi, Mir Əlişir Nəvai, Molla Məhəmməd Bağır Füzuli. Zənni-acizanəmə görə, türkdilli bir oymaq, bir ulus tapılmaz ki, bu dörd böyük dahini tanımaya və şeirlərini də bilməmiş ola. Qərbdə Omirus (Homer), Şekspir və Molyer məşhur olduğu kimi, Şərqdə də bunlar eləcə məruf və məşhurdurlar”. Görkəmli türk alimi Fuad Köprülü ilk dəfə 1926-cı ildə Bakıda nəşr edilən “Azəri ədəbiyyatına aid tədqiqlər” adlı kitabında türkdilli Azərbaycan ədəbiyyatında Şah İsmayıl Xətai və başqalarının əsərlərində şeirlə dini-təsəvvüf fikirlərinin yayılması ənənəsinin Xoca Əhməd Yəsəvidən gəldiyini bildirərək yazır: “Böyük bir dini taifə-sekte-nin ruhani və asimani rəisi olmaq məlabəsəsilə onun şeirlərində sənət qayəsindən ziyadə məzhəbini təlqin və təmin qayəsi gözətilmiş, yəni əski türk sufilərinin Xoca Əhməd Yəsəvidən bəri təqib etdikləri ənənəyə itba olunmuşdur. Yenə bu ənənəyə itbaəndir ki, Xətai məxləsi qullanan Şah İsmayıl Səfəvi əcəm əruzilə yazdığı əsərlərindən başqa, Azəri sahəsində və türkman tayfaları arasında pək qüvvətli bulunan xalq ədəbiyyatını və Yunus kimi əski xalq sufilərini təqlidən barmaq hesabilə də qoşma şəklində ilahilər yazmışdır”. Göründüyü kimi, F.Köprülü Xətainin heca vəznində şeir yazdığını da Yəsəvidən gələn ənənənin davamı hesab etmişdir.

“Yəsəvi və yəsəvilik Azərbaycanda” adlı məqaləsində Yəsəvini Azərbaycan klassik şairlərindən Nizami Gəncəvi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Əbülqasım Nəbati, Mirzə Şəfi Vazeh və başqaları ilə müqayisə edən Əziz Mirəhmədov haqlı olaraq belə hesab edir ki, onları birləşdirən ilahi eşq konsepsiyası olmuşdur. Alim Nizami yaradıcılığı ilə yəsəvilik arasındakı ortaq nöqtələr barədə yazır: “Nizami ilə yəsəvilik arasındakı fikri qohumluq və səsləşmələr məhəbbət fəlsəfəsində, halal loğma etiqadında, elmə və alimə ehtiramda, habelə hər iki sənətkarın tez-tez müraciət etdiyi “Quran” ehkamında, dini, mifoloji, folklor surətləri və ifadələrində nəzərə çarpır”.

Əlbəttə ki, Xoca Əhməd Yəsəvinin bədii, poetik yaradıcılığının ən böyük əhəmiyyəti onun fikirlərini geniş xalq kütlələrinin anladığı dildə yazmasından, islam, təsəvvüf ehkamlarını, yəsəviliyi qısa müddətdə geniş coğrafiyada – Orta Asiya, Volqaboyu, Azərbaycan və Anadoluda yaya bilməsindən ibarətdir. Araşdırıcılar göstərmişlər ki, türkdilli əhali arasında islamı və təsəvvüfü ən çox yayan ilahi eşqdən güc alan türk mütəsəvvifləri, dərvişlər olmuşlar. Şeirdə Yəsəvi ənənələrini ən çox davam etdirənlər də türkdilli mütəsəvviflər, şairlər olmuşlar. Əhməd Yəsəvinin şeirləri ilə türkdilli şeirin digər böyük ustadı İmadəddin Nəsimi (1369-1417) yaradıcılığı arasında bir neçə istiqamətdə müqayisələr aparmaq olar. Yəsəvi daha erkən mərhələdə şeirlə yazdığı hikmətlərində sadə türk dilində dini, sufiyanə, fəlsəfi fikirləri ifadə etmək örnəyini vermişdir. Ərəb və fars dillərini mükəmməl bilən Xoca Əhməd hikmətlərindən birində öz şeirlərini türkcə yazdığına görə fəxr etdiyini bildirir:

Miskin, zəif Xoca Əhməd, yeti peştinga rəhmət,

Farsi tilni biliban xub itadur türkini.

