Press "Enter" to skip to content

Mühafizəçi Kimi Necə Işə Düzəlmək Olar

Heç bir açıq vakansiya tapmasanız da, özəl təhlükəsizlik şirkətlərinə və maraqlanan digər müəssisələrə namizədliyinizi təklif etməkdən çəkinməyin. Ancaq əvvəlcə şirkətin tələblərinə cavab verdiyinizə əmin olun. Təhlükəsizlik qurumlarının əksəriyyəti öz sıralarında təhlükəsizlik işçilərini görmək istəyir: • lisenziyalı, • sürücülük vəsiqəsi ilə, • silahlı qüvvələr sıralarında xidmət etmiş, • əvvəlki iş yerindən müsbət bir xüsusiyyətə sahib olmaq, • ali təhsilli (şəxsi mühafizəçilər və mühafizəçilər üçün). Bəzən böyüməyə də məhdudiyyətlər var. Ən optimal hündürlük 175-185 sm-dir, yaş da vacibdir. Ən azı 21 yaşınız varsa və 50-dən çox deyilsinizsə, mühafizəçi kimi işə düzəlmək daha asan olacaq. Sizin üçün əlavə üstünlük Daxili İşlər Nazirliyinin xüsusi bölmələrində uğurlu iş təcrübəsi ola bilər. Rusiya FSB, döyüş sənətlərində bir kəmər və ya unvanın olması, idman ustası adı. Bəzi təhlükəsizlik agentlikləri xarici dilləri bilən işçiləri qiymətləndirir.

“Elektron Ticarətə necə başlamaq olar?” Ödənişsiz seminar

Edumap.az Təhsil Portalı və Aminat Language School gənclər üçün “Elektron Ticarətə necə başlamaq olar?” Ödənişsiz seminar təqdim edir.
Seminarda danışılacaq mövzular.

B2B və B2C marketing nədir?
Elektron Ticarətə necə başlamaq olar?
eCommerce-də Marketing Komunikasiyanın qurulması.

Təlimçi: Samir Mehdi

“One Smart Star” şirkətinin Marketinq Direktoru
5 ildən artıqdır bir çox sektorda marketinq sahəsində çalışıb.
İqtisad Universitetinin məzunudur.
5 ildən çox eTicarət təcrübəsi

Son qeydiyyat tarixi: 16 fevral, saat 00:00

Seminarda iştirak üçün ilk öncə Eventi GOİNG etməyiniz, daha sonra aşağıdakı linkdəki formanı doldurmağınız xahiş olunur:
http://bit.ly/2Bpr2vc

Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməlisiniz.

Əlavə olaraq onu da qeyd edək ki, seminarda iştirak edən hər bir şəxsə mərkəzimizdə keçirilən Dil kursuna 10% endirim təqdim olunacaqdır.

18 fevral 14:00-da keçiriləcək.

Əlaqə: (+99451) 7696468
(+99412) 4986748
Ünvan: Ünvan: Mirzəağa Əliyev 245, ( 28 May metrosuna yaxın, AFF MALL-ın yanı, Heydər Əliyev Sarayının yaxınlığında)

Mühafizəçi Kimi Necə Işə Düzəlmək Olar

Mühafizə kimi işə düzəlmək üçün fövqəladə olmaq lazım deyil. Güclü bir bədən quruluşuna, yaxşı fiziki hazırlığa sahib olmaq və təhlükəsizlik şirkətlərinin bəzi digər tələblərinə cavab vermək kifayətdir. Mühafizə kimi işə düzəlmək üçün dəqiq nəyə ehtiyacınız var? Mühafizəçi kimi necə işə düzəlmək olar

Təlimat

Addım 1

Mühafizəçilər məktəbindən diplom almaq. Bir qayda olaraq, məktəbdə təhsil pulludur və təxminən üç ay davam edir. Təhsil prosesinin sonunda daxili işlər orqanlarındakı komissiya qarşısında bir ixtisas imtahanı verməlisiniz. Yalnız imtahan testlərini müvəffəqiyyətlə keçmiş gələcək təhlükəsizlik işçiləri diplom ala bilərlər.

Addım 2

Standartlar əldə etmək. Diplom və ya lisenziyanın olmaması, bu ərazidə uzun müddət qalmayacaqsınızsa, mühafizəçi kimi işə müraciət etmək üçün əngəl olmayacaqdır. Rusiyanın hər hansı bir şəhərində heç bir vasıf olmadan mühafizəçilər işlədən özəl təhlükəsizlik şirkətləri (PSC) var. Ancaq əmək haqqı və iş şərtləri baxımından gözləntilərinizə uyğun bir iş tapmaq çox çətin olacağına hazır olun. Etibarlı təşkilatlarda lisenziya məcburi bir şərtdir.

Addım 3

İnternetdə şəhərinizin qəzetlərinə və iş saytlarına baxın. Mühafizəçilər üçün çox iş təklifi var.

Addım 4

Heç bir açıq vakansiya tapmasanız da, özəl təhlükəsizlik şirkətlərinə və maraqlanan digər müəssisələrə namizədliyinizi təklif etməkdən çəkinməyin. Ancaq əvvəlcə şirkətin tələblərinə cavab verdiyinizə əmin olun. Təhlükəsizlik qurumlarının əksəriyyəti öz sıralarında təhlükəsizlik işçilərini görmək istəyir: • lisenziyalı, • sürücülük vəsiqəsi ilə, • silahlı qüvvələr sıralarında xidmət etmiş, • əvvəlki iş yerindən müsbət bir xüsusiyyətə sahib olmaq, • ali təhsilli (şəxsi mühafizəçilər və mühafizəçilər üçün). Bəzən böyüməyə də məhdudiyyətlər var. Ən optimal hündürlük 175-185 sm-dir, yaş da vacibdir. Ən azı 21 yaşınız varsa və 50-dən çox deyilsinizsə, mühafizəçi kimi işə düzəlmək daha asan olacaq. Sizin üçün əlavə üstünlük Daxili İşlər Nazirliyinin xüsusi bölmələrində uğurlu iş təcrübəsi ola bilər. Rusiya FSB, döyüş sənətlərində bir kəmər və ya unvanın olması, idman ustası adı. Bəzi təhlükəsizlik agentlikləri xarici dilləri bilən işçiləri qiymətləndirir.

