Это главное
12.İsmaylov Hikmət İbrahim oğlu – Hazırda həkimlik fəaliyyəti ilə yanaşı “Medservis” -in müdiridir. Beynəlxalq Nefroloqlar Cəmiyyətinin vitse – prezidenti vəzifəsini daşıyır.
Şahağacıda torpaq şikayətləri…
Bir qrup Astara rayonun Şahağacı kənd sakini ilə vədləşdiyimiz yerdə görüşdük. Kənd sakinlərinin dediklərinə görə, rayon icra hakmiyyəti başçısının qəbuluna gəliblər. “Həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı” Onlardan Fətulla Qurbanov-un deməsinə görə, 22 ildir ki, 500 nəfərdən çox kənd sakini onlara məxsus pay torpaqlarını ala bilmirlər: “1998-ci ildə bizə pay torpağı veriblər.Həmin torpaqları “Xəzər” MMC-nin sahibi Taryel Əsədov ələ keçirdib, bizə vermir. Güya biz ərizə ilə müraciət edərək torpaqlarımızı ona vermişik. Biz ərizə yazmamışıq və imza da atmamışıq.O bələdiyyə sədri olanda, torpaqları ələ keçirdib. Sonralar kənd icra nümayəndəsi olub. Sənədlərə möhür vurub…” F. Qurbanovun deməsinə görə, dəfələrlə ona bildiriblər ki, torpaqlardan çıx, amma çıxmayıb: “Vaxtıilə həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı. Bu torpağın vergisini də biz veririk.” Onun sözlərinə görə, kənd sakinlərinin yeganə qazanc yeri onlara verilən pay torpaqlardır: “Kənd Xəzər dənizin sahilində yerləşir.Həmişə balıqçılıqla məşğul olmuşuq. İndi dənizə buraxmırlar.Mənim həyat yoldaşım orada gedib yaşıl çay yarpağı toplayıb.Onu aladadıb. Hər dəfə çay kollarını kəsib yandırır. Onun əvəzinə yonca əkir. Az bir hissədə çay kolu qalıb. Rayonda bütün səlahiyyətli orqanlara şikayət etmişik.Bu adam əməlindən əl çəkmir…” “Ümidimiz torpağadır ” Kəndin digər sakini Həmzə İsmayılov da deyir ki, həmin torpaqlar onların qazanc mənbəyidir: “Mənim 30 sot torpağımı ələ keçirdib.Çay sahəsi idi.O çay sahəsi indi yoxdur.Tamamilə məhv edib.Vaxtı ilə həmin sahədən yaşıl çay yarpağı yığmışıq, pul qazanmışıq. Həmin sahədə suvarma sistemi var idi. Ailədə işləyən yoxdur.Mən və həyat yoldaşım pensiya alırıq. Ümidimiz torpağadır.” Qarabağ ugurunda döyüşlərdə oğlunu itirən Sürrayə Zəkiyevanın dediklərinə görə isə, kasıbçılıq onları üzür: “Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir” “Özüm 12 baş ailəym. Kasıb ailəyik. Tariel Əsədov torpağımı zəbt edib. Elə bil dərəbəylikdir.Çay bağını sürüb taxıl əkərlər? Çay sahələrini genişləndirirlər, bu adam isə çay bağlarını məhv edir.Mən sovet dövründə briqadir işləmişəm. Mən bilirəm çay nədir.Belə iş olar? Bu qədər qanunsuzluq olar? Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir.Tədbir görülməsə kəndin qadınlarını götürüb Bakıya gedəcəyəm…” “Prezidentə, birinci vitse prezidentə,… yazmışıq” Kənd sakini Fuad Quliyevin sözlərinə görə də, dəfələrlə bununla bağlı yuxarı orqanlara şikayətlər ediblər, nəticə yoxdur: “Sahibkardır.Torpaqlarımızı ələ keçirdib.Əkir, biçir, satır.Biz qalmışıq kənarda.Biz də yaşamaq istəyirik.Prezidentə, birinci vitse prezidentə, nazirliklərə, baş prokurorluğa yazmışıq.Orada cinayət işi də var.Çünki sənədlər saxtalaşdırılıb.”
Gözdən qaçırmayın: Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə
Rəsmilərin mövqeyi Astara rayon İcra Hakimiyyətinin Şahağacı kənd inzibati ərazi nümayəndəsi Sokrat Məmmədov deyir ki, sahibkar məhkəməyə verilib: “Torpaqla bağlı mübahisədir. Bu məsələ ilə bağlı rayon icra hakimyətindən də gəlmişdilər. Narazılıq edən kənd sakinlərinə bildirildi ki, məhkəməyə versinlər. İş məhkəmədədir. Çay sahələridir, sahibkar icarəyə götürüb.İndi kənd sakinləri öz torpaqlarını geri istəyirlər. Mübahisə bunun üstündədir.Qərarı məhkəmə verəcək.” Şahağacı bələdiyyəsinin sədri Samir Mahirov da deyir ki, sahibkar kəndlilərin torpağını verməkdən imtina edir: “Sahibkar torpağı vermir. Deyir ki, torpağı təmizləmişəm.İşləri məhkəmədədir.” İttihamlara cavab “Xəzər” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Taryel Əsədov isə onun ünvanına deyilənləri böhtan adlandırır: “Fermer təsərrüfatıdır. Yeri də sənədlə mənə veriblər.Cay bağıdır.Sovxozlar dağılandan 5-6 il sonra mənə verilib.Mənə veriləndə çay sahəsi kol-kos içində idi. Oranı təmizlətdirmişəm.Çay da əkmişəm. Deyirlər adamları ordan qovmuşam.İşləməyə adam axtarıram.Nə üçün adamları qovmalıyam? Narazlıq edənlər ev heyvanı saxlayanlardır. Mallarını otarmaq üçün yer axtarırlar.Mən malları sahəyə buraxmıram ki, çay bağı dağılmasın .Ona görə narazılıq edirlər.” Onun deməsinə görə, şikayət edənlər arasında eləsi var ki, heç onda torpağı yoxdur: “Mən heç kimin torpağını zəbt etmiməmişəm.Hər birinin əsasən 1,5 sot torpağı olmaqla 551 nəfər vətəndaşın məndə torpağı var.Kim istəyir torpağını götürüsün.Bu günə qədər bir vətəndaş məndən şikayətçi olmayıb. Qanun var, qayda var.Cəmi 30 hektardır.Torpağı götürəndə çay kolu qalmamışdı.Çay kolu əkdik su olmadı.Orda su kanalı da yoxdur. ” Şahağacı Astara rayonun 89 kəndindən biridir, 5 minə yaxın əhalisi var. Kənd sakinlərin əsas məşğuliyəti heyvandarlıq və əkinçilikdir.
Son Xeberler
Это главное
Россия подарила спутник Казахстану, который не работает наш комментарий
Армения выдвигает ультиматум России главное на этот час
16 мартa 2023, 23:54
Армяно-российская группировка войск осталась без командира. Что это? горячая тема
16 мартa 2023, 20:35
Il Foglio: Медведев «заказал» вагнеровцам итальянского министра обороны наш комментарий
16 мартa 2023, 18:14
Беседы Эйнуллы Фатуллаева
Украина окончательно расколола Америку наша корреспонденция
16 мартa 2023, 16:54
Раскол между США и Израилем по вопросу Ирана что происходит? наша аналитика, все еще актуально
12 мартa 2023, 11:26
Россия вооружает Иран: первым делом самолеты… наш комментарий, все еще актуально
14 мартa 2023, 01:17
Старший Брат
От Саакашвили к Гарибашвили: украинские надежды и грузинские обиды горячая тема
14 мартa 2023, 15:42
Ереван Каиру столь же бесполезен, как будильник в саркофаге наш комментарий, все еще актуально
14 мартa 2023, 10:22
Россия подвела пространство СНГ на грань катастрофы… вопросы вслух, все еще актуально
14 мартa 2023, 10:02
Эпическая битва российских истребителей с американским беспилотником наши подробности, все еще актуально
15 мартa 2023, 10:17
Кеннеди обратилась к генсеку ООН: «Руководство России и Беларуси должно быть задержано на территории третьей страны» эксклюзив
13 мартa 2023, 16:34
Самое читаемое
Стрельба в Баку: двое ранены, есть задержанный обновлено; добавлены новые видео
10 мартa 2023, 21:31
Спецоперация силовиков: обнародованы имена и фотографии иранских шпионов в Азербайджане последнее обновление 00:37
13 мартa 2023, 00:37
Американский беспилотник столкнулся с российским истребителем. Подробности инцидента обновлено; добавлено видео
15 мартa 2023, 10:26
Пашинян заговорил о войне с Азербайджаном все еще актуально
14 мартa 2023, 12:26
Экстренное заявление Минобороны Азербайджана Баку предупреждает!, все еще актуально
11 мартa 2023, 12:41
Иран неожиданно привел в боеготовность войска на границе с Азербайджаном видео; все еще актуально
16 мартa 2023, 12:57
Армения выдвигает ультиматум России главное на этот час
16 мартa 2023, 23:54
Армяне отказались приезжать в Баку. Ситуация в Карабахе обострилась о развитии ситуации; все еще актуально
14 мартa 2023, 13:40
Минобороны Азербайджана о провокации Ирана срочно в номер
11 мартa 2023, 16:19
Уведомления о важном
На сайте появилась новая функция — уведомления о важных новостях, которые появляются прямо на рабочем столе.
Если вы хотите узнавать важные новости как можно раньше, подписывайтесь прямо сейчас!
Eсли передумаете, то всегда можно отписаться.
Подписаться
Все права защищены. © 2012-2023 | При использовании материалов ссылка на www.haqqin.az обязательна
По вопросам размещения рекламы: [email protected] | +994 50 307 79 19 Отписаться
“Masallıı ensiklopediyası” – 20-ci yazı. Şərəfə İnzibati Ərazi Dairəsi (Tan yenidən işlənib)
1. 1950-55-ci illərdə Xalq Rəssamı Mikayıl Abdullayev Şərəfədə yaradıcılıq ezamiyyətində olub . Onun çəkdiyi “Manqabaşçısı Rəxşəndə ” və “Sevinc” əsərləri milli koloritinə görə yüksək qiymətləndirilib və hazırda Dövlət İncəsənət Muzeyində saxlanılır.
2. 1912-ci ildə Şərəfə kəndinə bir həkim kimi qayıdan Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində ilk dəfə xəstəxana açılmışdır.
3. 1 930-cu ilin yayında qəzaların ləğvi ilə əlaqədar Masallı inzibati rayonu yaradılıb və şərəfəli Mirzə İsmayıl Əzimov həmin il Rayon Maarif Şöbəsinə ilk müdirtəyin edilib.
4. Şəhid Xəlilov Hüsaməddin Xəlil oğlu sağlığında Yunan-roma güləşi üzrə keçmiş SSR-i üzrə idman ustası normasını yerinə yetirmişdir.
5. 1944-cü ildə almanlara əsir düşən Subhan Seyfullayev dostları ilə birgə əsirlikdən qaçaraq partizanlara qoşulub. Hazırda Fransanın Şerburq şəhərində müharibə qəhrəmanlarına dair Xatirə Lövhəsində S. Seyfullayevin də adı vardır. O, iqtisad elmləri namizədi, professordur.
6. Sərəfə kənd Mədəniyyət Evinin direktoru Ağacavad Seyfullayevin rəhbərliyi ilə 1980 -ci ildə Şərəfə kəndindəki “Halay” kollektivinin fəaliyyəti “Buta” sənədli filmini çəkilib . Bu film hazırda respublikanın Qızıll Fondunda saxlanılır.
7. Bu ərazinin Ağakişibəyli kəndindən 2 qadın – Səmayə Musayeva və Rəfiqə Kərimova Azərbaycan Ali Sovetinin deputatı seçilib.
8. Masallının “Canlı ensiklopediyası” sayılan Hüseyndadaş Əsədli bu ərazinin Ağakişibəyli kəndindəndir.
9. Masallının Qarabağ Müharibəsi Qəhrəmanı adını almış 3 nəfərdən biri – Ramiz Cəfərov bu ərazidəndir . (Ağakişibəyli kəndi)
Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyi ilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
İşçi qrupun telefonları:
Zahir Əmənov (qrupun rəhbəri): – 0 50 322 75 23 (Həm də NAR-la)
Əlizaman Baxış: – 0 50 427 70 25
Faiq Hüseynzadə: +7 921 278 51 21
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Şərəfə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
ŞƏRƏFƏ İnzibati Ərazi dairəsi
Şərəfə İnzibati Ərazi Dirəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir.
Şərəfə inzibati ərazi dairəsinin coğrafi mövqeyi :
Ərazi dairəsi Masallı rayon mərkəzindən şimalda, Bakı-Astara magistral yolundan cənubda düzənlik sahədə yerləşir.
Ərazinin coğrafi koordinatı: 39°03′56″ şm. e. və 48°40′48″ ş. u. – dur.
Həmsərhəd olduğu ərazi dairələri:
Şimaldan və qərbdən Çaxırlı,
şimal-qərbdən Xocavar,
şimal-şərqdən Qarğalıq,
cənubdan Masallı,
şərqdən Səmidxan ərazi dairələri ilə həmsərhəddir.
Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir,
Ərazisi 1141 hektar, Əhalinin sayı 4535 nəfərdir.
Ərazi dairəsinə daxil olan torpaq sahəsi : Cəmi: 1141 ha.
Şərəfə kəndi: 802 ha;
Ağakişibəyli kəndi: 339 ha;
Təsərrüfatların sayı 1307 olmaqla 956 yaşayış evi vardır.
Ərazi dairəsinin əhalisinin cins tərkibi: 01. 01. 2021-ci ilə 4535 nəfər;
Kişilər: 2245 nəfər; qadınlar: 2290 nəfər.
Ərazi dairəsində yaşayan əhalinin məşğuliyyəti: əkinçilik, heyvandarlıq və sənətkarlıqdır.
Ərazidə ilklər:
İlk ali təhsilli: Əzimov Mikayıl Məmmədbağır oğlu – 1931-36-cı illərdə Moskvada Zoobaytarlıq İnstitutu, indiki Baytarlıq Akademiyasında təhsil alıb
İlk tibb məntəqəsi: Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində xəstəxana açılmışdır.
Şərəfə məktəbinin ilk şagirdləri:
Mikayıl Əzimov , Hüseyn Əsədli, Həsən Kərimov, Qasım Abbasov, İsmayıl Cəbrayılov, Əli Hacı Razzaq oğlu, Zəbi Quliyev, Çaxırlıdan Məmməd Kazımov, Xırmandalıdan Ağaqulu Quliyev, Sərdar Zahidov, Əkbərov, Cəbrayıl Cəbrayılov, Qulam Rəhimov, Zeydulla Cəfərov, Tahir İsmaylov vəs.
Şərəfə məktəbinin ilk təhsilli qızları:
Tibb sahəsi üzrə – Nailə Feyzullayeva, Fəridə Qasımova, Böyükxanım Məmmədova, Ədilə Qasımova, Rəhimə Əsədova, Ağabacı Xəlilova, Tofiqə Rzayeva, Huriyyə Şirəliyeva və s.
Pedaqoji sahə üzrə : Rahilə Əzimova, Ruqiyə Məmmədova, Solmaz Məmmədova, Aliyə Kərimova, Fatma Cəbrayılova, Xanım Kərimova, Nadiyə Tağıyeva, Solmaz Cəlilova, Ceyran Axundova və s .
İlk dünyəvi məktəb
1921-ci ilin avqustunda Şərəfə kəndində Mirzə İsmayıl Əzimov tərəfindən açılmışdır. Həmçinin o, 1930-cu ildə Masallı Rayon Təhsil Şöbəsinin ilk müdiri olmuşdur.
Nəzirməmməd Bəşir oğlu Məmmədəliyev – rayonun ilk təhsil fədailərindən biri. Masallının bir neçə məktəbində direktor işləmiş. Masallının ilk Əməkdar Məktəb müəllimi adına almış şəxsdir.
İlk komsomol komitəsinin sədri – 1930-cu ildə Həsən Kərimov Ağa oğlu .olmuşdur.
İlk kitabxanaçı – Məcidova Nənəbacı Kamil qızı
İlk bələdiyyə sədri- Ziyadov Əliməmməd Güləhməd oğlu
İlk traktorçu- mexanik Cəfərov Yədulla Əhəd oğlu
İlk ədliyyə müşaviri – Abbasov Cavid Qasım oğlu
İlk polis bölmə rəisi- Kərimov Nüsrət Qulamhüseyn oğlu
İlk alim – Əzimov Mikayıl Bağır oğlu – baytarlıq elmləri namizədi, dosent
İlk professor- Seyfullayev Sübhan Məmməd oğlu
İlk dini-ali təhsilli – Molla Fəttah Axund – İraqın Nəcəf şəhərində ali ruhani (dini) təhsili alıb .
İlk qadın müəllimlər-
Ələkbərova Həcər Rəşid qızı-coğrafiya müəllimi
Əzimova Rahilə Mirzə İsmayıl qızı –coğrafiya müəllimi
Məmmədova Ruqiyə Qənbər qızı-dil-ədəbiyyat müəllimi
İlk diş həkimi – Mirzəyev Füzuli Rza oğlu
İlk qadın məktəb direktoru – Məmmədova Solmaz Hilal qızı
İlk qadın alim – Şərəfə əsilli Əzimova Armella Mikayıl qızı
İlk Qəhrəman ana (həm də rayon üzrə)- Məmmədova Ağaxanım Nəbi qızı -16 uşaq anası
Ilk neftçi – Ələkbərov İlyas Rəşid oğlu
İlk memar – Məmmədov Samir Şakir oğlu
(Ətraflı hər kəndin “Linklər” bölümündə)
I Qarabağ şəhidləri:
1. Kərimov Valeh Qulamhüseyn oğlu (Şərəfə)
2.Əliquliyev Tələt Qulamhüseyn oğlu (Ağakişibəyli)
3. Xəlilov Hüsaməddin Xəlil oğlu (Şərəfə)
4.Bəşirov Şaiq Bəxtiyar oğlu (Ağakişibəyli)
5.İsmayılov Qəhrəman Həmzə oğlu (Ağakişibəyli)
II Qarabağ şəhidləri
1.Cəfərov Ramiz Şübhan oğlu (Ağakişibəyli)
2.Vəliyev Ramazan Hilal oğlu (Ağakişibəyli)
3.Əbilov Nurlan Fərrux oğlu (Ağakişibəyli)
(Ətraflı hər kəndin “Qarabağ şəhidləri” bölümündə )
1. Ələkbərov Samid Fəyyaz oğlu – tibb elmləri doktoru, professor
2. Kərimov Böyükxan Fərzulla oğlu – biologiya elmləri doktoru, professor (Ağakişibəyli)
3. . Əzimov Mikayıl Bağır oğlu – baytarlıq elmləri namizədi.
4. Seyfullayev Sübhan Məmməd oğlu – iqtisad elmləri namizədi,professor
5. Qurbanov Zəfər Cəfər oğlu – tibb elmləri namizədi,professor
6. Ağayev Məmmədəli Hənnan oğlu – pedaqoqika elmləri namizədi
7. Məmmədov Hafiz Hilal oğlu – biologiya elmləri namizədi.
8. Xəlilov Abdul Oruc oğlu – fizika-riyaziyyat elmləri namizədi
9. Zamanov Fəyyaz Məzahir oğlu – iqtisad elmləri namizədi.
10. Əsədov Arif Əlipənah oğlu – iqtisad elmləri namizədi. (Ağakişibəyli kəndi)
11. Əzimova Armella Mikayıl qızı – biologiya elmləri namizədi.
12. Nəbiyev Adil Daxıl oğlu – texnika elmləri namizədi.
13. Əkbərov Mehman Əsgər oğlu – fizika-riyaziyyat elmləri namizədi
14. Həsənov İsmayıl Cəfər oğlu – iqtisad elmləri namizədi.
15. Seyfullayeva Nərminə Səftər qızı – pedaqoji elmlər namizədi
16. Seyfullayev İlqar Sübhan oğlu – iqtisad elmləri namizədi.
17. Ağababayev Müşfiq Saday oğlu – iqtisad elmləri namizədi.
18. Nəbiyev Natiq Adil oğlu – texnika elmləri üzrə fəlsəfə doktoru
19. Əkbərov Əsgər Mehman oğlu – inşaat mühəndisliyi üzrə fəlsəfə doktoru
20. Piriyev Həzrətqulu Həmdəm oğlu – tibb elmləri namizədi. (Ağakişibəyli kəndi)
21. Quliyev Mahmudağa Əbülfəz oğlu – iqtisad elmləri namizədi.
22. İsmayılov Məzahir İbrahim oğlu – tibb elmləri namizədi. (Ağakişibəyli kəndi)
23. Zamanov Yasin Fəyyaz oğlu – iqtisad elmləri namizədi.
24. Ağababayev Saday Ağadadaş oğlu – kənd təsərrüfatı elmləri namizədi
25. Hüseynov Süleyman Səfər oğlu – filologiya elmləri namizədi (Ağakişibəyli kəndi)
26. Mövsümova Təranə Fərahim qızı- biologiya elmləri namizədi
27. Yusifli Kamran Hakim oğlu – təbiət elmləri üzrə fəlsəfə doktoru
(Ətraflı hər kəndin “Alimlər” bölümündə)
Ərazinin adını daşıyan kənd: ŞƏRƏFƏ
1859-1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəfabad) kəndində 54 ev olmuşdur. Əhalinin sayı 334 nəfərə çatmışdır. Onlardan 202 nəfəri kişi, 132 nəfəri isə qadın olmuşdur. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
01. 01. 2021-ci il tarixə 2686 nəfər
O cümlədən: kişi: 1329 nəfər; qadın: 1357 nəfər.
2021-ci il statiskasına görə :
məktəblilərin sayı: 640 şagird;
65 yaşdan yuxarı olanların sayı: 283 nəfər.
2. Ərazisi: 802 ha
3. Həmsərhəd olduğu kəndlər :
Şimaldan Bala Təklə, cənubdan Masallı şəhəri (Seybətin və Digah), qərbdən Çaxırlı və Binə Xocavar, cənub-qərbdən Böyük Xocavar şərqdən Ağakişibəyli şimal-şərqdən Alışanlı, Ətcələr və Kürdəbazlı kəndləri ilə həmsərhəddir. Bakı – Astara magistral yolu kəndin şimal-qərbindən cənub şərqinə doğru əhatələyərək şərq tərəfdən təqribən 4,5 km-lik məsafə ilə sərhədlənir.
4.Şərəfə kəndinin xəritə sxemi:
5. KƏND ƏHALİSİNİN ƏSAS MƏŞĞULİYYƏTİ:
Şərəfə camaatı əsasən, əkinçilik, heyvandarlıq, maldarlıq, sənətkarlıq, ovçuluq, balıqçılıqla məşğul olmuşdur. Burada tərəvəz, bostan bitkiləri, düyü, buğda, arpa, soya, çiyələk, tütün, üzüm və s. becərilir. Xüsusilə, 1830-cu illərdən sonra Lənkəran qəzasında çəltikçiliyin inkişafı Şərəfədə də bu məhsulun yetişdirlməsinə diqqətin artmasına səbəb oldu. Suvarma tələb etdiyinə görə çəltik əkinlərinin su kanallarına, istillərə ehtiyac çox olurdu. Şərəfədəki Ağa istili isə Viləş çayından çəkilən arx vasitəsi ilə təmin olunur. İstildə bitən qamış və daladan kənd qadınları əvvəllər həsir toxumaq üçün istifadə edirdilər .
Çəltik əkinləri
Çəltiyi düyüyə çevirmək üçün əsasən ayaq və su dinglərindən istifadə edilirdi. Şərəfədə Hacı Məhəmməd, Hacı Teyyub dingi, Kərbəlayi Cəfər dingi, Hacı Baba, Mehdiyev Səməd və s. ayaq dingləri mövcud olmuşdur. İstehsal edilən yüksək keyfiyyətli sədri və haşımı düyü növləri Qızılağac həftə bazarında satılır və oradakı liman vasitəsi ilə Rusiya bazarlarına göndərilirdi.
1840-50-ci illərdə kəndə Cənubi Azərbaycandan (xüsusilə Ərdəbil), Yardımlı və Lerikin ( xüsusilə Zuvanddan) dağ kəndlərindən əhalinin kasıb təbəqəsinin Şərəfə kəndinə köçü müşahidə olunmuşdur.
Şərəfədə tez yetişən, öz dadı və keyfiyyəti ilə seçilən “gərmək” yemiş sortu və xüsusi adla tanınan “Şərəfə qarpızı” becərilirdi.
Bununla yanaşı qədimdən bəri sənətkarlıqla məşğul olan el sənətkarları: dəmirçilər, nəccarlar, nalbəndlər, dülgərlər, xarratlar, bənnalar və s. sənət adamları da var idi.
Hazırda Şərəfədə iş yerləri dövlət və özəl müəssisələrdir. Ən böyük obyektlərdən biri kəndin şimal hissəsində olan istixana kompleksidir. Burada tərəvəz əkinləri üstünlük təşkil edir. Bundan başqa ABAD (Ailə Biznesinə Asan Dəstək) xətti ilə sahibkarlığın inkişafı da güclənməkdədir.
Respublikada böyük marketlərdə satılan, Şükürovlar ailəsinə məxsus “Şərəfə” brendi ilə tanınan “Antep” pendiri az tapılan məhsul kimi məşhurdur. Son illər çiyələk, göbələk, balıqçılıqla məşgul olan sahibkarların sayı artmaqdadır və bu da insanların işlə təmin olunmasına imkan verir.
Şərəfə Antep pendiri
6. KƏNDİN RELYEFİ:
Şərəfə kəndi ərazisinin relyefi tamamilə düzənlikdən ibarət olub okean səviyyəsindən 11 m aşağıda, Lənkəran ovalığının şimal hissəsində yerləşir. Kəndin cənub-qərb hissəsində yerləşən, hündürlüyü 17 m olan kurqan mövcuddur. Məxitəpə adlanan kurqan 1589 invertar nömrəsi və AJA001609 sistem kodu ilə ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilir. Kurqan E.ə. II-I minilliklərə aid edilir. Kurqana yaxın və sahəsi təqribən 30 hektar, dərinliyi isə təqribən 3,5 m olan çökəklikdə su dəryaçası ( istil) mövcuddur (İstilin dərinliyi 7 m-dən çox olmuşdur, təəssüf ki, su dəryaçası hazırda lillənmişdir). ( Cənub bölgəsinin abidələr ensiklopediyasi . Müəllif, Mistanlı Aqşin. Nəşriyyat, Adiloğlu. Nəşr yeri, Bakı. Nəşr ili, 2020. Səh 386-443)
Su dəryaçası –İstil
Kurqan (təpə)
7. ŞƏRƏFƏ TOPONİMİ HAQQINDA MƏLUMAT
Şərəfə kəndinin keçmiş adı Şərəfabad olmuş və təqribən 1870 -ci illərə qədər belə adlanmışdır. (E.Kondratenko- кафказский календарью тифлис 1902 ю Этнографическое карта ленкоранское уезда 1880 гг.). Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib. Bu yanaşmaya görə kəndin yaranmasının Şərəf adlı şəxsin adı ilə əlaqəli olması versiyası da irəli sürülür. Lakin bu ad indiki Şərəfənin adı ilə əlaqəli deyil. İranda Şərəfabad adlı yaşayış məntəqələri çoxdur. Lakin Şərəfəlilər öz əcdadlarının İranın hazırda Şərqi Azərbaycan ostanlığındakı Vərziqan şəhərinin Şərəfabad kəndindən ( Ərdəbil şəhərinə yaxın) olduğunu qəbul edirlər. ( Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.)