Çevirməsi:

Miskin, zəif Xoca Əhməd, yeddi cəddinə rəhmət,

Fars dilini bilsə də, türkidə gözəl danışır.

Türkdilli poeziyada bu ənənəni davam etdirən ən böyük sənətkarlardan biri İmadəddin Nəsimidir. O, bütün türk şeirində fəlsəfi poeziyanı yüksək zirvəyə qaldıran, divan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan dahi sənətkardır. Dilimizin şeir-qəzəl və dini-fəlsəfi üslublarının tam formalaşmasında onun rolu həlledici olmuşdur. Şairin dini-fəlsəfi şeirlərinin əsas fərqləndirici üslubi xüsusiyyətləri xitabların, nidaların, çağırışların çoxluğundan ibarətdir. Bu cür şeirlərində Nəsimi əqidəsi uğrunda qorxmaz, fədakar bir mübariz kimi gözlərimiz önündə canlanır. Fikirlərini geniş xalq kütlələri arasında yaymaq istəyən Nəsimi həmişə dövrünün canlı xalq danışıq dilindən bəhrələnmiş, şeirlərini sadə türkcə yazmağa çalışmışdır.

Fuad Köprülü “Türk ədəbiyyatında ilk mütəsəvviflər” əsərində XV əsrdən sonrakı dövrdə batini təriqətlərə mənsub olan sənətkarların, o cümlədən qızılbaş şairlərinin yaradıcılığının özəl xüsusiyyətlərini şərh edərkən yazır: “Müxtəlif zamanlara aid dərvişlərin nəfəsləri heca vəzniylə və tamamilə Yunus ədasından alınmış – hətta daha şux, daha kinayəli, daha zərif tərzdə yazılmışdır. Bu şairlərin zaman və yeri, fikir və etiqadları haqqında açıq və qəti fikirlər irəli sürmək imkansızdır – deyə bilərik, çünki bunlardan bir qismi – məsələn, Xətai, Qul Himmət, Rümuzi, Vəli Baba və bir çox başqaları hürufilik və Fəzlullah Astrabadinin üluhiyyətini qəbul etmiş olduqları kimi, bəktaşiliklə əlaqəsi olmaqla bərabər, ondan ayrı olan qızılbaş zümrələrinə aid bir sıra şairlər də bunların arasına qarışmışdır, bunun kimi qələndərilər və heydərilərdən də bunların arasına qarışmış şairlər vardır. Bu halda bəktaşi şeirindən və bəktaşi şairlərindən söz edərkən, eyni zamanda qızılbaş, qələndəri, heydəri, hürufi şeirlərinin milli vəzn ilə yazılanlarından və Yunusin onlar üzərindəki təsirindən də söz etmiş oluruq”. Heca vəznli türkdilli şeirin inkişafında adları çəkilən türk təriqətlərinin rolu, bu təriqətlərin əlaqəsi barədə deyilənlər tamamilə doğrudur. Sırf türk milli təsəvvüf təriqətlərinin yaranmasında, heca vəznində, sadə dillə əsərlər yazılması məsələsində Əhməd Yəsəvinin fəaliyyəti daha əvvəlki dövrə aiddir. Sırf türk təriqəti olan qızılbaşlığın mürşidi, Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətai (1487-1524) Xoca Əhməd Yəsəvinin, adları çəkilən təriqət nümayəndələrinin, şairlərin ənənələrini davam etdirərək Azərbaycan türkcəsinin inkişafı, bu dildə yazılan əsərlərin, o cümlədən, heca vəznli şeirlərin sayının artması üçün böyük işlər gördü, özü də sadə ana dilində şeirlər yazdı. Bu dövrdə Azərbaycanda və Anadoluda geniş xalq