HƏMKARA DƏSTƏK” metodiki vəsaiti hər birimizin stolüstü kitabı olmalıdır Təlimçi
“Bu, Baxmutdan sonra düşmən üçün çox maraqlı olan ikinci əsas istiqamətdir. Çünki Limana yaxınlaşsanız, Kramatorsk və Slavyanska yol açılacaq. Bu, həmin istiqamətdə “son” təhlükədir, ona görə də bu ərazi uğrunda bu qədər mübarizə aparmağa çalışırlar. Liman Baxmutdan az əhəmiyyət kəsb etmir”, – Ukraynalı hərbi mənbə “Röyter”ə deyib.
İstiqamət dəyişdi – Rus ordusu bu şəhərə hücuma keçdi
Teleqraf.com xəbər verir ki, İngiltərənin “Röyter” agentliyi rusların növbəti hədəfinin Liman şəhəri olduğunu iddia edir.
Fevralın əvvəlindən Rusiyanın bu istiqamətdə 50-yə yaxın hücumu Ukrayna qoşunları tərəfindən dəf edilib.
“Bu, Baxmutdan sonra düşmən üçün çox maraqlı olan ikinci əsas istiqamətdir. Çünki Limana yaxınlaşsanız, Kramatorsk və Slavyanska yol açılacaq. Bu, həmin istiqamətdə “son” təhlükədir, ona görə də bu ərazi uğrunda bu qədər mübarizə aparmağa çalışırlar. Liman Baxmutdan az əhəmiyyət kəsb etmir”, – Ukraynalı hərbi mənbə “Röyter”ə deyib.
Onun fikrincə, rusların Limana doğru irəliləməsi Ukrayna müdafiə qüvvələrinin Siverskdə mühasirəyə alınması təhlükəsi yarada bilər. Bu qəsəbə Soledardan yuxarı, Limandan aşağıda yerləşir.
Eyni zamanda, Liman Kreminnanın qərbində yerləşir. Donetsk və Luqansk vilayətlərinin bu şəhərləri arasında müvafiq olaraq 30 kilometr uzunluğunda yol var. Liman artıq bir dəfə Rusiya qoşunları tərəfindən işğal edilib, amma Ukrayna Silahlı Qüvvələri ötən il oktyabrın əvvəlində oranı azad edib.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu isə iddia edir ki, rusların Baxmut yaxınlığında hələ şəhər uğrunda döyüşlərdə iştirak etməyən bölmələri var. Bu yaşayış məntəqəsini ələ keçirmək üçün işğalçılar çoxlu sayda ehtiyat qüvvədən istifadə etməli olacaqlar.
“HƏMKARA DƏSTƏK” metodiki vəsaiti hər birimizin stolüstü kitabı olmalıdır+Təlimçi
Mİllixəbər.az xəbər verir ki, “HƏMKARA DƏSTƏK” metodiki vəsaiti müəllimlərin marağına səbəb olub
“Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır,təhsil də daim təkmilləşdirilməlidir”.
HEYDƏR ƏLİYEV
Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndərin təhsillə bağlı yuxarıda söyləmiş olduğu dəyərli mülahizələri ,sözün əsil mənasında ,bugün də müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir.
Təhsil islahatları çərçivəsində ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədi,ümumtəhsil fənlərinin kurikulumları hazırlanarkən ümummilli liderimizin bütün mülahizə və fikirləri nəzərə alınmışdır.
Azərbaycan müstəqil bir dövlət kimi tanınandan bəri dünya təhsil sisteminə inteqrasiya edir,dünyanın bütün ölkələrinin ,xüsusən Qərb ölkələrinin təcrübəsindən bəhrələnir və təhsilin
təkmliiəşdirilməsində bu təcrübədən istifadə edir. Təbiii ki,dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər,qaydalar təhsil sistemimizdə tətbiq olunur.