Şərəfə kəndinin adlanmasına aid müxtəlif ehtimallar vardır. Birinci versiyaya görə Səfəvi hakimiyyətinə həsr olunmuş “Şərəfnamə” əsərinin müəllifi, dövlət xadimi və tarixçi olan Şərəf xanın adı ilə əlaqəli ola bilər. Şərəf xan Qum şəhərində 1543 -cü ildə qızılbaş ələvi ailəsində anadan olmuş, 1603-cü ildə isə vəfat etmiş və Türkiyənin Bitllis şəhərində Şərəfiyyə Külliyəsinin həyətindəki türbədə dəfn olunmuşdur. 8 yaşından Təbrizdə xan sarayında təhsil almış Şərəf xan bacarıqlı idarəçi olmuşdur. O, Səfəvi hakimiyyətinin tapşırığı ilə müxtəlif əyalətlərdə vali kimi fəaliyyət göstərmiş, hakimiyyətdən xeyli hədiyyələr ( o, cümlədən kəndlər) qazanmışdır. Hazırda İranda yerləşən iyirmidən çox Şərəfabad və ona oxşar ada malik olan kəndlərin əsasən Şərəf xan ilə əlaqəli olduğu qəbul edilir.
Şərəfə toponiminin mənasının təhlili “ Şərəfə və onun layiqli övladları” kitabında (müəlliflər: Samir Məmmədov və Naidə Məmmədova) iki mənada təqdim olunur:
1. Xəzər dənizi sahilinə yaxın yerləşdiyinə görə “dənizə açılan eyvan” mənasınıda başa düşülə bilər. Bu, Xəzər dənizinin səviyyəsi yüksək olan dövrdə kəndin dənizə yaxın məsafədə yerləşməsi ilə əlaqədar ola bilər ( Məlumdur ki, XIII əsrdə Xəzər dənizinin səviyyəsi ən yüksək həddə olmuşdur).
2. Digər mənada isə Şərəfə sözü məscid minarələrinin yuxarı hissəsində yerləşən və azan vermək üçün tikilən dairəvi, dəmir və ya daşdan sürahiləri (mühəccər) olan yeri ifadə edən -”yüksək, şərəfli yer” kimi başa düşülə bilər.
8. ŞƏRƏFƏ KƏNDİNİN YARANMA TARİXİ
“Şərəfə və onun layiqli övladları” kitabına istinad etsək (müəlliflər: N.Ş.Məmmədova və S.Ş. Məmmədov): Şərəfə kəndinin sakinləri Ərdəbilin yaxınlığında yerləşən Şərəfəabad kəndindən köçüb gəlmişlər. Şərəfə kəndinin XVI əsrin I rübündən gec olmayaraq salınması güman edilir. Şərəfabad adı sonralar Şərəfə kimi formalaşmışdır.
Şərəfə kəndinin yaranma tarixi Seyid Nəbiyəddin Ərdəbili və onunla birgə Ərdəbildən (İranın indiki Vərzaqan şəhristanının Şərəfabad kəndindən) köç etmiş yeddi ailənin bu ərazidə məskunlaşması ilə əlaqədardır. Seyid Nəbiyyəddinin yeddinci imam Museyi Kazımın nəslindən olduğu bildirilir. Şiə məzhəbinin möhkəmləndiyi həmin dövrlərdə adi insanlar imam nəslindən olanlara xüsusi hörmət bəsləyir, onların ardınca gedirdilər. Ona görə də əshabaları arasında Seyid Nəbiyəddin böyük hörmətə malik idi. Hazırda onun məzarı Çaxırlı kəndində yerləşən qəbristanlıqdakı təpədədir. Yerli əhali və Şərəfəlilər oranı ziyarətgah kimi qiymətləndirir və Seyid Nəbiyyəddinin qəbirüstü baş daşı Mirzə İsmayılın həyat yoldaşı Səriyyə xanım tərəfindən qoyulmuşdur.
Seyid Nəbiyyəddin Ərdəbili piri
Seyid Nəbiyyəddin Ərdəbilinin məzarı
Seyid Nəbiyəddin ilə birgə hərəkət edən ailələr ilk olaraq Çaxırlı kəndinin şimal qərbindəki təpədə, hazırda “Yiyəsiz ocaq“ kimi tanınan ərazidə binə salmışlar. Sonrakı mərhələdə şərq istiqamətində hərəkət edərək, əvvəlcə Bambaşı kəndi, sonra isə indiki Xocavar kəndinin ərazisində (“Qumlu bərə” deyilən yer), daha sonra isə müasir Şərəfənin cənubunda yerləşən “Köhnə Şərəfədə” (hazırda bu ərazi kənd qəbirstanlığıdır) məskunlaşmışlar. O dövrdə köç edən elatın harada yurd salması önəmli idi. Müqəddəs sayılan sacağın (sacaq – yemək bişirmək üçün dəmirdən hazırlanan üç ayaqlı dairəvi alət) atın üstündən yerə düşməsi şərəfəlilərin indiki ərazidə daimi məskunlaşması ilə nəticələnmişdir. Sacağın at belindən yerə düşməsi elat üçün xeyrliyə doğru bir işarə olmüş, bu yerin onlar üçün düşərli olacağına inanmışlar. İndiyədək Şərəfədə “sacaq düşdü, ocaq düşdü” deyimi məhşurdur.
Şərəfə kəndinin məskunlaşma tarixində iki versiya irəli sürülür:
1) Şeyx Nəbiyəddin və onunla birgə köç etmiş yeddi qızılbaş ailəsi 1492-1497-ci illər arasında Agqoyunlu dövlətinin hökmdarı olmuş Sultan Rüstəm Mirzənin təqibindən qaçaraq o vaxtlar sıx meşəliklə örtülü olmuş bu ərazilərdə məskunlaşmışlar.
2) Sultan Rüstəm Mirzənin hakimiyyəti illərində (1492-1497-ci illər) dövlətə xidmət müqabilində bəzi şəxslərə soyurqal – yəni, bəxşiş kimi torpaqlar verilirdi. İqtadan fərqli olaraq, soyurqal torpaqlar irsən keçir, sahibi isə dövlətə vergilərdən azad olunurdu. Doğma qardaşı Baysunqur ilə düşmən mövqeyində olan Rüstəm Mirzə Səfəvi soyundan olan sərkərdə və hörmət sahibi olan şəxsləri öz tərəfinə keçirmək siyasətini tətbiq edirdi. Ona görə də gənc, lakin böyük hörmət sahibi və imam nəslindən olan Seyid Nəbiyyəddinə torpaqları bəxşiş kimi verə bilmək ehtimalı da vardır. Seyid Nəbiyyəddin və onunla birgə köç etmiş yeddi ailəyə indiki Şərəfə və ona yaxın ərazidə məskunlaşması onlara verilən mükafat da ola bilər. ( И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв ) .
Müasir Şərəfə kəndinin yaranması aydın olsa da, ərazidə ilk məskunlaşma tarixinin araşdırılmasının tədqiq edilməsinə ehtiyac duyulur. Bunu kəndin şərq hissəsində “bağ” deyilən ərazidə və ya kəndin cənub- qərb hissəsindəki təpənin ( kurqan) ətrafında tapılan və çox qədim tarixə malik olan saxsı qırıntıları, insan sümükləri və digər tapıntılar tələb edir. Hesab etmək olar ki, Xəzər dənizinin reqressiyasından (suyun geri çəkilməsi) əvvəl müasir Şərəfənin yerində qədim məskunlaşma olmuşdur.
9. KƏNDİN TARİXİ ABİDƏLƏRİ:
1. Hacı İbrahim hamamı – XIX əsr memarlıq abidəsi. Tikintisi 1917-ci ildə Hacı Ağarəhim Qəmbəralı oğlunun maliyə dəstəyi ilə (qeyd etmək lazımdır ki, bu işdə Hacı Ağarəhimə dostu qonşu Bala-Təklə kəndindən olan Hacı Nəhmət də maliyə dəstəyi ilə dayaq durmuşdur), usta-memar, əslən Güney Azərbaycandan olan usta Həmzə tərəfindən inşa edilib. Təəssüf ki, hamam dağıdılmış və yerində yalnız qalıqları qalmışdır.
Şərəfə hamamı (1970-ci illər)
2. Kənd məscidi: XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. (4932 nömrəli invertar sənədi ilə qeydiyyatdadır) Məscidin tikintisinin rəhbəri Molla Baba Axund, ustalardan isə seyid Məlik Məhəmməd, usta Hüseyn, usta Molla Allahverdi, şüşəçi usta Tağı olmuşdur. Sovet hakimiyyəti illərində məsciddən uzun müddət tütün anbarı kimi istifadə olunmuşdur. Məscid 1968-ci və 1989-cu illərdə kənd camaatından toplanan ianə hesabına restavrasiya edilmişdir. Hazırda Qafqaz Müsəlmanları idarəsinin tərkibində fəaliyyət göstərir.
Şərəfə məscidi restavrasiyadan əvvəl
Şərəfə məscidi restavrasiyadan sonra
3. Mir Hüseyn məqbərəsi . Mir Hüseyn ziyarətgahı Şərəfə kənd qəbristanlığında yerləşir. Əslən Ərdəbil şəhərindən olan Mir Hüseyn 1860-cı ildə doğulmuş, 1925-ci ildə Şərəfə kəndində vəfat etmişdir. Məzarüstü məqbərə Rusiyanın Surqut şəhərində yaşayan şərəfəli Şükürov Əli İsrafil oğlunun xeyriyyəçiliyi ilə inşa edilmişdir.
4. Şərəfə klubu – XX əsr memarlıq abidəsidir. 1955-ci ildə istifadəyə verilib.Vaxtı ilə Şərəfə kolxozu öndə getdiyinə görə dövlətimiz tərəfindən Şərəfə zəhmətkeşlərinə asudə vaxtlarını yaxşı keçirmək, istirahət etmək üçün hədiyyə edilmişdi. Bu mənada klub Şərəfəlilər üçün bir zəhmətkeşlik simvolu sayılır və çox dəyərlidir. Tikintiyə rəhbərliyi o vaxtkı kolxoz sədri Qurbanqulu Ağababayev etmişdir. Tikintidə usta Nikolay Çijikov, usta Nağı, usta Abdulla, usta Cavad, Həsənli kəndindən Molla Abbas Fədai, rəssam və nəqqaşlardan Valentin və Novruz Axundov iştirak edib. Klubun pannolarını əməkdar incəsənət xadimi Ağa Mehdiyev çəkib. Həmən dövrdə xalq rəssamı Mikayıl Abdullayev də Şərəfədə yaradıcılıq ezamiyyətində olub. Çəkdiyi “Manqa başçısı Rəxşəndə” və “Sevinc” əsərləri milli koloritinə görə yüksək qiymətləndirilib və hazırda R.Mustafayev adına Dövlət İncəsənət muzeyində saxlanılır.
Sovet dövründə kolxoz (sonralar sovxoz) inzibati idarəsi burada yerləşirdi. Hazırda kəndin mədəniyyət evi bu klubdadır. Lakin klubun tağlı tavanı tökülmüş, divarların rəngi solmuş, pəncərə şüşələri sınmış, döşəmə dağılmışdır. Klubun təmirə, daha mükəmməl restavrasiyaya ehtiyacı vardir.
5. Axund dəyirmanı – Dəyirmanı inşa etdirən 1806-cı ildə Şərəfədə anadan olmuş, Nəcəfdə mükəmməl ali mədrəsə təhsili almış Axund Molla Fəttahdır. Dəyirmanı su ilə təmin etmək üçün Axund Fəttah təpənin yanından kəndin ortası ilə cənub qurtaracağından şimala doğru arx çəkdirir. Arxın çəkilməsində ətraf kəndlərin camaatı da iməcilik adı altında iştirak etmişdir. Dəyirmanı uzun müddət Axund molla Fəttah özü işlətmişdir Daha sonra isə oglu hacı Rəzzaq dəyirmana sahib olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra dəyirman müsadirə edilmişdir. Müxtəlif illərdə usta Ələkbər, Seyid Fəttah, Nüsrət kişi, Ağadadaş, Rəhimov Qulam, Məmmədov Rəsuldəyirmanda işləmişdir. Su dəyirmanından yalnız daşlar və su novunun ( su axının hərəkət etdiyi daş yol) parçaları qalmışdır.
10. MƏHƏLLƏLƏR
Şiri tingəsi,
Dəyirman boyu,
Təpə dibi, Qarabucaq,
Seyfulla palıdı,
Əyri qarağac və s.
11. ŞƏRƏFƏ KƏNDİNDƏ MƏKTƏB
Sovet hakimiyyətinin qurulmasından əvvəl kənddə dini elmləri öyrədən mədrəsə fəaliyyət göstərib.
İlk dünyəvi məktəb 1921-ci ilin avqustunda Mirzə İsmayıl Əzimov tərəfindən açılmışdır. İlk məktəb iki otaqlı, iki sinifli olub əvvəllər məscidin nəzdində olan mədrəsədə yerləşib. Bu siniflər üçün lazımı təchizatlar Mirzə İsmayılın atası, təcrübəli dülgər olan Məhəmmədbağır və oğlu Əzim tərəfindən hazırlanmışdır. Bu məktəbin yaranmasında onunla birgə Lənkəranda təhsil almış, onun yaxından dost olmuş Nəzirməmməd Məmmədəliyevin də böyük zəhməti olmuşdur. Həmçinin ilk məktəbin ilk müəllimləri sırasında Baloğlan . Kərimov və Qaşım Abbasovun da adlarını qeyd edə bilərik.
İkinci məktəb binası 1959-60-cı illərdə Sabir adına kolxozun sədri Ağababayev Qurbanqulunun rəhbərliyi altında iki kəndin mərkəzində inşa edilib. Məktəb bir mərtəbəli, çoxlu tədris otaqları və yardımçı binaları olan bir binadan ibarət olub. Xankişiyev Əyyub Soltan oğlunun direktorluğu dövründə məktəbin tikintisi başa çatdırılmışdır.
Üçmərtəbəli, lazımi avadanlıqlarla təchiz olunmuş üçüncü məktəb binası 1986-cı ildə tikilib istifadəyə verilib.
Şərəfənin ilk məktəbi
İkinci məktəb binası
12. ŞƏRƏFƏ MƏKTƏBİNİN İLK MÜƏLLİMLƏRİ
1.Mirzə İsmayıl Əzimov –
1900-cu ildə Şərəfədə anadan olub. 1907-16-cı illərdə Şərəfə ruhani məktəbində təhsil alıb, 1921-ci ildə Lənkəranda pedaqoji təhsil alıb. 1927-ci ildə kommunist partiyası sıralarına daxil olub. 1927-ci ilə qədər Şərəfə məktəbində həm müdir, həm müəllim vəzifəsində işləyib. 1930-cu ildə Lənkəran Qəza Firqə (partiya) Komitəsinin qurultayında plenum üzvü seçilib, bundan sonra müəllimlikdən Masallı dairə Firqə Komitəsinin təşkilat şöbə müdiri vəzifəsinə irəli çəkilib.1930-cu ilin yayında Qəzaların ləğvi ilə əlaqədar Masallı inzibati rayonu yaradılıb və İ.Əzimov Rayon Maarif Şöbəsinə ilk müdir təyin edilib.
1933-34-cü illərdə Rayon Partiya Nəzarəti komissiyasında işləyirb. 1934-cü ildə Lənkəran şəhər 3 saylı orta məktəbində direktor, Lənkəran Pedaqoji Texnikumunda isə ilk partiya təşkilat katibi vəzifələrində çalışıb. Sonradan Masallı rayonuna göndərilərək Masallı Rayon İcraiyyə Komitəsi sədr müavini, müxtəlif illərdə rayon torpaq şöbəsinin müdiri, Nazirlər Sovetinin rayon tədarük müvəkkili, Rayon İcraiyyə Komitəsinin müvəqqəti sədri işləyib. 1943-ü ilin əvvəlində öz doğma kəndində kolxoz sədri vəzifəsini icra edib. Rayon mərkəzindən kəndə çəkilən ilk yolun da təşəbbüsçüsü və rəhbəri olub. 50-ci illərdə Şərəfə kənd yeddillik məktəbində saldığı tədris-təcrübə sahəsi respublikada ən yaxşılardan olduğu üçün Mirzə müəllim bir neçə şagirdlə birgə Moskvaya SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinə göndərilib. Məsul vəzifələrdən sonra ömrünün sonuna qədər Masallı, Boradigah, Şərəfə məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub.
2.Nəzirməmməd Bəşir oğlu Məmmədəliyev (Mirzə Nəzir müəllim)
1896-cı ildə Səmidxan kəndində anadan olub. 1913-cü ilə kimi yeddi il molla məktəbinə gedib. 1921-ci ildə Lənkəranda açılmış pedaqoji kursda oxuyub müəllimlik peşəsinə yiyələnib.1921-ci ildən 1930-cu ilə kimi Şərəfə ibtidai məktəbində əvvəlcə müəllim və müdir vəzifəsində işləyib. Mirzə İsmayılla birgə savadsızlığı ləgvetmə kursları yaratmışdır. Savadsızlıqla mübarizəyə görə 1922-cü ildə “zərbəçi”adı ilə mükafatlandırılır. 1932-ci ilə kimi Səmidxan ibtidai məktəbində müdir, 1932-ci ildən 34-cü ilə kimi Təzə Alvadı kənd məktəbində direktor olmuş, burada savadsızlığın ləğvi sahəsində çox səmərəli iş aparmışdır.
1934-cü ildən 1935-ilə kimi Masallı rayon ibtidai və orta məktəb işçiləri Həmkarlar İttifaqının sədri, 1935-ci ildən 1937-ci ilə kimi Caparidze adına kolxozda sədr vəzifəsində işləmişdir. Həmən ildən 1942-ci ilə kimi Oncakələ məktəbində, 1942-ilə kimi isə Səmidxan məktəbində dir ektor,1949-cu ildən 1950-ci ilə kimi yenidən Oncakələ məktəbində direktor vəzifəsini icra etmişdir. Həyatını doğma xalqının mədəniyyətinin,maarifinin çiçəklənməsinə həsr edən Nəzirməmməd müəllimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1942-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüş, sonralar “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb. “Kult Əsgər” Fəxri Fərmanına layiq görülüb. Ömrünün 93 ilinin 70 ilini xalqının maariflənməsinə həsr edən bu el ağsaqqalını daima məktəblərdə, uşaq bağçalarında, tarla düşərgələrində, rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə görmək olardı.
Bəşirov Məmməd Nəzir (Mirzə Nəzir) oğlu – Masallı rayonunda ilk SSRİ-nin Maarif əlaçısı
1928-ci ildə Masallı rayonunun Şərəfə kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutun təbiət-kimya fakültəsini bitirib. 1950-ci ildən 1958-ci ilə kimi Masallı rayon 1 saylı orta məktəbində müəllim, direktor, RXTŞ-də metodist, metodkabinetin müdiri işləmişdir. 1958-ci ildə ömrünün sonuna kimi Şərəfə kənd orta məktəbində təbiət-kimya müəllimi işləmişdir. Təbiət dərslərində apardığı təcrübələr zamanı əldə etdiyi nailiyyətlərə görə 1955-ci ildə SSRİ Təhsil Nazirliyinin “Miçurin” medalı ilə mükafatlandırılıb.1979-cu ildə “Sosializm yarışının qalibi, 24 sentyabr 1984-cü ildə Masallı rayonunda ilk olaraq “SSRİ-nin Maarif Əlaçısı” döş nişanları ilə təltif olunub. 1981-ci ildə metodist-müəllim adını almışdır. 31 yanvar 1989-cu ildə “Əmək veteranı” medalına layiq görülüb.
13. ŞƏRƏFƏ MƏKTƏBİNƏ RƏHBƏRLİK ETMİŞ ŞƏXSLƏR:
1.İsmayıl Əzimov 2. Nəzirməmməd Məmmədəliyev 3. Qasım Qafarzadə 4. Zeydulla Cəfərov 5. Qasım Abbasov 6.Nəcəf Əlizadə 7. Xanbaba Məmmədov 8. Zülfüqar Əhmədov 9.Əlqiyas Mahmudov 10. Adəm Seyfullayev 11. Habil Ələkbərov 12. Məhərrəm Məmmədov 13.Məmməd Bəşirov 14.Əyyub Xankişiyev 15. Solmaz Məmmədova (Şərəfə məktəbinin ilk qadın direktoru) 16. Məmmədəli Ağayev 17. Elşad Əsgərov 18. Nəsir Abbasov 19.Qabil Məmmədov 20.Fatma Cəbrayılova 21.Əşrəf Möhsümov 22.Taleh Əkbərov 23.Gülcan Kərimova
14.ŞƏRƏFƏ MƏKTƏBİNDƏ “BURAXILIŞ YUBİLEYLƏRİ” ƏNƏNƏSİ
Bu gözəl ənənənin əsası 1961-ci ildə orta məktəbi bitirənlər tərəfindən qoyulmuşdur. 20 il sonra (1981 -ci il) may ayının 25- də “Son zəng günü” Şərəfə məktəbdə onların görüşü keçirilmiş, daha sonralar bu tədbir geniş miqyas almışdır. Digər illərdən sonra 10 illik yubilyarlar da bu ənənəyə qoşulur. Adətən görüşlər iki hissədən: rəsmi və bədii hissədən ibarət olur. Yubilyarlar tərəfindən müəyyən vəsait toplanır və bu vəsait kəndin və məktəbin abadlaşmasına sərf olunur. Tədbir təhsil aldıqları məktəbdən və dünyasını dəyişmiş müəllimlərə ehtiramlarını biıdirmək üçün qəbrüstü ziyarətdən başlanır.
Yubliyarlar həmçinin təqaüddə olan müəllimlərini ziyarət edir və ya onları tədbirə dəvət edirlər.
“20-10 illik yubilyarların” müxtəlif illərdə kənddə etdikləri xeyriyyə işləri:
1. Kəndin küçələrinin işıqlandırılması;
2. Kəndin girəcəyində ünvan lövhəsinin tərtib edilməsi;
3. Məktəbdə sinif otaqlarının təmir olunması;
4. Uşaq bağçasında otaqların təmir edilməsi;
5. Məktəbdə təmizlik-sanitariya otaqların təmir olunması;
6. Uşaq bağçasında təmizlik-sanitariya otaqların təmir olunması;
7. Uşaq bağçasında əyləncə meydançasının salınması
8. Qəbristanlıqda yolların çınqılla örtülməsi;
9. Qəbristanlıq yaxınlığında artezian quyusunun qazılması;
10. Kənd yollarının kənarlarında şəhid lövhələrinin qoyulması;
11. Şəhid Valeh Kərimovun xatirəsinə bulağın inşa edilməsi;
12. Şəhid məzarları üzərində bayraq dirəklərinin ucaldılması;
13. I Qarabağ müharibəsində halak olan şəhid məzarlarının yenidən bərpa olunması və s.
Şəhid Valeh Kərimovun xatirəsinə bulaq
15. ŞƏRƏFƏLİLƏRİN İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI
İkinci Dünya müharibəsində Şərəfə kəndindən 113 nəfər iştirak etmişdir. Cəbhəyə gedənlərdən 69 şəhid olmuş və ya itkin düşmüşdür. Onlar aşağıdakılardır:
1.Isayev Musa Dadaş oğlu 2. Cəbrayılov Sübhan Təyyar oğlu, 3.Qurbanov Ağamirzə Alı oğlu 4.Məcidov Murtuz Kamil oğlu 5.Rzayev Mehralı Əsgər oğlu 6.Rzayev Rzaqulu Əsgər oğlu 7. Rzayev Abış Əsgər oğlu 8.Cəlilov Soltanağa Dadaş oğlu 9.Cəlilov Alqulu Nəcəfqulu oğlu 10.Cəlilov Xanlar Nəcəfqulu oğlu 11.Kərimov Yasər Rza oğlu 12.Bəşirov Bəşir Səttar oğlu, 13.Nəbiyev Nəbi Paşa oğlu 14. Ağababayev Ağadadaş 15.Ağababayev Kazım 16.Ağababayev Bürhan 17.Sədrəddin oğlu 18.Cəfərov Zeydulla Əhəd oğlu 19.Nağıyev Məmməd Nağı oğlu 20. Kərimov Əjdər Sahib oğlu 21.Kərimov Əli Sahib oğlu 22. Sadıqov Məlik Yusub oğlu, 23.Seyfullayev Həsən Rəcəb oğlu 24. Rzayev Abusət Əlövsət oğlu 25.Əzimov Əzim Məhəmmədbağır oğlu 26. Qurbanqulu Lətif oğlu 27.Axundov Əli Rəzzaq oğlu 28.Məmmədov İsa Rəsul oğlu 29. İslamov Teymur Əjdər oğlu, 30. İsgəndərov Yavər İsgəndər oğlu 31.Ələkbərov Əyyub Əkbər oğlu 32. Seyfullayev Müqəddəs 33.Məmmədov Surxay Rəhim oğlu, 34. Məmmədov Səfəralı Şabi oğlu 35.Mirzəyev Ağalar Mirzalı oğlu 36. Mirzəyev Sultan Mirzalı oğlu 37.Paşayev Elbəyi Paşa oğlu 38. Məmmədov Məmməd Nağı oğlu 39. Möhsümov Möhsüm Əşrəf oğlu 40. Mehdiyev Müntaha 41.Ağayev Bürhan Nəbi oğlu 42.Bəşirov Dadaş Bəşir oğlu 43. Məmmədov Surxay Kərbəlayi rəhim oğlu 44. Seyfullayev Zülfüqar Qudrətulla oğlu 45. Ağayev Ağaəli Mirzəli oğlu, 46.Ağayev Hidayət Allahverdi oğlu, 47. Ağayev Soltan Mirzəli oğlu 48. Əhmədov Qüdrət 49. Əliyev Bəhrəm Yusif oğlu, 50. Həsənov Mürsəl Davud oğlu 51. Hümmətov Məhəmməd Qəzənfər oğlu 52. İbrahimov Mirzəaga Nəcəf oğlu 53. İbrahimov Ağakərim Nəcəf oğlu 54. Qurbanov Allahşükür Novruz oğlu, 55. Qurbanov Cəfərqulu Xanış oğlu, 56. Qurbanov Əli Alı oğlu, 57. Məmmədov Məcid Məmməd oğlu, 58. Məmmədov İsa Məmiş oğlu, 59. Möhsümov Cəfərqulu Əşrəf oğlu, 60.Rəhmanov Əhməd Mərdalı oğlu, 61. Xəlilov Oruc Abdul oğlu 62. Sadıqov Talıb Yusub oğlu, 63.Seyfullayev Murad Vəliyulla oğlu 64.Səmədov Səməd Bayram oğlu 65. Talıbov Burhan İzzət oğlu 66. Talıbov Rəhmət Əcun oğlu 67.Seyfullayev Təvəkkül Əsədulla oğlu 68. Yunusov Fətulla Hüseynalı oğlu 69. Yunusov Xalıq Hüseynalı oğlu və başqaları
16. İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN QAYIDANLAR:
1. Məmmədov Qafur Qəmbər oğlu. 2. Murtuzov Kamil Murtuz oğlu 3.Cəbrayılov İsmayıl Təyyar oğlu 4.Cəlilov Böyükağa Məmmədəli oğlu 5. Məmmədov Şakir Qəmbər oğlu 6. Cəfərov Əliş Baloğlan oğlu 7. Feyzullayev Yaqub Hüseyn oğlu, 8. Feyzullayev Müslüm Hüseyn oğlu, 9. Əliyev Həmdulla Təhməz oğlu, 10. Ağababayev Səfəralı Sədrəddin oğlu, 11. Xəlilov Ramazan Abdul oğlu, 12.Cəfərov Əliş Baloğlan oğlu, 13. Əzizov Ənvər İsmayıl oğlu, 14. Rzayev Yusif Balaş oğlu, 15. Kərimov Şükür Sahib oğlu, 16. Kərimov Zakir Sahib oğlu, 17. Məmmədov Hilal Saleh oğlu, 18. Seyfullayev Əşrəf İzzət oğlu, 19. Seyfullayev Adəm İzzət oğlu, 20. Mehdiyev Aqil, 21. Seyfullayev Hüseyn Rəcəb oğlu, 22. Məmmədov Vəli Əkbər oğlu, 23. Cəlilov Vahab Rüstəm oğlu, 24. Xankişiyev Rubil İsaq oğlu 25. Xəlilov Əlyağa Abdul oğlu 26. Ağayev Yadulla Əbil oğlu, 27. Kərimov Zəki Camal oğlu 28. Axundov Qəni Rəzzaq oğlu, 29. Zamanov Firudin Sücəddin oğlu 30. Zamanov Məzahir İbrahim oğlu 31. Muxtarov Məmməd Musa oğlu, 32.Məmmədov İmamverdi Rəsul oğlu, 33. Tağıyev Mikayıl Vəli oğlu, 34. Tağıyev Xosrov Vəli oğlu, 35. Yunusov Nəsrulla Hüseynəli oğlu, 36.Yunusov Ağalar Hüseynəli oğlu 37. Həsənov Muğbil Həsən oğlu, 38 . Həsənov Abuəli Həsən oğlu, 39. Seyfullayev Sübhan Məmməd oğlu, 40. Seyfullayev Məmmədalı Məmmədalı oğlu, 41. Ələkbərov Almaz Kəlbi oğlu, 42. Rəhimov Əli Ağarəhim oğlu 43.Məmmədov Bəhlul Şabi oğlu 44. Babayev Rizvan, 45. Xankişiyev Hilal İsaq oğlu, 46. Əli Mədət oğlu, 47. Kərimov Həsən Ağa oğlu 48. Rəhimov Qulam Ağa oğlu 49. Əbilov Hənnan Hacı Ağabala oğlu.