kütlələrinin anlayacağı dildə, heca vəznində şeirlər yazan ozanların haqq aşiqlərinə çevrildiyini, “aşıq” sözünün mütəsəvvif-şair anlamında işlədildiyini görürük. XVI əsrdən Azərbaycan ədəbiyyatında səfəvilik, qızılbaşlıq ideyalarını təbliğ edən poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər klassik, istərsə də şifahi ədəbiyyata məxsus şeir şəkillərindən istifadə etmişdir. Həmin dövrdə qızılbaş ideyaları elə geniş yayılmışdı ki, hətta Azərbaycan türkcəsi mənasında “qızılbaşca” sözü də işlədilirdi. Professor Turxan Gəncəyi yazır: “Qızılbaşca” Səfəvi dövründəki türkcəni göstərmək üçün işlədilən bir istilah idi və bu sülalənin süqutundan sonra siyasi və məzhəbi çalara malik olduğundan aradan qalxdı”. Səfəvi-qızılbaş təriqətinin ilk təbliğatçısı bu təriqətin banisi Şah İsmayılın ulu babası Şeyx Səfiəddin Ərdəbili (1252-1334) olmuşdur. Lakin Səfəvi ideyalarını təbliğ edən türkdilli qızılbaş şeiri məhz Xətaidən sonra fopmalaşır və özünün ardıcıllarını tapır. Səfəvilik ideyalarını, şiəliyi təbliğ edən, döyüşə gedən qızılbaş əsgərlərini “igid yektalar”, düşməni “Yəzid”, “Şimri-Mərvan” adlandıran Xətai qızılbaş ədəbiyyatının klassik nümunələrini yaratmışdır. Nəsiminin şeirlərindəki üsyankar, mübariz ruh Xətaiyə keçərək siyasi məna da kəsb etmişdir. Şeirlərindən birində şair öz siyasi məqsədlərini, Şirvanla, Şimali Azərbaycanla Təbrizi – Güney Azərbaycanı birləşdirmək, türklüyü bütün Yaxın və Orta Şərqdə hegemon qüvvəyə çevirmək istəyini bildirir, özünün və rəhbərlik etdiyi qızılbaş ordusunun iştirakı ilə baş verəcək hadisələri qiyamətə bənzədir:

Şirvan xəlayiqi qamu Təbrizə daşına,

Mülki-Əcəm sorar ki, qiyamət xaçan qopar?

Yetdükcə tükənir ərəbin kuyi, məskəni,

Bağdad içində hər necə kim türkman qopar.

Xətainin qızılbaşlığı təbliğ edən 11 hecalı şeirləri mənbələrdə bəktaşilərdə olduğu kimi nəfəs adlanır. Qızılbaş müridləri içərisindən çıxmış xalq şairləri, aşıqlar tərəfindən müxtəlif məclislərdə ifa olunan bu şeirlər Azərbaycanda, Anadoluda, İraqda geniş yayılmışdı. Anadoluda yaşayıb qızılbaş ədəbiyyatını inkişaf etdirən şairlərdən Qul Hümmət, Rümuzi, Vəli Baba, xüsusilə də Pir Sultan Abdalı göstərmək olar. Şah İsmayıldan sonra Azərbaycan ədəbiyyatında Məhəmməd Əmani, Mürtəzaqulu xan Zəfər, Dirili Qurbani, Məlik bəy Avcı və başqaları qızılbaş şeiri ənənələrini davam etdirmişlər. Heca vəznində, xalq şeiri janrlarında yazan Qurbani Şah İsmayıla, Məhəmməd Əmani, Qəribi I Şah Təhmasibə, Məsihi I Şah Abbasa şeirlərində “mürşidi-kamilim” deyə müraciət etmişlər. Göründüyü kimi, Xoca Əhməd Yəsəvidən gələn təsəvvüfi fikirlərin sadə türk dilində, o cümlədən heca vəznli şeirlərdə təbliği ənənəsi Səfəvilər dövrü Azərbaycan ədəbiyyatında da davam etdirilmişdir.

