Press "Enter" to skip to content

Hmid vliyevin xarici ölklrin jurnalistikası tarixi

Day.Aza MŞ-dən verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistlərinin dünyada jurnalistikanın xarakterik xüsusiyyətləri barədə elmi biliklərə sahib olması dövrün aktual tələblərindəndir. Bu tələblərin ödənilməsi ümumən medianın həyatın müxtəlif istiqamətlərinə dair daha dolğun fikirlər yürütməsi nöqteyi-nəzərdən də önəmlidir. Mövcud mənada professor H.Vəliyevin təqdimatı edilən kitabı olduqca müstəsna elmi vəsaitdir. “Həmid müəllimlə tanışlığım çoxdana təsadüf edir. O, mənim də əslən mənsub olduğum bölgəylə bağlı ziyalıdır. Gürcüstanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini bitirib. Ali Partiya Məktəbində də jurnalistika ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə “Sovet Gürcüstanı” qəzetində başlayıb. Uzun illər peşəsində sədaqətlə çalışıb. 1992-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Həmid Vəliyev Azərbaycanda və Gürcüstanda çapdan çıxmış kitabların, elmi-publisistik məqalələrin, mühüm dərs vəsaitlərinin müəllifidir. Hesab edirəm ki, onun “Xarici ölkələrin jurnalistikası tarixi” vəsaiti daha əhəmiyyətli hadisədir”, – deyən Ə.Amaşov H.Vəliyevə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

Mətbuat Şurasında “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçirildi – FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçirilib.

Day.Aza MŞ-dən verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistlərinin dünyada jurnalistikanın xarakterik xüsusiyyətləri barədə elmi biliklərə sahib olması dövrün aktual tələblərindəndir. Bu tələblərin ödənilməsi ümumən medianın həyatın müxtəlif istiqamətlərinə dair daha dolğun fikirlər yürütməsi nöqteyi-nəzərdən də önəmlidir. Mövcud mənada professor H.Vəliyevin təqdimatı edilən kitabı olduqca müstəsna elmi vəsaitdir. “Həmid müəllimlə tanışlığım çoxdana təsadüf edir. O, mənim də əslən mənsub olduğum bölgəylə bağlı ziyalıdır. Gürcüstanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini bitirib. Ali Partiya Məktəbində də jurnalistika ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə “Sovet Gürcüstanı” qəzetində başlayıb. Uzun illər peşəsində sədaqətlə çalışıb. 1992-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Həmid Vəliyev Azərbaycanda və Gürcüstanda çapdan çıxmış kitabların, elmi-publisistik məqalələrin, mühüm dərs vəsaitlərinin müəllifidir. Hesab edirəm ki, onun “Xarici ölkələrin jurnalistikası tarixi” vəsaiti daha əhəmiyyətli hadisədir”, – deyən Ə.Amaşov H.Vəliyevə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

BDU-nun professoru İzzət Rüstəmov çıxışında yeni nəşrin əhatəliliyinə diqqət çəkib. Kitabın poliqrafiya cəhətdən də gözəl işlənildiyini deyən İ.Rüstəmov belə bir dərsliyi zəruriləşdirən səbəblərdən ətraflı danışıb.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Azərbaycanda xarici ölkələrin jurnalistikasının öyrənilməsi ilə bağlı problemlərin həmişə aktual səciyyə daşıdığını vurğulayıb. O, mövcud istiqamətdə həmişə boşluğun olduğuna diqqət çəkərək “Xarici ölkələrin jurnalistikası tarixi” dərsiliyini həmin boşluğun doldurulmasına yönələn mühüm töhfə kimi dəyərləndirib.

Eyni problemə toxunan MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas ümumən jurnalistika sahəsindəki tədqiqat əsərlərinin azlığından söhbət açıb, mövcud tendensiyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdimatı keçirilən dərsliyin Azərbaycanda müasir jurnalistikanın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, vəsaitin sahə tədqiqatçıları üçün etmi istinad mənbəyi kimi də müstəsna önəm daşıdığını diqqətə çatdırıb.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistika ilə bağlı dərsliklərin inkişafa apardığını deyərək bildirib ki, həmin kitabların ömrünü-gününü bu sahəyə həsr etmiş adamlar tərəfindən ərsəyə gəlməsi xüsusilə vacibdir. O, H.Vəliyevin müəllifi olduğu nəşrin ana dilində yeni dərsliklərin yazılmasına stimul rolunu oynayacağına inandığını da dilə gətirib.

Müasir jurnalst kadrların yetişdirilməsində üç başlıca məqama – mətbuat tarixinə, nəzəriyyəsinə və təcrübəsinə diqqət yetirildiyini qeyd edən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, H.Vəliyevin müəllifi olduğu nəşrdə toplanmış faktlar ayrı-ayrı dövrlərdə həmin üç cəhətə kompleks yanaşma nöqteyi-nəzərdən səmərəlidir.

BDU-nun jurnalistika fakultəsinin dosenti İlham Mazanlı müasir jurnalistikanın yeni yanaşma metodları tələb etdiyini bildirərək təqdimatı baş tutan nəşrin eyni zamanda beynəlxalq standartların çatdırılması baxımından mühüm missiya daşıdığına izah verib.