17.QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİDLƏRİ, QAZİlər
Birinci və İkinci Qarabağ müharibələrində Şərəfə kəndinin gənclərinin iştirakı təqdirə layiqdir və qələbənin qazanılmasında şərəfəlilərin də rolu vardır.Bildiyiniz kimi, II Qarabağ müharibəsində Masallı rayonu üzrə Prezidentimizin təqdimatı ilə 2 nəfər əsgərimiz Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Onlardan biri də Şərəfə sovetliyi üzrə polkovnik-leytenant Ramiz Cəfərovdur ki, hazırda nəşi II Fəxri Xiyabanda uyuyur.
1 Qarabağ Müharibəsində iştirak edənlər :
– Hüsaməddin Xəlilov, Polkovnik Rəhim Qafur oğlu Məmmədov , polkovnik-leytenant Alı Cəfər oğlu Qurbanov,mayor Azad Ağahüseyn oğlu Ağayev,Abbas Fətulla oğlu Mustafayev, leytenant Mehralı Elşad oğlu Əsgərli,leytenant Mürşüd Şahverdiyev, Qəhrəman İsmayılov Həmzə oğlu, Qorxmaz Mustafayev,Valeh Ağaqulu oğlu Əliyev, Gülbala Vəli oğlu Vəliyev,Yalçın Ağa oğlu Kərimov,Ceyhun Sudeyif oğlu Əbilov, kapitan İmran Baba oğlu Hüseynov, baş leytenant Ülvi və Zülfi Məmmədəli oğlu Ağayevlər, Qəşəm Məmməd oğlu Bəşirov, Məhərrəm Nağıyev, Qadir Məmmədov, Cavanşir Möhsümov, Zahir Kərimov, Üzeyir Cəbrayıl oğlu Cəbrayılov, baş çavuş Cavanşir Mehdiyev, İsa Bağırov, mayor İlqar Qabil oğlu Məmmədov,Yadulla Ağamoğlanov, Azər və Mais Sadıq oğlu Əbilovlar, Qılman Həsənov,Vaqif Məmmədov, Ziya Zeynalov, Vazeh Şirinov, Daşqın Əhədov, Natiq Məmmədov,İsayev Ramiz, Cəfərov Ağamoğlan, Fəyyaz Cəlilov, Nüsrət Kərimov,Yasər Kərimov, Rövşən Möhsümov, Məşədi Ağabala, Saleh Babayev qardaşları və başqaları.
I Qarabağ müharibəsi şəhidləri
İsmayılov Qəhrəman Həmzə oğlu
1973-cü il aprelin 4-də Ağakişibəyli kəndində anadan olub. Daha ətraflı Ağakişibəyli kəndi bölümündə.
Kərimov Valeh Qulamhüseyn oğlu
1962-ci ildə Şərəfədə anadan olub. Şərəfə orta məktəbində ilk təhsilini alıb.1980-82-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1984-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsində işə başlayıb.Bir neçə il Bakı-Krosnovodsk marşrutu ilə hərəkət edən gəmi bərədə nümunəvi xidmət etdiyinə görə Valehi Xəzər dəniz gəmiçiliyinin xarici ölkələtə üzən ticarət gəmilərində xidmət sahəsinə göndərilib. Müharibə başlayanda Valehin gözəl şəraitli evi 1 yaşlı Şəhriyar adlı körpəsi olmasına baxmayaraq vətəninin halına yandı, könüllü olaraq cəbhəyə getdi. Valeh Ağdamın Sırxavənd kəndinin azad olunmasında keçirilən ağır əməliyyat zamanıı itgin düşüb. Valehin taleyi kənddə hər bir kəsə üçün üzüntülü hadisə kimi təsir edir.
Əliquliyev Tələt Qulamhüseyn oğlu ağakişibəyli
1975-ci ildə Salyan rayonunun Ballıcalı kəndində anadan olmuşdu.1982-ci ildə Şərəfə kənd orta məktəbində I sinfə getmiş,1990-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Həmən il Prişib qəsəbəsində ( indiki Göytəpə şəhəri) 108 nömrəli texniki- peşə məktəbinə daxil olmuşdu.1992-ci ildə peşə məktəbini bitirmiş,1993-cü ildə vətənin müdafiəsində iştirak üçün getmiş, Füzulidə ağır döyüşlərdə vuruşmuşdur. Son döyüşü isə 1994-cü ilin yanvarın 4-də Beyləqanda olub. T. Əliquliyevin nəşi Şərəfə kənd qəbristanlığında dəfn olunub.
Xəlilov Hüsaməddin Xəlil oğlu –
1961-ci ildə Şərəfədə anadan olub.VIII sinfi bitirdikdən sonar Bakı şəhərində texniki-peşə məktəbində təhsilini davam etdirir.Yunan-roma güləşi üzrə idman ustası normasını yerinə yetirib.1980-ci illərdə Sovet ordusu sıralarına çağrılıb.Hərbi xidmətdən sonra Dnepropetrovsk şəhərində qalıb işləmək qərarına gəlir.Lakin ermənilərin torpaqlarımıza təcavüzünə dözə bilməyib Vətənə qayıdır,könüllülərdən ibarət batalyonda xidmətə başlayır.1993-cü ilin fevral ayında Ağdərə bölgəsində leytenant Azər İbrahimovun rəhbərlik etdiyi kəşfiyyat qrupuna daxil olur.Dəfələrlə ölümlə üz-üzə dayanır. 28 martda son nəticəsi bizim üstünlüyümüzlə keçən döyüşdə Hüsaməddinin xidməti əvəzsizdir. O, yüksək döyüş texnikası nümayiş etdirərək ordumuzun 20 döyüşçüsünü ölümün pəncəsindən xilas etmişdir. Aprelin 8-də azğınlaşmış ermənilərin atdığı güllənin qəlpəsi Hüsaməddinin şəhadətinə səbəb olur və onu əbədilik döyüş yoldaşlarından və əzizlərindən ayırır. Məzarı Şərəfə qəbristanlığındadır.
Bəşirov Şaiq Bəxtiyar oğlu ağakişibəyli
26.09.1974-cü ildə Sumqayıt şəhərində anadan olub.1981-91-ci ci illərdə Şumqayıt şəhərində orta təhsilini alıb.Hərbi hissənin yaşca ən kiçik,ən sevimli əsgəri olub. Döyüş bölgəsinə yola düşərkən Şaiqin cəmi 18 yaşı var idi.Onu bu yaşda cəbhəyə gətirən erməni faşistlərinin azğınlığı,vəhşiliyi və qəddarlığı olmuşdu. Torpaqlarımızın hər qarışı Şaiq üçün qiymətli və əziz idi.1993-cü ilin aprelində Laçın və Kəlbəcər rayonlarının düşməndən azad olunmasında iştirak edib. Aprelin 3-ü Laçın uğrunda gedən döyüş onun son döyüşü olur.Laçın rayonunun strateji tərəfdən necə əhəmiyyətli olduğunu yaxşı başa düşürdü. Laçın uğrunda gedən döyüşlərdə döyüş yoldaşları mühasirəyə düşür və günlərlə ac qalır. Vəziyyətin çətinliyini görüb Şaiq döyüş yoldaşlarına çörək aparmaq qərarına gəlir.Hərbi hissədə bu yolun nə qədər təhlükəli olduğunu və sonun nə ilə nəticələnə bitəcəyini Şaiqə izah edirlər. Şaiq isə israr edir, heç kimi dinləməyərək, dostlarının buna ehtiyacı olduğunu söyləyərək kisəyə çörək və digər ərzaq ehtiyatlarından yığaraq yola düşür. Deyilənə görə xeyli yol gedir, hətta meşədə bir bulaqdan su da içir, əl-üzünü yuyur və yoluna davam edib. Mən ölsəm də çörəyi döyüş dostlarıma çatdıracağam deyir. Döyüş yoldaşlarına çatmağa az qalmış, meşədən çıxanda pusquda duran snayperçi tərəfindən qətlə yetirilir. Şaiqin əlindəki çörək torbası al qana bulaşır.Əsgər yoldaşları Şaiqin ruhu şad olsun deyə torbada qana bulaşmış çörəkdən yeyirlər.18 yaşında şəhadətə yetişən Şaiq 1993-cü il 6 aprel tarixində Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
I Qarabağ müharibəsinin qaziləri:
Əbilov Nicat Təzəxan oğlu, Zeynalov Şahin Zeynal oğlu, Babayev Saleh Sadıq oğlu, İmanov Saday Nəzər oğlu, Əhmədov Daşqın Allahyar oğlu, Quliyev Abış Allahyar oğlu, Əbilov Ceyhun Sudeyif oğlu, Həsənov Qılman Həsən oğlu, Babayev Ağabala Sadıq oğlu, Əliyev Valeh Ağaqulu oğlu.
II Qarabağ müharibəsi veteranları
1.Hadıyev Qəşəm Hamil oğlu, 2. Həsənov Azər Əflatun oğlu, 3. Cəfərov Rüstəm Elsevər oğlu, 4.Mənsimov Fuad Polad oğlu, 5.Cəfərov Zülfiqar Ağamoğlan oğlu, 6.Musayev Əli Rafael oğlu, 7. Şirəliyev Samir Fərhad oğlu, 8. Zeynallı Şəmistan Şahin oğlu, 9. İsgəndərov Elmir Cərraf oğlu, 10. Əsgərov Mircəmal Baxış oğlu, 11. Səmədzadə Elməddin Hikmət oğlu, 12.Qasımzadə Ümüd İman oğlu, 13. Ağababayev Merac Sərdar oğlu, 14.Xəlilli Kamran Nazir oğlu, 15.Abasov Emil Elman oğlu, 16.Zeynalov Nəsimi Nizami oğlu,17. Möhsümov Elçin Səlahəddin oğlu,18. Ağazadə Fərid Azər oğlu, 19. Cəfərov Camal Rauf oğlu, 20. Mehdiyev Ülvi Nizami oğlu,21. Kərimov Ülvi Əkrəm oğlu, 22. Nəcəfov Selnur Arif oğlu, 23.Piriyev Qulamhüseyn Rəhmət oğlu, 24. Camalov Əmrah Əfqan oğlu, 25. İbişov Sadiq Eldəniz oğlu, 26. Qurbanov Seymur Münasib oğlu, 27. Nəsirov Orxan Abı oğlu, 28. Hətəmov Vüsal Rasim oğlu 29. Qurbanov İlkin Alim oğlu 30. Qurbanov Telman Çingiz oğlu, 31. Şahverdiyev Kənan Azad oğlu 32. Ağakişili Əsgər Əşrəf oğlu 33. Qarayev Kənan Qoşqar oğlu 34. Mustafayev Eldəniz Şəfi oğlu 35. Mənsimli İlqar Vidadi oğlu 36. Əzizov İlham Fərrux oğlu 37. İbişov Nofəl Rüstəm oğlu 38. İsmayılov Neman Nizami oğlu 39. Əsgərov Vüsal Dəyyan oğlu 40. Yarıyev Cəmil Damət oğlu, 41. YariyevAmid Aməd oğlu 42. Cabbarov Seymur Samir oğlu 43. Xəlilzadə Cəmil Qismət oğlu 44. Kərimov Elnur Yalçın oğlu 45. Məmmədov Elgün Qüdrət oğlu 46. Əliquliyev Orxan Yadigar oğlu 47. Hüseynov Kamran İmran oğlu 48. Məmmədov Vüqar Umudəli oğlu.49.Zeynalov Qulam Əsədağa oğlu 50.Zeynalov Sahib Əsədağa oğlu.
II Qarabağ müharibəsi şəhidləri
Cəfərov Ramiz Şübhan oğlu- Vətən müharibəsi qəhrəmanı, polkovnik – leytenant .
1974-cü il 10 dekabrda Ukranyada anadan olub. (Əslən Şərəfə Ərazi Dairəsinin Ağakişibəyli kəndindəndir) Sumqayıt şəhərinin 11 saylı tam orta məktəbində təhsil alıb. Alman, ingilis, rus dillərini sərbəst bilib
(Daha ətraflı Ağakişibəi kəndi haqqında olan hissədə)
Vəliyev Ramazan Hilal oğlu (Ağakişibəyli kəndi)
(Daha ətrafı Ağakişibəyli kəndi bölümündə)
Əbilov Nurlan Fərrux oğlu.
2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub.
Şəhidlər lövhəsi-II Qarabağ müharibəsi
II-Qarabag müharibəsinin qaziləri.
2-ci Qarabağ müharibəsində 7 əsgərimiz bədənin müxtəlif nahiyəsindən güllə və qəlpə yaraları alaraq müharibə qazisi olmuşlar:
-Zeynalov Qulam Əsədağa oğlu -Füzuli istiqamətində gedən döyüşlərdə bel nahiyəsindən yaralanmış,”Füzulinin azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə”,”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.(Ağakişibəyli kəndi)
-Əliquliyev Orxan Yadigar oğlu Murovdağ uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən yaralanmış,”Kəlbəcərin azad olunmasına görə “medalı ilə təltif olunmuşdur.
-Əsgərov Mircamal Baxış oğlu -Zəngilan istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən yaralanmış “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
-Kərimov Ülvi Əkrəm oğlu – Goranboy istiqamətində gedən döyüşlərdə ayaq nahiyəsindən yaralanmış,”Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
-Mehdiyev Ülvi Nizami oğlu – Goranboy istiqamətində gedən döyüşlərdə yarlanmış,”Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.
-Xəlilov Kamran Nazir oğlu -Şuşa istiqamətində gedən döyüşlərdə ayaq nahiyəsindən yaralanmış,””Cəsur döyüşçü “medalı ilə təltif olunmuşdur.
-İsgəndərov Elmir Cərrah oğlu- Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmış,”Cəbrayılın azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”,”Cəsur döyüşçü” medalları ilə təltif olunub. (Ağakişibəyli kəndi)
18. KƏNDİN ELM ADAMLARI
1.Əzimov Mikayıl Bağır oğlu – baytarlıq elmləri namizədi, Əməkdar baytar.
Kəndin ilk alimi. 1910-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İlk təhsilini evdə, ərəb və fars dillərini mükəmməl bilən atası Molla Məhəmmədbağırdan almışdır. Şərəfə kənd məktəbinin ikinci sinfinə götürülür. 1924-cü ildə Lənkləranda müvəffəqiyyətlə imtahan verib Darülmüəllimin 4-cü sinfinə qəbul edilib. 1929-cu ildə buranı xüsusu mükafatla bitirən Mikayıl 1929-31-ci illərdə Cəlilabad rayonunun indiki Göytəpə kəndində müəllim işləyib. 1931-36-cı illərədə Moskavada Zoobaytarlıq İnstitunun (indiki Baytarlıq Akademiyası) baytarlıq fakültəsində oxuyub. Moskvada Ümumiittifaq Elmi-Tətqiqat Baytarlıq İnstitutunda, daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda parazitalogiya şöbəsində assisent, sonra baş müləllim və kafedra müdiri vəzifəsində çalışmış, 1972-ci ildə təqaüdə çıxmışdır. Əzimov Mikayıl Bağır oğlu respublikamızda da baytarlıq sahəsində qazandığı müvəffəqiyyətləinə görə 1966-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətənin fərmanı ilə Azərbaycanın Əməkdar baytar həkimi fəxri adına layiq görülmüşdür. M.Əzimov 1998-ci ildə dünyasını dəyişmiş,öz vəsiyyətinə görə gənc yaşlarında həyatla vidalaşan oğlunun dəfn olunduğu yerdə,yəni Gəncə şəhərində dəfn olunmuşdur.
2.Seyfullayev Sübhan Məmməd oğlu – iqtisad elmləri namizədi, kənddə ilk professor.
Sübhan Seyfullayev 1925-ci ildə Şərəfə kəndində anadan olmuşdur. II Dünya Müharibəsi iştirakçısıdır. Ağır döyüşlərin birində əsir düşür. Rur kömür hövzəsində işləyir. 1944-cü ildə əsir dostları ilə birgə əsirlikdən qaçaraq partizanlara qoşulur. Hazırda Fransanın Şerburq şəhərində müharibə qəhrəmanlarına dair xatirə lövhəsində S. Seyfullayevin də adı vardır.
S.Seyfullayev 1951-ci ildə Azərbaycan Dövlət Ünveristetinin İqtisadiyyat fakultəsini bitirmiş, əmək faliyyətinə sıravi mühasiblikdən başlayaraq Azərbycan Dövlət Plan Komitəsində məsul vəzifəyə, Nazirlər Kabinetinin Mərkəzi Mühasibat İdarəsinin rəisi vəzifəsinə qədər bir yol keçmişdir. İşlədiyi dövrdə ciddi elmi tədqiqatlar aparmışdır. “Aqrar-sənaye birliklərində istehsalın rentabelliyinin yüksəldilməsi yolları” mövzusunda namizədlik dissertasiyası işini tamamlayaraq iqdisad elmlər namizədi adını almışdır. 1971-ci ildə Xalq Təsərrüüfatı İnstitunda (daha sonra Azərbaycan İqtisad Universitetində) prorektor, kafedra müdiri vəzifələrdə başlamışdır. Ümumi elmi fəaliyyətinə, ali məktəblərdə dərs vəsaitləri və elmi məqalələrin sayına görə Ali Atestasiya Komissiyası tərəfindən professor elmi vəzifəsinə layiq görmüşdür. 300 dən çox elmi əsərin müəllifi, 7 kitabı, 25 metodik vəsaiti çap olunmuşdur. 50-yə qədər məqaləsi xarici ölkələrin müxtəlif jurnallarında dərc edilmişdir. Subhan Seyfullayev 2003-cü ildə vəfat etmişdir. Məzarı Şərəfə qəbrstanlığındadır.
3. Qurbanov Zəfər Cəfər oğlu – tibb elmləri namizədi, professor.
1945-ci ilə Şərəfə kəndində anadan olmuş, 1961-ci ildə orta məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Tibb İnstitutuna daxil omuş, 1967-ci ildə institutu müvəffəqiyyətlə bitirib, əvvəl Səhiyyə Nazirliyinin sərəncamı ilə Salyan şəhər xəstəxanasına həkim təyin olunmuş, bir ildən sonra isə Masallı şəhər xəstəxanasına göndərilmişdir. 1971-ci ildə Respublika Uroloji xəstəxananın ordinaturasına daxil olmuşdur. Zəfər Qurbanov uzun illər akademik M.Cavadzadənin adına olan Respublika Uroloji Klinik xəstəxanasında ali dərəcəli uroloq-cərrah kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir. Q. Zəfər Respublika Uroloji xəstəxananda şöbə müdiri olmuşdur. Bolqarıstanda, Çexiyada, Rumıniyada, Almaniyada, Yaponiyada tanınan Zəfər Qurbanovun təşəbbüsü ilə Masallı xəstəxanasında rayonlararası ixtisasartırma uroloji mərkəz açılmış, bütün tibbi ləvazimatlarla təchiz olunmuşdur. Mərkəzdə çalışan uroloq həkimlərdən Müslüm Sadıqov, Cavanşir Mustafayev, Cəlil Nəzərov, Vidadi Mirzəyev onun yanında təcrübə qazanmışlar. Ömrünün son illərində Turan klinikasında şöbə müdiri olmaqla yanaşı, peşəkar uroloq olmaqla yüzlərlə insanlara şəfa vermiş, həyata qaytarmışdır. Qurbanov Zəfər 2019-cu ildə vəfat etmişdir.
4. Ağababayev Saday Ağadadaş oğlu – kənd təsərrüfatı elmləri namizədi.
193 9-cü ildə anadan olmuşdur. A. Saday 1954-cü ildə Şərəfə kənd orta məktəbinin 7-ci sinfini, 1957-ci ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Həmin il Gəncə Kənd Təsərrüffatı Texnikumuna daxil olmuş, 60-cı ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüffatı İnstitutuna daxil olmuş, 1965-ci ildə ali məktəbi də fərqlənmə diplomu ilə bitirmiş və təyinata əsasən institutda saxlanılmışdır. 1966-cı ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş və sonra institutun tədris-təcrübə sahəsində baş aqronom işləmişdir. Pambıqçılığın müxtəlif sahələrinə dair 6 elmi əsərin müəllifidir. Kənd Təssərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 2015- ci ildə vəfat etmişdir.
5. Ağayev Məmmədəli Hənnan oğlu – pedaqoji elmləri namizədi. 1937-ci ildə Şərəfə kəndində anadan olmuş, Şərəfə kəndində orta məktəbi bitirmiş, M.F Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutuna daxil olmuş və buranı 1963-cü ildə bitirmişdir. Xeyli müddət Masallının Şərəfə, Səmidxan, Həsənli və Qızılağac kənd orta məktəblərində müəllim, Şərəfə məktəbinin direktoru olmuşdur. 1978-ci ildə Azərbaycan Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində səmərəli işlər görmüş, Baş İstitutunda metodist, pedaqogika kafedrasının Baş müəllimi və dosenti vəzifəsində işləmiş, 10 ilə yaxın “Humanitar fənlər və tərbiyə işləri” fakultəsinin dekanı olmuşdur. 1977-ci ildə “Yuxarı sinif şagirdlərinin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda disertasiya müdafiə edərək pedaqogi elmlər namizədi elmi dərəcəsini almışdır. M. Ağayev Moskva, Kiyev, Vilnüs və başqa şəhərlərdə elmi-praktik konfranslarda, müşavirələrdə, pedaqoji mühazirələrdə çıxış etmişdir. O, 14 kitabın, onlarla elmi məqalənin müəllifidir. M. Ağayev 2014-cü ildə vəfat etmişdir.
6. Kərimov Böyükxan Fərzulla oğlu – biologiya elmlər doktoru, Professor.
1951-ci ildə Şərəfə İnzibati Ərazisi Dairəsinə daxi Ağakişibəyli kəndində anadan olub.
(Daha ətraflı Ağakişibəyli kəndi bölümündə)
7. Məmmədov Hafiz Hilal oğlu –
biologiya elmləri namizədi. 1936-cı ildə Şərəfə kəndində anadan olmuş, 1955-ci ildə Masallı şəhərində orta məktəbi bitirmişdir. Məmmdov Hafiz Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya-Biologiya fakultəsini bitirdikdən sonra 1968-ci ildə sənədlərini Azərbayca SSR Elmlər Akademiyası Botanika İnstitutunun “Bitki fiziologiyası” şöbəsinə verib aspiranturaya daxil olmuşdur. 70-dən çox elmi məqalənin müəllifi olan H.Məmmədov respublikada nəşr olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edirdi. Vətəndaş mövqeyini ifadə edən H.Məmmədov respublikanın siyası arenasında öz sözünü deyə bilən ziyalılardan biridir. Onun vaxı ilə erməni S.Kapitukyanın azərbaycanlılara qarşı təhqiramiz fikirlərinə qarşı cavabı ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdi. H. Məmmədov 2007-ci ildə vəfat etmişdir.
8. Xəlilov Abdul Oruc oğlu –
fizika-riyaziyyat elmləri namizədi 1940-cı ildə Şərəfə kəndində anadan olub.1958-ci ildə APİ-nin fizika –riyaziyyat fakultəsinə daxil olub. Əla qiymətlərlə təhsil aldığına görə İİİ kursdan etibarən Lenin təqaüdünə layiq görülüb. 1963-cü ildə ali təhsilini başa vurduqdan sonra rayonun Yeddioymaq və Səmidxan kəndlərində müəllim kimi fəaliyyət göstərib. 1969-cu ildə Azərbaycan SSR EA qeyri-üzvi və Fiziki-kimya İnstitutunun yarımkeçiricilərin kimyası laboratoriyasında aspiranturaya daxil olub. 1982-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi alıb. 6 müəlliflik şəhadətnaməsi, 40-dan artıq elmi məqalənin müəllifidir. Almaniya, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan və sair ölkələrdə konftranslarda çıxışlar edib. Azərbaycanın Qeyri-Üzvi,Fiziki Kimya İnstitutunda, Ümumittifaq Maşınqayırma və Texnologiya İnstitutunun Bakı filialında,13 saylı BRİ-də elmi işçi və ya müəllim kimi çalışmışdır. Hal-hazırda təqaüddədir.
9. Zamanov Fəyyaz Məzahir oğlu – iqtisad elmləri namizədi.
1940-cı ildə Şərəfə kəndində anadan olmuşdur. 1955-ci ildə Şərəfədə yeddiillik məktəbi bitirərərək Bakıda Sovet Ticarəti Texnikumuna daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini Moskvada A.Plexanov adına Moskva Xalq Təsəsrrüfatı İnstitutunda almışdır. 1966-cı ildə Bakıya qayıtmış və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayaraq “İctimai iaşə” kafedrasının yaradılmasına nail olmuşdur.Elmin zirvələrinə doğru irəliləmək arzusu onu bir ildən sonra yenidən Moskvaya qaytarmış və təhsil aldığı İnstitutda aspiranturaya daxıl olmuşdur. “İctimai iaşə müəssisələrinin texniki təhcizat materialları ilə təmin edilməsinin təkmilləşdiriliməsi məsələləri” mövzusunda tanınmış alim A.T.Foslyakinin başçılığı altında namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonrakı dövrlərdə Moskvada məhşur olan müxtəlif restoranların “Türkmənistan”, “Vosxod” o cümlədən “Bakı” restoranın təsisçisi və direktoru olmuşdur.