MMC mi açmaq yoxsa fiziki şəxsmi?

salam hər vaxdınız xeyir olsun.
1.mən kurs açmaq isdiyirəm bilmək istəyirəm ki,bunun üçün MMC olaraqmı kursu açmaq üstünlükdur yoxsa fiziki şəxs olaraqmı?
2.və əgər mümkünsə MMC və fiziki şəxs olaraq açmağın fərqli və üstün cəhətlərini qeyd edəsiniz.NİYƏ?
3.MMC olaraq işçini sənədləşdirməklə fiziki şəxs olaraq sənədləşdirmək arasında nə kimi fərliliklər var

Sualı verdi: omer93 ( 02/02/2018 )
Kateqoriya: Sual . Fiziki şəxs, MMMC. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

İşçiləriniz olacaqsa yəni işçi götürüb maaş verəcəksinizsə mmc. Digər halda fərdi sahibkarlıq olaraq açmaq daha asant tez başa gələcək. Digər sualları təsüfki ətraflı bilmirəm. Yaxşı olar hərhansı mühasibatlıqa yönləndirəsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

maaw vererken mmc olmasi neye gore ustunlukdu? yeni fizikiden ne ile ferqlenir? ccox sagolun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Salam aşağıda qeyd olunan məqalədə ətraflı yazılıb hamısı

Fərdi sahibkarlıq – hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Hüquqi şəxs isə qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçən qurumdur. Qeyd edək ki, hüquqi şəxslər kommersiya (şirkət) və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar. Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi şəxslər kommersiya hüquqi şəxsləri sayılır. Qanunvericiliyə görə şirkətlər 5 formada təşkil oluna bilər. Bunlar “Tam ortaqlıqlar”, “Kommandit ortaqlığı”, “Məhdud Məsuliyyətli Cəmiyyət” (MMC), “Səhmdar Cəmiyyəti” və “Kooperativ”lərdir. Bu ilin əvvəlinə olan məlumata görə ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əksəriyyətini – 86,5%-ni və ya 685 minini fiziki şəxslər təşkil edir. Bunu əsas səbəblərindən biri odur ki, şirkətlərlə müqayisədə fərdi sahibkarlıq subyektlərinin qeydiyyatı daha asan olur. Eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malik olduğu üçün insanlar hüquqi şəxs, yəni hər hansı bir şirkət təsis etməkdə maraqlı olmurlar. Ancaq unutmaq lazım deyil ki, hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın bəzi üstünlükləri var. Məsələn, siz şirkət təsis etməklə daşınar və daşınmaz əmlakınızı mülkiyyət iddialarından qorumuş olursunuz. Yəni siz şirkət təsis etmədən bizneslə məşğul olsanız borclu olduğunuz qurumlar (banklar, kredit təşkilatları və s.) sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə və s.) cərimə tətbiq edə bilərlər. Lakin, hüquqi şəxs kimi fəaliyyət göstərsəniz mülkiyyət iddiaları sizə deyil, təsis etdiyiniz şirkətə qarşı yönələcək. Beləliklə siz öz şəxsi əmlakınızı mülki iddialardan sığortalamış olacaqsınız. Bundan başqa bəzi iri şirkətlər, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərdən daha çox, hüquqi şəxslərlə müqavilə bağlamağa üstünlük verirlər.

Qeydiyyata alınan şirkətlərin 90%-dən çoxu MMC-dir

Qeyd etdiyimiz kimi, hüquqi şəxslər 5 formada təşkil olunsalar da, hazırda hüquqi şəxslər ən çox MMC kimi fəaliyyət göstərirlər. Hazırda qeydiyyata alınan hüquqi şəxslərin 90%-dən çoxunu MMC-lər təşkil edir. MMC bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Mövcud qanunvericilikdə MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bi neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

– əgər təsisçilər fiziki şəxslərdirsə, o halda onların adları, soyadları, ata adları, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;

– əgər təsisçilər hüquqi şəxslərdirsə, o halda onların adları, yerləşdiyi yer və qeydiyyat nömrəsi.

2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır. Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını (və ya onun bir hissəsini) özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər. Amma əgər bu sizə sərf etmirsə, siz nizamnamədə başqa müddəa qeyd edə və payın (onun bir hissəsinin) başqa şəxslərə satışını qadağan edə bilərsiniz. Həmçinin, qeyd etmək lazımdır ki, nizamnamə təsisçi(lər) tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənməlidir.

3. MMC-nin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

5. Nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd.

6. Hüquqi ünvan təsdiq edən sənəd.

Yalan məlumat verənlər cərimələnirlər
Məlumat üçün onu da bildirək ki, hüquqi şəxslərin qeydiyyatının təkmilləşdirilməsi məqsədilə onların elektron qeydiyyatının həyata keçirilməsinə başlanılıb. Hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiqlənməsi də tələb olunmur. Elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə yerləşdirilən elektron ərizə forması doldurularaq elektron imza ilə təsdiq edilməlidir. Onu da qeyd edək ki, qeydiyyat zamanı Vergilər Nazirliyinə yanlış məlumatlar verən fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin isə 4000 manat cərimə olunması nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.