Hməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan tədbir keçirildi – FOTO
Azərbaycanın Macarıstandakı səfiri, Ə.Ağaoğlu irsinin tədqiqatçısı, professor Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı. Qeyd etdi ki, Ə.Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu
Oktyabrın 2-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak edirdi.
Qonaqlar əvvəlcə filarmoniyanın foyesində mərhum alimin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış oldular.
Daha sonra Əhməd bəy ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirildi. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunur.
Yubiley gecəsində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşdü. Vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müxtəlif elm, mədəniyyət ocaqlarında yubiley tədbirləri keçirilir.
Akademik bildirdi ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. Ömrü boyu xalqımız üçün yazdı, yaratdı.
Azərbaycanın Macarıstandakı səfiri, Ə.Ağaoğlu irsinin tədqiqatçısı, professor Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı. Qeyd etdi ki, Ə.Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.
Diplomat həmçinin Əhməd bəyin yaradıcılığına və fəaliyyətinə yüksək qiymət vermiş tanınmış alimlərin fikirlərindən sitatlar gətirdi.
Ə.Ağaoğlunun adını daşıyan nəticəsi çıxış edərək Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirdi. Dedi ki, onda babasına dair arxiv var: “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”.
Sonra tədbir bədii hissə ilə davam etdi.
Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzv olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan digər soydaşlarımız kimi bir daha vətən qayıda bilməyib.
Ə.Ağaoğlu ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. 19 may 1939-cu ildə İstanbulda vəfat edib Feriköy məzarlığında dəfn edilib.
Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd bəy Ağayev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan tədbir keçirildi – FOTO
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 aprel 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq tədbir keçirib.
“İçərişəhər” DTMQİ Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, tədbir Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor, Ə.Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyevin “Əhməd Ağaoğlu irsi və müasirlik” mövzusunda geniş və maraqlı mühazirəsinə həsr edilmişdir.
Elm şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçən tədbirdə öncə “İcərişəhər” DTQMİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov qonaqları salamladı bu tədbirin əhəmiyyətindən danışdı.
Daha sonra söz əsas məruzəçi tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Vilayət Quliyevə verildi.
Geniş və maraqlı mühazirə ilə çıxış edən professor Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mübadilənin müxtəlif aspektlərindən, onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəsi istiqamətindəki fəaliyyətindən söz acdı.
V.Quliyev, Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması, erməni və digər düşmən mövqelı xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı durmağı bacararaq bu fitnəkarlığın və fəlakətin qarşısını alması istiqamətindəki xidmətlərini xüsusi vurğuladı.
Daha sonra Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” , “Xatirələr”, “Bəs bizim ziyalılarımız haradadır” (rus və azərbaycan dillərində) “Türkiyəni duyğulandıran ölüm” adlı elmi monoqrafiyalarına nəzər salındı, kitablarda əks olunan bir çox məqamlar üzərində diskussiyalar aparıldı.
Tədbirdə professorlar Anar İsgəndərov, Solmaz Tohidi, dosent Firdovsiyyə Əhmədova, elmlər doktoru Abid Tahirli, professor Qulu Məhərrəmli, fəlsəfə doktoru Nazim Mustafa və Qərənfil Xəlilova, professor Rüstəm Kamal Əhməd bəy Ağaoğlunun ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq kimi səciyyələndirəcək geniş fəaliyyətindən danışdılar.
Natiqlər onun türkçülük ideologiyasından ictimai-siyasi baxışlarından, özünəməxsus üsyankar və çılğın təbiətindən, mübarizliyini əks etdirən maraqlı faktlar və epizodlardan sitatlar gətirdilər.
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq – SƏRƏNCAM
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq – SƏRƏNCAM Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
10 Aprel , 2019 17:30
https://static.report.az/photo/51fcbf36-21fe-48ae-b037-9cec0467c63c.jpg
Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncam Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncamda bildirilir ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur. Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Comments are closed, but trackbacks and pingbacks are open.