10. Əsədov Arif Əlipənah oğlu – iqtisad elmləri namizədi.
(Daha ətraflı Ağakişibəyli kəndi bölümündə)
11. Əzimova Armella Mikayıl qızı – biologiya elmləri namizədi.
21 mart 1950-ci ildə anadan olub. Masallı əsillidir. Valideynləri Şərəfə kəndində anadan olub. 1956-ci ildə Baki şəhər 134 saylı məktəbə daxil olub. 1966-cı ildə ildə Gəncə şəhər 1 saylı məktəbi bitirib.
1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
1973-1976-cı illərdə Russiyanın Sankt-Peterburg şəhərindəki İ.M.Seçenov adına İEFİB institutunda aspirantura təhsili alaraq, 1984-cü ildə “Fotoreseptor hüceyrəsində transport ATF-azalar” mövzusunda namizədlik dissertasiyasını müdafə edib və biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. A.Əzimovanın tədqiqatlarının nəticələri İngiltərədə J.Vision Research jurnalında nəşr olunmuşdur. ABŞ -da görmə biokimya və biofizikası sahəsindəki alimlər bu tədqiqatla tanış olduqdan sonra A. Əzimovanın əldə etdiyi nəticələri təsdiq etdilər və fotoreseptor hüceyrəsində sinir impulsunun ötürülməsinin başqa mexanizmlərini axtarmağa başladılar. Hazırda Elmər Akademiyasında çalışışır.
A.M. Əzimova elmi fəaliyyətlə yanaşı akad.A.İ.Qarayev adına Fiziologiya İnstitutunun ictimai həyatında da yaxından iştirak edir. O, Fiziologiya İnstitutunun Həmkarlar Təşkilatının katibi və Dissertasiya Müdafiə Şurasının üzvüdür.
12. Nəbiyev Adil Daxıl oğlu – texnika elmləri namizədi.
1946-cı il, 9 noyabrda Şərəfə kəndində anadan olmuşdur. 1964-cü ildə orta məkltəbi, 1969-cu ildə Azərbaycan Texniki Universiteti bitirərək mühəndis mexanik ixtisasına yiyələnmişdir. Neft-maşınqayırma üzrə ümumittifaq miqyaslı Xüsusi Konstruktor Bürosunda əvvəlcə mühəndis-kostruktor vəzifəsindən elmi – tədqiqat layihə konstruktor şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. 1974-cü ildə Azərbaycan Neft Akademiyasında aspiranturaya daxil olmuş, namizədlik dissertasiyasını müdafiə edərək texnuki elmləri namizədi elmi adını almışdır. İşlədiyi müddətdə 21 ixtira və potentin, həmçinin, 17 elmi məqalənin müəllifidir. Fəxri ixtiraçıdır.İxtiralarına görə dəfələrlə fəxri fərman və medallarla mükafatlandırılmışdır.1976-cı ildən Azərbaycan Texniki Universitetində, Azərbaycan Neft Akademiyasında mühazirələr aparıb.Mütəmadi olaraq xarici ölkələrdə elmi,xidməti ezamiyyətlərdə olub.1998-ci ildənAzərbaycan Neft Şirkətinin Neft-Mədən avadanlığı istehsal edən maşınqayırma zavodunda texniki şöbənin müdiri vəzifəsində çalışıb. Adil müəllim hazırda təqaüddədir.
13. Əkbərov Mehman Əsgər oğlu – fizika-riyaziyyat elmləri namizədi.
1942-ci ildə Şərəfə kəndində anadan olmuş,1958-ci ildə orta məktəbi bitirmiş və həmən ili Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsinə qəbul olmuşdur. 1963-cü ildə təhsilini başa vurub Cəlilabad rayonuna göndərilmişdir. Orta məktəbdə müəllim işlədiyi dövrdə respublikanın müxtəlif pedaqoji jurnallarında məqalələrlə çıxış etmişdir. Elmi-metodiki fəaliyyətinə görə M. Əkbərov1965-ci ildə APİ-nin aspirantura şöbəsinə dəvət edilmişdir. Akademik M.N.Şahtaxtinskinin elmi rəhbərliyi ilə “Stibium-arsenum bərk məhlullarında yükdaşıyıcıların qalvanamaqnit xassələri və enerji spektri” mövzusunda dissertasiya işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. Uzun müddət AMEA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 70-dən çox elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Ensklopediyasının elmi mərkəzində fizika, riyaziyyat, astronomiya, kosmos, mexanika redaksiyasının müdiri vəzifəsində çalışır.
14. Həsənov İsmayıl Cəfər oğlu – iqtisad elmləri namizədi.
1965-ci ildə Şərəfə kəndində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirərək Azərbaycan İnşaat Mühəndisləri İstitutuna daxil olmuşdur, 1989-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Gənc mütəxəssis kimi əvvəlcə İnşaat Mühəndisləri İnstitutunda elmi pedaqoji fəaliyyətə başlamışdır. Bir neçə kitab və 30-dan çox elmi məqalənin müəllifidir.Hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir, Biznes Universitetində kafedra müdiri vəzifəsində çalışır.
15. Seyfullayeva Nərminə Səftər qızı – pedaqoji elmlər namizədi,dosent.
1957 –ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib.
1982-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda, 1989-cu ildə isə Bakı Pedoqoji Kadrların İxtisasartırma İnstitutunda (BPKİİ) Coğrafiya kabinetinin müdiri vəzifəsində çalışıb. N.S.Seyfullayeva 2005-ci ildə AMEA-da Coğrafiya İnstitutunda «Coğrafiya fənninin tədrisində praktik təlim metodlarından istifadə» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, pedaqoji elmlər namizədi adını almışdır. Dos. N.S.Seyfullayeva 70 –ə qədər elmi məqalə, 28 proqram, orta məktəbin VI, VII, IX, XI sinif Coğrafiya dərsliklərinin və ali məktəb üçün bir neçə dərslik və dərs vəsaitlərinin müəllifidir.
Hazırda BDU-nun Coğrafiya fakültəsinin «Azərbaycan Coğrafiyası və coğrafiyanın tədrisi metodikası» kafedrasında dosent vəzifəsində çalışır.
16. Seyfullayev İlqar Sübhan oğlu – iqtisad elmləri namizədi.
1959-cu ildə ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakıda 248 saylı məktəbi bitirmiş və Azərbaycan Xalq Təsərrüfatı İnstitununa daxil olmuşdur. 1988-ci ildə “Elmi-texniki tərəqqidəki yeniliklərin kənd təsərrüfatında tətbiq edilməsinin iqtisadi nəticələri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. İ Seyfullayev 65 elmi məqalənin müəllifidir. Hazırda Norveçdə yaşayır və ixtisası üzrə işləyir.
17. Ələkbərov Samid Fəyyaz oğlu – tibb elmləri doktoru, professor.
1959-cu ildə Şərəfə kəndində anadan olmuş,1974-cü ildə Şərəfə orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Bakı Tibb Universitetinin bazası olan 5 nömrəli kimya-biologiya təmayüllü liseyə qəbul olmuş 1976-cı ildə oranı fərqlənmə ilə bitirmişdir. Həmin ili Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1984-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Moskvada tibb elmlər namizədi alimlik dərəcəsi alır. 2013-cü ildə “Обтурационная толстокишечная непроходимость: клиника, диагностика, лечение” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir Onlarla elmi məqalə və patentin müəllifidir. Hazırda Moskva şəhərində 1 saylı Tibb Akademiyasının bazası olan 67 nömrəli klinik xəstəxanada 2-ci cərrahiyə şöbəsinin müdiri və professorudur.
18. Ağababayev Müşfiq Saday oğlu – iqtisad elmləri namizədi.
1970-ci ildə anadan olmuşdur. 1987-ci ildə Bakıda orta məktəbi bitirərək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş,1993-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmən İnstitututda aspiranturaya daxil olaraq,elmi işini müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Müşfiq Xalq Təsərrüfatı və Ural Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.
19. Nəbiyev Natiq Adil oğlu – texnika elmləri üzrə fəlsəfə doktoru.
1979-cu ildə anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərində 2 nömrəli Texniki Humanitar Liseyi bitirmiş və Azərbaycan Texniki Universitetinin Mühəndis Biznesi və İdarəetmə fakültəsinə daxil olmuşdur. 2000-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında Nəzəri mexanika kefedrasında “Ştanqlı quyu nasoslarının istismar göstəricilərinin artırılmasını təmin edən texniki və texnoloji amillərin işlənməsi və tədqiqi” adlı namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru adını almışdır. 19 elmi məqalənin və biri Avrasiya Patent Təşkilatına aid olmaqla 8 patentin müəllifidir. Neft və neft məhsullarının aşırılması əməliyyatlarının texniki-texnoloji baxımdan idarə edilməsi üzrə respublikada gənc və təcrübəli mütəxəssis kimi tanınır. Neft Məhsulları Bazalarının layihələrinin texniki-texnoloji hissələrinin işlənməsində Rusiya, Qazaxstan, Əfqanstan, Türkiyə Gürcüstan, Türkmənistan və digər ölkələrlə əməkdaşlıq edir.
20. Əkbərov Əsgər Mehman oğlu – inşaat mühəndisliyi üzrə fəlsəfə doktoru.
1975 ci ildə Baki şəhərində anadan olub.1992-ci ildə 63 nömrəli orta məktəbin məzunu olub. 1992- 1997 -ci illərdə Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Üniversitetinin iqtisadiyatın idarə edilməsi fakültəsində oxumuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirmiş və həmin il Türkiyə Respublikasinda İstanbul Texniki Unversitetində magistr təhsili almışdır. Daha sonra İTU -da elmi tədqiqatla məşgul olmuş və 2005- ci ildə inşaat materiallarinın tədqiqi sahəsində dissertasiya müdafiə edib. Uzun illər Türkiyə Respublikasında öz ixtisasi üzrə özəl sektorda işləmiş və 2020- ci ildən etibarən İngiltərədə yaşayır. Ailəlidir bir evladi var.
21. Mövsümova Təranə Fərahim qızı.
19 iyun 1970-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1993-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
İlk əmək fəaliyyətinə 1993-cü ildə Semaşko adına klinik xəstəxanada başlamışdır. 1998-ci ildə A.İ.Qarayev adına Fiziologiya İnstitutunun dissertantura şöbəsinə qəbul olmuşdur.2004-cü il tarixində Dissertasiya Şurasında «Postnatal ontogenezdə zülal aclığı və onun bərpası zamanı beyin qabığının müxtəlif nahiyələri və hipotalamusun toxuma və subfraksiyalarında Aspartataminotransferazanın fəallığının dəyişilməsinin dinamikası» mövzusunda biokimya və heyvan fiziologiyası ixtisasları üzrə müdafiə etmişdir.
1998-ci ildən 1 saylı Tibb Kollecində, 2008-ci ildən Azərbaycan Universitetinin dosenti kimi fəaliyyət göstərir.Bir neçə kitabın və 50-dən çox elmi əsərlərin müəllifidir. 2020-ci ildən A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
22. Piriyev Həzrətqulu Həmdəm oğlu – tibb elmləri namizədi.
Daha ətraflı Ağakişibəyli kəndi bölümündə
23. İsmaylov Məzahir İbrahim oğlu – tibb elmləri namizədi.
Daha ətraflı Ağakişibəyli kəndi bölümündə
1952-ci ildə Ağakişibəyli kəndinə anadan olmuşdur. Səkkiz il Şərəfə kənd orta məktəbində iki il isə bakı şəhərində Kimya-biologiya təmayüllü məktəbdə təhsil almışdır. 1969-cu ildə orta məktəbi bitirmiş və N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra təyinatla Sabirabad rayonunda stomotoloq fəaliyyətinə başlamışdır. İki ildən sonra Moskvada Tibb Akademiyasında aspiranturaya daxil olmuşdur. “Stamotologiyada metallokeramikanın tətbiq edilməsinin üstünlükləri” mövzusunda (Viryon 88 indeksi ilə) dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. M.İsmaylov 18 il Bakı şəhərinin baş stomatoloqu vəzifəsini icra etmişdir. Hazırda Azərbaycan Tibb Universitetində və 2 saylı Tibb kollecində müəllim-dosent kimi fəaliyyət göstərir.
24.Hüseynov Süleyman Səfər oğlu – filologiya elmləri namizədi, dosent.
(Daha ətraflı Ağakişibəyli kəndi bölümündə)
1942-ci ildə Yardımlı rayonu Telavar kəndində anadan olmuşdur. 1952-ci ildə ailəsinin Masallı rayonu Şərəfə kəndinə köçməsi ilə əlaqədar olaraq təhsilini Şərəfə kəndində davam etdirməyə başlamışdır. 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna, fransız dili fakultəsinə daxil olur. Gənc yaşlarında respublikanın müxtəlif qəzet və jurnallarında şeir və hekayələrlə çıxış edir. İnstitututu 1965-ci ildə bitirərək Masallı rayonunun Xırmandalı kəndində fransız dili müəllimi işləyir. Bu dövrdə 1968-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat və Dil institutunda dissertant kimi qəbul olunur. 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ( indiki İdman Akademiyası) müəllim kimi fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə Naxşıvan Universitetində kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. S. Hüseynov 50-dən çox elmi-metodik məqalənin, ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının müəllifidir.1997 və 2001-ci illərdə kütləvi tirajla nəşr olunan “Yaşanmış ömür” şeirlər kitabı çapdan çıxmışdır.
25. Yusifli Kamran Hakim oğlu – təbət elməri doktoru ( Dr.rer.nat) 1989-cu ildə anadan olub.
2006-cı ild “Dəfnə” liseyini bitirib və Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin “İnsan genetikası və təkamül təlimi “ kaferdasını bitirib. 2010-2011 -ci il ərzində hərbi xidmətini yerinə yetirib. 2011-2013-cü ilərdə BDU-nun Biolojiya fakultəsi “Molekulyar biolojiya” kafedrasında eyni adlı ixtisas üzrə magist təhsili alıb. 2014-2018 -ci illərdə Almaniyada Johannes Gutenberq Universiteti Mainz. Rabokimya İnstitutu Molekulyar Neyrobiologiya ixtisası üzrə doktorantura təhsili almışdır. K.Yusifli insan beynində Parkinson və Alzheimer xəstəliklərinin erkən dianozu və səbəblərinin tədqiqatçısıdır. Hazırda Almaniyanın Mainz şəhərində Johannes Gutenberq Universitetinin Tibb Mərkəzində Xərçəng Xəstəlikləri Elmi Araşdırma Mərkəzində fəaliyyət göstərir. Ailəlidir. Bir övladı var.
26. Zamanov Yasin Fəyyaz oğlu – iqtisad elmləri namizədi. Moskvada təhsil almışdır.
19. KƏNDİN İLK ALİ-RUHANI TƏHSİLLİ ADAMLARI:
Şərəfə kəndinin ilk ziyalıları mədrəsədə təhsil almış axundlar, mollalar olub. Bu təhsil ocaqlarının tarixi qədim Şərq mədəniyyəti ilə, ilk növbədə isə ərəb və fars təhsil sistemi ilə əlaqəlidir. Belə təhsil ocaqlarından biri də Şərəfə məscidinin nəzdində kənd camaatı tərəfindən mədrəsə adlandırılan dini məktəb olmuşdur.
Şərəfədə on bir orta təhsil, yeddi ali mədrəsə təhsili alan ruhani və bir müctəhid olmuşdur. Müctəhid Şeyx Əli İranda yaşadığından və orda da vəfat etdiyindən onun haqqında məlumat yoxdur. Lakin vaxtı ilə Axund Molla Qənbər təhsil aldığı dövrdə Müctəhid Əlinin yüksək mənsəb və hörmət sahibi olduğunu və hətta İran şahı ilə bir süfrədə nahar etdiyindən söhbət edirmiş.
Molla Fəttah Axund
1806-cı ildə Şərəfə kəndində anadan olmuşdur. İlk dini təhsilini kəndin molla məktəbində alıb. Ərdəbildə orta, Nəcəfdə ali dini təhsilini alıb. Molla Fəttah öz evində dini məktəb açmış, kənd cavanlarının savad alması üçün burda dərs keçmişdir. Molla Fəttah Axund deyilənlərə görə Lənkəran mahalının qazisi olmuşdur. Lakin onun bu fəaliyyəti barədə ətraflı məlumat almaq mümkün olmadı. Molla Fəttah Axund 80 yaşında 1886-cı ildə vəfat etmişdir.
Molla Baba Axund Zeynalabdin oğlu
1844-cü ildə Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini kəndin molla məktəbində aldıqdan sonra atasının arzusu və köməyi ilə İranın Ərdəbil şəhərinə gedərək orada ruhani məktəbində, sonra ali təhsil almaq məqsədi ilə İraqın Nəcəf şəhərində oxumuşdur. Ali təhsilini başa vurduqdan sonra 1886- cı ildə Şərəfə kəndinə qayıtmışdır.
Yaşlı adamların dediyinə görə, o zaman Bakı quberniyasında olan Baş qazinin qəza mərkəzlərində də qaziləri olmuşdur. O cümlədən, Lənkəran qəzasında fəaliyyət göstərən qazinin Masallı bölgəsi üzrə nümayəndəsi Molla Baba axund olmuşdur. Molla Baba axund 1917-ci ildə 73 yaşında vəfat etmişdir.
Molla Qənbər Məmmədsəfi oğlu
1875-ci ildə Şərəfə kəndində anadan olmuşdur. İlk təhsilini kəndin molla məktəbində almışdır. Böyük qardaşı Rəhim özünün maddi köməyi ilə Qənbəri mədrəsə təhsili almaq üçün Şərqin elm mərkəzlərindən olan Zəncana göndərir. Sonra o, Ərdəbil şəhərinə yola düşür. Burda oxuduğu beş il müddətində ərəb, fars dillərini, islam tarixi və ilahiyyat elimlərini mükəmməl öyrənir. Təhsilini bitirdikdən sonra doğma kəndi Şərəfəyə qayıdır. Yaşlı adamların dediyinə görə o, çox xeyirxah insan olmuş, aclıq illərində çıxılmaz vəziyyətdə qalanlara maddi köməklik göstərmişdir. Molla Qənbər uzun ömür sürmüş, 1978-ci ildə 103 yaşında vəfat etmişdir.
Molla Əli Axund Vəliyulla oğlu
1878-ci ildə anadan olmuşdur. O, ibtidai təhsilini kəndin molla məktəbində alıb, Ərdəbildə orta ruhani məktəbini, Tehran univeristetində ali ruhani dərəcəsi verən məktəbdə oxumuşdur. Həkimlik etmək hüququ da almışdır. Ona görə də Molla Əli Axund 1912-ci ildə Şərəfə kəndinə həm də bir həkim kimi qaytmışdır. Molla Əli Axundun təşəbbüsü ilə Masallının Dadva məhəlləsində ilk dəfə xəstəxana binası tikilmişdir. Yüzlərlə xəstəyə şəfa verən Molla Əli Axund özü sağalmaz xəstəliyə düçar olur. 1927-ci ildə 49 yaşında Bakı şəhərində vəfat etmiş və Bibiheybət qəbrıistanlığında dəfn edilmişdir.
Molla Səməd Axund –
Azərbaycandan kənarda ali təhsil alan ruhanilərdən biri də Molla Səməd olmuşdur.Molla Səməd Axund Kərbəlayi Cəfər oğlu 1890 –cı ildə Şərəfədə doğulub. İbtidai təhsilini Şərəfə kəndində mollaxanada aldıqdan sonra atası Kərbəlayi Cəfər kişi oğlunun elmə həvəsini görüb onu Ərdəbil şəhərində orta ruhani təhsili almağa göndərib.Burada ərəb-fars dilləri ilə yanaşı şəriət,ədəbiyyat,müsəlman dininin tarixini də öyrənib.Mədrəsədə orta ruhani təhsili aldıqdan sonra İranın Zəncan şəhərində Ali ruhani təhsili alıb. Dini elmlərlə yanaşı dünyəvi elmlərə də böyük həvəs göstərən Molla Səmədi müəllimləri qalıb müctəhidlik dərəcəsi almağı tövsiyə ediblər.Lakin atasının maddi imkansızlığı bu arzunu həyata keçirməyə imkan verməmiş,1920-ci ildə Şərəfəyə qayıtmışdır.
O vaxtkı digər mollalar kimi o da yas mərasimlərindən qazanc əldə etmək fikrində olmamış,1930-cu ildə kolxoz yarandıqdan sonra kənddə taxıl qarovulçusu işləmişdir. 1920-ci ildə Molla Səməd Axund Şərəfəyə qayıtmış və 1961-ci ildə 71 yaşında vəfat etmişdir.
Molla Dəyyan Axund 1897-ci ildə anadan olmuşdur. Əvvəl Ərdəbil şəhərində, sonra Tehran şəhərində Darülfündə oxuyur. Riyaziyyat, nücum, təbabət elimlərini yüksək dərəcədə mənimsəyən Molla Dəyyan Axunda ruhaniliklə bərabər həkimlik etmək hüququ da verilir. 1926-28 ci illərdə bir çox kəndlərdə yaranan sovet məktəblərində dərs verən müəllimlərin əksəriyyəti molla Dəyyan axunddan riyaziyyat elmini öyrənirdilər. Molla Dəyyan axundu da 1930- cu illərin repressiyası zamanı ciddi sarsıntı keçirən molla Dəyyan xəstələnir və 1931-ci ildə vaxtsız dünyadan köçür.
Molla Allahverdi Əbülqasım oğlu
Təvəllüdü məlum deyil. Tehran şəhərində mühəndislik və təbabət elmləri üzrə təhsil almışdır. Yüksək riyazi savadı olmuşdur. Çar Rusiyası dövründə ərazidə həkim olmadığından Molla Allahverdinin həkimlik fəaliyyəti ətraf kəndləri də əhatıə edib. Mühəndislik və yerölçmə işinin bilicisi kimi də o dövrdə xüsusi fəaliyyət göstərib. 1921-ci ildə torpaqların kəndlilərə bölüşdürülməsi işində fəal iştirak edib. İnşaat işini də yaxşı bildiyindən kənddə bir çox tikintilərin inşasına rəhbərlik edib. Şərəfə məscidinin tikintisi zamanı onun minbərini nəfis şəkildə işləyib hazırlamışdır.
Molla Camal Kərimov İslam oğlu
1884-cü ildə Şərəfə kəndində anadan olmuşdur. İlk dini təhsilini kəndin molla məktəbində almış, ərəb və fars dilini öyrənmişdir. 1915-1920-ci illərdə əvvəlcə İraqın Nəcəf və sonra isə İranın Qum şəhərində alı ruhanı təhsili almışdır. O 1944-cü ildə 60 yaşında dünyasını dəyişmişdir.
Müstəqillik dövründə ali ruhani təhsili alanlar.
1. Hacı Valid Cahangir oğlu Ağayev , Bakı İslam Universitetini bitirmişdir. 8 il Suriyada Ali İslam Universitetində təhsil almışdır. Hal hazırda Bakı şəhərində İmam Hüseyn məscidin axundudur (imam).
2. Hacı Səlim Qulamhüseyn oğlu Kərimov, Bakı İslam Universitetini bitirmişdir. 6 il Suriyada Ali İslam Universitetində təhsil almışdır. Hal hazırda Bakı şəhərində Mir Tağı məscidin axundudur (imam).
3. Kəlbəlayi Şirindil Hilal oğlu Xankişiyev, Bakı İslam Universitetini bitirmişdir. 5 il İran İslam Respublikasının Qum şəhərində Ali İslam Universitetində təhsil almışdır. Hal- hazırda Bakı şəhər Əjdərbəy məscidində ruhanı kimi fəaliyyət göstərir.
4. Hacı Sərdar Hacı Nürəddin oğlu Ağababayev, Lənkəran İslam Kollecini bitirmişdir. Şərəfə kənd dini icmasının sədri və Şərəfə cümə məscidinin imamıdır.
20. QƏHRƏMAN ANALAR
Şərəfə kəndində 21 nəfər Qəhrəman ana var.
1.Məmmədova Ağaxanım Nəbi qızı-16 uşaq (Masallı rayonu üzrə ilk qəhrəman ana)
2.Məmmədova Çimnaz Daxıl qızı-14 uşaq
3. Xəlilova Nəfisə Sərhəd qızı-12 uşaq
4. Kərimova Zabitə Sahib qızı-12 uşaq
5.Cəbrayılova Xanımağa Əmralı qızı-12 uşaq
6. Məmmədova Rübabə Qəmbər qızı-11 uşaq
7. Seyfullayeva Həkimə Qulam qızı-11 uşaq
8.Cəfərova Fatma Cəfərqulu qızı-11 uşaq
9.Qasımova Aminə Qulam qızı-10 uşaq 10.Rəhmanova Məryəm Abdulxalıq qızı-10 uşaq 11.Məmmədova Laləzar Böyükağa qızı-10 uşaq 12.Məmmədova Səriyyə Məcid qızı-10 uşaq 13.Cəfərova Məryəm Rəşid qızı-10 uşaq 14. Əliyeva Arifə Alqulu qızı-10 uşaq 15. Məmmədova Fatma Saleh qızı-10 uşaq 16. Xəlilova Maynisə Bayram qızı- 10 uşaq 17. Bəşirova Şərqiyyə Hilal qızı-10 uşaq 18. Paşayeva Nasiyə Əhəd qızı-11uşaq 19. Məmmədova Havanisə Əmiraslan qızı-10 uşaq 20. Kərimova Bikə Fətulla qızı-10 uşaq,21.Paşayeva Tükəz Paşa qızı -10 uşaq
21. KƏNDİN MƏNƏVİ İRSİ:
Folklor. Şərəfə Halayı
Kəndin toy və el şənliklərində halayın xüsusi rolu olmuş və bu davam etməkdədir. Şərəfə halayının tarixi çox qədimlərə gedib çıxır.
Halay deyən xanımlar önu öz övladlarına ötürmüşlər. Kənddə halay deyişmələrinin ustalarından biri olan Mirzəyeva Göyçəyin qızı Səkinə və ondan sonra nəvəsi Elxanım uzun müddət birincili yi saxlayıblar.
Hazırcavab halayçılardan Fatma xala və onun qızı Mədinə xanım, Rzayeva Xədicə, Kövkəb, Şövkət, Mədinə Seyfullayeva bacıları, Əkbərova Nənəxanım, Ağababayeva Umleyla, Məmmədova Kəklik, Piriyeva Bəsti, Abbasova Teyifə, Əhədova Tukaz, Rəsulova Fatma, Məmmədova Rəxşəndə, Xəlilova Nənəbacı, Cəlilova Nisəxanım və digərləri olmuşlar.
Sərəfə kənd mədəniyyət evinin direktoru Ağacavad Seyfullayevin rəhbərliyi ilə 1980 – cı ildə “Halay” kollektivinin fəaliyyəti “Buta” sənədli filiminin çəkilməsinə nail oldu. Hazırda respublikanın qızıl fondunda saxlanılan bu filmdə iştirak edənlərin (Mədinə, Kövkəb, Pakizə, Valiyə, Həcər, Fatma, Nənəbacı və digərləri) əksəriyyəti dünyasını dəyişmişdir.