Respublikamızda təhsil sahəsində aparılan islahatlar uğurla həyata keçirilir.Amma bu islahatların müəllimlər tərəfindən düzgün tətbiqi bu gün ən prioritet məsələdir.Bir təlimçi kimi , təcrübəmə əsaslanaraq demək istərdim ki, yeniliyi dərindən mənimsəmək,yaradıcılıqla düşünməyi bacarmaq,özünə çalışqanlıq,axtarış bacarığı,tədqiqat məharəti özündə aşılamaq müəllimdən tələb olunsa da,əksər müəllimlərimiz ənənəvi təlimdən ayrıla bilmirlər.Burada bir sıra səbəblər var:
*müasir metodikanı dərindən mənimsəyə bilmirlər,çünki onlar peşəkar olmayan təlimçilərdən dərs alıblar.;
*özünütəhsilə az vaxt ayırırlar;
*özlərinə inamları azdır;
*bilmədiklərini həmkarlarından öyrənməkdə,soruşmaqda utanırlar;.
* nəzəri biliyə daha çox üstünlük verirlər;.
*metodiki vəsaitlərə ehtiyacları var.
Ədiblərimiz söyləmişlər:Öyrənmək heç vaxt gec deyil.Əsas odur ki,insan tutduğu peşəyə və özünə hörmətlə yanaşmalı və daim təkmilləşməlidir.Müəllim olan şəxs”bacarmıram”,”bilmirəm” kəlmələrini leksionundan birdəfəlik silib atmağı bacarmalıdır.”Müasir metodikanı hər gün tətbiq etmək qeyri-mümkündür “ifadəsini işlətməmək üçün müəllim metodiki vəsaitlərdən hər gün özü bəhrələnməlidir.
Dünyanın hər yerində təhsil işçiləri elmi araşdırmalar aparırlar,metodiki vəsaitlər yazaraq həmkarlarıi ilə fikirlərini bölüşürlər.Respublikamızda da bu sahədə bir sıra metodiki vəsaitlər var və bizlər də həmin vəsaitlərdən bəhrələnərək təlimçi statusu qazanmışıq.
Sevindirici haldır ki, 2015 -ci ildə Azərbaycan Təhsil Şurasının İdarə heyətinin və Şura Elmi-Metodiki mərkəzinin qərarı ilə”HƏMKARA DƏSTƏK”metodiki vəsaiti nəşr olunaraq müəllimlərin ixtiyarına verildi..Bakı şəhər 230 nömrəli məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu tərəfindən tərtib olunan həmin vəsait dövrün ,zamanın tələbindən,müəllim ehtiyaclarından yarandığından müəllimlər üçün çox dəyərli bir vəsaitdir.Vəsaitin tərtibində müəllif 32 ədəbiyyata müraciət etmişlər.Həmin ədəbiyyatlardan bir növ bəhrələnən vəsait tərtib olunarkən müəllim ehtiyacları tam nəzərə alınmışdır.Qeyd edim ki,vəsait iyerarxiya qaydasına əsasən hazırlanmışdır.belə ki sadədən mürəkkəbə doğru.Kurikulum anlayışını açıqlayan təhsilin məzmunu,təşkili və qiymətləndirilməsi ardıcıl olaraq,müəllimlərə kömək məqsədi ilə tərtib olunmuşdur.10 günlük təlim kursundan keçən müəllimlər üçün mən deyərdim ki,bu bir növ hazır konspektdir Təbii ki,insan bir şeyi yaddaşıında saxlaya bilməz,amma “təkrar biliyin aynasıdır”kəlamını da unutmamalıyıq.Bu vəsait kifayət qədər yardımçımız ola bilər.