Əhməd Yəsəvi əsərləri ilə əhali arasında islami dəyərləri, təsəvvüfü, təriqətini təbliğ edir, bunu hikmətləri ilə, didaktik bir formada həyata keçirirdi, islamın əsaslarını, gözəl əxlaqı, təsəvvüfün ədəb və ərkanını sadə bir dillə öyrədirdi. Onun hikmət adlandırılan, əsasən heca vəznində yazılmış mənzum dördlükləri dərvişlər vasitəsilə uzaq türk ellərinə çatdırılırdı. Bu ənənəni davam etdirən İmadəddin Nəsiminin yaradıcılığında da didaktik şeirlər dünyəvi, irfani, hürufi, ələvi-şiə inancını təbliğ edən əsərlərlə bərabər mühüm yer tutur. Səfəvilər dövrü Azərbaycan ədəbiyyatının Füzuli, Əmani, Məsihi, Qövsi və başqa nümayəndələri də didaktik mövzulu şeirlər yazmışlar.

Xoca Əhməd Yəsəvi dilinin sadəliyi ilə seçilən şeirlərinə bəzən “Quran”dan, hədislərdən ərəbcə ayə və hissələri salmışdır ki, bu da onun yaradıcılıq üslubunun səciyyəvi xüsusiyyətlərindən biri hesab edilməlidir. Bu baxımdan onun ənənəsini ən çox davam etdirən Nəsimidir:

Ey üzün şənində münzəl ayəti-Allah nur,

Ləblərin həqqinə gəldi nükteyi-maən təhur.

Zahida, gəl zöhdü məbud etmə, olma bütpərəst,

Həqpərəst ol, Həqqi tanı Həqq minallahül-qəyur.

Ey Nəsimi, surü ecazi – Məsihadır sözün,

İstimaindən nola heyy olalar min-fi-qübur.

Yazdı alnında Xuda “inna fətəhna” surəsin,

“Qaf vəl-Quran” üzündür, sidreyi-ə’la imiş.

İlahi eşq Yəsəvinin həm təlimində, həm də yaradıcılığında təbliğ etdiyi ən vacib məsələlərdəndir. Ona görə əsl müsəlmanın, təsəvvüf əhlinin ən fərqli, seçilən səciyyəvi xüsusiyyəti onun Haqq aşiqi olmasından ibarətdir:

On səkiz min aləmdə heyran bolğan aşiqlar,

Tabmay məşuq çırağın sərsan bolğan aşiqlar.

Hər dəm başı örgülüb, közi xəlqə tilmirüb,

“Hu, hu!” deyü cörkülüb giryan bolğan aşiqlar.

Çevirməsi:

On səkkiz min aləmin heyranı olan aşiqlər,

Məşuq çırağından (nurundan)

sərsəm olan aşiqlər.

Hər dəm başı dönərək, başı xalqa çevirib,

“Hu, hu!” deyə qıvrılıb giryan olan aşiqlər.

Gerçək aşiq eşqi yolunda bütün fədakarlıqlara hazır olmalıdır:

Eşqi tinsə köydür köysi canü təni,

Eşqi tinsə viran qılur maü məni.

Eşq bolmasa tanıb bulmas Mövlam səni,

Hər nə qılsan aşiq qılğıl, Pərvərdigar.

Çevirməsi:

Eşq deyincə yaxar can ilə bədəni,

Eşq deyincə viran edər hər şeyi və məni.

Eşq olmasa axtarıb tapmaz Mövlam səni,

Hər nə etsən, aşiq et (məni), Pərvərdigar.