2012-ci ildən yenidən yaradılan “Halay” qrupuna Şərəfə kənd Folklor Evinin direktoru Dürdanə xanım rəhbərlik edir.
Tarzən Cavad Seyfullayevin yaratdığı dərnək uzun müddət fəaliyyət göstərmiş. Rayonda ailə ansamblı kimi tanınan və Seyfullayev Əsəd, Seyfullayev Sadiq, Seyfullayev Namiq, Seyfullayev Ramil, Seyfullayev Laiqdən ibarət olan qrupun müsbət işi təqdirəlayiqdir . Burada kəndin vaxtı ilə mahir tar ifaçısı olmuş Əzimov Rizvan Mirzə İsmayıl oğlunu da qeyd etməliyik.Xalq mahnısı kimi tanınan və sevilən məşhur “Anacan ağrın alım” mahnısının sözləri Aydın müəllimə,musiqisi isə Rizvan Əzimova aiddir. Şərəfə kəndinin marşı da Kərimli Xalid Camal oğlu tətəfindən yazılmışdır.
Kənddə səhiyyə –
Şərəfədə ilk tibb təhsili alan Molla Əli Axund Vəliyullah oğlu olmuşdur.
Dərmanların hazırlanması və satışında isə Şərəfəli Mirzə Rəfi fərqlənirdi. O, təkcə Şərəfədə deyil, Masallı rayonunda ilk aptekin ( o vaxtlar əttar dükanı adlanırdı) yaradıcısıdır. Kərbəlayi Cəfər isə sınıqçı kimi ətraf rayonlarda da tanınırdı. Dövlətə məxsus ilk tibb məntəqəsi Mədinə həkimin adı ilə bağlıdır. Qasımova Mədinə Azərbaycan Tibb İnstitutunu bitirib 1941-ci ildə təyinatla Bakıdan Şərəfəyə gəlir. O vaxtlar rayonda tügyan edən malariya xəstəliklərlə mübarizədə Mədinə həkimin rolu böyükdur. Sonralar “Şərəf nişanı” ordeni, “Əməkdar səhiyyə işçisi” adına layiq görülən Mədinə həkim Şərəfədə ailə qurmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Uzun müddət kəndin tibb məntəqəsi Kərbəlayi Dadaşın müsadirə edilmiş evinin iki otağında yerləşmışdir. Hazırda isə Şərəfədə müasir tələblərə cavab verən tibb məntəqəsi fəaliyyət göstərir. Baş həkim Vasif Tağıyevdir.
22. İNZİBATİ OBYEKTLƏR
Fəaliyyəti dayanmış regional əhəmiyyətli obyektlər:
1. Qarışıq yemlər zavodu,
2.Kompleks heyvandarlıq ferma tövlələri
Fəaliyyətdə olan obyektlər:
-“Kəndimiz” və “Kamran” şadlıq sarayları
-Avtomobil təmiri sexi
-Ərzaq, sənaye və inşaat mallar mağazaları və marketlər
– Avtomobillərin və kənd təsərrüfatı maşın və avadanlıqlarının ehtiyat hissələri mağazası
Şərəfə kəndində mədəniyyət evinin nəzdində ( 1938-ci ildə) Həmkaralar İttifaqına aid ( 1950 -ci il) iki kitabxana mövcud olmuşdur. Birlikdə bu kitabxanaların kitab fondu 8200-dən çoxdur. İlk kitabxanaçı kimi Məcidova Nənəbacı, daha sonra isə Əbilova Minayə, Əsədova Xavər və digərləri fəaliyyət göstərmişdir. Latın qrafikasına keçid, ölkədə iqtisadi vəziyyətin ağırlaşması nəticəsində 90-cı illərdə həmkarlar ittifaqına aid, 2015-ci ildə isə mədəniyyət evinə məxsus kitabxana bağlanmışdır.
Şadlıq sarayları –
2007-ci ilin may ayında sahibkar Ələkbərov Əsədə məxsus “Kəndimiz”, 2007-ci ilin aprel ayında isə sahibkar Vəliyev Əfqana məxsus “Kamran” şadlıq sarayları tikilmişdir. Bu saraylar yalnız toy üçün nəzərdə tutulmayıb. Kəndin tədbirlərinin (yubiley, doğum günlərinin qeyd edilməsi, əsgərlərin qarşılanması və s.) böyük əksəriyyəti bu şadlıq saraylarında qeyd olunur.Qeyd etmək lazımdır ki, bu saraylar həmçinin ətraf kəndlərə də xidmət edir.
Folklor evi –
1955-cü ildən fəaliyyət göstərir. 90-cu illərə qədər klub, daha sonra mədəniyyət evi adlanmışdır. 2012-ci ildən sonra isə folklor evi adlanır. 1971-ci ildə Ağacavad Seyfullayev müdir təyin olunur. Klubda ansambl yaradıldı, “ Halay” qrupu fəaliyyətə başladı. Qısa müddət ərzində A. Seyfullayev başda olmaqla oğlanları Əsəd, Əhsən, Sadiq və Namiq ilə birgə “Ailə ansamblı” respublikada tanındı. Hazirda folklor evinə Hüseynova Dürdanə rəhbərlik edir.
Uşaq bağçası-
Şərəfə kəndində ən mühüm məktəbəqədər təhsil ocaqlarından biri hesab edilir. İlk uşaq bağçası 1930- cu illərin ikinci yarısında Axund Qəmbərin müsadirə olunmuş evində açılıb. Bağçaya Gülazər Tagıyeva adlı qadın rəhbərlik edib. Daha sonra uşaq bağçası Əjdər həyəti adlanan ərazidə, müsadirə olunmuş evdə yerləşdirilib. Bağçaya rəhbərlik “Sarı Tərlan” adlı cəsur bir qadın tərəfindən idarə olunub. Uşaq bağçası üçüncü dəfə Baloğlan Cəlilovun həyətində iki otaqdan ibarət dövlətə məxsus binaya köçürülüb. Bağçada Mənsumə və Bahar adlı kənd qadınları tərbiyəçi işləyib. Bağçanın növbəti yerdəyişməsi onun klubun binasında yerləşməsi ilə nəticələnib. Direktor Abbasova Meyxanımın rəhbərliyi dövründə Şərəfə uşaq bağçası xeyli genişləndirilmiş uşaqların və tərbiyiçilərin sayı artmışdır. Kərimova Təzəgül və İsayeva Səlimə, Cəfərova Sevinc adlı mütəxəssislər müəllim-tərbiyəçi kimi fəaliyyət göstərmişlər. Hazırda Şərəfə kənd uşaq bağçasının xüsusi binası vardır. Bağçada yaş qruplarına görə bir neçə qrup vardır. Bağçaya Məmmədova İlahə rəhbərlik edir və üç qrupda 60-dək uşaq tərbiyə alır.
Mərasim evi
2018-1019-cu illərdə Şərəfə kənd ağsaqqalları və ziyalıların təşəbbüsü ilə kənd camaatının ianəsi ilə kənd qəbristanlığının yaxınlığında smeta lahiyə dəyəri 70 000 manatdan çox olan mərasim evi tikilib.
23. İNZİBATİ İDARƏETMƏ STRUKTURLARI
1747-ci ildə Nadir şahın ölümündən sonra yaranan Talış xanlığının Ərkivan mahalının tərkibinə daxıl olan digər kəndlər kimi Şərəfə kəndinin idarə olunmasında da kəndxuda əsas söz sahibi idi.
Kərbəlayı Dadaş Şərəfədə uzun müddət kəndxudalıq eləmişdir. Kəndin mühafizə edilməsini darğa yerinə yetirirdi. Kəndlərin kəndxudalar tərəfindən idarə edilməsi sovet hakimiyyəti qurulana qədər davam etmişdir.
Sovetləşmənin ilk illərində kəndlərdə seçki yolu ilə seçilən “Yoxsul komitələri” daha sonra isə “Kənd inqilab komitəsi” yaradıldı. Şərəfədə inqilab komitəsinin ilk sədri 1923-cü ildə Kamil Kərimov olmuşdur. Təsərrüfat artellərdə inkişaf etdirilirdi. 1927-ci ildə artellər kommuna ilə əvəz edildi.
1932-ci ildə Şərəfə kommunası kolxozla əvəz edilir. Şərəfə kolxozu 1953-cü ilə qədər Teymur Quliyevin daha sonra isə Mirzə Ələkbər Sabirin adını daşımışdır. Kəndin idarə edilməsi “Kənd şurası” tərəfindən həyata keçirilirdi. 1964-cü ildə təsərrüfatıın idarə edilməsində kolxoz sovxoz ilə əvəz edildi.
M.Ə.Sabir adına kolxoz – sovxoz mövcud olduğu müddətdə 3 binada yerləşmişdir:
1. 1950-ci ilə qədər – Sovet höküməti tərəfindən müsadirə edilmiş Ağababa bəyin evində.
2.1955-ci ilə qədər – birlikdə inşa edilmiş 3 otaqlı binada.
3. 1955 – ci ildən Şərəfə kənd mədəniyyət evinin binasında.
M.Ə.Sabir adına kolxoz – sovxoza rəhbərlik
etmiş şəxslər aşağıdakılar olmuşlar:
1. Hüseynbala Ağayev
2. Qasım Abbasov
4. Qurbanqulu Ağababayev
5. Tapdıq Mansurov
6. Səftər Seyfullayev
8. Müştəba Qurbanov
9. İsmayıl Fərəcov
10. Qafil Məmmədov
1950-ci ildə kənd şuraları “Kənd Xalq Deputatları Sovetləri” ilə əvəz edildi. Kənd sovetlərinin sədrləri əslində kənd camaatı tərəfindən seçilmirdi, “yuxarıdan” təyin edilirdi. Kənd sovetinin binası 1955-ci ilə qədər Kərbəlayi Dadaş bəyin müsadirə edilmiş evində yerləşmişdir. Daha sonra kənd soveti 1987-ci ilə qədər kolxozun ikinci binasında yerləşdirildi. 1987-ci ildən Kənd soveti üçün xüsusi bina tikilmiş və hazırda ərazi nümayəndəliyi də həmin binadadır.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə kəndin idarəetmə orqanı İnzibati Ərazi Dairəsi üzrə ərazi nümayəndəliyidir.
Şərəfə kənd fövqaladə inqilab komitəsi, kənd XDS-nin sədri, RİH-in ərazi dairəsi üzrə icra nümayəndəliyinə başçılıq etmiş şəxslər:
2. Salman Əbilov
3.İbayev Məmmədhəsən Paşa oğlu
5. Mirağa Kərimov
8. İbrahim Məmmədov
9. Xosrov Tağıyev
10. Rüfət Mehdiyev
11. Mehdi Mehdiyev
12. Əkbər Məmmədov
13. Xeyrulla İslamov
14. Gülbala Xankişiyev
15. Valeh Seyfullayev
Yerli idarəetmə orqanı – Şərəfə bələdiyyəsi :
Yerli idarəetmə orqanı- Şərəfə bələdiyyəsi- Şərəfə kəndində ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cü ildə keçirilmişdir. Əliməmməd Ziyadov sədr olmaqla 9 nəfər bələdiyyə üzvü seçilmişdir.
1.Möhsümov Əşrəf Möhsüm oğlu.
2.Rəhimov Aslan Abdulla oğlu.
3.Kərimov Ağa Həsən oğlu.
4.Yunusov Aşur Nəsrulla oğlu.
5.Ziyadov Əliməmməd Güləhməd oğlu.
6. Bəşirov Bəşir Abdulla oğlu.
7.Seyfullayev Valeh Hüseyin oğlu.
8.Məmmədov Şahin Vəli oğlu.
9.Məmmədov Vəli Əkbər oğlu.
17 dekabr 2004-cü il bələdiyyə seçkilərində isə Ziyadov Əliməmməd Güləhməd oğlu bələdiyyə sədri, Cəfərov Əlisa Əliş oğlu sədr müavini seçilmişdir. Üzvlər aşağıdakılar olub:
1.Məmmədov Əkbər Vəli oğlu.
2.Xankişiyev Xankişi Mustafa oğlu.
3.Cəfərov Əlisa Əliş oğlu.
4.Rəhmanov Rasim Əliheydər oğlu.
5.Ziyadov Əliməmməd Güləhməd oğlu.
6.Seyfullayev Vəli Hüseyin oğlu
6.Seyfullayev Vəli Hüseyin oğlu.
8.Əkbərov Taleh Həmzə oğlu.
9.Məmmədova İlahə Vəli qızı.
Fəaliyyəti dövründə Şərəfə bələdiyyəsi çoxlu sayda uğurlu layihələrə imza atıb. Amerika Birləşmiş Ştatlarının bələdiyyələr arasında təşkil etdiyi müsabiqədə Şərəfə bələdiyyəsi üç qalib bələdiyyədən biri olaraq USAİD-in CHF- (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Ağentliyinin, İcma İnkişaf Faəaliyyəti) təşkilatına üzv olub.
Şərəfə bələdiyyəsi CHF təşkilatı və Kənd İcmasının maddi dəstəyi ilə iki mərtəbəli bir binanın təmir edilərək İcma Mərkəzinin, məhəllə komitələrinin,a ğsaqqallar şurasının yaradılmasına, əmlak və torpaq vergilərinin sistemləşdirilməsi, ilk yolların salınması,kəndarası yolların təmiri, işıq dirəklərinin ,qaz borularının dəyişdirilməsi, qazla təminat,kənddə transformatorların yenilənməsi və digər layihələrin həyata keçirilməsinə nail olub.
USAİD-ın CHF-təşkilatına üzv olan İİF-lərin arasında son layihənin qalibi kimi Şərəfə bələdiyyəsi qalib gəlmiş və bələdiyyə sədri ABŞ-a 10 günlük pulsuz səfərlə mükafatlandırılmışdır.
Dünya Bankı ilə Azərbaycan höküməti arasında Azərbaycan kənd investisiya layihəsinin (AzKİL-2) qalibi kimi Şərəfə və Ağakişibəyli kəndlərinin hər birində 4 km–dən artıq kəndarası yollar təmir edildi və kənddə 5-otaqdan ibarət tibb məntəqəsi inşa edilərək əhalinin istifadəsinə verildi. Şərəfə bələdiyyəsi yeni ailə qurmuş ailələrin torpaqla təminatı,aztəminatlı ailələrə dəstək kimi sosial layihələr də həyata keçirib.
Bələdiyyədə layihələrin hazırlanması və həyata keçirilməsində Naidə Məmmədova, Pərvanə Ziyadova, Məshəti Seyfullayeva, Elşad Əsgərov, Əliməmməd Ziyadov, Əlisa Cəfərov, Xankişi Xankişiyev, Şəmi Kərimov, Südabə Məmmədova və digər kənd fəallarinin xüsusi rolu olmuşdur.
Sonuncu bələdiyyə seçkiləri 26 dekabr 2019-cu ildə keçirilmişdir.
24. EKOLOJİ VƏZİYYƏTİN DƏYİŞMƏSİ
Tarixi faktlar sübut edir ki Şərəfə kəndinin ərazisi bir zamanlar meşə və sıx kollarla örtülü olmuşdur.Bu barədə Kəndin ilk alimi Mikayıl Əzimov xatirələrində söhbət açıb və kənddə axırıncı pələngin öldürülməsini öz gözləri ilə gördüyunu təsdiq edir. Lakin, müəyyən zaman kəsiyində ərazinin təbii şəraiti çox dəyişmişdir. Bu da landşaftın dəyiməsinə səbəb olmuş və əhalinin həyat səviyyəsinə pis təsir etmişdi. Tarixi mənbələrin yazdığına görə 1871-ci ildə baş vermiş dəhşətli quraqlıq əkin sahələrinin kəskin azalmasına səbəb olmuşdu. Əkinlərin suvarılmasında böyük çətinliklər onların kütləvi şəkildə məhv olması ilə nəticələnmişdir. Mənbələrdə Şərəfə kəndində 300 desyatindən 240-nın quraqlıqdan məhv olması barədə məlumatlar mövcuddur.
Quraqlıq hazırda da mövcuddur. Kəndin ortasından keçən arxın quruması, çökəklilərdə suyun tamamilə buxarlanması quyularda suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur.
25. ŞƏRƏFƏ KƏNDİNİN TANINMIŞ SİMALARI
1. Qasımova Mədinə – Şərəfə kənd tibb məntəqəsinin müdiri, Əməkdar səhiyyə işçisi, Şərəf Nişanı Ordeninə layiq görülmüşdür.
2. Ziyadov Əliməmməd Güləhməd oğlu – bələdiyyə sədri işləmişdir, M aşın hissələrinin satışı, üzümçülük,bağçılıq sahələri üzrə sahibkardır.
3. Seyfullayev Valeh Hüseyn oğlu- Şərəfə ərazi dairəsinin icra nümayəndəsi, balıqçılıq müəssisəsinin sahibidir.
4. Tağıyev Vasif Mikayıl oğlu – Şərəfə kənd tibb məntəqəsinin müdiridir.
5. Mövsümov Əşrəf Mövsüm oğlu- Şərəfə məktəbinin direktoru , Əməkdar müəllim
6. Ziyadova Pərvanə Abduləli qızı – “Uğurlu həyat hekayəsi”və Qarabağ şəhidlərinə həsr olunmuş “Şərəfli döyüş yolu” kitablarının müəllifidir.
7. Bağırov İsa Fəxrəddin oğlu – Quşçuluq fermasının sahibidir.
8. Kərimov Qeys Rza oğlu- sahibkar, iş adamıdır.
9. Ələkbərov Əsəd Əkbər oğlu- xeyriyyəçi, iş adamıdır.
10.Məmmədov Yusif Hafiz oğlu- Süd məhsulları istehsal edən müəssisənin sahibi, xeyriyyəçi olmuşdur.
11. Məmmədov Vəli Əkbər oglu- Süd məhsulları istehsalı müəssisəinin sahibi
12 . Seyfullayeva Jalə Adəm qızı- Qabaqcıl Təhsil İşçisi, Əməkdar müəllimi
1.Kərimov Həsən Ağa oglu- Masallı rayon komsomol komitəsinin birinci katibi işləyib
2. Ağababyev Qurbanqulu – RİK-in sədri işləmişdir.
3. Feyzullayev Tofiq Müslim oğlu -Masallı rayon icra hakimiyyətində icra başçısının müavini işləyib
4. Mehdiyev Mehdi Sahib oğlu -Masallı Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə şöbəsinin müdiri işləmişdir.
5. Axundov Vazeh Fəttah oğlu- Masallı rayon Maliyyə idarəsində xəzinə əməliyyatları uçotu sektorunun müdiridir.
6. Seyfullayev Səftər Məhəmməd oğlu – Sabir adına sovxozun direktoru, Masallı-Konserv zavodunun direktoru işləmişdir
7. Mirzəyev Fazil Mirzəli oğlu – Masallı rayon İşıq İdarəsinin müdiri olmuşdur.
8. İsayev Ramiz Qulam oğlu- polkovnik- leytenant, Masallı rayon polis şöbəsinin rəis müavinidir.
9.Kərimov Şəmşir Dadaş oğlu – kapitan, Masallı rayon DYP bölməsinin baş dövlət müfəttişidir.
10. Hüseynov İmran Baba oğlu- polis kapitanı, sahə rəisi işləyib.
11. Ağayev Ağahüseyn Daxıl oğlu- Masallı rayon mərkəzi xəstəxanasının terapiya şöbəsinin müdiri olmuşdur.
13.Ələkbərov Hilal İsfəndiyar oğlu – Masallı “İstisu” xəstəxanasının baş həkimi olmuşdur.
14.Rəhmanov Rasim Əliheydər oğlu – Masallı uşaq xəstəxanasının baş həkimidir.
15.Cəfərov Eldar Əlisa oğlu – Masallı Vərəm Əleyhinə Dispanser Regional-Bakteroloji Laboratoriya şöbəsinin müdiridir.
16.Bəşirov Bəşir Abdulla oğlu- Masallı rayon Mərkəzi Xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin müdiridir.
17.Ağayev Rahib Ağahüseyin oğlu , Masallı rayon Mərkəzi Xəstəxanasinda Cərrahiyyə şöbəsinin müdiridir.
18.Xankişiyev Əyyub Soltan oğlu – Masallı rayon Mədəniyyət şöbəsinin müdiri və Şərəfə məktəbinin direktoruolmuşdur.
19. Ağayev Məhbub Soltan oğlu -Masallı rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri,Uşaq-Gənclər İdman Məktəbinin direktoru olmuşdur.
20. Xəlilov Hüsaməddin Xəlil oğlu – yunan –roma güləşi üzrə keçmiş SSRİ idman ustası olmuşdur.
23. Şirəliyev Abdul Əmraga oğlu- Salyan-Astara yol idarəsinin rəisi işləmişdir.
24.Rəhimov Aslan Abdulla oğlu -Masallı 5 saylı Yol Tikinti idarəsinin istehsalat texniki şöbənin rəisi işləmişdir.
25.Məmmədov Şakir Qənbər oğlu -Masallı PMK tikinti idarəsində mühəndis-memar, geodezist, tikintidə Həmkarlar Komitəsinin sədri vəzifəsində işləmişdir.
26. Şahverdiyev Yəhya – Payon Partiya Komitəsində Təbliğat və Təşviqat Şöbəsinin müdiri.
27 . Qəzəm Hamil oğlu Hadiyev – Masallı İHB-də şöbə müdirir
28. Hamil Hadiyev- Masallı Torpaq Şöbəsinin müdiri
1. Seyfullayev Sübhan Məhəmməd oğlu – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş mühasib işləmişdir.
2. Ələkbərov Tahir Habil oğlu – Həmkarlar İttifaqı Respublika Komitəsində Həmkarlar İttifaqı Komitəsinin sədri işləmişdir.
3. Seyfullayev Qüdrət Vəkil oğlu – 2000-ci ilin Vergilər idarəsində vergi müfəttişi bölmə rəisi, idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmışdir. 2003-2004-cü illərdə Vergilər Nazirinin köməkçisi, daha sonra Nazirin Maliyyə təsərrüfat idarəsinin rəisi və nazirin müşaviri vəzifəsində calışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il1038 saylı sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.
4. Ələkbərov İlyas Rəşid oğlu -əməkdar neftçi, Prezident təqaüdçüsü, Azneft İstehsalat birliyində sahə rəisi,mədən müdiri vəzifəsində işləmişdir.
5. Ağababayev Saday Ağadadaş oğlu KT-Nazirinin pambıqçılıq və toxumçuluq sahələri üzrə müavini olmuşdur.
6. Ağababayev Sabir -Leytenant Şmit adına zavodda direktor müavini,Əməkdar mühəndis Bakı Tramvay-troleybus parkının direktoru olmuşdur.
7.Mövsümov Əjdər Tağı oğlu – Oğuz rayonunda prokuror köməkçisi, mülki sahədə Kalinovka kənd istehlak cəmiyyətinin, Masallı Mərkəzi bazarının müdiri işləmişdir.
8.Camalov Cəlal Abasqulu oğlu – Daxili İşlər Nazirliyi İslah Əmək Müəssisələri İdarəsinin Cəzaçəkmə Müəssəsi rəisinin daxili xidmət mayoru,əməliyyat işləri üzrə 1-ci müavini işləyib.
9.Camalov Çingiz Cəlal oğlu – Ədliyyə Nazirliyi Penitensiyar xidməti Baş idarəsinin Maliyyə- irtitsadiyyat İdarəsinin baş mühasibi, bölmə rəisi ədliyyə polkovnik-leytenantıdır
10.Məmmədov Sabir Qənbər oğlu -Daxili İşlər Nazirliyi İslah Əmək Müəssələri idarəsinin İslah əmək müəssəsinin rəisi, daxili xidmət polkovnik- leytenantı
11.Məmmədov Zakir Qənbər oğlu- Daxili İşlər Nazirliyi 1 saylı İslah Əmək Müəssisində bölmə rəisi, daxili xidmət mayori
12.Kərimov Şəkur Həsən oğlu- Göyçay və Sumqayıt şəhərində məhkəmə sistemində hakim, Ağsu rayonunda məhkəmə sədri işləmişdir .
13.. İsayev Nahid Gülməmməd oğlu – Azərbaycan Respublikası 6 saylı ərazi Vergilər İdarəsinin audit şöbəsinin rəisi işləmişdir.
14. Məmmədov Elmar Rəhim oğlu- Diplomatik Xidmət Müşaviri, Azərbaycan Respublikasının Qazaxstan Respublikasının Aktau şəhərindəki baş Konsulu.
15. Cəbrayılov Fərid Zəbiulla oğlu – Bakı şəhər Vergilər departamentinin rəisi işləyib
16. Axundov Rəzzaq Fəttah oğlu – Azərbaycan Respublikası Vergilər Nazirliyində Maliyyə Təsərrüfatı idarəsinin maliyyə şöbəsinin rəisi (ölkə)
17. Əzimov Zakir Mikayıl oğlu – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Quşçuluq təsərrüfatı üzrə müavin (ölkə)
18. Nəbibəyli Vüqar Adil oğlu- “Azərişıq”-da məsul işçidr.
19. Ağababyev Fəxrəddin Qurbanqulu oğlu – polis mayoru, Sankt- Peterburq şəhəri.
20.Mustafayev Abbas Fətulla oğlu – Daxili qoşunlar mayoru, Leninqrad ( Sankt Peterburq) Ali Hərbi Aviasiya Məktəbinin məzunudur.
21.Kərimov İlyas Həsən oğlu – Polkovnik leytenant, Bakı şəhər polis idarəsinin mühüm işlər üzrə baş müstəntiq işləmişdir.
22.Abbasov Cavid Qasım oğlu – Reşpublika Prokurorluğunda müstəntiq, Ədliyyə müşaviri
23.Kərimli Nüsrət Qulamhüseyn oğlu – Bakı şəhər Nəsimi, Binəqədi, Səbayıl rayonlarında polis bölmə rəisi, mayor
24.Həsənov Rafiq Əli oğlu – Bakı Şəhər Prokurorluğunun Xüsusi Mühüm İşlər Üzrə müstəntiqi işləyib.
25.Kərimov Nemət Ağa oğlu -Vəkillər Kollegiyasının üzvüdür.
26.Xankişiyev Xanbaba Mustafa oğlu -Vəkillər Kollegiyasının üzvü,
27.Məmmədov Vasif Əhməd oğlu – Ukrayna Respublikası, Xarkov şəhər polis idarəsində polis mayoru işləyib.
28.Məmmədov Qədir Muxtar oğlu- Ədliyyə müşaviri, Azərbaycan Respublikası Baş Prokurorluğunda idarənin böyük prokuroru vəzifəsində çalışır.
29.Xankişiyev Cankişi Mustafa oğlu – Kapitan, Bakı DYP-də bölmə rəisi işləyib
30. Məmmədov Vaqif Əvəz oğlu – Lənkəran Liman qəsəbəsində işləyib, polis kapitanı.
31.Əzimov İslam Rizvan oğlu– polis kapitanı, 9 saylı Penitensiar xidmət rəisinin köməkçisi
32.Əbilov Arif Höccət oğlu – Kapitan, Binəqədi rayon, polis şöbəsində 5-ci bölmə rəisi işləmişdir.
33.Kərimov Taleh Cabir oğlu -Daxili Qoşunların polkovnik leytenantı.