Bölgələrdə müəllimlərin sınaq qiymətləndirmədən uğurla keçməsi üçün bu vəsait təqdirəlayiqdir.Sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı tərtib olunmuş 750 test hər bir müəllimi özünü test etməklə yanaşı məntiqi,tənqidi və yaradıcı düşünməyə yönəldir.Cavablar vəsaitdə göstərildiyindən müəllim şəxsən öz-özünü qiymətləndirə bilər,öz zəif və üstün cəhətlərini aşkara çıxara bilər,bir növ özü-özünün müəllimi ola bilər.
Hesab edirəm ki,biz müəllimlərin yeganə bir yolu var:öyrənmək və öyrətmək.Öyrətmək üçün ilkin olaraq,özümüz yaxşı öyrənməliyik,daim yenilik axtarışında olmalıyıq,öz peşəkarlığımızı həm ixtisas,həm də ki,metodiki baxımından təkmilləşdirməliyik.Özümüzün zəif yerini taparaq bu sahədə ixtisaslaşmalıyıq,təşəbbüskar olmalıyıq,yenilikçi olmalıyıq.Yerimizdə saymağa haqqımız yoxdur,axı,biz öyrədənik,şərəfli bir peşənin öyrədəni.”Şərəfli bir adla yaşar” kəlamını unutmamalıyıq.
Eyni zamanda, vəsaitdə106 elmi sözün mənası–tezaurusda öz əksini tapır.Yeni terminologiya inkişafdan,inteqrasiyadan xəbər verir.dünya təhsil sisteminə inteqrasiya olduğumuz üçün bu terminlərin dünya təhsil sistemində bir adı var.Biz müəllim olduğumuz üçün bunları bilməliyik,çünki biz müəllimik.Yeni təlim prinsiplərini yaxşı öyrənmək,yaxşı təcrübədən faydalanaraq bu cür metodiki vəsaitlərin,yeniliklərin müəllifi nədən bizlər olmayaq. Bir halda ki,bütün müəllimlərə öz kompetensiyalarını (biliklər,bacarıqlar,vərdişlər,dəyərlər və keyfiyyətlər) üzə çıxarmaq şansı verilir.Biz bu sahədə seyrçi olmamalıyıq,iştirakçı qismində iştirak edərək özümüzü təsdiq etməliyik.Respublikada və respublikamızdan kənarda keçirilən müsabiqələrə,beynəlxalq layihələrə qatılmalıyıq,nominasiyalarda qalib gələrək özümüzü,kimliyimizi təsdiq etməliyik.,təcrübə mübadiləsində öyrəndiklərimizi tətbiq etməliyik və həmkarlarımızla dəyərli fikirlərimizi bölüşməliyik.
Ulu öndərin söylədiyi kimi “Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir.Gələcək bilikli,elmli insanların çiyinləri üstündə qurulacaqdır”. Bu işdə lazımi töhfəmizi vermək üçün “Nələrə nail olmaq lazımdır?!” sualını özümüz cavablandırmalıyıq və öz üzərimizdə müntəzəm olaraq çalışmalıyıq
Düşünürəm ki, “Həmkara dəstək ” metodiki vəsaitibiz müəllimlərin, hər birimizin stolüsrtü kitabı olmalıdır.Bir müəllim olaraq, ondan lazımınca bəhrələnsək, qarşıdan gələn müəllimlərin sınaq qiymətləndirilməsindən uğurla çıxa bilərik. Bu sahədə bütün müəllimlərə uğurlar arzulayıram.
SUMQAYIT ŞTŞ-nin metodisti,
Kurikulum üzrə təlimçi.