Yəsəvidən 400 il sonra yaşamış Məhəmməd Füzulinin “Leyli və Məcnun” məsnəvisində Məcnunun dili ilə dediyi sözlər bu şeirlə səsləşməkdədir:

Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi-eşqdən etmə cüda məni.

İlahi eşq Nəsimi poeziyasının da ən önəmli məqamlarındandır:

Sevdan ilə məst olmuşam,

həm içmişəm qəmdən müdam,

niçün ki, tüğyan gəlmişəm.

Yəsəvi şeirlərində Bəyazid Bəstami, Əbubəkr Şibli kimi təsəvvüf uluları ilə bərabər Həllac Mənsurun adını da çəkir, onun “Ənəlhəqq” kəlamını yad edir ki, bu məsələdə onun hikmətləri daha çox Nəsimi şeirləri ilə səsləşməkdədir.

Yəsəviyə görə, əsl müsəlman, Haqq aşiqi, təsəvvüf əhli nəfsindən, dünyəvi istəklərdən imtina etməyi bacarmalıdır. O, Haqqı tanımanın yolunun özünü tanımaqdan keçdiyini, nəfs əngəlini aşaraq Haqqa qovuşmağın mümkün olduğunu söyləyir:

Kul Xoca Əhməd nəfs tağıdın çıkıb aştı,

Yürek bağrı cuş uruban kaynap taştı.

Qul Xoca Əhməd nəfs dağını aşıb keçdi,

Ürəyi, bağrı cuşa gəlib, qaynayıb daşdı.

Nəsimi də şeirlərində göstərir ki, insan nəfsinə, dünya malına aldanmamalıdır, bu “tozlu cahana” əsir olanlar korlardır. Yeganə dəyər, fəqiri hökmdara çevirən ilahi eşqdir:

Eşqin yolunda üzünü xak eyləyən fəqir,

Adı cahanda xosrovi-sahibsərirdir.

Dünyada mülkə, malə sən aldanma, ey məlik

Kim, dünyanın mətai bəğayət həqirdir.

Tozlu cəhanə silkin ətak kim, nəiminə,

Hər bibəsər kim, oldu müqəyyəd, əsirdir.

Böyük türk mütəsəvvifi Xoca Əhməd Yəsəvinin yaratdığı təriqət və əsərləri bir çox Orta Asiya, Volqaboyu, Anadolu və digər türk ellərində olduğu kimi Azərbaycanda da yayılmışdı. Yəsəviyyə təriqətinin müridləri arasında azərbaycanlılar da olmuşdur. XIII əsrdə türk dünyasına yayılan yəsəviliyi Azərbaycana ilk dəfə Əfşar Babanın gətirdiyi göstərilir. Yəsəvinin xəlifələrindən Bursa şəhərində yaşayan Geyikli Baba da azərbaycanlı olmuşdur. Orasını da unutmaq olmaz ki, Türküstanın bir sıra mütəsəvviflərinin, o cümlədən Xoca Əhməd Yəsəvinin də mürşidi azərbaycanlı Yusif Həmədani olmuşdur. Görkəmli Azərbaycan ədəbiyyatşünasları Yəsəvinin ümumtürk ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirmişlər. Xoca Əhmədin ədəbi irsini Nizami Gəncəvi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Əbülqasım Nəbati, Mirzə Şəfi Vazeh və başqalarının yaradıcılığı ilə müqayisə etmişlər.

Yəsəvi yaradıcılığının ən böyük əhəmiyyəti onun şeirlərini geniş xalq kütlələrinin anladığı dildə, əsasən heca vəznində yazmasıdır. Digər türk təsəvvüf təriqətlərinin nümayəndələri – bəktaşilər, ələvilər, nəqşbəndilər, hürufilər, qızılbaşlar bu ənənəni davam etdirərək əsərlərini sadə türk dilində, əsasən heca vəznində yazmışlar. Buna örnək olaraq qızılbaş şairlərindən Xətai, Əmani, Zəfər, Məsihi, Məlik bəy Avcı və başqalarının əsərlərini göstərmək olar.

