Press "Enter" to skip to content

Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr edilmişdir

Kitaba Xalq Yazıçısı Anar rəy vermiş, “Dəyərli ədəbi salnamə” adlı “Ön söz” yazmışdır. Bir çox tanınmış ədəbiyyat xadimlərinin “Ön söz” yazdıqları nəşr 1037 səhifədən ibarətdir.

Topal Teymur

O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. “Əmir Teymur”, «Teymurləng», «Sultan Teymur», «Topal Teymur» adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var.
Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrıdağdır» deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun “Əyriçay” olduğunu öyrənir. Teymur bir müddət sonra — «bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir».
Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədir. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».

Əmir Teymur tam hüquqlu hakim olanda başqa hakimlər kimi xan titulunu götürməyərək «Böyük əmir» rütbəsiylə kifayətlənir. Ölkənin paytaxtı kimi Səmərqəndi seçəndən sonra ona ölkənin sərhədlərində sakitliyi və daxilində səliqə-sahmanı bərqərarına 9 il lazım gəlir.

Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özü üçün 3 qanun müəyyyən edərək ömrünün sonunacan onlara sadiq qalır: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək.

Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə edirdi. O vaxt Çingizxan «Yasa» adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda Əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Qoşunu xalqla birləşdirmək məqsədilə əmir Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz edir.

Onun əsgərləri hər yeni şəhərdə sənətkarları soraqlayıb sağ-salamat Səmərqəndə gətirməyə borclu idi. Əfsanəyə görə, Dəməşqi yandırmazdan əvvəl Teymur məşhur məscidin gümbəzinin layihəsini çıxarmağı əmr edib ki, sonradan onu Səmərqənddə quraşdıra bilsin. İtirdiyi sevimli adamların da xatirəsinə abidələr ucaldardı. Bibi Xanım məscidi sevimli arvadı Alcay-ağanın xatirəsinə tikilib. Sevimli nəvəsini itirəndə isə Qur-Əmir məqbərəsinin tikintisinə əmr verir. Gələcəkdə həmin məqbərədə onun öz tabutu və Teymurilərdən bir neçəsi də rahatlıq tapacaqdı.

Topal, amma güclü və cəsarətli

Əmir Teymurun hərəkətləri, səfərləri haqqında çoxsaylı məlumatlar yazmış tarixçilər onun görkəmi barədə çox az təsvirlər qoyublar. Əmirin əsiri ərəb İbn Arabşah onu hündür boylu, iri kəlləli və hündür alınlı kimi təsvir edir. Onun yazdığına görə, Teymur çox güclü, cəsarətli, əla bədən quruluşlu, enli kürək kişi idi. Uzun saqqal saxlayırdı, bir ayağını çəkdiyinə görə ona həm də «Topal Teymur» deyirdilər. Elə «Teymurləng» adının da bundan yarandığı bildirilir.

1941-ci il 22 iyunda Qur-Əmir məqbərəsindən çıxarılmış sümüklərə əsasən əmirin portretini yaratmış antropoloq Gerasimov da bu təsvirə uyğun nəticələr əldə eləmişdi. Gerasimov sümüklərin sahibinin ayağını çəkməsini və əlinin qurumasını təsdiq eləmişdi. Alimin təsvirinə inansaq Teymur monqoloid yox, avropalı görkəmində idi. Teymurun vaxtından qabaq ağarmış kürən saçları və uzun bığları vardı. Saçın binokulyar altında tədqiqi saçların kürənliyinin tarixçilərin dediyi kimi, xına ilə rənglənmiş yox, təbii olmasını təsdiqləyib.

Tarixi gerçəklik, yoxsa uydurma?

Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış. Bununla belə, tarixçilər yazır ki, Teymur yazıb oxumağı bilmirdi. Savadsız adam müsəlman tarixçilərindən ən biliklilərindən olan İbn-Həldunu necə məftun edə bilərdi ki?

Həmin ciddi-cəhdlə tarixçilər Əmir Teymuru böyük şəhərləri başabaş qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratdığından çox danışırlar. Guya, Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı.

Guya, Misiri zəbt eləyəndə Əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyindən xristianları qılıncdan keçirir və müsəlmanları diri-diri torpağa basdırırmış. Tarixçilər Teymurləngin qaniçənliyini fiziki əzablarıyla bağlayırlar.