BDU-nun jurnalistika fakultəsinin müəllimi, “Xalq qəzeti”nin əməkdaşı Məsaim Abdullayev “Xarici ölkələrin jurnalistikası tarixi” kitabı ilə əlaqədar bir neçə xarakterik xüsusiyyətdən danışıb: “Kitabda jurnalistikanın tarixi ilə bağlı bütün proseslər ictimai-siyasi əhəmiyyət daşıyan hadisələrin fonunda verilib. Nəticədə jurnalistikanı öyrənən şəxs eyni zamanda konkret ölkənin tarixindən xəbərdar olur. İkinci cəhət dövrün görkəmli xadimlərinin jurnalistikaya münasibətidir ki, bu da dərslikdə özünəməxsus şəkildə göstərilib. Üçüncü məqam kitabın mənbə zənginliyidir”.

BDU-nun jurnalistika fakultəsinin dosenti, “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının elmi redaktoru Vüqar Əliyev bildirib ki, yeni nəşrdə başlıca xətt Azərbaycan jurnalistikasının dünya jurnalistikasına inteqrasiyasıdır. “Təfəkkür” Universitetinin jurnalistika fakultəsinin professoru Tofiq Yusifov belə kitabların Azərbaycanda jurnalistikanın bir elm kimi zənginləşməsində də böyük rol oynadığını vurğulayıb. Nəşrin tələbə və müəllimlərlə yanaşı, ziyalılar üçün də vacibliyindən danışıb.

Sonda çıxış edən H.Vəliyev kitab və özü barədə deyilən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Böyütmək üçün şəkillərə klikləyin.

Hmid vliyevin xarici ölklrin jurnalistikası tarixi

Mətbuat Şurasında «Xarici ölkələrin jurnalistikası tarixi» dərsliyinin təqdimatı keçiriləcək

Movqe.az-ın Mətbuat Şurasına istinadən verdiyi məlumata görə, Fevralın 22-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçiriləcək. Elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya elmləri namizədi, dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək keçən müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilib, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilib, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilib. Universitetlərin jurnalistika, filologiya fakultələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistika tarixini tədris edən müəllimlər, habelə ümumilikdə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuş kitabın rəyçiləri BDU-nun müəllimləri – professor Vaqif Arzumanlı, dosent Sabir Məmmədov, həmçinin Bakı Slavyan Universitetinin jurnalistika fakultəsinin filologiya üzrə fəlsəfə doktoru Şahbaz Musayev və Xəzər Universitetinin jurnalistika departamentinin pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslandır. Qeyd edək ki, təqdimat mərasimində MŞ İdarə Heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri, BDU-nun müəllim kollektivi və tələbələr iştirak edəcəklər.

“Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin təqdimatı olmuşdur

Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı olmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə idarə heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri, BDU-nun müəllimləri və tələbələr iştirak etmişlər.

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov ömrünün yarıdan çoxunu jurnalistika sahəsində elmi axtarışlara, tədqiqatlara həsr etmiş Həmid Vəliyevin yeni dərs vəsaiti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, xarici ölkələrin jurnalistikası tarixi müasir jurnalistikanın ən mühüm və maraqlı sahələrindən biridir. Sahəyə dünyanın bütün inkişaf etmiş ölkələrində xüsusi önəm verilir, tədqiqatların nəticəsi olaraq elmi nəşrlər, tədris vəsaitləri hazırlanır.

Qeyd edilmişdir ki, Azərbaycanda xarici ölkələrin jurnalistikası tarixi fənni ölkəmizdə jurnalistikanın tədris olunduğu ilk illərdən proqrama daxil edilmişdir. Lakin buna baxmayaraq, ali məktəblərimizin müvafiq fakültələrində bu fənnə aid ana dilimizdə tədris vəsaitlərinin çatışmazlığı xarici dillərdə olan mənbələrə üz tutmaq zərurəti yaratmışdır. Bu mənada müəllifin Azərbaycan dilində yazılmış dərsliyi jurnalistika elmimizə yüksək xidmət nümunəsi hesab edilməlidir. Belə dərsliklərin yazılmasının o qədər də asan olmadığını vurğulayan Ə.Amaşov Təhsil Nazirliyinin müvafiq əmri ilə fənn proqramı kimi çap olunmuş vəsaitin “Xarici ölkələrin jurnalistikası tarixi” kursunun proqramları əsasında yazılmış ilk dərslik olduğunu söyləmişdir.

Sonra Həmid Vəliyevə Mətbuat Şurasının diplomu təqdim edilmişdir.

Tədbirdə MŞ idarə heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müəllimi, tarix elmləri namizədi İlham Mazanlı, BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova və digərləri vəsaitin elmi məziyyətlərindən söz açmışlar.

Bildirilmişdir ki, yeni dərslik ilk növbədə ali məktəblərin jurnalistika və filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistika tarixini tədris edən müəllimlər faydalana bilərlər. Elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya elmləri namizədi, dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən XX əsrin sonlarınadək keçən müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilmiş, kütləvi informasiya vasitələrinin (KİV) tipoloji inkişafı prosesi nəzərdən keçirilmiş, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meyilləri göstərilmişdir.

Çıxışçılar çoxillik axtarışlarının bəhrəsi olan nəşrin müəllifinə elmi axtarışlarında uğurlar arzulamışlar.

Sonda Həmid Vəliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.