34.Qurbanov İlkin Zöhrab oğlu -DİN-nin İnsan alverinə qarşı mübarizə idarəsində qərargah rəisi-Polkovnik leytenanatdır.
35.Bəşirov Sədi Nəzirməmməd oğlu- Bakı şəhər 5 saylı xəstəxanasının mədə -bağırsaq şöbəsinin müdiri olmuşdur.
36.Qurbanov Zöhrab Cəfər oğlu – Bakı, Neftçilər xəstəxanasının nevroloji şöbənin müdiri.
37.Tağıyev Şahin Mikayıl oğlu – Bakı Uşaq Bərpa Mərkəzinin baş həkimi
38. Seyfullayev İzzət Adəm oğlu- Əməkdar müəllim, Qaradağ rayonu 274 saylı məktəbin müəllimi , Qabaqcıl Təhsil işçisi
39.Məmmədova Naidə Şakir qızı – Prezident mükafatçısı, ”Ən yaxşı müəllim” müsabiqəsinin Respublika üzrə qalibi, Qabaqcıl təhsil işçisi, Beynəlxalq ödül-Dədə Qorqud mükafatı laureatı, “Kaspi” Təhsil Şirkətinin cənub regionu üzrə (Masallı,Cəlilabad,Yardımlı) nümayəndəliklərinin təsisçisidir.
40.Cəlilov Məzahir Həmdulla oğlu- əməkdar artist, Azərbaycan Dövlət Dram teatrında aparıcı aktyor.
41.Zeynallı Zahid Novruz oğlu – “Şəki fəhləsi”, Elm və həyat”, “Kirpi” jurnallarında şöbə müdiri, “Mingəçevir işıqları” qəzetinin redaktoru,mahir bəhri-təvil ustası,satirik şair
42. Rəhimov Əli Məhəmməd oğlu – Göyçay mədəniyyət evinin, Maştağa kənd klubunun müdiri, Musiqili Komediya teatrının aktyoru
43. Musayev Məhərrəm Məhəmmədhəsən oğlu – Gənc Tamaşaçılar Teatrı,Lənkəran Dövlət Dram Teatrında aparıcı aktyor.
44. Mirzəyev Nizami Əbülfəz oğlu – Əməkdar artist, gitara ifaçısı
45. Cəbrayılov Üzeyir Cəbrayıl oğlu – jurnalist, yazıçı
46. Cəfərov Vüsal Əlisa oğlu- nasir, “Bir milyonluq xəyanət” və “İkinci ruhun kölgəsində” əsərlərinin müəllifi
47. Cəbraylov Süleyman İsmayıl oğlu – şair- həkim, “Ötən buludlar”, “Son yarpaqlar”
adlı şeir kitablarının müəllifi
48. Möhsümov Möhsüm Əşrəf oğlu -“Mozalan””,Qulp”,”Radikal”,”Azad fikir”,”Sensasiya” qəzetlərinin təsisçisi, jurnalist
49.Əbilov Qeys Sudeyif oğlu – “Əbilov-Zeynalov qardaşları və oğulları“ nəşriyyatının direktoru, naşir
50. Rəsulova-Xankişiyeva Tamella Mustafa qızı- 1982-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun fransız-ingilis dili ixtisası üzrə təhsil almışdır. Bakı şəhəri N.Nərimanov rayonu 45 saylı məktəbin müəllimidir. “Ömrün şer payı” “Xatirəyə dönən illər”, “Ötən günə gün çatmaz” kitablarının müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.
51.Məmmədov Samir Şakir oğlu-“ Şərəfə və onun layiqli öladları “ və”Xəzəryanı bölgələrin tarixi”(rus dilində) ilə bağlı elmi- tədqiqat mövzulu kitabların müəllifi, memar
52.Əzimova Dürdanə Rizvan qızı- şairə,”İlin vətənpərvə şairi”,”Qızıl qələm” mükafatı laureatı”,”Uğurun sirri” kitabının müəllifi
53. Rəhimli Famil Aslan oğlu -şair, “ata ocağı” və “Gözlərimə baxıb söylə” şerlər kitabının müəllifidir.
54. Məmmədov Rəhim Qafur oğlu -polkovnik, Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasının rəisi işləmişdir, hərbi həkim
55. Qurbanov Alı Cəfər oğlu- polkovnik -leytenant, Ağdam Səhra Qospitalının rəisi, Bakı Travmotologiya Ortopediya İnstitunun cərrahı
56.Tağıyev Əfqan Mikayıl oğlu – mayor, Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul işçı
57.Cəfərzadə Nazim Xanoğlan oğlu – Xüsusi Təyinatlı Qoşunlarda Baş gizir .
Ağayev Azad Əlihüseyn oğlu- polkovnik -leytenant, Cəlilabad rayon N saylı hərbi hissənin tibb xidməti rəisi olmuşdur
58.Mirzəyev Teymur Abbas oğlu – mayor, Füzuli rayon, Horadiz qəsəbəsində komendant xidmətinin rəisi işləmişdir
59.Məmmədov İlqar Qabil oğlu – Sərhəd qoşunlarında xidmət mayoru
60.Kərimov Taleh Cabir oğlu- Daxili qoşunlarda polkovnik-leytenant
61.Abbasov Ziya Abas oğlu -Daxili qoşunlarda mayor
62. Cəfərzadə Əli Nazim oglu – “Kinqboks” üzrə ikiqat dünya çempionu, üçqat Azərbaycan çempionu
63. Niftullayeva Gülgün Bayram qızı – “Taekvando” üzrə Azərbaycan çempionu.
64. Kərimov Şəmsi Dadaş oğlu – Azərbaycan Kinqboks Federasiyasınıın cənub bölgəsi üzrə prezidenti
65. Kərimov Şəmistan Şəmsi oğlu yaşıdları arasında Kinqboks üzrə dünya kubokunu qazanıb və qızıl medalla mükafatlandırılıb.
66. Məmmədov Samir Şəkur oğlu -Baki Şəhər İcra Hakimiyyəti,Dövlət Şəhərsalma Arxitektura Komitəsində mühəndis-memar.
67.Məmmədov Şakir Samir oglu -Föqəladə Hallar Nazirliyi Tkintiyə Təhlukəsizlik Dövlət Agentliyi Azərdövlətlayihə dövlət baş layihə İstitutunda memar
68.Cəfərov Əliş – Azərbaycan Dəmiryol nəqliyyatı idarəsində yanğın mühafizə şöbəsinin müdiri, mayor
69.Seyfullayev Şövqi Xalid oğlu – ACS-nin “TunelMetroİnşaat” MMC nin baş direktoru,
70.Seyfullayev Nemət Vəkil oğlu- sahibkar, Azərbaycan Dövlət Tibb Universtetini bitirmiş, həkim stomotoloqdur. Hazırda kənd təsərrüfatı mallarının istehsalı və ixracatını təşkil edən“Azərvaycan Giləmeyvə İstehsalçıları Asosasiyası” ictimayi birliyin sədridir.
71.Yunusov İsmayıl Yunus oğlu -Ekologiya Nazirliyində Balıq ehtiyatlarının artırılması və mühafizəsi üzrə aparıcı mütəxəssisi.
72.Niftullayev Rabil Abbas oğlu – Beynəlxalq sularda gəmi kapitanı
73.Rzayev Sakit Ələsgər oğlu- Bakı Dəniz Gəmiçiliyi idarəsində gəmi kapitanı işləyib
74. Mustafayev İbrahim İsaq oğlu -Xəzər dənizi sularında gəmi kapitanı .
75. Məmmədov Elman Zakir oğlu- Xəzər- dəniz neft donanması gəmilərində baş mexanik .
76. Əkbərov Höccət Ramazan oğlu – Tiblisi şəhərində Ali Milis məktəbinə daxil olmuş və buranı bitirdikdən sonra milis orqanlarında mülki əməliyyatçı vəzifəsində çalışmışdır. Əli-Bayramlı (indiki Şirvan) şəhərində, Salyan, Yardımlı və Cəlilabad rayonlarında milis rəisi vəzifəsində çalışmışdır.
77. Əhmədov Davud Qüdrət oğlu- 1979-cu ildə anadan olmuşdur. İlk təhsili Qafqaz universitetində ikinci təhsili Türkiyədə Orta Doğu Texniki Universitetində iqtisadiyyat bölümündə almışdır. Doktorantura təhsili ABŞ da Pensilvaniya ştatında Filadelfiya şəhərindəki La Salle Universitetində davam etdirmişdir. Hazırda dünyanın ən qabaqcıl neft şirkətlərindən biri olan BP -də ( British Petroleum) Oman şöbəsində iqtisadiyyat müşaviri kimi fəaliyyət göstərir.
78.Kərim Xalid Camal oğlu – Azərbaycanda ilk dəfə olaraq kəndə aid marş onun tərəfindən bəstələnmişdir. Marş “Şərəfə marşı” adlanır.
Şərəfə kəndi haqqında məlumatların hazırlanması və yazılmasında bizə yaxından kömək edən Əsgərov Elşad Mehralı oğluna , Seyfullayeva Nərminə Səftər qızına, Məmmədova Naidə Şakir qızına, Cəfərov Əlisa Əliş oğluna, Xanişiyev Xankişi Mustafa oğluna, Məmmədov Samir Şakir oğluna, Ziyadov Əliməmməd Güləhməd oğluna öz təşəkkürlərimizi bildiririk .
KƏNDIN ADI: AĞAKİŞİBƏYLİ
o cümlədən: kişi: 916 nəfər; qadın: 933 nəfər.
1849-cu il siyahıyaalınmasında 12 ev, 137 nəfər;
Hazırda (2021-ci ildə) ————– 371 ev 1818 nəfər
2.Ərazisi: 329 ha
Kəndin ərazisi vaxtilə daha böyük olmuş, lakin Sovet dövründə yaranan kolxoz mülkiyyəti zamanı kəndlərin birləşməsi nəticəsində Şərəfə kolxozuna aid olan bir çox idarə, müəssisə, məktəb, Mədəniyyət sarayı, kənd XDS binası, maşın-traktor parkı, heyvandarlıq fermaları, həkim məntəqəsi və sair inzibati binalar Ağakişibəyli kəndinin ərazisində tikilmişdir. Bu is ə k ə ndin ə razisinin xeyli azalmas ı na s ə b ə b olmu ş dur .
Ağakişibəyli kəndinin xəritə-sxemi
3.Həmsərhəd olduğu kəndlər:
Qərbdən Şərəfə kəndi,
şərqdən I Səmidxan və II Səmidxan,
cənubdan Seybətin və Digah kəndləri ilə həmsərhəddir.
Astara-Bakı “İpək yolu” magistralı Ağakişibəyli kəndinin şərq tərəfindən 3.20 km məsafədə sərhədləyir. Eyni zamanda bu yola paralel dəmiryol xətti mövcuddur.
4. Kənd əhalisinin əsas məşğuliyyəti:
Ağakişibəyli kəndində əhalinin məskunlaşması heyvandarlıq və çəltikçilik ilə əlaqəli olmuşdur. Bura gələn ailələrin bəziləri o dövrün tələblərinə uyğun olaraq məhsulun altıda bir hissəsini xəzinəyə verməklə torpaq sahələrini icarəyə götürürdülər. Əkin üçün heyvan, xış və s olmayan ailələr isə əsasən kəndin cənubunda “Bəy yeri” deyilən ərazidə varlılara məxsus çəltik tarlalarında işləmək üçün biyara gedirdilər. O vaxtlar Lənkəran zonası Zaqafqaziyada istehsal olunan çəltiyin 25% ni verirdi. Şərəfə və Ağakişibəylidə əkilən “Ənbərbu”, “Sədri” “Əkulə” çəltik sortları məhsuldarlığına görə fərqlənirdi. Sonralar “Əpə” istili deyilən su dəryaçasından istifadə etməklə çəltik əkinləri kəndin cənub və şərq tərəfində geniş yayılmışdı. Sovet hakimiyyəti illərində əhalinin məşğuliyyətinə tərəvəzçilik və tütünçülük əlavə edildi.
Vaxtilə kənddə tikinti materialları kimi istifadə olunan kirəmit və kərpic bişirmək üçün kürələr mövcud olmuşdur. Kolxoz klubunun tikintisində istifadə olunan bişmiş kərpicin hamısı Ağakişibəylinin cənubunda yerləşən kərpic kürəsində istehsal edilmişdi. Kürədə əsasən kişilər işləyirdi. Bu kürələr 1950-1960-cı illərə qədər fəaliyyət göstərirdi. Həmin dövrdə kəndin evdar qadınlarının əsas məşğuliyyəti həsir toxuma olmuşdur.
1967-1984-ci illərdə kəndin şimal şərqində, dəmiryola yaxın Taxta -şalban-tara bazası fəaliyyət göstərmişdir ki, burada tərəvəz ( pomidor, xiyar, kələm və s) qablaşdırılması üçün taxta yeşiklər istehsal olunurdu. Bu müəssisə Ağakişibəyli əhalinin işlə təmin olunmasında mühüm rol oynamışdır. Hazırda əsas məşğuliyyət əkinçilik, heyvandarlıq və sənətkarlıqdır
5. Kəndin fiziki coğrafi xüsusiyyətləri:
Ağakişibəyli kəndinin relyefi düzənlikdir. Ərazi okean səviyyəsindən yuxarıda yerləşir və cənubdan şimala doğru 18 -11 m meyillik arasında dəyişir.
Yay ayları quru isti, qışı isə mülayim və rütubətli keçən mülayim isti iqlim tipi hakimdir.
Kəndin cənubundan şərqə doğru kanalla axan sudan suvarmada istifadə olunur.
Uzun müddət kənd əhalisi əvəzedilməz dada malik olan “Qubad” quyusunun suyundan istifadə etmişlər. Sonradan bu quyunun dibi lillənmiş və içilməz hala gəlmişdir. Hazırda kənd əhalisinin içməli suya olan tələbatı ödənilmir. Yeraltı suların səthə yaxın yerləşməsinə baxmayaraq tərkibində kalsium-maqnezium olduğuna görə cod və acı dadır.
6. Ağakişibəyli toponimi haqqında məlumat
Ağakişibəyli kəndinin adı rəsmi şəkildə 1954-cü ildə təsdiq edilmişdir. Təqribən 1740-cı ildə Ərdəbildən Yardımlının Telavar kəndinə Talıb adlı bir şəxs ailəsi ilə birgə köç edir. Oğlu Saleh daha sonra Adil Telavarda yaşayıb. Adilin oğlu Agakişi ailəsi və yaxın qohumları ilə birlikdə qış otlaqları və əkinçilik məqsədi ilə düzən ərazilərə o cümlədən indiki Ağakişibəyli kəndinin ərazisində məskunlaşmışdır. Kəndin adı da ilk məskunlaşan Ağakişi bəyin adı ilə əlaqədardır.
7.Ağakişibəyli kəndinin yaranma tarixi
Elmi Tədqiqatlara görə Lənkəran ovalığının şimal hissəsində yerləşən düzənlikdə ilk məskunlaşma tarixi Tunc dövrünə təsadüf edir. Bunu Ağakişibəyli kəndinin şimal-qərb hissəsində yerləşən “Tut bağı” adlanan ərazidə birinci məskunlaşmaya aid olan hazırda bir çox həyətlərdə qazıntı zamanı rast gəlinən bişmiş kərpicdən hörülmüş qəbirlər də sübut edir. Bunan əlavə Bizans dövrünə aid pul sikkələri də tapılır.
Yaşlı adamların dediyinə görə 1960-1970 ci illərdə bu ərazidə aparılan qazıntılar zamanı üzü şərqə tərəf basdırılmış uzun boylu insan skletləri var idi. Xəzər dənizinin növbəti transqressiyası XIII əsrdə olmuş və bu ərazilərin yenidən su altında qalmışdır. Dənizin növbəti reqressiyasından (suyun geri çəkilməsi) sonra bu ərazilər sıx meşə və kolluqlarla örtülmüş münbit torpaqlar müasir məskunlaşma üçün şərait yaratmışdır.
Masallı rayonunun əksər kəndlərinin məskunlaşması kimi Ağakişibəyli kəndinin də tarixi Səfəvi hakimiyyətinin mövcud olduğu və ondan sonrakı illərə təsadüf edir. XVIII- XIX əsrlərdə, bəzi kəndlərdə daha əvvəllərdən Cənubi Azərbaycandan köçüb gələn insanların ərazilərdə oturaq həyata keçməsi və daimi məskunlaşması hesabına olmuşdur. Agakişibəyli kəndinin yaranma tarixi Səfəvi dövlətinin döyüşkən və hakimiyyətə yaxın olan tayfası Təkəlilər ilə əlaqədardır. 1736-cı ildə Səfəvi dövlətinin süqutundan sonra Təkəlilər Nadir şahın təqibinə məruz qalmış, var dövlətləri əlindən alınmış və Şimali Azərbaycan ərazisində parakəndə halında hətta tək ailələr formasında yayılmışdır. Ağakişibəyli kəndinə gələn nəsillər əsasən ailələrini və mal- qaralarını təhlükələrdən qorumaq üçün Yardımlıdan keçməklə mərhələlərlə tədricən köç etmişlər.
Kəndin ərazisində tapılan qədim əşyaları tarix müəllimi Sərmayə Musayeva toplamış və məktəbdə mini muzey yaratmışdır
8.Kənddə ilk məskunlaşan nəsillər
Ağakişi bəy və övladları –
onları kəndin ilk sakinləri hesab etmək olar. Nəslin başında Şahverən adlı şəxs olmuşdur. Kəndin ən yaşlı adamlarından biri Vəliş dayının söylədiyinə görə Şahverən Səfəvi hakimiyyətində görkəmli simalardan biri olmuşdur. İmperiya dağıldıqdan sonra bu nəsil də şaha sadiq olan digər nəsillər kimi təqibə məruz qalmışdır. 1730-40 -cı illərdə Ərdəbildən Yardımlının Telavar kəndinə gəlmişlər. İndi də Telavar kəndində eyni adlı bulaq vardır. Şahverənin övladlarından biri orada qalmışdır. Digər qardaş Agakişi qışlaq yolu üzərində yerləşən , sıx meşə cəngəlliyi ilə örtülü olan indiki Ağakişibəyli ərazisində məskunlaşmışdır. O vaxt bu ərazilərə köç edənlər torpağı ağaclardan təmizləyir və əkinçilik ilə məşğul olurdu. Daha çox sahə təmizləyənlər iri torpaq sahibinə çevrilirdi. Ağakişinin övladı Şahverən (oğul) böyük ailəyə malik olmuşdur. Bu nəslin nümayəndələri Kərbəlayi Novruz, Şeyx Həsən Axund dövrlərinin ən məşhur simalarından olmuşdur. Əliməmməd, Əhmədağa, İqbal və digərləri təhsil və ziyalılıqları ilə fərqlənmişdir. Ağakişibəyli kəndinə gələn sonrakı nəsillərin əksəriyyətinin bu nəsil ilə qohumluq əlaqələri vardır. Demək olar ki, Ağakişibəyli kəndinin formalaşmasında Şahverənlilər mühüm rol oynamışdır. Hazırda onlar Şahverdiyevlər, Adilovlar soyadlarını daşıyırlar.
Nənəxanımlılar –
Təqribən 1745- ci ildə Ərdəbilin Fındıqlı kəndindən həyat yoldaşı Tanrıverdinı itirmiş Nənəxanım yanında biri körpə İsmayıl olmaqla oğulları ilə ( Məhəmməd, Əhməd ) kəndə gəlmişlər. Bura kəndə gəlməsinin səbəbi onun ana tərəfdən Şahverənlilər ilə qohumluq əlaqəsi olmasıdır. Nənəxanımın qızı Səkinə də Şahverənlilərin gəlini olmuşdur. Nənəxanımlıarın Şərəfədən olan Əkbər ailəsi ilə də qohumluğu olmuşdur. Ismayılın övladları Kamil, Malik, Tahir daha sonra bu nəslin genişlənməsinə səbəb olmuşdur. Hazırda bu nəslin nümayəndələri arasında xeyli sayda ziyalılar vardır. Nənəxanımlılar tayfası İsmaylovlar, İbişovlar, İsrafilovlar, Məmmədovlar soyadlarını əhatə edir.
Məmmədililər –
Ərdəbilin Cəfərabad kəndindən 1750-ci illərdən sonra buraya köç etmişlər. Kəndə gələn ilk nümayəndə Hacı Piri olmuşdur. Hacı Piri Bu nəsldə ağsaqqal kimi Məşədi Cəfərqulu fərqlənmişdir. Kənd içərisində xeyirxah əməlləri ilə tanınmışdır. 1930-cu illərdə kollektivləşmənin əleyhinə getdiyinə görə təqib olunmağa başlamışdır. Təqibdən qorunmaq üçün o var- dövlətini sataraq Bakıya köçmüşdür. Bakıda özünə geniş mülk almışdır. Masallı və onun kəndlərindən o vaxtlar Bakı şəhərində təhsil alanların böyük əksəriyyəti Cəfərqulunun evində olmuşdur. Hazırda Ağakişibəyli kəndində Piriyevlər soyadı ilə olanların hamısı Məmədililər nəslinin nümayəndələridir.
Kərbalayı Camal –
1800-ci ildə Yardımlıdan Cəlilabad rayonun Alar kəndinə, oradan isə Ağakişibəyliyə gəlmişlər. Elatın başında Orduxan adlı şəxs olmuşdur. Yarımköçəri tərəkəmə tayfaları kimi heyvandarlıqla məşğul olduqlarına görə onlar yaylaq-qışlaq arasında hərəkət edirdi. 1820-ci ildə Orduxanın oğlu Camal ailəsi ilə birlikdə Ağakişibəyli kəndində torpaq alaraq oturaq həyata keçir. Camalın şəcərəsində müxtəlif dövrlərdə yaşamış Məhərrəm, Məmməd Vəli, Orduxan, Əli, Səttar, Əmir, Heybət, Sübhan, Əlican və digərləri sakit təbiətli olmaqları ilə fərqlənmişdir.
Aşıqlar (Həsənalı övladları ) nəsli
Ağakişibəyli kəndinə ilk nümayəndəsi Həsənalı olmuşdur.Təqribən 1796-cı ildə Ağaməhəmməd şah Qacarın hücümları nəticəsində Qarabağda xalqın həyat səviyyəsi ağırlaşmış və insanlar ölkənin müxtəlif ərazilərinə səpələnmişdir. Qarabağlı Həsənalının Agakişibəyli kəndinə gəlişi bu fakt ilə əlaqələndirilir. Həsanlının Bayraməli adında övladından əmələ gələn Məmmədalı və Əhmədalı kəndin digər nəsillərinın qızları ilə ailə qurmuşlar. Onların övladları Musa və Nəhmət kəndin şimal şərq hissəsində geniş torpaq sahəsi əldə etmişlər. Daha sonrakı mərhələdə Əli və övladları Musa, Surxay, Əhmədalı və Eyvaz olmuşdur. 1900-cü ildə anadan olmuş Əlinin qarabağlı qızı aldığı güman olunur. Bu nəslin Yusif bəy Mehmadarov ailəsi ilə qohumluğu ilə təsdiq edilmişdir. Ağakişibəylidə Musayev soyadına malik olanlar Aşıqlar və ya Həsənalı övladı nəslinin nümayəndələridir.
Əsədlilər –
Ata yurdları Yardımlı rayonunun Horanı kəndidir. 1830-cu ildə Ağakişibəyliyə gələn ilk nümayəndəsi Əsədulla adlı biri olmuşdur. Heyvandarlıqla məşğul olan bu ailə qışlaq məqsədi ilə hərəkət edərək düzən ərazilərdə oturaq həyata keçmişdir. Nəslin ötən əsrdə ən məhşur nümayəndəsi Molla Əkbər olmuşdur. Öz dövrünün ziyalısı kimi evində dini məktəb açmış və təhsil ilə məşğul olmuşdur. Bu nəslin nümayəndələrindən Əsədulla, Hüseyn Dadaş, Əlipənah, Əliş və digər Əsədovları nümunə göstərmək olar.
Səmidlilər
– nəslin ilk nümayəndələri Ərkivanın Ramazanlı məhəlləsindən 1840-cı illərdə buraya köçmüşlər. Ağakişibəyli kəndinə gələn bu nəslin ilk nümayəndəsi Səmid olmuşdur. Səmidin oğlu Şiralı, onun övladları Kərim və Əmralı qardaşları olmuşdur. Bu qardaşların sonrakı nəsil şəcərəsindən Baloğlan, Abusəd, Fərzulla, Hacıalı, Habil, Feyruz ikinci dünya müharibəsinə aparılmış yalnız ikisi geri qayıtmışdır. Səmidlilər Ağakişibəylidə bir çox “ilklərə” imza atmışlar. Hazırda Kərimov soyadı ilə tanınırlar.
Zeynallılar
– bu nəslin ilk nümayəndəsi Məhəmməd adlı şəxslə bağlıdır. Məhəmməd İrandan Yardımlıya yaylaq məqsədi ilə köç etmişdir. Məhəmmədin oğulları Kəlbəlayı Əsgər və Zeynal təqribən 1840-cı illərdə Agakişibəyli kəndində daimi məskunlaşmışdır. Əsas məşğuliyyətləri heyvandarlıq olmuşddur. Kəlbalayı Zeynal və Kəlbalayı Əsgər qardaşlarının Səməd, Məcid, Əyyub, Səməd və Ağalar, Bayram və digərlərinin sonrakı mərhələdə övladları olmuşdur. Bu nəsilin nümayəndələri Zeynalov və ` Əsgərovlar soyadlarını daşıyırlar. Bu nəslin nümayəndələri arasında usta-sənətkarlar ( usta Əliaga, usta Mütəllim və d) çoxdur.
Kürtlər-
Ağakişibəylidə daha gec məskunlaşan nəsillərdir. Babaş, Nəbi və Nüsrət qardaşları XVIII əsrin ortalarında heyvandarlıqla məşğul olan elat Ağakişibəyli ərazisində daimi məskunlaşır,oturaq həyata keçir. Babaş misgər olmuş və el arasında böyük hörmət qazanmışdır. İranın Qaradağ əyalətindən olduqları bildirilir. Nəslin adının kürd xalqı adı ilə əlaqəsinin olduğu güman olunur. Həsənalı, Eynulla, Tağı , Əli, Ağababa, Böyükağa, Yədulla, Əlibababa və digərləridir. Bu nəslin nümayəndələri müxtəlif soyadlarla- Ağamoglanov, Babayev, Quliyev və s. tanınırlar.
1840-50 ci illərdə düzən ərazilərdə çəltikçiliyin inkişafı ilə və 1940- cı illərdə sərhəd kəndlərinin köçürülməsi siyasətinə əsasən indiki Yardımlı rayonundan Ağakişibəyliyə gələnlər ailələr olmuşdur.
9. Kəndin tarixi abidələri:
Kənd məscidi
Ağakişibəyli kəndində olan tarixi abidə kənd məscididir. 1907-ci ildə tikilmişdir. Kolxoz idarəetməsi dövründə məsciddən tütün anbarı kimi istifadə edilmişdir. Yalnız 1968-ci ildə restavrasiya edilərək yenidən dini icmanın istifadəsinə verilmişdir. Məscid Şeyx Həsən Novruz oğlunun adını daşıyır. 2007-ci ildə məscid üçün hündürlüyü 15 m olan minarə tikilmişdir. Minarə kəndin ziyalısı Böyükxan Kərimovun xatirəsinə ailəsi tərəfindən ucaldılmışdır. Məscid dövlət qeydiyyatından keçmişdir. Hazırda kənd dini icmasının rəhbəri Kərbəlayi Məhəmməd İsmayıl oğlu Cəbrayılovdur. O Azərbaycan Dövlət politexnik İnstitunu bitirmişdir. Sonra isə Cəlilabadda Şeyx Məhəmməddən orta dini mədrəsə təhsili almışdır.