” Həmkara dəstək” metodiki vəsaitin məsləhətçisi: HAQVERDİYEVA GÜLBAHAR ARİF qızı
“Həmkardan həmkara dəstək”layihəsinin onlayın 3-cü təlimi keçirilib
“Həmkardan həmkara dəstək”layihəsinin onlayın 3-cü təlimi MC Teams proqramı üzərində keçirildi. Təlimdə layihə rəhbəri; Quliyeva Səidə,təlimçi; Abbasova Fatma,ekspertlər;Baxşəliyev Elburus ,Zakirova Nigar və Ucar rayonunun 7 məktəb ( Qaradağlı kənd tam orta məktəb,Qaradağlı kənd ümumi orta məktəb,Çiyni kənd tam orta məktəb,Alpout kənd 1 nömrəli tam orta məktəb,Alpout kənd 2 nömrəli tam orta məktəb,Qarabörk kənd tam orta məktəb,Rəstəcə kənd tam orta məktəb)müəllimləri iştirak etdilər. Təlimçi Abbasova Fatma Məktəblərdə fənn metodbirləşmələrin fəaliyyəti necə təşkil olunmalıdır? Bu haqda ətraflı məlumat verdiSonda iştirakçılara onlayn sertifikatlar təqdim olundu.
Like this:
Like Loading.
Related
- ← ABŞ alimlərinin hazırladığı koronavirus peyvəndinin qiyməti açıqlandı
- “Dərs vaxtı”nın 23 noyabr cədvəli →
Ən çox oxunanlar
- Ekspert: “Sertifikasiya”. Belə bir prosedur sovet dönəmində də olub, ancaq, bu də.
- Ali məktəblərə qəbulda ha. “Ali təhsil müəssisələrə qəbul sistemində problem.
- “TELEKİNEZ: Reallıq, yoxs. Dövlət İmtahan Mərkəzinin 5 mart tarixində ke.
- Xüsusi məktəbdə Novruz ba. Bakıdakı 268 nömrəli xüsusi məktəbdə Novruz bayramı mü.
- ADPU-da növbəti “Novruz m. Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin.
- Emin Əmrullayev: “Ali təh. “Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclə.
- Nadir İsrafilov: “Testi. Son günlərdə Dövlət İmtahan Mərkəzi (DİM).
- Həyatımız musiqi üzərind. Məşhur Çin filosofu Konfiçyüs deyirdi: “Musiqi həyatım.
- DİM buraxılış imtahanları. Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də.
- AzMİU -da Ənənəvi Novruz. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ə.
- “Mən müəllim olsaydımR. Mektebgushesi.az modern.az-in maraq doğuran müsahibəsin.
- Türkiyənin məşhur univers. Yozgat Bozok Universiteti rektoru Prof. Dr. Ahm.
- BDU-nun Psixoloji yardım. Bakı Dövlət Universitetinin (BDU) Psixoloji y.
- Aşpaz ixtisası üzrə ödəni. Aşpaz ixtisası üzrə ödənişsiz əsaslarla təhsil almaq i.
- Təhsil Nazirliyi: Yeni il. “Təhsil sistemimizdə 255 minə yaxın işçi çalışır.
- Bakıda fəaliyyət göstərən. Xətai rayonu ərazisində yerləşən “Ayşənim” uşaq bağçası.
- 2068-ci ildə asteroid Yer. 2068-ci ildə “Apofis” asteroidi Yerlə toqquşacaq. M.
- Musiqi sənəti istiqaməti. Ali təhsil müəssisələrinə qəbul imtahanlarını.
- Kenquru Beynəlxalq Riyazi. 16 aprel 2023-cü il tarixində ARTİ tərəfind.
- BDU Türkiyənin Aksaray Un. Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Re.
- Ali məktəblərdə dövlət im. “Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv ol.
- “Təhsilin inkişafında inc. Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təhsildə İnkiş.
- “Qrup imtahanları ixtisas. Martın 12-si 11-ci sinif şagirdləri üçün ölkədə.
- Bağça müəlliminin təhsili. Amerikanın Kolumbiya Bölgəsi bağçalarda 0-5 yaşlı uşaql.
- Lənkəran Dövlət Humanitar. 30 noyabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanit.
Arxiv
VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782
Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©
Əlaqə
- Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
- [email protected]
- +994 070 320 38 51
- +994 55 774 84 44
Comments are closed, but trackbacks and pingbacks are open.