Press "Enter" to skip to content

Hməd Cavad Seçilmiş Əsərləri PDF

1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.

Əhməd cavad əsərləri

Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır. Sonra ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır. Seminariyanın müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırıblar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırır. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alır. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, onun bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayır.

Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayır. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır. “Qoşma” adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-cı ildə çapdan çıxır.

Bunlar işığa can atan, fəqət taleyi qaranlıqdan keçən Əhməd Cavadın həyatının başlanğıcıdır. O, yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu idi. Odur ki, əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət onu ciddi narahat edir. Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir. Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır. Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şeirində dilə gətirir:

Ərməğanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim, gördüm dost elində

Nə bir səs var, nə bir layla.

Əhməd Cavad bu tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad “Qara dəniz” şeirini yazıb və böyük ümidlərlə yaşayıb. “Qara dəniz” şeirinin son bəndi belə bitir:

Dost elindən əsən yellər

Mənə şeir. salam söylər.

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına.

Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.

Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gəlir. Azərbaycan və türk birlikləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeiri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:

Atıldı dağlardan zəfər topları,

Yürüdü irəli əsgər, Bismillah.

O Xan sarayında çiçəkli bir qız,

Bəkliyor bizləri zəfər, Bismillah.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini – “Azərbaycan marşı”nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir:

Türküstan elləri öpüb alnını

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın sana, bayrağım.

Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə yazırdı: “O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”.

1919-cu ildə Əhməd Cavadın “Dalğa” adlı şeir kitabı nəşr olunur.

1920-ci ildə cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik edir.

Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olur. “Maarif və mədəniyyət” jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olub. Bir müddət Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda (Gəncə) dərs deyib, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olub.

Əhməd Cavadın məşhur “İstiqlal uğrunda şeirlər” kitabı 1928-ci ildə İstanbulda işıq üzü görür və bununla da həmin dövrdə mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başlayır.

1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad “Azərnəşr”də fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmir. Xüsusilə də Yazıçılar İttifaqının plenumlarında şairi kəskin tənqid edirlər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verir.

1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

Əhməd Cavad “Seçilmiş Əsərləri” PDF

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana.
Mənə «dinmə, sus!» – deyirsən, nə vaxtacan susacam?
Böhranların, hicranların məhbəsində qalacam?!
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar!
Niyə susum, danışmayım, türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların Vətənində kimdir bax!
Susmayacam. Qoy atsınlar yük altında ölüncə
Təhqirlərə dözə-dözə düşmən mənə gülüncə.
Süd verərkən doğma anam belə demişdir mənə:
Səni qurban bəsləyirəm türk yurduna – Vətənə!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!
Sənin sevgin Vətən olsun, millət olsun, mən olum,
Südüm sənə haram olsun xəyanət etsən, oğlum!
Necə susum, danışmayım, mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harada qaldı millət?!
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac.
Atam məhkum, anam sail, elim hər şeyə möhtac!
Dil yaranıb danışmağa mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm.
Koramal tək sürünməkdə denən varmıdır məna?
Nə vaxtacan çörək üçün girək hər alçaq dona?
Mən Türk övladıyam, dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Əhməd Cavad “Seçilmiş Əsərləri” PDF

Əhməd cavad əsərləri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Seçilmiş əsərləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.