Bununla belə, hazırda Əmir Teymurun törətdiyi «vəhşiliklər»dən təsdiq olunmuş bir sübut belə, məlum deyil. Heç kəsilmiş başlardan ibarət qüllələrin bir fraqmentini arxeoloji qazıntılar da ortaya çıxarmayıb.

Ağa-qul münasibətlərindən dostluğa

Əmir Teymur ruhanilərə, dərvişlərə xüsusi hörmətlə yanaşıb. O, insanları küfr elan edilmiş (fəlsəfə və məntiqlə maraqlanmaq) işlərlə məşğul olmağa qoymur və böyük gəlir gətirməsinə baxmayaraq, ticarət şəhərlərində əyləncə yerlərini bağlatdırmaqla dinin qadağalarına riayət etməyə çalışırdı. Teymur Allaha dərindən inanır, daim yanında «Quran» gəzdirir və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi olub. Teymur qılınc hesabına qazandıqlarını öz dualarıyla möhkəmləndirirdi. Böyük fateh öz məktublarını «Mən, Tanrının qulu Teymur..» sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi.

Əmir Teymur düşmənə qarış amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.

Teymur ağıllı adamları sevər və onlara hörmətlə yanaşarmış. O, I İbrahim Məhəmmədi də bu səbəbdən sevirmiş. Həmin dövrdə türklər hədiyyə apardıqları adama hər şeydən 9 ədəd verərmiş. Bu qaydalara riayət edən Şeyx İbrahim də Teymurun hüzuruna özüylə 8 qul aparır. Teymur ondan «niyə 8 qul?» soruşanda, İbrahim «doqquzuncu qul mən özüməm» cavabını verir. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan edir. Tədricən I İbrahimlə Əmir Teymur arasında ağa-qul münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.

Müharibə səbəbkarı qəbr

Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yeni müharibələr ola bilər. 1941-ci ildə Əlişir Nəvainin 500 illik yubileyi ərəfəsində təşkilat komitəsinə Teymurun məqbərəsini açıb materialları tədqiq eləməyə icazə verildi. Qazıntılar 16 iyunda başlayır. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxarırlar. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Alimlər iyunun 21-dən 22-nə keçən gecə Teymurun sərdabəsinə düşürlər. Bundan bir saat keçmiş Almaniya SSRİ-yə hücum haqqında elan verir. Buna baxmayaraq, Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilir. Stalin taleyini bir az da sınamaqdan çəkinib sümüklərini yerinə qaytarmaq əmri verir.

Müəllif: Nigar İxtiyarqızı
Mənbə: Həftə İçi qəzeti

  • Teqlər:
  • Əmir Teymur
  • , Teymurləng
  • , topal Teymur

“Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr edilmişdir

Bakı, 24 yanvar (AZƏRTAC). Tanınmış yazıçı-publisist, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabı “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində çapdan çıxmışdır.

AZƏRTAC xəbər verir ki, oxuculara təqdim olunan bu kitab XX yüzillikdə və XXI əsrin birinci onilliyində yazıb-yaradan müasir yazıçıların həyat və yaradıcılığı barədə ensiklopedik məlumat toplusudur. Kitabda öz əsərləri ilə milli-mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir.

Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmış, mühacirətdə – Türkiyə, İran, İraq, İngiltərə və başqa xarici ölkələrdə yaşayıb-yaratmış soydaşlarımızın həyat və yaradıcılığı haqqında oçerklər də kitaba daxil edilmişdir. Həmçinin kitabda 1990-cı iI yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya hücumu zamanı şəhid olmuş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin haqqında da məlumat verilmişdir.

Kitaba Xalq Yazıçısı Anar rəy vermiş, “Dəyərli ədəbi salnamə” adlı “Ön söz” yazmışdır. Bir çox tanınmış ədəbiyyat xadimlərinin “Ön söz” yazdıqları nəşr 1037 səhifədən ibarətdir.

Kitaba əlavə olaraq 59 səhifədən ibarət “Soraq kitabçası” da nəşr edilmişdir.

Hmdov teymur azrbaycan yazıçıları ensiklopedik mlumat kitabı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: II cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.