Xoca Əhməd Yəsəvinin “Divani-hikmət”inə daxil olan şeirlər üçün ilahi eşqin tərənnümü, nəfsdən, dünyəvi həvəslərdən imtina etməyə çağırış, “Quran” və hədislərdən iqtibaslardan istifadə səciyyəvi cəhətlərdir. İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa Azərbaycan şairləri yaradıcılıqlarında bu ənənəni davam etdirmişlər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Uşaq ədəbiyyatı

Top-top oynayaq şeiri

Qar örtdü bağça bağları,
Çiçəkli gülü dağları,
Qışın səfalı çağları
Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.
Nə xoş gəlib bu qış, bu qar
Qışın da başqa zövqü var.
Qar altda yatdı tarlalar.

Günümüzün uşaqları və uşaq hekayələri

  • Uşaq ədəbiyyatı
  • 17 fevral 2021, 23:23

Uşaqlar üçün yazmağın nə qədər çətin olduğunu sübut etməyə, görünür, xüsusi ehtiyac yoxdur. Və bunun ən əyani göstəricisi uşaq ədəbiyyatımızın həm dünənki, həm də bugünkü problemləridir ki, hər söhbət düşəndə bitib tükənməyən müzakirələrin predmetinə çevrilir. Ancaq bəlkə də, əsl müzakirə olunmalı hadisə uşaq ədəbiyyatı yox, uşaqların özləri, onların az qala hər gün dəyişən həyata, psixoloji kataklizmlərə, dəyərlərə münasibəti, reaksiyalarıdır.

Çağdaş uşaq ədəbiyyatının problemləri – zamandan gələn notlar

  • Uşaq ədəbiyyatı
  • 19 okyabr 2020, 12:33

Uşaq ədəbiyyatı haqqında meydanda olan kitablar, tədqiqat əsərləri, araşdırma yazılarından başqa, sovet dövründən bu yana yazılmış bir çox məqalələr var ki, məsələn, Səməd Vurğunun, Mikayıl Rzaquluzadənin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Məmməd Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, İmamverdi Əbilovun, Yaşar Qarayevin, Bəkir Nəbiyevin, İsa Həbibbəylinin, Elçinin, Şirindil Alışanlının və başqa tanınmış qələm adamlarının icmal, problem xarakterli yazılarında mövzuya peşəkar yanaşmanın şahidi oluruq. Bu yazılarda ən önəmli cəhət onlarda uşaq ədəbiyyatına hədsiz məsuliyyət və tələbkarlığın olması faktıdır. Sovet hakimiyyətinin süqutundan sonra ədəbiyyatda yaranmış azad mühitin anarxiya səviyyəsində dərki və onun gətirdiyi anomaliya uşaq ədəbiyyatına da təsirsiz qalmadı. Bu sahəyə axın başladı, kitab nəşrləri artdı, marketinq şəbəkəsi genişləndi, fərdi maraqların, qazanc industriyasının önə keçməsi tələbkarlığa məsuliyyəti azaltdı, daha çox bədiilikdən uzaq kitablar dövriyyəyə buraxıldı.

Yalançı tülkü

  • Uşaq ədəbiyyatı
  • 14 noyabr 2019, 22:03

Günlərin birində Tülkü ilə Kirpi söhbət edirdilər. Birdən otların arasından bir İlan çıxdı. Tülkü qorxusundan tir-tir əsdi, Kirpiyə yalvarmağa başladı:
– Amandır, Kirpi qardaş, məni bu əfi İlanın əlindən qurtar.