Şəhidlər kompleksi
Kəndin mərkəzində yerləşən meydanda Qarabağ müharibəsi şəhidləri və İkinci dünya müharibəsində həlak olanların şərəfinə ucaldılmış xatirə lövhəsidir.
Mərasim evi.
2019-cu ildə kənd camaatının topladığı ianə hesabına tikilmişdir. Burada işləyən ustalar, fəhlələr, onlara yemək hazırlayan xanımlar bu işləri heç bir təmənna güdmədən etmişlər
Abbasəli ocağı
Qalın gövdəli qarağac ağacları və ilanların çox olduğu bir məkandır. Yaşlı adamların dediyinə görə İranın Qaradağ əyalətindən seyid Əsəd və onun oğlu Abbas və Fərəc qardaşları Ağakişibəyli kəndinə gəlib qarağac ağacları olan yerdə məskən salırlar. Deyilənlərə görə səhər tezdən bu ağacların altında tüstü çıxır. Əvvəllərdə olduğu kimi hazırda da kənd əhalisi bu ağaclardan istifadə etmir. İnanclara görə əvvəllər bir neçə nəfər ağaclardan aparıb ev tikib lakin ev yanıb və ya ailə hər hansı zərərini görüb. Kənd əhalisi ağacların altında dini ayinləri yerinə yetirmək üçün bina -otaq inşa etmişdir.
10. Kənddə ilk məktəbin açıldığı tarix:
Sovet quruluşuna qədər Ağakişibəyli kəndində Haclı Rüstəm Əhməd oğlunun həyətində 8 otaqdan ibarət, Kərbəlayı Novruzun, Molla Əkbərin evlərində mədrəsə tipli məktəblər olub. Bu məktəblərdə dünyəvi elmlərdən tibb, riyaziyyat, ədəbiyyat daöyrədilirdi.
Ağakişibəyli kəndində ilk 4 illik dünyəvi məktəb 1924-1925 ci tədris ilində açılmışdır. Məktəb kolxozun binasında olub. Kolxozlar birləşəndən sonra bu məktəbin fəaliyyətini dayandırıb, Şərəfə kənd tam orta məktəbinə birləşdirilmişdir.
11.Kəndin ilk ali təhsillisi:
Kərimov Baloğlan Əmralı oğlu – 1908-ci ildə anadan olmuşdur. Lənkəran Pedoqoji məktəbini, 1920-ci illərin əvvəllərində Azərbaycan Dövlət Pedaqoji Darilfünunu (indi Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirib. Bir müddət Masallı rayon mərkəzində müəllim, sonra Masallı Rayon Xalq Maarif Komissarlığında şöbə müdiri vəzifəsində işləmişdir. II Dünya müharibəsində həlak olmuşdur.
12.Kəndin ilk müəllimləri:
Kərimov Abusəd Kərim oğlu- 1914-cı ildə anadan olmuşdur. Lənkəran pedaqoji məktəbini bitirmişdir. Maarif Komissarlığının göndərişi ilə Yardımlı rayonunda müəllim və daha sonra Arnava kəndində məktəbi yaratmışdır. İkinci dünya müharibəsi başlayanda Abusəd müharibəyə getmişdir. Leninqradda təyyarəçilik kursunu bitirdikdən sonra hərbi təyyarəçi kimi iştirak etmiş və 1943 cü ildə həlak olmuşdur. Məzarı Ukraynada Jitomir şəhərindədir.
Kərimov Hacıalı Əmiralı oğlu- 1910-cu ildə anadan olmuşdur. İlk təhsili kənddə mədrəsədə, daha sonra dünyəvi məktəbdə almışdır. 1926-cı ildə Lənkəran “Darülmüəllimeyn” – ı ( Pedoqoji məktəbinə) qəbul olunmuşdur. Məktəbi bitirdikdən sonra Şərəfə kənd məktəbində, Təklə məktəbində müəllim işləmişdir. 1938-ci ildə Azərbaycan pedoqoji İnstituna daxil olmuşdur. Müharibəni başlanması ilə əlaqədar təhsili davam etdirə bilməmişdir.
Əliyev Nərman Süleyman oğlu- 1915-ci ildə anadan olmuşdur. 1933-cü ildə Azərbaycan Sənaye institunu ( hazırda- Azərbaycan Dövlət Neft Sənaye Universiteti) bitirmiş və neft mədənlərində əmək fəaliyyətinə başlamışdır. Mədəndə baş verən yanğından sonra ixtisasını dəyişmiş müəllimlik etmişdir. Lakin İkinci dünya müharibəsində 1943-cü ildə həlak olmuşdur.
13.Müəllimlər
1.Əsgərov Əsgər Məcid oğlu 2.Abbasov Nəsir Fətulla oğlu 3. Kərimov Ramazan Fərzulla oğlu 4. İsmaylov Həmzə 5. Kərimov Əmir Hacıalı oğlu 6. Zeynalov Əyyar Səməd oğlu 76. İsmaylov Zahir Əli oğlu 8. Musayeva Sərmayə Musa qızı 9. Şahverdiyev Vağıf Vəliş oğlu 10. Əsgərova Minəvvər Aslan qızı 11. Kərimova Şəfiqə 12. Tağıyev Qulu Tağı oğlu 13. Zeynalova Kəmalə Aslan qızı 14. Ağamoğlanov Ağasən Yədulla oğlu 15. Zeynalov Ələkbər Əyyub oğlu 16. İsmaylov mayıl Əli oğlu 17. Məmmədova Ofelya Əbülfət qızı 18. Məmmədov Xanhüseyn Hüseynalı oğlu 19. Zeynalov İlham Aslan oğlu 20. Muradov Elçın Eminağa oğlu 21.Əliquluyev Maarif Alqulu oğlu 22.Camalov Maarif Vəli oğlu 23.Rzayeva Afət Eyvaz qızı
14.Ağakişibəyli kəndində ilklər
İlk alim – Əsədov Arif Əlipənah oğlu.
İlk elmlər doktoru- Kərimov Böyükxan Fərzulla oğlu.
İlk həkim – Piriyev Həzi Həndan oğlu.
İlk qadın müəllimi – Adilova Rəna Əliməmməd qızı
İlk dəmiryolçu – Musayev Surxay Əli oğlu.
İlk sağıcı -Kərimva Rüqəyya Mirzə qızı
İlk dəmirçi – Şahverdiyev Vəliş Əziz oğlu
İlk mexanizator Əliyev Ağamirzə Süleyman oğlu
İlk kolxoz sədri – Kərimov Feyruz Əmralı oğlu
İlk baytar həkim -Bəşirov Həşim Hüseyn oğlu.
İlk qadın həkim – İsmaylova Nüşabə İsmayıl qızı
İlk qadın rabitə işçisi – Şahverdiyeva Küşvər Vəliş qızı
Kəndin ən uzunömürlü sakini – İbişova Yəmən İbiş qizi (1866- 1982 ) 116 yaşında dünyasını dəyişmişdir.
15.Qəhrəman anaların sayı 14 nəfərdir:
1.İsmaylova Safurəabı qızı 2. Cəfərova Bəyim Əli qızı 3. Əsgərova Şərqiyə Abı qızı 4.Ruhullayeva Bəsti Niftulla qızı 5. Niftiyeva Xumnaz Niftulla qızı 6. Camalova Fatma Orxan qızı 7. Bəşirova Fatma Mahmud qızı 8. Ağayeva Səbiyyə Şahmar qızı 9.Piriyeva Mənsuma Salah qızı 10. Hüseynova Fizzə Allahverdi qızı 11. Abbasova Cahan Tağı qızı 12. Piriyeva Əsyə Əhəd qızı 13. Şahverdiyeva Sura Ağabala qızı 14. Niftiyeva Məryəm Rəşid qızı
16.Kəndin idarə edilməsi:
Kəndin ərazisində ilk torpaq sahələri meşələrin qırılması hesabına olmuşdur. Köçəri və yarımköçəri əhalinin oturaq həyata keçməsi və icma torpaqlara sahib olması hakimiyyətin mənafeyinə uyğun gəlirdi. Kəndli yığılan məhsulun altıda bir hissəsini dövlət xəzinəsinə verirdi. Azərbaycan Cümuhuriyyəti dövründə pay torpaqlarının, sahibkar -kəndli torpaqların faizi artdı. Əhalinin həyat səviyyəsi yüksəld. Həmin dövrdə (1919- cu il) Ağakişibəylidə xeyli sayda iki mərtəbəli üç tərəfi açıq balkon olan “amerikasayağı” evlər tikilmişdi. Kəndin idarə olunması və vergilərin yığılması darğanın işi idi.
Sovet hakimiyyətinin qurulması torpaqların milliləşməsi ilə nəticələndi. Kollektevlişmə dövründa Ağakişibəylidə “Bir may” kolxozu yaradıldı.
Kolxozun sədrləri:
1. Əhmədov Mikayıl İbiş oğlu
2.Kərimov Feyruz Əmralı oğlu,
3. İsmaylov Malik Tağı oğlu,
4. İkinci dünya müharibəsi dövründə Əsədov Əlipənah Əkbər oğlu olmuşdur.
Kolxozların birləşdirilməsindən sonra Ağakişibəylidə idarəetmə Şərəfə ilə birgə olmuşdur.
1999-cu ildə ölkədə bələdiyyə seçkiləri keçirilir və Abbasov Firudin Şahmar oğlu bələdiyyə sədri seçilir. 2003-cü ildən isə Şərəfə və Ağakişibəyli bələdiyyələri birləşdirilir.
Ağakişibəylidə vəzifədə olan , at çapan qoçaq qadın kimi Camalova Safurə Tağı qızı olmuşdur. O uzun müddət tütünçülük briqadasının briqadiri, ferma müdiri, kolxozda partiya komitəsinin katibi (partkom) işləmişdir. Sərt xarakterinə görə onu el arasında “ Daş Safura” deyirdilər.
17. II Dünya müharibəsində iştirak edənlər:
Ağakişibəyli kəndindən II Dünya Müharibəsində nəfər iştirak edənlərdən 34 nəfər həlak olmuşdur. Müharibədə həlak olan və ya itkin düşənlər aşağdakılardır:
1.Abdullayev Vəli Məmi oğlu, 2. Abdullayev Əli Məmi oğlu 3. Abbasov Abbasqulu Şahmar oğlu, 4.Abbasov Şahpələng Şahmar oğlu 5. Ağarəzi Yusif, 6.Bəşirov Abdul Əkbər oğlu 7. Camalov Mirzə Orduxan oğlu 8. Əliyev Nəriman Süleyman oğlu 9. Əsgərov Əsgər Məcid oğlu 10. Həsənov Almas Qurban oğlu 11. İbişov Mirzəxan Mikayıl oğlu 12. İsmayılov Malik Tağı oğlu, 13. İsmaylov Yasər Tağı oğlu 14. İsmaylov Yavər Tağı oğlu 15. Kərimov Baloğlan Əmralı oğlu, 16. Kərimov Feyruz Əmralı oğlu, 17. Kərimov Abusəd Kərim oğlu, 18 Kərimov Habil Soltan oğlu, 19. Quliyev Xanlar Nəbi oğlu 20. Qurbanov Məhərrəm Xanıbəy oğlu 21. Məmmədov Teyyub Şirin oğlu 22. Məmmədov Allahverdi Həsən oğlu 23. Məmmədov Qəni Əhməd oğlu 24. Nəzərov Məhərrəm Niyaz oğlu 25. Niftullayev Zülfüqar Ruhulla oğlu 26. Piriyev Həndəm Şöbi oğlu 27. Piriyev Həsən Alıqulu oğlu 28. Piriyev Nəzir İbrahim oğlu 29. Süleymanov Qasım Fətulla oğlu 30. Süleymanov Feyruz Fətulla oğlu 31. Şahverdiyev Məmməd Əziz oğlu 32. Tağıyev Nagı Nəbi oğlu 33. Tanrıverdi Yusif 34. Zeynalov Əyyub Ələkbər oğlu
II Dünya müharibəsindən iştirak edib vətənə qayıdanlar.
1.İsmayılov İbrahim Tahir oğlu, 2.İsmayılov Əli Tahir , 3.Kərimov Fərzulla Kərim , 4.Tağıyev Tağı Nəbi , 5. Babayev Həsənalı Həsən oğlu 6.Zeynalov Səməd Əyyub, 7.Şahverdiyev Qiyas Muxtar oğlu, 8. Cəfərov Səttar Camal , 9.Qurbanov Yaqub Xanıbəy 10.İbişov İsmayıl ,11.Nəzərov Saleh, 12. Camalov Alış, 13.Cəfərov Əli, 14.Bəşirov Həşim Kəlhüseyn oglu 15. Piriyev Nəcəfqulu 16.Qasımov Rüstəm Dadaş oğlu 17.Cəfərov Rəcəb Məmiş 18.Əsgərov Əsgər Qüdrəulla oğlu 19. Hüsyenov Səfər
18. Əfqanıstan müharibəsində iştirak edənlər:
1. Əliquliyev Aləddin Qulamhüseyn oğlu 2. Piriyev Ağabala Əlibala oğlu 3. Niftullayev Əlövsət Zəbi oğlu, 4.Quliyev Elşən Gülməmməd oğlu 5. Bəşirov Əbilfət Mədət oğlu
19. I Qarabağ Müharibəsi iştirakçıları:
1.Zeynalov Şahin Zeynal oglu 2. Cəfərov Pərviz Əlican oğlu 3. Babayev Ağabala Sadıq oglu 4. İbişov Vazeh Cəbrayıl oğlu 5. Abbasov Rövşən Rəhim oğlu 6. Quliyev Qədir Ağababa oğlu 7. Tagıyev Nağı Qulu oğlu 8. Əliyev Əzim Bəyalı oğlu 9. Şahverdiyev Mürşüd Vəliş oğlu 10. Əbilov Nicat Təzəxan oğlu 11. Ağamoğlanov Yədulla Ağasən oğlun 12. Zeynalov Ziya Təyyar oğlu 13. Vəliyev Namiq Məhəmməhüseyn oğlu 14.Babayev Saleh Sadıq oğlu 15. Əzizov Nizami Siyab oğlu 16.Zeynalov Xasay Abuhüseyn oğlu 17. Quliyev Elşən Gülməmməd oğlu (baş leytenant) 18 Cəfərov İslam Heydərəli oğlu (mayor) 19.Hüseynov Füzuli Həsənalı oğlu ( polis kapitanı) 20. Məmmədov Əbilfət Əbilfəz oğlu
Qarbağ mühariəsinin qaziləri
İsmaylov Elmar İbrahim oğlu- 1992-ci ildən döyüşlərə qatılmışdır. Cəsurluğu ilə fərqlənmişdir. Bölük komandiri kimi döyüşmüşdür. 1993-cü ildə Daşaltı əməliyyatında mühasirəyə düşmüş və ağır yaralanmış, uzun müddət müalicə almışdır.
Zeynalov Şahin Zeynal oglu – 1992-ci ildə Ağdam -Naxçivanik istiqamətində yaralanmışdır.
Babayev Ağabala Sadıq oglu `- 1993-cü ildə döyüşlərə qatılıb. Kəlbəcər istiqamətdə gedən döyüşlərdə yaralanıb.
Abbasov Rövşən Rəhim oğlu – 1994-cü ildə Ağdam, Tərtər istiqamətində döyüşlərə qatılmışdır. Murov uğrunda vuruşmada çiynindən güllə yarası almişdir.
Əbilov Nicat Təzəxan oğlu – 1992-ci ilin avqustunda Kəlbəcər istiqamətində kürəyindən qəlpə yarası, həmin ilin dekabrda isə Füzuli istiqamətində döyüşlərdə güllə yarası almışdır.
Cəfərov Pərviz Əlican oğlu- 1994-ci ildən döyüşlərə qatılmışdır. Ağdam, Laçın, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdam yaxınlığında kəllə- beyin travması almışdır.
I Qarbağ mühariəsinin şəhidləri:
İsmayılov Qəhrəman Həmzə oğlu
1973-cü il aprelin 4-də Ağakişibəyli kəndində anadan olub, Şərəfə kənd orta məktəbində təhsil alıb.1991-ci ilin mayında hərbi xidmətə çağrılıb, 1992-ci ilin fevralından isə Milli ordunun tərkibində xidmətini davam etdirib. Qəhrəman Füzuli bölgəsinin erməni faşistlərindən azad olunmasında iştirak edib. Avqustun 10-da 27 nəfər erməni quldurunun əsir alınmasında böyük şücaət göstərib və cəsur döyüşçü kimi tanınıb. 1993-cü ilin yanvarında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda oxuduğu məktəb Qəhrəman İsmayılovun adını daşıyır. Qəhraman haqqında çoxlu şerlər, hekayələr yazılıb. Onlardan ən geniş həcmlisini şair -publisist İsmaylov İsrail tərəfindən qələmə alınan “Qəhramanlar unudlumur” poemasıdır.
Əliquliyev Tələt Qulamhüseyn oğlu
1975-ci ildə Salyan rayonunun Ballıcalı kəndində anadan olmuşdu.1982-ci ildə Şərəfə kənd orta məktəbində I sinfə getmiş,1990-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. Həmən il Prişib qəsəbəsində ( indiki Göytəpə şəhəri) 108 nömrəli texniki-peşə məktəbinə daxil olmuşdu.1992-ci ildə peşə məktəbini bitirmiş,1993-cü ildə vətənin müdafiəsində iştirak üçün getmiş, Füzulidə, Beyləqanda ağır döyüşlərdə vuruşmuşdu.Son döyüşü isə 1994-cü ilinyanvarın 4-də Beyləqanda olub. T. Əliquliyevin nəşi Şərəfə kənd qəbristanlığında dəfn olunub.
Bəşirov Şaiq Bəxtiyar oğlu
26.09.1974-cü ildə Sumqayıt şəhərində anadan olub.1981-91-ci ci illərdə Şumqayıt şəhərində orta təhsilini alıb. 1993-cü ilin aprelində Laçın və Kəlbəcər rayonlarının düşməndən azad olunmasında iştirak edib. Aprelin 3-ü Laçın uğrunda gedən döyüş onun son döyüşü olur. Şaiq 1993-cü il 6 aprel tarixində Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
II Qarabağ müharibəsi iştirakçıları:
1.Hadıyev Qəşəm Hamil oğlu, 2.Musayev Əli Rafael oğlu, 3. Zeynallı Şəmistan Şahin oğlu, 4. İsgəndərov Elmir Cərraf oğlu, 5. Səmədzadə Elməddin Hikmət oğlu, 6.Qasımzadə Ümüd İman oğlu, 7. Cəfərov Camal Rauf oğlu, 8. Nəcəfov Selnur Arif oğlu, 9. Camalov Əmrah Əfqan oğlu, 10. İbişov Sadiq Eldəniz oğlu, 11. Qurbanov Seymur Münasib oğlu, 12. Nəsirov Orxan Abı oğlu, 13. Hətəmov Vüsal Rasim oğlu 14. Qurbanov İlkin Alim oğlu 15. Qurbanov Telman Çingiz oğlu, 16. Şahverdiyev Kənan Azad oğlu 17. Ağakişili Əsgər Əşrəf oğlu 18. İbişov Nofəl Rüstəm oğlu 19. İsmayılov Neman Nizami oğlu 20. Əsgərov Vüsal Dəyyan oğlu 21. Yarıyev Cəmil Damət oğlu, 22. Yariyev Amid Aməd oğlu 23. Əliquliyev Orxan Yadigar oğlu 24.Zeynalov Qulam Əsədağa oğlu 25.Zeynalov Sahib Əsədağa oğlu. 26.Məmmədov Mahmud Ümid oğlu
II-Qarabag müharibəsinin qaziləri.
-Zeynalov Qulam Əsədağa oğlu -Füzuli istiqamətində gedən döyüşlərdə bel nahiyəsindən yaralanmış,”Füzulinin azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə”,”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
-Əliquliyev Orxan Yadigar oğlu Murovdağ uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən yaralanmış,”Kəlbəcərin azad olunmasına görə “medalı ilə təltif olunmuşdur.
-İsgəndərov Elmir Cərrah oğlu- Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmış,”Cəbrayılın azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”,”Cəsur döyüşçü” medalları ilə təltif olunub.
II Qarabağ müharibəsi şəhidləri:
Qarabağ Mharibəsi Qəhrəmanı
1.Cəfərov Ramiz Şübhan oğlu –
Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant. 1974-cü il 10 dekabrda Ukranyada anadan olub. Sumqayıt şəhərinin 11 saylı tam orta məktəbində təhsil alıb. Alman, ingilis, rus dillərini sərbəst bilib.1989-92-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,1992-96-cı illərdə Ryazan Hava Desant Hərbi məktəbində ali təhsil alıb.
28 il qüsursuz xidmət edən qəhrəmanımız NATO-nun hərbi təlimlərində də iştirak edib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci ilin sentyabrın 27-də başlanan müharibədə və sonda Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, düşmənin xeyli sayda texnikasını ələ keçirib, canlı qüvvəsini məhv edib və noyabrın 5-də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə XTQ-nin qərargah rəisi “Qartal” ləqəbli Ramiz Cəfərov “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb və II Fəxri Xiyabanda dəfn olunub. Ramiz Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, general – mayor Polad Həşimovla Ryazanda bir yerdə hərbi təhsil almışdı. Hər iki qəhrəmanın yeniyetməlik və gənclik çağları Sumqayıt şəhərində keçmişdi.
2. Vəliyev Ramazan Hilal oğlu
18 iyun 1995-ci ildə Türkmənistanda anadan olub.2013-cü ildə Şərəfə kənd tam orta məktəbini bitirib. 2012-2015-ci illərdə Bakı Dövlət Dənizçilik kollecini oxuyub. Kolleci bitirdikdən sonra vətənə borcunu vermək üçün hərbi qulluğa yollanıb. Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətinə görə çavuş rütbəsini qazanıb. Ailənin tək oğul övladı olan Ramazan II Qarabağ müharibəsində kənarda qala bilmir və 27 sentyabrda işlədiyi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXQH cavuşu kimi döyüşlərə qatılıb. Ramazan Qubadlı uğrundakı döyüşlərdə qolundan yaralanıb. Buna baxmayaraq Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Şuşa uğrunda gedən döyüşlərə qatılır. Döyüş bölgəsinə yaxınlaşan avtobusa düşmən tərəfindən hücum edilir və nəticədə 23 hərbiçidən 17 nəfər şəhid olur, 6 nəfər sağ qalanların içərisində Ramazan balamız da olur,amma ciddi yaralanır. Sağalmağını gözləməyən Ramazan tez bir müddətdə döyüş bölgəsinə qayıdır. Şuşa alındıqdan sonra şəhərin təmizlənməsi ilə bağlı əməliyyat apararkən düşmənin qurduğu hiylənin qurbanı olur.Şəhidimiz 2020-ci il dekabr ayının 1-də böyüyüb başa çatdığı Masallı rayonunun Şərəfə qəbristanlığında dəfn olunub. Ramazan onu tanıyanların xatirəsində vətənpərvər, cəsur, düşmənə nifrətlə köklənən və əksinə Vətən torpağını canı,qanı bahasına qorumağı və geri qaytarmağı bacaran əsil mərd Azərbaycan oğlu kimi yaşayır.Ramazan Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
3. Əbilov Nurlan Fərrux oğlu – könüllü.
2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Orta təhsilini şəhid Q. İsmayılov adına Şərəfə kənd tam orta məktəbində alıb. 2012-ci ildə orta məktəbi bitirib BDU-nun coğrafiya fakültəsinə daxil olur. Hərbi xidmətini 2018-ci ildə başa vurub ailəsinə qayıdır. 2020-ci ilin 21 sentyabrında Nurlan da yenidən ordu sıralarına cəlb olunur və vətənin müdafiəsinə qalxır. 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə beyninin sol yarımkürəsindən ağır güllə yarası alır. 6 ay 11 gün komada qalan Nurlan 27 yaşında Mərkəzi Hərbi Qospitalda şəhadətə yetişir. Nurlan Şərəfə kənd qəbristanlığında dəfn olunub. Ailəli idi, 2 körpə oğlu qaldı.
4. Şahbazov Kənan Natiq oğlu
23 iyul 2002-ci ildə Masallı rayonunun Ağakişibəyli kəndində doğulub. 2019-cu ildə Kazan şəhərində Açıq Federal Universitetin hüquq fakültəsinə daxil olub. 2020-ci ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılıb. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində iştirak edib. Füzuli rayonu istiqamətində keçirilən əks-hücum əməlioyyatı zamanı şəhid olub. “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
1. Kərimov Böyükxan Fərzulla oğlu – biologiya elmlər doktoru.
3 may 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Şərəfə kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1975 –ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakultəsini qurtarmış və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının A. Qarayev adına Fiziologiya İnstitutunda fizioloq kimi elmi fəaliyyətə başlamışdır. O, gənc yaşlarından “Təbii birləşmələrin kimyası” sahəsi üzrə uğurlu tədqiqatlar aparan mütəxəssis kimi formalaşmış və keçmiş İttifaqda tanınmışdır. 1982-ci ildə strateji cəhətdən indiyə qədər aktual olan “Ekstermal faktorların orqanizmə təsiri zamanı tiol mübadiləsinin adaptasiyanın mexanizmində iştirakı “ mövzuda namizədlik dissertasiyası müdafiə edib. B.Kərimov hazırladığı “Zülal makromolekulunda olan sulfihidril qrupların yeni təsnifatı” dünya alimləri tərəfindən qəbul edilmişdir. Alim “sinir toxumasında qlütationun oynadığı rolu” na dair apardığı elmi tədqiqatlarına görə onlarla müəlliflik şəhadətnaməsi almışdır. Apardığı ciddi araşdırmaların yekunu olaraq B.Kərimov 2004 cü ildə “ Biokimya” ixtisası üzrə “ Normal və aclığa məruz qalmış heyvanların beyninin müxtəlif şöbələrində qlütation sisteminin metabolik xüsusiyyətləri” (“Метаболические особенности глутатионовой системы разных отделах мозга нормальных и голодавших животных”) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elməri doktoru adını almışdır. B.Kərimovun dünyanın və Azərbaycanın aparıcı jurnallarında 70-dən çox məqaləsi və bir neçə elmi əsəri çap olunub.
2. Hüseynov Süleyman Səfər oğlu – filologiya elmləri namizədi, dosent.
1942-ci ildə Yardımlı rayonu Telavar kəndində anadan olmuşdur. 1952-ci ildə ailəsinin Masallı rayonu Şərəfə kəndinə köçməsi ilə əlaqədar olaraq təhsilini Şərəfə kəndində davam etdirməyə başlamışdır. 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna, fransız dili fakultəsinə daxil olur. Gənc yaşlarında respublikanın müxtəlif qəzet və jurnallarında şeir və hekayələrlə çıxış edir. İnstitututu 1965-ci ildə bitirərək Masallı rayonunun Xırmandalı kəndində fransız dili müəllimi işləyir. Bu dövrdə 1968-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat və Dil institutunda dissertant kimi qəbul olunur. 1973-cü ildə “Qasım bəy Zakirin əsərlərinin leksika və frazalogiyası “ mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ( indiki İdman Akademiyası) müəllim kimi fəaliyyətini davam etdirmişdir.1993-cü ildə Naxşıvan Universitetində kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. S. Hüseynov 50-dən çox elmi-metodik məqalənin, ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının müəllifidir.1997 və 2001-ci illərdə kütləvi tirajla nəşr olunan “Yaşanmış ömür” şeirlər kitabı çapdan çıxmışdır.