Kirpi İlanı öldürdü. Tülkü ölmüş İlanı yabanın ucuna keçirib meşəyə gətirdi. Meşədəki heyvanlar – Şir, Ayı, Canavar, Pələng və Çaqqal Tülkünün başına yığışdılar. Tülkü ölmüş İlanı onlara göstərib özünü tərifləməyə başladı:
Davamı →

Dərsimi yaz | Mir Cəlal

  • Uşaq ədəbiyyatı
  • 26 okyabr 2019, 15:24

Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmir. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:
— Necəsən, bala, indi ürəyin nə istəyir?
Əslinə baxsan, haqqı demək lazımdır, işlərin çoxunu ata-anadan qabaq bacılar eləyir. Bacı insan üçün böyük nemətdir, illah da ki bir qardaş olasan!
Davamı →

Xanımböcəyi

  • Uşaq ədəbiyyatı
  • 19 okyabr 2019, 00:02

Biri vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı. Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi. Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar.

Balaca böcək qüssələnirdi: “Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” Səhər boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal çəkərək nəvazişlə deyirdi: “Əziz balam, sən özünə, öz gücünə inan! Sən qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”.
Davamı →

Ağac | İvan Krılov

  • Uşaq ədəbiyyatı
  • 20 avqust 2019, 15:58

Çiynində baltası kəndli gedirdi,
Pöhrcə bir Ağac kəndliyə dedi:
«Əzizim, dövrəmdə nə ağac var,sən
Çox yaxşı olar ki, bir-bir kəsəsən;
Rahatca boy ata bilmirəm artıq,
Nə günəş görürəm, nə də ki işıq,
Köküm rişə ata bilmir torpağa,
Küləklər də düşüb məndən uzağa,
Heç məni axtarıb-araya bilmir,
Tağ hörüb gövdəmə sarıya bilmir,
Davamı →

Oğlan və skripka

  • Uşaq ədəbiyyatı
  • 30 iyul 2019, 18:16

Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı — qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.
Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.

Oğlan sevinə-sevinə yol gedir, bu mahnını oxuyurdu:
— Üç il dalbadal çalışdım,
Üç dənə mis pul qazandım,
Sevincliyəm, çox şadam!
Gör necə də varlıyam!
Davamı →

Havayı çörək

  • Uşaq ədəbiyyatı
  • 15 iyul 2019, 14:28

Bir kəndli çəməndə ot biçirdi. Yorulub əldən düşdü və kolların yanında oturub dincini almaq istədi. Bağlamasını açıb yeməyə başladı. Elə bu vaxt meşədən ac bir canavar çıxdı. Gördü ki, kolların yanında bir kəndli oturub nəsə yeyir. Canavar ona yaxınlaşdı və soruşdu:
-Nə yeyirsən?
-Çörək, — deyə kəndli cavab verdi.
-Dadlıdır?
-Çox dadlıdır!
-Mənə də bir az ver dadına baxım.
-Buyur!

Kəndli çörəkdən bir parça kəsdi və canavara verdi. Çörək canavarın xoşuna gəldi. О dedi:
-Mən də hər gün çörək yemək istəyirəm.
Davamı →

Enid Bliton

  • Uşaq ədəbiyyatı
  • 10 iyul 2019, 13:47

Məşhur uşaq yazıçısı Enid Bliton 11 avqust 1897-ci ildə Londonda anadan olub. Ailənin ən böyük uşağı olan Bliton 1907-1915-ci illərdə Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil alıb. Məktəb əlaçısı idi və oxuduğu müddətdə «Headgirl» adını qazanıb. Bliton çox gözəl piano çala bilirdi.

Liseyi bitirdikdən sonra müəllim olmağa qərar verən Bliton, universitetdə olarkən musiqi məşğələlərini buraxıb. Boş zamanlarında yazıçılıq etməyə başlayıb və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan «Uşaq pıçıltıları» kitabı nəşr olunub.

Bliton əsərlərində əsas qəhrəman kimi uşaqları seçirdi. 3 tipdə əsər yazırdı:
Davamı →

Comments are closed, but trackbacks and pingbacks are open.