3. Əsədov Arif Əlipənah oğlu – iqtisad elmləri namizədi.
1934-cü ildə Ağakişibəyli kəndində anadan olub. Masallı rayonunda orta təhsilini alıb.1953-cü ildə Azərbaycan İqtisad İnstitutuna daxil olub, 1957-ci ildə oranı bitirib və Masallı Rayon Statistika İdarəsinin müdiri vəzifəsində işləyib.. 1962-ci ildə Moskva şəhərində aspiranturaya daxil olub,1966-cı ildə isə Voronej şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1966-cı ildən 1971-ci ilə kimi Xalq Təsərrüfatı İnstitutunda müəllim işləyib. 1971-ci ilin yanvar ayından 1974-cü ilə kimi Şərəfə kənd Sabir adına sovxozda direktor, 1974-1991-ci illərdə rayonda baş mütəxəssis işləyib,1991-1997-ci illərdə Masallı rayonunda texnikumda müəllim kimi çalışıb. Əsədov Arif 2014-cü il iyul ayının 28-də vəfat edib.
4. Piriyev Həzi Həmdəm oğlu – tibb elmləri namizədi.
Orta məktəbi Şərəfə kəndində bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Balakən rayon Mərkəzi xəstəxanasında həkim və daha sonra isə baş həkim vəzifəsində çalşmışdır. Qiyabi yolla aspirantura təhsili alıb. Tibb üzrə müdafiə etmişdir. Çox erkən yaşda vəfat etmişdir.
5.İsmaylov Məzahir ismayıl oğlu – 1952-ci ildə Ağakişibəyli kəndinə anadan olmuşdur. Səkkiz il Şərəfə kənd orta məktəbində iki il isə bakı şəhərində Kimya-biologiya təmayüllü məktəbdə təhsil almışdır. 1969-cu ildə orta məktəbi bitirmiş və N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra təyinatla Sabirabad rayonunda stomotoloq fəaliyyətinə başlamışdır. İki ildən sonra Moskvada Tibb Akademiyasında aspiranturaya daxil olmuşdur. Stamotologiyada metallokeramikanın tətbiq edilməsinin üstünlükləri mövzusunda (Viryon 88 indeksi ilə) dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. M.İsmaylov 18 il Bakı şəhərinin baş stomatoloqu vəzifəsini daşımışdır. Hazırda Azərbaycan Tibb Universitetində və 2 saylı Tibb kollecində müəllim-dosent kimi fəaliyyət göstərir.
21. Azərbaycan Ali Sovetinin deputatları:
1. Kərimova Rəfiqə Fərzulla qızı – ( 1938-2007). Orta məktəbi bitirdikdən sonra M.Ə . Sabir adına Şərəfə kolxozunda (sonra sovxozunda) tütünçülük briqadasında əvvəlcə fəhlə, sonra manqabaşçısı və daha sonra isə briqadir vəzifələrində çalışıb. Yüksək əmək nəaliyyətləri ilə seçildiyinə görə 1965-ci ildə VII çağırış üzrə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
2. Musayeva Sərmayə Musa qızı –
1960-cı ildə anadan olub. 1977-ci ildə Şərəfə orta məktəbini bitirir və Sabir adına Şərəfə kolxozunda (sonra sovxozunda) tərəvəzçi kimi çalışmağa başlayıb. 1980-cı ildə X çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Yüksək əmək nailiyyətinə görə 1983-cü ildə Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görülüb. 1989-cu ildə ADU-nun (indi BDU) tarix fakültəsinin qiyabi təhsil formasında bitirib. Müəyyən dövrdə Masallı rayon Tarix-Diyarşunaslıq muzeyind bələdçi kimi fəaliyyət göstərib. Hazırda Şərəfə kənd orta məktəbində tarix müəllimi işləyir.
22.Yüksək Dövlət mükafatı, orden və medal alanlar:
Məmmədov Əhməd Əbülfəz oğlu – əməkdar müəllim.1961-ci ildə Ağakişibəyli kəndində doğulub. ADPU-nun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 2000-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. 2009-cu ildə əməkdar müəllim adını almışdır. “Dəfnə” liseyində tədris işləri üzrə direktor müavinidir.
23. Kəndin din xadimləri:
1.Adilov Şeyx Həsən Kərbəlayı Novruz oğlu
Şeyx Həsən Axund Kərbəlayi Novruz oğlu 1870-ci ildə Masallı rayon Ağakişibəyli (Ağaşbəyli) kəndində anadan olmuşdur. İlk təhsilini kənd mollaxanasında almışdır. Daha sonra Ərdəbildə mədrəsə təhsili almışdır. Ərdəbildə orta ruhani dərəcəsi alandan sonra İraqın Nəcəfi-Əşrəf şəhərində ali ruhani məktəbinə qəbul olunmuşdur. 20 ilə yaxın təhsil alan Həsən burada ona şəriət hüququ əsasında hökm vermək səlahiyyəti və “şeyx “titulu verilmişdir. Şeyx Həsən ərəb, fars mükkəmməl bilirdi. 1915-ci ildə Ağakişibəyli kəndinə qayıtmışdır. Kənd məscidində baş molla olmaqla yanaşı kənddə xeyirxah işlər gördüyünə görə qısa müddətdə böyük hörmət qazanmışdır. . Şeyx Həsən uzun illər savadsızlığa qarşı mübarizə aparıb, təmənnasız olaraq evində həmkəndlilərinə yazıb oxumaq öyrədirmiş. 30-cu illərdə Şeyx Həsən Axund vətəndaşlıq hüququndan məhrum edilmişdir. Əmlakı müsadirə edilmişdir. Onun həbs və ya uzaq yerlərə sürgün etələbə yoldaşları Şeyx Əsədullah Axund və Axund Mirdaməd ağa gəlmişdir. Onlar şeyxin Astarxanbazar (Cəlilabad) rayonunun Qamışlıgöl kəndində sığınacaq tapmasına kömək etmişlər.. Ata-baba yurdundan didərgin düşməsi və həbs olunmaq təhlükəsi Şeyx Həsənin səhhətində ciddi problemlər yaratmışdır. 1943 cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Şeyx həsənin Əliməmməd adlı bir oğlu və Fatimə və Şəfiqə adlı iki qızı olmuşdur. Əliməmməd gözəl natiq, tibb elminin mahir bilicisi, ərəb, fars dillərinində bilir, şer və qəzəllər yazırdı.
2. Piriyev Məşədi Molla Nağı Əlibala oğlu – 1950 ci ildə Ağakişibəylidə anadan olmuşdur. Dünyəvi məktəblə yanaşı ilk dini təhsilini kənd məscidinin mollası Şahverdiyev Fəyaz Əziz oğlunan almışdır. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Səmərqənndə İslam dini mərkəzində sonra isə Daşkənd İslam Universitetinə təhsil almışdır. Universiteti bitirdikdən sonra vətənə qayıtmış və Bakı şəhər məscidlərinin birində axund rütbəsində daha sonra isə Qafqaz Müsəlmanları İdarəsində işləmişdir. Piriyev N. məşhur “Quran hafizi” kimi tanınmışdır. Pakistan, İran, Türkiyə, Hindistan İraq və digər ölkələrdə dini konfrans və toplantılarda, müsabiqələrdə iştirak etmişdir.
3. Şahverdiyev Fəyyaz Əziz oğlu – orta dərəcəli ruhani tənsili almışdır. Uzun müddət Ağakişibəyli məscidində molla kimi fəaliyyət göstərmiş və ibtidai dini təhsil vermişdir.
24. TANINMIŞLAR:
Musayev Musa Əli oğlu- 1970-ci ilə Göyçayda Kənd Təsərrüfatı Texnikomunu bitirmişdir. Uzun illər ərzində M.Ə. Sabir adına sovxozda Texnika və kənd təsərrüfatı avadanlıqları briqadasının rəhbəri olmuşdur. Kənddə böyük hörmət sahibi kimi tanınmışdır.
Abbasov Firudin Şahmar oğu- -Salyan Kənd Təsərüfatı Texnikomunu
bitirmişdir. Uzun müddət Tərəvəzçilik biriqadiri işləmişdir. Qırmişi Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 1994-cü ildən Kəndli Fermer Təsərrüfatı yaratmışır.
Abbasov Rafət Firudin oğlu- sahibkar və iş adamı kimi fəaliyyət göstərir.
Piriyeva Xanımqız Salah qızı – respublikanın ən qabaqcıl sağıcılarından biri kimi fərqlənib Moskvada Xalq təsərrüfatı nəaliyyətləri sərgisində iştirak edib, mükafatlara layiq görülüb.
1. Əsədli Hüseyndadaş Əkbər oğlu – Masallı Rayon Kənd TəsərrüfatıŞöbəsinin müdiri
1910-cu ildə Ağakişibəyli kəndində doğulub. Lənkəran Kənd Təsərrüfatı texnikomunu bitirib. Cəlilabad Rayon Torpaq şöbəsinin müdiri, 1944-cü ildə Masallı Rayon İcraiyyə Komitəsinin katibi, 1945-ci ildə RPK-da I katibin köməkçisi, 1948-ci ildə Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri və sair rəhbər vəzifələrdə işləmişdir.
1941-45-ci illərdə Masallı rayonunda hərbi çağırışla bağlı komissiyanın üzvü olub, faktlar və sənədlər əsasında “Masallı müharibə illərində” kitabını yazıb. “Əsrin sönməz şamları” kitabının həmmüəllifidir. “Adların düzgün yazılışı və mənası” kitabının müəllifidir. Bir neçə şeir və qəzəlləri də vardır. Masallı Rayon Sovetinin deputatı, rayon Partiya Komitəsinin plenum üzvü olub. 8 medal və çox sayda Fəxri fərmanlarla təltif olunub.
2. Şahverdiyev Yəhya Fəyyaz oğlu –( 1947- 2015) Bakı Sosial İdarəetmə və Politologiya İnstitunda təhsil almışdır. Masallı Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri olub. Şərəfə kənd orta məktəbində müəllim, Sabir adına sovxozda Partiya Təşkilat katibi vəzifələrində çalışıb.
3. Hadıyev Hamil Miriş oğlu – Masallıı Rayon Torpaq Şöbəsinin müdiri olub. Bakı Yer Quruluşu Texnikumunu bitirib, sonra qiyabi yolla Moskvada ali təhsil alıb.
4. Şahverdiyev Alxas Zəbi oğlu – 1958-ci ildə anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinn Geoloji Coğrafiya fakultəsinə daxil olmuş. 1986-cı ildə “Təbiətin mühafizəsi” ixtisası üzrə universiteti bitirmişdir. Ali məktəbi bitirdikdən sonra Masallı şəhər 2 saylı məktəbdə müəllim işləyib. 1992-ci ildən “Masallı Təhsil işçiləri evi”nin ( Müəllimlər evi) direktoru kimi fəaliyyət göstərir. .
5. Cəfərov İslam Heydərəli oğlu – polis mayoru. 1977 ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun ( Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı fakultəsini bitirərərk Sabir adına sovxozda partiya komitəsinin katibi işləyib. Təhsilini Bakı Ali Partiya Məktəbində davam etdirib. 1992-93-cü illərdə Cəbrayil, Şuşa Qubadlı döyüşlərində iştirak etmişdir. Cəbhədən qayıtdıqdan sonra Masallı rayon polis idarəsində uşaq inspektoru vəzifəsində çalışmışdır.
6. Əliyev Vahid Musa oğlu – 1978-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunununun avtomobillərin istismarı və təmiri fakultəsini bitirmişdir. Beynəlxalq yük daşımaları qarajında baş mühəndis işləyib. Hazırda “Bayram -M” beynəlxalq yükdaşımalar özəl şirkətində direktor vəzifəsində çalışır.
7. Musayev Rafael Surxay oğlu – 1989-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitunununu bitirib. M,Ə.Sabir adına sovxozda mühəndis kimi çalışıb. 2010-cu ildən Masallı rayon qaz-istismar idarəsində daha sonra Lənkəran Regional Qaz-istismar idarəsində baş mühəndis vəzifəsində çalışır.
1. İsmayılov İbrahim Tahir oğlu – Oğuz Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri işləyib.
Birinci ali təhsilini aldıqdan sonra Qarğalıq kəndində müəllim işləyərək Ali Partiya məktəbində təhsili davam etdirib. 1960-cı illərdə Masallı İstisu termal bulağı müalicə əhəmiyyətli kurort elan ediləndə direktor vəzifəsinə təyin olunub. Oğuz Rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri işləyib.
2. Camalov Elmar Heybət oğlu – general- mayor.
Azərbaycan Dövlət Universuitetinin hüquq fakültəsini bitirib. Təyinatla Respublika Prokurorluğunda, sonralar isə Şəki və Mingəçevir şəhərlərində prokuror kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublika Prokurorunun müavini vəzifəsində çalışır.
3. Əsgərov Bəhram Əsgər oğlu – polkovnik.
Azərbaycan Politexnik İnstitutunu bitirib. Bakı Cəzaçəkmə Müəssisəsində işləmişdir. Hazırda təqaüddədir.
4. Tağıyev Rzaqulu Tağı oğlu – polis polkovniki . Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Təqaüddədir.
5. Babayev Səbuhi Eynulla oğlu – Ədliyyə polkovniki.
Azərbaycan Politexnik İnstitutunu bitirib. Hərbi xidmətdən sonra Moskvada ədliyyə orqanlarında çalışmışdır. Moskva Cəzaçəkmə müəssisələrinin birində rəis vəzifəsində çalışıb. Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.
6. Cəfərov Anar Rahid oğlu- mayor,
2005-ci ildə Ali Hərbi Məktəbi bitirib. Hava hücumundan müdafiə işinin təşkilində qüsursuz xidmətlərinə görə medallarla təltif edilmişdir. Hazırda Silahlı qüvvələrin sırasında xidmətini davam etdirir.
7.Məmmədov Əbilfət Əbilfəz oğlu –Qırargah rəisi
I Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Hazırda hava hücumundan müdafiə qurğularının N saylı hissəsində qərargah rəisi vəzifəsində çalışır.
8.Adilli Adil İqbal oğlu –
Amerika Birləşmiş Ştatlarının Kalifornaya ştatında Mauntin-Vyu da “Google” şirkətində çalışır
Orta məktəbdə oxuyarkən fizika, riyaziyyat və kimya fənləri üzrə olimpiadaların qalibi olur və Yaponiya və Türkiyədə təhsil almaq hüququ qazanır. Adilli A. bakalavr təhsili almaq üçün Ankara şəhərində Orta Doğu Texniki Universitetini seçir. Daha sonra magistr pilləsini Avstraliyanın Melburun şəhərində davam etdirmiş və ABŞ da “Microsoft” şirkətində əmək fəaliyyətində işləməyə başlamışdır. İkillik iş təcrübəsi qazandıqdan sonra Amerika Birləşmiş Ştatlarının Kalifornaya ştatında Mauntin-Vyu da “Google” şirkətində çalışır. Adil təhsil və iş təcrübəsində olan bütün mərhələləri həyat yoldaşı Əsmər Əmrahlı ilə birgə keçmişdir və onlar hazırda birgə çalışırlar
9. Adilbəyli Məftun Əhmədağa oğlu – Azərbaycan Dövlət tibb Universitetini bitirmişdir. Ədliyyə nazirliyinin polikliniksında baş həkim vəzifəsində çalışır.
10.Adilov İqbal Əliməməd oğlu – Hazırda “Azərsu” “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu işləyir.
1981-1986 cı illərdə Rusiya Novoçerkassk Poltexnik İntstitunda mühəndis -texnoloq ixtisası üzrə təhsil almışdır. Vətənə qayıtdıqdan sonra Emi tədqiqat layihə İnts-da işləməyə başlamışdır. 1999 -2004 illərdə müqavilə əsasında Almaniyaynin “Odenburq şəhərində 5 il işləyir. İxtisası üzrə fəaliyyət göstərmişdir. Hazırda “Azərsu” “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu işləyir.
11.Əsgərov Əliağa Mütəllim oğlu – Hazirda Aviasiya Təhlükəsizlik Baş İdarəsinin, Lənkəran Beynəlxalq Hava Limanında, sərnişin daşınmalarına nəzarət şöbəsinin növbə rəisi vəzifəsində çalışır. Orta məktəbi şəhərində “Dəfnə”liseyndə təhsil almışdır. 2008-cü ildə Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
12.İsmaylov Hikmət İbrahim oğlu – Hazırda həkimlik fəaliyyəti ilə yanaşı “Medservis” -in müdiridir. Beynəlxalq Nefroloqlar Cəmiyyətinin vitse – prezidenti vəzifəsini daşıyır.
1959-cu ildə anadan olmuşdur. Bakıda 25 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuşdur. 1984-cü ildə ali məktəbi bitirərərək uroloq-nefroloq ixtisası üzrə həkimlik fəaliyyətinə başlamışdır.
13.Musayev Eyvaz Əli oğlu Azenerji, sonra isə Bakı Şin zavodunda (bu iki zavod birləşir) 41 il sex rəisi işləyib .Əmək veteranı adını alıb.N.Nərmanov rayon Ağasaqqallar Şurasının üzvüdür.
14.Məmmədov Elmidar Sədulla oğlu – Moskvada geologiya ixtisası üzrə ali təhsil almışdır. Təyinatla Maqadanda “əlvan metalların axtarışı” üzrə geoloji axtarış qrupunda geoloq işləmişdir. Hazırda Moskva ətrafında geoloq işləyir.
15.Camalov Heybət – bir zamanlar ölkədə məhşur Volodarski adına Tikiş fabrikində baş mühəndis və direktor vəzifəsində işləmişdir.
16.Şahverdiyev Elçin Firidun oğlu- Rusiya Federasiyasında Çeboksar şəhərində Dövlət Universitetində hüquq fakultəsini bitirmişdir. Prokuror köməkçsi işləyib. Hazırda həmin şəhərdə hüquq məsləhətxanasında vəkil işləyir
17. Şahverdiyev Nəhmət Vəliş oğlu – 1988-ci ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. 1989-cu ildə Keşlə Maşınqayırma Zavodunda mühəndis və daha sonra şöbə rəisi vəzifəsində çalışmışdır. 2009-cu ildən hal-hazıra kimi “BAKINEFTMƏDƏNCİHAZ” -texniki direktoru vəzifəsində fəaliyyət göstərir.
18.Niftullayeva Gülgün Bayramqızı – “Taekvando” üzrə Azərbaycan çempionu. 1996-cı ildə Ağakişibəyli kəndində anadan olmuşdur. 11 yaşından başlayaraq idmanla müntəzəm məşğul olmağa başlamışdır. “Taekvando” üzrə bir sıra ölkə daxili və beynəlxalq yarışlarda iştirak etmişdir. 2012- ci ildə Azərbaycan Taekvondo Federasiyasının təşkil etdiyi XXlll Respublika birinciliyi və çempionatında öz çəki dərəcəsində birincilik qazanır. Müxtəlif illərdə Hollandiyada (Amsterdamda), Türkiyədə, Rusiyada ( Mahaçqala) keçirilən yarışlarda və təlim məşqlərində istirak etmişdir.
19. Musayev Emil Şöhrət oğlu – 2000-ci ildə anadan olmuşdur. 2007 ci ilde Sərəfə kənd orta məktəbinde 1 ci sinife gedib. 10 yaşindan sərq əlbəyaxa döyüsü üzrə idmanla məşğul olub. Elə həmin il birinci qələbəni qazanib. Hazırda Rusiya Federasiyasında Yekaterinburq şəhərində yaşayır. Rusiyanın müxtəlif şəhərlərində yarısmalara qatilir. İdman həyatında 40 dəfə 1 ci yer, 6 defe 2 ci yer, 5 defe 3 cu yeri qazanmışdır.
20.Bədirov Xəyal Qurban oğlu – 2001-ci ildə anadan olmuşdur. 2010-cu ildən Masallı şəhər uşaq futbol klubunda iştirak etməyə başlayıb. 2012-ci ildə Xəzər Lənkəran klubuna dəvət almışdır.Ölkədə keçirilən müxtəlif turnirlərdə iştirak edir. Hazırda Səbail rayon futbol komandasının yarımmüdafiəçisidir.
21.Piriyev Əhmədağa Məmmədağa oğlu – ( Əhmədağa Şahin) 1965-ci ildə Şərəfə kənd orta məktəbini BDU-nun Jurnalistika fakultəsini bitirib. Nəğməkar şair sözü respublikada ilk olaraq onun adına əlavə edilib. Şerləri 5 cildlik kitab şəklində nəşr edilmişdir. Əhmədağa Şahinin sözlərində yazılmış onlarla mahnı bəstələnmişdir.
22.İsmaylov İsrayıl İbrahim oğlu – 1967-ci ildən respublikanın mətbuu orqanlarında çalışır. İlk şerlər kitabı 2003- cü ildə “Mən insanam” şerlər kitabı nəşr olunmuşdur. “ Qara gözlü ağ qağayı” “Kəndimizin bədbəxt gözəli” , “Olmayan Şəhərin sakinləri” “Yaşat məni ürəyim” və digərləri olmaqla 8 roman və şer kitabı vardır. M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasına nəzirə yazmışdır. 2015-ci ildə “Qismət” adlı povestinə özbək rejissoru Eldar Məmmədov eyni adlı film çəkmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın nüfuzlu ziyalısı diplomunun diplomantıdır.
23. Piriyeva Ülkər Söhbət qızı– 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Universitetinin Filologiya fakultəsində ingilis-alman ixtisası üzrə ali təhsil almışdir. Magistr təhslini Türkiyədə Hacettepe Universitetində iqtisadiyyat və İdarəetmə fakultəsində “siyasət elmi və dövlət idarəetməsi” ixtisası üzrə almışdır. Hazırda Azadmedia.az xəbər portalının Baş redaktorudur.
“Jurnalistlərin həmkarlar İttifaqının” , Fransanın Anqresşəhərində Beynəlxalq Jurnalistlər Federasiyasının, Anadolu Birleştirici Senayeçi ve iş adamları Derneginin, Avropa Jurnalistlər dərnəyinin və digər təşkilat və dərnəklərin üzvüdür. “Fikir qayıqları” adlı kitabın müəllifidir.
24.Əsədov Rafael Hüseyn oğlu – rəssam.
Əməkdar incəsənt xadimi. Azərbaycan Televiziyasının quruluşçu rejissoru
1946 -cı ildə Masallı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Şəhər 1 saylı məktəbdə əla qiymətlərlə oxumumaqla yanaşı uşaq yaşlarından Pionerlər Evində rəsm dərnəyinin fəal üzvü olmuşdur.. 1962-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra V.Repin adına Leninqrad Dövlər Rəssamlıq, İncəsənət, Arxitektura Akademiyasında təhsilini davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Politexnik İnstitunda Memarlıq və Arxitektura fakultəsini axşam şöbəsini bitirmişdir. Gənc yaşlarından Azərbaycan Dövlət Televiziyasında əvvəlcə rəssam, sonra isə qurluşçu rəssam vəzifəsində işləmişdir. Uzun müddət efirdə öz reputasiyasını saxlayan “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Topal Teymur” ( fatehlərin divanı), “Ordan burdan”, “Yaşıl eynəkli adam”, “Ac həriflər” və digər televiziya tamaşalarının quruluşçu rəssamıdır. R.Əsədov Rəssamlar İttifaqının üzvüdür. Əməkdar incəsənət xadimidir. Əsərləri dəfələrlə sərgilərdə nümayiş etdirilib. Onlarla mükafatlara layiq görülüb. Hazırda Rəssamlıq Akademiyasında və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllimidir. R.Əsədovun oğlu və qızı da rəssamdır. Həyat yoldaşı məhşur xalça rəssamı Afaq Kərimovadır.
25.İsmayılov Rakif Rəhim oğlu – rəssam.
Amerikanın Nyu-York şəhərindəki Endurxo müzeyinin fəxri üzvü olub
1972-1974-cü illərdə Masallı Rayon Pionerlər Evində rəssamlıq dərnəyində təhsil alıb. Bakı şəhərində Ə.Əzimzaəı adına Rəssamlıq Məktəbində oxuyub.Hərbi xidməti bitirəndən sonra Moskvanın Rəssamlıq Akademiyasında təhsil alıb və burada SSRİ xalq rəssamı Tahir Salahovun tələbəsi olub. Tələbəykən bir çox Avropa şəhərlərində sərgilərdə iştirak edib. Bakıya qayıdaraq bir neçə beynəlxalq sərgilərdə əsərlərini nümayiş etdirib. Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür. Amerikanın Nyu-York şəhərindəki Endurxo müzeyinin fəxri üzvü olub. Fransada keçirilən sərgilərdə 750 rəssam arasında 1-ci yerə layiq olub. Dünyanın 1650 rəssamının iştirak etdiyi sərgidə qalib kimi dəyərləndirilib. Türkiyənin Topqapı Muzeyi Azərbaycan Mədəniyyət Nazirliyindən Atatürkün portretini çəkməyi xahiş edib və bu iş ona həvalə edilmişdi. Portret Topqapı Muzeyində nümayiş etdirilir.
Kəndin infrastrukturu:
Kənddə ilk asvalt yol Şərəfəli xeyriyyəçi Axundov Bahaddin Rəzzaq oğlu tərəfindən çəkilmişdir. Kənd əhalisi Axundovun bu xeyirxahlıq əməlini hər zaman rəğbətlə xatırlayır. Ağakişibəyli kəndinin ərazisində Əraziyə məxsus Mədəniyyət evi, ATS, bərbərxana, maşın təmiri sexləri, su anbarında balıq saxlanılan obyekt, mərasim evi, tibb məntəqəsi, məktəb, ərazi nümayəndəliyinin binası, uşaq bağçası, çayxana, bir neçə ticarət obyektləri yerləşir.
Şərəfə İnzibati Ərazi Dairəsinin Ağakişibəyli kəndi haqqında məlumatların toplanmasında köməyə görə kəndin ən yaşlı sakini olan Vəliş Şahverdiyevə, təqaüddə olan müəllim Zeynalov Əyyar Səməd oğluna, Nərminə Seyfullayevaya, Sərmayə Musayevaya , İsrail İsmaylova, Mütəllim Əsgərova təşəkkür edirik.
İstifadə olunan ədəbiyyat
1.Aнглийские путещественникиыеки 215
2.Araz Şəhrili ( Abbasov) Səfəvilər-paralellər, ehtimallar, həqiqətlər . Bakı 2021
3. E.Kondratenko- кафказский календарью тифлис 1902 ю Этнографическое карта ленкоранское уезда 1880 гг. Масштаб 1:1080000)
4. “ Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti” II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.
5. Samir Məmmədov və Naidə Məmmədova. “ Şərəfə və onun layiqli övladları” Bakı. “Nagıl evi” mətbəəsi 2002 ci il. 244 s
6. И. П. Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.
7. Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı, “Şərq-Qərb”, 2007. səh. 48
8. Bilal Alarlı .Bir adın izi ilə – Təklə. məqalə 2014. Bakı
“Masallı Ensiklopediyası”nı hazırlayan qrupu
Comments are closed, but trackbacks and pingbacks are open.